Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-10/2025 27.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: unun sədrliyi, Məhkəmə iclas katibi: un katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas Hüseynov İbrahim Fətulla oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Müdafiəçisi: Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2, Müdafiəçisi: Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Şərur rayonunun Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Qarxun kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz, 09 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1994-cü il tarixdə Şərur rayonunun Muğancıq Mehrab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Muğancıq Mehrab kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz, 09 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 2025-ci ilin may ayının əvvəllərində əvvəlcədən aralarında dostluq münasibətləri olan Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs2 ilə özlərinə məxsus həyətdə işləyən zaman Məhəmməd işsizlikdən narazılıq etmiş və işləmək üçün Türkiyə Respublikasına gedəcəyini,“pul qazanmağın da asan yolu yoxdur, yaşlı birinin evi olsaydı gedib girərdik” sözlərini dedikdə, o, nənəsi Gülüsümün evindən oğurluq etməyi Məhəmmədə təklif etmiş, Təqsirləndirilən şəxs2 onun bu təklifi ilə razılaşmış, beləliklə də Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmişdir. 06 may 2025-ci il tarixdə nənəsi Gülüsüm Nəcəfova ona zəng edərək avtomobillə gəlib onları öz evlərinə aparmasını xahiş etmiş, daha sonra o, nənəsigilə gedərək onları yaşadığı Şərur rayon Qarxun kəndində yerləşən evlərinə gətirdikdən sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün həmin gün Təqsirləndirilən şəxs2la birlikdə təxminən saat 21:30 radələrində nənəsi Gülüsüm Nəcəfovanın evinə gedərək əvvəlcədən üzərlərində gətirdikləri kəlbətin ilə evin yataq otağının pəncərəsinin şüşəsini çıxartmış, həmin hissədən evə qanunsuz daxil olaraq özləri ilə gətirdikləri armatur parçası ilə yataq otağında olan sandığın qıfılını açaraq içərisindən dayısının arvadı Zərərçəkmiş şəxs məxsus 22700 ABŞ dolları pulu gizli olaraq talamaqla, sonuncuya ümumilikdə 38590 manat məbləğndə, yəni xeyli miqdarda ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur rayon Muğancıq Mehrab kənd sakini Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan dostluq edir, evlərini təmir etdirdiyi üçün Məhəmməd onlarda fəhlə işləmiş, 04 may 2025-ci il tarixdə Məhəmmədlə birlikdə həyətdə işləyən zaman siqaret çəkmək üçün yola çıxmış, həmin vaxt Məhəmməd işsizlikdən narazılıq etmiş və işləmək üçün Türkiyə Respublikasına gedəcəyini demişdir. Daha sonra “pul qazanmağında asan yolu yoxdur, yaşlı birinin evi olsaydı gedib girərdik” sözlərini dedikdə, ona “istəsən bir yer var, ora girə bilərik” sözlərini demiş, Məhəmməd ondan kimin evi olduğunu soruşmuş, ona nənəsi Gülüsümün evindən oğurluq edəcəklərini demiş, Məhəmməd onunla razılaşmış, Məhəmməd ondan evdə pul olub-olmadığını soruşmuş, Məhəmmədə “dəqiq bilmirəm, nənəm gil nə vaxt bizə gəlsə deyəcəm gedib baxarıq” sözlərini demiş, Məhəmməd ona “oğurluğa gedəndə bir şey götürərsən qıfıl olsa qırarıq, birdə nə vaxt getsək mənə zəng vurub adabtrımı götür gəl deyərsən mən özüm biləcəm” sözlərini demiş, Məhəmməd ilə razılaşmış, 05 may 2025-ci il tarixdə həyətdə işlədikdən sonra saat təxminən 20:00 radələrində Məhəmmədlə birlikdə kəndin mağazasına gedərək oğurluq zamanı istifadə etmələri üçün əlcək almış, 06 may 2025-ci il tarixdə axşamüstü nənəsi Gülüsüm evə zəng vuraraq onlara gəlmək istədiyini bildirmiş, bundan sonra o, atası Rafiqə məxsus Mersedes markalı avtomobillə nənəsi gilə gedərək nənəsi Gülüsüm, dayısının arvadı Elşanə və dayısının oğlu Rəsulu götürərək öz evlərinə gətirmiş, bundan sonra Məhəmmədə ***-***-**-** saylı nömrəsi ilə zəng vuraraq “nənəmgil bizə gəlib, çıx məhləyə” sözlərini demiş, Məhəmməd ona “adabtrı gətirim” sualını vermiş, o, da Məhəmmədə hə demiş, evdən kəlbətin götürərək çıxmış, bundan sonra Məhəmmədi avtomobillə məhlədən götürərək Şərur şəhərinə gəlmiş, avtomobili taksi dayanacağında saxlamış, taksi dayanacağında olan Mersedes markalı avtomobilə yaxınlaşmış, sürücüdən onları Qarxun kəndinə aparmağını istəmiş, taksi sürücüsü onunla razılaşaraq onları Qarxun kəndinə aparmış, asvaltda avtomobildən düşərək sürücüyə 3 manat pul vermiş və zəng vuran zaman gəlib onları həmin yerdən götürməsini istəmiş, sürücü onunla razılaşaraq nömrəsini Məhəmmədə vermişdir. Bundan sonra nənəsigilin evinə tərəf getmiş, saat təxminən 21:30 radələrində dərə tərəfdən setka qapını açaraq həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra Məhəmmədin gətirdiyi əlcəkləri geyinmiş, Məhəmməd ayağının altına stol qoyaraq kəlbətin ilə evin böyür tərəfində olan taxta pəncərənin mismarlarını çıxartmış, pəncərənin şüşəsini çıxartıqdan sonra pəncərəni arxadan açmaq istəsə də, bacara bilməmiş, daha sonra Məhəmməd stola çıxaraq pəncərənin arxa çəftəsini açmış, pənəcərənin qarşısında olan güldanı kənara çəkmiş, bundan sonra həmin hissədən ilk öncə özü arxasınca isə Məhəmməd evin yataq otağına daxil olmuş, həmin otaqda olan ağzı qıfıllı sandığı Məhəmməd üzərində gətirdiyi armaturla açmış, sandıqda sellofon torbalar olduğunu görmüş, Məhəmməd telefonun işığını tutmuş, həmin sellofon torbaları yoxlayan zaman Məhəmməd sandığın aşağı hissəsindəki sellofon torbanın içərisində pul kisəsi olduğunu görmüş, həmin pul kisəsini açaraq içərisinə baxmış və içərisində xeyli miqdarda yüzlük ABŞ dolları olduğunu görmüş, pulun hamısını cibinə qoymuş, əlavə olaraq pul kisəsinin içərisində 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağı olsa da, onları götürməmiş, bundan sonra sandığın içərisini yığışdıraraq qapısını örtmüş və qıfılı bağlayaraq daxil olduğuqları pəncərədən həyətə çıxmışlar. Məhəmməd şüşəni yerinə bağlamış, həyətdən çıxdıqdan sonra Məhəmməd onları gətirən taksi sürücüsünə zəng vurmuş, sürücü avtomobilində olan müştərini düşürtdükdən sonra onları götürəcəyini bildirmiş, asvalta çıxaraq taksini gözləməyə başlamışlar, təxminən 10 dəqiqə sonra taksi sürücüsü gəlib onları götürmüş, Şərur şəhərinə taksi dayanacağına gəlmişlər, bundan sonra o, taksi sürücüsünə pul vermiş və avtomobildən düşmüşlər, Araz marketin arxasında olan mağazaya girərək özlərinə siqaret almış və onun avtomobilinə əyləşmişlər. Bu zaman onlar pulları saymağa başlamış, pul 22700 ABŞ dolları olmuş, o, həmin puldan 700 ABŞ dollarını Məhəmmədə vermiş, 22.000 ABŞ dollarını isə özünə götürmüş, Məhəmmədlə aralarında əvvəlcədən pulu necə böləcəkləri barədə razılıq olmamış, Məhəmməd lazım olduqca ondan əlavə pul alacağını bildirmiş, onunla razılaşmış, oğurluqdan sonra 22000 ABŞ dollar pulu müvəqqəti olaraq saxlamaq üçün tanışı Anaxanım adlı qadına vermiş, Anaxanım ondan həmin pulun nə pulu olmasını soruşduqda ona pulun oğurluq olduğunu deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində etdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini və barışıq əldə edilidiyini, zərərçəkmiş şəxsin onlardan hər hansı bir şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı övladının olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 ilə sinif yoldaşı olmuş, Raufgil evlərini təmir etdirdiyi üçün ara-sıra onlara gedərək kömək etmiş, hadisədən təxminən 1 həftə əvvəl Raufgildə olan zaman o, Raufa "bir ev olsa idi girərdik, borclarımı verərdim" demiş, bu zaman Rauf ona nənəsi Gülüsüm Nəcəfovanın evindən oğurluq etməyi təklif etdikdə, o bununla razılamış, Raufdan bunun necə olacağını soruşmuş, Rauf ona “nənəmgil nə vaxt bizə gəlsələr mən sənə xəbər edəcəm bir yerdə gedəcəyik” sözlərini demiş, əlavə olaraq Rauf ona sənə zəng vuranda “mənim adabtrımı gətir sözlərini desəm bilki oğurluğa gedirik” sözlərini demiş, onunla razılaşmış, bu məqsədlə 05 may 2025-ci il tarixdə Raufla birlikdə Qarxun kəndinə gedərək oğurluqda istifadə etmək üçün iki cüt fəhlə əlcəyi almışlar, 06 may 2025-ci il tarixdə saat təxminən 20:30 radələrində Rauf onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq “mən gedirəm nənəmgili bizə gətirəm, səndə adabtrımı götür gəl məhləyə” sözlərini demiş, Rauf ona əvvəlcədən pulun sandıqda olduğunu və sandığın ağzının qıfıllı olduğunu bildirdiyi üçün həyətdən 16-lıq armatur götürərək cibinə qoymuş, bundan sonra hazırlaşıb məhləyə çıxmış, həmin vaxt Rauf artıq nənəsi gili gətirmiş, onun Mersedes markalı avtomobilinə əyləşərək Şərur şəhərinə gəlmiş, Rauf avtomobili taksi dayanacağında saxlamış, Rauf orada olan Mersedes markalı avtomobilin sürücüsündən onları Qarxun kəndinə aparmasını istəmiş, avtomobilə əyləşərək Qarxuna getmişlər, Daxili Qoşunların binasına dönən yolda avtomobildən düşmüş, sürücüyə “Sahil” restoranına gedəcəklərini bildirərək işləri qurtaran zaman gəlib onları götürməsini istəmiş, taksi sürücüsü onlarla razılaşaraq nömrəsini ona vermiş, Qarxun kəndində olan köhnə zavodun həyəti ilə Gülüsüm gilin həyətinə getmiş, saat təxminən 21:30 radələrində dərə tərəfdən setka qapını açaraq həyətə daxil olmuş, evin böyründə olan pəncərənin mismarlarını açmış, daha sonra şüşəni yerindən çıxartmış, pəncərəyə çıxaraq arxadan cəftəsini açmış, daha sonra pəncərənin qarşısında olan güldanı kənara çəkmiş, həmin hissədən ilk öncə Rauf, onun arxasınca isə özü evin yataq otağına daxil olmuş, həmin otaqda olan ağzı qıfıllı sandığı o, üzərində gətirdiyi armaturla açmış, sandıqda sellofon torbalar olduğunu görmüş, həmin sellofon torbaları yoxlayan zaman sandığın aşağı hissəsindəki sellofon torbanın içərisində pul kisəsi olduğunu görmüş, həmin pul kisəsini açaraq içərisinə baxmış və içərisində xeyli miqdarda yüzlük ABŞ dolları olduğunu görmüş, bu zaman Rauf pul kisəsini açaraq pulun hamısını cibinə qoymuş, həmin vaxt əlavə olaraq pul kisəsinin içərisində 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağı olsa da, rauf onları götürməyə icazə evrməmiş, bundan sonra sandığın içərisini yığışdıraraq qapısını örtmüş və qıfılı bağlayaraq daxil olduğuqları pəncərədən həyətə çıxmışlar. Daha sonra yolda onları gətirən taksi sürücüsünə zəng vuraraq gəlib onları düşürtdüyü yerdən götürməsini istəmiş, təxminən 10 dəqiqə sonra taksi sürücüsü gəlib onları götürmüş, Şərur şəhərinə taksi dayanacağına gəlmişlər, bundan sonra Rauf taksi sürücüsünə pul vermiş və avtomobildən düşmüşlər, Araz marketin arxasında olan mağazaya girərək özlərinə siqaret almış və Raufun avtomobilinə əyləşərək pulları saymağa başlamışlar, pul 22700 ABŞ dolları olmuş, o, həmin puldan 700 ABŞ dollarını Rauf ona vermiş, 22.000 ABŞ dollarını isə özünə götürmüş, həmin gün Rauf oğurladıqları pulu tanışı olan Anaxanım adında qadına müvəqqəti saxlamağa vermiş, o, isə özünə düşən 700 ABŞ dollarını evində gizlətmişdir. Səhəri gün oğurluq faktı aşkarlandıqda o, Şərur Rayon Polis İdarəsinə dəvət olunaraq ifadə vermiş və törətdiyi əməli etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində etdiyi əməllərə görə peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini və barışıq əldə edilidiyini, zərərçəkmiş şəxsin onlardan hər hansı bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə məhkəmə istintaqında özlərini təqsirli bilmələrinə dair ifadələrini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, təxminən 22 il bundan əvvəl Şərur rayon Qarxun kənd sakini X8 ilə ailə həyatı qurmuş, təxminən 20 ildir ki, əri Türkiyə Respublikasında işləyir, əri ildə bir-iki dəfə Şərur rayon Qarxun kəndində yerləşən evlərinə gəlir, özlərinə Qarxun kənd ərazisində yeni ev tikirlər, lakin, ev hazır olmadığına görə azyaşlı oğlu Rəsul ilə birlikdə qayınanası X9 məxsus evdə yaşayır, həyat yoldaşı qazandığı pulu ona göndərir, onun göndərdiyi pulları qayınanasının yataq otağında olan sandığın içərisində saxlayır. Son olaraq 04 may 2025-ci il tarixdə əri Rüstəm qonşuları Ramil ilə evə 4500 ABŞ dolları pul göndərmiş, Rüstəm həmin pulun 4000 ABŞ dollarını yığdığı pulun üzərinə qoymağını 500 ABŞ dollarını isə xırdalayaraq şəxsi ehtiyaclarını qarşılamağını istəmiş, 05 may 2025-ci il tarixdə qayınanası Gülüsüm ilə birlikdə Şərur şəhərində yerləşən bazara gəlmiş, 500 ABŞ dolları pulu xırdalayaraq ilk öncə kreditini, sonra isə komunalları ödəmiş, daha sonra evə bazarlıq etmiş, 4000 ABŞ dolları pulu isə yataq otağında olan sandığının içərisinə qoymuş, həmin pul ilə birlikdə sandıqda 22700 ABŞ dolları pul olmuş, 06 may 2025-ci il tarixdə oğlu Rəsul sıxıldığını bildirərək bibisi Dilarə gilə getmək istəmiş, qayınanam da, ona “zəng vur Rauf bizi gəlsin aparsın” sözlərini demiş, təxminən 15 dəqiqə sonra baldızının oğlu Rauf atasının avtomobili ilə gələrək onları evlərinə aparmış, Rauf onları evə düşürtdükdən sonra çayxanaya gedəcəyini bildirərək evdən çıxmış, saat 11-ə qalmışadək orada olmuş, daha sonra Rauf evə gələrək avtomobil ilə onları öz evlərinə aparmış, evə çatdıqdan sonra qayınanasının çarpayısını hazırlamaq üçün onun yataq otağına keçmiş, həmin vaxt otağın pərdəsinin kənara çəkildiyini və pəncərənin önündəki güldanlarının yerinin dəyişildiyini görmüş, qayınanasına “sən niyə bu güllərlə oynayırsan” sözlərini demiş, o, isə “ay bala mən uşaq deyiləm ki, güllərlə oynayım” sözlərini demiş, daha sonra həmin otaqda olan sandığın qıfılına baxmış, qıfılın bağlı olduğunu gördükdən sonra öz otağına gedərək yatmış, sabahsı gün səhər tezdən qayınanası Gülüsüm onu çağıraraq sandıqda olan pulun hamısının oğurlandığını bildirmiş, daha sonra böyük qaynının bu barədə polislərə məlumat vermiş, araşdırma zamanı evdən oğurluq etmiş şəxslərin baldızının oğlu Rauf və onun dostu Məhəmməd olduğu müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində Raufun onun əllərində böyüdüyünü, öz evinin uşağı olduğunu, ona dəymişin ziyanın tamamilə ödənildiyini, özünün Rauf və Məhəmmədi bağışlamaqla, onlara qarşı hər hansı bir şikayət və tələbinin olmadığını, onlara cəza verilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, uzun illərdir ki, Şərur rayon ərazisində fərdi taksi fəaliyyəti ilə məşğul olur, özünə məxsus “Mersedes E” markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır, 06 may 2025-ci il tarixdə təxminən saat 21:00 radələrində Şərur şəhərində yerləşən taksi dayanacağında olan zaman əvvəlcədən tanımadığı Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 və Şərur rayon Muğancıq Mehrab kənd sakini Təqsirləndirilən şəxs2 onun yanına gəlmiş, onları Şərur rayon Qarxun kəndinə aparmağını istəmişlər, onları avtomobilinə əyləşdirmiş və Şərur rayon Qarxun kəndinə aparmış, onlar Daxili Qoşunların inzibati binasına dönən yolda avtomobildən düşmüş, avtomobildən enən zaman ona 3 manat pul verərək nömrəsini götürmüş və işləri bitən zaman ona zəng vuracaqlarını demişlər, daha sonra Şərur şəhərinə getmiş, Şərur şəhərində olan müştəriləri götürüb Aşağı Aralıq kəndinə aparmış və orada olan zaman onlardan biri ona zəng edərək onları düşürtdüyü yerdən götürməyini istəmiş, həmin yerə gedərək onları götürmüş və Şərur şəhərinə gətirmiş, bundan sonra onlar 3 manat pul verərək avtomobildən düşmüşlər. Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 və Şərur rayon Muğancıq Mehrab kənd sakini Təqsirləndirilən şəxs2 əvvəlcədən tanınamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 2024-cü ilin avqust ayında Türkiyə Respublikasında olarkən Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, aralarında dostluq münasibətləri yaranmış və birlikdə yaşamağa başlamışlar. 01 aprel 2025-ci il tarixdə onlar Şərura qayıtmış, Şərur şəhərində kirayə ev tutaraq oğlu ilə birlikdə yaşamış, Rauf isə tez-tez həmin evə gəlib-getmişdir. 06 may 2025-ci il tarixdə saat 22:30 radələrində Rauf tanımadığı bir nəfərlə birlikdə onun evinə gəlmiş, balkonda əyləşmiş, ondan çay istəmişdir. Çay verdikdən sonra Rauf onu içəri otağa çağıraraq cibindən xeyli miqdarda yüzlük ABŞ dolları çıxarıb ona vermiş və “bu pulları saxla, saba gəlib götürəcəm” demiş, Raufdan bu pulun nə pul olduğunu soruşduqda, Rauf onların öz pulu olduğunu bildirmişdir. Bundan sonra o, pulu yaşıl şala bükərək otaqdakı şkafa qoyaraq gizlətmiş, 07 may 2025-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları Raufla birlikdə evə gələrək ondan Raufun verdiyi pulun harada olduğunu soruşmuş, pulun yerini polislərə demiş, daha sonra polis əməkdaşları pulu sayaraq götürmüş, həmin vaxt Raufun verdiyi pulun 22000 ABŞ dolları olduğunu öyrənmişdir. 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlaması üçün ona verdiyi pulun oğurluq olduğunu bilməmiş, Təqsirləndirilən şəxs1 əvvəllər ona saxlaması üçün hər hansı dəyərli əşya verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şərur rayon Kürkənd kəndi razisində yerləşən və vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evdir. Hadisə yerinə baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs evin yataq otağında yerləşən sandığın içərisində olan ona məxsus 22800 ABŞ dolları pulun naməlum şəxs və ya şəxslər tərəfindən gizli şəkildə talandığını, 06 may 2025-ci il tarixdə evə gələn zaman həmin otaqdakı pəncərənin qarşısındakı gül dibçəklərinin yerinin dəyişildiyini bildirmişdir. Sandığın üzərindəki qıfıl sındırılmamışdır. Baxış zamanı hadisə yerindən əl-barmaq izləri götürülmüş və hadisə yerinin müxtəlif ölçüdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v İ cild 7-15). “Baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs məxsus pulların oğurlanmasından sonra Təqsirləndirilən şəxs1 həmin pulların bir qismini saxlaması üçün Şahid1 verdiyi müəyən edildiyindən sonuncunun Şərur şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxışda iştirak edən X21 Zeynalzadənin verdiyi pulu saymadan özünə məxsus açıq göy rəngli şala bükərək evdə dolabın aynalı gözünə qoyduğunu bildirmişdir. Həmin hissəyə baxış zamanı açıq göy rəngli şala bükülmüş yüzlük əskinazlardan ibarət ABŞ dollarları aşkar edilmiş, həmin pul sayılarkən ümumilikdə 220 ədəd 100-lük ABŞ dolları olduğu müəyyən edilmiş, qeyd olunan 220 ədəd 100-lük dollarların surətləri çıxardılaraq protokola əlavə olunmuş və qablaşdırılaraq götürülmüşdür (i.v İ cild 37-95). “Baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs məxsus pulların oğurlanmasından sonra həmin pullardan 700 ABŞ dollarının Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 verildiyindən, sonuncunun Şərur rayon Muğancıq Mehrab kəndində yaşadığı evə baxış həyata keçirilmiş, baxış zamanı evin yardımçı tikilisində açar qutusununun içərisindən ağ rəngli selofon torbaya bükülmüş PK59002247C, JC37426101A, PA76334153B, MB30884459B, PK86411432H, PK82847853H, PB83608003Q seriya nömrəli olmaqla 07 ədəd yüzlük ABŞ dolları aşkar edilmiş, həmin pulların surətləri çıxardılaraq protokola əlavə olunmuş və qablaşdırılaraq götürülmüşdür (i.v İ cild 96-99). “Əşyaların maddi sübut kimi tanınması haqqında” 10 may 2025-ci il tarixli qərardan və “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” Protokollardan görünür ki, cinayət işi üzrə oğurluq əməlinin törədilməsində istifadə edilən -01 ədəd 24,5 sm uzunluğunda, ucu yonulmuş dəmir parçasını və 01 ədəd 19,5 sm uzunluğunda, göy rəngli dəstəyi olan kəlbətin təqsirləndirilən şəxslər tərəfindən istintaq orqanına təhvil vermiş, həmin predmetlər qablaşdırılaraq götürülmüş, oğurluq nəticəsində əldə edilən 227 ədəd yüzlük ABŞ dolları və 01 ədəd 24,5 sm uzunluğunda, ucu yonulmuş dəmir parçası, 01 ədəd 19,5 sm uzunluğunda, göy rəngli dəstəyi olan kəlbətin maddi sübut kimi tanınmışdır (i.v İ cild 208-211). Azərbaycan Respublikası Mərkəzi X23 Respublikası İdarəsi tərəfindən Şərur RPİnə ünvanlanmış 29 may 2025-ci il tarixli, 01/89 nömrəli məktubdan görünür ki, 06 may 2025-ci il tarixində 22700 ABŞ dolları 38590 Azərbaycan manatına bərabər olmuşdur (i.v İİ cild 11). “İfadənin yerində yoxlanılması haqqında” 08 may 2025-ci il tarixli protokollardan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə oğurluq hadisəsinin baş verdiyi ünvanda (Şərur rayon Qarxun kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdə) ifadənin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı şübhəli şəxslər ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi cinayət əməllərini etiraf etmişdlər (i.v İ cild 165-168). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi, zərərçəkmiş şəxsin kimliyi, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği kimi məsələlər öz təsdiqini tapır. “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2025-ci il tarixli qərarlardan və həmin tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhə edildiyindən Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:30-da, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə, saat 22:10-da şübhəli şəxs kimi tutulmuşlar (i.v İ cild 117,119, 141, 143). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə şübhəli şəxs kimi tutulmaları ilə bağlı hallar öz təsdiqini tapır. "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" 09 may 2025-ci il tarixli qərarlardan və "Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 09 may 2025-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Аzərbаycаn Rеspublikаsı CM-nın 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, 16 iyun 2025-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 qeyd olunan maddələr ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir (i.v İ cild 174-175, 182, 191-192, 199, İİ cild 13-14, 21). “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 may 2025-ci il tarixli, 621 və 623 qeydiyyat nömrəli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 187-188, 204-205). Məhkəmə hesab edir ki, bu sübutlarla ibtidai araşdırma dövründə şəxslərə ittiham elan edilməsi və onların barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi kimi hallar öz təsdiqini tapır. 12 may 2025-ci il tarixli aktdan görünür ki, oğurluq zamanı əldə edilən və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilən 227 ədəd yüzlük ABŞ dolları istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs qaytarılmış, bununla da baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş madi ziyan tam olaraq aradan qaldırılmışdır (i.v İ cild 221). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi (aradan qaldırılması) kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X11 tərəfindən Şərur RŞPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-34- 4/2-1441/2025 №-li cavab məktubundan görünür ki, Şərur rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatları olmamışdır (i.v İİ cild 12). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 xx.xx.2025-ci il tarixli, 227 və 276 nömrəli "Ambulator Məhkəmə-psixatrik ekspertizası"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisədən sonra və hadisə zamanı psixi vəziyyətlərinin sağlam olduğu, cinayət əməllərini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri, cinayət əməllərini törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə etmək iqtidarında olduqları, hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri və onların barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir (i.v İİ cild 36-38, 43-45). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 xx.xx.2025-ci il tarixli, 276 və 278 nömrəli "X13 Tibbi Yoxlaması"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmədikləri göstərilmişdir (i.v İİ cild 39-41, 46-48). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin sağlamlıq vəziyyətləri və onların barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şərur Rayon Polis İdarəsinin Təşkilatı İnspeksiya Qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (i.v İ cild 227-228). Məhkəmə hesab edir ki, bu sübutla təqsirləndirilən şəxslərin məhkumluqlarının olmaması və onlara residivə görə cəza təyin etmək üçün əsasların olmaması kimi hallar öz təsdiqini tapır. Şərur rayon İHB-nın Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli, 53 və 104 №-li arayışlardan, AZ-İ 946206 №-li Nikah haqqında şəhadətnamənin, o cümlədən AZ-İV 165493 №-li və Az-İV 625882 №-li Doğum haqqında şəhadətnamələrin surətindən, o cümlədən "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şərur rayonunun Qarxun kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri arvadı-1998-ci il təvəllüdlü X2, qızı- 2018-ci il təvəllüdlü X6, oğlu-2020-ci il təvəllüdlü X7 ibarətdir (i.v İİ cild). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxs X10 qeydiyyatda olduğu və faktiki yaşayış yeri, o cümlədən himayəsində 2 azyaşlı uşağının olması kimi hallar öz təsdiqini tapır. Şərur rayon İHB-nın Muğançıq Mehrab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-28-43/01-84 №-li arayışdan və "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şərur rayonunun Muğançıq Mehrab kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri atası-X1, anası- X3, qardaşı- X4 və X15 ibarətdir (i.v İİ cild 10). Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şərur rayon İHB-nın Muğançıq Mehrab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İİ cild 9). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu və faktiki yaşayış yer, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi hallar öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqələri, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə öz təqsirlərini etiraf etmələri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsifedilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndində isə qeyd olunmuşdur ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan (22700 ABŞ dollar=38590 manat) vurmaqla törətdiyi oğurluq əməllərində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan (22700 ABŞ dollar=38590 manat) vurmaqla oğurluq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə hesab edir ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Şərur rayon İHB-nın Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə onun şəxsiyyətinin gerçək cizgilərini özündə əks etdirmədiyindən və həmin xasiyyətnamədə yalnız Təqsirləndirilən şəxs1 tərcümeyi halı əks olunduğundan, məhkəmə həmin xasiyyətnaməni mötəbər sübut kimi qiymətləndirməmiş, onu Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar sırasına daxil etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, şəxsin barəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş bu cür sənədlərdə təqsirləndirilən şəxsin şəxsiyyəti yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilməli, onun əxlaqa və mənəviyyata, sosial dəyərlərə və.s. münasibətini səciyələndirən hallara yer verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, 12 may 2025-ci il tarixli akt, Şərur rayon İHB-nın Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli, 53 və 104 №-li arayışlar, Şərur rayon İHB-nın Muğançıq Mehrab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il xasiyyətnamə, AZ-İ 946206 №-li Nikah haqqında şəhadətnamənin, o cümlədən AZ-İV 165493 №-li və Az-İV 625882 №-li Doğum haqqında şəhadətnamələrin surətləri o, cümlədən "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlar ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar:sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətinxarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, həmçinin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12 və 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiklərindən və zərərçəkmiş şəxslə barışıq əldə etdiklərindən onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah və tərbiyə olunmalarına, onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onların öz ailələri ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, bu kimi hallar məhkumların islah olunmalarına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxslərə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubiculpaest, ibipoenasubesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Qarxun kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri; Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Muğancıq Mehrab kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki hökmün icrası təqsirli bilinən şəxslərin yaşayış yerləri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirli bilinən şəxslər barəsində məhkəməyədək icraat zamanı 09 may 2025-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirli bilinən şəxslərin 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 02 (iki) günlük müddət (tutulma müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) günlük müddət) onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, onlara təyin ediləcək cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən şəxslərə məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçilərə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 14 iyul 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaitləri olmadığından onlar məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin isə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxslərə göstərilmiş hüquqi yardıma görə müdafiəçilərin təqdim etdikləri hesabatlara uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat, 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı isə Müdafiəçi2 vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346-cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Şərur Rayon Məhkəməsində saxlanılan 01 ədəd dəmir parçası və 01 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış-oğurlanan 227 ədəd yüzlük ABŞ dolları pulun 14 mart 2025-ci il tarixdə zərərçəkmiş şəxs X12 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə hadisə yerinə baxış, dindirmə, üzləşdirmə və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu ümumilkdə 7 (yeddi) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət (tutulduğu müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) günlük müddət) onun cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 1 (bir) il (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Qarxun kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun.
4. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun.
5. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
6. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin.
7. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət (tutulduğu müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) gün müddət) onun cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 1 (bir) il (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
9. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Muğancıq Mehrab kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun.
10. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun.
11. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
12. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin.
13. İş üzrə maddi sübut kimi tanınmış və Şərur Rayon Məhkəməsində saxlanılan -01 ədəd dəmir parçası və 01 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.
14. İş üzrə maddi sübut kimi tanınmış-oğurlanan 227 ədəd yüzlük ABŞ dolları pul 14 mart 2025-ci il tarixdə zərərçəkmiş şəxs X12 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin.
15. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 işlədiyi Şərur Rayon Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat pul ödənilsin.
16. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi2 işlədiyi Şərur Rayon Vəkil Bürosunun hesabına ümumilikdə 385 (üç yüz səksən beş) manat pul ödənilsin.
17. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə hadisə yerinə baxış, dindirmə, üzləşdirmə və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu ümumilkdə 7 (yeddi) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.
18. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
19. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: