Məhkəmə qərarları › İş №1(110)-14/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-14/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-14/2024 23.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan, barəsində 13 dekabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X1 Şərur rayon Düdəngə kəndində yaşayan atası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə gedib evin həyətyanı sahəsindən götürüdüyü polietilen sellofon torbanı üzərində gəzdirdiyi alışqanla yandırıb evin giriş qapısının boşluğundan içəri ataraq Zərərçəkmiş şəxs məxsus evi qəsdən yandırmaqla əmlakını məhv etmiş və sonuncuya ümumilikdə 6107,4 manat maddi ziyan vurmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 2021ci il tarixdə həmkəndlisi X7 ilə qeyri rəsmi nikaha daxil olduğunu, 2023-cü ilin sentyabr ayında yaşadığı evdən bəzi dəyərli əşyalarının yoxa çıxması ilə bağlı polis idarəsinə müraciət etdiyini, bununla əlaqədar həyat yoldaşı Məleykə Babazadənin polis idarəsinə dəvət olunaraq dindirildiyini, həmin gün Məleykənin atası Zərərçəkmiş şəxs Bakı şəhərindən gələrək Məleykəni özü ilə birlikdə Bakı şəhərinə apardığını, həmin vaxt atası Məleykəni istirahət üçün apardığını və yaxın müddətdə geri qaytaracağını bildirdiyini, Məleykənin ani gedişindən şübhələndiyini, bundan sonra Türkiyə Respublikasında yaşayan Şərur rayon Zeyvə kənd sakini Arzuman adlı şəxs ona “Whatsapp“ sosial şəbəkəsi vasitəsi ilə ona məxsus evdə Məleykə və özünün şəkillərini atdığını, həmin vaxt Məleykənin ona xəyanət etdiyini və Bakı şəhərinə bu səbəbdən qaçdığını öyrəndiyini, Məleykənin atası Zərərçəkmiş şəxs telefonla zəng edərək ona qızının etdikləri üçün iradını bildirdiyini, Məhəmmədin isə ona “düz edir, istəsə 7-8-i ilə yatar“ sözlərini dediyini, onun bu sözündən çox qəzəbləndiyini, Məleykəgilin ailəsinə bir ziyanlıq vurmaq istəsə də, buna cürət edə bilmədiyini, 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Şərur rayon Düdəngə kəndində yerləşən çayxanada spirtli içki qəbul etdiyini, 19 oktyabr 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində çayxanadan çıxdığını, həmin vaxt gedib Məhəmmədgilin evini yandırmaq qərarına gəldiyini, saat təxminən 00:40 radələrində Məhəmmədgilin evinə çatdığını, onların evində heç kimin yaşamadığını bildiyini, həmin vaxt məhlədə də, heç kim olmadığını, evin həyətyanı sahəsindən bir ədəd selofon torba tapdığını, həmin selofon torbanı yandıraraq evin giriş qapısının arasından içəri atdığını, daha sonra Şərur rayon Düdəngə kəndində yerləşən evinə getdiyini, sabahsı gün polis idarəsinə çağrılan zaman etdiyi hərəkəti səmimi etiraf etdiyini, Məleykənin ona xəyanət etdiyi üçün onların ailəsi ilə ədavəti olduğunu, onlardan qisas almaq üçün evlərini yandırdığını, yanğı hadisəsi həmin gün söndürüldüyünü, hadisə olan günün səhəri o plis idarəsində olarkən evin ikinci dəfə kiminsə yandırdığı eşitdiyini, zərərçəkmiş şəxsin özünün evi ikinci dəfə yandırdığından şübhələndiklərini, yaçın zamanı vurduğu ziyana görə zərəçəkmiş şəxsə 6107.40 manat pul ödədiyini, zərəçəkmiş şəxsin ondan əlavə 8000 (səkkiz min) manat pul tələb etdiyini, həmin məbləğin şişirdilmiş olduğnu,ona verəcək artıq pulunun olmadığını, tutduğu əməldən peşman olduğunu bildirərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində müvəqqəti olaraq Bakı şəhərində yaşadığını, qızı X2 2021-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, 2023-cü ilin sentyabr ayında qızı Məleykə ilə kürəkəni Zahir aralarında olan münaqişəyə görə ayrıldıqlarını və qızını özü ilə birlikdə Bakı şəhərinə apardığını, 19 oktyabr 2023-cü il tarixdə qardaşı X3 ona zəng vuraraq Şərur rayon Düdəngə kəndində yerləşən evinin yandırıldığını bildirdiyini, dərhal bilet alaraq Şərur rayon Düdəngə kəndində gəldiyini, evə daxil olan zaman evin hər yerinin yandığını gördüynü, daha sonra evini yandıran şəxsin keçmiş kürəkəni Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, bununla bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra polis idarəsində cinayət işi başlanıldığı barədə ona məlumat verildiyini, yanğının səhəri günü qardaşıgildə olduqları zaman qonşu ona zəng edərək evdə yenidən tüstülənmə olduğunu dediyini, qardaşı ilə evə getdiklərini, ora çatan zaman yanğınsöndürən maşınınında gəldiyini, yanğının olmadığın, sadəcə tüstüləmə olduğunu gördüklərini, yanğınsöndürənlər tüstülənən yerə su vuraraq getdiklərini, ekspert rəyi ilə cinayət işi üzrə hesablanmış maddi ziyan ümumilikdə 6107.40 manat olmasının müəyyən olduğunu, evin rəsmi olaraq mərhum anası X4 mülkiyyətində olduğunu, miras olaraq ona qaldığını, evinin təmiri üçün 15 metrə divarlara 1680 ədəd pirket, pereqrotqa, abşifka, alçıpan, taxta qapı, taxta pəncərə, plastic qapı, qum, sement, şifer, dam ağacı, strapila, müxtəlif növ taxtalar, zeşt, ağ kanyok, müxtəlif növ mismarlar, məişət əşyaları, mebellər lazım olduğunu, əlavə olaraq usta xərcləri də olduğunu, evinin yanan əşyalarının köhnə qiymətlər ilə hesablandığını, ona vurulmuş ziyanın 14000 manata yaxın olduğunu, ekspertin rəyi ilə razılaşmadığını, istintaq zamanı ona Şərur rayon Polis İdarəsində müstəntiq tərəfindən ona 6107.40 manat pul təqdim edildiyini, pulu qəbul etmək istəmədiyini, lakin müstəntiq pulu götürməli olduğunu, qalanını məhkəmə qaydasında təqsirləndirilən şəxsdən tələb edə biləcəyini dediyini, bundan sonra həmin pulu müstəntiqdən təhvil aldığını, təqsirləbdirilən şəxsin ona əlavə 8000 (səkkiz min) manat məbləğində pul ödəməli olacağını, bundan sonra onunla barışa biləcəyini, təqsirləndirilən şəxs isə ona əlavə pul ödəməyəcəyini dediyini, ona görədə ondan şikayətçi olduğunu qeyd edərək məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində dəqiq vaxtını xatırlamasada gəlini Məleykənin onun evində başqa bir şəxslə görüşməsinin şahidi olduğunu, həmin şəxslə mübahisə etdiklərini, onun evdən çıxıb qaçdığını, bu barədə oğluna heç nə demədiyini, Məleykəyə heç kimə heç nə demədən evi tərk etməsini bildirdiyini, Məleykənin isə gedib Zahirə onunla yola getməməyim barədə yalan məlumat verdiyini, daha sonra oğlunun onun yanına gələrək Məleykə sənin nə işin var dediyini, bu zaman məcbur qalıb hər şeyi açıq şəkildə Zahirə dediyini, onların arasında mübahisə olduğunu, Zahirin Məleykənin atasına zəng edərək olanları ona danışdığını, atasının və qardaşın Məleykəyə haqq qazandırdıqlarını, atasının gəlib Məleykəni Bakı şəhərinə apardığını, onların sözləri Zahirə pis təsir etdiyi üçün özünü iplə asdığını, onu tövlədə o vəziyyətdə gördükdən ipin boynundan çıxardığını, sonradan Zahir qisas almaq üçün Zərərçəkmiş şəxs məxsus olan evin bir otağını yandırdığını, yanğınsöndürənlərin gələrək yanğını söndürdüyünü, yanğın zamanı evə dəymiş 6107.40 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödədiklərini, o isə onlardan əlavə pul istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində qardaşının qızı X2 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başladıqlarını, daha sonra onun Zahirlə münasibətlərinin korlandığını və qardaşının gələrək onu Bakı şəhərinə yanına apardığını, bundan sonra Zahirin onlarla ədavət aparmağa başladığını, 19 oktyabr 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhərində yaşayan qardaşı Zərərçəkmiş şəxs kənddəki qonşuları ona zəng vuraraq onun Şərur rayon Düdəngə kəndində yerləşən evinin yandırıldığını bildirdiklərini, dərhal qardaşına zəng vurduğunu və ona məlumat verdiyini, daha sonra evdən çıxaraq Məhəmmədin evinə getdyini, oraya çatan zaman FHN əməkdaşlarınında çatdığını, daha sonra onların yanan evi söndürdüklərini, sonradan qardaşının evini yandıran şəxsin qardaşının keçmiş kürəkəni Təqsirləndirilən şəxs olduğunu öyrəndiklərini, bununla bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra polis idarəsində cinayət işi başlanıldığı barədə onlara məlumat verildiyini, yanğının səhəri günü qardaşı ilə öz evində olduqları zaman qonşu ona zəng edərək evdə yenidən tüstülənmə olduğunu dediyini, qardaşı ilə evə getdiklərini, ora çatan zaman yanğınsöndürən maşınınında gəldiyini, yanğının olmadığın, sadəcə tüstüləmə olduğunu gördüklərini, yanğınsöndürənlər tüstülənən yerə su vuraraq getdiklərini, ekspert rəyi ilə cinayət işi üzrə hesablanmış maddi ziyan ümumilikdə 6107.40 manat olmasının müəyyən olduğunu, həmin pul qardaşına ödənilsədə, qardaşının həmin məbləğlə razılaşmadığını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona daha artıq maddi ziyan dəydiyini dediyini, dəymiş ziyana görə təqsirləndirilən şəxsdən əlavə pul tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində X20 xidmətinin Şərur rayon İdarəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayon Düdəngə kəndində Zərərçəkmiş şəxs oğlna məxsus evdə yanğın olması ilə bağlı məlumat daxil olduğunu, təxminən 6 dəqiqə sonra hadisə yerinə çatdıqlarını, hadisə yerinə çatan zaman yanğın olmadığını gördüklərini, sadəcə biraz tüstü olduğunu, qonşuların tüstüləmə olduğunu, ona görədə su vurduqlarını bildirdiklərini, əlavə olaraq onların da həmin yanğın yerinə maşınla su vurduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində Şərur rayon Düdəngə kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evin yanında keçərək kəndin çayxanasına getdiyini, həmin vaxt orada yanğın olmadığını, təxminən 1 saat yarım sonra FHN əməkdaşlarının getdiyini gördüyünü, onların arxasıca getdiyini, FHN əməkdaşlarının Zərərçəkmiş şəxs məxsus evə su tökdüklərini gördüyünü, yanğın görmədiyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqində olan 11 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin müstəntiqi polis baş leytenantı İbrahim Ağayev tərəfindən faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 28-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1042 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş materiallar əsasında aparılmış tədqiqatlarla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi qonaq otağının daxilində pəncərinin qarşısında yerləşmişdir. Yanğın həmin zonadan (yanğının mənbəyindən) yüksələn xətt üzrə evin tavan-dam hissəsinə yayılmışdır. Yanğının baş verməsinə səbəb qonaq otağının daxilinə pəncərinin qarşısındakı sahəyə (yanğının mənbəylərinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanan materialların (taxta materialın, mebel ev əşyaların və s.) alışması olmuşdur. Yanğın qonaq otağının daxilinə (yanğının mənbəyinə) kənaradn gətirilmiş alışdırıcı mənbənin təsirindən yanan materialın alışmasında baş verdiyini nəzərə aldıqda qoyulmuş sual üzrə tədqiqat aparılmır. Cinayət işinin 32-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1043 saylı rəyində göstərilir ki, Şərur rayon Düdəngə kəndində X6 məxsus fərdi yaşayış evinə yanğın nəticəsində tikinti üzrə dəymiş maddi ziyanın məbləği bugünki orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2436.40 (iki min dörd yüz otuz altı manat qırx qəpik) manat məbləğində olduğu müəyyə edilir. Cinayət işinin 47-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1064 saylı rəyində göstərilir ki, 19 oktyabr 2023-cü il tarixdə Şərur rayon Düdəngə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş siyahıda və fotoşəkillərdə göstərilən tədqiqat obyektlərinin zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3671 (üç min altı yüz yetmiş bir) manat müəyyən edilir. Digər 04 adda tədqiqat obyekti haqqında kifayət qədər məlumat olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 59-cu vərəqində olan 11 dekabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1996-cı il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə nəzrdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 77-ci vərəqində olan 13 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 89-cu vərəqində olan 13 dekabr 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.1996-cı il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 122-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 12 yanvar 2024-cü il tarixli 39 nömrəli məktubunda bildirilmişdir ki, Şərur rayon Düdəngə kənd sakini 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispenser qeydiyyatda dayanmır. Cinayət işinin 124-cü vərəqində olan Düdəngə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizam intizamlı aparmışdır. Onun nümayəndəliyə indiyədək heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 133-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 124 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı sinir-psixi gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs keçirdiyi sinir-psixi gərginlik halı qarşılaşdığı şəraitlə yoldaşının ona xəyanət etməsi, qayınatasının və qayınının buna biganə qalmasını düşünməsi və günahı Təqsirləndirilən şəxs görmələri ilə şərtlənmişdir. Emosional halından asılı olaraq yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malik olmuşdur. Göstərmək lazımdır ki, Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etməsi onun hafizəsinə, davranış aktlarına öz təsirini göstərə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini tərədərkən fizioloji affekt halına olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Cinayət işinin 143-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 213 saylı rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, baxış zamanı və cinayət işi materiallarında olan zəruri məlumatlara əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş tikinti materiallarının siyahısında olan, akin yanğın zamanı zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə keçirilmiş ilkin tikinti-texniki ekspertin rəyində qeyd olunmayan tikinti materilları hazırda həmin evdə istifadə olunmamış və mövcud olmayan tikinti materiallarına dəymiş ziyam müəyyənləşdirilməmişdir. Eyni zamanda əlavə ekspertiza tədqiqatı zamanı həmin evin yanğın hadisəsi nəticəsində ziyan dəymiş tikililərinin ilkin variantda saxlanılmasını nəzərə alınaraq fərdi yaşayış evinə yanğın hadisəsi nəticəsində həmin hissələrə tikinti üzrə dəymiş maddi ziyanın məbləği (ilkin ekspertiza rəyində qeyd edildiyi kimi) 19 oktyabr 2023-cü il tarixdə olan orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2436.40 (iki min dörd yüz otuz altı manat qırx qəpik) manat məbləğində olduğu müəyyə edilir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qismən etirafını, işdə olan zərərçəkmiş şəxslərin izahatlarını, şahidin ifadəsini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, cinayət nəticəsində ekspert rəyi ilə müəyyən edilmiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilməli, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs“növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı ona iddia etdiyi məbləğdə vurulmuş ziyanla bağlı mülki iddia qaldırmamışdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs izah olunmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona iddia etdiyi məbləğdə zərər vurmasını sübutlar təqdim etməklə mülki mühakimə icraatı qaydasında tələb edə bilər. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixindən 13 dekabr 2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs"“ növündə qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs"“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci – aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs izah edilsin ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona iddia etdiyi məbləğdə zərər vurmasını sübutlar təqdim etməklə mülki mühakimə icraatı qaydasında tələb edə bilər. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar