Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-13/2025 03.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Xüsusi ittihamçı X4 Təqsirləndirilən şəxs – X3 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi : Xüsusi ittihamçı X1 Simuzər Əziz qızının Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsi, ona vurulan mənəvi zərər 10000 manat məbləğində müəyyən olunmaqla kompensasiya edilərək S.Yusifova tərəfindən ödənilməsi, barəsində yayılmış məlumatların həqiqətə uyğun olmadığından S.Yusifova tərəfindən həmin məlumatların yayıldığı media resurslarında təkzib edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı ifadə verərək, bildirmişdir ki, təqsirləndirilən şəxslə razılığa gəlib və barışıq əldə ediblər. Mediada yayılmış xəbərləri təkzib etmək üçün təqsirləndirilən şəxs ərizə verdiyi halda iddiadan imtina etmək istədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirlən şəxs ifadə verərək, xüsusi ittihamçının təklifi ilə razı olduğunu və ərizə verməyə hazır olduğunu bildirdi. Təqsirləndirlən şəxsin müdafiəçisi Müdafiəçi çıxış edərək, xüsusi ittihamçının təklifi ilə razı olduqlarını bildirdi. Barışıq ərizəsi təqdim edərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. Xüsusi ittihamçı X4 ərizəsindən görünür ki, xüsusi ittihamçı qismində iştirak etdiyi məhkəmənin icraatında olan 1(110)-13/2025 saylı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxs X6 ilə aralarında barışıq əldə olunduğundan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edərək, xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini qeyd etdi. Təqsirləndirilən şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, X7 ilə bağlı dövlət orqanlarına müraciəti və mediada çıxışları anlaşılmazlıqdan dolayı olub. Araşdırmadan sonra qızının evinə daxil olmadığını və ona qarşı heç bir qanunsuz hərəkət etmədiyi onlara aydın olmuşdur. X2 ilə barışmış və ona qarşı şikayət tələbləri, iddiaları mövcud deyildir və gələcəkdə də mövcud olmayacaqdır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 39.1. və 39.1.8-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Sözügedən qərarın 17-ci bəndində isə qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir Həmin Məcəllənin 43.1. və 41.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bеləliklə, tərəflər barışıq əldə etmiş, xüsusi ittihamçı cinayət təqibindən imtina etmişdir. Ona görə də təqsirləndirlən şəxs barəsində cinayətə təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad еdilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 39.43-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №1(110)-13/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-13/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver