Məhkəmə qərarları › İş №1(110)-18/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-18/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-18/2023 21.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Xüsusi ittihamçı X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğluna, ümumiyyətlə Şərur Rayon Məhkəməsində işin baxılmasına etdiyi etiraza Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və başqalarına ibrət olsun deyə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəsində işə baxan hakimə etrazını bildirmiş, işə ümumiyyətlə Şərur Rayon Məhkəməsində baxılmasına qəti etiraz etdiyini qeyd etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Şərur rayon Tənənəm kənd sakini X1 ona qarşı xüsusi ittiham qaydasında şikayət qaldırdığını, həmin şəxsin əvvəllər də ona və qardaşı X5 qarşı Şərur Rayon Məhkəməsinin hakimləri Seymur Qarayev və Mehdi Əliyevin qərarları ilə 10 gün inzibati həbs verildiyini, haliyədə xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatında olduğunu, eyni hadisə ilə bağlı eyni hakimlər tərəfindən işə bir dəfə Şərur rayon Məhkəməsində baxıldığını, gələcəkdə obyektiv qərar verilməsinin onda şübhə doğurduğunu qeyd edərək, Seymur Qarayevin sədrliyi ilə (ümumiyyətlə Şərur Rayon Məhkəməsində) işə baxılmasına qəti surətdə etiraz etdiyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Xüsusi ittihamçı etirazın əsassız olduğunu bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə etirazının dəlillərini və iş materiallarını nəzərdən keçirib, xüsusi ittihamçının fikirini dinləyərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Şərur Rayon Məhkəməsinin hakiminə, ümumiyyətlə Şərur Rayon Məhkəməsində işin baxılmasına etdiyi etiraz əsaslı olduğundan təmin edilməli, etiraz ərizəsi iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 etiraz ərzəsində qeyd etdiyi kimi əvvəlcədə xüsusi ittihamçı ilə X11 və onun qardaşı X9 arasında baş vermiş mübahisə nəticəsində onların iştirakı ilə inzibati xətaya dair işə baxılmış, Şərur Rayon Məhkəməsinin işə baxan hakimləri X2 və onun qardaşı X4 hər birinin barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs qərarı çıxarmışdır. Ona görə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün etiraz ərizəsi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 109cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Şərur Rayon Məhkəməsinin işə baxan hakiminə, ümumiyyətlə Şərur Rayon Məhkəməsində işin baxılmasına etdiyi etiraz ərizəsi iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar