Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-14/2023 17.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixində Şərur rayon Mahmudkənd kəndində anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində 26 aprel 2023-cü il tarixdə 3 ay həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, o, 2022-ci ilin dekabr ayının sonlarında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Şərur rayon Mahmudkənd kəndində yerləşən yaşayış evin həyətinə qanunsuz daxil olaraq həyətdə olan hamamın giriş qapısının kilitini sındırmaqla orada olan 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd “Schaub Lorenz” markalı 6 kq-lıq paltar yuyanı, 10 (on) manat dəyərində 01 ədəd güzgünü, 15 (on beş) manat dəyərində “Smart” markalı duş üçün krant dəstini, 90 (doxsan) manat dəyərində 01 ədəd “Zass” markalı 12 bölümlü elektrikli radiatorunu və 60 (altmış) manat dəyərində 01 ədəd “Demir Döküm” markalı, 24 litrlik su qızdırıcını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində Şərur şəhər Dostluq Dəyirmanında operator işlədiyini, oradan aldığı əmək haqqı ilə ailəsini dolandırdığını, X2 həmkəndlisi olduğu üçün uzun müddətdir ki, tanıdığını, Kamalın müxtəlif çeşidli metalların alqı-satqısı ilə məşğul olduğunu, işdən kənar zamanlarda rayon ərzisində olan kəndlərdən mis, dəmir, aliminium kimi metallar alıb üzərinə pul qoyub Kamal Heydərova sataraq qazanc əldə etdiyini, 2022-ci ilin dekabr ayının sonlarında heç bir yerdə işləmədiyini, işləmədiyi üçün də Kamal ilə birlikdə dəmir yığıb sataraq pul qazandığını, təxminən 2022-ci ilin dekabr ayının son günlərində, günorta saatlarında Kamal Heydərova məxsus yaşayış evində olan zaman qonşuluqda olan həyətdə 04 ədəd qələmə ağacının olduğunu gördüyünü, Kamaldan həmin evin kimə aid olmasını soruşduğunu, Kamalın da ona həmin evin sahibinin Zərərçəkmiş şəxs adlı şəxs olduğunu, haliyyədə onun Bakı şəhərində yaşadığını bildirdiyini, qələmə ağaclarına baxmaq üçün həmin həyətə keçdiyini, qələmə ağaclarına baxdıqdan sonra yaşayış evinin sol hissəsində üzərində dəmir metaldan ibarət 01 ədəd su çəni olan bir balaca dam gördüyünü, həmin damı gördükdən sonra evində yemək üçün heç bir şeyin olmadığını xatırladığını, həmin dama daxil olsam oradan satıb pul əldə etmək üçün hər hansı bir metal tapa bilərəm deyə fikirləşdiyini, içəri daxil olmaq üçün həmin dama yaxınlaşan zaman damın giriş qapısının üzərində 01 ədəd qıfılın olduğunu gördüyünü, qıfılı sındırmaq üçün hər hansı bir alət tapmaq məqsədilə ətrafa göz gəzdirdiyini, həmin damın yaxınlığında yerdən bir dəmir parçası tapdığını, həmin dəmir parçası ilə qıfılın üzərinə bir zərbə vurduğunu, zərbənin gücündən qıfılın sındığını və qapının açıldığını, qapıdan içəri daxil olduqda həmin damın hamam olduğunu gördüyünü, hamamın içərisinə nəzər saldıqda orada 01 ədəd ağ rəngli paltar yuyan maşınının, 01 ədəd smistitel dəstinin, 01 ədəd elektrik sobasının, 01 ədəd güzgünün və 01 ədəd su qızdırıcının olduğunu gördüyünü, həmin vaxt həmin məişət əşyalarını pul əldə etmək məqsədilə oğurlayaraq aparıb satmaq qərarına gəldiyini, lakin günün sona çatmasını, axşamın düşməsini gözlədiyini, həmin günü axşam saat təxminən 20:00 radələrində həmin evin həyətinə gəldiyini, həyətdən keçərək hamama daxil olduğunu, həmin vaxt 01 ədəd ağ rəngli paltar yuyan maşını oğurlayaraq özü ilə gətirdiyi əl arabasına yükləyib yaşadığı evə apardığını, evə çatdıqdan sonra yoldaşı Dərya Babayevanın paltar yuyan maşınını görərək ondan həmin məişət əşyasını haradan aldığını soruşduğunu, Dəryaya yalandan satın aldığını, iki üç gün içərisində isə əlavə olaraq smistitel, su qızdırıcı alıb gətirəcəyini ona bildirdiyini, təxminən iki gün sonra axşam saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin həyətində yerləşən hamamın içərisində olan digər məişət əşyalarını oğurlamaq üçün həmin ünvana getdiyini, həmin ünvanda olan hamamın içərisindən əlavə olaraq 01 ədəd smistitel dəstini, 01 ədəd elektrik sobanı, 01 ədəd güzgünü və 01 ədəd su qızdırıcını oğurlayaraq əl arabası ilə yaşadığı evə apardığını, yolda gedən zaman oğurladığı güzgünün arabadan düşüb sındığını, evə çatan zaman həmin əşyaları da satın aldığını yoldaşına bildirdiyini, təxminən bir ay keçdikdən sonra həmkəndlisi Hüseyn adlı şəxsə onda su qızdırıcı olduğunu və həmin su qızdırıcını telefonla dəyişmək istədiyini bildirdiyini, Hüseynin ona əgər dediyin su qızdırıcı oğurluqdursa onda mənə gətirmə sözlərini dediyini, Hüseynə həmin əşyanın oğurluq olmadığını, özünə aid olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətində olan hamamın içərisindən oğurladığı 01 ədəd su qızdırıcını Hüseynin yaşadığı evə apardığını, orada su qızdırıcısını Hüseynə verib əvəzində ondan 01 ədəd Samsung J2 markalı telefon aldığını, bundan sonra polis əməkdaşlarının onu kənd mərkəzinin önündə saxlayaraq polis idarəsinə dəvət etdiklərini, onlarla birlikdə polis idarəsinə getdiyini və törətdiyi əməli səmimi etiraf etdiyini, sonra onun razılığı ilə yaşadığı evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən 01 ədəd smistitel dəsti, 01 ədəd elektrik soba və 01 ədəd paltar yuyan maşını aşkar edilərək götürüldüyünü, heç bir yerdə işləmədiyi üçün pul əldə etmək məqsədilə oğurluq etdiyini, oğurluğu tək etmiş olduğunu, həmin vaxt yanında heç kimin olmadığını, oğurluq etdiyini ondan başqa heç kəsin bilmədiyini, ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətində olan hamamdan 01 ədəd smistitel dəsti, 01 ədəd elektrik soba, 01 ədəd paltar yuyan maşını, 01 ədəd su qızdırıcı və 01 ədəd güzgü oğurladığını etiraf etdiyini, onun ilk oğurluq əməli olduğunu əlavə olaraq heç bir ünvandan oğurluq etmədiyini, tutduğu əməldən çox peşiman olduğunu, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. 04 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində 2016-cı il tarixdə Təqsirləndirilən şəxslə ailə həyatı qurduğu, 3 övladlarının olduğunu, Təqsirləndirilən şəxs daima ailəsinə sadiq olan, ailəsinin dolanışığına nəzarət edən və qayğı göstərən bir insan olduğunu, onun ümumiyyətlə oğurluq edən biri olmadığını, 2022-ci ilin dekabr ayının sonlarında Samilin onu həyətdən çağırdığını eşitdiyini, evdən balkona çıxdığını, həmin vaxt ağ rəngli bir ədəd paltar yuyan maşınının həyətdə olduğunu gördüyünü, Samilin həmin paltar yuyan maşınını ona göstərərək satın aldığını, iki üç gün sonra isə əlavə olaraq digər məişət əşyaları satın alıb gətirəcəyini bildirdiyini, 2-3 gün keçdikdən sonra saat təxminən 20:30 radələrində uşaqlarla birlikdə anasıgildən evə gələn zaman evdə 1 ədəd smistitel dəstinin, 1 ədəd elektrik sobanın və 1 ədəd qara rəngli su qızdırıcının olduqlarını gördüyünü, Samilin ona həmin məişət avadanlıqlarını göstərərək onları da istifadə etmək üçün satın aldığını bildirdiyini, Samilin yalanına inanaraq həmin əşyaların onun tərəfindən satın alındığını düşündüyü üçün Samilin əşyaları evə yerləşdirməsinə icazə verdiyini, bir müddət sonra Samilin evdə olan qara rəngli su qızdırıcını qonşuları Hüseynə verib əvəzində ondan bir ədəd mobil telefon aldığını, 2023-cü ilin aprel ayının sonlarında polis əməkdaşlarının onların yaşadığı evə gələn zaman Samilin həmin əşyaları oğurladığını bildiyini qeyd etmişdir. 04 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10, ifadəsində 2013-cü ildən X8 xidmətə qəbul olduğunu, 2017-ci ildən Şərur rayon Polis İdarəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 2023-cü ilin aprel ayının sonlarında Şərur rayon Mahmudkənd kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus yaşayış evində oğurluq hadisəsinin baş verdiyini bildirdiyini, həmin ərizənin icrası ilə əlaqədar olaraq bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirildiyini, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq edən şəxsin Şərur rayon Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyini, ona görə də Təqsirləndirilən şəxs saxlanılaraq Şərur rayon Polis İdarəsinə gətirilərək istintaq orqanına təhvil verildiyini, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurlamış olduğu məişət əşytalarının ona məxsus yaşayış evində saxladığının müəyyən edildiyini, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiklərini, həmin ünvana onun razılığı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin içərisindən 01 ədəd ağ rəngli paltar yuyan maşın, 01 ədəd smistitel dəsti və 01 ədəd elektrik soba aşkar edilərək müvafiq qaydada götürüldüyünü, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus yaşayış evindən 01 ədəd güzgü və 01 ədəd su qızdırıcı da oğurladığını, güzgünü evə aparan zaman yolda sındığını, su qızdırıcını isə həmkəndlisi Hüseyn adlı şəxsə verərək əvəzində ondan mobil telefon aldığını səmimi etiraf etdiyini bildirmişdir. 04 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 Qafar Kərəm oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Məmmədov Hüseyn Vəkil oğlu, ifadəsində Şərur rayon Mahmudkənd kəndində doğulub boya başa çatdığını, ona görə də həmkəndlisi olan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, 2023-cü ilin yanvar ayının əvvəllərində evin önündən keçən asfalt yolda olan zaman Təqsirləndirilən şəxs ilə görüşdüyünü, Samil ilə kef hal etdikdən sonra, Samilin ona, işlətməsi üçün bir telefon lazım olduğunu bildirdiyini, həmin vaxt onun özündə bir ədəd J2 Samsung markalı mobil telefonun olduğunu, Samilə məndə satılıq mobil telefon vardır, gəl razılaşaq onu sənə satım sözlərini deməsini, Samilin onun yanından uzaqlaşaraq çıxıb getdiyini, iki-üç gün sonra Təqsirləndirilən şəxs onlara gəldiyini, həmin vaxt Samilin özü ilə birlikdə bir ədəd qara rəngli üzərində Demir Döküm sözləri yazılan su qızdırıcının da gətirdiyini, Samilin su qızdırıcını göstərərək mobil telefon ilə dəyişmək istədiyini bildirdiyini, Samildən su qızdırıcının oğurluq olub-olmadığını soruşan zaman Samilin and içərək gətirdiyi su qızdırıcının oğurluq olmadığını bildirdiyini, Samilin yalanına inanaraq onda olan mobil telefon ilə onun gətirdiyi su qızdırıcını dəyişdiyini, həmin gündən Samildən götürdüyü su qızdırıcını evdə saxladığını, onu təqdim edə biləcəyini, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğu üçün onu uşaqlıq illərindən tanıdığını, həmin su qızdırıcının oğurluq olduğundan xəbərinin olmadığını Samilin tək gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində onun təxminən 30 ildir ki, Bakı şəhərində yaşadığını, buna baxmayaraq onun özünə məxsus Şərur rayon Mahmudkəndində yaşayış evinin olduğunu, hər il yaz aylarında onun kəndə gələrək evə baş çəkdiyini, təxminən 10 gün qaldıqdan sonra təkrar Bakı şəhərinə getdiyini, 20 aprel 2023-cü il tarixində onun Bakı şəhərindən kəndə gəldiyini, evə yerləşdikdən sonra həyəti gəzməyə başladığını, evin həyətində olan hamama tərəf yaxınlaşanda hamamın giriş qapısının açıq olduğunu gördüyünü, hamama daxil olan zaman hamamın içərisində olan 01 ədəd paltaryuyan maşının, 01 ədəd smistitel dəstinin, 01 ədəd güzgünün, 01 ədəd su qızdırıcısının, 01 ədəd elektrik sobanın hamamda olmadığını gördüyünü, həmin vaxt onun hamamda oğurluq hadisəsi olduğunu düşünərək polisə müraciət etdiyini, Şərur rayon polis əməkdaşlarının qısa zaman ərzində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ona məxsus evin hamamından oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, həmin şəxsin onun həmkəndlisi olması onu çox məyus etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci vərəqində olan 24 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 23920009 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs maddi zərər yetirildiyi müəyyən olunduğundan o, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış, qərarın surəti məlumat üçün Zərərçəkmiş şəxs göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər sakini Zərərçəkmiş şəxs, ona məxsus Şərur rayon Mahmudkənd kəndində yerləşən yaşayış evinin həyətində olan hamamın içərisindən oğurluq olması ilə bağlı Şərur Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə ünvanladığı şikayət ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 38-ci vərəqində olan 24 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1986-cı il tarixində Şərur rayon Mahmudkənd kəndində anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, qərarın surəti şübhəli şəxsə verilmişdir. Cinayət işinin 57-ci vərəqində olan 26 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 76-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-6/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 90-cı vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 124-cü vərəqində olan Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 257 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Mahmudkəndində yaşayır. Cinayət işinin 125-ci vərəqində olan Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Mahmudkəndində anadan olub, haliyyədə Şərur rayon Mahmudkəndində yaşayır. O kənd ərazisində olduğu müddətdə özünü sakit aparmış, kəndin ictimai işlərində yaxından köməklik etmişdir, kənd ərazisində aösaqqaların hörmətini qazanmışdır. Son müdəttə kimi ailəsindən və özündən nümayəndəyilə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 91-ci vərəqində olan əşyanın maddi sübut hesab edilməsi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 1 ədəd “SCHAUB LORENZ” markalı paltar yuyan, 1 ədəd “ZASS “ markalı 12 bölümlük elektrik radiator, 1 ədəd smart markalı duş üçün krant dəsti və 1 ədəd “Demir Döküm” markalı 24 litrlik su qızdırıcı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 128-ci vərəqində olan 30 iyun 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında aktdan görünür ki, ********* saylı cinayət işi üzrə vurulmuş maddi ziyan qismində ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şərur rayon Mahmudkənd kənd sakini Nümayəndə Şərur Rayon Polis İdarəsinin inzibati binasında təhvil verildi. Cinayət işinin 130-cu vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şərur Rayon Polis İdarəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində yerləşən mənə məxsus yaşayış evimdən məişət əşyalarımın oğurlanması ilə bağlı Şərur rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdim. Qısa zaman ərzində oğurluq edən şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və onun barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işinin istintaq zamanı mənə dəymiş 425 (dörd yüz iyirmi beş) manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş olduğundan həmin şəxs barəsində hər hansı bir şikayət və tələbim yoxdur, gələcəkdə də olmayacaq. Onuda qeyd etmək istəyrəm ki, səhhətim ilə əlaqədar Şərur rayonuna gələ bilmirəm. Ona görə də cinayət işinin materialları ilə tanış olmağa ehtiyac duymuram. Həmin cinayət işinin Şərur rayon Məhəməsinə göndərilməsinə etiraz etmirəm. Cinayət işinin 131-ci vərəqində olan 30 iyun 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında aktdan görünür ki, Şərur rayon Mahmudkənd kənd sakini Məmmədov Hüseyn Vəkil oğluna 01 ədəd Samsung J2 markalı mobil telefon Şərur Rayon Polis İdarəsinin inzibati binasında təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə daxil olmuş teleqramından maddi vəziyyətilə bağlı məhkəmə iclasına gəlib iştirak etmək imkanı olmadığını nəzərə alaraq məhkəmənin onun iştirakım olmadan keçirilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının olmadığını, dəymiş ziyanın məbləğinin ödənildiyini qeyd etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılmasına dair protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxslərin izahatlarını, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına d air CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materiallarında olan Şərur Rayon Məhkəməsinin 4(110)-6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 116 (bir yüz on altı) günlük müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayonu, Mahmudkənd kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifəsi qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir; - 507.3.3-cü maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Ona görədə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 51 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də X3 göstərilmiş 51 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 306 (üç yüz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlakar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdən 17 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 116 (bir yüz on altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Babayev X7 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayonu, Mahmudkənd kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 51 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 306 (üç yüz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün.. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-14/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-14/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver