Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-2/2023 14.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə islas katibliyi, Xüsusi ittihamçı X5, təqsirləndirilən şəxs X1 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayət ərizəsilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci ildə Şərur rayon Cağazir kəndində doğulmuş, Şərur rayon Gümüşlü kəndində qeydiyyatda duran və yaşayan X1 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında şikayət ərizəsində bildirmişdir ki, X6 ilə 2014-cü il tarixdə ailə qurublar, aralarındakı mübahisələrə görə nikahları Şərur Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(110)-10/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından iki uşaqları – xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikahları pozulduqdan sonra bugünə qədər Vurğun Allahverdiyev dəfələrlə ona qarşı nalayiq ifadələr işlətmiş, onun haqqında müxtəlif şəxslərə yalan və böhtan xarakterli məlumatlar vermişdir. O bir neçə dəfə bununla bağlı Şərur Rayon Məhkəməsinə müraciət etmiş, lakin Vurğun Allahverdiyev bu əməllərindən əl çəkəcəyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmə tərəfindən işə xitam verilmişdir. Hal-hazırda Vurğun Allahverdiyev yenə öz hərəkətlərinə davam edir. 2023-cü ilin fevral ayının 23-də X15 kənd məktəbinə uşaqlarını görməyə gedib, orada məktəbin direktoru X7, bibisi X12, məktəbin işçisi X4 və məktəbdə katibə işləyən Vəliyeva Əminənin yanında uşaqlara onun əxlaqsızlıq etdiyini, bir neçə kişi ilə münasibətinin olduğunu deyib. Uşaqlar bundan qorxaraq çox ağlayıb. 2023-cü ilin fevral ayının 1-də Şərur rayon Təhsil şöbəsinin müdiri Malik müəllim Aytən Bağırovanın işlədiyi məktəbin direktoruna məlumat verib ki, Vurğun Təhsil nazirliyinə şikayət edib, təhsil şöbəsinə gedib deyib ki, əlində Aytənə aid səs yazısı var, onu işdən çıxarın, çıxarmasanız internetdə, sosial şəbəkələrdə yayımlayacağam deyərək, şantaja baş vurub. X19 MR Təhsil nazirliyinə gedib, orada ona Vurğunun həqiqətən onlara bu barədə müraciət etdiyini deyiblər. Şərur rayon Təhsil şöbəsini müdiri Malik müəllim onu yanına çağıraraq, Vurğunun onun haqqında dediyi sözlərdən sonra Şərur rayonu ərazisində əxlaqsız biri kimi tanıtdığını, Vurğunun onun sürücüsünə belə onun haqqında çirkin sözlər dediyini bildirmişdir. Cəmiyyət içində onun haqqında yalan və böhtan xarakterli çirkin sözlər danışır, onun adına ləkə yaxır xx.xx.2023-ci il tarixdə xüsusi ittihamçı X8 məhkəməyə ərizə ilə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətlə məhkəməyə müraciət etdiyini, uşaqlarının xətrinə, onların gələcəyi üçün hal-hazırda şikayətindən imtina etdiyini, Allahverdiyev Vurğun barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətindən imtina etməsi barədə ərizəsini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X6 ərizə ilə bağlı etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi ərizə ilə bağlı etirazının olmadığını bildirmişdir Məhkəmə, prosess iştirakşılarını dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir; - 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); - 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir; - 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Beləliklə də, məhkəmə qeyd edilənləri rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham aydasında şikayət üzrə tərəflər barışdığından, xüsusi ittihamçı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyindən, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 43.1.2, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-2/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-2/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver