Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-17/2023 08.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Şərur şəhəri, M.Müşfiq küçəsi, bina 28, mənzil 10-da anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmamış, işsiz, Şərur şəhəri, M.Müşfiq küçəsi döngə 1, ev 10da qeydiyyatda duran və yaşayan, barəsində 08 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qeydiyyatda olduğu və yaşadığı Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan və əkib-becərilməsi qadağan olunmuş ümumi sayı 4 (dörd) ədəd, çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsində ot biçən zaman həyətyanı sahədə yabanı halda “çətənə” kollarının bitdiyini gördüyünü, toxumlarını qış aylarında qovurub yemək məqsədilə 4 ədəd çətənə kollarını yabanı halda bitdikləri yerdən çıxararaq həyətyanı sahənin aşağı hissəsinə əkdiyini, həmin kolları əkdikdən sonra onların yaxşı inkişaf etməsi məqsədilə həmin kollara qulluq edərək onları suvardığını, diblərini alaq otlardan təmizlədiyini, 06 may 2023-cü il tarixdə polis əməkdaşlarının məhəllənin yaxınlığında onu saxlayaraq Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, orada olan zaman üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində hər hansı bir növ narkotik tərkibli vasitənin olmadığı müəyyən olunduğunu, sonra polis əməkdaşlarına yaşadığı Şərur şəhər Mikayıl Müşviq küçəsi döngə 1, mənzil 10 ünvanında yerləşən evinin həyətyanı sahəsində 04 ədəd “çətənə” kolu əkdiyini və onlara qulluq etdiyini bildirdiyini, sonra polis əməkdaşları ilə birlikdə yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanda onun və vəkili Müdafiəçi iştirakçılığı ilə həyətdə baxış keçirildiyini, baxış zamanı həyətdən onun tərəfindən əkilmiş və qulluq edilmiş 04 (dörd) ədəd çətənə kolunun aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürüldüyünü, narkotik tərkibli vasitə qəbul edən biri olmadığını, həmin çətənə kollarını toxumunu əldə edib qış aylarında qovurub yemək məqsədilə əkdiyini, həmin yaşayış evində həyat yoldaşı və oğlu ilə birlikdə yaşadığını, həmin şəxslərin onun çətənə kolları əkib becərməyindən xəbərlərinin olmadığını, bu barədə heç kimin məlumatının olmadığını, yaşadığı evin həyətindən başqa heç bir ərazidə çətənə kolu və ya kolları əkib becərmədiyini, onun tutduğu ilk əməl olduğunu, həmin kollardan heç bir kəsə satmamış olduğunu, həmin kolları toxumlarını əldə etmək üçün əkmiş olduğunu, heç bir əlavəsinin olmadığını, tutduğu əməldən çox peşman olduğunu, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. 01 sentyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X4 ifadəsində 2014-cü ildən X7 xidmətə qəbul olduğunu, 2023-cü ildən Şərur rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, daxil olmuş məlumatın yoxlanılması və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil olunduğunu, sonra Təqsirləndirilən şəxs Şərur şəhər ərazisində saxlanılaraq polis idarəsinə aparıldığını, orada müdafiəçi ilə təmin edildikdən sonra onun üzərində şəxsi axtarış keçirildiyini, şəxi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik və ya psixiotrop tərkibli vasitə aşkar edilmədiyini və götürülmədiyini, şəxi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə kolları əkib becərdiyini etiraf etdiyini, ona görə də baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 3 ünvana çatdıqdan sonra orada yerləşən yaşayış evinin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı həmin yaşayış evinin həyətyanı sahəsindən qanunsuz olaraq tərkibində narkotik maddə olan və əkib-becərilməsi qadağan olunmuş ümumi sayı 4 (dörd) ədəd çətənə (kannabis) bitkisi aşkar edildiyini, həmin bitkilərə qulluq olunub-olunmamasının müəyyən edilməsi üçün qeyd olunan ünvana mütəxəssis təyin olunduğunu, iştirakçıların və mütəxəssisin iştirakçılığı ilə həmin bitki kollarına baxış keçirildiyini, baxış zamanı Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanında yerləşən yaşayış evinin həyətində aşkar olunmuş 4 (dörd) ədəd, çətənə (kannabis) bitkilərinin kultivasiya edilmiş olduğunun müəyyən edildiyini, Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanıdığını, onunla heç bir ədavətinin olmadığını, Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanında yerləşən yaşayış evinin həyətində aşkar olunmuş 4 (dörd) ədəd çətənə (kannabis) bitkilərinin həmin evin önündə olan həyətdən aşkar edilmiş olduğunu bildirmişdir. 08 sentyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclasında şahid qismində dindirilən X8 ifadəsində 2020-ci ildən X6 xidmətə qəbul olduğunu, 2023-cü ildən Şərur rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsində polis sahə rəisi vəzifəsində işlədiyini, hal-hazırda Şərur şəhər ərazisinə təhkim olunduğunu, xx.xx.2023-cü il tarixdə idarə rəhbərliyi tərəfindən Şərur şəhər sakini Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanına getməyi barədə məlumat verildiyini, qeyd olunan ünvana getdiyini, ilk öncə həmin ünvana Şərur rayon Polis İdarəsinin əməkdaşı olan Vurğun Məmmədovun, daha sonra isə idarənin İstintaq və Təhqiqat Bölməsinin əməkdaşlarının gəldiklərini, sonra Təqsirləndirilən şəxs özünün, onun müdafiəçisi Müdafiəçi və mütəxəssis X2 iştirakçılıqları ilə həmin ünvanda baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanının həyətyanı sahəsindən qanunsuz olaraq tərkibində narkotik maddə olan və əkibbecərilməsi qadağan olunmuş ümumi sayı 4 (dörd) ədəd çətənə bitkisi aşkar edildiyini, həmin bitki kollarının müvafiq qaydada qablaşdırılaraq Naxçıvan MR Ədliyyə Naziriiyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini, Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanıdığını, onunla heç bir ədavətinin olmadığını, Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanında yerləşən yaşayış evinin həyətində aşkar olunmuş 4 (dörd) ədəd çətənə (kannabis) bitkilərinin həmin evin önündə olan həyətdən aşkar edilmiş olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 07 may 2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxsə məlumat verilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur şəhər sakini Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Şərur şəhəri M.Müşfiq küçəsi döngə 1, ev 10 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan və əkib-becərilməsi qadağan olunmuş ümumi sayı 4 (dörd) ədəd, çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etmişdir. Cinayət işinin 20-ci vərəqində olan 06 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1969-cu ildə Şərur şəhər M.Müşfiq küçəsi bina 28, mənzil 10-da anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur şəhər M.Müşfiq küçəsi döngə 1, ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və onları onların hissələrini toplamada) şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, şübhəli qismində tutulmuş, qərarın surəti şübhəli şəxsə verilmişdir. Cinayət işinin 61-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 474 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “ Şərur rayon Şərur şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin həyətyanı sahəsindən götürülmüş 01 ədəd narkotik təkibli bitki hesab olunan çətənəyə bənzər kol yazıları, ad, soyad və imzalar (5 imza) olan “naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi DƏFTƏRXANA” dairəvi möhür əksi ilə möhürlnənmiş 01 ədəd kardon qutuda ümumi sayı 01 ədəd, yaş vəziyyətə ümumi çəkisi 40 qram (0.04 kq) olan bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Cinayət işinin 64-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 475 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “ Şərur rayon Şərur şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin həyətyanı sahəsindən götürülmüş 01 ədəd narkotik təkibli bitki hesab olunan çətənəyə bənzər kol yazıları, ad, soyad və imzalar (5 imza) olan “naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi DƏFTƏRXANA” dairəvi möhür əksi ilə möhürlnənmiş 01 ədəd kardon qutuda ümumi sayı 04 ədəd, yaş vəziyyətə ümumi çəkisi 10 qram (0.01 kq) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin 68-ci vərəqində olan 08 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 86-cı vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-08/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqində olan 14 iyun 2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə ümumi çəkisi 10 qram olan (0.01 kq) 04 ədəd çətənə kolları, ümumi çəkisi 40 qram olan (0.04 kq) 01 ədəd çətənə kolu maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin narkotik vasitələrin saxlanması üçün Şərur Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına verildiyi nəzərə alınmışdır. Cinayət işinin 110-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 113-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 171 saylı rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs “Alkohol qəbulu nətcəsində psixi və davranış pozuntusu” diaqnozu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir, lakin psixi və fiziki aslılıq olmadan narkotik vasitə qəbulu istisna olunmur. Cinayət işinin 119-cu vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 20-ci vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1969-cu ildə doğulmuş, azərbaycanlı, evli, bitərəf, ünvan 6 ünvanında qeydiyyatda duran Təqsirləndirilən şəxs yaşadığı məhəllədə qonşuları ilə səmimi rəftar etmiş, öz davranışları ilə məhəllə sakinlərinin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs haqqında hüquq mühafizə orqanları tərəfindən Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir təqsirləndirilən material daxil olmayıb. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, şahid ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı nkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materiallarında olan Şərur Rayon Məhkəməsinin 4(110)-8/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 126 (bir yüz iyirmi altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur şəhəri, M.Müşviq küçəsi, döngə 1, ev 10-da olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, alkoqolizmdən müalicə kursu keçmək, məişət zorakılığına zəmin yaradan hərəkətlərdən çəkinmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifəsi qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir; - 507.3.3-cü maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Ona görədə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Eyni zamanda Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 171 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs “Alkohol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir, lakin psixi və fiziki aslılıq olmadan narkotik vasitə qəbulu istisna olunmur. Ekspertin rəyinə müvafiq olaraq Təqsirləndirilən şəxs alkoqolizmdən müalicə alması üçün ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 04 (dörd) ədəd, ümumi çəkisi 9.92 qram olan narkotik tərkibli kultivasiya edilmiş çətənə (kannabis) bitkisi və 01 ədəd ümumi çəkisi 39.98 qram kultivasiya edilməmiş çətənə (kannabis) bitkisi müsadirə edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 59 saat hüquqi yardım göstərmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs göstərilmiş 59 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 354 (üç yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 126 (bir yüz iyirmi altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Həsənov X5 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur şəhəri, M.Müşviq küçəsi, döngə 1, ev 10-da olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, alkoqolizmdən müalicə kursu keçmək, məişət zorakılığına zəmin yaradan hərəkətlərdən çəkinmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs alkoqolizmdən müalicə alması üçün ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 04 (dörd) ədəd, ümumi çəkisi 9.92 qram olan narkotik tərkibli kultivasiya edilmiş çətənə (kannabis) bitkisi və 01 ədəd ümumi çəkisi 39.98 qram kultivasiya edilməmiş çətənə (kannabis) bitkisi müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 59 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 354 (üç yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-17/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-17/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver