Məhkəmə qərarları › İş №1(110)-12/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-12/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-12/2024 14.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmamış, işsiz, Şərur rayon Yuxarı Yaycı kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 fevral 2024cü il tarixdə saat 07:00 radələrində Naxçıvan MR-nın ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı döyməklə sonuncuya sağ gözündə, sol gözündə və sol alın nahiyyəsində hemotomalar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən Təqsirləndirilən şəxs yuxarıda barəmdə qeyd olunan məlumatları bir daha təsdiq edirəm. Qeyd etmək istəyirəm ki, mən 18 oktyabr 2007-ci il tarixdə Şərur rayon Həmzəli kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşam. Bizim bu nikahdan 3 övladımız dünyaya gəlmişdir. Bizim ailəmizdə ara-sıra mübahisələr olurdu. 20 fevral 2024-cü il tarixdə mən Naxçıvan şəhərində idim. Mən oraya anam X4 xəstəxanaya aparmışdım. Təxminən 14 radələrində mən tək avtobusa əyləşdim və yaşadığım kənd istiqamətində hərəkətə düşdüm. Avtobus Şərur rayon Aşağı Yaycı kəndi ərazisində olan zaman qayınım X10 yolda dayandığı üçün avtobus dayanadı və Ələddin Əliyev avtobusa əyləşdi. Mən onunla görüşdüm və ona bizə getməsini təklif etdim. O mənimlə birgə yaşadığım Şərur rayon Yuxarı Yaycı kəndində yerləşən evə getdik. Biz evə çatan zaman evdə arvadım Zərərçəkmiş şəxs və 3 övladım var idi. Ələddin Əliyevlə biz salonda əyləşib yemək yedikdən sonra X12 Əliyevaya hədiyyə aldığını və ona hədiyyəyə baxmasını bildirdi. O hədiyyəyə baxan zaman “onsuzda Sahib qoymayacaq ki, mən bu paltarı geyinəm” sözlərini dedi. Mən də, ona “nə bilirsən, qoymuyacam hələ geyin bir bax” sözlərini dedim. O penjamanı geyindi və mən də, bəyəndim. Daha sonra qayınım bizdən durub getmək istəyən zaman ona onu mənə məxsus avtomobillə Şərur rayon Dizə kəndində aparacağımı bildirdim. O avtomobilə əyləşən zaman arvadım Zərərçəkmiş şəxs mənə “məni də, atam evinə apar” sözlərini dedi. Mən ona Şərur rayon Həmzəli kəndinə getməyəcəyimi bildirdim. Daha sonra mən qayınımı aparıb Şərur rayon Dizə kəndi ərazisinə qoyduqdan sonra yenidən evə qayıtdım. Evə çatan zaman arvadım mənə ona hörmət etmədiyimi dedi. Mən də, ona mənə yemək gətirməsini bildirdim. O isə mənə yemək verməyəcəyini bildirdi. Bu zaman mən qıcıqlandım və yumruqla onun sifət nahiyəsinə zərbə endirdim. Daha sonra həmin gecə biz yatdıq. Səhər tezdən mən Naxçıvan şəhərinə anamın arxasınca getməli idim. 21 fevral 2024-cü il tarixdə təxminən 07 radələrində mən yuxudan qalxdım və arvadıma yuxudan oyanmasını və mənə yemək verməsini bildirdim. O ilk anda oyanmadı. Lakin daha sonra oyanaraq mənim və anamı hqqında qarğışlar etdi. Bu zaman mən ona qarğış etməsini dayandırmasını bildirdim. O isə davam edən zaman mən əsəbiləşdim və sillə ilə arvadımın burun nahiyəsinə vurdum. Onun burun nahiyəsi qanamağa başladı. Daha sonra mən Naxçıvan şəhərinə getdim. Təxminən saat 12 radələrində mən anamı Naxçıvan şəhərindən yaşadığım evə gətirdim. Mən evə çatan zaman arvadım mənə “qardaşıma demişəm, gəlib sənin başına oyun açacaq” sözlərini dedi. Daha sonra mən evdə olan zaman arvadımın qardaşı X5 mənim yaşadığım evə gələrək arvadımı götürüb getdi. Daha sonra polis əməkdaşları izahat almaq üçün məni Şərur Rayon Polis İdarəsinə dəvət etdilər. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır, eyni zamanda zərərçəkmiş şəxslə məhkəməyə ərizə təqdim edərək ondan heç bir şikayətinin və tələbinin olmadığını qeyd etmişdir.Zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X11 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı maddi və mənəvi heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il 308 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol gözündə və sol alın nahiyəsində hematomalar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdilər, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda uyğun göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəməyədək sadələşdirilmiş icraatın açılması barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1- 128 saylı material üzrə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsi ƏSİŞ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2024-cü il tarixli 359 nömrəli məktubundan görünür ki, Şərur rayon Yuxarı Yaycı kənd sakini 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şərur rayon Yuxarı Yaycı kəndində yaşayır və onun – Yoldaşı: Zərərçəkmiş şəxs xx.xx.1989, Oğlu: X6 xx.xx.2009, Oğlu: X7 xx.xx.2011, Qızı: X8 xx.xx.2015 tərkibdən ibarət ailə üzvləri vardır. İş materiallarında olan Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Əliyev X9 müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizəsindən görünür ki, onun əri Təqsirləndirilən şəxs barəsində yazdığı ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı yoxdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); - 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs oğlu ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə xərci ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.3, 43.1.2, 321.2.1, 344-347, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar