Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-11/2024 30.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Şərur rayon Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz məhkumluğu olmayan, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran, 16 noyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilən və hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə X5 yaşadığı Şərur rayonu, Çomaxtur kəndində qanunsuz olaraq təmiz çəkisi 0,078 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamış, həmin maddənin bir qismini özü istifadə etdikdən sonra qalan bir bükümdə təmiz çəkisi 0,078 qram psixotrop maddə metamfetamini 13 noyabr 2023-cü il tarixdə Şərur şəhərində yerləşən Dəmiryolu Vağzalının arxasında X11 100 manata satmış, İmran Əmoyev 14 noyabr 2023cü il tarixdə saat 08:50-də Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayonu, Aşağı Aralıq kəndində saxlanılaraq Şərur rayon Polis İdarəsinin inzibati binasına gətirilib ona məxsus “Mersedes 300 D” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin sol ön oturacağın arxasındakı cibdən 1 ədəd bükümdə 0,078 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bimədiyini, heç vaxt narkotik vasitə satmadığını bildirsədə Şərur Rayon Polis İdarəsində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində təxminən 25 il bundan əvvəl ilk dəfə olaraq narkotik vasitə istifadə etdiyini, həmin dövrdən indiyədək də müxtəlif zamanlarda narkotik vasitə istifadə etdiyini, bir neçə ay bundan öncə Türkiyə Respublikasının İstanbul şəhərindən tanışı olan Çomaxtur kənd sakini Nəbi Nəcəfova zəng edərək ondan narkotik vasitə tapmağını xahiş etdiyini, Nəbi Nəcəfovunda ona qardaşı Cəsur Vəliyevə narkotik vasitəni göndərəcəyini və ondan gedib götürə biləcəyini dediyini, ondan sonra Nəbi Nəcəfovla danışıb Çomaxtur kəndinə gedərək Cəsur Vəliyevin yaşadığı mənzilin həyətyanı sahəsinə daxil olaraq orada Cəsur Vəliyevdən 50 manat pul qarşılığında içərisində narkotik vasitə olan qara sellafona bükülmüş bükümü ondan aldığını, sonra evə gedərək sanitar qovşağında həmin narkotik vasitəni istifadə etdiyini, təxminən 2-3 gün sora Cəsura zəng edib ondan yenə narkotik vasitənin olub-olmamasını soruşduğunu, Cəsurun ona axşam gələcəyini bildirdiyini, həmin gün evdə olan zaman yaşadığı mənzilin qapısının döyüldüyünü eşitdiyini, qapını açan zaman Cəsurun qapının ağzında olduğunu gördüyünü, Cəsuru evə dəvət etdiyini, birlikdə evin salonuna keçdiklərini və həmin zaman Cəsur Vəliyev ona siqaret qutusunu verərərək “al bunu qoy cibinə sözlərini dediyini, həmin siqaret qutusunun içərisində 4 büküm narkotik vasitə olduğunu, həmin siqaret qutusunu alaraq cibinə qoyduğunu, qarşılığında isə Cəsura 80 manat pul verdiyini, üzərindən bir gün keçdikdən sonra Sənaye müəssisəsində işləyərək Cəsura 40 manatda əlavə verdiyini, qalan pulu isə yaxın günlərdə ona verəcəyinə söz verdiyini, bir gün sonra işdə olan zaman Cəsurun onu işdən götürərək yaşadığı evə gəldiyini, 2 büküm narkotik vasitəni Cəsura qaytardığını, sonra Cəsurla yenidən Çomaxtur kənd yolunun kənarında görüşərək 2 bükümüdə yenidən ondan şəxsi istifadəsi üçün aldığını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında iki ədəd bükümü isə İmran və Şahin adlı şəxslərlə görüşərək 90 manat pul qarşılığında İmrana satdığını, sonra həmin 90 manat pulun üzərinə 10 manat pul qoyaraq Cəsurla görüşərək ona olan borcunu verdiyini, ikinci dəfə xx.xx.2023cü il tarixdə fəhlə işlədiyi Məmmədsabir kəndində sement daşıyan zaman təxminən 19:00 radələrində Şahin Abuzərovun ona zəng edərək İmran adlı tanışı üçün narkotik vasitənin olubolmamasını soruşduğunu, Cəsur Vəliyevə zəng edərək ondan kart nömrəsini istədiyini və saat 22:21 radələrində C.Vəliyevin onun ***-***-**-** nömrəsinə “5103-0714-6227-5559 Ramil Qurbanov” mesajını göndərdiyini, həmin kart nömrəsini Şahin Abuzərova zəng edərək ona bildirdiyini, təxminən 5-6 dəqiqə sonra Şahinin ona zəng edərək pulu köçürdüyünü dediyini, ondan təxminən yarım saat sonra Cəsura zəng edərək yaşadığı binanın qarşısında Cəsurla görüşdüyünü, onda narkotikin olubolmamasını soruşduğunu, Cəsurun onda narkotik olmadığını dediyini, bundan sonra məcbur qalıb öz istifadəsində olan narkotik vasitəni vermək qərarına gəldiyini, Şahinə zəng edərək onları Dəmiryolu vağzalının arxasına dəvət etdiyini, həmin zaman özündə olan narkotik vasitədən nəfsinə güc gələ bilməyərək açdığını və içərisində gümüşü rəngli kağıza bükülmüş narkotik vasitədən bir balaca şəxsi istifadəsi üçün götürərək cibində olan siqaretin gümüşü rəngli kağızına büküb siqaret qutusunun içərisinə yerləşdirdiyini və şalvarının sağ cibinə qoyduğunu, digər bükümü gümüşü kağıza bükərək əlində saxladığını, vağzalın arxasına gedərək həmin narkotik vasitəni gümüşü kağızın içərisində İmran adlı şəxsə verdiyini, İmranın narkotiki verən zaman bükümdən narkotik götürdüyü ilə bağlı ona heçnə demədiyini, İmranla sağollaşaraq Şərur rayonunda yerləşən Karvan adlı restoranın yanında olan mağazadan bir ədəd üzəri alminum kağızla bağlanmış pendir aldığını, pendirin üzərindəki alminium kağızını cıraraq cibinə qoyduğunu, Karvan restoranının sanitar qovşağına gedərək həmin narkotik vasitəni orada qızıdırıb qəbul edib evə qayıtdığını, Cəsur Vəliyevin ondan psixotrop vasitəni satmağını tələb etmədiyini, həmin psixotrop vasitəni öz istəyi ilə İmran və Şahinə satdığını, əvvəllər narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olmadığını, Cəsur Vəliyevlə ***-***-**-** nömrəsi ilə əlaqə saxladığını, Cəsur Vəliyevin yaşadığı evin darvazasının arxasına çəki aparatı qoymadığını, Çomaxtur kənd sakini İsmayıl adlı şəxsi tanımadığını, həmin şəxsə psixotrop maddə satmadığını, Cəsur və Nəbidən başqa narkotik və psixotrop vasitələrin satışını edən şəxsləri tanımadığını, Cəsurla birlikdə Karvan restoranında olan zaman Cəsurun yanına 4 nəfər tanımadığı şəxslər gələrək Cəsurla oturduğu stolda əyləşdiyini, onların söhbət edən zaman icazə istəyib həmsöhbət olmaq istədiyini, lakin, onların onu həmsöhbət olmağa qoymadığını, onların Cəsur ilə birlikdə çölə çıxdığını, çölə çıxdıqdan sonra təxminən 30 dəqiqə sonra birlikdə əyləşdikləri stola geri qayıtdıqlarını, Cəsurun ona həmin şəxslərin onu narkotik satmaqda günahlandırdığını və mübahisə etdiklərini bildirdiyini, sonra Ramil adlı qohumunun maşınına minərək evlərinə getdiyini, Cəsur Vəliyevin və Nəbi Nəcəfovun ona psixotrop maddələrin satışı ilə bağlı hər hansı tapşırıq vermədiyini, aralarında hər hansı bir sövdələşmə olmadığını, 5 ilə yaxın Şahin Abuzərovu, 15 ilə yaxın Cəsur Vəliyevi tanıdığını, İmran Əmoyevi tanımadığını, onlarla əvvəllər heç bir ədavəti olmadığını, X12 və X4 tanımadığını, hal-hazırda tutduğu əməldən çox peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona həbslə bağlı olmayan qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X17 ifadəsində uşaq yaşlarından 2009-cu il tarixinədək atası, anası və 3 bacısı ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, 2016-cı il tarixində hərbi xidmətə getdiyini, hərbi xidmətdən gəldikdən sonra hər il qış aylarında işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, yaz aylarında isə kəndə qayıtdığını, Türkiyə Respublikasında olan zamanlar bir-neçə dəfə narkotik tərkibli maddə istifadə etdiyini, bir-neçə gün bundan əvvəl Şərur rayon Qışlaqabbas kənd sakini olan dostu Şahin adlı şəxsdən ona narkotik tərkibli maddə tapmasını istədiyini, Şərur rayon Qışlaqabbas kəndinə gedərək Şahini evlərindən götürdüyünü və Şərur şəhərində yerləşən “Elvin” restoranına getdiyini, orada olan zaman təklikdə Şahindən ona dediyi məsələni həll etməsini istədiyini, Şahin isə ona Əfqan adlı şəxs var onunla maraqlanıb deyəcəyəm sözlərini dediyini, daha sonra Şahin Əfqan adlı şəxslə danışaraq ona “Əfqanda mal var 100 manat versən, sənə verəcək sözlərini dediyini, Əfqanın təklifi ilə razılaşdığını, Əfqanın pulu göndərməkləri üçün Şahinə kart hesabının nömrəsini verdiyini, restorandan çıxdıqdan sonra avtomobilə əyləşmiş və Şərur şəhəri ərazisində yerləşən “Kapital Bank”ın inzibati binasının yanına getdiklərini, oraya çatdıqda avtomobildən düşdünüyü, bankın inzibati binasının önündə olan ödəmə terminallarından birinə yaxınlaşdığını və onun həmin terminal vasitəsi ilə Əfqan adlı şəxsin onlara dediyi bank kartı hesabına 100 manat pul göndərdiyini, sonra avomobilə əyləşdiyini və avtomobili idarə etməyə başladığını, idarə etdiyi avtomobillə Şərur şəhəri ərazisində yerləşən avtovağzala tərəf getdiyini və avtovağzalın qarşısında avtomobili saxladığını, sonra Şahinlə birlikdə avtomobildən düşdüyünü, Şahinlə birlikdə biraz yol getdiklərini, adının Əfqan olduğunu bildiyi təxminən 35 yaşlarında bir adamla görüşdüklərini, Şahinin həmin şəxsə pul vurduğunu təsdiq edən qəbzi verdikdən sonra Əfqan adlı şəxsin ona bükülmüş siqaret kağızı vermiş və narkotik maddənin həmin kağızın içərisində olduğunu ona bildirdiyini, sonra avtomobilin yanına gəldiyini və avtomobilə əyləşdiyini, İbadulla kəndinə gedərək Şahini evlərinə qoyduğunu, sonra Dərəkənd kəndinə doğru getdiyini, evə çatdıqdan sonra Əfqan adlı şəxsdən aldığı narkotik vasitəyə baxdığını, narkotik vasitənin çox az olduğunu, buna görə də onun həmin narkotik vasitəni idarə etdiyi avtomobilin sürücü oturacağının arxa hissəsindəki cibə qoyduğunu, 14 noyabr 2023-cü il tarixində idarə etdiyi avtomobillə Aralıq kəndi ərazisində hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlayaraq onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Şərur rayon Qışlaqabbas kənd sakini X13 5-6 ay bundan əvvəl tanıdığını, onunla arasında heç bir ədavəti olamadığını və həmin psixotrop maddəni Şahin ona tapmaqda köməklik etməyində heç bir mənfəət əldə etmədiyini, həmin psixotrop maddəni sadəcə birlikdə istifadə edəcəyini bildirdiyini, əvvəl isə bir dəfə xx.xx.2023cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs 90 manat pul qarşılığındada psixotrop maddəni Şahinlə birlikdə aldığını və həmin psixotrop maddəni isə birlikdə istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X1 İmran Zülfəli oğlunun ifadəsində göstərilən xüsusatlarla eyni məzmunlu izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X19 ifadəsində Şərur rayon Çomaxtur kənd sakini X6 onun bibisi oğlu olduğunu, onunla bir qohum kimi münasibəti çox yaxşı olduğunu, ona məxsus **********275559 nömrəli Kapital bank maaş kartı olduğunu, əvvəl vaxtda Cəsurun onun maaş kartı olduğu üçün zəng edərək maaş kartının şəklini ondan istədiyini, həmin maaş kartına pul atdırdığını, sonra isə birlikdə onunla görüşüb bankdan onun karta göndərtdiyi pulu çəkib Cəsura verdiyini, sonuncu dəfə isə Cəsurun ona 13 noyabr 2023-cü il tarixdə saat 22:18-də zəng etdiyini, maaş kartının şəklini ona atmağını xahiş etdiyini, Cəsurun zəng edərək “dostum Əfqanın mağazaya borcu var həmin pulu sənin kartına atsın sonra mən həmin pulu götürərərm” dediyini, Türkiyə Respublikasında olduğuna görə Cəsura “hal-hazırda Türkiyədəyəm pulu atsınlar problem yoxdur, amma Türkiyədən gələn zaman pulu çəkib sənə verəcəmsözlərini dediyini, Cəsurla vatçapda həmin vaxtı görüntülü danışan zaman “sənin hesab kartına 100 Azərbaycan manatı atacaqlar” dediyini, lakin kimin onun kartına pul atmasını demədiyini, həmişəki kimi onun bu cür istəyini anlayışla qarşıladığını, təxminən 15-20 dəqiqə sonra onun telefonunda olan birbank adlı tətbiqə sms gəldiyini və 100 manat pulun yükləndiyini gördüyünü, bildirişi oxuduqdan sonra Cəsurun ona zəng edərək kart hesabına pul yüklənib-yüklənməməsini soruşduğunu, ona cavab olaraq “bəli mənim kartıma 100 AZN pul köçdü” sözlərini dediyini, onunla sağollaşdıqdan sonra gecə İğdır şəhərində qaldığını, İğdır şəhərində olan zaman anası Arifə ona zəng edərək polislərin onu axtardığını dediyini, İğdır şəhərindən günorta saatlarında saat 4-5 radələrində yaşadığı Çomaxtur kəndinə gəldiyini, İğdır şəhərindən aldığı veşləri evə boşaldıb rayon polis şöbəsinə gəldiyini, orada polislərdən onu nə səbəbə axtardığını soruşduğunu, bu zaman onu yox Cəsuru axtardıqlarını bildiyini, əlavə olaraq olaraq polislərin ona hesab kartına pul köçürülüb-köçürülməməsini soruşduqlarını, onlara pulun onun kartına bibisi oğlu Cəsur tərəfindən atdırıldığını bildirdiyini, daha sonra evinə getdiyini, rayonda Yengicə dayanacağında Cəsurla görüşdüyünü, onunla Vaz 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə mindiyini və birlikdə Arxiv binasının önündə quraşdırılmış kapital banka məxsus bank terminalına gedərək kartdan 99 manat pul çəkib Cəsura verdiyini, sonra Cəsuru rayonda olan dəmir yolunun önündəki mağazaya düşürtdüyünü, Cəsurun orada dostu Əfqana əvvəlcədən götürdüyü ərzağın pulunu verdiyini və bir azda alış-veriş etdikdən sonra Cəsuru öz evlərinə apardığını, əlavə olaraq Cəsurun bu cür hərəkətlərindən xəbəri olmadığını, təxminən 1 ay öncə Cəsurun böyük qardaşı X8 ona vatçap vasitəsi ilə zəng edərək həmkəndlisi soyadını bilmədiyi Murad Murtuz oğlunun pul verəcəyini “zəng edərəm telefonumu açmır, xahiş edirəm Muradı tap mənimlə danışdır və mənə olan verəcəyini sənə versin sən də öz növbəndə Çərçiboğan kənd sakini dollar dəyişən Fuad adlı şəxsə ver, o mənə göndərsinsözlərini dediyini, Nəbinin ona dediyini Cəsura dediyini və Cəsurunda ona Murad ilə böyük qardaşı Nəbinin arasında olan pul haqq-hesabından uzaq durmağını bildirdiyini, Cəsurun ona həmin pulun çirkli pul olduğunu və Nəbinin düzgün yolda olmadığını, başın arğıdacağını bildirdiyini, sonra həmkəndlisi Murtuzun oğlu Muradla görüşüb söhbət etdiyini, Nəbi ilə aralarında olan pul haqq-hesabını ona dediyini, Murada “Nəbi puluna görə mənə zəng edir apar Nəbinin pulu versözlərini dediyini, onun da biz özümüz həll etmişik” sözlərini dediyini, Muradla söhbət edən zaman orada Cəsurun narkotik satmağını ona dediyini, sonra həmin söhbəti Cəsura dediyini, 2-3 gün sonra evdə olan zaman Cəsur ona zəng edərək Karvan restoranına gəlməyini xahiş etdiyini, “Murad da buradadır, dur gəl mənə dediyini Muradın üzünə de sözlərini dediyini, Karvan restoranına getdiyini, orada Cəsurun dostları Yengicə kənd sakini Əfqan, həmkəndliləri Murad, Rövşən və İsmayıl da orada olduğunu, ora çatan zaman Cəsura söhbətiniz edin görək nə məsələdir dediyini, Cəsurun da Muradın nə dediyini soruşduğunu, cavab olaraq isə Muradın ona Cəsurun narkotik satdığını dediyini bildirdiyini, bu zaman Cəsur Murada “sən sübut et ki, mən narkotik satıram əgər ki, sübut etməsən sənin başına oyun açacam” sözlərini dediyini, söhbətin daha da qızışdığını və onların mübahisə etməyə başladıqlarını, cavab olaraq Muradın Cərsura “sənin narkotik satdığını deyirlər və mən də eşitmişəmsözlərini dediyini, onların mübahisə etdikdən sonra Murad, İsmayıl və Rövşənin restorandan çıxıb getdiyini, sonra onun, Cəsurla birlikdə Çomaxtur kəndinə qayıtdıqlarını, Cəsurun narkotik satdığını 15 noyabr 2023-cü il tarixdə bildiyini, Cəsurun haradan narkotik almasını və kimlərə satmasını bilmədiyini, Cəsurun qardaşı X16 ayaqqabı göndərdiyini və həmin ayaqqabının içərisindən narkotik çıxdığını, həmin ayaqqabının içərisindəki narkotiki Şəhriyar kənd sakini Rza adlı şəxs Cəsura gətirdiyini, əvvəllər Cəsurun onun bank kartına bir dəfə 100 manat dəyərində pul atdığını, ikinci dəfə isə 13 noyabr 2023-cü il tarixdə saat 22:18-də ona zəng edərək Yengicə kənd sakini Əfqanın ona verəcəyi olduğunu, ona məxsus karta 100 manat pul göndərildiyini, həmin pulun kart hesabına kimin göndərməsini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X15 ifadəsində qardaşı Nəbinin Rzanın vasitəsilə bir paket göndərdiyini, Nəbinin ona zəng vuraraq qapıya paket qoyub get götür dediyini, həmin paketi götürdüyünü, paketin içində narkotik vasitə olduğunu gördüyünü, həmin narkotik vasitəni tualetə atdığını, qorxduğu üçün polis əməkdaşlarına təhvil vermədiyini, daha sonra tutulduqdan sonra həmin narkotik vasitələri tualetə atdığını polis əməkdaşlarına dediyini, narkotik vasitənin tualetdə qaldıqdan sonra istifadəyə yararsız olduğunu, Əfqana narkotik vasitə vermədiyini, Əfqanın ona göndərdiyi 200 manat məbləğində 100 manatını Əfqanın mağazaya olan borcunu ödəməsi üçün, 100 manatını isə kira pulunu ödəməsi üçün göndərdiyini, Əfqana narkotik vasitə satmadığını, istintaqda o cür ifadə vermədiyini, istintaqda verdiyini ifadəni müdafiəçisinin iştirakı ilə imzaladığını, lakin orada yazılanları oxumadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 15 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxsə məlumat verilmişdir. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs Şərur rayon Çomaxtur kənd sakini X5 əldə etdiyi təmiz çəkisi 0,078 qram psixotrop maddə metamfetamini Şərur rayon Dərəkənd kənd sakini X11 13 noyabr 2023-cü il tarixdə pul əldə etmək məqsədilə 100 manat müqabilində satması faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqində olan 14 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx xxxxxx 1987-ci ildə Şərur rayon Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz məhkumluğu olmayan, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və Şərur şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə və satmaqda şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, şübhəli qismində tutulmuş, qərarın surəti şübhəli şəxsə verilmişdir. Cinayət işinin 1-ci cildinin 112-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 1130 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayon Dərəkənd sakini X11 məxsus Mercedes markalı **- BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön oturacağının arxa hissəsində yerləşən cibin içərisindən aşkar edilmiş boz rəngli kağıza qablaşdırılmış ağ rəngli, toz şəklində olan narkotik vasitəyə bənzər maddə təmiz çəkisi 0,078 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqində olan 16 noyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqində olan 16 noyabr 2023-cü il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni X9 adığını, vasitəni X21 isə narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını biri – birinin üzünə demişlər və protokolun düzgünlüyünü öz imzaları ilə imzalamışlar. Cinayət işinin 1-ci cildinin 188-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-18/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbsnövündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 136-cı vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 248-ci vərəqində olan Yengicə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bu məsələyə qədər özünü kənddə intizamlı aparmış, lakin bu məsələdən sonra kənd camaatı arasında nüfuzdan düşmüşdür. Cinayət işinin 3-cü cildinin 250-ci vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkıqolizmdən əziyyət çəkmir, təqsirləndirilən Təqsirləndirilən şəxs metamfetamin narkomaniyasından əziyyət çəkir, məcburi müalicəyə ehtiyacı var, dispanser qeydiyyata alınması məsləhətdir. Cinayət işinin 3-cü cildinin 253-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 16/1 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 4-cü cildinin 131-ci vərəqində olan 20 fevral 2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, X11 məxsus “Mercedes 300 D” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının arxasındakı ciblikdən aşkar olunmuş 0.078 qram psixotrop maddə olan metamfetamin, X6 yaşadığı mənzilin həyətyanı sahəsində yerləşən sanitar qovşağın içərisindən aşkar olunan 3.608 qram psixotrop maddə olan metamfetamin, X2 yaşadığı evə baxış zamanı aşkar edilən ümumilikdə çəkisi 0,265 qram psixotrp maddə olan metamfetamin və X14 üzərindən aşkar olunan bir ədəd kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə 0.114 qram psixotrop maddə olan mertamfetamin cinayətin predmeti olduğundan 20 fevral 2024-cü il tarixdə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarına sərf olunan hissələr çıxılmaqla qalmış 3.538 qram, 0.028 qram, 0.074 qram və 0.215 qram metamfetamin psixotrop maddəsi məhkəmənin yekun qərarına və ya hökmünə kimi Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Şərur Rayon Polis İdarəsində müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç vaxt narkotik vasitə satmaması kimi ifadələri iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 14 noyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və.... apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbsnövündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkıqolizmdən əziyyət çəkmir, təqsirləndirilən Təqsirləndirilən şəxs metanfetamin narkomaniyasından əziyyət çəkir, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, dispanser qeydiyyata alınması məsləhətdir. Ekspertin rəyinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şərur Rayon Polis İdarəsində saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.048 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Həmçinin Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Kgtel” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılmalıdır. İş üzrə 04 (dörd) ədəd CD və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsazadlığının faktiki məhdudlaşdırıldığı 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şərur Rayon Polis İdarəsində saxlanc yerində saxlanılan və iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.048 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Kgtel” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılsın. İş üzrə 04 (dörd) ədəd CD və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-11/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-11/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver