Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-11/2025 01.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: r oğlunun sədrliyi, Məhkəmə iclas katibi: l oğlunun katibliyi, Xüsusi ittihamçı: X2, Barəsində xüsusi ittiham X1, qaydasında şikayət verilmiş şəxs: Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 26 aprel 1973-cü il tarixdə Şərur rayon Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 0Z1KZEU), evli (2 uşaq anası), orta təhsilli, yaşayış yeri üzrə ünvan 1 ünvanda yaşayan, Şərur rayon Rabitə İdarəsində xadimə vəzifəsində işləyən X5 QİZİNİN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 nümayəndəsi “Pro Bono Vəkil Bürosunun vəkili Nümayəndə vasitəsilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 27 iyun 2025-ci il tarixdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasovun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən ifadələr işlətmiş və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, Əli Abbasovun güya onun qızının evinə zorla daxil olması, içkili vəziyyətdə avtomobil idarə etməsi, müəllim adına layiq olmaması, əvvəllər Şərur rayonunda başqa insanların ailəsini dağıtması barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Həmin videoda görünür ki, X3 öz çıxışında açıqca etiraf edir ki, “biz millət vəkilinin evinə getmişdik və kürəkənim Əli Abbasovu bıçaqlayacaqdı, lakin bu zaman xaloğlusu keçib qabağına və bıçaq ona dəyib. Sosial şəbəkədə-“youtube”da yayımlanan “Hüriyyət TV” kanalında bu etirafı edən qadın (qeyd olunmalıdır ki, həmin çıxış “TNS TV” youtube kanalında da yayımlanmış, “Hüriyyət TV”-də yayımlanmış çıxışı 35 mindən, “TNS TV”-dəki çıxışı isə 8 mindən çox izlənmişdir.) cinayət məsuliyyətinə cəlb edilməyib. Məhkəmənin hazırlıq iclasında şikayətçi X4 şikayətin icraata qəbul edilməsi və iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etmiş, barəsində şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi isə əksinə, şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.4-cu maddələrində nəzərdə tutulmuş məsələləri cinayət prosesinin tərəflərinin iştirakı ilə müzakirə edərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biri də xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini nəzərdən keçirdikdə görünür ki, həmin ərizədə şikayət vermiş şəxs haqqında hər hansı bir məlumat (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) qeyd olunmamışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin X4 olması yalnız ərizənin məzmunundan bəlli olur ki, orada da yalnız şəxsin adı və soyadı qeyd olunmuşdur. Həmçinin şikayət ərizəsinin məzmununa nəzər saldıqda görünür ki, ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ünvanı, o cümlədən sübutlar siyahısı ilə bağlı hər hansı bir məlumat qeyd olunmamış, şikayətin verildiyi yer isə ümumiyyətlə ərizədə öz əksini tapmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsəsən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2— 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.
2. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev