Məhkəmə qərarları › İş №1(110)-10/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-10/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-10/2024 20.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayon Oğlanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 19:00 radələrində Naxçıvan MR-nın ünvan 1 ünvanda anası Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı döyməklə sonuncuya sağ gözündə hematoma, sol gözünün alt nahiyəsində, çənəsində, sol bazusunda qançırlar, ovurdlarında yara, ikitərəfli almacıq nahiyəsinin dərialtı hemotoması, sağ əng sümüyünün göz yuvası səthinin xətti sınığı ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid bədən xəsartələri yetirmiş, bununla da Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına baxılması Şərur Rayon Məhkəməsinə aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair yekun protokolunun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparılmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, anası ilə barışıq əldə etdiyini, buna görə də işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs cinayət törətmiş şəxsin onun oğlu olduğunu, o zaman hirsli olduğu üçün polisə şikayət etdiyini, hazırda oğlu ilə barışdıqlarını, ondan heç bir şikayətinin olmadığını bildirərək icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, bununla bağlı notarial ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında çıxış edən Dövlət ittihamçısı iş üzrə icraata xitam verilməsi üçün əsaslar olduğundan icraata xitam verilməsini təklif etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Naxçıvan MR DİN Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan qərar və orderdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Şərur Rayon Vəkil Bürosunun vəkili X5 məhkəməyədək icraat zamanı dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünün məhkəmə hazırlıq iclası zamanı törətdiyi əməli etiraf etməsinə, icraat materiallarında olan ekspert rəyi və digər sübutlara məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi, onun həmin cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Lakin məhkəmə hazırlıq icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində aşağıdakı hüquq normalarına əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə həmin məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 305-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün məhkəməyədək icraat zamanı ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Şərur Rayon Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 299.3.4, 300.1.7, 300.5, 305, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə xərci olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar