Məhkəmə qərarları › İş №1(110)-1/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-1/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-1/2021 29.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X24, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1995-cı ildə Şərur rayon Kürkəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Kürkəndində yaşayış yeri üzrə qeydiyyatda duran və yaşayan, barəsində 01.03.2021-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri xx.xx.1999-cu ildə Şərur rayon Kürkəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Kürkəndində yaşayış yeri üzrə qeydiyyatda duran və yaşayan, 01.03.2021-ci tarixdə üç ay həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü maddələri ilə xx.xx.1996-cı ildə Şərur rayon Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Maxta kəndində qeydiyyatda duran və Şərur şəhər H.Əliyev prospekti 49 ünvanında yaşayan, 03.03.2021-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü maddələri ilə xx.xx.1998-ci ildə Babək rayon Aşağı Uzunoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Babək rayon Aşağı Uzunoba kəndində qeydiyyatda duran və Şərur şəhəri N.Nərmanov küçəsi bina 67-də yaşayan, barəsində 03.03.2021-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 177.2.3-cü maddələri ilə xx.xx.1985-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, məhkum olunmuş, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan, barəsində 03.03.2021-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs5 təhrikçiliyi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4 oğu və Təqsirləndirilən şəxs3 ilə Şərur rayon Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında 20.02.2021-ci tarixdə saat 02:30 radələrində Xanlıqlar kəndinə getmiş, Təqsirləndirilən şəxs4 pəncərənin yanında duraraq gözətçilik etməklə qrupun digər üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pəcərədən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olaraq salonda olan masanın üzərindən 30 manat dəyərində 1ədəd qol saatı, 40 manat dəyərində 01 ədəd SGH-C450 Samsunq markalı mobil telefonu, 220 manat dəyəində 1 ədəd protez damaq və pencəyinin cibindən 320 ( üç yüz iyirmi) manat pulu götürmüş, bu zaman yuxudan oyanan və onlardan kim olduğunu soruşan Zərərçəkmiş şəxs itələyib yıxaraq evi tərk etmişlər.

2. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: 2.1 Təqsirləndirilən şəxslərin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, 18.02.2021ci il tarixində saat 17:00 radələrində əvvəlcədən tanıdığı və evinə gedib gəldiyi Nüsrəddinin kirayə yaşadığı evə getdiyini, ora çatanda əsl adı Təvəkkül olan, ancaq Nihad deyilən şəxsin də orada olduğunu, onunla Nüsrəddinin evində tanış olduqlarını, həmin evdə də iki-üç dəfə oturub yemək yediklərini, Təvəkkülün Nüsrəddinə məsələni buna deyək, Nüsrəddinin də Təvəkkülə, deyirsən de problem yoxdur sözlərini deməsini,Təvəkkülün ona dünən bir yaşlı kişi mənim maşınıma oturmuşdur, mən onu Xanlıqlar kəndində olan evinə apardım, hətta həmin evdə oturub çay da içmişəm, həmin vaxt onun cibində çoxlu sayda əllilik pullar var idi, mən həmin pulları götürə bilmədim, bir yerdə gedək pulları götürüb bölüşərik sözlərini deməsini, sonra kəndə getdiyini, gecəni evdə qaldığını, səhəri günü saat 18:30 radələrində əmisi Samilgildə olduğunu, Təvəkkülün ona zəng vuraraq harda olmasını soruşduğunu, Təvəkkülə kənddə əmimgildəyəm sözlərini dediyini, Təvəkkülün ona gələ bilərsən Nüsrət dayı gilə sözlərini dediyini, Təvəkkülə ora nəyə görə gəlim sözlərini deməsini, daha sonra Təvəkkülə gəl bizi sən götür gedək sözlərini deməsini, əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə kənd məscidinin yanına gəldiklərini, ora çatan vaxt Təvəkkülün gəlib onları avtomobili ilə götürdüyünü, həmin vaxt avtomobildə Nüsrəddinin ön oturacaqda oturmuş olduğunu, Nail və Təvəkkül ilə birlikdə Nüsrəddinin yaşadığı evə getdiklərini, yolda gedərkən Təvəkkülün ona bəlkə gedəyin qoca kişinin evini sizə göstərim sözlərini dediyini, Təvəkkülə bu barədə heç bir fikir bildirmədiyini, ona görə də bir başa Nüsrəddingilə getdiklərini, sonra bibisi oğlu Amidin ona zəng vurub harada olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs4 Nüsrəddingildə olduğunu bildirmədiyini, ona başqa yerdəyəm sözlərini dediyini, Amidin telefonda ona Şərur restoranındayam gəl buraya birlikdə pivə içək sözlərini deməsini, sonra X37 restoranında pivə içir, biz də gedək onunla birlikdə pivə içək sözlərini dediyini, saat təqribən 21:00 radələrində Nail və Təvəkkül ilə birlikdə Təvəkkülün avtomobili ilə Şərur restoranına getdiklərini, yolda Təvəkkülün ona və Nailə Amidi görən zaman ona deyərik ki, bizi 5 dəqiqə gözlə bir yerə gedirik gələk sözlərini deməsini, restoranda Amidlə görüşdükdən sonra danışdıqları kimi Amidə bizi burada gözlə bir yer var ora gedirik gələk sözlərini dediyini, saat təxminən 22:00 radələrində Nail və Təvəkkül ilə birlikdə Təvəkkülün avtomobili ilə həmin kişinin yaşadığı Xanlıqlar kəndinə getdiklərini, həmin kənddə Təvəkkülün tanımadığı bir məhəllədə maşını saxladığını, maşından düşdüklərini, dəmir yolunun üstündən keçib digər tərəfə keçdiklərini, orada qarşılarına bir həyət çıxdığını, Təvəkkülün həmin həyətdə olan evi göstərib qocanın evi budur, həmin bu evə girəcəyik, girdikdən sonra da pulları götürüb bölüşdürəcəyik sözlərini dediyini, evi tanıdıqdan sonra oradan uzaqlaşıb avtomobillə Şərur restoranına qayıtdıqlarını, restoranda Nail və Təvəkkül ilə oturub birlikdə pivə içməyə başladıqlarını, sonra Təvəkkülü yola salan zaman onlara saat 3-də zəng vuracağam və birlikdə həmin evə gedəcəyik sözlərini deməsini, Təvəkkülə sənin telefonun üstündə deyil, sən bizə necə zəng vuracaqsan sözlərini dediyini, Təvəkkülün bir yolunu tapıb sizə zəng vuracam sözlərini dediyini, Təvəkkül getdikdən sonra telefonunun bateriyasının bitdiyinə görə söndüyünü, sonra Nail və Amid ilə birlikdə restoranda pivə içməyə başlayan zaman Sərxan adlı şəxsin də onların yanına gəldiyini, Sərxanı restorana Amidin dəvət etmiş olduğunu, saat 01:00 radələrində hesabı bağladığını və Şərur restoranından çıxdıqlarını, həmin vaxt Amid və Sərxana çoxlu pulu olan qoca bir kişi vardır, həmin kişinin pullarını oğurlayaq sözlərini deməsini, onların da onunla razılaşdıqlarını, sonra piyada Seyidin yanacaq doldurma məntəqəsindəki olan mağazaya getdiklərini, oradan siqaret aldıqlarını, asfalt yola çıxanda bir qara rəngli jiquli markalı avtomobilin gəldiyini görüb onu dayandırdıqlarını, həmin sürücüdən onları Anadolu restoranının yanındakı yanacaq doldurma məntəqəsinə qədər aparmağını xahiş etdiklərini, həmin sürücünün onları həmin yerə apardığını, ancaq onlardan pul götürmədiyini, sonra Sərxan qocanın evinə getmək üçün bir maşın çağırdığını, bir müddət sonra qara rəngli “QAZ 3110” markalı avtomobilin onların yanında dayandığını, Nail, Amid və Sərxan ilə birlikdə həmin avtomobilə əyləşərək qocanın yaşadığı ünvana getdiklərini, ancaq sürücüyə bu barədə heç nə bildirmədiklərini, saat təxminən 02:00 radələrində həmin kişinin evinin həyətinə çatdıqlarını, ilk öncə evin arxa tərəfinə keçdiklərini, evin arxa hissəsində bir plastik pəncərənin olduğunu, əmisi oğlu Nailin həmin pəncərənin əli ilə itələyəndə pəncərənin açıq olduğunu gördüklərini, Amidin pəncərənin yanında gəlib gedən olsa xəbər vermək məqsədilə qaldığını, Nail və Sərxan ilə birlikdə pəncərədən evə daxil olduqlarını, Nail və Sərxan ilə birlikdə evin otağını alışdırıcının işığı ilə gəzdiklərini, sonra həmin otağın işığını Nailin yandırdığını, salona keçdiklərini, salonda olan divanın üzərində qoca kişinin yatdığını gördüklərini, salonda bir stolun olmasını, həmin stolun üstündə damaq və telefon gördüyünü, onları götürüb cibinə qoyduğunu, Nailin də stolun üzərində olan bir ədəd kişi qol saatını götürdüyünü, kişinin yuxudan ayıldığını, onlara Azər sənsən sözlərini deyən zaman qocaya bizi tanımadın nəvələrinik gəlmişik səni görək sözlərini dediyini, qocanın işığı yandırmaq istəyəndə onu itələdiyini, kişinin stol ilə yatağın arasına yıxıldığını və qışqırdığını, sonra evdən çıxdıqlarını, çöllük ərazi ilə tanımadığı bir kəndin ərazisinə girdiklərini, orada onları polisin saxladığını, adlarını yazan zaman polis əməkdaşına kimliklərini səhv yazdırdıqlarını, yəni adlarının doğru söyləmədiklərini, sonra piyada yol qət edərək xırda buynuzlu və iri buynuzlu heyvanların satıldığı bazarın yanına çatdıqlarını, yolda hər kəsə onun evdən damaq və telefon, Nailin isə qol saatı götürdüyünün məlum olduğu, sonra oradan asfalt yol ilə Şərur rayon Elektrik İdarəsinin yanına gəldiklərini, Amid ilə Sərxanın ayrılaraq öz evlərinə getdiklərini, əmisi oğlu Nail ilə birlikdə Kürkəndində yerləşən atasına məxsus evə getdiklərini, gecəni evdə keçirdiklərini, səhəri günü telefonu evdə gizlətdiyini, damaqda olan dişləri söküb çıxartdıqdan sonra damağı evdə saxladığını, 20.02.2021-ci il tarixində dişlərin qızıl olub-olmadığını öyrənmək üçün həmin dişləri Nüsrəddinin yaşadığı evə aparıb ona göstərdiyini, Nüsrəddinin dişləri javelin içərisinə salaraq bunlar qızıl deyildir sözlərini deməsini, sonra həmin dişləri onun evində kül qabının içərisinə atdığını bildirdi. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona verilən suallara cavabında ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, Təqsirləndirilən şəxs4 onun bibisi oğlu, Təqsirləndirilən şəxs1 isə əmisi oğlu olduğunu, 19.02.2021-ci il tarixində əmisi oğlu Nuraninin onlarda olduğunu, saat 20-21:00 radələrində Nuraninin ona gedirik pivə içməyə sözlərini deməsini, onun pivə içməyə getməyinə razılıq verdiyini, Nurani ilə evdən çıxdıqdan sonra kənd məscidinin yanına gəldiklərini, ora çatan zaman nömrəsini xatırlamadığı ağ rəngli bir jiqulinin yanlarında dayandığını, Nurani ilə həmin avtomobilin arxa oturacaqlarında əyləşdiklərini, avtomobilin ön oturacağında tanımadığı bir kişinin də oturmuş olduğunu, həmin vaxt nə sürücünü, nə də qabaqda oturan kişini tanımadığını, yolda sürücünün adının Təvəkkül, ancaq Nihad adı ilə çağırılan, kişinin isə Nüsrəddin adlı şəxs olduğunu öyrəndiyini, avtomobildə heç bir söhbət etmədən Nüsrəddingilin evinə getdiklərini, sonra Nurani ilə Təvəkkülün evdən çölə çıxdıqlarını, 5-10 dəqiqə sonra Nuraninin ona zəng vuraraq çöldə səni gözləyirik sözlərini deməsini, evdən çölə çıxdığını, Təvəkkülün avtomobilinə əyləşdiyini, yolda gedərkən bibisi oğlu Təqsirləndirilən şəxs4 Nuraniyə zəng vurduğunu, onun Nuranidən harada olduğunu soruşduğunu, Nuraninin ilk öncə Amidə yalandan Dəmirçi kəndindəyəm 5 dəqiqəyə yanında olaram sözlərini dediyini, Nuraninin ona Amid Şərur restoranında pivə içir biz də ora gedirik sözlərinin deməsini, restorana gedən zaman yolda Təvəkkülün Nuraniyə necə eliyək qocanın pulunu götürək sözlərini dediyini, həmin sözləri eşitdiyini, ancaq heç bir söz danışmadığını, sonra restorana çatdıqlarını, Amidlə orada görüşdüklərini, Nuraninin Amidə burada gözlə bir yer var ora gedirik gələk sözlərini dediyini, saat təqribən 22:30 radələrində Təvəkkülün onu və Nuranini öz avtomobili ilə aparıb həmin kişinin evini göstərdiyini, sonra yenidən restorana qayıtdıqlarını, Nurani və Təvəkkülün pivə içməyə başladıqlarını, Amidin isə ayrı stolda oturub pivə içdiyini, Təvəkkülün 2-3 bakal pivə içdikdən sonra Nuraniyə sənə 03:00 radələrində zəng vuracam gedərik kişinin evinə sözlərini dediyini, Təvəkkülün saat 23:00 radələrində çıxıb getdiyini, sonra Nurani və Amid ilə birlikdə oturub pivə içən zaman sonradan adının Sərxan olduğunu bildiyi şəxsin də onların stoluna gəlib əyləşdiyini, Sərxanın da onlarla oturub pivə içdiyini, Nuraninin Təvəkkülün danışdıqlarını Amid və Sərxana da danışdığını, sonra saat təxminən 00-00:20 radələrində restorandan çıxdıqlarını, Sərxan ilə birlikdə Qaya adlı şəxsin avtomobilinə, Nurani ilə Amidin isə tanımadığı bir şəxsin avtomobilinə əyləşdiklərini, restoranın aşağısındakı yanacaq doldurma məntəqəsinin mağazasına getdiklərini, oradan siqaret, blue aldıqdan sonra asfalt yol ilə Naxçıvan Şəhər istiqamətinə yola düşdüklərini, bu vaxt tanımadığı bir yaşlı kişinin idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobili saxlatdıqlarını, həmin avtomobilə minib 100-200 metr getdikdən sonra düşdüklərini, xeyli yol piyada getdikdən sonra əlavə yanacaq doldurma məntəqəsinin yanına çatdıqlarını, sonra Sərxanın kiməsə zəng vurduğunu, çox keçmədən yanlarına “VAZ3110” markalı avtomobilin gəldiyini, Nurani, Sərxan və Amidlə birlikdə həmin avtomobil ilə Təvəkkülün göstərdiyi ünvana getdiklərini, ancaq sürücünün hara və nə niyyətlə getdiyini bilmədiyini, həmin ünvana çatandan sonra avtomobildən düşdüklərini, saat təqribən 02-02:30 radələrində həyətə girdikdən sonra evin arxa hissəsinə getdiklərini, evin arxa hissəsində bir plastik pəncərənin olduğunu, həmin pəncərəni əli ilə itələdiyini, pəncərənin açıq olduğunu, sonra Nurani və Sərxan ilə birlikdə pəncərədən evə daxil olduqlarını, Amidin isə bayırda pəncərənin yanında qalaraq gözətçilik etdiyini, ilk öncə otağın işığını yandırıb otağı axtardıqlarını, sonra salona keçdiklərini, hər birində yandıran olduğundan onun işığının köməyi ilə evdə hərəkət etdiklərini, salonda olan stolun üzərində damaq və cib telefonunun olmasını, həmin əşyaları Nuraninin götürüb əynində olan gödəkçəsinin cibinə qoyduğunu, onun isə stolun üzərində olan 1 ədəd kişi qol saatını götürüb gödəkçəsinin cibinə qoyduğunu, Sərxanın evdən heç nə götürmədiyini, sonra salonda olan zaman ev sahibinin yuxudan oyandığını, onları görüb siz kimsiniz sualını verdiyini, Nuraninin ona nəvələrinik cavabını verdiyini, ev sahibinin işığı yandırmaq istəyən vaxtı Nuraninin onu itələdiyini, kişinin yerə yıxıldığını və qışqırdığını, pəncərədən çıxıb çöllük ərazi ilə yola düşdüklərini, yolda Nuraninin Amidə diş və telefon götürdüyünü, onun isə qol saatı götürdüyünü bildirdiyini, tanımadığı bir kəndin ərazisində onları polis əməkdaşının saxladığını, polis əməkdaşının onların soyadlarını, adlarını və ata adlarını soruşub kitabına yazdığını, polisə özləri barədə məlumatları səhv verdiklərini, sonra asfalt yola çıxaraq bir başa piyada Şərur şəhərinin girişinə qədər getdiklərini, yolda Amidin onlardan ayrılıb kəsə yolla evinə getdiyini, elektrik İdarəsinin yanına çatanda Sərxanın da onlardan ayrılıb evlərinə getdiyini, Nurani ilə birlikdə Kürkəndində olan Nuraninin qaldığı evlərinə getdiklərini, gecəni orada qaldıqlarını, Nuranidən bu işin axırının nə olacağını soruşduğunu, Nuraninin ona 2-3 gün heç bir şey olmasa sonra heç nə olmayacaq sözlərini deməsini, evdən taladığı qol saatını üzərində saxladığından həmin saatı polis əməkdaşlarının üzərindən aşkar edərək götürdüklərini bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində və verilən suallara cavabında ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, həmin vaxt içkili olduğu üçün tutduğu əməlin mahiyyətini dərk etmədiyini, 19.02.2021-ci il tarixində gecə saat 23:15 radələrində Təqsirləndirilən şəxs4 zəng vurub ondan harda olduğunu soruşduğunu, onun Şərur restoranında Nurani və Nail ilə birlikdə pivə içdiyini bildirməsini, Amidə mən də sizin yanınıza gələ bilərəm sözlərini dediyini, Amidin etiraz etmədiyini, ona görə də qonşusu Fərahimin avtomobili ilə Şərur restoranına getdiyini, ora çatanda Amid, Nurani və Nailin birlikdə pivə içdiklərini, onlara qoşulub pivə içməyə başladığını, bir müddət keçdikdən sonra Nuraninin Xanlıqlar kəndində pul var həmin pulu götürmək lazımdır sözlərini dediyini, Amid və Nail ilə birlikdə Nurani ilə razılaşdıqlarını, saat 00:45 radələrində restorandan çıxdıqlarını, qonşusu Fərahimə zəng vuraraq ona gəl bizi apar Xanlıqlar kəndinə sözlərini deməsini, Fərahimin onları Xanlıqlar kəndinə apardığını, lakin Fərahimin onların planlarından xəbərinin olmadığını, Xanlıqlar kəndində maşından düşdüklərini, sonra tanımadığı evin həyətinə girdiklərini, evin sol tərəfindən keçərək arxa tərəfə getdiklərini, orada bir pəncərənin olduğunu, Nailin əli ilə pəncərəni itələyən zaman pəncərənin açıldığını, ilk öncə Nuraninin, sonra onun, arxasınca Nailin pəncərədən evə daxil olduqlarını, Amidin bayırda qalaraq gözətçilik etdiyini, içəridə olan zaman Nail ilə Nuraninin otağı axtardıqlarını, sonra otağın işığını yandırıb salona keçdiklərini, salonda olan zaman bir qoca kişinin yuxudan oyandığını gördüklərini, onlardan kim olduqlarını soruşan zaman Nuraninin ona nəvənik sözünü dediyini, qoca kişinin işığı yandırmaq istəyərkən Nuraninin onu itələdiyini, qoca kişinin yıxıldığını və qışqırdığını, sonra pəncərədən bayıra qaçdığını, arxasınca Nurani ilə Nailin də evdən çıxdıqlarını, çöllük ərazi ilə oradan uzaqlaşdıqlarını, yolda Nuraninin evdən götürdükləri damağı, sadə telefonu və qol saatını onlara göstərdiyini, Siyaqut kəndində post patrul xidmətinin əməkdaşının onları saxlayıb kimliklərini yazdıqlarını, ancaq polisə yalan danışaraq kimliklərini səhv yazdırdıqlarını, sonra asfalt yola çıxdıqlarını, oradan piyada Hərbi Komisarlığının yanına getdiklərini, Amid və onun oradan evlərinə getdiklərini, Nurani ilə Nailin isə Kürkəndinə doğru getdiklərini bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində və verilən suallara cavabında ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, Nüsrəddinin onun taksi sürücüsü olduğunu bildikdən sonra gedəcəyi yerlərə onu taksi sürücüsü kimi çağırdığını, Nüsrəddin ilə birlikdə 17.02.2021-ci il tarixində saat 17:30 radələrində özünə məxsus ** BH *** dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə yanacaq götürmək üçün asfalt yola doğru hərəkət etdiyini, Şərur Rayon Mahmudkəndinin altında yolun kənarında 65-70 yaşlarında bir qoca kişinin dayandığını gördüyünü, onun yanından keçən zaman avtomobilə əl salladığını, ona görə də avtomobili saxladığını, onun yaxınlaşaraq onu Xanlıqlar kəndinə aparmağını xahiş etdiyini, yaşlı kişinin avtomobilin arxa oturacağına əyləşdiyini, sonra onu Xanlıqlar kəndi istiqamətinə apardıqlarını, yolda Nüsrəddinin kişidən adını xatırlamadığı bir qızın adını soruşduğunu, həmin yaşlı kişinin də Nüsrəddinə qız mənim qohumumdur sözlərini deməsini, Nüsrəddinin ona qızı vermirlər, köməklik edərsən mən həmin qızı alım sözlərini dediyini, yaşlı kişinin Nüsrəddinə mən köməklik edərəm onu sənə alaram sözlərini dediyini, ona görə də Nüsrəddinin həmin kişinin telefon nömrəsini onun telefonuna yazdığını, kişini Xanlıqlar kəndində yerləşən evinə apardıqlarını, sonra Nüsrəddinin Şərur şəhərində qaldığı kirayə evinə qayıtdıqlarını, 18.02.2021-ci il tarixində saat 15:00 radələrində özü üçün iki Naxçıvan pivəsi alıb Nüsrəddingilə gedib orada həmin pivələri içdiyini, sonra evə getdiyini, saat 18-19:00 radələrində Nüsrəddinə məxsus toz soranı aparıb düzəldmək üçün yenidən Nüsrəddingilə gəldiyini, orada sərxoş olduğu üçün Zərərçəkmiş şəxs zəng vurub ona kəndinizdə evlənmək üçün qız vardırmı sözlərini dediyini, Zərərçəkmiş şəxs ona qohumlarda vardır sözlərini dediyini, Nüsrəddin ilə birlikdə Həsən kişinin yaşadığı evə getdiklərini, onun evinə girib 5-10 dəqiqə orada oturduqlarını, Nüsrəddinin Həsənin mətbəxini gəzdiyini, sonra Həsən kişini də götürüb tanımadığı bir evə həmin evin qızını ona Həsən kişinin istəməsi üçün getdiklərini, Nüsrəddin ilə birlikdə maşınında gözlədiklərini, 30 dəqiqə sonra Həsənin gələrək ona qızın anası razıdır, atası evdə yoxdur sözlərini deməsini, Həsəni evlərinə apardıqlarını, oradan Nüsrəddingilə qayıtdıqlarını, səhəri günü yəni 19.02.2021-ci il tarixində saat 19:00 radələrində Nüsrəddinin ona zəng vuraraq evdə toyuq budu var gəl kömək et onu doğrayaq sözlərini dediyinə görə onun yaşadığı evə getdiyini, təxminən 1 saat sonra əvvəlcədən tanıdığı Nurani adlı şəxsin zəng vuraraq mənim gödəkçəmi gətir sözlərini dediyini, Nüsrəddin ilə birlikdə Nuraninin yaşadığı Kürkəndinə getdiklərini, həmin kəndin məscidinin yanında olan Nuranini və onun əmisi oğlu Naili də götürüb Nüsrəddin gilə gəldiklərini, Naili həmin vaxt ilk dəfə gördüyünü, sonra Nuraninin onunla mağazaya getdiyini, oradan 3 ədəd pivə, pendir, limon və kola alıb Nüsrəddingilə qayıtdıqlarını, pivəni içdikdən sonra oturub söhbət etdiklərini, Nüsrəddinin Nuraniyə dünən bir kişi var idi cibində çoxlu əllilik var idi sözlərini dediyini, bu sözləri eşidən Nuraninin ona oranı tanıyırsan sözlərini deməsini, Nuraniyə həmin kişini evlərinə avtomobillə aparmışam sözlərini deməsini, Nuraninin ona məni apar həmin yerə oranı tanıyım, ora girəcəm sözlərini deməsini, Nüsrəddingildə olan zaman Nuraninin Amidlə telefonda danışdığını, bizi Şərur restoranına apar sözlərini deməsini, Nuranini və Naili həmin yerə aparan zaman Nuraninin ona Amidi gördükdən sonra bizi qoca kişinin yaşadığı evə apararsan ki, oranı tanıyaq sözlərini deməsini, Amidlə görüşdükdən sonra Nurani ilə Naili özünə məxsus avtomobillə həmin qoca kişinin yaşadığı ünvana aparıb evi onlara göstərdiyini, sonra onları Şərur restoranına gətirməsini, orada Nurani və Naillə birlikdə pivə içdiklərini, sonra onlara sizə 02:30 radələrində zəng vuracam sizi Həsən kişigilə aparacam sözlərini deməsini, evə getdiyini, evə çatanda yoldaşının vəziyyətinin pisləşdiyini gördüyünü, ona görə də yoldaşını Naxçıvan şəhərinə xəstəxanaya aparan zaman yolda QAİ əməkdaşlarının onu saxladıqlarını, müayinə üçün Şərur xəstəxanasına apardıqlarını, orada müayinə zamanı sərxoş olduğunun müəyyən edildiyini, avtomobilinin cərimə meydançasına aparıldıqdan sonra yoldaşını da xəstəxanadan götürüb evə getdiklərini, onun saat təqribən 04-30 radələrində evə çatdığını, gec olduğundan onlara zəng etmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində və verilən suallara cavabında ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, 18.02.2021-ci il tarixində dayıs oğlu Təqsirləndirilən şəxs1 gecəni onlarda qaldığını, səhəri günü yəni 19.02.2021-ci il tarixində saat 10 radələrində Nurani ilə birlikdə əmisi X16 yaşadığı evə getdiklərini, ora getməklərinin səbəbinin əmisində olan 100 manat pulu Nuraninin alması olduğunu, həmin vaxt əmisinin evdə olmadığını, sonra əmcanısı X12 100 manat verdiyini, həmin pulu alıb birbaşa Şərur şəhərinə gəldiklərini, saat təqribən 13:00 radələrində İlqar adlı şəxsin yeməkxanasında Nurani ilə birlikdə pivə içdiklərini, sonra tanımadığı bir nəfərin avtomobilinə mindiklərini, rayon qəbrstanlığının yanında maşından düşüb evə getdiyini, Nuraninin də kəndə getdiyini, həmin günü saat 20:00 radələrinə qədər evdə olduğunu, sonra piyada Şərur şəhərinə gəldiyini, saat meydanının yanında tanımadığı bir avtomobillə Şərur Rayon Yuxarı-Daşarx kəndində yerləşən Şərur restoranına getdiyini, oranı həmkəndlisi Qaya adlı şəxsin işlətdiyini, həmin restoranda stolların birində tək oturduğunu, Nuraniyə zəng vuraraq harada olduğunu öyrənmək istədiyini, lakin Nuraniyə zəng çatmadığını, həmkəndlisi Allahverdi adlı şəxsin onu görüb yanına gəldiyini, Allahverdinin sənə nə qulluq edim sözlərini deməsini, ona bir pivə al içim sözlərini dediyini, Allahverdinin ona bir bakal pivə aldığını, həmin pivəni içdikdən sonra həmin vaxt cibində olan 1.40 qəpik pulla əlavə bir bakal pivə aldığını, həmin ikinci bakalı da içdikdən sonra Nuraninin ona zəng vurduğunu və harada olduğunu soruşduğunu, Nuraniyə Şərur restoranında olduğunu, Nuraninin də ona restorana gələcəyini bildirdiyini, sonra Nurani, Nail və əsl adı Təvəkkül, ancaq Nihad çağrılan şəxsin birlikdə onun yanına gəldiklərini, görüşdükdən sonra Nuraninin ona burada bir yer var gedirik gələk sözlərini dediyini, onların çıxıb getdikdən təxminən 30 dəqiqə sonra geri qayıtdıqlarını, Nurani, Nail və Təvəkkül ilə birlikdə pivə içdiklərini, həmin vaxt əvvəldən tanıdığı Sərxan adlı şəxsin ona zəng vuraraq harada olduğunu soruşduğunu, ona Şərur restoranında uşaqlarla pivə içdiyini bildirdiyini, Sərxanın restorana gəldiyini, birlikdə pivə içdiklərini, saat təqribən 01:00 radələrində hesabı Nuraninin ödəməsindən sonra restorandan çıxdıqlarını, Nuraninin ona maşın var çağırmışam gəlib bizi aparacaq bir yerə sözlərini deməsini, tanımadığı şəxsin avtomobil ilə Mirmusanın yanacaq doldurma məntəqəsində olan mağazaya getdiklərini, orada siqaret, enerji içkiləri alıb digər yol maşını ilə Anadolu adlı restoranının yanına qədər getdiklərini, ora çatan zaman Sərxanın gözləyin zəng vurum maşın gəlsin sözlərini dedyini, qara rəngli QAZ 3110 markalı avtomobilin gəldiyini, həmin avtomobillə Xanlıqlar kəndinə getdiklərini, həmin kəndə çatan zaman avtomobildən düşdüklərini, sonra QAZ 3110 markalı avtomobilin çıxıb getdiklərini, sonra Nurani ilə Nailin ona burada qoca bir kişi yaşayır, evində 6.000 manat pul vardır, gedəyin götürəyin sözlərini dediyini, bu sözləri eşidən zaman onlara Təvəkkül yalan danışır əgər kişinin evində pul olsa idi onun özü də burada olardı sözlərini deməsini, tanımadığı bir həyətə girdiklərini, həmin həyətdə olan evin arxasında olan pəncərəyə yaxınlaşdıqlarını, Nailin əli ilə pəncərəni itələyəndə pəncərənin açıldığını, onun pəncərənin yanında dayandığını, Nurani, Nail və Sərxanın pəncərədən içəri daxil olduqlarını, onların içəridə hansı hərəkətləri etdiklərini bilmədiyini, ancaq ev sahibinin – “dayanın işığı yandırım” sözlərini dediyini, sonra isə onun qışqırığını eşitdiyini, içəridə olan Nurani, Nail və Sərxanın pəncərədən bayıra çıxdıqlarını, birbaşa çöllük ərazi ilə qaçdıqlarını, Siyaqut kəndinin içərisində polisin onları saxladığını, adlarını yazanda polis əməkdaşın adlarını səhv yazdırdıqlarını, Nuraninin yolda telefonla damağı göstərib evdən bunları götürmüşük sözlərini dediyini, Nailin də bir qol saatı götürmüş olduğunu bildirdiyini, ancaq həmin saatı ona göstərmədiklərini, asfalt yola çıxdıqdan sonra Şərur şəhəri istiqamətində piyada getdiklərini, sonra Düdəngə kəndinin yaxınlığında onlardan ayrılıb evə getdiyini bildirdi.

Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında təxminən 5 ilə yaxındır ki, evdə tək yaşadığını, 17.02.2021-ci il tarixində saat 16-17:00 radələrində kəndə tərəf aparmaları üçün bir maşına əyləşdiyini, avtomobildə sürücüdən başqa əlavə bir şəxsin də olduğunu, həmin şəxsin yolda ona Xanlıqlardan Abdulla kişini tanıyırsan sözlərini dediyini, ona həmin şəxsə tanıyıram, mənim qohumumdur sözlərini deməsini, sonra həmin şəxsin ona onun qızını istəyirəm ancaq vermirlər sözlərini dediyini, ona sənə köməklik edərəm qızı alaram sözlərini deməsini, qızın yaşadığı evə getdiyini, ancaq qızın valideynlərinin onu evdən qovalayaraq verəsi qızımız yoxdur sözlərini dediklərini, həmin şəxslərin onu yaşadığı evin yanına gətirdiklərini, sürücüyə gediş haqqı üçün 50 manat pul verdiyini, ancaq sürücünün xırda pulunun olmadığı üçün 50 manatı ona qaytardığını, orada avtomobildən düşüb evə getdiyini, səhəri günün həmin tanımadığı iki şəxsin yenidən onun yaşadığı evə gəldiklərini, sürücünün ona Xanlıqlar kəndində Rasim adlı şəxs var onun qızı xoşuma gəlir sözlərini dediyini, onun sürücüyə kömək etmək məqsədilə qızın atasıgilə getdiyini, lakin qızın atasının ona mən oğlanı tanımıram sözlərini dediyini, sonra həmin şəxslərin onu yaşadığı evin həyətinə qədər gətirdiklərini, 19.02.2021-ci il tarixində bütün günü evdə olduğunu, saat 23:50 radələrində sobanı yandırıb yatdığını, gecə saat 02-03:00 radələrində evdə səs eşidərək yuxudan oyandığını, yuxudan ayılan zaman 3 nəfərin salonda olduğunu gördüyünü, ancaq işıqların söndürüldüyündən onları tanıya bilmədiyini, buna görə də onlara siz kimsiniz sözlərini dediyini, onlardan birinin ona nəvənik sözlərini dediyini, onlara işığı yandırın sözlərini deyib yataqdan qalxmaq istədiyini, həmin vaxt saqqallı olan şəxsin onun sifətindən vurduğunu, ona qışqıraraq niyə vurdun sözlərini deyən zaman həmin 3 nəfərin çıxıb evdən qaçdıqlarını, sonra oğlu Vaqifi çağırdığını, Vaqifin evə gəldikdən sonra evdən onun damağının, telefonunun, iki qol saatının və 320 manat pulunun oğurlandığının məlum olduğunu. 26.02.2021-ci il tarixində Şərur Rayon Polis Şöbəsinə evdə olduğu zaman tanımadığı şəxslərin yaşadığı evə qanunsuz daxil olaraq salonda olan masanın üzərindən 2 qol saatı, 01 ədəd SGH-C450 Samsunq markalı cib telefonu, protez damaq və pencəyinin cibindən 320 ( üç yüz iyirmi) manat pulun oğurlanması barədə ərizə ilə müraciət etdiyini, lakin sonradan saatın birini evdən tapdığını, ona görə də saatını tapdığını istintaq orqanına bildirmək qərarına gəldiyini, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hazırda həmin şəxsləri bağışladığını, gənc olduqlarından hazırda onlardan heç bir şikayətinin olmadığını bildirmişdir.

2.2 Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində və verilmiş suallara cavabında 20.02.2021-ci il tarixində qaynanasıgilə getmək üçün Təvəkkülə zəng vurub onun harada olduğunu soruşduğunu, Təvəkkülün ona yoldayam gəlirəm sözlərini deməsini, sonra evlərinin önündə olan saatın yanına getdiyini, orada Təvəkkülün gəlməsini gözlədiyini, bir müddət keçdikdən sonra Təvəkkülün gəldiyini, qaynanasıgilə getmək üçün yola düşdüklərini, yolda halının pisləşdiyindən Təvəkkülün onu Şərur Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün avtomobilini geri döndərdiyini, geri qayıdarkən yolda qayı əməkdaşının onları saxladıqlarını, sonra həmin qayı əməkdaşının yoldaşına sizin sərxoş olub-olmadığınızı aydınlaşdırmaq üçün sizi müayinədən keçirdəcəyik sözlərini deməsini, Təvəkkülün ona yoldaşımın halı pisdir, aparıram xəstəxanaya sözlərini deməsini, sonra Şərur Rayon Mərkəzi X13 yardım şöbəsinə getdiklərini, qai işçilərinin də onların arxasınca xəstəxanaya gəldiklərini, orada ilk öncə ona tibbi yardım göstərildiyini, sonra yoldaşının sərxoş olub-olmadığının aydınlaşdırılması üçün müayinədən keçirildiyini, onun 0.25% promil spirtli içki qəbul etdiyinin müəyyən olunduğunu, ona görə də polis əməkdaşlarının Təvəkkülə avtomobiliniz cərimə meydançasına aparılacaqdır sözlərini dediklərini, lakin Təvəkkülün ona razı olmadığını, avtomobilin açarlarını özündə saxlayaraq onu evə apardığını, bir müddət keçdikdən sonra yoldaşının və onun əvvəlcədən tanıdıqları Nüsrəddinə zəng vurduğunu, Nüsrəddinin onlarla görüşdükdən sonra birlikdə xəstəxanaya getdiklərini, orada polis əməkdaşları ilə yenidən söhbət etmələrinə baxmayaraq polis əməkdaşlarının Təvəkkülə məxsus avtomobili cərimə meydançasına apardıqlarını, sonra isə Təvəkkül ilə birlikdə oradan birbaşa piyada evə getdiklərini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində və verilmiş suallara cavabında haliyədə heç bir yerdə işləmədiyi üçün özünə məxsus ** BF *** dövlət nömrə nişanlı “QAZ 31110” markalı avtomobili ilə Şərur şəhər ərazisində taksiçilik edərək çörək pulu qazanıb ailəsini dolandırdığını, Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıdığını, onunla münasibətlərinin çox yaxşı olduğunu, Sərxanın nə vaxt hara getmək istəyən zaman ona zəng vuraraq maşın lazım olduğunu bildirməsini, onu lazımı olan ünvanlara aparıb çatdırmasını, Sərxanla yaxın dost olduğuna görə ondan heç bir təmanna güdmədiyini, Sərxanın yanacaq pulu kimi nə verirdisə onu da götürdüyünü, 20.02.2021-ci il tarixdə təxminən saat 01:00 radələrində Sərxanın ona zəng vuraraq Siyaqut petrolun yanındayıq gəl bizi apar Xanlıqlar kəndinə sözlərini dediyini, həmin ünvana getdiklərini, ora çatanda Sərxandan əlavə 3 nəfərin də Sərxanın yanında olmasını, həmin şəxslərin heç birini tanımadığını, Sərxanı və həmin 3 nəfəri avtomobillə aparıb Şərur Rayon Ələkli kəndi ilə Xanlıqlar kəndinin arasında olan yol kənarında endirdiyini, həmin vaxt tanımadığı 3 nəfərdən birinin avtomobilin içərisinə yanacaq doldurması üçün 8 manat pul atdığını, sonra da həmin şəxsləri orada qoyub birbaşa evə gəldiyini, həmin şəxslərin Xanlıqlar kəndinə nə məqsədlə getməsini bilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində və verilmiş sualara cavabında 2016-cı ilin sentyabrında Naxçıvan MR DYPİ-nin yol patrul xidməti inspektoru vəzifəsində işlədiyini, 20.02.2021-ci il tarixində təyin olunmuş marşurut xətti üzrə Naxçıvan-Sədərək magistral yolunda xidmət apardığını, saat təxminən 01:30 radələrində Naxçıvan-Sədərək magistral yolunun Şərur Rayon Yuxarı-Daşarx kəndi ərazisindən keçən hissəsində Naxçıvan şəhər istiqamətindən gələn ağ rəngli ** BH *** dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilini saxladığını, həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim edərək ondan sənədlərini təqdim etməyini xahiş etdiyini, sürücünün ona avtomobildə xəstə vardır, onu xəstəxanaya çatdırmalıyam sözlərini deməsini, sürücü ilə aralarında keçən söhbət əsnasında onun ağzından spirtli içki iyinin gəldiyini hiss etdiyini, bu səbəbdən də sürücüyə sizi alkotestir müayinəsindən keçirdək sonra yola salarıq sözlərini dediyini, lakin sürücünün müayinədən keçməkdən boyun qaçırdaraq avtomobilinə əyləşib avtomobili bir başa Şərur Rayon Mərkəzi X13 Yardım şöbəsinə sürdüyünü, post yoldaşı ilə onun arxasınca həmin ünvana getdiklərini, X40 şöbəsində ilk öncə sürücünün avtomobilində olan qadına ilkin tibbi yardım göstərildiyini, sonra isə həmin sürücünün sərxoş olub-olmadığını müəyyən etmək üçün onun tərəfindən həkim müayinəsindən keçirildiyini, müayinə zamanı onun 0.25 promil spirtli içki qəbul etdiyinin müəyyən olunduğu, xəstəxanada sürücünün Təqsirləndirilən şəxs5 olmasının aydın olduğunu, Təqsirləndirilən şəxs5 avtomobilinin müvəqqəti saxlanc yerinə aparacaqlarını bildirdiklərini, lakin Təqsirləndirilən şəxs5 avtomobili təhvil verməkdən boyun qaçıraraq açarları özündə saxlayıb yoldaşını da götürüb xəstəxanadan uzaqlaşdığını, təxminən bir saata yaxın xəstəxananın həyətində gözlədikdən sonra Təqsirləndirilən şəxs5, yoldaşı və tanımadığı bir nəfər şəxs ilə birlikdə xəstəxanaya qayıtdıqlarını, Təqsirləndirilən şəxs5 yenə də avtomobilini təhvil vermək istəmədiyini, həmin vaxt Şərur RPŞ-nın əməkdaşı olan Vurğun Məmmədov adlı şəxsin də həmin ünvana gəldiyini, Vurğun müəllimin Təvəkküllə söhbət etdikdən sonra Təvəkkülün avtomobilini təhvil vermək qərarına gəldiyini, Təqsirləndirilən şəxs5 onlarla birlikdə DYPİnin müayinə mərkəzinə getdiyini və orada onun iştirakçılığı ilə avtomobili təhvil götürdüklərini, Təqsirləndirilən şəxs5 həmin günü avtomobili idarə edərkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə tərəfindən saxlanılmş olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 izahatında və verilmiş suallara cavabında ailə üzvləri ilə birlikdə yaşadığını, atası Zərərçəkmiş şəxs isə onlardan ayrı tək yaşadığını, atası ilə eyni evdə yaşamasalar da atasının yaşadığı ev ilə onların yaşadığı evin arasında bir divar olduğunu, həmin divardan bir qapı olduğunu, lakin uzun müddətdir ki, istifadə etmədikləri üçün həmin qapını taxta ilə bağladıqlarını, 20.02.2021-ci il tarixdə gecə saat təxminən 03:00 radələrində atasının həmin qapını döydüyünü və qışqıraraq onu səslədiyini eşitdiyini, dərhal evdən çıxıb atası Zərərçəkmiş şəxs yaşadığı evə getdiyini, içəri daxil olanda atasının qorxudan titrədiyini gördüyünü, evin içərisinə nəzər saldıqda otaqların dağınıq vəziyyətdə olduğunu görüb atasından nə baş verdiyini soruşduğunu, atasının ona işıqların yanmadığına görə tanıya bilmədiyi 3 nəfərin evin içərisində olduqlarını, onlara siz kimsiniz sözlərini dediyini, həmin şəxslərdən birinin ona nəvələrinik sözlərini dediyini, işığı yandırmaq istəyən zaman həmin şəxslərdən birinin onun sifətindən vurduğunu, zərbədən yerə yıxıldığını və sonra həmin şəxslərin qaçıb getdiklərini bildirdiyini, həmin şəxslərin atasının evinə oğurluğa gəldiklərini fikirləşdiyini, evə nəzər saldıqda ilk öncə onlara məlum olan atasının cib telefonunun, 2 qol saatının və protez dişinin oğurlanması olduğunu, sonra atasının əlini stulun üstündə olan pencəyinin cibinə salıb “Vaqif 320 manat pulumu da cibimdən oğurlayıblar” sözlərini dediyini, onun pencəyinin ciblərini axtardığını, həqiqətən də qeyd edilən məbləği tapa bilmədiyini, həmin günü mən onun cibində 320 manat pulunun olduğunu görmədiyini, o və ailə üzlərinin heç vaxt onun pulunun nə qədər olduğu və harada saxladığı barədə maraqlanmadıqlarını, ailə üzvləri ilə bir neçə gün məsləhətləşdikdən sonra polisə şikayət etmək qərarına gəldiklərini, ona görə də atası ilə polis şöbəsinə gedərək orada yazılı şəkildə şikayət etdiklərini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində və verilmiş sualara cavabında, 2018-ci ilin yanvar ayından Şərur rayon Polis şöbəsinin CAB-nin rəisi vəzifəsində işlədiyini, 26.02.2021-ci il tarixində Şərur Rayon Xanliqlar kənd sakini Zərərçəkmiş şəxs oğlunun ərizə ilə müraciət edərək 20.02.2021-ci il tarixində saat 02:30 radələrində yaşadığı evində olan zaman tanımadığı şəxslərin onun evinə qanunsuz daxil olaraq salonda olan masanın üzərindən 2 qol saatı, 01 ədəd SGH-C450 Samsunq markalı cib telefonu, protez diş və pencəyinin cibindən 320 manat pulu oğurladıqlarını bildirdiklərini, həmin ərizə əsasında bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Təvəkkülün əvvəlcədən Nail və Təqsirləndirilən şəxs1lara aparıb göstərdiyi Şərur rayon Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs evinə, 20.02.2021-ci tarixdə saat 02:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs evdə olduğu zaman qanunsuz daxil olaraq salonda olan masanın üzərindən 2 qol saatı, 01 ədəd SGH-C450 Samsunq markalı cib telefonu, protez diş və pencəyinin cibindən 320 manat pulu açıq şəkildə taladıqlarının müəyyən edildiyini, ona görə də ilk öncə adları çəkilən şəxslərdən Şərur Rayon Kürkənd sakinləri Nurani və onun əmisi oğlu Nailin yerlərinin müəyyən edilərək polis şöbəsinə gətirildiklərini, polis şöbəsində hal şahidlərinin iştirakçılığı ilə Nurani və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarışların keçirildiyini, axtarış nəticəsində Təqsirləndirilən şəxs1ların əynində olan gödəkçəsinin cibindən 01 ədəd SGH-C450 Samsunq markalı cib telefonu və protez diş, Nailin cibindən isə 01 ədəd “rolex” markalı kişi qol saatının aşkar edilərək götürüldüyünü, həmin əşyaların fotoşəkillərinin çəkilərək qablaşdırılıb protokola əlavə olunduğunu, sonra həmin şəxslərin izahatları alınarkən onların cinayət əməlini hansı şəxslərlə birgə törətdiklərini etiraf etdiklərini, həmin izahatlara əsasən də ardıcıllıqla Şərur Rayon Maxta kənd sakini Təqsirləndirilən şəxs3, Şərur Rayon Düdəngə kənd sakini Təqsirləndirilən şəxs4, Babək Rayon Aşağı Uzunoba kənd sakini Təqsirləndirilən şəxs5 Qadir oğlunun yerlərinin müəyyən edilərək saxlanıldıqlarını və istintaq orqanına təhvil verildiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Şərur rayon sakinləri ilə ədavəti olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində və verilmiş sualara cavabında Şərur Rayon Mərkəzi X13 yardım şöbəsində feldşer işlədiyini, 20.02.2021-ci il tarixində Şərur Rayon Mərkəzi X13 yardım şöbəsində növbədə olan zaman tanımadığı cavan oğlanın bir qadınla birlikdə şöbəyə daxil olduğunu, həmin oğlanın yanındakı qadını göstərərək bu mənim yoldaşımdır, özünü yaxşı hiss eləmir sözlərini dediyinə görə, həmin qadını müayinə etdiklərini, müayinə zamanı ona lazımı yardımların göstərildiyini, sonra tanımadığı yol patrul xidməti əməkdaşlarının şöbəyə daxil olduqlarını, həmin əməkdaşlardan birinin özünü təqdim edərək oğlanı alkol testindən keçirməyimi xahiş etdiyini, sonradan adının Təvəkkül, soyadının isə Əliyev olduğunu bildiyi şəxsin onun tərəfindən alkol testindən keçirildiyini, müayinə zamanı onun 0.25 promil spirtli içki qəbul etdiyinin müəyyən olunduğunu, sonra polislərlə onun arasında mübahisənin baş verdiyini, həmin vaxt növbəti çağırışa getdiyindən orada nə baş verdiyini bilmədiyini, oğurluq hadisəsindən xəbəri olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 ifadəsində və verilmiş sualara cavabında, 20.02.2021-ci il tarixində Şərur Rayon Siyaqut kəndi ərazisində təyin olunmuş marşurut xətti üzrə xidmət apardığını, saat təxminən 04:12 radələrində Siyaqut kəndi ərazisində yerləşən mərasim evinin yanından tanımadığı 4 nəfər şəxsin keçdiklərini gördüyünü, onların davranışlarından özlərini şübhəli apardıqlarını hiss etdiyinə görə onlara yaxınlaşaraq özünü təqdim etdiyini, həmin şəxslərin heç birini tanımadığına görə qeydiyyat aparmaq üçün onlardan özlərini təqdim etmələrini xahiş etdiyini, həmin şəxslərin ona Şərur Rayon Qarxun kənd sakinləriyik, Naxçıvan şəhərində olan restorandan gəlirik sözlərini deməsini, onlara bəs nəyə görə piyada gəlirsiniz sualını ünvanlayan zaman, həmin şəxslərin ona taksi bizi yolun yarısına qədər gətirdi ona görə də piyada gəlirik cavabını verdiklərini, həmin şəxslər üzərində olan şübhələrinin daha da artdığını, həmin şəxslərin adlarını soruşaraq qeydiyatını apardığını, qeydiyyat aparan zaman həmin şəxslərin adlarının X14, X11, X30 və X31 olduqlarını bildirdiklərini, həmin şəxslərin dediklərini öz kitabçasında qeyd etdiyini, onların yanında başqa hər hansı bir şəxs vəya şəxslər görmədiyini və saxlamadığını, sonra həmin şəxslərin Siyaqut kənd ərazisindən uzaqlaşıb getdiklərini, bir müddət sonra bölük komandirinin ona, Şərur Rayon Siyaqut kənd ərazisində saxlayaraq qeydiyyat apardığı şəxslərin ona özləri barədə yalan məlumatlar verdiklərini deməsini və həmin şəxslərin Şərur Rayon Kürkənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şərur Rayon Maxta kənd sakini Təqsirləndirilən şəxs3, Şərur Rayon Düdəngə kənd sakini Təqsirləndirilən şəxs4 olduqlarını bildirdiyini, həmin şəxsləri tanımadığını, onları ilk dəfə idi ki, gördüyünü, həmin şəxslərlə söhbət edən zaman onlardan spirtli içki iyi gəldiyini, həmin şəxslərin üzərlərində hər hansı bir əşya görmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və verilən suallara cavabında Şərur Rayon Kürkənd orta məktəbində gözətçi işlədiyini, 27.02.2021ci il tarixində həmkəndlisi X18 ilə birlikdə yaşadığı kəndə getmək üçün Şərur şəhərində yerləşən dayanacaqda taksi gözlədiyini, həmin vaxt Şərur Rayon polis şöbəsinin əməkdaşlarının onlara yaxınlaşaraq hər ikisindən hal şahidi qismində istirak etməklərini xahiş etdiklərini, onların xahişini könüllü surətdə qəbul etdiklərini, sonra polis əməkdaşları ilə birlikdə Şərur şəhərində tanımadığı bir ünvana getdiklərini, ora çatdıqda həmin ünvanın ünvan 5 və vəzifələrinin izah edilməsini, sonra tanımadığı 40-45 yaşlarında bir kişinin təqdim edildiyini, həmin kişinin həmin ünvanda kirayə yaşayan X8 olduğunun elan olunduğunu, sonra Nüsrəddin Əsədzadədən metal dişlərin harada saxladığının soruşulduğunu, onun polis əməkdaşlarına həmin dişlərin evin önündə olan həyətyani sahədə olduqlarını bildirdiyini, sonra həmin ünvanın həyətindən 3 ədəd sarı metaldan hazırlanmış diş aşkar edilərək götürüldüyünü, həmin dişlərin fotoşəkillərinin çəkilərək onların iştirakçılığı ilə qablaşdırılıb protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavə vəya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünün onlar tərəfindən çəkilən imzalarla təsdiq olunduğunu, həmin şəxsləri əvvəldən tanımadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində və ona verilmiş suallara cavabında şahid X2 ifadəsində göstərilən xüsusatları təsdiq etdi və X5 tanımadığını, onunla heç bir qohumluq əlaqələri və yaxud da ədavətinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X32 ifadəsində və verilən suallara cavabında 27.02.2021-ci il tarixində saat 17:00 radələrində şəxsi işilə əlaqədar Şərur şəhərində olan zaman Şərur RPŞ-nın əməkdaşlarının ona yaxınlaşaraq ondan hal şahidi qismində istirak etməyini xahiş etdiklərini, onların xahişini könüllü surətdə qəbul edərək polis əməkdaşları ilə birlikdə Şərur RPŞ-nın inzibati binasına getdiyini, ora çatdıqdan 10 dəqiqə sonra Çomaxtur kənd sakini olan X1 da polis əməkdaşları ilə birlikdə onun olduğu otağa gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah edildiyini, sonra tanımadığı bir cavan oğlanın onlara təqdim edildiyini, həmin şəxsin Şərur Rayon Kürkənd sakini Təqsirləndirilən şəxs1 olduğunun onlara bildirildikdən sonra həmin şəxsin üzərində onların iştirakçılığı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qara rəngli cib telefonu və protez damaq aşkar edilərək götürüldüyünü, qeyd olunan əşyaların fotoşəkilləri çəkildikdən sonra onların iştirakçılığı ilə zərfə qablaşdırıldığını, həmin zərfin üzəri onlar tərəfindən imzalandıqdan sonra möhürlənərək protokola əlavə edildiyini, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavə vəya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünün onların tərəfindən çəkilən imzalarla təsdiq olunduğunu, təxminən 20-25 dəqiqə keçdikdən sonra ona və X3 Nail Samil oğlu adlı bir cavan oğlanın təqdim edildiyini, həmin vaxt onlara polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əmisi oğlu olduğunun bildirildiyini, sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd kişi qol saatı aşkar edilərək götürüldüyünü, eyni qaydada protokol tərtib edildiyini bildirdi. Ölmüş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunması ilə bağlı cinayət prosesi tərəflərinin fikri nəzərə alınaraq ölmüş şahidin ifadəsi elan olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 şahid ifadələrini təsdiq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlləri iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir.

2.3 Ekspert rəyləri: Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli 50 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 01 ədəd ”SAMSUNG SGH-C45” markalı mobil telefonun qiyməti 2021-ci ilin fevral ayı üçün təxmini olaraq 40 (qırx) manatdır, 01 ədəd “Rolex” markalı qol saatının qiyməti 2021-ci ilin fevral ayı üçün təxmini olaraq 30 (otuz) manatdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2021-ci il tarixli 68 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 01 ədəd protez damaq və həmin damağa aid 3 ədəd dəmir tərkibli, xrom və nikeldən ibarət dişlərin hazırlanmasının ümumi dəyəri 2021-ci ilin fevral ayı üçün təxmini olaraq 220 (iki yüz iyirmi) manatdır. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31.03.2021ci il tarixli 10 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən zəiyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqəsirləndirilən Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 31.03.2021ci il tarixli 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31.03.2021ci il tarixli 12 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən zəiyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Tqəsirləndirilən Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 31.03.2021ci il tarixli 13 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31.03.2021ci il tarixli 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən zəiyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Tqəsirləndirilən Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 31.03.2021ci il tarixli 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31.03.2021ci il tarixli 16 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən zəiyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Tqəsirləndirilən Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 31.03.2021ci il tarixli 17 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31.03.2021ci il tarixli 18 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən zəiyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Tqəsirləndirilən Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 31.03.2021ci il tarixli 19 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur.

2.4 Digər sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən 15.03.2021-ci il tarixli zərgərlik məmulatları barədə 12-01/04 nömrəli rəydən görünür ki, təqdim olunmuş dişlər dəmir tərkibli, xrom və nikeldən ibarət olmaqla 0.60 qram, 0.33 qram və 0.18 qram çəkidədir, damaq isə qiymətli metaldan ibarət deyil. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamələrdən görünür ki, Babək rayon Aşağı-Uzunoba kənd sakini 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5, Şərur rayon Maxta kənd sakini 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3, Şərur rayon Kürkənd sakinləri 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı məlumat yoxdur, Şərur rayon Düdəngə kənd sakini 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 24.01.2008-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.3.2-ci maddələrilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəza müddəti başa çatdığından 25.06.2015-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 1 azyaşlı uşağı, Təqsirləndirilən şəxs4 isə 3 azyaşlı uşağı vardır.

3. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 özlərinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxslərin törətdikləri əməldə cinayət tərkibi, onların ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü, 180.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 maddələrilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 maddələrilə, Təqsirləndirilən şəxs5 Qadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1,177.2.3-cü maddələrilə və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrilə əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxs ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxs ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Sahib oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxs ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxs ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs5 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, 3 azyaşlı uşağı olmasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxs ilə razılığın əldə edilməsini, zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əvvəllər qəsdən törətmiş olduğu cinayətə görə Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsilə müəyyən edilən məhkumluq müddəti bitmədən yenidən qəsdən cinayət törətmiş və onun bu əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsilə cinayətlərin residivini yaratmışdır. Bu hal Təqsirləndirilən şəxs4 məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 180.2-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2-ci maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxslərə onlara istinad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barələrində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onların cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barələrində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulmalıdır.

Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 oğluna hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi götürülmüş 1ədəd “Rolex” markalı qol saatı, 1 ədəd SGH-C450 Samsunq markalı cib telefonunun və 1 ədəd damaq protez zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci, 180.2.3-cü, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci, 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç il) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci, 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

4. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

5. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç il) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

6. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın.

7. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulsun.

8. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin.

9. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onlar məhkəmə zalından dərhal həbsdən azad edilsin.

10. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkilləri Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi1 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün.

11. İşdə mülki iddianın olmaması nəzərə alınsın.

12. İş üzrə maddi sübut kimi götürülmüş 1ədəd “Rolex” markalı qol saatı, 1 ədəd SGH-C450 Samsunq markalı cib telefonu və 1 ədəd damaq protez hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın.

13. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar