Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-15/2023 16.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Şərur rayon Çərçiboğan kəndində anadan olmuş, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, barəsində 16 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilən, hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristal formada toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,179 qram olan yaşılımtıl-qəhvəyi rəngli qətranabənzər maddə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını və təmiz çəkisi 0,052 qram olan xırdalanmış birki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və satmış, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində Şərur rayon Çərçiboğan kəndində ailəsilə birlikdə yaşadığını, həmkəndlisi X7 ona yaxın vaxtlarda Türkiyə Respublikasının İğdır şəhərinə gedəcəyini bildirdiyini, onunla birlikdə İğdıra getməyini təklif etdiyini, Vaqif Məmmədovu bir həmkəndlisi kimi tanıdığına görə onunla getməyə razılıq verdiyini, 20 aprel 2023-cü il tarixdə səhər saatlarında Vaqif Məmmədovun ona həmin gün Türkiyə Respublikasına gedəcəyini bildirdiyini, hazırlaşıb həmin günü günorta saatlarında evdən çıxıb yaşadığı evin önündə Vaqiflə görüşdüyünü, birlikdə Şərur şəhərinə gəldiklərini, Vaqifin həbsdən yenicə çıxdığı üçün ona dövlət tərəfindən müavinət ayrıldığını, Şərur şəhərində yerləşən mərkəzi poçtdan 1300 manat pul aldığını, sonra sürücüsünü tanımadığı taksi ilə yola düşdüyünü və saat təxminən 14:00 radələrində Naxçıvan MR Sədərək rayonunda yerləşən sərhəd buraxılış məntəqəsinə çatdıqlarını, Sərhəd buraxılış məntəqəsindən keçdikdən sonra birlikdə Türkiyə Respublikasının İğdır şəhərinə getdiklərini, orada Türkiyə Respublikasının vətəndaşı olan Onur adlı şəxslə görüşdüyünü, həmin vaxt Onur adlı şəxsin içərisində marixuana, tiryək və metamfetamin olan 03 ədəd büküm verdiyini, həmin vaxt qeyd etdiyi narkotik tərkibli vasitələri Vaqif Məmmədovun pulu ilə aldığını, həmin narkotik vasitələrin çox hissəsini İğdır şəhərində otel kimi istifadə olunan binada istifadə etdiklərini, sonra Vaqif Məmmədovla birlikdə İğdırda olan mağazalardan birinə daxil olduqlarını, oradan evdə istifadə olunması üçün bir ədəd stul aldığını, sonra qalan metamfetamini və tiryəki selefon bükümlərdə olmaqla aldığı həmin stulun ayağının içərisində, kağızdan ibarət bükümdə olan marixuananı isə şalvarının sağ yan cibində gizlədərək Sədərək Sərhəd buraxılış məntəqəsindən Naxçıvan Muxtar Respublikasına daxil olduğunu, Naxçıvan MR-na daxil olduqdan sonra Şərur rayon Çərçiboğan kəndinə getdiyini, 22 aprel 2023-cü il tarixdə günorta saatlarında həmkəndlisi X12 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək harada olduğunu soruşduğunu, Kazım Kazımova kirvəsi X18 gildə olduğunu bildirdiyini, çox keçmədən Kazım Kazımovun ona zəng vuraraq həmin ünvanın qarşısında onu gözlədiyini bildirdiyini, həyət qapısından çölə çıxdığını və Kazım Kazımovla görüşdüyünü, həmin vaxt Kazımın ona səndə mal varsa bir balaca ver istifadə edim sözlərini dediyini, Kazıma üstümdə mal yoxdur birazdan gedəcəm evə gələrsən evə verərəm sözlərini dediyini, sonra evə getdiyini, 5-10 dəqiqə keçdikdən sonra Kazımın təkrar zəng vuraraq evin önündə gözlədiyini bildirdiyini, həyətdən yola çıxdığını, Kazımın öz avtomobilin içərisində oturduğunu gördüyünü, avtomobilin sol ön qapısının şüşəsinin həmin vaxt açıq olduğundan içərisində metamfetamin adlı maddə olan 01 ədəd sellofan bükümü Kazıma tərəf uzatdığını, Kazımın həmin bükümü aldıqdan sonra ona 20 manat pul verdiyini, sonra məhəllədən çıxıb getdiyini, təkrar kirvəsi Orxan gilə getdiyini, Orxan gildə olan zaman digər həmkəndlisi X5 onun mobil telefonuna zəng vuraraq evlərindəki su qızdırıcısının işləmədiyini bildirdiyini, ona birazdan gələrəm sözlərini deməsini, təxminən 1 saat keçdikdən sonra Bəxtiyar Əliyevgilə getdiyini, həmin vaxt içərisində marixuana, tiryək, metamfetamin və 01 ədəd cinsi istəyi artıran “Viaqra” adlı dərman preparatı olan siqaret qutusunun da üzərində olmasını, Bəxtiyar Əliyevin yaşadığı evin mətbəxində işləyən zaman pəncərədən iki nəfər tanımadığı şəxsin Bəxtiyar Əliyevin evinə yaxınlaşdığını gördüyünü və həmin şəxslərin polis olduğunu düşünərək evin zirzəmisinə daxil olduğunu, içərisində qeyd etdiyi narkotik vasitələr olan “Linex” adlı siqaret qutusunu və yandıranı zirzəmidəki çarpayının üzərindəki döşəyin altında gizlətdiyini, sonra həyətə çıxdığını, həmin şəxslərin ona yaxınlaşaraq polis olduqlarını və onlarla birlikdə Şərur Rayon Polis İdarəsinə getməyini bildirdiyini, etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Şərur Rayon Polis İdarəsinin inzibati binasına getdiyini, polis idarəsinin inzibati binasında müdafiəçi ilə təmin olunduqdan sonra hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı üzərində hər hansı bir narkotik vasitə aşkar edilmədiyini və götürülmədiyini, sonra polis əməkdaşlarına səmimi olaraq Türkiyə Respublikasından gətirdiyi marixuana, tiryək, metamfetamin və Şərur şəhərində yerləşən aptekdən aldığı “Viaqra” həbini həmkəndlisi Bəxtiyar Əliyevin yaşadığı evin zirzəmisində olan döşəyin altında gizlətdiyini bildirdiyini, sonra polis əməkdaşları ilə həmin ünvana getdiklərini, orada hal şahidlərinin iştirakçılığı ilə Bəxtiyar Əliyevin evinin zirzəmisinə baxış keçirildiyini, baxış zamanı qeyd olunan narkotik vasitələrin zirzəmidəki çarpayının altından aşkar edilərək götürüldüyünü, həmin götürülmüş narkotik vasitələrin müvafiq qaydada qablaşdırılıb protokola əlavə edildiyini, 6-7 ildir ki narkotik vasitə qəbul etməyə başladığını, ancaq davamlı istifadə edən biri olmadığını, Vaqif Məmmədov ilə birlikdə İğdır vilayətinə orada narkotik vasitə qəbul etmək üçün getdiklərini, həmin maddələri qanunsuz olaraq daşımağına səbəbin həmin maddələrdən özü üçün istifadə etməsinin olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olan biri olmadığını, Kazım Kazımovun yalan danışmasını, ona psixotrop maddə satmadığını, 22 aprel 2023-cü il tarixdə X20 ilə 2 dəfə Çərçiboğan kəndi ərazisində görüşdüyünü, həmin günü Kazım Kazımova istifadə etməsi üçün özündə saxladığı içərisində metamfetamin adlı maddə olan selefondan ibarət bir büküm verdiyini, ancaq həmin bükümü ona satmadığını, metamfetamin adlı maddəni Kazım Kazımova verən zaman ondan 20 manat pul aldığını, həmin pulun təqribən 10 gün əvvəl Kazım Kazımovun avtomobilinin “qulişitelini” düzəltdiyi üçün ona borclu olduğu pul olduğunu, o, həmin pulu da borcunu qaytarmaq məqsədilə həmin vaxtı verdiyini, həmkəndlisi Vaqif Məmmədovla birlikdə Türkiyə Respublikasının İğdır şəhərində olan zaman həmin narkotik vasitələri Türkiyə Respublikası vətəndaşı Onur adlı şəxsdən, həvəsləndirici həbi isə özünün istifadəsi üçün Şərur şəhərində yerləşən apteklərin birindən almış olduğunu, Onur adlı şəxsi təxminən 8-9 ay bundan əvvəl tanıdığını, əvvəllər Onurdan heç nə almadığını, Onur adlı şəxsdən 01 büküm marixuana, 01 büküm tiryək və 01 büküm metamfetamin aldığını, həmin narkotik vasitələrin pulunu X21 alıb vermiş olduğunu, Azərbaycan Respublikasına gətirdiyi narkotik vasitələri heç kimə satmadığını, sadecə olaraq həmkəndlisi Kazım Kazımova istifadə etməsi üçün bir büküm metamfetamin verdiyini, Kazım Kazımovdan başqa heç kimə narkotik vasitə vermədiyini, əlavə saxladığı, gizlətdiyi hər hansı bir maddənin olmadığını, Onur adlı şəxsdən narkotik alan zaman ona nə qədər pul veriyini xatırlamadığını, Türkiyə Respublikasının İğdır şəhərindən marixuana, tiryək və metamfetamin adlı narkotik və psixotrop maddələri stulun ayağının içərisində və üzərində qanunsuz olaraq daşıdığından Vaqif Məmmədovun xəbərinin olmadığını, tutduğu əməldən çox peşiman olduğunu əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. 03 avqust 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X20 ifadəsində Şərur rayon Qarxun kəndində doğulmağına baxmayaraq 3 aylığından anası ilə birlikdə Şərur rayon Çərçiboğan kəndinə köçərək həmin kənddə böyüyüb başa çatdığını, heç bir dövlət işində işləmədiyi üçün özünə məxsus VAZ 2107 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili ilə taksiçilik edib ailəsini dolandırdığını,çəkisinin artıq olduğu üçün çəki probleminin olduğunu, təxminən 5 ay bundan öncə həmkəndlisi Təqsirləndirilən şəxs ilə narkotik vasitə qəbul edən şəxslərin arıqladıqları barədə söhbət etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olsa qəbul edib arıqlayaram sözlərini deməsini, Sərxanın ona narkotik vasitə istəyirsənsə məndə vardır, verim çək sözlərini bildirdiyini, ona varsa ver istifadə edim sözlərini dediyini, 22 aprel 2023-cü il tarixində saat təxminən 16:00 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vuraraq ondan harada olduğunu soruşduğunu, Sərxanın ona kirvəsi Orxan adlı şəxsin həyətində qaynaq işləri apardığını bildirdiyini, özünə məxsus avtomobil ilə həmin ünvana getdiyini, orada Sərxanla görüşdüyünü, ondan narkotik vasitə olubolmadığını soruşduğunu, Sərxanın ona sən evə get bir azdan bizə gələrsən sözlərini dediyini, həmin yerdən uzaqlaşıb kənd mərkəzinə tərəf getdiyini, 5-10 dəqiqə keçdikdən sonra avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı evə getdiyini, onun evinin önündə avtomobili saxlayıb ona zəng vuraraq evin önündə olduğunu bildirdiyini, Sərxanın həyətdən çölə çıxdığını, həmin vaxt avtomobilin içərisində olduğu üçün Sərxanın pəncərədən ona bir büküm uzatdığını, həmin bükümü aldıqdan sonra əvvəlcədən razılaşdıqları kimi Sərxana 20 manat pul verdiyini, 20 manatı ona olan borcunun əvəzində yox, narkotik vasitənin müqabilində verdiyini, bu günə kimi də Təqsirləndirilən şəxs olan 20 manat pul borcunu qaytara bilmədiyini, həmin narkotik vasitəni satın alan zaman onun çəkisinin nə qədər olduğunu bilmədiyini, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün satın aldığını, həmin bükümün ağ rəngli kağızdan ibarət olduğunu, həmin bükümü alıb Çərçiboğan kəndində olan dərə adlı əraziyə getdiyini, orada həmin vasitəni adətən tünügə pivələrinin üzərində olan qızılı kağızın üstünə tökdüyünü, sonra həmin kağızın alt hissəsini alışqanla qızışdırdığını, həmin vaxt narkotik vasitənin tüstüləməyə başladığını, həmin tüstünü burun nahiyyəsilə iyləməyə başladığını, həmin vasitəni 3-4 saniyə içərisində bitirib qurtardıqdan sonra Şəhriyar kəndinə avtomobili ilə müştəri apardığını, sonra kəndə qayıtdığını, kənd məktəbinin önündə polis əməkdaşlarının saxlayaraq polis idarəsinə gətirdiklərini, polis idarəsində olan zaman müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının ondan üzərində narkotik tərkibli vasitə olub olmadığını soruşduqlarını, onlara üzərində narkotik tərkibli vasitənin olmadığını, ancaq Təqsirləndirilən şəxs metamfetamin adlı vasitəni 20 manat müqabilində aldığını, həmin vasitəni istifadə edərək bitirdiyini bildirdiyini, sonra onun üzərində şəxsi axtarış keçirildiyini, həmin şəxsi axtarış nəticəsində üzərində hər hansı bir narkotik tərkibli vasitə aşkar edilmədiyini, götürülmədiyini, Təqsirləndirilən şəxs ona satmış olduğu psixotrop tərkibli vasitənin haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını, həmin narkotik vasitədən hər hansı bir şəxs və ya şəxslərə satmadığını, həmin vasitəni özünün istifadəsi üçün aldığını, onun Sərxanın başqa şəxslərə narkotik vasitə satması barədə heç bir məlumatının olmadığını, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. 03 avqust 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X14 ifadəsində 2013-cü ildən X16 xidmətə qəbul olduğunu, 2023-cü ilin mart ayından Şərur rayon Polis İdarəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 22 aprel 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində anadan olmuş, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan X12 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğunu, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsində, saxlamasında, daşımasında və istifadəsində şübhəli bilinən X12 Şərur rayon Çərçiboğan kənd ərazisində saxlanılaraq Şərur Rayon Polis İdarəsinə gətirildiyini, Polis İdarəsində Kazım Kazımovun üzərində şəxsi axtarış keçirildiyini, lakin onun üzərindən hər hansı bir narkotik tərkibli vasitənin aşkar edilmədiyini, götürülmədiyini, sonra X19 Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 yoxlanıldıqdan sonra onda metamfetamin adlı psixotrop maddə olduğunun aşkar edildiyini, Kazım Kazımov dindirilən zaman həmin vasitəni əvvəlcədən tanıdığı Şərur rayon Çərçiboğan kənd sakini Təqsirləndirilən şəxs 20 (iyirmi) manat müqabilində satın aldığını bildirmiş olduğundan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 22 aprel 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kənd ərazisində saxlanılaraq Şərur Rayon Polis İdarəsinə gətirilərək istintaq orqanına təhvil verildiyini, Təqsirləndirilən şəxs istintaq orqanında dindirlən zaman Türkiyə Respublikasının İğdır vilayətindən gizlincə gətirdiyi natkotik vasitələri həmkəndlisi X8 məxsus yaşayış evinin zirzəmisində saxladığını bildirdiyini, Şərur rayon Çərçiboğan kənd sakini X5 razılığı və hal şahidlərinin iştirakçılığı ilə onun yaşadığı evə baxış keçirildiyini, baxış zamanı evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından narkotik vasitələrin aşkar edilərək götürüldüyünü və müvafiq qaydada qablaşdırıldığını, Təqsirləndirilən şəxs tanımadığını, Bəxtiyar Əliyevə məxsus yaşayış evinin zirzəmisindən metamfetamin adlı psixotrop maddə, həşiş qətranı və marixuana adlı narkotik vasitələrin aşkar edilərək götürüldüyünü, həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilən maddələrin İğdır vilayətindən gətirdiyini, tamamının onun özününkü olduğunu və özü tərəfindən gizlədildiyini səmimi olaraq etiraf etdiyini bildirmişdir. 03 avqust 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 ifadəsində 22 aprel 2023-cü il tarixdə axşam saatlarında kənd mərkəzindən evə doğru gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, polislərin ondan Şərur rayon Çərçiboğan kəndində yerləşən yaşayış evlərindən birində aparılacaq istintaq hərəkətində hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, polis əməkdaşlarına heç bir etiraz etmədən könüllü surətdə iştirak edəcəyini bildirdiyini, polis əməkdaşları ilə birlikdə həmkəndlisi olan X5 yaşadığı ünvana getdiklərini, orada olan zaman digər həmkəndlisi Qorxmaz Qasımovun da polis əməkdaşları ilə birlikdə həmin ünvana gəldiyini, həmin yaşayış evinin həyətində olan zaman onlara həmin həyətdə yerləşən evə baxış keçiriləcəyinin bildirildiyini, hər ikisinə hüquq və vəzifələrinin izah edildikdən sonra Bəxtiyar Əliyevə məxsus yaşayış evinə baxış keçirildiyini, baxış zamanı həmin evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından narkotik vasitələrin aşkar edilərək götürüldüyünü, sonra həmin vasitələrin polis əməkdaşları tərəfindən kağız zərflərin içərisinə qoyulduğunu, üzərində xüsusi qeydlərin aparıldığını və zərflərin üzərində imzalar etdiklərini, Təqsirləndirilən şəxs həmkəndlisi olduğu üçün tanıdığını, ancaq aralarında hər hansı bir qohumluq əlaqələrinin olmadığını, narkotik vasitələrin Bəxtiyar Əliyevin yaşadığı evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından aşkar olunaraq götürüldüyünü bildirmişdir. 03 avqust 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X10 ifadəsində 22 aprel 2023-cü il tarixdə kənd mərkəzindən evə doğru gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, polis əməkdaşlarının ondan Şərur rayon Çərçiboğan kəndində yerləşən həmkəndlisi X8 məxsus yaşayış evində aparılacaq istintaq hərəkətində hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, polis əməkdaşlarına heç bir etiraz etmədən könüllü surətdə iştirak edəcəyini bildirdiyini, polis əməkdaşları ilə birlikdə həmkəndlisi olan X5 yaşadığı ünvana getdiklərini, orada olan zaman digər həmkəndlisi X4 da həmin ünvanda olduğunu gördüyünü, hər ikisinə hüquq və vəzifələri izah edildikdən sonra Bəxtiyar Əliyevə məxsus yaşayış evinə baxış keçirildiyini, baxış zamanı həmin evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından narkotik vasitələrin aşkar edilərək götürüldüyünü, sonra həmin vasitələrin polis əməkdaşları tərəfindən kağız zərflərin içərisinə qoyulduğunu, üzərində xüsusi qeydlərin aparıldığını, zərfin üzərində imzalar etdiklərini, Təqsirləndirilən şəxs həmkəndlisi olduğu üçün tanımasını, ancaq aralarında heç bir qohumluq əlaqələrinin olmadığını, Bəxtiyar Əliyevə məxsus yaşayış evinin aşağı hissəsində zirzəminin olduğunu, qeyd olunan narkotik vasitələrin Bəxtiyar Əliyevin yaşadığı evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından aşkar olunaraq götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində Şərur rayon Çərçiboğan kəndində doğulub boya başa çatdığını, ona görə də Çərçiboğan kəndində çoxlu sayda tanışları və dostlarının olduğunu, həmin şəxslərdən birinin də Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxsla uşaqlıq illərindən bir məhəllədə qonşu kimi yaşadığını, eyni məhəllədə böyüdüklərini, uşaqlıqlarının birlikdə keçdiklərini, 22 aprel 2023-cü il tarixində saat təxminən 15:00 radələrində Təqsirləndirilən şəxs zəng vuraraq ona evlərində olan su qızdırcının işləmədiyini bildirdiyini, Sərxanın ona kirvəsigildə olduğunu və bir iki saatdan sonra gələcəyini bildirdiyini, saat təxminən 19:00 radələrində Sərxanın onlara gəldiyini, evin içərisindəki mətbəxdə olan su qızıdırcını sökdüyünü, həmin vaxt darvaza qapısının yanından səs eşitdiyini, pəncərədən həmin yerə baxan zaman tanımadığı üç nəfər şəxsin qapının yanında olduqlarını gördüyünü, Sərxanın həyətə çıxdığını, sonra təkrar evə gəldiyini, Sərxanın ona polislər ilə gedəcəyini bildirdiyini, etiraz etmədim, ona işi sonra bitirərik sözlərini dediyini, Sərxanın polislər ilə birlikdə getdikdən təxminən 2 saat sonra polislər ilə birlikdə onun yaşadığı evə geri qayıtdıqlarını, polis əməkdaşlarının onun razılığı və hal şahidlərinin iştirakçılığı ilə evinə baxış keçirdiklərini, baxış zamanı evin zirzəmisində olan çarpayının altından adını xatırlaya bilmədiyi siqaret qutusunun aşkar edildiyini həmin qutunun açılarkən içərisindən bükümlərin olduğunu gördüyünü, həmin bükümlərin açılarkən içərisində müxtəlif çeşiddə maddələrin olduğunu gördüyünü, həmin maddələri ilk dəfə gördüyünü, onların narkotik vasitə olduqlarını həmin vaxt bildiyini, zirzəmidən aşkar edilən vasitələrin onların iştirakçılığı ilə qablaşdırılaraq götürüldüyünü, Sərxanın narkotik vasitə satması barədə heç bir məlumatının olmadığını, Sərxanın ona məxsus yaşayış evimin zirzəmisində narkotik vasitələrin gizlətdiyindən heç vaxt xəbərinin olmadığını, Sərxanın həmin günü evin zirzəmisinə necə və nə vaxt daxil olduğunu xatırlaya bilmədiyini, Təqsirləndirilən şəxs onlara gələn zaman onun yanında heç kimin olmadığını, onun tək gəlmiş olduğunu, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayon Çərçiboğan kəndində doğulub boya başa çatdığını, ona görə də kənd əhalisinin əksəriyəti ilə yaxşı münasibətlərinin olduğunu, həmin şəxslərdən birinin də həmkəndlisi Təqsirləndirilən şəxs olmasını, 2023-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs ilə Şərur şəhərində təsadüfən görüşdüyünü, həmin vaxt ona yaxın günlərdə İğdır şəhərinə gedəcəyini, əgər istəyirsənsə sən də mənimlə gəl sözlərini dediyini, Sərxanın ona İğdır vilayətinə getmək istədiyini bildirdiyini, həbsdən yenicə çıxdığı üçün 1300 manat müavinət ayrılmış olduğunu, həmin pulu da çəkib 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Sədərək Gömrük məntəqəsindən keçib İğdır şəhərinə getdiklərini, İğdırda olan zaman Onur adlı türk vətəndaşı ilə görüşdüklərini, həmin şəxsin Sərxanın tanışı olduğunu, birlikdə çay içdiklərini, sonra Onurun çıxıb getdiyini, həmin vaxt Sərxanın ona pul ver gedim narkotik alım gətirim istifadə edək sözlərini dediyini, miqdarını xatırlamadığı məbləğdə Sərxana pul verdiyini, çox keçmədən Sərxanın metamfetamin və heroin adlı maddələr gətirdiyini, həmin vaxt Sərxanın gətirdiyi metamfetamindən istifadə etdiyini, 21 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs ona kəndə getmək istədiyini bildirdiyini, həmin günü də kəndə qayıtdığını, özünün isə İğdır vilayətində qaldığını, 22 aprel 2023-cü il tarixində İğdırda qalmağı barədə anasına məlumat vermək üçün evə zəng vurduğunu, telefonda anasının ona polislər səni axtarırlar sözlərini dediyini, ona görə də kəndə qayıtmaq fikrinə düşdüyünü, evə qayıdan zaman Sədərək rayonunda yerləşən Gömrük Məntəqəsində onu saxlayıb polis əməkdaşlarına təhvil verdiklərini, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıdığını, onunla arasında əvvəllər hər hansı bir ədavətin olmadığını, 20 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxsla birlikdə İğdır şəhərinə alver etmək məqsədilə getmiş olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi barədə məlumatının olduğunu, 2010-cu ildən narkotik vasitə qəbul etməyə başlamış olduğunu, ancaq davamlı şəkildə olmadığını, arada sırada qəbul etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs kəndə tək qayıtmış olduğunu, özünün isə 22 aprel 2023-cü il tarixində geri qayıtdığını, Təqsirləndirilən şəxs X15 narkotik vasitə satması barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin Türkiyədən Naxçıvana gətirilməsindən xəbərinin olmadığını aralarında bu barədə heç bir razılığın olmadığını, Təqsirləndirilən şəxs X15 narkotik vasitə satması barədə hər hansı bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs İğdırdan aldığı stulun içəsisində narkotik vasitələri gizlədərək Türkiyədən Naxçıvana gətirməsi barədə məlumatının olmadığını, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 23 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxsə məlumat verilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Çərçiboğan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə 0,182 qram metamfetamin adlı psixotrop maddəni və narkotik vasitə olan 0,179 qram həşiş qətranını 2 ədəd selefon bükümlərdə olmaqla İğdır vilayətindən aldığı stulun ayağının içərisində, 0,052 qram marixuananı isə 1ədəd kağızdan ibarət bükümdə olmaqla şalvarının sağ yan cibində gizlədərək daşımış, 21 aprel 2023-cü il tarixdə axşam saatlarında Türkiyə Respublikasından Sədərək Gömrük Postu vasitəsilə gələrək narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, 22 aprel 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndi ərazisində bir büküm metamfetamini pul əldə etmək məqsədilə 20 manat müqabilində həmkəndlisi 1984-cü il təvəllüdlü X1, 22 aprel 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şərur rayon polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbiri nəticəsində Şərur rayon Çərçiboğan kənd sakini X5 yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs Bəxtiyar Əliyevə məxsus evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altında gizlətdiyi “Linex” siqaret qutusunun içərisindən ayrı-ayrlıqda çəkiləri 0,182 qram metamfetamin adlı psixotrop maddə, 0,179 qram həşiş və 0,052 qram marixuana adlı narkotik vasitə aşkar edilərək götürülməsi faktları üzrə toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqində olan 22 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1986-cı il tarixində Şərur rayon Çərçiboğan kəndində anadan olmuş, evli, 2 uşaq atası, orta təhsilli, 3-cü qrup əlil, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama daşıma və qanunsuz olaraq satması ilə məşğul olması şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, şübhəli qismində tutulmuş, qərarın surəti şübhəli şəxsə verilmişdir. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2023-cü il tarixli 434 saylı rəyində göstərilir ki, Şərur rayon Çərçiboğan kənd sakini X5 həmin kənddə yerləşən yaşadığı evin zirzəmisindəki çarpayının üzərində olan döşəyin altından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,182 qram olan ağ rəngli kristal formada toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamin ( İ siyahı İİ bənd, sıra N-27), təmiz çəkisi 0,179 qram olan yaşılımtıl-qəhvəyi rəngli qətranabənzər maddə narkotik təbiətli çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını ( İ siyahı İ bənd, sıra N-56) və təmiz çəkisi 0,052 qram olan xırdalanmış birki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ( İ siyahı İ bənd, sıra N-146) olduğu qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 93-cü vərəqində olan 23 aprel 2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təmiz çəkisi 052 qram marixuana, 0.179 qram həşiş qətranını və 0.182 qram metamfetmin adlı psixotrop maddə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin narkotik vasitələrin saxlanması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanc otağına verildiyi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqində olan 24 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 125-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkıqolizmdən əziyyət çəkmir, təqsirləndirilən Təqsirləndirilən şəxs konnobinoid narkomaniyasından əziyyət çəkir, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, dispanser qeydiyyata alınması məsləhətdir. Cinayət işinin 1-ci cildinin 170-ci vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 1-ci cildinin 175-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 178-ci vərəqində olan Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Şərur rayon Çərçiboğan kəndində anadan olmuşdur. O kənd ərazisində yaşadığı müddətdə özünü sakit, nizam-intizamlı, nümunəvi olmaqla bərabər kənd ağsaqqallarının və gənc nəslin dərin rəğbətini qazanmışdır. Kəndin ictimai işlərində canla-başla yaxından köməklik göstərmişdir. Təqsirləndirilən şəxs xaraktercə sakit, təmkinli və həssasdır. Qorxmaz və cəsurdur. Özündən yaşlılara hörmət etməyi bacarır, qohumlarına və kənd ağsaqqallarına qarşı ehtiramla davranır. Təqsirləndirilən şəxs Azərbaycan dövlətinin apardığı siyasəti bəyənir və dəstəkləyir. Dövlətimizin müstəqilliyinin əbədiliyinə inanır və hər vasitə ilə müstəqilliyimizin möhkəmləndirilməsini dəstəkləyir. Təqsirləndirilən şəxs kənd əhlinə qarşı mehribandır və kənd camaatı ilə bugünədək keç bir konflikti olmayıb. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.2-ci maddələri ilə tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların,Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmə də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç vaxt narkotik vasitə satmaması kimi ifadələri iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, İİİ dərəcə əlilliyinin olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; - 66.2- ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 24 aprel 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkıqolizmdən əziyyət çəkmir, təqsirləndirilən Təqsirləndirilən şəxs konnobinoid narkomaniyasından əziyyət çəkir, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, dispanser qeydiyyata alınması məsləhətdir. Ekspertin rəyinə müvafiq olaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan təmiz çəkisi 0.032 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0.159 qram həşiş qətranı narkotik vasitəsi, 0.132 qram metamfetamin psixotrop maddəsi, narkotik vasitələrə aid olmayan yarım həbb dərman peraparatı və narkotik vasitələrin istifadəsi üçün hazırlanmış 01 ədəd lampa müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs göstərilmiş 60 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.2- ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 22 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.032 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0.159 qram həşiş qətranı narkotik vasitəsi, 0.132 qram metamfetamin psixotrop maddəsi, narkotik vasitələrə aid olmayan yarım həbb dərman preparatı və narkotik vasitələrin istifadəsi üçün hazırlanmış 01 ədəd lampa müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın Təqsirləndirilən şəxs göstərilmiş 60 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-15/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-15/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver