Məhkəmə qərarları › İş №1(110)-16/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-16/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-16/2023 21.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, X1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Babək rayon Nehrəm kəndində anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, işsiz, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda duran və yaşayan, barəsində 30 iyun 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, Culfa rayon Əlincə kənd sakini Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib pulunu 1 ay sonra verəcəyinə dair yalandan vəd verərək 2017-ci il tarixdə ona məxsus 4 baş iri buynuzlu heyvanını 4000 manat müqabilində Zərərçəkmiş şəxs3 evinin yanında almış, sonradan 1000 manatını ödəsədə, qalan pulunun ödəməyərək ümumilkdə onun 3000 manat miqdarında pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Babək rayon Şıxmahmud kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib pulunu 4-5 gün ərzində verəcəyinə dair yalandan vəd verərək 2019-cu ilin may ayının sonlarında ona məxsus 1 baş iri buynuzlu heyvanını 1800 manat müqabilində Zərərçəkmiş şəxs1 evinin yanında alaraq 1800 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Babək rayon Gülşənabad kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyinə dair yalandan vəd verərək 2019-cu ilin aprel ayında ona məxsus 6 baş iri buynuzlu heyvanını 5400 manat müqabilində Zərərçəkmiş şəxs2 alaraq ümumilkdə 5400 manat pulunu ələ keçirməklə xeyli miqdarda təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib pulunu 3-4 gün ərzində verəcəyinə dair yalandan vəd verərək 2020-ci ilin iyun ayında ona məxsus 1 baş iri buynuzlu heyvanını 1800 manat müqabilində Zərərçəkmiş şəxs5 alaraq ümumilkdə 1750 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayon Çərçiboğan kənd sakini X3 etibarından sui-istifadə edib pulunu 3 gün ərzində verəcəyinə dair yalandan vəd verərək 2020-ci ilin iyun ayında ona məxsus 4 baş iri buynuzlu heyvanını 4400 manat müqabilində X2 alaraq ümumilkdə 4350 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununla daTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində Babək rayon Nehrəm qəsəbəsində yaşadığını, 2013-cü il tarixdən mal-heyvan alqı-satqısı ilə məşğul olmağa başladığını, Babək, Şahbuz, Şərur rayon sakinlərindən mal-qara alaraq həmin heyvanları satıb qazanc əldə etdiyini, heyvanları əsasən nisyə aldığını, 2015-ci il tarixdə heyvanlara xəstəlik düşdüyünü, təxminən 7-8 baş iribuynuzlu heyvanının tələf olduğunu, həmin vaxt etdiyi ticarətdə ziyana düşdüyünü, borcunun miqdarının çoxaldığını, həmin vaxt barəsində xeyli sayda şikayətlərin olduğunu, Babək rayon Məhkəməsi tərəfindən borclarının aylara bölündüyünü, hələ də, aylıq olaraq həmin pulları ödədiyini, ticarətdə olan uğursuzluqlarına görə 2015-ci il tarixdə alveri dayandırdığını, 2019-cu il tarixdə əvvəlcədən tanışı olan Şərur rayon Arpaçay kənd sakini Yadulla Həsənovun ona yenidən mal-qara ticarəti ilə məşğul olaraq, qazanc əldə etməyi təklif etdiyini, borclarını ödəyə bilmək üçün onunla razılaşdığını, müxtəlif rayonlardan mal-qara satın alaraq Şərur rayon Arpaçay kəndində Yadullaya aparıb verdiyini, Yadullanın həmin heyvanların pulunun bir hissəsini ona verdiyini, həmin pullardan hissə-hissə mal-qara sahiblərinə verdiyini, bir müddət keçdikdən sonra Yadullanın ona olan borcunun çoxaldığını, mal-qaralarını satın aldığı şəxslərin pulunu verə bilmədiyini, 2019-cu il tarixdə ayını və gününü dəqiq xatırlaya bilmədiyi vaxtda Babək rayon Şıxmahmud kənd sakini əvvəlcədən tanıdığı X4 bir baş inək aldığını, həmin inəyi alan zaman Güləbətin ilə 1300 (bir min üç yüz) manata razılaşdığını, Güləbətin Məmmədovaya inəyin pulunu 4-5 gün müddətində verəcəyini bildirməsini, Güləbətinin onun verdiyi sözə inanaraq bir baş inəyi 1300 (bir min üç yüz) manata ona satdığını, Güləbətin Məmmədovadan aldığı inəyi həmin gün Şərur rayon Arpaçay kənd sakini Yadulla Həsənova satdığını, Yadulla Həsənova həmin gün ona inəyin pulunu vermədiyini, inəyi Yadullaya 1300 manata satdığını, Yadullanın ona inəyin pulunu gələn dəfəyə verəcəyini bildirdiyini, Güləbətin Məmmədovaya söz verdiyi vaxta pulunu qaytarıb verə bilmədiyini, 2019-cu ilin aprel aylarında Babək rayon Gülşənabad kənd ərazisində olan zaman kənd sakinlərinin ona həmin kənd sakini Zərərçəkmiş şəxs2 inək satdığını bilirdiklərini, Zərərçəkmiş şəxs2 yaşadığı evə getdiyini, Fərmayılın ona məxsus olan 3 inək və yanında olan 3 balasını yəni 6 baş iribuynuzlu heyvan satmaq istədiyini bildirdiyini, Fərmayılın 6 baş iribuynuzlu heyvanı 5800 manata satdığını bildirdiyini, həmin iribuynuzlu heyvanlara 5400 manat pul verəcəyini bildirdiyini və onunla razılaşdıqlarını, Zərərçəkmiş şəxs2 məxsus olan 6 baş iribuynuzlu heyvanı 5400 (beş min dörd yüz) manata aldığını, həmin vaxt Fərmayıla pul vermədiyini, Fərmayıldan heyvanları alarkən onun yanında qaynı və oğlunun da olduqlarını, Fərmayıla ondan aldığı 6 baş iribuynuzlu heyvanı satıb tez bir zamanda pulunu verəcəyini bildirdiyini, 6 baş iribuynuzlu heyvanları Fərmayıldan aldıqdan sonra Şərur Rayon Arpaçay kəndinə Yadullagilin yaşadığı evə gedərək həmin heyvanları Yadullaya 5700 (beş min yeddi yüz) manata satdığını, Yadulla Həsənovun ona həmin vaxt pul vermədiyini və iki-üç günə pulunu verəcəyini bildirdiyini, ondan sonra Yadullanın pulunu vermədiyini görüb, həmin şəxsə iribuynuzlu heyvan satmadığını, bir müddət sonra yenidən Yadulla ilə mal-heyvan alıb satmağa başladıqlarını, 2020-ci ilin xatırlaya bilmədiyi ayında Şərur rayon Çərçiboğan kənd sakini Əfsər adlı şəxsdən 2 baş iribuynuzlu inək və yanında 2 balasını 4400 (dörd min dörd yüz) manata aldığını, Əfsərə pulunu 3-4 gün müddətində verəcəyini bildirdiyini, Əfsərin ona Cəlaləddinin də inək satdığını bildirdiyini, həmin gün Əfsərdən heyvanları aldıqdan sonra Çərçiboğan kənd sakini Cəlaləddinin yaşadığı evə getdiyini, Cəlaləddindən bir ədəd inəyi 1800 (min səkkiz yüz) manata razılaşıb aldığını, Cəlaləddinə həmin vaxt pul vermədiyini və yaxın zamanda pulunu verəcəyini bildirdiyini, təxminən bir həftə sonra Çərçiboğan kənd ərazisində olan zaman Əfsər və Cəlaləddinə 50 manatlıq cücə verdiyini, Əfsərə 4350 (dörd min üç yüz əlli) manat, Cəlaləddinə isə 1750 (min yeddi yüz əlli) manat pul borcunun qaldığını, Əfsərdən və Cəlaləddindən aldığı iribuynuzlu heyvanları Arpaçay kənd sakini Yadulla Həsənova verdiyini, Yadulla Həsənovaya həmin heyvanları 300 (üç yüz) manat bahasına satdığını, Yadullanın ona həmin vaxt heyvanların pulunu vermədiyini, bu günə kimi müxtəlif şəxslərdən aldığı iribuynuzlu heyvanların pulunu ödəyə bilmədiyini, Yadullanın ona təxminən 48000 manata qədər pul borcunun olduğunu, Yadullaya inandığından onun pulunu nə vaxtsa verəcəyini düşündüyü üçün ona təkrar heyvan satdığını, Yadulla Həsənovun borclarını ödəməsi üçün ona borclu olduğu pulları qayatrmadığını bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində Babək rayon Şıxmahmud kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan bir baş iribuynuzlu heyvanın pulunu tam ödədiyini, Babək rayon Gülşənabad kənd sakini Zərərçəkmiş şəxs2 borcunun qarşılığında üç baş iribuynuzlu mal verdiyini, razılaşmalarına əsasən ona 400 manat borcunun qaldığını, onu da 15 oktyabr 2023-cü il tarixədək ödəyəcəyini, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs5 borcunun qarşılığında bir baş iribuynuzlu mal və 1000 manat pul ödədiyini, ona borcunun qalmadığını, Şərur rayon Çərçiboğan kənd sakini X5 borcunun qarşılığında bir baş iribuynuzlu mal və 1000 manat pul ödədiyini, ona borcunun qalmadığını, Zərərçəkmiş şəxs3 isə yalan danışdığını, həmin şəxsdən 2017-ci il tarixdə 4 baş iribuynuzlu heyvan almadığını, ona 1000 manat pul göndərmədiyini, ona borcunun olmadığını, lakin borcu olmasa da Allaha xatir, halallıq baxımından razılaşarsa ona ancaq bir baş “boğaz inək” verə biləcəyini qeyd edərk, əməlindən peşman olduğunu, qeyd etdiklərini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində 2017- ci il tarixdə arvadı X6 xəstələndiyinə görə iribuynuzlu heyvanlara baxa bilmədiyini, ona görə də təsərrüfatını ləğv etmək qərarına gəldiyini, bunun üçün də yaşadığı Culfa rayon Əlincə kəndində qarpız satmaq üçün gələn, əvvəlcədən tanıdığı Babək rayon Nehrəm kənd sakini olan adını Qulu kimi tanıdan Təqsirləndirilən şəxs ilə danışaraq 4 baş iribuynuzlu heyvanının olduğunu bildirirərək satmaq istədiyini dediyini, Allahqulunun həyətə gələrək heyvanlara baxdığını, Qulunun həyətə gəlib heyvanlara baxan zaman qaynı X13 və qonşusu X17 da həyətdə olduqlarını, həmin 4 baş iribuynuzlu heyvanlar 2 baş inək və 2 baş erkək danadan ibarət olduqlarını, inəklərdən birinin təqribən 6 doğar, 8 yaşlı, diri çəkisinin 280 kq, ətinin çəkisinin 140 kq olduğunu, digər inəyin isə 4 doğar, 6 yaşlı, diri çəkisinin 200 kq, ətinin 100 kq olduğunu, 2 baş erkək dananın isə hər birinin 10 aylıq, diri çəkisinin 160 kq, ətinin isə 80 kq olduqlarını, Qulunun hər bir heyvanı 1000 manatdan qiymətləndirərək ümumilikdə 4000 manat pulu 1 ay sonra verəcəyini bildirdiyini, onunla razılaşdığını, Qulunun sabah maşın göndərəcəyəm heyvanları göndər gəlsin deyərək həyətdən ayrıldığını, ertəsi gün Qulunun ona zəng vuraraq yük avtomobili göndərdiyini və həmin heyvanları avtomobilə mindirib göndərməyini istədiyini, həmin günü bir Qazel markalı avtomobilin gələrək ona Qulunun göndərdiyini dediyini, qonşularının köməyi ilə ümumilikdə 4 baş iribuynuzlu heyvan olmaqla 2 baş inək və 2 baş da erkək dananı həmin yük avtomobilinə mindirdiyini, həmin avtomobilin çıxıb getdiyini, həmin avtomobilin getdikdən 2 saat sonra Qulunun mobil telefonuna zəng vuraraq ona satdığı heyvanları təhvil alıb-almadığını soruşduğunu, Qulunun da ona heyvanları təhvil aldığını bildirdiyini, təqribən 1 ay sonra Qulunun pulu vermədiyinə görə ona zəng vuraraq pulun vaxtının olduğunu, niyə pulu vermədiyini soruşduğunu, Qulunun da ona gələcəyini və bu barədə danışacağını bildirdiyini, daha sonra Qulunun onlara gəldiyini, Qulu ilə həyətdə əyləşərəq çörək yediklərini, Qulunun çörək yedikdən sonra ona heyvanları Şahbuz rayonundan olan qəssaba verdiyini, qəssabın qəzaya düşdüyünü və buna görə də pulu gecikdirdiyini dediyini, bundan təqribən 1ay sonra Qulunun Culfa rayon Xoşkeşin kənd sakini X14 ilə ona 1000 manat pul göndərdiyini, daha sonra isə arvadının səhhətinin pisləşdiyinə görə onu müalicəyə aparmalı olduğu üçün yenə Quluya zəng vuraraq pulun qalanını yəni 3000 manat pulu istəsə də Qulunun pulu vermədiyini, dəfələrlə Quluya zəng vurub pulu istəməsini, lakin heç bir nəticə əldə edə bilmədiklərini, 2019-cu ildə Babək Rayon Polis Şöbəsinə müraciət etsə də heç bir nəticə əldə edə bilmədiyini, haliyyədə də Qulunun ona 3000 manat pul borcunun olduğunu, Qulunun həmin pulu verməkdən imtina etdiyini, Culfa Rayon X7 tanımadığını, ondan heyvan almadığını və heç bir borcunun olmadığını bildirdiyini, Qulunu uzun zamandır ki, tanıdığını, Qulu ilə dəfələrlə alver elədiyini, qabaqkı alverlərində pulunu vaxtında verdiyinə görə Quluya etibar etmiş olduğunu, həmin iribuynuzlu heyvanları avtomobilə mindirən zaman qonşularının X20 və X15 da şahid olduqlarını, həmin avtomobilin Qazel markalı avtomobil olduğunu, lakin nömrəsini xatırlamadığını, avtomobilin sürücüsünü tanımadığını, daha sonra həmin şəxsin kim olduğu barədə maraqlandıqda həmin şəxsin Babək rayon Güznüt kənd sakini olan Bayram adlı şəxs olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs onun həyətində nahar edən zaman yanlarında kimlərin olmasını tam xatırlamadığını, Təqsirləndirilən şəxs ilə pulunu vermədikdən sonra dəfələrlə əlaqə saxladığını, daha sonra telefonunun suya düşərək xarab olduğuna görə bütün nömrələrin silindiyini, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə ən son nə vaxt əlaqə saxlamağını xatırlamadığını, təqribən 2020-ci ilin avqust ayında Naxçıvan şəhərində 57 bazarı adlanan yerdə rastlaşdığını, Qulunun həmin yerdə yolun qırağında qarpız satdığını, həmin zaman da Allahquludan pulunu istəsə də yenə də heç bir nəticə əldə edə bilmədiyini, məcbur qalıb onun barəsində Culfa Rayon Polis idarəsinə şikayət etdiyini, Həm polis idarəsində həmdə məhkəmədə verdiyi izahatlarının tamamilə yalan olduğunu, Allahqulunun borcunun olmasını şahid X8 da təsdiq edə biləcəyini bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs ona borclu olduğu 3000 (üç min) manat puldan bu günədək bir manatda ödəmədiynin, ona bir baş “boğaz inək” verə bilməsi barədə təklifini qəbul etmədiyini, bir baş “boğaz inəkyin” qiymətinin 3000 (üç min) manat etmədiyini, ondan mal istəmədiyini, yalnız pulunu istədiyini, ödəmədiyi təqdirdə onun barəsində qanuni qərar çıxarılmaqla cəzalandırılmasını xahiş etmişdir. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı evin yaxınlığında yerləşən tövlədə iribuynuzlu və xırda buynuzlu heyvan saxladığını, təqribən 4 il bundan qabaq yəni 2019-cu il tarixdə yaşlandığından heyvan saxlaya bilmədiyi üçün ona məxsus olan heyvanları satmaq qərarına gəldiyini, bu barədə kənddə bir neçə nəfərə məlumat vermiş olduğunu, həmin vaxtlarda evdə olan zaman həyət qapısının döyüldüyünü, kimin qapını döydüyünü görmək üçün çölə çıxdığını, adının sonradan Təqsirləndirilən şəxs, ləqəbinin isə Qulu olduğunu bildiyi bir nəfərin gəldiyini, həmin şəxsdən nə istədiyini soruşduğunu, həmin şəxsin ona satılıq heyvan olduğunu eşitidiyini deməsini, ona satılıq heyvanının yəni bir baş boğaz inəyi satmaq istədiyini bildirdiyini, Qulu adlı şəxsin ondan iri buynuzlu heyvanını almaq istədiyini bildirdiyini, nəvəsi X23 zəng vuraraq Qulu adlı şəxsin heyvan almağa gəldiyini bildirdiyini, ondan həmin şəxsi tanıyıb tanımadığını, heyvanını satıb-satmamağını soruşduğunu, nəvəsi Anarın da ona həmin şəxsi tanımadığını və heyvanı satmağı barədə heç nə deyə bilməyəcəyini dediyini, həmin Qulu adlı şəxsin ondan heyvanı nisyə almaq istədiyini, ona görə də ona satıb-satmamağı barədə qərar verə bilmədiyini, bir az düşündükdən sonra bir baş iri buynuzlu heyvanı ona satmaq qərarına gəldiyini, Quluya çöldə dirəyə bağlı olan bir baş boğaz inəyini göstərdiyini, Qulunun onun inəyinə baxaraq bəyəndiyini və ondan qiymətini soruşduğunu, həmin inəyin qiymətini 1800 manat olduğunu bildirdiyini, Qulunun da onun dediyi qiymətlə razılaşdığını və ona həmin heyvanın dəyəri olan 1800 manat pulu 4-5 gün ərzində verəcəyini dediyini, Qulu adlı şəxsin onun satdığı inəyi avtomobilə apardığını, 4-5 gün sonra Qulunun onun pulunu gətirmədiyini və nəvəsi Anara zəng vuraraq pulu 1 həftəyə kimi gətirib verəcəyini bildirdiyini, bir həftə keçdikdən sonra Qulunun yenə onun pulunu vermədiyini, Quludan dəfələrlə pulunu istəsə də onun 1800 manat pulunu vermədiyini, haliyədə də Qulunun ona 1800 manat pul borcunun olduğunu, Təqsirləndirilən şəxs 1 baş təqribən 5 yaşında, 4 doğar boğaz inəyi 1800 manata satdığını, həmin inəyi satdığı gündən təqribən 1 ay sonra doğacaq olmasını, Təqsirləndirilən şəxs ondan heyvan almağa gələn zaman tək gəldiyini, yanında da heç kimin olmadığını, həmin bir baş inəyi yaşadığı Babək rayon Şıxmahmud kəndindəki evinin yaxınlığında yerləşən tövlənin qarşısında Təqsirləndirilən şəxs təhvil vermiş olduğunu, Təqsirləndirilən şəxs onun pulunu verməkdən boyun qaçıran zaman həmin şəxsin barəsində maraqlandığını və Təqsirləndirilən şəxs çox insanın heyvanını alaraq pulunu vermədiyini öyrəndiyini, lakin onun həmin şəxslərin kim olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. 14 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs ondan aldığı bir baş iribuynuzlu heyvanın pulunu tam ödədiyini, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində Babək rayon Gülşənabad kəndində yaşadığını, 2019-cu ilin əvvəllərində özünə məxsus 03 ədəd yanıbalalı ümumilikdə 06 ədəd olmaqla iribuynuzlu heyvanını satmaq qərarına gəldiyini və bu barədə yaxınlarına məlumat verdiyini, 03 aprel 2019-cü il tarixdə otlaq sahədən heyvanlarını gətirən zaman evinin yaxınlığında tanımadığı bir şəxsin “Qaz 31” markalı avtomobili ilə onun yanına gəldiyini, həmin şəxsin ona heyvanları satın almağa gəldiyini bildirdiyini, ona əgər razılaşsaq heyvanları sata biləcəyini bildirdiyini, həmin şəxsin adının sonradan Qulu olduğunu öyrəndiyini, Qulunun heyvanlara baxdıqdan sonra almaq istədiyini bildirdiyini, 06 ədəd iribuynuzlu heyvanı ümumilikdə 5400 (beş min dörd yüz) manata razılaşdıqlarını, daha sonra Qulunun zəng vuraraq yük avtomobili çağırdığını, sonra sürücüsünü tanımadığı bir Qazel markalı avtomobilin onların yanına gəldiyini, heyvanları yük avtomobilinə yüklədiklərini, daha sonra Qulunun əlinin cibinə ataraq pulun bir hissəsini indi, bir hissəsini isə heyvanları satdıqdan sonra ödəyəcəyini bildirdiyini, ondan heyvanları satdıqdan sonra pulun hamısını bir yerdə verməsini istədiyini, Qulunun onunla razılaşdığını, yaxın müddətdə pulun hamısını gətirəcəyini bildirdiyini, Qulunun heyvanları apardıqdan bir müddət sonra pulu gətirmədiyini, tanışları vasitəsilə Qulunun barəsində maraqlandığını və onun dələduz olduğunu öyrəndiyini, dərhal bu barədə müvafiq dövlət orqanlarına məlumat versə də, heç bir nəticə vermədiyini, özünün dəfələrlə Quludan pulunu verməsini istədiyini, onun müxtəlif bəhanələr gətirərək pulunu vermədiyini, həmin şəxsi daha əvvəllər tanımadığını, ondan heyvan alan zaman onu tanıdığını, aralarında ədavət və düşmənçilik münasibətlərinin olmadığını, həmin heyvanları ondan 5400 manata nisyə olaraq satın almasını, heyvanları alan zaman sabah pulunu gətirib verəcəyəm sözlərini dediyini, heyvanları aparan zaman ona pul vermədiyini, Qulunun indiyədək ona heç bir ödəniş etmədiyini, dəfələrlə Allahquludan pulunu istəməyinə baxmayaraq, onun həmişə müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs yalan vədlərinə inandığını, həmin vaxt yanında oğlu Elxan Nadirov və qaynı Yusif Babayevin olduqlarını, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını və ona dəymiş olan maddi ziyanın ödənilməsini istədiyini bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs ona olan borcunun qarşılığında üç baş iribuynuzlu mal verdiyini, razılaşmalarına əsasən ona 400 manat borcunun qaldığını, onu da 15 oktyabr 2023-cü il tarixədək ödəyəcəyini, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olmaqla yaşadığını, Şərur Rayon Su və Melorasiya İdarəsində xətt nəzarətçisi işlədiyini, 2020-ci ilin iyun ayında bacanağı Cəlaləddinin həyat yoldaşının xəstə olduğuna görə özünə məxsus olan 2 baş iribuynuzlu inəyi və balasını satmaq qərarına gəldiyini və yaşadığı Çərçiboğan kəndində heyvanları satmaq barədə camaat arasında elan verdiyini, həmin iyun ayının təqribən ortalarında həyətdə işləyən zaman bir nəfərin onu çağırdığını eşitdiyini və qapıya çıxdığını, onu çağıran şəxsin əvvəlcədən tanıdığı Nehrəm kənd sakini toyuq-cücə və qarpız satan Qulu adlı şəxsin olduğunu gördüyünü, sonra Qulunun ona eşitmişəm inəkləri satırsan gəlmişəm inəkləri alım sözlərini dediyini, daha sonra bacanağı Cəlaləddinə zəng vurub evə çağırdığını, bacanağının gəlişindən sonra üçünün birlikdə həyətdə ağacların altına bağladığı 2 baş inəyə və balasına baxdıqlarını, sonra bacanağının ona Qulu mənim də inəyimə baxıb və üçünü də almaq istəyir sözlərini dediyini, daha sonra inəklərinin birini balası ilə birlikdə 1800 manata, digərini isə 2600 manata razılaşdıqlarını, sonra bacanağı Cəlaləddinin inəyini də balası ilə birlikdə 1800 manata olmaqla ümumilikdə 6200 manat məbləğində satmağa razılaşdıqlarını, sonra Qulunun öz maşınında satdığı cücələrdən 50 manat müqabilində yəni 20 ədədini ona, 50 manatlıq yəni 20 ədədini də bacanağı Cəlaləddinə verdiyini, cücələrin pulu olan 100 manatı Qulunun onlara olan 6200 manat borcundan düşməyinə razılaşdıqlarını, daha sonra Qulunun inəkləri aparıb 3 gün müddətində südünün sağılmağına baxıb sonra sizin ya 6100 manat pulunuzu ya da ki, inəklərinizi qaytarıb gətirəcəm sözlərini dediyini, bacanağı Cəlaləddinlə Qulunun bu şərtilə razılaşdıqlarını, Qulunun çıxıb getdiyini, həmin gündən 3 gün sonra Qulunun telefonuna zəng çatmadığını, bacanağı ilə məcbur qalıb Babək Rayon Polis Şöbəsinə getdiklərini, şikayət ərizəsi yazdıqlarını, səhəri gün Babək Rayon Polis Şöbəsindən ona zəng vurlaraq Polis Şöbəsinə getməyini bildirdiklərini, bacanağı ilə birlikdə Babək Rayon Polis Şöbəsinə getdiklərini, Qulunun da orada olduğunu gördüklərini, əvvəlcədən Qulunu qarpız və toyuq-cücə satan kimi tanımış olduğunu, Qulunun başqa şəxslərə borcunun olduğundan xəbərinin olmadığını, Qulunun heç bir ödəniş etmədiyini, sadəcə ondan aldığı cücələrin pulunu həmin hesabdan düşdüyünü bildirmişdir. 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olmaqla orada yaşadığını, 2020-ci ilin iyun ayında yoldaşının xəstələndiyinə görə iribuynuzlu heyvanları satmaq qərarına gəldiyini, həmin ilin iyun ayında adının Təqsirləndirilən şəxs ləqəbinin Qulu, özünün də Nehrəm kənd sakini olduğunu sonradan bildiyi şəxsin onun yaşadığı evə gəldiyini, birlikdə tövləyə girdiklərini, orada bir baş iribuynuzlu inəyə və onun balasına baxdıqlarını, həmin heyvanları 1800 manata Allahquluya satdığını, Allahqulunun ona heyvanların pulunu 3-4 gün içərisində verəcəyini bildirdiyini, bacanağı ilə birlikdə Allahqulunun onlara ümumilikdə 6400 manat pul borclu olduğunu, sonra bacanağı Əfsərlə birlikdə hər biri 100 manat Qulunun pulundan sildiklərini, həmçinin də hər biri 50 manat müqabilində Allahquludan 25 ədəd cücə aldıqlarını, ümumilikdə Allahqulunun onlara 6100 manat pul borcunun qaldığını, həmin pulu bu günə qədər Allahquludan ala bilmədiklərini, Allahqulunu qarpız və toyuq-cücə satan biri kimi tanıdığını, bacanağının və özünün iribuynuzlu heyvanlarını Qulunun çağırdığı ZİL-QAZEL markalı nömrəsini xatırlamadığı avtomobilə yüklədiklərini, alver edən zaman Allahqulunun başqa şəxslərə borclu olduğunu bilmədiyini, bu barədə məlumatının sonradan olduğunu bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs ona olan borcunun qarşılığında bir baş iribuynuzlu mal və 1000 manat pul ödədiyini, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. 04 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində 4 il bundan qabaq Naxçıvan şəhərində ev təmir etdiyini, hər tezdən evdən çıxıb şəxsi avtomobili ilə Naxçıvan şəhəri istiqamətində işə getdiyini, işdən çıxdıqdan sonra isə evə qayıtdığını, həmin vaxtlarda işdən çıxıb evə gedən zaman yol üzərində olan mağazaların birinin qarşısında saxladığını, həmin mağazanın qarşısında əvvəlcədən tanıdığı Babək rayon Nehrəm kənd sakini olan çox adamın Qulu adıyla tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşdığını, Qulunun ondan Culfa rayon Əlincə kənd sakini olan Zərərçəkmiş şəxs3 tanıyıb- tanımadığını soruşduğunu, Quluya Zərərçəkmiş şəxs3 tanıdığını dediyini, Qulunun ona “1000 manat versəm Zərərçəkmiş şəxs3 çatdıra bilərsən” deyə soruşduğunu, ona çatdıra biləcəyini dediyimi, Qulunun ona 1000 manat pulu sayıb verdiyini, Behbud əmidən mal almışam bu 1000 manatı ona ver, Behbud əmiyə “qalanını da özüm gətirib verəcəyəm” deməyimi istədiyini, Quludan 1000 manat pulu sayaraq təhvil aldığını, Culfa rayon Əlincə kəndinə Behbud əmigilə getdiyini, Behbud əmini çağıraraq Qulunun ona verdiyi 1000 manat pul ona verdiyini, Qulunun “qalanınıda özüm gətirib verəcəyəm” deməsini ona söylədiyini, Behbud əminin pulu sayaraq götürdüyünü, 2023-cü ilin fevral ayında izahat vermək üçün Culfa Rayon Polis Şöbəsinə gedərkən Qulu ilə rastlaşdığını, Qulunun onu tanımadığını dediyini, ona məni yaxşı tanıyırsan təqribən 4 il bundan qabaq ona Behbud əmiyə vermək üçün 1000 manat pul verdiyini, onun da həmin pulu Behbud əmiyə aparıb verdiyini dediyini, Qulunun da ona “mən sənə 1000 manatı vermişdim ki, Xanağalı Adilə verəsən sən isə aparıb Zərərçəkmiş şəxs3 vermisən, mən səndən 1000 manat alacağam” dediyini bildirmişdir. 04 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X25 ifadəsində uzun müddətdir ki, fərdi təsərrüfatının olduğunu, həmin təsərrüfatda iri buynuzlu heyvanlar saxladığını, saxladığı iribuynuzlu heyvanları satmaqla yanaşı, həmçinin də müəyyən şəxslərdən iribuynuzlu heyvanları ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edib ailəsini dolandırdığını, 2019-cu il tariixndə kəndimizdə Nehrəm kəndindən olan Qulu adlı şəxsin özünə məxsus avtomobillə kəndlərində cücə satdığını, həmin vaxtlardan onların arasında münasibət yarandığını, bir neçə dəfə ondan cücə də aldığını xatırlamasını, sonradan onların arasında iri buynuzlu heyvanların alqı satqısının baş tutduğunu, ilk dəfə olaraq Qulunun bir baş dişi dananı yaşadığı evə gətirərək ona 700 manat müqabilində satdığını, həmin vaxt dananın pulunu verib Allahqulunu yola saldığını, təxminən 10-15 gün keçdikdən sonra Allahqulunun nömrəsini xatırlamadığı Qazel markalı avtomobillə 3 baş iri buynuzlu heyvan gətirdiyini, həmin vaxt onun yanında tanımadığı əlavə bir şəxsin də olduğunu, 3 baş iri buynuzlu heyvanları Allahquludan 2000 manat müqabilində nağd şəkildə satın aldığını, heyvanların pulunu da nağd şəkildə Allahquluya verdiyini, Allahqulunun ondan 2000 manat pulu aldıqdan sonra çıxıb getdiyini, sonrada Allahqulu ilə onun arasında nağd şəkildə bir neçə dəfə də heyvan alqı satqısının olduğunu xatırladığını, həmin alqı satqılar zamanı onun tərəfindən satın aldığı heyvanların pulunu tam şəkildə Allahquluya ödədiyini, Allahqulu ilə arasında olan alver zamanı ondan nisyə heyvan almadığını, həmçinin də ona borclu qalmadığını, Allahqulunun haqsız yerə ondan şikayət edərək ona borclu olduğunu bildirdiyini, onların arasında baş tutan heyvan alqı satqılarında ona həmişə satın aldığı heyvanların pulunu nağd şəkildə Allahquluya verdiyini, ona heç bir borcunun olmadığını, Babək rayon Nehrəm kənd sakini Təqsirləndirilən şəxs 2019-cu ildən tanımağa başladığını, onların arasında olan heyvan alqı satqısının 2019-cu ildən başladığını, Təqsirləndirilən şəxs yalan danışdığını, onun arasında olan alver zamanı satın aldığı heyvanların pulunun tamamını ona ödəmiş olduğunu, Təqsirləndirilən şəxs yalan danışdığını, ona nəinki 48000 manat, ona ümumiyyətlə pul borcunun olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 21 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Culfa Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Fərdi Hüseynli tərəfindən faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, iş üzrə Culfa rayon Əlincə kənd sakini Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 26-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X9 24 yanvar 2023-cü il tarixli 100 nömrəli məktubunda bildirilmişdir ki, Babək rayon Nehrəm qəsəbəsində pasport qeydiyyatında olan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdən “Nervrostensiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X10 dispanser qeydiyyatında olub. Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayı dispanser qeydiyyatından çıxarılıb. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X9 07 fevral 2023-cu il tarixli 18 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qeyd edilən əməlini törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli törədərkən anlaqlı olub və hazırda anlaqlıdır. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 84 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs psixi xüsusiyyətləri və əqli inkişafına görə etdiyi hərəkətləri qavramaqla, onların mahiyyəətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Lakin o, hadisə barəsində müəyyən informasiya və məlumatları təhrif etməyə meyillidir. Cinayət işinin 1-ci cildinin 95-ci vərəqində olan 11 mart 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Babək rayon Şıxmahmud kənd sakini Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 113-cü vərəqində olan “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardad görünür ki, Babək rayon Nehrəm qəsəbə sakini, xx xxxxx 1977ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi aidiyyatı üzrə Babək rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 140-cı vərəqində olan 11 aprel 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 142-ci vərəqində olan 11 aprel 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqində olan “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardad görünür ki, Babək rayon Nehrəm qəsəbə sakini, xx xxxxx 1977ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi aidiyyatı üzrə Şərur rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 187-ci vərəqində olan 30 iyun 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Babək rayon rayon Güşənabad kənd sakini Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqində olan 30 iyun 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 30 iyun 2022-ci il tarixdə qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 229-cu vərəqində olan 30 iyun 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 235-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqində olan Babək rayon İcra Hakimiyyəti Başçısının Nehrəm qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli, xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Nehrəm qəsəbəsində qeydiyyatda və yaşadığı müddət ərzində özünü nizam intizamlı bir vətəndaş kimi göstərib. Nehrəm qəsəbəsində qeydiyyatda olduğu müddətdə Təqsirləndirilən şəxs özündən böyüklərə hörmət edir və onların hörmətini qazanıb. Təqsirləndirilən şəxs Nehrəm qəsəbəsində yaşadığı müddət ərzində istər qonşuları istərsə də öz yoldaşları arasında özünə hörmət qazanıb. Babək rayon Nehrəm qəsəbə İƏD üzrə nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində şifahi şikayətlər daxil olmuş, şikayətlər əsasən vətəndaşların iri buynuzlu və xırda buynuzlu heyvanlarının alqı-satqı məsələsi ilə bağlı idi. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 Naxçıvan “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********523 nömrəli ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mənə borcunun qarşılığında üç iri buynuzlu mal vermişdir. Qalan 400 manat borcu xx.xx.2023-cü ildə ödəyəcək. Gələcəkdə bunula bağlı heç bir iddiam və tələbim olmayacaq. Məhkəməyə müraciət etməyəcəyəm. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs5 Naxçıvan “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********343 nömrəli ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mənə borcunun qarşılığında bir iri buynuzlu mal vermişdir. Qalan 1000 manat pul ödədi. Gələcəkdə bunula bağlı heç bir iddiam və tələbim olmayacaq. Məhkəməyə müraciət etməyəcəyəm. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 Şərur rayon iki saylı notariat ofisində verdiyi **********148 nömrəli ərizəsində bildirmişdir ki, Babək rayon Nehrəm qəsəbə sakini Təqsirləndirilən şəxs məndən bir baş iri buynuzlu inək almışdı. Onun pulunu tam ödədiyindən heç bir şikayət və tələbim yoxdur. Cinayət işinə əlavə edilmiş X3 Naxçıvan “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi **********342 nömrəli ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mənə borcunun qarşılığında bir iri buynuzlu mal və 1000 manat pul pul ödədi. Gələcəkdə bunula bağlı heç bir iddiam və tələbim olmayacaq. Məhkəməyə müraciət etməyəcəyəm. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qismən etirafını, işdə olan zərərçəkmiş şəxslərin izahatlarını, şahidin ifadəsini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməklə əldə etmə dörd min manatdan yeddi min“manatadək miqdarda cərimə və ya““bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş“ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Həsənov X11 Behbud Şirin oğlundan mal almadığı, ona borcunun olmaması, ona elan olunmuş ittihamı həmin hissədə qəbul etməməsi məhkəmə baxışı iclasında şahid qismində dindirilən şahid X8 ifadəsi ilə tam təkzib edildiyindən, onun ifadəsi iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub - olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməməsini, ona vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilməli, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə bağlı müraciət etməmişlər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Həmçinin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona vurduğu zərərin ödənilməmiş hissəsi olan 400 (dörd yüz) manat pulu xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 50 saat hüquqi yardım göstərmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs“ növündə qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona vurduğu zərərin ödənilməmiş hissəsi olan 400 (dörd yüz) manat pulu xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar