Məhkəmə qərarları › İş №1(110)-19/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-19/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-19/2024 11.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, 2-ci qrup əlil, məhkum olunmamış, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınımn Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o Şərur rayon Yengicə kəndində yaşadığı müddətdə başqa şəxslə evli olan, sevgi münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə «Whatsapp» proqramı mobil tətbiqi vasitəsilə danişarkən ondan pornoqrafik material hesab edilən şəxsi həyatın sirri olan çılpaq halda video və foto şəkillərini mobil telefonla çəkib ona göndərməsini demiş, Şamam Nəzərova isə razılıq verərək 01 iyun 2023-cü il tarixdən başalayaraq müxtəlif vaxtlarda özünün çıpaq vəziyyətdə telefonla video və şəkillərinin çəkilişini apararaq, «Whatsapp» proqramı mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əri X9 rəsmi qaydada ayrılıb onunla xarici ölkəyə gedərək, birgə yaşamasını tələb etmiş, Zərərçəkmiş şəxs bunun mümkün olmayacağını bildirib təəbini yerinə yetirməmiş və aralarında olan münasibətə son qoymalarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qisas almaq, habelə ailəsindən ayrılmasına nail olmaq niyyəti ilə istifadə etdiyi mobil telefonun yaddaşında saxladığı Zərərçəkmiş şəxs aid pornoqrafik materiallar hesab edilən və şəxsi həyatın sirri olan video və fotoları 10 noyabr 2023-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda onun əri X14, qayını X13 və digər qohumları daxil olmaqla ayrı-ayrı şəxslərin mobil telefonlarına «Whatsapp» proqramı mobil tətbiqi vasitəsilə göndərməklə yaymışdır. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 156.1 və 242-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 2023-cü ilin may ayının əvvələrində həmkəndlisi Zərərçəkmiş şəxs onun ***-***-**-** vatçap mobil nömrəsinə xatırlamadığı mobil nömrəsi ilə “Vüsal necəsən” yazmış, onun da ona “kimdi” deyə cavab yazdığını, Şamamanında ona “mənəm Şamama yazdığını, ondan sonra aralarında münasibət yarandığını, həmin günü Şamamanın ona yazaraq gəl qaynım Sərxanın evinə səninlə işim var dedediyini, ilk görüşünün Sərxangilin evində olduğunu, ondan sonra Şamama ilə əlaqələri yarandığını, sevgili kimi münasibəti olduğunu, qaynı Sərxanın evdə olmayan zamanlarda Şamama ilə orada dəfələrlə görüşüb cinsi əlaqədə oldularını, Şamamanın onunla münasibəti olan vaxtlarda özünə məxsus qeyri-etik foto və videogörüntüləri “Whatsapp” vasitəsi ilə onun mobil nömrəsinə göndərdiyini, bir müddət sonra Şamamanın ona “gəl burdan qaçaq gedək, sənsiz qala bilmirəm” dedediyini, hətta bir gün ona “sənin Qazaxıstan Respublikasında bibin və əmilərin yaşayır, gəl qaçaq gedək ora” dediyini, Şamamanın ona “mənim uşaqlarımın heç biri gözümə görsənmir, tək gözümdə olan sənsən” bildirdiyini, artıq onunla əlaqəni kəsmək üçün onun mobil nömrəsini əngəllədiyini, Şamamanın bundan sonra həyat yoldaşı Orxan Nəzərovun mobil nömrəsi ilə, daha sonra qaynı Sərxanın arvadı Təhminənin telefonu ilə ona yazmağa başladığını, həmin nömrəni də bloka atdığını, bundan sonra Şamamanın qaynanası Səriyə Nəzərovanın mobil nömrəsi ilə ona yazaraq aralarında olan münasibəti həyat yoldaşına deyəcəyini bildirdiyini, onun isə yalan da olsa Şamamanı aparacağını, biraz səbr etməsini dediyini, Şamamaya Türkiyə Respublikasının İstanbul şəhərinə işləmək üçün gedəcəyini və sonra onu aparacağını da bildirdiyini, ondan sonra Şamamanın ona xatırlamadığı qohumlarının mobil nömrəsi ilə görüntülü zəng edərək “Sən məni burada qoyub İstanbul şəhərinə gedə bilməzssən” deyərək dərman atıb özünü öldürəcəyini dediyini, dərhal Şamamanın yanına gedərək ona ayran və qatıq verdiyini, təxminən 3-4 gün sonra Şamamanın ondan əl çəkməsi üçün İstanbul şəhərinə getdiyini, Şamamanın ona İnstagram sosial şəbəkəsi vasitəsi ilə yazaraq özünü öldürəcəyini dediyini, hətta ona “fürsət düşüb boşanıram, gəl kəndə” yazdığını, buna görə 2 dəfə Türkiyə Respublikasından qayıtmalı olduğunu, Şamamanın onu aparmayacağı halda özünü öldürəcəyini dediyini, hətta bıçaq ilə qolunu kəsmək istəyən zaman dayısının ona əngəl olduğunu bildirdiyini, bundan sonra Şamama ilə münasibətinin yaxşı olmayacağını düşünüb bu barədə onun qayınanası Səriyə Nəzərovaya və baldızı Rahiyəyə Şamamanın ondan əl çəkmədiyini və onu Türkiyədə qalmağına imkan vermədiyini dediyini, Səriyə ona bu barədə Orxana və ya Sərxana məlumat verməməyini telefonda səs göndərərək xahiş etdiyini, Şamamanın özünə nəsə edəcəyindən qorxduğu üçün Sərxana Şamamanın onunla münasibəti barədə “Whatsapp” vasitəsi ilə yazdığını və Şamamanın ilkin olaraq səslərini, daha sonra isə əxlaqsız video və şəkillərini göndərdiyini, həmçinin günahsız olduğunu, günahın böyük hissəsinin Şamamada olduğunu sübut etmək üçün Şamamanın ona göndərdiyi foto və video görüntüləri Şamamanın qayını Sərxan Nəzərova, anası Gülizar Mehdiyevaya, qardaşı Həsrəddin Mehdiyevə, baldızı Rahiyəyə və bacısı Havayətin əri, eyni zamanda Səriyənin qardaşı Firdovsiyə göndərərək yaydığını, qeyd etdiyi şəxslərdən başqa Şamamanın video və fotoşəkillərini başqa heç kimə göndərmədiyini, Şamamanın ailəsi dağılmaması üçün bacısı Havayətin xahişi ilə Orxan Nəzərova səsli mesaj göndərdiyini, günahın onda olduğunu etiraf etdiyini, Şamamadan pul və ya hər hansı bir əşya tələb etmədiyini, hətta ona gümüş sep seti və digər əşyalar aldığını, Zərərçəkmiş şəxs hədələmədiyini, zorla ona foto və videolar çəkdirmədiyini, Şamamanın çəkdiyi foto və videoları özünə göndərməyə məcbur etmədiyini, Sərxan Nəzərova “mən Şamamanın əri Orxanın yanına getməsini gözləyirəm, Şamama əri Orxanın yanına getsə mən Şamanın məndə olan video və şəkillərini hamıya, hətta Kərimbəyli kəndində hamıya göndərəcəm” səsli mesaj göndərdiyini, Zərərçəkmiş şəxs Şərur Rayon Polis İdarəsinə bu məsələ ilə bağlı etdiyi şikayət ərizəsini geri götürmələri və onu şərlədikləri üçün cahillik edərək onları qorxutmaq məqsədilə Zərərçəkmiş şəxs Türkiyə Respublikasında yaşayan qardaşının, onun yaşadığı evin fotoşəkilini və konumunu bacısı oğlu Faruxun və kirvəsi Cehunun vasitəsilə çəkdirib şəklin altınada “üzr istəyirəm, məcburam sizə yazıram mənim dostlarım və qardaşlarım bunu heç kimin yanına qoymaz” yazaraq Zərərçəkmiş şəxs qardaşının arvadı Gülnara göndərdiyini, Şamamanı boşanmağa məcbur etmədiyini, boşanma ərizəsini yazıb ərizənin fotoşəklini ona göndərməyi tələb etmədiyini, bacısı qızı Simuzəri ona “sən Orxana səs göndər ki, bütün günahlar səndədir” dediyini, ona görə də Orxana özünə məxsus səsləri göndərərək bütün günahların onda olduğunu dediyini, Şamamaya və onun qohumlarına Şamamanın başqa şəxslərlə görüşməyinə dair səsləri göndərməkdə məqsədi özünü sübutla təmizə çıxarmaq üçün etdiyini, eləcədə Şamamanın əxlaqsız olduğunu sübut etmək və bütün günahların Şamamada olduğunu bildirmək istədiyini, .Şamamanın ona cadu etdiyini, ona görə də ondan ayrıla bilmədiyini, Şamamanın ondan əlçəkməsi üçün ona yalvardığını, Şamamanı tanıyan gündən hər gün içki içdiyini, Şamamanın onun qanına girdiyini, onsuz qala bilmədiyini, çox şükür ki, Şamamadan ayrıldığını, Şamamadan qisas almaq üçün ona onda olan videoları və fotoşəkilləri qaynı Sərxana və digər qohumlarına göndərəcəyini dediyini, etdiyi əməldən çox peşman olduğunu, bir də belə əməl törətməyəcəyinə söz verdiyini, zərərçəkmiş şəxslə barışdıqlarını, Yengicə kənd sakini Zərərçəkmiş şəxs və onun yaxınları, qohumları ilə bir daha heç bir mübahisə və ədavət yaratmayacağını, əgər belə hal olarsa qanunla cəzalanmağa razı olduğunu, verdiyi öhdəliyin yerinə yetirilməsinə zamin olaraq onun həyat yoldaşı X3 cavabdehlik daşıdığını, bununla bağlı məhkəməyə iltizam da təqdim etdiyini, zərərçəkmiş şəxsində ondan şikayətçi olmadığını, bu barədə məhkəməyə ərizə təqdim etdiyini, Azərbaycan Respublikasının qanunlarına və məhkəmənin ədalətinə inanaraq bağışlanmasını istədiyini qeyd edərək məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində 2023-cü ilin may ayının 5-də həmkəndlisi, daycanısının qardaşı Təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəsindən onun xatırlamadığı nömrəsinə vatçap sosial şəbəkə vasitəsi ilə yazaraq ona “mənəm Təqsirləndirilən şəxs, səni çoxdan izləyirdim, səndən çoxdandır xoşum gəlir, səninlə münasibət qurmaq istəyirəm“ yazdığını, cavabında “dost ola bilərik, bizim sevgimiz baş tutmaz, mən ailəliyəm, kimsə bilər mənim üçün yaxşı olmaz” yazdığını, Vüsala yox desə də, ondan əl çəkmədiyini, bu minvalla Vüsalın ***-***-**-** nömrəli mobil nömrəsi ilə yazışmağa və görüntülü danışmağa başladığını, ilk görüşlərinin qaynı Sərxan Nəzərovun evində olduğunu, qaynı Sərxan Nəzərovun taksilik etdiyinə, arvadının da əkinlərdə işlədiyinə görə evdə olmamalarından istifadə edib Vüsal ilə görüşməyinə şərait yarandığını, Vüsalı həmin evə dəvət edib orada onunla dəfələrlə cinsi əlaqədə olduğunu, görüşməyən vaxtlarda evdə tək olan vaxtı onun vatçap nömrəsinə soyunaraq bədənini göstərib həm videolarını, həm də şəkillərini qeyd edib göndərdiyini, ilk dəfə Vüsalın ona "mən əsəbiyəm, mənə soyunub video çəkib at" dediyini, ona yox cavab versədə, Vüsalın ona “gedirəm öz uşaqlarımı döyəm, əsəblərimi sən sakitləşdirəcəksən, yoxsa uşaqlarım əlimdə öləcək" dediyini, uşaqların səslərinə dayana bilməyib məcbur qalıb soyunaraq video çəkib Vüsalın vatçap nömrəsinə göndərdiyini, sonra Vüsalın ondan daha artıq video istəməyə başladığını, ona yox deyən zaman əsəbləşərək "mənə yox deməyəcəksən, əgər ki, yox desən, bu dəfə də acığımı ərin Orxandan çıxacam" dediyini, ilkin vaxtlarda Vüsalla münasibətinin yaxşı olduğunu, onunla seks həyatı yaşadığını, Vüsalın ona dəfələrlə "gəl buralardan qaçaq, sən də boşan, məndə boşanım Qazaxıstan Respublikasına gedək" dediyini, Vüsalın orada qohumları olduğuna görə onu Qazaxıstan Respublikasına dəvət etdiyini, ilk əvvəllər razılaşdığını, "ərimdən boşana bilsəm, gedərik" dediyini, Vüsalda videoları olduğuna və Vüsalın ondan boşanmağa kağızı istədiyinə görə evdə əri Orxan ilə hərdən bir bəhanə edib savaşaraq anası Gülizargilə getdiyini, amma ərinin arxasınca gəldiyinə və əri ilə qohum olduğuna görə ortada olan qohumların onların boşanmalarına razı olmadıqlarından məcbur qalıb ər evinə qayıtdığını, Vüsalın ona hər dəfə "məndən ayrılsan, məndə olan video və başqa şeylərin hamısını hamıya ataraq səni rüsvay edərəm və heç kim sənə sahib çıxmayacaq və sən yenə də mənə qalıb mənim olassan və həmin vaxt mənə zəng edəssən ki, Vüsal, qalmışam ortalıqda gəl məni apar deyəcəksən" dediyini, ona görə də onun hər istədiyini etdiyini, əri Orxandan boşanmaq imkanı olmadığına görə məcbur qalıb Vüsala "bu iş baş tutmayacaq, ayrılmalıyıq" dediyini, Vüsalın bu sözlərdən sonra onunla razılaşmadığını, Vüsala “ayrılaq” desə də, ona "məndən ayrıla bilməssən, hamıdan keçərəm səndən keçmərəm, məndən ayrılsan, sənin lüt videolarını və şəkillərini ərin Orxana, qardaşın Həsrəddinə, həmkəndlilərinə və digər şəxslərə, əlavə olaraq da sosial şəbəkədə paylaşacam" dediyini, həmin vaxtı Vüsalın onun video və şəkillərini əri və qardaşına atacağından qorxduğunu və qaynanası Səriyyənin dərmanlarının içərisindən 15 ədəd təzyiq dərmanı götürüb atdığını, narahat olsa da, dərman atdığını heç kimə bildirmədiyini, bütün olanlardan bezib anası Gülizara Vüsalın onu bezdirdiyini, şantaj etdiyini, onda video və şəkillərinin olduğunu, həmin şəkil və videolarla təhdid etdiyini, çıxılmaz vəziyətdə qaldığını, nə edəcəyini bilmədiyini dediyini, Təqsirləndirilən şəxs əməlləri barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, ondan sonra Vüsalın onun Türkiyə Respublikasında yaşayan qardaşının fotoşəkilini, onun yaşadığı evin fotoşəkilini çəkib gəlinləri Gülnara göndərdiyini, Gülnarın həmin fotoşəkli anası Gülizara göndərərək şikayətlərini geri götürməyəcəyi təqdirdə Vüsalın qardaşını Türkiyədə öldürəcəyini dediyini, sonra Vüsalın barəsində etdiyi şikayəti geri götürdüyünü, olanlardan bezib nə olacaqsa, olsun deyə düşünərək həmin evdən çıxıb ərinin yanına qayıtdığını, Vüsala “boşanmağım alınmır, ərimin yanında qalacam, ərimlə barışacam, sən də öz yoluna get" dedikdən sonra Vüsal onunla münasibətini kəsməmək üçün ona "sənin videolarını yayacam, “get görüm necə gedirsən” dediyini və onu bloka atdıqdan sonra videoları bütün qohumlarına həyat yoldaşı Orxana, qaynı Sərxana, baldızları Rühəngizə, Rahiyəyə, anası Gülizar qardaşı Həsrəddinə, xalası İntizara, qardaşının arvadı Gülnara və digər şəxslərə göndərərək yaydığını, qolunu kəsməkdə məqsədi olanların əri Orxanın bilməsi üçün qohumlarını qorxutmaq olduğunu, qaynanasının dərmanlarını atmaqda əsl məqsədi Vüsalı etdiyi hərəkətdən qorxuda və onu video ilə şantaj etməkdən çəkindirmək olduğunu, özünü öldürmək məqsədi olmadığını, Vüsala görə dərman içib özünü heç vaxt öldürməyəcəyini, Vüsal ilə arasında olan gizlin münasibəti aşkar olunmasına görə hal-hazırda çox utandığını, Təqsirləndirilən şəxs onun foto və video görüntülərini Təqsirləndirilən şəxs ondan pul, qiymətli əşya və ya hər hansı bir predmet tələb etmədiyini, Vüsalın onda olan video və fotoşəkillərlə onu şantaj edərək cinsi əlaqəyə girməyə məcbur etmədiyini, sadəcə olaraq Vüsalın ona "sən də ərindən boşanacaqsan, mən də boşanacam və biz çıxıb buralardan gedəcəyik, əgər boşanmasan videolarını yayacam" dediyini, “Vüsal məndən ayrılmaq istəmədiyindən mənə mən bitdi demədə bitirə bilməzssən, ya öləssən ya sənin üzünə akumulyator suyunu töküb sənin həyatını məhv edəcəm, mənimlə görüşməsən mənimlə danışmasan məndə olan videoları yayacam, qardaşını, ərini və uşaqlarını öldürəcəm, onda videolarım olduğuna görə mən məcburən onunla görüşüb cinsi əlaqədə olurdum" ifadəsini ona görə deyib ki, onun video və foto şəkillərini yaydığına görə ona ən yüksək cəza almasını istədiyi üçün bu cür ifadə verdiyini, əsl həqiqətdə Vüsalın onu şantaj edərək cinsi əlaqədə olmağa məcbur etmədiyini, Vüsalla könüllü olaraq lüt videosunu çəkib göndərdiyini, hər ikisi ailəsindən boşanmaq və birlikdə yaşamaq üçün söz kəsdiklərini, lakin onun cəhdləri uğursuz olduğuna görə əri Orxandan boşana bilmədiyini və Vüsala "boşanmağım alınmır, hərəmiz öz yolumuza" dedikdən sonra Vüsal onun videolarını qohumlarına yayaraq onu rüsvay etdiyini, artıq her şeyin bitdiyini, Vüsalın məhkəməyə ərizə təqdim edərək ondan və onun qohumlarından uzaq duracağına söz verdiyini, o da artıq Vüsaldan şikayətçi olmadığı, onu bağışladığını qeyd edərək məhkəmədən dediklərini nəzərə alaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində Şərur rayon Yengicə kəndində doğulduğunu, Yengicə kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşadığını, Şərur rayon Xələc kənd sakini X4 ilə ailə həyatı qurduğunu, onların evliliyindən 2 övladı, Kərim və Məleykə olduğunu, Kərimin 16, Məleykənin isə 6 yaşı olduğunu, onun ailəsi ilə birlikdə ata həyətində tikdirdiyi özünə məxsus evində yaşadığını, X16 isə ata evində anası Səriyyə, arvadı Şamama və övladları Sabir və Əli ilə birgə yaşadığını, qardaşı Orxanın Şərur rayon Kərimbəyli kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, təxminən son 5-6 ay olar ki, Şamamanın hərdən bir bəhanə ilə əri Orxanla mübahisə edib anası Gülizargilə getdiyini, hərdən onun hərdən isə Firdovsi dayısının Şamamanı ərinin yanına gətirdiklərini, Şamama Orxanın yanına gələn zaman onlara yəni ona və bacılarına Orxanın yanında qalmaq istəmirəm, bu evdə boğuluram dediyini, tarixin yadımda olmadığını, həmişəki kimi onun taksi işi ilə məşğul olub axşam saatlarında yaşadığı evə gəldiyini, Qardaşı Orxanın arvadı Zərərçəkmiş şəxs xəstələndiyini, onun onlara mədəsinin ağrıdığını, narahat olduğunu dediyini, həmin günü onun Şamamanı anası Səriyyə ilə birlikdə rayon xəstəxanasına apardıqlarını, orada həkimlərin Şamamaya ilkin tibbi yardım göstərdiklərini və anası Səriyyə ilə birlikdə gəlinləri Şamamanı evə gətirdiklərini, səhərisi günü isə onun Şamamanı anası Səriyyə ilə birlikdə Naxçıvan şəhərinə Elsevər həkimin yanına apardıqlarını, orada Elsevər həkimin Şamamaya ilkin tibbi yardım göstərdiyini və ona Şamamanın mədəsində yara əmələ gəldiyini dediyini, müalicə dərmanları yazdıqdan sonra onların oradan öz evlərinə çıxıb gəldiklərini, 10-15 gün Şamamanın evdə müalicə aldığını və daha sonra müalicəsini davam etdirmək üçün onun anası Gülizargilə getdiyini və orada bir müddət qaldqıdan sonra onun Şamamanın anası Gülizargildən öz evlərinə gətirdiyini, Şamamanın bir-iki gün evdə qaldıqdan sonra yenə də onlara burada qalmaq istəmirəm, boğuluram dediyini, onların çıxılmaz vəziyyətdə qalıb Şamamanı yenidən anası Gülizargilə apardıqlarını, həmin günü anası Səriyyənin ona zəng edərək Şamamanın həmkəndliləri Təqsirləndirilən şəxs ilə əlaqəsinin olduğunu, Vüsalın Şamamanı hədələdiyini ona öz evində qalmamasını, anası Gülizargildə qalmasını, Şamamanın əri Orxanın yanında qalacağı təqdirdə onu və əri Orxanı ölümlə hədələdiyini ona dediyini, Şamamanın mədəsinin ağrımağının səbəbinin Vüsala görə olduğunu öyrəndiyini, belə ki, Vüsalın Şamamanı təhdid etdiyini, ona evdə qalmayacaqsan, əgər ki, evdə qalsan səni və ərin Orxanı öldürəcəm dediyini, Şamamanın da çıxılmaz vəziyyətdə qalıb evdə olan dərmanlardan bir neçəsəni qəbul edərək intahara cəhd etdyini və onlara bununla bağlı heç nə demədiyini, onun məsələni eşidəreşitməz qardaşı Orxanı da götürüb xalasıgilə yəni Şamamanın anası Güilzargilə getdiklərini, onun orada onlardan Şamanın qolunun nə üçün kəsildiyini soruşan zaman onlar ona Şamamanı Təqsirləndirilən şəxs hədələdiyini, Şamamanı Orxandan ayrılmasını istədiyini, ümumiyyətlə Orxanın yanında yaşamamasını, Şamamanın olanları Orxanın bilməməsi üçün qolunun kəsdiyini bildirdiklərini, hətta onun sonradan Vüsalın Şamamaya “ Sən o evə, ərin Orxanın yanına getsən sənin üzünə akumulyator suyu tökəcəm, Orxanın fotoşəklini Orxandan xəbərsiz çəkərək Şamamaya göndərdiyini, Orxandan ayrılmasan ərin Orxanı öldürəcəm” deyib hədələdiyini də eşitdiyini, daha sonra isə Vüsalın demək olar ki, hər gün onun bacıları Rühəngizə, Rahiyəyə və qardaşı Orxana Şamamanın əxlaqsız şəkildə yəni lüt olan video və şəkillərini göndərməyə başladığını, onun qardaşına Vüsalın onun qardaşını narahat edib onun arvadının video və şəkillərini ona atıb onu əsəbləşdirməməsi üçün yeni nömrə aldığını, çünki onun Orxan Vüsal ilə problem yaradacağından, Allah uzaq etsin, pis şeylər olacağından qorxduğunu, ona görə də onun Orxanın nömrəsini dəyişdiyini, Orxanın nömrəsini dəyişsə də Vüsalın “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə qardaşı Orxanı narahat etməyə başladığını, belə ki, Vüsalın yenə də Orxana Şamamanın video və şəkillərini göndərməklə bərabər, Orxanı müxtəlif yerlərə söhbət etməyə çağırdığını, Vüsalın Orxana, bacıları Rühəngizə və Rahiyəyə davamlı olaraq Şamamanın video və şəkilləri ilə bərabər təhdid edici səslərini də göndərdiyini, Vüsalın gah onlara təhdid edici səslər gah da üzr səsləri göndərdiyini, belə ki, onun həmin səslərin bəzilərində onları təhdid edərək Şamama o evdə qalmayacaq dediyini, gah da həmin səslərin bəzilərində içkili olmuşam, narkotik qəbul etmişəm, hallanmışam özümdə olmamışam. Ona görə də məni bağışlayın. Şamamanı bütün olanlara mən məcbur etmişəm ki, o mənə əxlaqsız video və şəkillər göndərsin, bütün günahların hamısı məndədir dediyini, Vüsalın ona Şamamanın səslərini, mesajlarını və əxlaqsız video və şəkillərini hər gün onlar hər gün əsəbləşsin deyə göndərdiyini, onun Vüsala artıq Şamamanın video və şəkillərini göndərmə, artıq mən hər şeyi bilirəm ehtiyac yoxdur desə də, hətta onun ona video və şəkil göndərdiyi nömrələri bloka atsa da onun başqa nömrələr ilə ona yazaraq onu və ailəsini narahat etdiyini, onların evdə artıq qan qaraçılığı olduğunu, hər gün anası Səriyyənin şəkəri və təzyiqi qalxdığını, onların olanlara dözə bilməyib polis şöbəsinə müraciət etdiklərini, bu zaman Vüsalın isə ona yazaraq “Polis namus işini təmizləmir, mən polisdən qorxmuram, mənim əlimdə dəlilik kağızı var, polis mənə heç nə edə bilməz” dediyini, Vüsal dayısının qızı Simuzər ( Simi) “bibisinin Səriyəyə de ərizəsini polisdən geri götürsün yoxsa mən atan Firdovsinin Kərimbəylidəki evini yandıracam, Firdovsini də öldürəcəm dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində Şərur rayon Kərimbəyli kəndində ərim X22 ilə birlikdə yaşadığını, əri Musa Mehdiyev ilə 1986-cı il tarixdə ailə həyatı qurduğunu, onların evliliyindən qızı Zərərçəkmiş şəxs və oğlu Həsrəddin Mehdiyev dünyaya gəldiyini, oğlu Həsrəddinin ailəsi ilə birlikdə 2 il olar ki, Türkiyə Respublikasında yaşadığını, qızı Şamamanın isə 2009-cu il tarixdə Şərur rayon Yengicə kənd sakini bacısı Səriyyənin oğlu X23 ilə ailə həyatı qurduğunu, onların evliliyindən 2 övladı- Sabit və Əli dünyaya gəldiyini, 2023-cü ilin noyabr ayının əvvələrində qızı Şamama ilə həmkəndliləri Təqsirləndirilən şəxs əlaqəsinin olduğunu öyrəndiyini, belə ki, Şamamanın 2023-cü ilin oktyabr ayının 10-da mədəsi ağrıdığına görə rayonda və Naxçıvan şəhər xəstəxanasında müalicə aldığını və oktyabr ayının axrlarında onun yanında müalicəsini davam etdirdiyini, Şamamanın onun yanında qalmamışdan öncə əri Orxan Nəzərovun yanında qalan zaman əri Orxan ilə müxtəlif vaxtlarda və müxtəlif ailə məsələləri üstündə mübahisə edib onun yanına gəlib 3-5 gün qaldıqdan sonra yenidən öz evlərinə getdiyini, sonuncu dəfə Şamamanın onun yanına mədəsinin ağrıması ilə əlaqədar müalicə almaq üçün gəlib qaldığını, həmin vaxt Şamamanın acı bibər yediyinə görə mədəsinin ağrıdığını bildiyini, onun yanında qalan vaxtı Təqsirləndirilən şəxs müxtəlif mobil nömrələrlə onları narahat etdiyini, tarixin yadında olmadığını, onların bu barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiklərini, lakin Təqsirləndirilən şəxs onun Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan oğlu Həsrəddin Mehdiyevin və onun yaşadığı evin gizli çəkilmiş fotoşəkillərini Həsrəddinin həyat yoldaşı Gülnar Mehdiyevaya göndərərək “şikayətinizi geri götürməsəniz Həsrəddini evdən çıxan zaman öldürəcəm” deyə bildirdiyini, Gülnarın isə həmin foto şəkilləri ona göndərdiyini, onun Təqsirləndirilən şəxs oğluna zərər vura bilməsindən qorxub, onun barəsində etdikləri şikayəti geri götürdüklərini, bundan sonra da Təqsirləndirilən şəxs onları hədələməyə başladığını, belə ki, onun Şamamanın yaşadığı evə getməsini istəmədiyini, onun Şamamaya yaşadığı evə gedəcəyi təqdirdə həmin evi yandıracağını, həyat yoldaşı və övladlarını öldürəcəyi ilə hədələdiyini, onun sonradan Şamamanın Vüsaldan bezərək qaynanası Səriyyənin evdə olan dərmanlarından içərək intahara cəhd etdiyini öyrəndiyini, amma həmin vaxtı Şamamanın ona evdə acı bibər yediyi üçün mədəsinin ağrıdığını dediyini, sonra Şamamanın onlarda qalan zaman ona Vüsal ilə münasibətinin olduğunu, Vüsalın onu hədələyərək əri Orxanın yanında qalmamasını, evlərində qalacağı təqdirdə evlərini yandıracağını və onda olan foto və videoları hamıya yayacağını bildirdiyini, onun foto və video sözünü eşidər-eşitməz Şamamaya qışqırdığını, həmin zaman qardaşı Firdovsinin də onlarda olduğunu, onun Firdovsinin səsinə evin hamamına tərəf getdiyini, orada Şamamanın evdə olan bıçağını götürərək sol biləyini kəsərək intahara cəhd etdiyini gördüyünü, onun dərhal onun qolunun qanamasını görüb Şamamanın sol biləyini bağladığını, həmin günü Şamama onlarda qaldığını və sonra onun Şamamanın əvvəlcədən Vüsala göndərdiyi video və şəkilləri qohumlara göndərərək yaydığını bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində onun, axşam saatlarında yoldaşı Havayət ilə birlikdə evdə olarkən bacısı Gülizar ona zəng edərək "gəlin mənim evimə problem var" dediyini, Havayət ilə birlikdə bacısı Gülizargilə getdiklərini, onlarda Şamama, bacısı Səriyyə, bacısı qızı Ruhəngiz və bacı oğlusu Sərxanın olduğunu, Səriyyənin ona Şamamanın video və şəkillərinin olduğu həmin video və şəkillərin oğlu Sərxana yoldaşı Havayətin ögey qardaşı Vüsalın göndərdiyini dediyini, məsələni bilən zaman çox utandığını, nə edəcəyini bilmədiyini, çünki birinin bacısı qızı, biri isə qaynı olduğunu, Sərxanın qardaşı Orxanı gətirməyə getdiyini, bacısı Səriyyənin Şamamaya bütün olanları Orxana deyəcəyini dediyini, bu vaxt Şamamanın ağlayaraq hamama tərəf getdiyini, Şamamanın özünə hər hansı xəsarət yetirməsindən qorxub dalınca getdiyini, hamamın qapısını açan zaman Şamamanın sol biləyini kəsərək ağladığını gördüyünü, qaynı Vüsalı bu hadisədən sonra görmədiyini və heç onunla danışmadığını, əvvəldə onunla münasibəti olmadığını, yoldaşı Havayətində onunla danışmadığını, Şamama ilə Vüsalın əvvəlcədən əlaqəsi olduğunu, Şamamanın video və şəkillərini Vüsala göndərdiyini, Vüsalında Şamamanın həmin video və şəkillərini qaynı Sərxana və digər qohumlarına göndərərək yaydığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində onun Şərur rayon Kərimbəyli kəndində anadan olduğunu, 1977-ci il tarixdə X24 ilə ailə həyatı qurduğunu, onların evliliklərindən 5 övladının olduğunu, övladlarından qızları Rühəngiz, Rahiyə və Aysu, oğlanları Sərxan və Orxan ailə həyatı qurduqlarını, balaca oğlu Orxanın Şərur rayon Kərimbəyli kənd sakini Zərərçəkmiş şəxs ilə ailə hayatı qurduğunu, Şamamanın həm də onun bacısı Gülizar Mehdiyevanın qızı olduğunu, onların evliliyindən 2 övladları Sabit və Əlinin olduğunu, Orxanın ailəsi ilə birlikdə onun yanında, Sərxan isə eyni həyətdə özünəməxsus evində ailəsi ilə birlikdə yaşadığını, tarixin yadında olmadığını, təxminən bu ilin oktyabr ayının əvvəllərində günorta saatlarında onun kəndlərində olan yas mərasimindən yaşadığı evə gəldiyini, evə çatanda gəlini Şamamanın ona mədəsinin ağrıdığını dediyini, onun ona ayran verdiyini, Şamamanın ayran içdikdən sonra həmin günü saat 4-ə qədər evdə yatdığını, axşam vaxtı isə yemək yeyən zaman Şamamanın narahat olduğunu gördüyünü və oğlanları Sərxan və Orxan ilə birlikdə Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, orada həkimlərin Şamamanın təzyiqini ölçdükdən sonra ona sistem köçürməsini bildirsələr də, Şamamanın onlara mədəm ağrıyır düzələcək dediyini və onların rayon xəstəxanasından evə gəldiklərini, həmin günü Şamamanın narahat olduğuna görə onların səhərisi günü böyük oğlu Sərxan ilə birlikdə Şamamanı Naxçıvan şəhər xəstəxanasına apardıqlarını, orada Şamamanı müayinə etdiklərini, həkimlərin ona müalicə yazdıqdan sonra onların evə getdiklərini, Şamamanın 15 gün onun yanında 15 gün isə anasının, yəni onun bacısı Gülizarın yanında qalaraq müalicəsini davam etdirdiyini, 2023-cü ilin noyabr ayının əvvələri onun Şamamanı anası Gülizargildən öz evlərinə gətirdiyini, Şamamanın bir gün onlarla birlikdə qaldığını, səhərisi günü Şamamanın ona mən burada qalmıram, anamgilə gedirəm dediyini, onun Şamamanı yenidən Kərimbəyli kəndinə anası Gülizargilə apardığını və öz evlərinə qayıtdığını, həmin günü qardaşı Firdovsinin ona zəng edərək ona Şamamanın evdə qalmamaq səbəbinin həmkəndliləri Təqsirləndirilən şəxs ilə əlaqəsinin olduğunu dediyini, bundan sonra onun Təqsirləndirilən şəxsla gəlini Zərərçəkmiş şəxs əlaqələrinin olduğunu, Şamamanın müxtəlif zamanlarda ona öz əxlaqsız fotoşəkillərini və videolarını göndərdiyini Vüsal ilə telefonda danışan zaman öyrəndiyini, Vüsalın Şamamanı həmin fotoşəkillər və videoları yaymaqla hədələdiyini və ondan yaşadığı evdən çıxmasını və həyat yoldaşından boşanmasını tələb etdiyini, bu məsələni bilən zaman onun, qızı Ruhəngiz və Sərxan ilə birlikdə Şamamanın atası evinə getdiklərini, evə gedən zaman orada bacısı Gülizar, qızı Şamama, qardaşı Firdovsi və onun arvadı Havayətin də orada olduqlarını, evə çatanda bacısı Gülizarın qızı Şamamaya ərin Orxan da bura gəlir, Orxana nə cavab verəcəksən bu nə məsələlərdir dediyini, Şamamanın həmkəndliləri Vüsalın onu hədələdiyini, ondan yaşadığı evdən çıxmasını və ümumiyyətlə həmin evdə yaşamamasını tələb etdiyini bildirdiyini, eyni zamanda Şamamanın Vüsalın onu boşanmağa məcbur etdiyini, boşanma ərizəsini yazıb ərizənin fotoşəkilini ona göndərməyi tələb etdiyini də bildirdiyini, sonra Şamamanın otaqdan çıxdığını, bir zaman səs-küyə otaqdan çıxıb evin hamamına tərəf getdiyini, orada onun Şamamanın qolunu mətbəxdən götürdüyü bıçaqla kəsdiyini gördüyünü, həmin vaxtı Şamamanın sol qolunun qanadığını, Şamamanın qolundakı koftası ilə qolunu tutduğunu və daha sonra onun biləyini bacısı Gülizarın bağladığını, onun bu məsələləri bildikdən sonra Şamamanı öz evlərinə gətirmədiyini və Şamamanın bir aya yaxın anası Gülizargildə qaldığını, həmin vaxtlar onun Təqsirləndirilən şəxsla telefonda söhbət etdiyini, ondan Şamama ilə əlaqəsini kəsməsini, onun fotoşəkillərini və videolarını silməsini xahiş etdiyini, lakin Vüsal onun xahişini qəbul etmədiyini, sonra Vüsalın Şamamanın əxlaqsız şəkillərini və videolarını oğlu Sərxana, Orxana və başqa şəxslərə göndərdiyini, buna görə də onun bu barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, bundan sonra Vüsalın onun qohumları vasitəsi ilə onu və övladlarını öldürməklə hədələdiyini və ondan ərizəsini geri götürməyini tələb etdiyini, hətta Vüsalın Türkiyədəki qardaşı qızı Simuzərə telefonla zəng edərək bibinə de şikayətini geri götürsün yoxsa atan Firdovsinin Kərimbəyli kəndindəki evini yandıracam, Firdovsini öldürəcəm deyərək qardaşı qızını da hədələdiyini, bunları ona İstanbuldan qardaşı qızı Simuzərin zəng edərək dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Zərərçəkmiş şəxs onun baldızı Gülizarın qızı olduğunu, 2023-cü ilin noyabr ayının əvvəllərində ögey qardaşı Vüsal ilə Şamamanın münasibətinin olduğunu eşitdiyini, təxminən 2023cü ilin noyabr ayının 5-10 arası yoldaşı Firdovsi ilə Gülizargilə getdiklərini, orada baldızlarının ona ögey qardaşı Vüsal ilə Şamamanın münasibətinin olduğunu, Vüsalda Şamamanın video və şəkillərinin olduğunu, hətta Vüsalın onlara Şamamanın şəkil və videolarını yayacağını ona dediklərini, məsələni bilən zaman çox utandığını, nə edəcəyini bilmədiyini, həmin vaxtı evdə söhbət gedən zaman orada olan qohumlarının Şamamaya sənin Vüsal ilə münasibətinin olmasını ərin Orxana deyəcəyik dediyini, bu vaxt Şamama ağlamağa başladığını, orada Şamamanın qolunu bıçaqla kəsdiyini gördüyünü, Şamamadan hansı səbəbə görə qolunu kəsdin deyə soruşduğunu, ona "nə olar ərim Orxana deməyin" dediyini, həmin gündən təxminən 2-3 gün sonra Vüsalın Şamamanın video və şəkillərini yaymağa başladığını, Vüsalın Şamamanın videolarını və fotoşəkillərini baldızı Səriyyəyə, Gülizara, Səriyyənin qızlarına, oğlu Sərxana və digər şəxslərə göndərdiyini, bunları bütün qohumlarından eşitdiyini, “Simi sən mənim səsimi at Vüsala qoy dinləsin, Vüsal sən məni yerin dibinə soxdun bu tayfada, gəlib məni qapımda salıb təpiyin altına döysəydin, bundan yaxşı idi, hamı ananın goruna, sənə yalvardıqca sənin ayağın yer aldı, indi heç kim heç nə deməyəcək, get nə edirsən et, əlindən nə gəlir et, Şamama gəlsin mənə nəbilim ne etsin, Şamamanı alıram, nəbilim nə edirəm, mən qurtarmadım, sən Əlvan uşaqdı niyə, Əlvan sənin uşağındı, sən Əlvanı mindirirsən maşına deyirsən sən öl kişi kimi söz verdim, qurtardı, nəbilim belədi elədi, nəbilim qurtardı,bir metr aralanan kimi deyirsən şeydi,adın qalıb tülkü, roldu deyir öldürürəm, ay nəbilim nə edirəm, gedirəm mamanın qəbrinin üstünə, ayıb olsun sənə, yekə kişisən, sən məni nə günlərə qoydun, sən məni pox elədin bu tayfada, ağzımı aça bilərəm, deyirlər qeyrətli qardaşın bu idi, mənə gördün nə etdi qeyrətli qardaşın, çəkilib oturmadın yerinə, heç kimdə bilmirdi, sənə Səriyyə yalvarır, Güllü yalvarır, Ruhəngiz yalvarır, Rahiyyə yalvarır sənin ayağın yer alır, yazıqlar olsun sənə, yazıqlar olsun, mən səni belə bilməzdim, az qalıram özüm özümü öldürəm utandığımdan”, “özünü az gicliyə qoysun, hamı ona pox tökəcək, yığışsın otursun yerinə, onun 15 yaşı yoxdu onun özü boyda oğlu var, Vüqar qız istiyir, bu məsləni bağlasın. Yazıqlar olsun ona” olan səs yazısını Şamamadan əl çəkməsi üçün Vüsala göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində Zərərçəkmiş şəxs onun xalası qızı olduğunu, Şamamanın həm də onun balaca qardaşı Orxanla ailə həyatı qurduğunu, onların evliliyindən 2 övladları olduğunu, təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində əri Nizaminin usta olduğuna görə qardaşı Orxangilin evlərində təmir-tikinti işləri gördüyünü, onunda qabaqdan qış gəlir deyə ona kömək etdiyini, onun Orxangildə olan zaman balaca bacısı Aysunun ona zəng edərək Şamama ilə həmkəndliləri Vüsalın münasibətinin olduğunu dediyini, onun məsələni eşidər eşitməz Aysuna bu məsələni heç kimə demə heç kim bilməsin əgər bilinsə biyabırçılıq olar dediyini, bu vaxt Şamamanın onlara çay gətirdiyini, onun Şamamanı otaqların birinə çəkərək ondan nə məsələdir deyə soruşduğunu, Şamamanın ağlayaraq ona Vüsalın onu uşaqları və əri ilə təhdid etdiyini dediyini və getdiyini, səhərsi günü yenidən Orxangilə gəldiyini, bu vaxt Şamamanın və anasının evdə ağladığını, onun onlara yenə nə məsələdir deyə soruşduğunu, bu vaxt Ruhiyyə bacısının ona Vüsal ilə Şamamanın əlaqəsinin olduğunu dediyini, həmin günü axşam tərəfi anası Səriyyənin, onun və qardaşı Sərxan ilə Şamamanın anası Gülizargilə getdiklərini, həmin günü səhərisi anası Səriyyənin Şamamanın anası Gülizargilə əvvəlcədən apardığını, xalası Gülizargilə gedən zaman orada Firdovsi dayısı və arvadı Havayətin də orada olduğunu, onların evə gedən zaman Şamamanın onları görüb yenə ağlamağa başladığını, orada söhbət edən zaman onun başı qarışıq olduğuna görə onun Şamamanın hara getməsini bilmədiyini və dayısı Firdovsi ilə birlikdə Şamamanın otağa daxil olduğunu, bu vaxt Şamamanın qolundan qan axdığını, onun Şamamaya küs olduğuna görə heç ayağa da qalxmadığını, Şamamanın qolunun anası Gülizarın sarıdığını, həmin vaxtı artıq Vüsalın Şamamanın videolarını və şəkillərini qohumlarına göndərdiyini, sonra onun qardaşı Sərxan ilə oradan çıxıb öz evlərinə gəldiklərini, həmin gündən bəri onun Şamamanı danışdırmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 19 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi həyat sirri olan seksual xarakterli foto videoları qanunsuz olaraq başqasına göndərməklə yaydığına görə Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 23 dekabr 2023-cü il tarixli 1931 nömrəli məktubunda bildirilmişdir ki, Şərur rayon Yengicə kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispenser qeydiyyatda dayanmır. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqində olan Yengicə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan gğrünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü intizamsız aparmışdır və kənd camaatı arasında özünə yaxşı hörmət qazanmamışdır. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqində olan 08 yanvar 2024-cü il tarixli əşyalara baxış protokolundan görünür ki, iş üzrə şahid X11 təqdim etdiyi telefona baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi +7916 ***-**-** nömrəsindən Zərərçəkmiş şəxs açıq-saçıq videoları və fotoşəkilləri göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqində olan 19 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqində olan 19 yanvar 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.1986-cı il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, işsiz, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 243-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 26 yanvar 2024cü il tarixli 5(110)-7/2024 saylı qərarından görünür ki, xx.xx.1986-cı il tarixdə doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, adına başqa nömrələrin olduğu halda həmçinin həmin mobil nömrələrə 01 may 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək olan müddət ərzində aparılan telefon danışıqlarının, sms yazışmalarının, həmçinin həmin mobil nömrələrin ünvanları göstərilməklə kimlərə məxsus olmasını müəyyən etmək üçün nömrə daşımaq xidmət nəzərə alınmaqla telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi təmin edilmişdir. Cinayət işinin 2-ci cildinin cildinin 73-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 43 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin cildinin 76-cı vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 44 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heç bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o Azərbaycan Respubllikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmüşdür. Təqsirləndirilən şəxs anlaqlıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin 2-ci cildinin 82-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 69 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş sensor ekran və “android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X32 10 Pro Max” markalı “M2101K6İ” modelli və “**********59154, **********9162” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “X32 10 Pro Max” markalı “M2101K6İ” modelli mobil smartfonun yaddaşında və “sim” danışıq kartlarında (kontaklar, zəng tarixçəsi, sms mesajlar, whatsapp azeplus2, instagram, tiktok, telegram, proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan silinmiş məlumatlar müəyyən olundu. Cinayət işinin 2-ci cildinin cildinin 139-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 152 nömrəli rəyindən görünür ki, Şərur rayon yengicə kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsi ilə müayinə olundu. Nəticə mənfi aşkar olundu. Cinayət işinin 2-ci cildinin 143-cü vərəqində olan mobil telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC” mobil rabitə operatoru tərəfindən göndərilmiş sorğu edilən nömrə məlumat sistemindən çıxarışlara xx.xx.2024cü il tarixli 3209 № li məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə 2 ədəd "Notepad" formatında, 3 ədəd excel formatında fayl olduğu,həmin fayllardan 3-də zənglərin detalları, 1-də sms-lər 1-də isə abunəçilər haqqında məlumatlar əks olunduğu, qeyd edilən 5 faylda ***-***-**-** saylı mobil nömrəsinə aid xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gələn-gedən zənglər və smslər barədə məlumatlar əks olunduğu, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsinə və bacısı qızı Simuzər Mehdiyevanın 090-***-***-**-** mobil nömrəsinə Zərərçəkmiş şəxs ərindən başanması, boşanmadığı təqdirdə tiktok platformasında Zərərçəkmiş şəxs aid videoların paylaşacağı ilə bağlı SMS göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 148-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/71 saylı rəyində göstərilir ki, təqdim edilmiş 01 ədəd DVD diskdə olan fotoşəkillər və videogörüntülər pornoqrafikdir. Cinayət işinin 2-ci cildinin 165-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 162 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə emosional gərginlik halında olmuşdur. Həmin halın yaranması Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməsi ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs hazırda fonu baş vermiş hadisələrlə əlaqədar olaraq aşağı səviyyədədir. Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyytlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmuş, lakin özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 175-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 163 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləminə yönəlməsi) daha yaxın olduğu, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində qayğıkeşlik, mehribançılıq və səmimilik kimi əlamətlər müşahidə olunduğu, Ş. Nəzərovanın hadisədən əvvəlki dövrdə biabır olma və qorxu ilə müşayiət olunan emosional gərginlik halında olduğu, həmin halın yaranmasının Ş.Nəzırovanın Təqsirləndirilən şəxs göndərdiyi şəxsinə aid foto və video görüntülərin Təqsirləndirilən şəxs tərəfindən yayılması və ailəsinin yanında biabır olması ilə şərtləndiyi, Zərərçəkmiş şəxs hadisə zamanı fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcəan vəziyyəti) halında olduğu,Zərərçəkmiş şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarkterini və mənsasını dərk etmək, bu və ya digər hadisəni qavramaq yadda saxlamaq qabiliyyətinə malik olduğu, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətlərinin müşahidə olunmadığı, lakin hadisə barədə müəyyən məlumatları özünü müdafiə etmək üçün təhrif etdiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 194-cü vərəqində olan 19 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişilik və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 156.1-ci və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddələrlə yenidən ittiham elan edilməklə qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 221 vərəqində olan istintaq zamanı "xxxx" MMC” mobil rabitə operatoru tərəfindən qərarın icrası ilə əlaqədar göndərilmiş sorğu edilən nömrə məlumat sistemindən alınmış xx.xx.2024-cü il tarixli 71 № li məktuba əlavə edilmiş bir ədəd diskə baxış keçirilmişdir.Baxış zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-** (deaktiv), ***-***-**- **, ***-***-**-** (deaktiv), ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrinin olduğu, aşkar edilmiş nömrələrin istifadəçi məlumatları qovluğuna daxil olduqda Zərərçəkmiş şəxs istifadə etdiyi ********** nömrə ilə Təqsirləndirilən şəxs aid mobil nömrələrlə 11 iyun 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək qarşılıqlı zəng mübadiləsi edildiyi müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 241-ci vərəqində olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən 2-ci qrup əlildir. Cinayət işinin 2-ci cildinin 243-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 290 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş predmet formasına, quruluşuna, qabarit ölçülərinə və s görə təsərrüfat sahəsində texniki məqsədlər üçün nəzərdə tutulmuş metal parçasıdır (armaturdur), soyuq silah hesab edilmir, üzərində təyintını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin tərkibinin olması təsdiqini tapsada, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığından ona qarşı heç bir şikayətinin olmadığını bildirdiyindən Şərur Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 1(110)-19/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxsin izahatını, şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi əsasən pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13- cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qanunvericiliyin bu tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ictimai mənəviyyata qəsd edildiyini, pornoqrafik materialları qanunsuz olaraq yaymasının cəmiyyətdə mənfi emosiyalar doğurmasını, onun şəxsiyyətini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə kifayət qədər əsasların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs“növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, eyni zamanda qalan ekspertiza tədqiqatlarının dəyəri olan 367 (üç yüz altmış yeddi) manat məbləğində pul alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ123601**********5944) hesabınaödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “X33 10 Pro” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, eyni zamanda qalan ekspertiza tədqiqatlarının dəyəri olan 367 (üç yüz altmış yeddi) manat məbləğində pul alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ123601**********5944) hesabına ödənilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şərur Rayon Məhkəməsinin inzibati binasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “X33 10 Pro” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra özünə qaytarılsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar