Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-12/2025 25.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: oğlunun katibliyi, Xüsusi ittihamçı: X3, Barəsində xüsusi ittiham X2 iştirakları ilə qaydasında şikayət verilmiş şəxs: 22 aprel 2003-cü il tarixdə Şərur rayonunun Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5FL1110), subay, orta təhsilli, yaşayış yeri üzrə Şərur rayonunun Mahmudkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, ha-hazırda işsiz X7 QİZİNİN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Leyla Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 onun qardaşı Ələkbərin keçmiş nişanlısıdır. Belə ki, onlar 2024-cü ilin aprel ayında nişanlanmışlar. Həmin vaxt L.Hüseynova Şərur şəhərində ətriyyat və hədiyyələr mağazasında satıcı işləmiş, nişan mərasimindən sonra qardaşı Rusiya Federasiyasına getmiş, L.Hüseynova isə Şərur şəhərində yerləşən gözəllik salonunda işləməyə başlamışdır. 2025-ci ilin iyun ayında qardaşı Ələkbər ilə L.Hüseynovanın toy ziyafəti olmuş, lakin onları müxtəlif səbəblərdən rəsmi nikaha daxil olmamış, toy ziyafətindən sonra təqribən 1 ay müddətində qardaşı Şərurda yaşadığı zaman L.Hüseynovanın hərəkətlərində yanlış davranışlar sezdiyi üçün aralarında mübahisə olmuş, bundan sonra qardaşı işi ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmiş, gedən zaman ona “getsəm də gözüm arxada qalacaq, L.Hüseynova yenə yanlış davranışlara yol verəcək” demiş, qardaşı getdikdən sonra atası Sədi baş vermiş hadisələr səbəbindən L.Hüseynova işləməyə ehtiyac olmadığını bildirmiş, lakin o, atasına hörmətsizlik edərək işinə qarışmamasını demişdir. Bundan bir neçə gün sonra o, L.Hüseynovanın yenə yalnış hərəkətlərə yol verdiyinin şahidi olmuş, özünə irad tutmaqla baş verənləri qardaşına danışmış, bundan sonra qardaşı ilə L.Hüseynova arasında telefon danışığı olmuş, nəticədə L.Hüseynova özünə aid əşyaları götürməklə iyul ayının 28-i onların yaşadığı evi tərk etmişdir. Bununla da qardaşı ilə L.Hüseynova arasında olan qeydri-rəsmi evlilik sona çatmışdır. Həmin tarixdən də L.Hüseynova ona qarşı təhqir və böhtan dolu qanunazid hərəkətlərə başlamışdır. Belə ki, hadisədən sonra o, işdən çıxmış və fəaliyyətinə evdə davam etdirir. Bu müddətdə yanına gələn müştərilərə, xüsusən də Vatsap mobil tətbiqi üzərindən onun haqqında əssassız, yalan, əxlaqzid ifadələr işlətməkdən çəkinməyərək onu təhqir edib, böhtan atır, ki guya o, kəbinsiz yaşayır, bic tutub falan. L.Hüseynovanın əməlləri təqdim edəcəyi səs yazıları, vatsap paylaşımları və şahid ifadələri ilə təsdiq olunur. Bu səbəbdən də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında şikayətçi X6 şikayətin icraata qəbul edilməsi və iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etmiş, barəsində şikayət verilmiş şəxs X5 isə əksinə, şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.4-cu maddələrində nəzərdə tutulmuş məsələləri cinayət prosesinin tərəflərinin iştirakı ilə müzakirə edərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biri də xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini nəzərdən keçirdikdə görünür ki, həmin ərizədə şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd olunmamışdır. Həmçinin şikayət ərizəsinin məzmununa nəzər saldıqda görünür ki, ərizədə X5 Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayətdə cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Məhkəmə iclasındakı izahatında da X1 Leyla Telman qızının cinayət əməllərini Whatsap mobil tətbiqi üzərindən paylaşdığı statuslarda törətdiyini, bunla bağlı ekran görüntülərinin olduğunu, bundan başqa sübutu olmadığını bildirmişdir. Bununla əlaqədar olaraq X3 şikayət ərizəsinə əlavə etdiyi Whatsap mobil tətbiqi üzərindən X2 paylaşdığı iddia olunan statuslara dair ekran görüntülərinə (ümumilikdə 8 görüntü) nəzərə saldıqda görünür ki, həmin ekran görüntülərinin yalnız 3-də ekran görüntüsünün üst tərəfində “Leyla salon” sözləri yazılmış, digər 5 ekran görüntüsündə isə təhqirəramiz ifadələrə yer verilsə də hər hansı bir şəxs tərəfindən törədilməsi (paylaşılması) ilə bağlı hər hansı bir qeyd yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin Whatsap statusları X5 tərəfindən paylaşılmış olsa belə, bu statusların kütləvi nümayiş etdirilməsi ilə bağlı şikayət ərizəsinə heç bir sübut əlavə edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin qeyd edilən qərarın həmin bəndində kütləvi çıxışın tərifi verilmiş, qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.
2. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X9