Məhkəmə qərarları › İş №1(110)-16/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-16/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-16/2025 10.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300, 301, 302.2.3, 381-384cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, Şərur rayon Axura kəndində özümə məxsus fərdi yaşayış evində yaşayır. Həmkəndlisi və qonşusu olan X6 onun öz evinə gediş-gəliş üçün ayrılmış yolla hərəkət etməyinə hər zaman maneələr yaradır. X6 xx.xx.2025-ci il tarixdə Axura kənd İcra Nümayəndəsinin, onun müavini və Axura kənd Bələdiyyəsinin qarşısında onu və ailəsini təhqir etmiş, nalayiq söyüşlər söymüşdür. Bütün bunlar şahidlər-Şərur rayon Arbatan kəndində qeydiyyatda duran və yaşayan X3 (tel-**********). Şərur rayon Dizə kəndində qeydiyyatda duran və yaşayan X7 (tel-**********) və Şərur rayon Axura kəndində qeydiyyatda duran və yaşayan X1 (tel-**********) da təsdiq edə bilər (sübut kimi şahid ifadələrini məhkəmə tərəfindən alınmasını xahiş edirəm). Nəticədə, onun şərəf və ləyaqətini taptalamış və buna görə mənəvi iztirab çəkir. Sevil Məmmədova sakinlər arasında onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində (Şərəf və ləyaqətin müdafiəsi hüququ) göstərilmişdir ki. İ."Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır"; İİ."Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz."Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onun, X2 xüsusi ittihamçı qismində tanımaqla, şərəfimi, ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, şəxsiyyətimi alçaldacaq şəkildə təhqir edən Şərur rayon Axura kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökümünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində soyadını, adını və atasının adını qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) ərizədə qeyd edilməlidir. 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən X5 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsində əks olunan tələblərə uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X8 geri qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar