Məhkəmə qərarları › İş №1(110)-2/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-2/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-2/2022 07.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Şərur şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3 uşaq atası, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində 13 yanvar 2022-ci il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilən və hal-hazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Şərur şəhər sakini Təqsirləndirilən şəxs yaşayış evinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixində gecə saat 23:30 radələrində Şərur şəhər sakini Zərərçəkmiş şəxs evdə olmadıqlarını bilərək onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq yataq otağındakı şkafda olan əl çantasının içərisindən 64,71 (altmış dörd manat yetmiş bir qəpik) Azərbaycan manatına bərabər olan 350 (üç yüz əlli) türk lirəsini, 150 (bir yüz əlli) manat pul və həmin otaqda olan çəkməcənin içərisindən ümumi dəyəri 2575 (iki min beş yüz yetmiş beş) manat olan 02 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl klon, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl boyunbağı talayaraq Allahverdi Həsənova ümumilikdə 2789,71 (iki min yeddi yüz səksən doqquz manat, yetmiş bir qəpik) manat maddi ziyan vurmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində, 2021-ci ilin oktyabr ayının ortalarında Şərur şəhər kapitan Seyidov küçəsində olan 5-ci binanın məhəlləsində əvvəlcədən tanıdığı Akif Əsrar adlı şəxsin yas mərasimi keçirildiyini, həmin yas mərasimində iştirak etdiyini, mərasimdə olduğu zamanlarda həmin binanın 1-ci mərtəbəsində olan yaşayış evinin işıqlarının yanmadığını gördüyünü, həmin vaxtlarda cibində xərcləməyə bir qəpik də pulunun olmadığını, “həmin evdə yaşayan yoxdur, evin içərisinə daxil olsam oradan pul tapıb xərcləyə bilərəm” sözlərini fikirləşdiyini, buna görə də 15 oktyabr 2021-ci il tarixində gecə saat təqribən 23:30 radələrində, oğurluq etmək məqsədilə həmin binanın qarşısına gəldiyini, sahibinin kim olduğunu bilmədiyi, 5-ci binanın, 1-ci mərtəbəsində olan evin önündə bir ədəd plastik pəncərənin olmasını, həmin pəncərəni əli ilə itələdiyini, pəncərənin açıldığını, həmin pəncərədən içəri daxil olduğunu, evin içərisinin qaranlıq olduğunu, üzərində olan yandıranın işığı ilə otağa nəzər saldıqda həmin otağın yataq otağı olduğunu gördüyünü, otaqda böyük bir şkafın olduğunu, şkafın içərisini dağıtmadan sakitcənə axtardığını, şkafın sol gözündə bir qadın çantası tapdığını, çantanın içərisini axtaranda həmin çantada 350 (üç yüz əlli) türk lirəsi və 150 (bir yüz əlli) manat pul olduğunu gördüyünü və həmin məbləğləri götürdüyünü, sonra yataq otağında olan yataq dəstinin sol hissəsində ağ rəngli çəkməcənin onun diqqətini cəlb etdiyini, həmin çəkməcəni də axtarmağa başladığını, çəkməcədə rəngini xatırlaya bilmədiyi bir qutu tapdığını, həmin qutunun içərisində 02 ədəd üzük, 01 ədəd üzərində klon olan qolbaq, 01 ədəd boyunbağı və 01 cüt sırğa olduqlarını gördüyünü, qeyd olunan əşyaların hamısını qutudan çıxarıb götürdüyünü, sonra içəri daxil olduğu pəncərədən də çölə çıxıb evi tərk elədiyini, oğurladığı 350 türk lirəsini bazarda dəyərini xatırlamadığı məbləğdə manata çevirdiyini, həmin məbləği və digər oğurladığı 150 manatı birlikdə xərclədiyini, ancaq qızılları isə özündə saxladığını, qızılların onda olduğunu görən və bilən yeganə şəxsin bacanağı X24 olduğunu, ancaq onun qızılların oğurluq olduğunu bilmədiyini, tanışı olan Şərur şəhər sakini X15 ilə davamlı olaraq pul ilə nərd oynadığını, bir neçə gün içərisində ona 270 (iki yüz yetmiş) manat pul uduzmuş olduğunu, ancaq pulunun olmadığı üçün həmin məbləğin qarşılığında oğurladığı üzüyün bir ədədini Kərimə girov kimi saxlaması üçün verdiyini, oğurladığı boyunbağını isə bazarda çörək satan Türkan adlı qadına verib 50 manat borc pul almış olduğunu, təxminən bir ay bundan öncə Türkana olan 50 manat borcunu qaytarıb boyunbağını ondan geri aldığını, qolbağını isə təxminən 25 gün bundan öncə Şərur şəhərində Elxan adlı zərgərə 130 manata satmış olduğunu, bacanağı Vahid Cəfərovun ondan aliment borcunu ödəməsi üçün borc pul istədiyini, ona pulum yoxdur adam tapaq qızılları aparıb Türkiyədə satsın, həmin puldan sənə verərəm sözlərini dediyini, Vahidin ona Miryusif adlı şəxs vardır ona desək o aparıb qızılları Türkiyədə sata bilər sözlərini dediyini, 02 yanvar 2022-ci il tarixində təsadüfən Miryusif adlı şəxslə Şərur şəhərində yerləşən çayxanada görüşdüyünü, ona “özümə məxsus qızıllarım vardır, onları aparıb Türkiyədə sat əvəzinə sənə 50 manat pul verəcəm" sözlərini dediyini, qızılları 02 yanvar 2022-ci il tarixində Şərur şəhərində MirYusifə verdiyini, sonra Miryusiflə birlikdə Vahidi yanlarına çağırdıqlarını, MirYusifin həmin vaxt ona “benzin almağa pulum yoxdur” sözlərini dediyini, Vahidə “20 manat borc pul ver, qızılları satanda qaytaracam” sözlərini dediyini, Şərur rayon Sərxanlı kəndində yerləşən bacanağı Vahid Cəfərovun yaşadığı evə getdiklərini, Vahidin yaşadığı evdən 20 manat pul götürüb Miryusifə verdiyini, MirYusifin həmin pul ilə benzin aldığını, sonra Vahidi də götürüb Sədərək gömrüyünə getdiklərini, yolda gedərkən oğurladığı boyunbağıya 01 ədəd üzük, 01 ədəd klon və 01 cüt sırğanı düzüb həmin boyunbağını da Miryusifin boynuna gömrükdən keçirdəndə kimsə görməsin deyə bağladığını, gömrüyə çatdıqda, Miryusiflə birlikdə məntəqəyə yaxınlaşdıqlarını, məntəqədə pasportunu yoxlayan zaman ona pasportunun cəzalı olduğunu və keçə bilməyəcəyini bildirildiyini, sonra gömrükdə gözləyən Vahidin yanına getdiyini, Vahidin Miryusifə zəng vurduğunu, Miryusifin onlara mən Türk gömrüyündəyəm sözlərini dediyini, buna görə də Miryusifin Türkiyəyə getdiyinə əmin olduğunu, sonra Vahid ilə birlikdə maraq üçün “şir arxı” adlanan yerdə balıq tutanların yanına getdiklərini, balıq tutanların yanına çatan vaxtı polis əməkdaşlarının onları saxlayıb Şərur rayon polis idarəsinə dəvət etdiklərini, məhkəməyədək istintaq zamanı onun izahatında güya onu 11 yanvar 2022-ci il tarixində saxladıqlarını, bunun yalan olduğunu, amma onu 02 yanvar 2022-ci il tarixində saxladıqlarını, istintaq zamanı verdiyi izahatı imzalayarkən bunun fərqində olmadığını, həmçinin həmin ərəfədə polisin nəzarətində olduğunu, ehtiyyat etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərkən bunu məhkəmədə də bildirmədiyini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində ailədə 2 qardaş olduqlarını, böyük qardaşı X9 2021-ci ilin oktyabr ayında özünü asaraq intihar etmiş olduğunu, həmin gündən onun və ailəsinin valideynləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən həyət evində yaşadıqlarını, atası və anası tək qalmasınlar deyə özlərinə məxsus evə getmədiklərini, 15 noyabr 2022-ci il tarixində ünvan 2-də yerləşən evlərinə baş çəkmək qərarına gəldiklərini, həyat yoldaşı X11 ilə evə gəldiklərini, evin qapısının kilidini özündə olan açarla açıb içəri daxil olduqlarını, evə daxil olduqda evin içərisində hər hansı bir dağınıqlıq hiss etmədiklərini, sonra evdə bir sıra təmizlik işləri apardıqlarını, yataq otağında olan şkafda qadın çantasının içərisində saxladığı 350 (üç yüz əlli) türk lirəsini və 150 (bir yüz əlli) manat pulu götürmək məqsədilə şkafı açdığını, şkafdan çantanı götürüb açan zaman həmin çantada saxladığı pulların yerində olmadığını gördüyünü, dərhal yataq dəstinin yanında olan və içərisində ailə üzvlərinə məxsus qızıl zinət əşyalarının saxlanıldığı çəkməcənin yanına keçdiyini, həmin çəkməcəni açdığını və qızılların çəkməcədə olmadığını görüb yoldaşı ilə evdən yaşamadıqları dövrdə oğurluq hadisəsi olduğunu, ilk öncə valideynlərinə zəng vurub pul və qızılların evdən oğurlandığını bildirdiyini, valideynlərinin onlara əllərinizi heç bir şeyə vurmayın və polisə müraciət edin sözlərini dediklərini, dərhal 102 xidmətinə zəng vurub evindən oğurluq hadisəsinin baş verdiyini bildirdiyini, bir müddət sonra polis əməkdaşlarının yaşadığı evə gəldiklərini, polislər tərəfindən hal şahidlərinin iştirakçılığı ilə baxış keçirildiyini, evin müxtəlif istiqamətlərdən foto şəkilləri çəkildiyini, protokol tərtib edildiyini, sonra protokolun ucadan oxunduğunu, düzgünlüyünün imzalarla təsdiq edildiyini, 2022-ci ilin yanvar ayının 4-də Şərur Rayon Polis İdarəsinə dəvət edildiyini, həmin günü ona qızıl-zinət əşyaları təqdim edilərək ona məxsus olub-olmamasını soruşduqlarını, qızıl-zinət əşyalarına baxdıqda onun evindən götürülmüş qızıl-zinət əşyalarını təsdiq etdiyini, Şərur Rayon Polis İdarəsin yaşadığı evdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, eyni zamanda qızıl-zinət əşyalarının yarasız halda olduğunu, qızıl-zinət əşyalarının əvəzi olaraq zərər çəkmiş şəxsdən 4000 (dörd min) manat ödəməsini tələb etdiyini, zərər çəkmiş şəxs bundan imtina etdiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməsini bildirmişdir. 15 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X24 ifadəsində Şərur şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıdığını, 2014-ci il tarixində onun baldızı Gülşad Muradova ilə ailə həyatı qurduqdan sonra aralarında qohumluq əlaqələrinin yarandığını, həyat yoldaşı ilə bir sıra ailə daxili məsələlər üzündən aralarının soyumağa başladığını, nəticədə 2021-ci il tarixində rəsmi qaydada boşandıqlarını, məhkəmənin qərarı ilə aliment təyin olunduğunu, hər ay çətinliklə də olsa aliment pulunu ödədiyini, təxminən iki ay bundan öncə Şərur bazarında Nurlanla görüşdüyünü, həmin vaxt Nurlanın ona ovucunun içərisində qızıl zinət əşyaları göstərdiyini, Nurlandan həmin qızıl zinət əşyalarının haradan əldə etdiyini soruşduğunu, Nurlanın ona “qızılları özüm üçün almışam, gələcəkdə evlənəcəm" sözlərini dediyini, həmin vaxtdan onda qızıl zinət əşyalarının olduğunu bildiyini, son zamanlarda onun maddi imkanının yaxşı olmadığından aliment borcunu ödəyə bilmədiyini, aliment borcunun günü-gündən artdığını, 01 yanvar 2022-ci il tarixində Təqsirləndirilən şəxsla bazarın çayçısında olan zaman ona pula ehtiyacının olduğunu bildirərək ondan borc pul istədiyini, Nurlanın ona “sənə borc verməyə imkanım və pulum yoxdur, ancaq adam tap məndə olan qızılları verim ona aparıb Türkiyədə satsın” sözlərini dediyini, Nurlana “sənin də mənim də tanıdığım MirYusif adlı şəxs vardır, o həmin qızılları aparıb Türkiyədə sata bilər”sözlərini dediyini, Nurlanın da Miryusifi əvvəlcədən tanıdığı üçün özündə olan qızılların satılması üçün Miryusifə verilməsinə razılıq verdiyini, 11 yanvar 2022-ci il tarixində günorta saatlarında Nurlan ilə Miryusifin birlikdə onun yanına gəldiklərini, həmin vaxt Nurlanın ona “özümdə olan qızılları aparıb İğdırda satması üçün Miryusifə verəcəm" sözlərini dediyini, “ancaq Miryusifin benzin almağa pulu yoxdur, sən ona 20 manat borc pul ver, Miryusif qızılları satıb qayıdanda sənin borcunu qaytaracam" sözlərini dediyini, Nurlan və Miryusif birlikdə Miryusifin Şərur şəhərində yaşadığı ünvana getdiklərini, Nurlan ilə binanın önündə gözlədiklərini, Miryusifin evə qalxdığını, özünə məxsus sənədləri götürüb onların yanına qayıtdığını, sonra hər üçünün birlikdə Miryusifin avtomobili ilə Sərxanlı kəndində yaşadığı evə getdiklərini, evdən 20 manat pul götürüb Miryusifə verdiyini, sonra Zeyvə kəndində yerləşən yanacaq doldurma məntəqəsinə getdiklərini, orada Miryusifin idarə etdiyi avtomobilinə 20 manatlıq yanacaq doldurub Sədərək gömrük məntəqəsi istiqamətində yola düşdüklərini, yolda gedərkən Nurlanın özündə olan qızılları bir boyunbağıya düzdüyünü və həmin qızılları aparıb İğdır vilayətində satması üçün boyunbağını Miryusifin boynuna asdığını, Sədərək gömrük məntəqəsinə çatdıqda avtomobildən düşdüyünü, Nurlan ilə Miryusifin məntəqəyə tərəf getdiklərini, 20 dəqiqə keçdikdən sonra Nurlanın geri qayıtdığını və cəriməm olduğu üçün “mənə gömrüyü keçməyə icazə vermədilər" sözlərini dediyini, sonra Nurlan şir arxı deyilən yerə getdiklərini, orada Miryusif ilə telefonda danışdıqlarını, onun “mən artıq gömrüyü keçirəm" sözlərini dediyini, sonra Nurlan ilə şir arxı adlanan ərazidə bir müddət qaldıqdan sonra Şərur rayon polis idarəsinin əməkdaşlarının onların yanına gəldiklərini, polis idarəsinə dəvət edildiklərini, orada olarkan həmin qızılların Nurlan tərəfindən oğurlandığını bildiyini bildirmişdir. 29 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid Nuru oğlu ifadəsində 2021-ci ilin may ayından Şərur rayon Cəlikənd tam orta məktəbində mühavizəçi işlədiyini, 11 yanvar 2022-ci il tarixində yuxudan oyanıb səhər yeməyi yeyən zaman yoldaşının ona, Vahid adlı bir şəxsin evə gəlib səni soruşurdu sözlərini dediyini, evdə yemək yeyib qurtardıqdan sonra Şərur şəhərində yerləşən ət bazarının yanındakı çayxanaya getdiyini, orada təsadüfən əvvəlcədən tanıdığı Nurlan adlı şəxslə görüşdüyünü, Nurlanın ona bacanağım Vahidi görmüsən sualını verdiyini, Nurlana yox görməmişəm cavabını verdiyini, Nurlanın ona gedək Vahidin yanına sözlərini dedikdən sonra birlikdə Vahidin iş yerinə getdiklərini, orada Vahidin ona “bizdə bir az qızıl vardır, həmin qızılları Türkiyədə aparıb satmaq üçün sənə verəcəyik, qızılları satıb gəldikdən sonra sən də 50 manat pul alacaqsan”sözlərini dediyini, sonra onlara yanacaq almağa pulum yoxdur sözlərini dediyini, Nurlanın Vahidə “sən 20 manat borc pul ver qızılları satandan sonra sənin pulunu qaytaracam” sözlərini dediyini, Nurlan və Vahidlə birlikdə ona məxsus avtomobillə Vahidin Şərur rayon Sərxanlı kəndində yaşadığı evə getdiklərini, Vahidin ona məxsus avtomobildən düşüb yaşadığı evə getdiyini, bir müddət sonra evdən 20 manat pul gətirib ona verdiyini, birlikdə Zeyvə kəndinin üzərində yerləşən yanacaq doldurma məntəqəsinə getdiklərini, orada həmin 20 manata yanacaq götürdüyünü, sonra Sədərək gömrüyünə getdiklərini, yolda olan zaman Nurlanın 01 ədəd üzüyü, 01 cüt sırğanı, 01 ədəd klonu 01 ədəd boyunbağıya düzüb onun boynuna asdığını, sonra telefonuna kontur yüklədiyini və ona Türkiyəyə çatanda bizə çağrı atarsan sözlərini dediyini, həmin qızılların oğurluq olduğundan şübhələndiyini, ancaq həmin vaxt bu barədə polisə məlumat verməsinin mümkün olmadığını, gömrük məntəqəsinə çatan vaxt Nurlanın pasportunun cəzalı olub-olmadığını yoxlatdırdığını, onun pul cəriməsi olduğu üçün gömrüyü keçməsinə icazə verilmədiyini, sonra Nurlanın gömrük məntəqəsindən uzaqlaşdığını, Nurlanın onun yanından uzaqlaşan kimi dərhal Şərur rayon Cəlilkəndinin polis sahə müvəkkili vəzifəsində işləyən Həsrət müəllimə zəng vurduğunu, ona Nurlanın Türkiyəyə aparıb satmaq üçün qızıl əşyalarının verdiyini və həmin qızılların oğurluq olduqlarından şübhələndiyini bildirdiyini, bir müddət sonra xatırlamadığı üçün ya Nurlandan, yada Vahiddən zəngin gəldiyini, gömrüyü keçib-keçmədiyini soruşduqlarını, onun gömrüyü keçmişəm cavabını verdiyini, sonra Şərur şəhər ərazisində Həsrət müəllim ilə görüşdüyünü, onunla birlikdə Şərur rayon polis idarəsinə gələrək Nurlanın ona satmağı üçün verdiyi qızıl zinət əşyaların polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. 29 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid Seyidov Həsrət Hüseyn oğlu ifadəsində 1991-ci il tarixində Şərur şəhər 1 saylı orta məktəbinə daxil olduğunu, həmin məktəbi 2002-ci il tarixində bitirdiyini, həmin ili də Naxçıvan Dövlət Universitetinin Bədən Tərbiyəsi fakültəsinə daxil olduğunu, həmin fakültəni 2006-cı il tarixində bitirmiş olduğunu, 2006-2007-ci il tarixlərində hərbi xidmətdə olduğunu, 2014-cü ilin yanvar ayından Naxçıvan MR DİO-da işə qəbul olunduğunu, 2018-ci il tarixindən Şərur rayon Cəlilkəndində polis sahə inspektoru işlədiyini, Şərur rayon Yengicə kənd sakini Şahid 2021-ci ilin sonlarından etibarən Şərur rayon Cəlilkənd orta məktəbində gözətçi kimi işlədiyini, bu müddət ərzində onların arasında sıx münasibətlərin yaranmağa başladığını, Şahid ondan heç bir söz gizlətmədiyini, hər hansı bir problemi olan zaman gəlib ona danışdığını, 11 yanvar 2022-ci il tarixində günorta saatlarında Şahid ona zəng vuraraq onda qızıl zinət əşyalarının olduğunu və həmin qızıl zinət əşyalarının oğurluq olduqlarından şübhələndiyini bildirdiyini, Miryusifə qızıllara baxmaq istədiyini, ona görə də onun təcili olaraq Şərur rayon Cəlilkəndinə gəlməsini bildirdiyini, Şahidla Cəlilkəndində görüşdüklərini, Miryusifin ona 01 ədəd üzük, 01 ədəd klon, 01 ədəd boyunbağı və 01 cüt sırğa göstərdiyini, ondan həmin qızılların haradan əldə etdiyini soruşduğunu, Şahid ona göstərdiyi qızıl zinət əşyalarının Şərur şəhər sakini Təqsirləndirilən şəxs aparıb İğdır şəhərində baha qiymətə satması üçün onun boynuna asdığını bildirdiyini, dərhal bu barədə idarə rəhbərliyinə məruzə etdiyini, Şahidla birlikdə Şərur rayon polis idarəsinə gəldiklərini, orada Şahid özündə olan 01 ədəd üzüyü, 01 ədəd klonu, 01 ədəd boyunbağını və 01 cüt sırğanı istintaq orqanına təhvil verdiyini, Şahid Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, Miryusifin ona Təqsirləndirilən şəxs və onun keçmiş bacanağı X14 hal-hazırda Sədərək rayonunda olan gömrük məntəqəsinin yaxınlığında onu gözlədiklərini dediyini, iş yoldaşı ilə birlikdə özünə məxsus avtomobillə Sədərək rayonuna getdiklərini, həmin rayon ərazisində olan Şir arxı deyilən yerdə Təqsirləndirilən şəxs və Vahid Cəfərovun saxlanılaraq Şərur rayon polis idarəsinə gətirdiklərini bildirmişdir. 29 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X20 ifadəsində təxminən 3-4 ay olar ki, Şərur şəhərində yerləşən ticarət mərkəzində qızıl-zinət əşyalarının təmiri ilə məşğul olduğunu və əldə etdiyi qazancla ailəsini dolandırdığını, Şərur şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, 25 dekabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs bazarda olarkən onun yanına gəldiyini, ona 01 ədəd qızıl qolbağı göstərib həmin qolbağının özünə aid olduğunu və satmaq istədiyini bildirdiyini, Nurlandan həmin qolbağını neçəyə satmaq istədiyini soruşduğunu, Nurlanın ona özün tərəzidə çək qramla pulunu ver sözlərini dediyini, qolbağını tərəzidə çəkdiyini, çəkisinin 2 qr 700 mqr olduğunu, qramını 50 (əlli) manatdan hesablayaraq Nurlana 130 (bir yüz otuz) manat pul verib qızıl qolbağını ondan aldığını, Nurlanın tutulduğunu eşitdiyini, ona görə də həmin qolbağını könüllü sürətdə gətirib polisə təhvil vermək qərarına gəldiyini bildirmişdir. Təqribən həmin hadisədən 20 gün sonra Şərur şəhərində yerləşən ticarət mərkəzində olarkən bir nəfər qadının ona yaxınlaşaraq Nurlanın anası olduğunu, “Nurlanın sənə satdığı qızılın pulunu sənə vermək üçün gətirmişəm" dediyini, ona 130 (bir yüz otuz) manat pul verərək çıxıb getdiyini bildirmişdir. 13 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X15 ifadəsində Şərur şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıdığını, aralarında yaxşı münasibətlərin olduğunu, boş vaxtlarında Təqsirləndirilən şəxsla pul ilə nərd oynayıb vaxtlarını keçirdiklərini, 24 dekabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs ona pul ilə nərd oynamağı təklif etdiklərini, Nurlana üzərində pul varsa oynayaq yoxdursa oynamayaq sözlərini dediyini, həmin vaxt Nurlanın cibindən bir üzük çıxartdığını və “bu mənim nişan üzüyümdür 100 ( bir yüz) manat qiyməti vardır” sözlərini dediyini, sonra nərd oynamağa başladıqlarını, Nurlanın ona 100 manat pul uduzduğunu, həmin uduzduğu məbləğin qarşılığında da üzüyü ona verdiyini, səhəri günü Nurlanın onun yanına gələrək sənə verdiyim üzüyün qiyməti 500 ( beş yüz) manatdır sözlərini dediyini, yenə də pul ilə nərd oynamağa başladıqlarını, oyunda Nurlandan əlavə 170 (bir yüz yetmiş) manat pul udduğunu, Nurlanın ona 270 (iki yüz yetmiş) manat pul uduzmuş olduğunu, oyun qurtardıqdan sonra Nurlanın ona “mənim sənə 270 (iki yüz yetmiş) manat borcum oldu, ancaq indi pulum yoxdur ki, borcumu qaytarım, ona görə də üzük səndə qalsın pulum olanda uduzduğum pulu qaytarıb üzüyü səndən geri alacam” sözlərini dediyini, həmin vaxtdan Nurlanın ona olan borcunu qaytara bilmədiyi üçün üzüyün onda qaldığını, həmin gündən də üzüyü özündə saxladığını, sonra həmin üzüyü polisə təqdim etdiyini bildirmişdir. 13 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X4 ifadəsində təxminən 6 ildir ki, Şərur şəhərində olan ticarət mərkəzinin girişində çörək və şirniyyat məhsulları satıb ailəsini dolandırdığını, 2021-ci ilin dekabr ayının ilk günlərində bazarda olan zaman həmin bazarın tualetini işlədən Arif kişinin oğlu Səfər adlı şəxsin onun yanına gəldiyini, Səfərin ona mənə pul lazımdır, səndə varsa 100 manat borc pul ver yaxın günlərdə qaytaracam sözlərini dediyini, həmin günü Səfərə məndə olan pul malın puludur, onu da sənə verə bilmərəm sözlərini dediyini, Səfərin də ona, sən mənə inanmırsan sözünü dediyini, sonra Səfərin ona mən sənə qızıl verim saxla, sən də əvəzində mənə 100 manat borc pul ver, borcumu qaytaran zaman qızılı səndən alaram sözlərini dediyini, Səfərə eybi yoxdur, qızılı gətirib verəndə mən də sənə borc pul verərəm sözlərini dediyini, Səfərin həmin günü 01 ədəd boyunbağı gətirib ona verdiyini, ancaq Səfərə həmin günü pul verməyib ona səhəri gəlib götürərsən sözlərini dediyini, səhəri günü Səfərin yenə bazarda olan zaman onun yanına gəldiyini, Səfərə 100 manat borc pul verdiyini, Səfər pulu alıb çıxıb getdiyini, təxminən 2021-ci ilin dekabr ayının sonlarında əvvəlcədən tanıdığı Zeynəb adlı qadının tanımadığı bir cavan oğlan ilə birlikdə onun yanına gəldiyini, ona "60 manat pul verib bu pulu götür, səndə olan qızılı mənə ver" sözlərini dediyini, ona “mən qızılı səndən almamışam, Səfərdən almışam, özüdə Səfərə 100 manat borc pul vermişəm, Səfər pulumu gətirsin mən də ona qızılı qaytarım” sözlərini dediyini, həmin vaxt Səfərə zəng vurub ona Zeynəbin 60 manat pul gətirdiyini və qızıl boyunbağını istədiyini bildirdiyini, Səfərin ona “sən pulu götürmə, qızılı da Zeynəbə vermə, mən özüm sənin pulunu gətirib, qızılı səndən götürəcəm" sözlərini dediyini, sonra Zeynəb və onun yanında gələn oğlanın çıxıb getdiklərini, Səfərin səhəri günü 100 manat borca götürdüyü pulu gətirib ona qaytardığını, özündə saxladığı boyunbağını 2-3 gün sonra Səfərə qaytardığını bildirmişdir. 13 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X16 ifadəsində Şərur şəhərində doğulub boya-başa çatmış olduğunu, hal-hazırda Şərur şəhərində toyuq bazarı adlanan ərazidə çay sataraq özünü dolandırdığını, Şərur şəhər sakini olduğu üçün Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanımış olduğunu, onların aralarında yaxın münasibətlərin olduğunu, Təqsirləndirilən şəxs nə vaxt çətinliyə düşdüyündə gəlib ondan kömək istədiyini, 2021-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yanına gəldiyini və ona bir ədəd boyunbağını verərək borc pul tapmağını bildirdiyini, Təqsirləndirilən şəxs onun uşaqlıq dostu olduğu üçün ona köməklik etmək fikrinə düşdüyünü, buna görə də Nurlanın ona vermiş olduğu boyunbağını da götürüb əvvəlcədən tanıdığı Şərur şəhər bazarında çörək və şirniyyat məhsulları satan X1 yanına getdiyini, ona boyunbağını göstərərək pul lazımdır, bu boyunbağı səndə qalsın, əvəzində mənə 100 (bir yüz) manat borc pul ver sözlərini dediyini, Türkanənin ondan boyunbağını alıb, “səhər gələrsən sənə borc pul verərəm, nə vaxt borcunu qaytarsan onda boyunbağını da sənə qaytararam” sözlərini dediyini, səhəri günü Türkanənin yanına getdiyini, ondan 100 (bir yüz) manat borc pul aldığını, sonra Təqsirləndirilən şəxs ilə bazarda görüşüb, pulu ona verdiyini, 2021-ci ilin son günlərində, Türkanə Məmmədovanın ona zəng vuraraq əvvəldən tanıdığı Şərur şəhər sakini Zeynəb adlı qadının tanımadığı bir cavan oğlanla birlikdə onun yanına gəldiyini, ona 60 (altmış) manat pul verib boyunbağını aparmaq istədiklərini bildirdiyini, Türkanə Məmmədovaya “boyunbağını həmin şəxslərə vermə, sabah gəlib səndən götürdüyüm 100 (bir yüz) manat borc pulu sənə qaytarıb, boyunbağını da səndən alıb gedəcəm” sözlərini dediyini, səhəri günü Təqsirləndirilən şəxs ilə Şərur şəhərində yerləşən ət bazarının yanında görüşdüyünü, ona sən hansı səbəblə Türkanənin yanına gedib ondan boyunbağını istəmisən sözlərini deyərək ona iradını bildirdiyini, Təqsirləndirilən şəxs ona səhv etdiyini etiraf edərək, 100 (bir yüz) manat pul verəcəyini və boyunbağını ondan geri qaytarmağını istədiyini, həmin günü də bazarda olan zaman Təqsirləndirilən şəxs ona 100 (bir yüz) manat pul gətirib və apar Türkanəyə olan borcu qaytar və boyunbağını ondan geri al sözlərini dediyini, həmin məbləği Türkanə Məmmədovaya bazarda olan zaman verdiyini, iki-üç gün sonra isə Türkanənin onda olan boyunbağını geri verdiyini, həmin boyunbağını Təqsirləndirilən şəxs özünə qaytardığını, 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs oğurluq törətdiyi üçün məsuliyyətə cəlb olunduğu xəbərini eşitdiyini bildirmişdir. 13 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X7 ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, Nurlanın həyat yoldaşından ayrıldığını, 30 dekabr 2021-ci il tarixdə Nurlanın övladlarının onun evinə gəldiyini, “Yeni il” bayramını birlikdə qeyd etdiklərini, 02 yanvar 2022-ci il tarixdə X14 Nurlanı çağırıb apardığını, həmin gün Nurlana dəfələrlə zəng vurduğunu, lakin telefonuna zəng çatmadığını, həmin gün gecə saat 23:00 radələrində Vahidin ona zəng edərək Nurlanın tutulduğunu bildirdiyini, növbət gün Nurlanın keçmiş həyat yoldaşı Zeynəb Əsgərovanın ona zəng edərək Nurlanın tutulması barədə ondan soruşduğunu, o da cavabında Nurlanın həqiqətən tutulduğunu bildirdiyini, daha sonra Şərur rayon Polis İdarəsinə getdiyini, orada Nurlanın oğurluq etdiyi üçün tutulduğunu öyrəndiyini bildirmişdir. 13 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində 2018-ci il tarixində Şərur şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş olduğunu, onların nigahlarından bir övladlarının olduğunu, ailəliklə birlikdə ünvan 2 ünvanında yaşadıqlarını, 2021-ci ilin oktyabr ayında qaynı X9 özünü asaraq intihar etdiyini, həmin vaxtdan 08 yanvar 2022-ci il tarixinədək ailəliklə qaynatası Fazil Həsənova məxsus evdə onlarla birlikdə yaşadıqlarını, 08 yanvar 2022-ci il tarixində ünvan 2 ünvanında olan evlərinə getdiklərini, yoldaşı Zərərçəkmiş şəxs evin giriş qapısının kilidini özündə olan açarla açdıqdan sonra içəri daxil olduqlarını, evə daxil olduqdan sonra evə nəzər saldıqlarını, evdə hər şeyin qaydasında olduğunu, hər hansı bir dağıntı, sındırma kimi əlamətlərin olmadıqlarını, ilk öncə evin havasını dəyişmək üçün pəncərələri açdığını, sonra evdə təmizlik işləri aparmağa başladığını, bir müddət keçdikdən sonra yoldaşı Zərərçəkmiş şəxs ona həyacanlı bir şəkildə evdə olan pulların və qızılların yerində olmadıqlarını bildirdiyini, ona inanmadığını, pulların və qızıl-zinət əşyalarının saxlanıldığı yerlərə baxdığını, həqiqətən də pulların və qızıl-zinət əşyalarının saxlanıldığı yerlərdə olmadıqlarını gördüyünü, evdə olmadıqları dövrdə naməlum şəxs vəya şəxslər tərəfindən evdən oğurluq hadisəsinin baş verdiyini, buna görə də yoldaşının valideynlərinə zəng vuraraq məlumat verdiyini, valideynlərinin onlara əllərinizi heç bir şeyə toxundurmayın və polisə zəng vurun sözlərini dediklərini, yoldaşı Allahverdinin dərhal 102 xidmətinə zəng vurub evdə oğurluq hadisəsinin baş verdiyini bildirdiyini, bir müddət sonra polis əməkdaşlarının onların yaşadığı evə gəldiklərini, polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakçılığı ilə evə baxış keçirildiyini, evin müxtəlif istiqamətlərdən foto şəkillərinin çəkildiyini və bu barədə protokol tərtib edildiyini, sonra protokolun ucadan oxunduğunu və düzgünlüyünün imzalarla təsdiq edildiyini, bir neçə gün keçdikdən sonra yaşadıqları evdən oğurluq edən şəxsin Şərur şəhər sakini Təqsirləndirilən şəxs olduğu və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi xəbərini eşitdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 11 yanvar 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Şərur rayon Polis şöbəsinin müstəntiqi Şərur Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı X10 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur şəhər sakini Zərərçəkmiş şəxs evindən oğurluq olması ilə bağlı Şərur rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar omuşdur. Cinayət işinin 1-ci cildinin 32-ci vərəqində olan 11 yanvar 2022-ci il tarixdə Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 68-ci vərəqində olan 13 yanvar 2022-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 97-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, 1993-cü il təvəllüdlü Şərur şəhər sakini Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqində olan 19 yanvar 2022-ci il tarixili əşyaların tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, istintaq zamanı aşkar olunaraq götürülmüş 1dən 7-dək nömrələnmiş şəkildə olan zərgərlik məmulatlarının Zərərçəkmiş şəxs oğluna və onun həyat yoldaşı X6 məxsus olub-olmamasını aydınlaşdırmaq məqsədilə həmin məmulatlar onlara təqdim edilmişdir. Zərərçəkmiş şəxs və Əfsanə Həsənova təqdim edilən zərgərlik məmulatlarının onlara məxsus olduqlarını bildirmişlər. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqində olan cinayət işi üzrə 28 yanvar 2022-ci il tarixdə 06 adda qızılı zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli 25 nömrəli Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 06 ədəd qızıl zinət əşyalarının 2021-ci ilin oktyabr ayında ümumilikdə orta bazar qiymətini 2575 (iki min beş yüz yetmiş beş) manatdır. Həmin ekspert rəyi 21 yanvar 2022-ci il tarixli qərarla sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin məhkəmə-narkoloji ekspert komissiyasının 10.02.2022-ci il tarixli 15 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs epizodik qəbul opioid narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 161-ci vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 10.02.2022-ci il tarixli 14 saylı rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmiri və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, Şərur şəhər sakini X3 şəhəri, Nizami küçəsi, ev 06/A ünvanında yaşayır, ailə üzvləri-anası, ögey bacısı və ögey qardaşından ibarətdir. Cinayət işinin 1-ci cildinin 171-ci vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ilin iyul ayından 2013-cü ilin yanvar ayınadək hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs olu hərbi xidmətdan qayıtdıqdan sonrakı dövr ərzində heç bir ictimai işdə fəallıq göstərməmişdir. Təqsirləndirilən şəxs yaşadığı məhəllədə qonşularla səmim münasibətdə olmamış, xeyir-şər məclislərinə köməklik etməmişdir. Təqsirləndirilən şəxs həmyaşıdları və Şərur şəhər əhalisi arasında nüfuza malik deyil. Cinayət işinin 1-ci cildinin 172-ci vərəqində olan 21 fevral 2022-ci il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında aktdan görünür ki, ********* saylı cinayət işi üzrə zəzərçəkmiş şəxs qismində tanınmış Şərur şəhər sakini Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan qismində ümumilikdə 215 (iki yüz on beş) manat pul Şərur rayon Polis İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 182 vərəqində olan 28 fevral 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 06 adda zərgərlik məmulatları və Zərərçəkmiş şəxs yaşadığı evdən götürülmüş tünd boz rəngli qadın əl çantası ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla müəyyən edilir ki, Şahid 02 yanvar 2022-ci il tarixdə Türkiyə Respublikasına getmək üçün Sədərək gömrük məntəqəsindən keçmişdir. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqində olan 04 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona yenidən ittiham elan edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs özgəsinin yaşayış evinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərər çəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxsin izahatını, şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü tam təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etməklə, onun 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsərləndirilən şəxs Təqsirləndirilən şəxs azadlığının 11 yanvar 2022-ci il tarixdən deyil, 02 yanvar 2022-ci il tarixdən faktiki məhdudlaşdırıldığı müəyyən edilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla müəyyən edilir ki, Şahid 02 yanvar 2022-ci il tarixdə Türkiyə Respublikasına getmək üçün Sədərək gömrük məntəqəsindən keçmişdir ki, məhz onun müraciəti əsasında həmin gün Təqsirləndirilən şəxs Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Eyni zamanda cinayət işi üzrə zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsərləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid təqsərləndirilən şəxsin anası X2 izahatları ilə də təqsərləndirilən şəxs Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 02 yanvar 2022-ci il tarixdən məhdudlaşdırıldığı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin cinayət işi üzrə maddi sübutlar olan və Mərkəzi Bakın Naxçıvan MR İdarəsinin saxlanc yerində saxlanılan 06 adda zərgərlik məmulatları, yəni 02 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl klon, 01 ədəd qızıl qolbaq, 01 ədəd qızıl boyunbağı və Şərur Rayon Məhkəməsində saxlanılan Zərərçəkmiş şəxs yaşadığı evdən götürülmüş tünd boz rəngli qadın əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərmişdir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 02 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Mərkəzi Bakın Naxçıvan MR İdarəsinin saxlanc yerində saxlanılan 06 adda zərgərlik məmulatları, yəni 02 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl klon, 01 ədəd qızıl qolbaq, 01 ədəd qızıl boyunbağı və Şərur Rayon Məhkəməsində saxlanılan Zərərçəkmiş şəxs yaşadığı evdən götürülmüş tünd boz rəngli qadın əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işində mülki iddianın olmaması nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona vurmuş zərəri Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar