Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-17/2025 22.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X1 və X6 iştirakı ilə, X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə Şərur şadlıq sarayına toy məclisinə çağrılmış və məclis başladıqdan iyirmi dəqiqə sonra qonşu stolda əyləşmiş həmkəndliləri olan X4 və X2 çəkərkən onlara irad bildirmiş və onun iradına məhəl qoymayaraq məgər sən zəhərləndin deyərək öz əməlinə davam etmişlər.Məclis yekunlaşdıqdan sonra isə o saraydan çıxarkən X4 və X8 onun qarşısını kəsərək onu təhqir etmişlər və onaqarşə nalayiq ifadələr işlətmişlər.Bütün bunları şahidlər calalov Əjdər camal oğlu və X12 təsdiq edə bilər. Nəticədə, onun şərəf və ləyaqətini tapdalanmış və buna görə mənəvi iztirab çəkir. X4 və X3 arasında onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində (Şərəf və ləyaqətin müdafiəsi hüququ) göstərilmişdir ki. İ."Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır"; İİ."Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onun, xüsusi ittihamçı qismində tanımaqla, şərəfimi, ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, şəxsiyyətimi alçaldacaq şəkildə təhqir edən Şərur rayon Yuxarı Daşarx kəndində qeydiyyatda olan və yaşayan X1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökümünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğundur. Xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 məhkəməyə ərizə təqdim edərək X4 və X8 ilə barışdığını və şikayətindən imtina etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən X7 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 X4 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X10 geri qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №1(110)-17/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-17/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver