Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-18/2024 07.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixində Şərur şəhərində doğulmuş, subay, 3 uşaq atasıdır, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşıdır, işsiz, AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan MR Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 02:40 radələrində pul əldə etmək üçün özgə əmlakını ələ keçirmək məqsədilə Şərur şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evinə pəncərədən qanunsuz daxil olaraq həmin evin yataq otağında sandığın içərisində olan mücrünün içərisindən dəyəri 675 manat olan 03 ədəd qızıl sırğaları, ümumi dəyəri 1440 manat olan 04 ədəd qızıl boyunbağıları, ümumi dəyəri 900 manat olan 02 ədəd qızıl üzüyü gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməsədə Şərur Rayon Polis İdarəsində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində dostları Uğur, Davud, Nizami ilə birlikdə görüşərək Şərur rayon “Ət Bazarı”nın altında yerləşən çayxanaya getdiklərini, birlikdə çay içib söhbət etdiklərini, saat təxminən 21:00 radələrində spirtli içki qəbul etmək fikrinə düşdüklərini, təxminən 5 dəqiqə sonra Anar adlı tanışıda sərxoş vəziyyətdə stola gəldiyini, Anarda onlarla içmək istədiyini, sonra Uğur adlı dostu ona 7 manat pul verdiyini və birlikdə Anarla “Nar” marketdən bir ədəd 01 litrlik araq alaraq yenidən çayxanaya qayıtdığını, çayxananı işlədən Nazim əmiyə içmək istədiklərini, yemək lazım olduğunu və pulunu isə səhər verəcəklərini bildirdiklərini, Nazim əminin isə nə lazımdırsa deyin gətirsinlər dedediyini, lakin, hələ içməyə başlamamış Nazim əminin çayxananı bağlaycağını bildirdiyini, ona görə də birlikdə çölə çıxdıqlarını, Nizami və Anarın yanlarından ayrıldığını, kənara çəkilərək Ət Bazarının arxasına keçərək dostları içki içmədiyi üçün cibində olan 06 ədəd “baralgin” adlı dərmanı qəbul etdiyini, yenidən dostlarının yanına gəldiyini, bu zaman Davud “yeməyi mən mağazadan alım içməyə yer taparıq” dediyini, birlikdə Yaşıl bazarın yanında yerləşən “Əmioğlu” adlı ərzaq mağazasından kolbasa, kola və s. ərzaq alaraq çölə çıxdığını, Nizami ilə görüşərək birlikdə Uğur, Davud tanışı olan Məhəmməd adlı şəxsin işlədiyi anbar kimi yer olan 1 nömrəli məktəbin yaxınlığında yerləşən anbara getdiklərini, həmin zaman Məhəmmədində orda olduğunu, birlikdə söhbət edərək spirtli içki içərək söhbət etməyə başladıqlarını, həmin arağı bitirdikdən sonra saat təxminən 00:00 radələrində birlikdə Şərur rayonu Uşaq Bağçasının yaxınlığına gəldiklərini, Uğurun onlarla sağollaşaraq evlərinə getdiyini, bundan sonra Nizami və Davudla birlikdə razılaşıb Elvin Restoranına getdiklərini, restorana daxil olduqda Saleh və Natiqin orda olduğunu gördüyünü, sonra Nizami və Davud unevə qayıtmaq istədiyini, Saleh və Natiqin yanına getdiyini, orada onlarla birlikdə piyvə içməyə başladıqlarını, saat təxminən 02:00 radələrində onlarla birlikdə Elvin Restoranından çıxaraq Şərur Ticarət Mərkəzi tərəfə getdiyini xatırladığını, bundan sonra sərxoş vəziyyətdə olduğu üçün heç nə xatırlamadığını, Nəzakət Priyevanı tanıdığını, aralarında heç bir ədavət olmadığını, 2021-ci ildə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğunu, təqdim olunmuş video görüntüdəki Şərur şəhərində yerləşən təhlükəsizlik kameralarında xx.xx.2023-cü il tarixdə saat 02:40 radələrində Şərur şəhəri Ticarət Mərkəzinin yaxınlığından keçərək X4 yaşadığı mənzil olan Şərur şəhəri, M.Müşfiq küçəsi ünvanına tərəf getdiyini təsdiqlədiyini, həmin zaman sərxoş olduğunu, özündə olmadığını, orada nə etdiyini bilmədiyini, ünvan 4 ünvanından olan mənzilə daxil olubolmadığını, oradan 03 ədəd qızıl sırğa, 04 ədəd qızıl boyunbağı, 02 ədəd ev qeydiyyatı üçün sənədlər, 02 ədəd şəxsiyyət vəsiqəsini oğurlayıb-oğurlamadığını sərxoş olduğu üçün xatırlamadığını, üzük qabının üzərindəki barmaq izini Şərur Rayon Polis İdarəsində olarkən hansısa formada polislərin oraya salmasından şübhələndiyini, X4 evindən oğurluq etmədiyini, bu cinayət işində heç bir təqsirinin olmadığını, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində Zərərçəkmiş şəxs Şərur şəhərində yerləşən iki ədəd yaşayış evi olduğunu, həmin evlərin birində qardaşı X6 ilə birgə yaşadığını, 20 dekabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində Şərur şəhərində yerləşən yaşadığı evdın çıxıb yaşamadığı digər evə baxmaq üçün getdiyini, evə daxil olan zaman hər şeyin yerində olduğunu gördüyünü, ətrafı təmizlədikdən sonra evdən çıxaraq qardaşı Elşənin yaşadığı evdə qaldığını, sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında yenidən evə gəldiyini, evin yataq otağına daxil olan zaman ona məxsus olan qızıl-zinət əşyalarını yığdığı qutuların həmin otaqda yerləşən çarpayının üzərində gördüyünü, çarpayıya yaxınlaşan zaman qutuların qapaqlarının açıq olduğunu və içərisinin boş olduğunu gördüyünü, dərhal həmin qutuları qoyduğu sandığın yanına getdiyini və sandığın qapağının açıq olduğunu gördüyünü, sandığın açarının da, sandığın üzərində qaldığını, qorxduğu üçün qaçaraq yaşadığı evə tərəf getdiyini və qardaşı Elşən Piriyevə gördüklərini danışdığını, Elşən Piriyevin də, dərhal polis əməkdaşlarına bu barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarını evə gələrək onun iştirakı ilə evə baxış keçirdiklərini, mənzilindən 03 ədəd qızıl sırğa, 04 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 ədəd ev qeydiyyatı sənədləri (kupça), 02 ədəd biri ona məxsus olan digəri də, qardaşı Elşən Piriyevə məxsus şəxsiyyət vəsiqəsi oğurlandığını, qızılları təxminən 10 il bundan öncə qardaşı Elşən Piriyev onun yığdığı pullar vasitəsi ilə aldığını, sənədlərin qızıllarla birlikdə sandığın içərisində qara torbanın içərisində olduğunu, 03 ədəd qızıl sırğanın üzərində qırmızı və göy rəngli qaşları olduğunu, həmçinin 585 əyyar olmaqla hərəsi təxminən 3 qram çəkidə olduğunu, 04 ədəd qızıl boyunbağının sarı rəngli, qırmızı rəngli, üzərində qaşı olmayan qızıllar olduğunu, həmçinin 585 əyyar olmaqla hərəsi ayrılıqda çəkisi 4 qram olduğunu, 02 ədəd qızıl üzüyün üzərində qaşı olmadığını, həmin qızılın 585 əyyarlı olmaqla təxminən 8 qram olduğunu, digər üzüyündə üzərində qaşı olmadığını və sadə qızıl üzük olduğunu və onun isə təxminən çəkisi 2 qram olduğunu, ilk Şahin müəllimin gəldiyini gördüyünü, onu görən zaman özünü saxlaya bilmədiyini və ağlaya-ağlaya Şahin müəllimlə içəri keçdiyini, orada olan pul qabını götürərək oğurluqla bağlı Şahin müəllimə məlumat verdiyini, Şahin müəllimin onun əlindən həmin pul qabını alaraq yerinə qoyduğunu, ona heç nəyə əlini vurmamağını dediyini, həmçinin müstəntiq tərəfindən hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd sırğa qızıl - zinət əşyası aktla zərərçəkmiş şəxsə təhvil verdiklərini qeyd edərək məhkəmə Təqsirləndirilən şəxs cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X6 ifadəsində 21 dekabr 2023-cü il tarixdə səhhəti ilə əlaqədar olaraq yaşadığı evdə olduğunu, bu zaman bacısı Zərərçəkmiş şəxs ünvan 5 ünvana kiminsə gizli olaraq girdiyini və ona məxsus qızıl-zinyət əşyalarını oğurladığını ona dediyini, sonra təcili olaraq polis əməkdaşlarına bu barədə məlumat verdiyini, sonradan həmin evdən 03 ədəd qızıl sırğa, 04 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzüyün, evin sənədlərinin, şəxsiyyət vəsiqələrinin oğurlandığını bildiyini, Təqsirləndirilən şəxs tanımadığını, həmin şəxslə heç bir ədavəti olmadığını, həmin şəxsin bacısı Nəzakətin yaşadığı evə gəlməsini görmədiyini, qızılları təxminən 10 il bundan öncə bacısı Nəzakətin yığdığı pullar vasitəsi ilə aldığını, sənədlərin qızıllarla birlikdə sandığın içərisində qara torbanın içərisində olduğunu, 03 ədəd qızıl sırğanın üzərində qırmızı və göy rəngli qaşları olduğunu, həmçinin 585 əyyar olmaqla hərəsi təxminən 3 qram çəkidə olduğunu, 04 ədəd qızıl boyunbağının sarı rəngli, qırmızı rəngli, üzərində qaşı olmayan qızıllar olduğunu, həmçinin 585 əyyar olmaqla hərəsi ayrılıqda çəkisi 4 qram olduğunu, 02 ədəd qızıl üzüyün üzərində qaşı olmadığını, həmin qızılın 585 əyyarlı olmaqla təxminən 8 qram olduğunu, digər üzüyündə üzərində qaşı olmadığını və sadə qızıl üzük olduğunu və onun isə təxminən çəkisi 2 qram olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 ifadəsində xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Uğur, Nurlan Şərur rayon ət bazarının altında yerləşən çayxanada olduqlarını, onunda Nizamiyə zəng edərək onların yanına getdiyini, onların bilrikdə çay içib söhbət etdiklərini, saat təxminən 21:00 radələrində onların spirtli içki qəbul etmək fikrinə düşdüklərini, həmin zaman Nazim əminin çayxananı bağlayacağı üçün onlar orada spirtli içki qəbul etmədiklərini, sonra onların yaşıl bazarın yanında yerləşən “Əmioğlu” adlı ərzaq mağazasından kolbasa kola və s. şeylər alaraq çölə çıxdıqlarını, sonra onların birlikdə Məhəmməd adlı şəxsin işlədiyi anbar kimi yer olan 1 nömrəli məktəbin yaxınlığında yerləşən anbara getdiklərini, həmin zaman Məhəmməddə orda olduğunu, onlar birlikdə söhbət edərək spirtli içki qəbul etdiklərini, onların arağı bitirdikdən sonra saat təxminən 00:00 radələrində həmin yerdən çıxıb birlikdə Şərur rayonu Uşaq Bağçasının yaxınlığına gəldiklərini, sonra Uğurun onlarla sağollaşaraq evlərinə getdiyini, bundan sonra birlikdə razılaşıb Elvin Restoranına getdiklərini, restorana daxil olduqda Salehin və Natiqində həmin restoranda olduğunu gördüyünü, Nurlan onların yanına getmək istədiyini, lakin saat gec olduğu üçün Nizami ilə onun evə qayıtdıqlarını, Nurlanın isə Saleh və Natiqlə görüşmək üçün onların yanına getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X8 ifadəsində 20 dekabr 2023-cü il tarixdə 21:00 radələrində dostu Natiqlə birlikdə Elvin restoranına birlikdə gedərək pivə qəbul etməyə başladıqlarını, təxminən 21 dekabr 2023-cü il tarixdə saat təxminən 01:00 radələrində evə getmək üçün hazırlaşdığını, bu zaman Nurlanın restorana girdiyini və onların yanına gəldiyini, həmin zaman Nurlanında sərxoş olduğunu, stola oturduqdan sonra özü üçün pivə sifariş verdiyini və 02 bakal pivə içdiyini, saat təxminən 02:00 radələrində birlikdə stoldan duraraq restoranı tərk etdiklərini, uşaq bağçası tərəfə getdiklərini, həmin zaman Nurlanın sərxoş vəziyyətdə olduğunu və anidən yerə yıxıldığını və Natiqlə onu ayağa qalxmağına köməklik etdiyini, bundan sonra Nurlanın ayağa qalxaraq mağazaya siqaret almaq üçün getməyini deyərək onların yanından getdiyini, Təqsirləndirilən şəxs Şərur şəhər sakini Zərərçəkmiş şəxs mənzilindən oğurluq etməsi ilə bağlı məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 16 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis leytenantı Bayram Mustafayev tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barələrində cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ona məxsus Şərur şəhəri, Mikayıl Müşviq küçəsi, ev 10, mənzil 9 ünvanında yerləşən evinə naməlum şəxs və ya şəxslərin gizli yolla qanunsuz daxil olaraq evindən qızıl-zinət əşyalarının oğurlanması barədə Şərur Rayon Polis İdarəsinə ünvanladığı müraciət və həmin müraciət əsasında toplanmış araşdırma materialları olmuşdur. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqində olan 16 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1993-cü il tarixində Şərur şəhərində doğulmuş, subay, 3 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 62-ci vərəqində olan 18 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittiahamın mahiyyəti ona izah olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 81-ci vərəqində olan Şərur rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 4(110)-3/2024 saylı qərarından görünür ki, xx.xx.1993-cü il tarixində Şərur şəhərində doğulmuş, subay, 3 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, AR CMnin 177.2.3-cü maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Şərur rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə 02 il 06 ay məhkum edildiyi və Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 06 gün hissəsini vaxtından əvvəl şərti azad edildiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqində olan Şərur rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 5(110)-8/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə dair məlumatların müəyyən edilərək aşkarlanması, sənədləşdirilməsi və sübut bazasının yaradılması məqsədilə vacib olan məlumatların başqa vasitələrlə toplanmasının mümkünsüzlüyü nəzərə alınaraq onun telefon nömrələrinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin və sms mətnlərinin, anten məlumatlarının həmçinin həmin mobil nömrələrin kimlərə məxsus olması, həmin şəxslər barəsində əlavə mobil telefon nömrələri olduğu təqdirdə həmin nömrələrə daxil olan və çıxan zənglərin və sms mətnlərinin ələ keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 01 fevral 2024-cü il tarixli 162 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1993-cü il tarixində ünvan 7 ünvanında qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən narkomaniyaya görə dispanserdə dispanser qeydiyyatında dayanır. Cinayət işinin 1-ci cildinin 139-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli 123 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətləri rəyin təqiqat prosenin təsviri hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs məlum hadisəni törətməzdən əvvəlki dövrdə artıq miqdarda spirtli içkilər qəbul etmiş, sərxoş vəziyyətdə olmuşdur. Göstərmək lazımdır ki, sərxoş vəziyyətdə olan şəxslərdə emosional hal tez-tez dəyişir, onlarda özünəməxsus şəkildə həyəcənlanma, gərginlik, hədədn artıq tez qıcıqlanma, kobudluq, tez özündən çıxma halları baş verir, əhval-ruhiyyələri tez-tez dəyişir, aqressivlik artır, sensor-perseptiv imkanları pozulur, onlarda ətraf aləmə uyğunlaşma, özünə nəzarət və hərəkətlərin adekvat olaraq istiqamətlənməsi çətinləşir, intellektual imkanların səviyyəsi aşağı enir, iş qabiliyyəti itir, hafizə, diqqət zəifləyir. Bu əsasda belə qənaətə gəlmək olar ki, məlum hadisəni törətməzdən əvvəlki dövrdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması, onun həmin dövrdəki davranış aktlarında təzahür edə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağı, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik kimi əlamətlər müşahidə olunmur, lakin Təqsirləndirilən şəxs daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/389 saylı rəyində əsasən, xx.xx.2023-cü il tarixində ünvan 8 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 05 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqaisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi Şərur rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin şəhadət barmağının əksi ilə, 02 ədədi Şərur rayonunda anadan olmuş X1 əlinin böyük və orta barmaqlarının əksləri ilə, 01 ədədi isə Şərur rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 172-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli 51 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs alkoqolizmdən çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu istisna edilmiş və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 172-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli 52 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs alkoqolizmdən çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdurfiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu istisna edilmiş və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 261 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilməyən qızıl-zinət əşyalarının 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3015 (üç min on beş) manat müəyyən edilir. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqində olan Şərur rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 4(110)-13/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, xx.xx.1973-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs cinayət prosesual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 240-cı vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ilin iyul ayından 2013-cü ilin yanvar ayınadək hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs olu hərbi xidmətdan qayıtdıqdan sonrakı dövr ərzində heç bir ictimai işdə fəallıq göstərməmişdir. Təqsirləndirilən şəxs həmyaşıdları və Şərur şəhər əhalisi arasında nüfuza malik deyil. Cinayət işinin 1-ci cildinin 243-cü vərəqində olan 30 mart 2024-cü il tarixli Zərəçəkmiş şəxsin qanuni Zərərçəkmiş şəxs Şərur Rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qanuni nümayəndə qismində təyin edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Şərur Rayon Məhkəməsinin 1(110)-2/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Kəngərli Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 7(111)-23/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə də, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Şərur Rayon Polis İdarəsində təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı bina ya daxil olmasınını əks etdirən kamera görüntüləri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs evindən oğurluq etməməsi kimi ifadəsini məhkəmə işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, iş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməlin cəmiyyətdə mənfi emosiyalar doğurmasını, onun şəxsiyyətini, yəni azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yenidən eyni kateqoriyadan olan cinayət əməlini qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, Kəngərli Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad edilməsinə baxmayaraq islah olunmamasını, barəsində yüngülləşdirici halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; - 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kəngərli Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad edilmə, o, sınaq müddətində qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və Şərur Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(110)-02/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 16 yanvar 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və.... apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbsnövündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, iş üzrə məhkəmə xərci - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı mülki iddia qaldırmamışdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxsə vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izah edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Həmçinin Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “MEİZU” markalı mobil telefon və bir ədəd qara rəngli pul qabı hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılmalıdır. İş üzrə kamera görüntülərinin əks olunduğu 02 (iki) ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Kəngərli Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 7(111)-23/2023 saylı qərarı ilə 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(110)-02/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsazadlığının faktiki məhdudlaşdırıldığı 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat pul Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxsə vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izah edilsin. Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “MEİZU” markalı mobil telefon və bir ədəd qara rəngli pul qabı hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılsın. İş üzrə kamera görüntülərinin əks olunduğu 02 (iki) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-18/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-18/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver