Məhkəmə qərarları › İş №1(110)-20/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-20/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-20/2024 18.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs56, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs46 iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1961-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, evli, 2 uşaqlı, orta təhsilli, azərbaycanlı, Şərur rayon Qaz İstismarı İdarəsində nəzarətçi-çilingər vəzifəsində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, halhazırda Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 aprel 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB “Naxçıvan” Filialı rəisinin 01 iyul 2010-cu il tarixli, 230 nömrəli əmri ilə X5 təsərrüfatının nəzarətçisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən, 2023-cü ilin yanvar ayından başlayaraq Şərur rayonunun Düdəngə kənd sakini Şahid mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş “Şərur Ticarət Mərkəzi”nin qaz qurğuları və qaz cihazlarına nəzarət etmək vəzifəsi ona həvalə olunmuşdur. O, təyin olunduğu vəzifənin icrası ilə əlaqədar vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək “Qazdan istifadə qaydaları”nın 2.7-ci, “Azərbaycan Respublikasından yanğın təhlükəsizliyi qaydaları”nın 7.8-ci, “Qaz istismar idarəsinin nəzarətçi-çilingərinin vəzifə təlimatı”nın 1,2,8,10,11 və 12-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 və 9.240-cı, həmçinin “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 8.10-cu bəndlərinin tələblərini kobud surətdə pozub, ticarət mərkəzinə və qaz sayğacı qoyulan vaxtdan ticarət mərkəzində olan qaz avadanlığına texniki baxış keçirməmiş, qaz sızmasının olub-olmamasını yoxlamamış, həmçinin qaz xəttinin üzərindəki yarımdövrəli qaz kranının işlək olub-olmadığını yoxlamamış və müvafiq akt tərtib etməmişdir. Təqsirləndirilən şəxs işinə laqeyd münasibəti nəticəsində yuxarıda göstərilən xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən ticarət mərkəzinin sağ tərəfində yerləşən bölməsinin tavanında quraşdırılmış “kalorifer” tipli istilik ixrac edən qurğuya çəkilmiş qaz xəttinə birləşdirilmiş yarımdövrəli qaz kranının bağlandıqdan sonra tam qapanmaması vaxtında aşkar olunmamış, qaz kranının daxilidə olan dairənin boş olması səbəbindən xx.xx.2023-cü il tarixdə qaz kranından keçən metan qazı “kalorifer” tipli istilik ixrac edən qurğuya, oradan isə ticarət mərkəzinin sağ tərəfində yerləşən bölməsinə dolmuş və partlayış konsentrasiyalı qaz-hava qarışığı əmələ gəlmiş, həmin gün saat 05:45-də ticarət mərkəzində mühafizəçi işləyən, Şərur rayon Xanlıqlar kənd sakini X25 giriş qapısının yanındakı elektrik qutusundan xətti elektrik cərəyanına birləşdirərək ticarət mərkəzinin qapalı hissəsinə elektrik ötürərkən yaranan qığılcımın təsirindən partlayış konsentrasiyalı qaz-hava qarışığı alışmış və partlayışla müşayiət olunan yanğın baş verməsi nəticəsində ticarət mərkəzinin binasının 1307 m2 hissəsi yanaraq həmin ticarət mərkəzinə 208.168,61 (iki yüz səkkiz min yüz altmış səkkiz manat altmış bir qəpik) manat, ticarət mərkəzinin yanğın baş verən hissəsində müxtəlif adda əmtəələrin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs39 300 manat, dərzi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs7 2696 manat və Zərərçəkmiş şəxs19 1900 manat, habelə ticarət mərkəzinin yanğın baş verən hissəsində yerləşən mağaza və piştaxtalarda müxtəlif malların satışı ilə məşğul olan vətəndaşlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 Muxtər oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs51 Sadiq oğlu, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs54, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs56, Zərərçəkmiş şəxs57, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs59, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs61 və Zərərçəkmiş şəxs62 aid müxtəlif adlarda mallar yanaraq ayrı-ayrılıqda onların hər birinə dəyəri müəyyən edilə bilməyən məbləğdə maddi ziyan dəyməklə, həmin şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərərin vurulmasına səbəb olmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, 2010-cu ildən Şərur rayon Qaz İstismarı İdarəsində nəzarətçi-çilingər vəzifəsində işlədiyini, həmin ərazidə qaz sayğaclarına baxdığını, həmin qaz sayğaclarına baxdığı müddətdə heç bir problem aşkar olmadığı, qaz sızması olduğu vaxtda onlara məlumat verdiklərini, lakin ona heç bir məlumatın verilmədiyini, vintillərə hər ilin əvvəli bir dəfə baxış keçirdiklərini, heç bir sızma hadisəsinin baş vermədiyini, hər iki vintilin bağlı olduğunu, vəzifələrinə qaz təsərrüfatı avadanlıqlarının və cihazlarının təmiri, nizamlanması, sınanması, quraşdırılması, sazlanması və təhvil verilməsi, ay ərzində istifadə olunan qazın həcminin jurnallarda dəqiq qeydiyyatının aparılması, qaz avadanlıqlarının texniki baxışının keçirilməsi və aşkarlanan nöqsanların aradan qaldırılması yerinə yetirmək, qaz alqı-satqı müqaviləsinin şərtlərinin istehlakçı tərəfindən riayət olunmasına nəzarət etmək və sairə daxil olduğunu, X45 idarəsinin rəisi tərəfindən aparılmış bölgüyə uyğun olaraq nəzarətçi-çilingər kimi Şərur şəhəri ərazisində Mikayıl Müşfiq, Nizami Gəncəvi, Hüseyn Cavid və Nəriman Nərimanov küçəsində yerləşən abonentlər, sahibkarlıq subyektlərində qeyd etdiyi vəzifələri həyata keçirdiyini, Şərur Ticarət Mərkəzi də onun nəzarət etdiyi küçədə yerləşdiyini, həmin qaz sayğaclarından biri bazarın yanğın baş verən hissəsində bazarın içərisində yerləşdiyini, bu qaz sayğacı bazarın isitmə sisteminə gedən qaz xətlərinə qoşulduğunu, bazarın həmin hissəsində isitmə sistemi bazar inşa edilən zaman quraşdırılmış və tavan hissədə yerləşdiyini, hər isitmə mövsümü başlamamış həmin qaz xəttləri onun tərəfindən yoxlandığını, 2022-ci ilin isitmə mövsümündə qaz xəttləri yoxlanıldığını, lakin müayinə aktı yazılmadığını, 2023-cü ilin mart ayından həmin ticarət mərkəzinin Şahid tərəfindən alındığını və buna görə də qəbzlərin onun adına yazıldığını, 2023-cü ilin mart-aprel ayında ticarət mərkəzinə son dəfə qazdan istifadə haqqına dair qəbz verildiyini, pulun ödənildiyini və mövsüm başa çatdığı üçün onun tərəfindən qaz sayğacına daxil olan qaz xəttlərindəki vintillər bağlandığını, bundan sonra isə hər ay sayğaca baxış keçirildiyini, lakin akt tərtib olunmadığını, qazdan istifadə edilmədiyi üçün qəbz də verilmədiyini, 22 oktyabr 2023-cü il tarixdə səhər tezdən həmin bazarda mobil telefon və telefon aksesuarları satışı ilə məşğul olan kürəkəni Etibar Allahverdiyevin ona zəng vurub bazarın yandığını bildirdiyini və dükandakı malları daşımaq üçün köməyə çağırdığını, bundan sonra dərhal bazara getdiyini, ora çatan zaman səhər saat 7-8 radələri olduğunu, həmin vaxt yanğınsöndürənlərin orada olduğunu və yanğını söndürməyə çalışdıqlarını, saat 9 radələrində oradan ayrılaraq işə getdiyini, yanğının bazarın sağ tərəfində baş verdiyini, 2023-cü ildə istilik mövsümü başlamadığından Şərur Ticarət Mərkəzində mövcud olan qaz avadanlıqlarına tərəfindən baxış keçirilmədiyini və texniki cəhətdən saz və ya nasaz olması hər hansı bir qaydada yoxlanılmadığını, bu səbəbdən texniki baxış aktı mövcud olmadığını, texniki baxış istilik mövsümünün başlamasına təxminən bir həftə qalmış keçirildiyindən bu da noyabr ayının əvvəlinə düşdüyünü, həmin ticarət mərkəzində mövcud qaz təsərrüfatı avadanlıqlarının və cihazlarının təmiri, nizamlanması və sazlanması ilə bağlı müraciət və şikayət olmadığı üçün həyata keçirilmədiyini, 22 oktyabrdan əvvəl Şərur Ticarət Mərkəzində qaz xətlərində müayinə aparılmadığını, qaz xəttinin üstündə olan yarımdövrəli kran bağlı vəziyyətdə olduğunu, məlum olmayan səbəbdən oradan qaz sızıntısı baş verdiyini, həmin qaz xəttindən və qaz kranından qaz iyinin gəlməsi və qaz sızması barədə hər hansı şikayət və məlumat daxil olmadığından texniki baxış keçirilmədiyini, suallara cavabında idarə bölgüsü əsasında vəzifəsinin yerinə yetirdiyini, Şərur Ticarət Mərkəzində 3 ədəd qaz sayğacı olduğunu, onlardan biri ət mağazasında, ikisi isə ticarət mərkəzinin binasında yerləşdiyini, qoruyucu şitin qoyulmadığını, bunu rəhbərinə bildirdiyini, özü tərəfindən dəymiş ziyan ödənilməsə də ticarət mərkəzinin sahibkarı Şahid tərəfindən piştaxtaları yanan zərərçəkmiş şəxslərə heç bir depozit alınmadan yeni mağazalar tikilərək istifadələrinə verildiyini, həmin şəxslərdən sahibkar tərəfindən icarə haqqı da alınmadığını, buna görə də əksər zərərçəkənlərin ondan şikayətinin olmadığını bildirmiş, özünün yeganə gəlirinin əmək haqqı olduğunu, 345 manat əməkhaqqı aldığını, evin yeganə qazanc gətirəni olduğunu, müharibə veteranı olduğunu, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərin ifadələri: Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs54, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs57, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs62, Zərərçəkmiş şəxs38 yanmış piştaxtaların əvəzində yeni mağaza ilə təmin olunduqlarını, sahibkar tərəfindən güzəşt olaraq icarə haqqı alınmadığını, buna görə heç bir şikayət və tələbləri olmadıqlarını bildirmiş və bu barədə istintaqa və məhkəməyə ərizə təqdim etmiş, məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Məhkəmə baxışı iclaslarında iştirak edən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs61, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs18 Muxtər oğlu, Zərərçəkmiş şəxs8 Şərur Ticarət Mərkəzində piştaxtada ticarətlə məşğul olduqlarını, yanğın nəticəsində onlara maddi ziyan dəysə də əvəzində istifadələrinə depozit ödəmədən yeni mağaza verildiyini, hələlik icarə haqqı da alınmadığını, buna görə heç kimdən şikayət və tələbləri olmadıqlarını bildirmiş, bununla bağlı ərizələrini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclaslarında iştirak etməyən Rusiya Federasiyasında olduğundan ifadəsi elan olunan Zərərçəkmiş şəxs31, Türkiyə Respublikasında olduğundan ifadəsi elan olunan Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs59 ibtidai istintaqa verdiyi ifadələrində Şərur Ticarət Mərkəzində ticarətlə məşğul olduqlarını, yanğın nəticəsində onlara maddi ziyan dəydiyini, dəymiş ziyanın ödənildiyini, şikayət və tələbləri olmadıqlarını göstərmiş və bu barədə istintaqa ərizə təqdim etmişlər. Məhkəmə baxışı iclaslarında iştirak edən aşağıda izahatları qeyd olunan zərəçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb etmişlər: Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində 12 ildir dərzi fəaliyyəti ilə məşğul olduğunu, yanğın nəticəsində ona təxminən 20 min manat ziyan dəydiyini, istintaqla müəyyən olunan 2696 manat zərərlə razılaşmadığını, istintaqın düzgün aparılmadığını, ona mağaza verildiyini, mart ayından icrarə haqqı ödəmədiyini, lakin dəymiş ziyanın ödənilmədiyini, sahibkardan və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs19 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində dərzi fəaliyyəti ilə məşğul olduğunu, yanğın nəticəsində ona təxminən üç min manat ziyan dəydiyini, ona mağaza veriləcəyini bildirsələr də ona mağaza verilmədiyini, Şahid şikayətçi olduğunu, ona hədə-qorxu gəldiyini, təhqir etdiyini, həmçinin təqsirləndirilən şəxsdən də şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini və ya ona da başqaları kimi mağaza verilməsini bildirmişdir. Zərərçəkmiş şəxs46 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın, kişi və uşaq paltarları, digər geyim əşyaları satmış, yanğın nəticəsində ona təxminən 30-35 min manat ziyan dəydiyini, ona dəymiş ziyanın ödənilmədiyini, kreditlərini ödəyə bilmədiyini, ona mağaza verildiyini, hal-hazırda icarə haqqı vermədiyini, lakin dəymiş ziyanın ona ödənilməsiyi üçün təqsirləndirilən şəxsdən və Şahid şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs41 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın, kişi və uşaq paltarları satdığını, yanğın nəticəsində ona təxminən 80 min manat ziyan dəydiyini, ziyanın ödənilmədiyini, buna görə Şahid ona verilən mağazanı bağladığını, ona görə məcbur qalıb istintaqa şikayət və tələbinin olmadığına dair ərizə verdiyini, maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən və Şahid şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs56 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində ticarətlə məşğul olduğunu, yanğın nəticəsində ona 15 min manatdan artıq ziyan dəydiyini, ziyanın ödənilmədiyini, ona Şahid tərəfindən mağaza verildiyini, hələ ki icarə haqqı alınmadığını, dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən və Şahid şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs43 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində xırdavat malları satdığını, yanğın nəticəsində ona 25 min manat ziyan dəydiyini, ziyanın ödənilmədiyini, ona mağaza verildiyini, icarə almadıqlarını, dəymiş ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs51 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın, kişi və uşaq paltarları, digər geyim əşyaları satdığını, yanğın nəticəsində ona təxminən 60-70 min manat ziyan dəydiyini, ziyanının ödənilmədiyini, ona da mağaza verildiyini, icarə alınmadığını, lakin dəymiş ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs35 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın və kişi paltarları, məktəbli formaları və digər geyim əşyaları satdığını, dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı bazarda yoxlama aparıldığının şahidi olmadığını, yanğın nəticəsində ona təxminən 30 min manat ziyan dəydiyini, istifadəsinə yeni mağaza veridiyini, icarə haqqı alınmadığını, lakin dəymiş ziyanın ödənilmədiyini, ona düzgün izah olunmadığını üçün istintaqa verilmiş ərizəni imzaladığını, şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs49 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın, uşaq paltarları, məktəb ləvazimatları, idman dəstləri, ayaqqabılar, yay və qış geyimlərinin satışı ilə məşğul olduğunu, yanğın nəticəsində ona təxminən 20 min manata yaxın ziyan dəydiyini, yeni mağaza verildiyini və icarə haqqı alınmadığını, lakin dəymiş ziyanın ödənilmədiyini, ona düzgün izah olunmadığını üçün istintaqda ərizəni imzaladığını, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs17 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində qadın paltarları satdığını, yanğın nəticəsində ona təxminən 35 min manat ziyan dəydiyini, yeni mağaza verildiyini və icarə haqqı alınmadığını, lakin dəymiş ziyanın ödənilmədiyini, ona düzgün izah olunmadığını üçün istintaqda ərizəni imzaladığını, mühafizəçilərdən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs26 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Şərur Ticarət Mərkəzində ticarətlə məşğul olduğunu, paltar satdığını, bazarda yoxlama aparması barədə heç nə bilmədiyini, təxminən 15 min manat ziyan dəydiyini, istifadəsinə yeni mağaza veridiyini, icarə haqqı alınmadığını, lakin dəymiş ziyanın ödənilmədiyini, ona düzgün izah olunmadığını üçün istintaqa verilmiş ərizəni imzaladığını, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs16 xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi ifadəsində Ticarət Mərkəzində qadın paltarları satdığını, Qaz İstismar İdarəsi və ya digər dövlət orqanlarının əməkdaşları bazarda yoxlama aparmadığını, yanğın nəticəsində ona təxminən 40 min manat ziyan dəydiyini, istifadəsinə yeni mağaza veridiyini, icarə haqqı alınmadığını, lakin dəymiş ziyanın ödənilmədiyini, ona düzgün izah olunmadığını üçün istintaqa verilmiş ərizəni imzaladığını, təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini, lakin ona dəymiş ziyanın həm sahibkardan həm də təqsirləndirilən şəxsdən ödənilməsini tələb etdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində 2023-cü ili nmart ayında Şərur Ticarət Mərkəzini ******* (bir milyon dörd yüz min) manata aldığını, o vaxtdan idarə etdiyini, Şərur Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsini bazarla üz-üzə yerləşən binadan tanışı Qalina adlı xanım zəng edərək bildirdiyini, dərhal bazara getdiyini, ora çatan zaman Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və polislərinin orada olduqlarını bildirdiyini, yanğının 3 saat çəkdiyini bildirmişdir. Suallara cavabında torpaq sahəsinin öz adına özəlləşdirdiyini, qaz sayğaclarının təqsirləndirilən şəxs tərəfindən yoxlanıldığını, qaz xəttinin çıxarılması ilə əlaqədar Qaz İdarəsinə bir ay öcə müraciət etdiyini, qaz və işıq sayğacları ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini, onların da sənədləşmə işlərinin qurtardıqdan sonra baxacaqlarını bildirdiklərini, təqsirləndirlən şəxsi bazarı aldığı vaxtdan tanıdığını, onun qaz sayğacı üçün qəbzi yazdığını, qaz sayğaclarına baxılmasını şifahi olaraq Səyyada bildirdiyini, qaz təhlükəsizliyi ilə bağlı hər hansı cihazın qoyulmadığı, Seyfəddinə yer verdiyini, “bazarı mən yandırmışam” deyə bir ifadə işlətmədiyini, yandığından sonra kamera sisteminin çəkildiyini, tikinti-bərkitmə işlərinin aparıldığını, onun barəsində heç bir inzibati xətalara dair Fövqəladə Hallar Nazirliyi tərəfindən protokol tərtib edilmədiyini, zərəçəkmiş şəxslərə mağaza verildiyi, bazarın yanvar ayından fəaliyyətə başladığını, zərərçəkənlərdən 6 ay ərzində icarə haqqı almadığını, torpaq sahəsini hərrac yolu ilə aldığını, bazarın lahiyəsini Şərur Rayon İcra Hakimiyyətinə təqdim etdiyini, Fövqəladə Hallar Nazirliyindən tikintibərkitmə aktını alınıb Şərur Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra sənədləşmə işlərinin başa çatacağını, bununla bağlı hər hansı maneçilik olmadığını bildirmişdir. Şahid məhkəmədə verdiyi ifadəsi ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid ibtidai istintaq verdiyi ifadəsində 2023-cü ilin mart ayında Şərur Ticarət Mərkəzini ******* (bir milyon dörd yüz min) manata aldığını, 2023-cü ilin mart ayının sonundan bazara rəhbərlik etməyə başladığını, bazara rəhbərlik etməyə başlayandan sonra işçilərin bir çoxunu işdən azad edib yeni işçilər işə qəbul etdiyini, həmin işçilərin işə qəbulu ilə bağlı əmr imzaladığını, Əli və Orxan adlı şəxsləri bazarın ümumi nəzarətçi kimi işə qəbul etdiyini, ticarət mərkəzində xadiməçilər, mühafizəçilər, iki nəzarətçi və mühasibin fəaliyyət göstərdiyini, bazarın mühafizəsini “Kapital Security” mühafizə xidmətinin təşkil etdiyini, onlarla müqavilə bağladığını, Şərur Ticarət Mərkəzindən hər ay icarə haqqı kimi təxminən 40.000 (qırx min) manat pul yığıldığını, həmin puldan işiq pulu, qaz pulu, vergi pulu, sosial ödənişlər, işçilərin əmək haqqı, mühafizə xidmətinə pul ödənildiyini, bu işlərin mühasibin icra etdiyini, Şərur Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsini bazarla üz-üzə yerləşən binadan tanışı Qalina adlı xanım zəng edərək bildirdiyini, dərhal bazara getdiyini, ora çatan zaman Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının yanğını söndürməyə çalışdığını gördüyünü, yanğın Ticarət Mərkəzinin sağında, polkalar tərəfdə baş verdiyini, təqribən 2-3 saata yanğının söndürüldüynü, yayılmasının qarşısının alındığını, yalnız polkalar olan hissənin yandığını, mağazalar olan tərəfə yanğın keçmədiyini, polkalardakı malların əsasən də geyim əşyalarının yanaraq məhv olduğunu, hal-hazırda Şərur Ticarət Mərkəzinin faktiki rəhbəri olduğunu, lakin həmin Ticarət Mərkəzinin qanuni dövlət qeydiyyatına alınmadığı üçün hazırda heç bir sənədinin olmadığını, buna görə də direktor kimi vəzifəyə təyin olunmadığını, həmçinin ticarət mərkəzinin nizamnaməsinin və digər sənədlərinin olmadığını, Şərur Ticarət Mərkəzinin alınması ilə bağlı göstərilən pulu ödədikdən sonra binanın yerləşdiyi ərazinin torpağını rəsmi qaydada adına sənədləşdirərək çıxarışının aldığını, oranı təhvil aldıqdan sonra dərhal müəssisənin sənədləşdirilməsi işlərinə başladığını, yanğın hadisəsinin baş verməsi bu prosesi gecikdirdiyini, lakin hazırda prosesin davam etdiyini, Şərur Ticarət mərkəzində fəaliyyət göstərən ticarət, iaşə və xidmət sahələrindən aylıq aldığı icarə haqqına uyğun olaraq vergi və digər bütün məcburi dövlət ödənişlərini ödədiyini, ticarət mərkəzinin ümumi bir ədəd işiq sayğacı, üç ədəd qaz sayğacı olduğunu,, qeyd etdiyi xidmətlərin Şərur rayon ərazisində yerləşən yerli qurumlarının müdirləri ilə görüşüb müqavilələr bağladığını, başqa hər hansı bir ünsiyyəti olmadığını, qaz sızıntısı olan sayğacın istilik sisteminə çəkilən qaz xəttinin sayğacı olduğunu, oranı təhvil aldığı gündən o sayğacın işləmədiyini, istilik sisteminin qış fəslində işlədiyini, qış fəsli olmadığı üçün həmin sayğac işləmədiyini və o sayğaca pul ödəmədiyini, Şərur Ticarət Mərkəzinin tabeliyində olan ticarət, iaşə və xidmət sahələrində fəaliyyət göstərən şəxslərlə ondan əvvəl heç bir icarə müqaviləsinin olmadığını, təhvil aldıqdan sonra ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların təxminən 50 faizi ilə icarə müqaviləsi bağladığını, bu prosesin də yanğın olduğu üçün dayandığını, hazırda da kim razılaşırsa onunla icarə müqaviləsinin bağlandığını, Şərur Ticarət Mərkəzinin sənədləşməsi tam başa çatmadığı üçün yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etmədiyini, Şərur Ticarət Mərkəzini təhvil alan zaman oranın heç bir sənədinin və layihəsinin olmadığını, bu sənədləri özünün hazırlatdığını, oranı təhvil aldıqdan sonra Fövqəladə Hallar Nazirliyindən istismara qəbulla bağlı sənədləri almaq üçün ora müraciət etdiyini, Fövqəladə Hallar Nazirliyindən istismara qəbul üçün ona yazılı göstəriş verildiyini, bunları yerinə yetirməyi tələb olunduğunu, bu tələblərin bir hissəsinin icra olunduğunu, göstərişlərin tam icrasının yanğına görə ləngidiyini, hal-hazırda göstərişdə qeyd edilən tələblərin yerinə yetirilməsinin davam etdiyini, yanğından əvvəl Şərur rayon qaz istismar idarəsinə şifahi müraciət edib qaz xəttlərinin, qaz cihazlarının və avadanlıqlarının müayinə olunmasını xahiş etdiyini, həmçinin qaz sızıntısının baş verdiyi istilik sisteminə gələn qaz xəttinin ləğv edilməsi ilə bağlı da danışıqlarının olduğunu, həmin sahədə əsasən geyim əşyaları satıldığından bu xətt onlar üçün təhlükə kəsb etdiyini, həmçinin istilik sisteminin qaz xətti polkaların arxası ilə getdiyini, bunun ləğv edilib düzgün çəkilməsini və istilik sistemi standartlara uyğun olmadığından həmin sistemi ləğv edib kombi sisteminə keçilməsini planlaşdırdığını, 2023-cü ilin mart ayında Şərur Ticarət Mərkəzinin faktiki rəhbəri olduqdan sonra X45 İdarəsindən Təqsirləndirilən şəxs onunla ticarət mərkəzində görüşərək “mən ticarət mərkəzində olan qaz qurğularından və qaz avadanlıqlarından cavabdeh şəxsəm, bundan sonra hər ay tərəfimdən qaz sayğaclarına baxış aktı yazılaraq sərf etdiyin qazın pulunu həmin akta əsasən bankda olan hesaba ödəyəcəksən” dediyini, həmçinin Təqsirləndirilən şəxs ona mobil nömrəsini təqdim edərək nəsə lazım olsa bu nömrə vasitəsilə onunla əlaqə saxlamağını bildirdiyini, mart ayından başlayaraq hər ay Təqsirləndirilən şəxs gələrək qaz sayğaclarına baxdığını, akt verdiyini və həmin aktda olan məbləğ bank hesabına ödənildiyini, lakin onun tərəfindən 2023-cü ilin mart ayından başlayaraq hadisə baş verən tarixədək ticarət mərkəzinin qaz xəttinin müayinəsinin aparılmadığını, qaz xəttinin müayinəsinin aparılmasının nəzərdə tutulması və müayinənin aparılmasına icazə verilməsi ilə bağlı ticarət mərkəzinə və ya ona Təqsirləndirilən şəxs və Qaz idarəsi tərəfindən müraciət olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X10 ifadəsində 2014-cü ilin noyabr ayından 2022-ci ilin may ayınadək Şərur rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsində işlədiyini, bundan sonra həmin vəzifədən azad olunduğunu, 2023-cü ilin yanvar ayının 15-də yenidən Şərur rayon Qaz İstismarı idarəsinin rəisi vəzifəsinə təyin edildiyini, hazırda həmin vəzifədə işlədiyini, Şərur Ticarət Mərkəzinə qaz xətlərinin 2010-cu ildə çəkildiyini, Şərur Ticarət Mərkəzinin lahiyə və istismara dair sənədlərinin olmadığını, həmin bina tikilib istifadəyə verilən zaman qaz istismar idarəsinə rəis təyin olunan zaman həmin obyektə müqavilə əsasında qaz verildiyini qazın alqı-satqısına dair müqavilə olduğunu, ticarət mərkəzi Şahid tərəfindən alındığı üçün həmin müqaviləni yenilədiyini, 01 sentyabr 2023-cü ildə Şahidla müqavilə bağlayarkən hər hansı sənəd tələb etmədiyini, ticarət mərkəzinin fəaliyyəti dayanmasın deyə qazın verilməsini dayandırılmadığını, ticarət mərkəzində 3 ədəd qaz sayğacının mövcud olduğunu, həmin qaz sayğaclarının birinin ət mağazasında, biri qazanxanada, biri isə ticarət mərkəzinin olduğunu, 2023-cü ilin yanvar ayından Təqsirləndirilən şəxs bölgü üzrə Şərur Ticarət Mərkəzi də daxil olmaqla həmin əraziyə məsul nəzarətçi-çilingər təyin edildiyini, hər ay nəzarətçi tərəfindən qaz sayğaclarına baxış keçirildiyini, digər sayğaclara qəbz yazıldığını, lakin həmin sağyacda qaz olmadığını, hadisədən sonra baxış keçirdiklərini, qazın vintili və requlyatorunun bağlı olduğunu, qazın sayğacının yerində olduğunu, təkcə ekranının yandığını bildirmişdir. Suallara cavabında həmçinin Şərur Ticarət Mərkəzində qaz sayğacının binanın içərisində quraşdırılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını, qaz sayğacı binanın çöl tərəfində görünən yerdə yerləşdirilməli olduğunu, Şərur Ticarət Mərkəzində qaz sayğacı bina istifadəyə verilən zaman binanın içərisində yerləşdirildiyini, sonrakı müddətdə də qaz sayğacının binanın çöl tərəfinə çıxarılması təmin edilmədiyini, qaz sayğacına və digər cihazlara əvvəlki illərdə texniki baxış keçirilsə də akt tərtib edilmədiyini, bu il isə texniki baxış aparılmadığını, nəzarətçi-çilingər Təqsirləndirilən şəxs vəzifələrini icra etmədiyini, Şərur Ticarət Mərkəzinə 2023-cü ilin 20 oktyabr tarixindək texniki baxış keçirilməsi barədə nəzarətçi-çilingərə tapşırıq verildiyini, lakin yanğın baş verdiyi günədək həmin tapşırığın icra edilmədiyini, bazarın rəsmi sənədinin olmaması ilə bağlı adiyyəti təşkilatlara məlumat vermədiyini, qaz çəkilən vaxtı qaz sağyaclarının bütün obyektlərin içinə qoyulduğunu, yanğından sonra həmin qaz xəttinin ləğv olunduğunu, hadisədən sonra bütün obyektələrə baxış keçirdiklərini, qazanxanaların obyektlərin içində olduğunu, onların kənara çıxarılmasının hazırda imkan xaricində olduğunu, maddiyat tələb etdiyini, bu məsələ ilə bağlı rəhbərliyə məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində 2013-cü ildən Şərur rayon Qaz İstismar İdarəsində işlədiyini, ilk dəfə həmin idarədə sahə ustası, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işlədiyini, vəzifələrinə abonentləri təbii qazla təmin etmək, yay və qış rejimində qaztənzimləyici şkaflara baxış keçirmək, qaz təsərrüfatının saz saxlanması üçün texniki xidmət və təmir sistemi daxil olmaqla kompleks tədbirlər yerinə yetirmək və qaz təchizatı qaydalarına tələblərinə riayət edilməsinə nəzarət etmək və sairə daxil olduğunu, 2023-cü il tarixdə Şərur rayonu ərazisində yerləşən qaz boru kəmərlərinə baxış keçirildiyini, qəzalı vəziyyətdə olan qaz boru kəmərləri yenisi ilə əvəz edildiyini, bəzi yeraltı qaz boruları yerüstü borularla əvəz olunduğunu, xx.xx.2023-cü il tarixdə səhər saat 07-08 radələrində Şərur Ticarət Mərkəzinin yandığını eşitdiyi, dərhal hadisə yerinə getdiyini, Ticarət Mərkəzinin polkalar olan hissəsinin yandığını, ora çatan zaman artıq yanğının söndürüldüyünü, həmin ticarət mərkəzində yuxarıdan istilik sistemi quraşdırıldığını, həmin sistem isə qazla işlədiyini, istilik sisteminə ayrıca qaz xətti çəkildiyini, sayğac qoyulduğunu, ümumilikdə həmin ticarət mərkəzində 3 ədəd sayğacın olduğunu, 15 aprel 2023-cü il tarixdə qış rejiminin bitməsi ilə əlaqədar sayğaca qaz sərfiyyatı ilə bağlı baxış keçirildiyini, son hesablaşma aparılaraq qazın verilməsinin dayandırıldığını, sərf olunan qazla bağlı üzləşmə aktı tərtib edildiyini, qazın pulu sahibkar tərəfindən ödənildiyini, suallara cavabında vintillərin bağlanmasına cabadehin nəzarətçiçilingər olduğunu, qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirilməsi və nəticəsinin aktla rəsmiləşdirilməsi nəzarətçi-çilingərin vəzifəsi olduğunu, qaz sayğaclarına şit qoyulmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X26 ifadəsində 2019-cu ilin oktyabr ayında keçirilən bələdiyyə seçkilərində Şərur şəhər bələdiyyəsinə üzv seçildiyini, seçkidən sonra bələdiyyə üzvlərinin qapalı səsverməsi ilə bələdiyyə sədri təyin olunduğunu, hazırda həmin vəzifədə işlədiyini, 2023-cü ilin yanvar ayında Şahid müraciət edərək Şərur Ticarət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin almaq istədiyini bildirdiyini, bundan sonra müvafiq dövlət orqanlarından rəylər və digər zəruri sənədlər alınaraq həmin torpaq sahəsinin Şərur şəhər bələdiyyəsinin adına sənədləşdirildiyini, sənədləşmə işləri başa çatdıqdan sonra həmin torpağın hərrac yolu ilə satılması üçün sənədlərin Hərracların Təşkili üzrə Auksiyon Mərkəzinə göndərildiyini, təxminən bir ay sonra hərrac keçirildiyini, torpaın hərrac yolu ilə Şahid satıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X21 ifadəsində 2017-ci ildən Şərur Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində aparıcı məsləhətçi kimi işə başladığını, 2023-cü ilin may ayından isə həmin şöbəyə müdür vəzifəsinə təyin edildiyini, xidməti vəzifəsi rayon ərazisində aparılan tikintilərin qanuniliyinə nəzarəti həyata keçirən şöbənin fəaliyyətinə rəhbərlik etmək olduğunu, Şərur Ticarət Mərkəzi 2010-cu ildən hazırki mövcud vəziyyətində tikilərək istismara verildiyini, lakin Ticarət Mərkəzinin heç bir sənədləri olmadığını, 2023-cü ilin avqust ayında Ticarət Mərkəzinin yeni sahibi Şahid İcra Hakimiyyətinə müraciət edərək oranın sənədləşdirilməsini xahiş etdiyini, Şahid müraciət edən zaman Ticarət Mərkəzinin layihəsini də təqdim etdiyini, həmin obyektə baxış keçirildiyini, baxış zamanı sahibkarın həmin torpaq sahəsinin aldığını, bununla bağlı çıxarışının olduğunu, təxminən 2-3 həftə sonra layihə icra hakimiyyətinin başçısı tərəfindən təsdiqləndiyini, suallara cavabında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintiyə dair istismar aktı təqdim edilmədiyindən bazarın tikinti-istismarına icazə verilmədiyini, lakin FHN tərəfindən bu istiqamətdə işlər görüldüyünü, yaxın zamanda müvafiq akt icra hakimiyyətinə təqdim olunan kimi bazarın istismarına icazə sənədlərini sahibkara təqdim olunacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X31 ifadəsində 2018-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası FHN-nin X47 Təhlükəsizliyi şöbəsinin X33 bölməsinin inspektoru və baş inspektoru vəzifələrində işlədiyini, 2023-cü ilin iyun ayında Naxçıvan MR FHN-nin DYNİ-nin DYNİT şöbəsinin böyük inspektoru vəzifəsinə təyin olunduğunu, vəzifə bölgüsünə əsasən onun nəzarət sahələri Kəngərli, Şərur və Sədərək rayonlarında yanğın nəzarəti işinin təşkili olunduğu, vəzifələrinə göstərdiyi rayonlarda sahibkarlıq və dövlət obyektləri sahəsində yoxlamaların aparılması, yəni yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin etmək və baş verə biləcək yanğınların qarşısının qabaqcadan almaq daxil olduğunu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq sahəsində yoxlayıcı orqan tərəfindən yoxlama keçirilməsi üçün Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə bir il qabaqcadan illik plan daxil edilməli və növbəti il üçün həmin illik plan üzrə yoxlama aparılmalı olduğunu, Şərur Ticarət Mərkəzinin yoxlaması yüksək risk qrupuna daxil olduğundan ildə iki dəfə yoxlanılmalı olduğunu, X34 Ticarət Mərkəzi və digər sahibkarlıq subyektləri ötən illərdə göstərilən reystrə daxil edilmədiyindən yoxlama aparmaq mümkün olmadığını, artıq Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin göstərilən reystrə daxil edildiyini, növbəti ildə müvafiq yoxlamalar aparılacağını, Şərur Ticarət Mərkəzində də ilk yanğın texniki müayinənin 2024-cü ilin yanvar ayına, digər yanğın texniki müayinə isə 2024-cü ilin avqust ayına salındığını, lakin buna baxmayaraq 29 avqust 2023-cü il tarixdə tərəfindən Şərur Ticarət Mərkəzində “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi vəziyyəti sahibkar tərəfindən könüllü razılıq əsasında yoxlanıldığını, aşkar edilmiş nöqsanlarla bağlı göstəriş yazıldığını, həmçinin FHN tərəfindən həmin ticarət mərkəzinə xəbərdarlıq yazıldığını, tərəfindən Şərur Ticarət Mərkəzi yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq yanğın şiti, yanğınsöndürən balonlar ilə təchiz edildiyini, iki ədəd yanğın lövhəsi quraşdırıldığını, 70 ədəd yanğınsöndürən balon verildiyini, suallara cavabında 2023-cü ilin dekabr ayına kimi Ədliyyə Nazirliyinin reyster xidmətindən qeydiyyatdan keçmədiklərinə görə protokol tərtib edə bilmədiklərini, buna görə də baxış keçirilən zaman tövsiyə xarakterli məktubun yazıldığını, bazarı sahibi bərəsində protokol tərtib edilmədiyini, onlara heç bir səlahiyyət verilmədiyindən 2010-cu ildən heç bir protokol tərtib etmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X25 ifadəsində və suallara cavabında 2022-ci ilin yanvar ayının 1-dən Şərur Ticarət Mərkəzində mühafizəçi vəzifəsinə işə başladığını, Şərur Ticarət Mərkəzi yanan zaman “Polka bazarı” deyilən seksiyadakı təhlükəsizlikdən məsul olduğunu, növbədə olduqları müddətdə səhər saat 8-də işdə olaraq növbəni təhvil aldığını, növbələri 24 saatlıq növbə olduğunu, bir sutka işləyərək sabahısı gün saat 8 tamamda növbəni digər növbəyə təhvil verdiklərini, xidmət rəisi Vüqar Rzayev olduğunu, 21 oktyabr 2023-cü ildə səhər saat 8-də mühafizə qrafikinə uyğun olaraq mühafizəçi yoldaşı Mərdanlı Bəhman və Nəzərov İntiqamdan növbəni onunla birlikdə mühafizəyə çıxan Hüseynov Samil təhvil alaraq işə başladıqlarını, birinci postu Samil, ikinci postu isə özünün götürdüyünü, yanğın olan hissə ikinci postun ərazisi olduğunu, növbədə olarkən işləri mühafizə etdikləri ərazini gəzərək müşahidə və mühafizə etməkdən ibarət olduğunu, axşam saat 18-dək işlərini davam edib bazarın giriş-çıxış bütün qapılarını bağladığını, bazara girən elektrik enerjisini bağladığını, çöl işıqları işə saldığını və hər biri bazarın hasarından kənarda yerləşən öz xidmət məntəqələrinə getdiklərini, gecənin heç bir qeyri adi hadisə baş vermədən keçdiyini, 22 oktyabr 2023-cü ildə səhər üzü saat 05:45də bazarda satıcı işləyən Nəcəf adlı yaşlı kişi gələrək onunla salamlaşdığını, bazarın giriş qapısını açaraq onu içəri buraxdığını, özü də onunla birlikdə meyvə-tərəvəz satılan hissədən bazara daxil olduğunu, Nəcəfin polkasına keçdiyini, onun isə bazarın daxili işıqlarını vurmaq üçün giriş qapısının yanındakı elektrik birləşdirici qutudan işığı birləşdirərək qapalı bazara elektrik ötürdüyünü, sonra gedib çöl tərəfdən meyvə bazarına girən dəmir siyirməli qapını açdığını, bu zaman bazarın ayaqyolusunu işlədən Arifin də işə gəldiyini, meyvə bazarının ortasına çatan zaman Arifin qaçaraq gəlib ona “tez işıqları söndür, bazar yanır” dediyini, dərhal içəri qaçıb təkrar elektrik açarını dövrədən ayırdığını, sağ tərəfdəki şüşə qapılardan “polka bazarını” tamamilə alov bürüdüyünü gördüyünü, təkrar tələsik meyvə bazarı tərəfə çıxdığını, uca səslə kömək çağırdığını və yanğınsöndürənə zəng vurun deyə qışqırdığını, xatırlamadığı bir şəxs zəng etdiyini dediyini, bu zaman içəri tərəfdən partlayış səsi eşitdiyini, bu anda bazarın tavanının içəriyə doğru çökməyə başladığını, polislərlə birlikdə dərhal mühafizəni qurmağa başladığını, çölə çıxan zaman yanğınsöndürənlərin yanğına su vurduğunu gördüyünü, saat təqribən 8-9 radələrinədə yanğının söndürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən “Kapital Security” mühafizə xidmətinin əməkdaşı X3 Malik Zakir oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X38 ifadəsində və suallara cavabında xx.xx.2023-cü il tarixdən “Kapital Security” mühafizə xidmətinin rəisi vəzifəsində işlədiyini, onun vəzifəsinin “Şərur Ticarət Mərkəzinin”, "xxxx" ASC-nin, “Nəqşicahan” inşiaatın və Sədərək rayonunda yerləşən İğdır-Naxçıvan qaz kəmərinin mühafizəçilərini yoxlamaq olduğunu, 22 oktyabr 2023-cü il tarixdə saat 4:30-da onun bazarın mühafizəçiləri Malik Səfərovu və Samil Hüseynovu xidmətdə yoxladığını, yoxlama zamanı onların xidmətində hər hansı nöqsanın olmadığını, onları yoxladıqdan sonra nəzarət yoxlama kitabında öz qeydini apardığını, sonra Sədərək rayonunda olan İğdır-Naxçıvan qaz kəmərində olan mühafizəçiləri yoxlamaq üçün Sədərək rayonuna getdiyini, Sədərək rayonunda mühafizəçiləri yoxlayan zaman ona Nəqşicahan inşaatın mühafizəçisi X18 zəng edərək bazarın yandığını dediyini, hadisəni eşidən kimi dərhal rayona qayıtdığını, yolda bazarın mühafizəçisi Malik Səfərova zəng edərək bazarda olan yanğını söndürmələrini dediyini, lakin Mallikin ona yağının böyük olduğunu, yanğın söndürmə balonu ilə söndürmənin mümkün olmadığını dediyini, bazara çatan zaman FHN-nin əməkdaşlarının yanğını bazarın yan tərəfindən söndürməyə çalışdıqlarını, bazara çatan zaman içəri tərəfdən yanan yerə daxil ola bilmədiyindən Xeybərin mağazasının yanında olan qapını qıraraq FHN-nin əməkdaşlarına kömək etdiyini, bu zaman Xeybərin mağazasının yanında olan mağazanın sahibi Rasimin gəldiyini, Rasimin mağazanın qapısını açarla açaraq ərzaqları çıxarmağa çalışıdğını, Rasimə kömək edərək onun mağazasından 10 kisə pesok çıxardığını, Rasim öz mağazasında pul və kontur kağızlarını çıxardığını, sonra alov çoxaldığına görə hamının kənara çəkildiyini, sonra yanğının daha da böyüdüyünü və tavanın çökdüyünü, təxminən saat 08:00 radələrində yağının tamamilə söndürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X27 ifadəsində və suallara cavabında 2010-cu ildən Şərur rayonunda yerləşən bazarda sanitar qovşaq işlətdiyini, 22 oktyabr 2023-cü il tarixdə həmişəki kimi bazara saat 05:40 radələrində getdiyini, bazara çatan zaman bazarın həyət qapıları açıq olduğunu, bazarın mühafizəçilərindən Maliklə birlikdə sanitar qovşağa tərəf getdiyini, Malik əl-üzünü yuduqdan sonra sanitaq qovşaqdan çıxdığını, həmin anda partlayış səsi eşitdiyini, bazarın həyətinə tərəf çıxdığını, bu zaman partlayışdan sonra yenidən tappıltı səsi eşitdiyini, bu zaman bazarın sağ tərəf hisəsinin pəncərəsindən alov çıxdığını gördüyünü, dərhal mühafizəçiləri çağırdığını, Malikə işıqları söndürməsini və yanğınsöndürənlərə zəng etməsini dediyini, Malikin dərhal işığı söndürdüyünü, bundan təxminən 10 dəqiqə sonra yanğınsöndürənlərin gəldiyini, yanğın hadisəsinin baş verdiyi günədək yanğın olan hissədə və Ticarət Mərkəzinin digər hissələrində qaz iyi hiss etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X23 ifadəsində və suallara cavabında yeni tikilmiş bazarın giriş hissəsində “24 saat” adlı ərzaq mağazası açaraq orada fəaliyyətə başladıqlarını, yeni mağazanı atası Qurban, əmisi Kamran və əmioğlusu Tehran və özünün işlətdiyini, mağaza 24 saat fəaliyyət göstərdiyinə görə hamısının həmin mağazada növbəli şəkildə işlədiklərini, 22 oktyabr 2023-cü il tarixdə həmişəki kimi bazarda olduğunu, səhər üzü saat təxminən 6-ya qalmış Emin adlı şəxslə hava soyuq olduğuna görə marketin qarşısında əvvəlcədən yeni bazarın mühafizəçisi Ələkbər adlı şəxsin yandırdığı odun kənarında qızındıqlarını, səhər üzü saat 6-ya qalmış bazardan partlayış səsi gəldiyini və bazarın giriş tərəfdən sağ tərəfi yanmağa başladığını, həmin zaman partlayış olduğuna görə bazarda olan toptançılara tərəf qaçdığını, bu vaxt bazarda tanımadığı toptançı işləyənlərdən kimsə FHN-nin əməkdaşlarına zəng edərək bazarda olan yanğın barədə məlumat verdiyini, Şərur Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinin hansı səbəbdən baş verməsi barədə məlumatının olmadığını, hadisədən əvvəl heç bir qaz sızıntısı hiss etmədiyini, bazarın yuxarı tərəfdən yəni şfer tərəfdən yanmağa başladığını, yanğın nəticəsində onların mağazasına heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X28 ifadəsində və suallara cavabında 2017-ci ildən Şərur rayonunda yerləşən Ticarət Mərkəzində ticarətlə məşğul olduğunu, təsərrüfatı mallarının satışı ilə məşğul olduğunu, yanğında onun satış etdiyi yer yanmadığı üçün heç bir ziyan görmədiyini, 2023-cü ilin sentyabr ayının əvvəli özü üçün 20 m2 sahəsi olan mağaza tikdiyini, mağazasının içərisindən qaz turbası keçdiyini, requlyatorun da onun mağazasının içərisinə düşdüyünü, requlyatorun orada Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən, yəni 2010-cu ildən olduğunu, sadəcə o həmin yerdə dükan tikdiyi üçün requlyator mağazanın içində qaldığını, bazardakı işlərə rəhbərlik edən Şahid oğlu Eminə qaz turbasının ona maneçilik törətməsini bildirdiyini, Emin isə ona “qaz turbası ilə bağlı olan iş qaz idarəsinin işidir qaz idarəsi gəlib bu turbaları kəsib götürəcək” deyə cavab verdiyini, requlyator onun mağazasının içərisində olduğu üçün requlyatora çox yaxınlaşan zaman ondan az qaz iyi hiss etdiyini, lakin tez bir zamanda kəsib götürəcəklərini bildiyi üçün qaz iyi ilə bağlı nə mühafizəyə, nə də ki, bazar rəhbərliyinə heç bir məlumat vermədiyini, qaz sızıntısı olmadığını, sadəcə olaraq requlyatora yaxınlaşan zaman iy hiss etdiyini, Şərur Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinin hansı səbəbdən baş verməsi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X29 ifadəsində və suallara cavabında 2010-cu ildə Şərur Ticarət Mərkəzi fəaliyyətə başlayandan sonra bazarda ikinci mərtəbəyə qalxan yerdə 2 ədəd piştaxta icarəyə götürərək ticarət fəaliyyəti göstərdiyini, tütün məmulatlarının satışı ilə məşğul olduğunu, hər gün bazara saat 6:00 radələrində gələrək, saat 15:00 radələrində isə getdiyini, xx.xx.2023-cü il tarixdə 05:30 radələrində bazara gəldiyi zaman bazarın qapısı bağlı olduğunu, həmin gün xidmətdə olan mühafizəçi Malik adlı şəxsi çağırmaq üçün eşikdə meyvə satılan yerə tərəf getdiyini, orada Maliklə rastlaşıb ona bazarın qapısını açmasını dediyini, həmin vaxt bazarda eşik tərəfdə tualeti işlədən Arif adlı şəxsin də gəldiyini, Malik bazarın meyvə-tərəvəz satılan istiqamətə olan qapısını açdığını, birlikdə içəri daxil olduqlarını, işıqlar sönülü olduğu üçün içərinin qaranlıq olduğunu, lakin müşahidə kameraları işlək vəziyyətdə olduğundan işıqları bazara düşdüyünü, qapı açıldıqdan sonra öz yerinə keçdiyini, Malik isə pilləkənin altında yerləşən elektrik xətlərini birləşdirdiyini, bazarın elektrik sisteminin işə düşdüyünü, daha sonra Malik ona mallarının üzərindəki pərdəni götürməyə kömək etdiyini, o da öz yerinin elektrik xəttinin vilkasını taxaraq işığı yandırdığını, sonra Malikin məscidə tərəf olan qapısını açdığını, meyvə-tərəvəz satılan istiqamətə qapıdan bayıra çıxdığını, bazarın hazırda yanğın hadisəsi olan tərəfinin qapısı da bazarın içərisində yerləşdiyini, həmin qapıların içəri tərəfdən bağlı olduğunu, orda işləyən satıcılar gəldikdən sonra mühafizəçilər qapıları açaraq işığı da içəridən birləşdirdiklərini, malının üstünü açdığını və bu müddətdə təxminən 15-20 dəqiqə vaxt keçdiyini, bu zaman qəfildən bazarın yanğın olan istiqamətindəki giriş qapıları tayba-tay açıldığını, qapıların və yuxarıda olan pəncərələrin şüşələri qırılaraq töküldüyünü, əvvəl bayırda tufan qopduğunu düşündüyünü, çünki onu külək vurduğunu, partlayış səsi eşitmədiyini, bir az qabağa tərəf çıxan zaman həmin yerdən tavan hissədən təxminən iki metrlik yerdə bir xətt boyu nəyinsə yana-yana onun istiqamətində gəlməsini gördüyünü, elektrik xəttini ayırmaq üçün qaçdığını, bu zaman mühafizəçinin Ariflə birlikdə qaça-qaça gəldiyini gördüyünü, mühafizəçinin tez elektrik xəttini ayırdığını, bu zaman bazarın hər tərəfindən alov qalxmağa başladığını, alov güclü olduğundan qapılardan içəriyə doğru vurduğunu, sonra yanğından mühafizə xidmətinə kimsə zəng vurduğunu, yanğın çox şiddətli olduğundan mallarını götürə bilməyəcəyini başa düşdüyünü, pullarını və sumkasını götürüb bazarı tərk etdiyini, bazara gələrkən həmin vaxt şübhəli şəxs görmədiyini, o bazara gələn zaman mühafizəçilər, meyvə-tərəvəz yerində alver edənləri və Arifi gördüyünü, FHN-in əməkdaşlarının yanğından mühafizə sistemlərini yoxlamasını gördüyünü, lakin Qaz istismarı idarəsi və Elektrik şəbəkəsinin bazarda hər hansı yoxlama aparmasını, xəttlərə baxış keçirməsini görmədiyini, Qaz istismar İdarəsinin Şərur Ticarət Mərkəzinə nəzarət edən nəzarətçi-çilingərinin kim olması barədə məlumatı olmadığını və elə bir adam tanımadığını, onun dükanı yanğın baş verən sahədən aralı olduğundan ona heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 ifadəsində və suallara cavabında 2023-cü il 22 oktyabr tarixində növbədə olduğunu, 22 oktyabr 2023-cü il saat 05:40-da “101” nömrəli qaynar xəttə Şərur Ticarət Mərkəzində yanğın olması barədə məlumat verildiyini, bundan sonra hissəyə həyəcan siqnalı verildiyini, şəxsi heyət yuxudan oyandığını və döyüş geyimlərini geyinərək saat 05:43-də 2 yanğınsöndürən avtomobillə hadisə yerinə getdiklərini, saat 05:47-də hadisə yerinə çatdıqlarını, ora çatan zaman Ticarət Mərkəzinin sağ tərəfdən üstünün yanmasını gördüyünü, yanğın geniş yayıldığını və bazarın bir tərəfini tam əhatə etdiyini, ora çatan kimi dərhal yanğını söndürməyə başladıqlarını, onlardan bir müddət sonra 3-cü yanğınsöndürən maşının hadisə yerinə gəldiyini, həmin maşının su gətirdiyini, yanğına müdaxilə etdikdən təqribən bir saat sonra yanğının qarşısı alındığını, lakin tam söndürülmədiyini, yanğına müdaxilə edən zaman iş yoldaşlarından Gəncəli İsmayılın ayağından yaralandığını, bundan sonra onu təcili yardım maşını ilə Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, Şərur Ticarət Mərkəzində baş vermiş yanğının səbəbi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X19 ifadəsində və suallara cavabında Fövqəladə Hallar Nazirliyi X20 İdarəsinin Şərur rayon X20 Hissəsində böyük yanğınsöndürən vəzifəsində işlədiyini, böyük yanğınsöndürən kimi yanğın hadisəsi baş verən zaman öndə getməli, insanların xilas edilməsi, yanğına balonla müdaxilə edilməsi və istilik əksetdirəndə işləməli olduğunu, 2023-cü il tarixdə 22 oktyabr tarixində növbədə olduğunu, 22 oktyabr 2023-cü il saat 05:40-da “101” nömrəli qaynar xəttə Şərur Ticarət Mərkəzində yanğın olması barədə məlumat verildiyini, bundan sonra hissəyə həyəcan siqnalı verdiyini, şəxsi heyəti yuxudan oyatdığını, dərhal 2 yanğınsöndürən avtomobillə hadisə yerinə getdiyini, 5 dəqiqə ərzində hadisə yerinə çatdıqlarını, ora çatan zaman Ticarət Mərkəzinin sağ tərəfdən üstünün yanmasını gördüyünü, yanğın geniş yayıldığını, bazarın bir tərəfini tam əhatə etdiyini, ora çatan kimi dərhal yanğını söndürməyə başladıqlarını, bir müddət sonra 3-cü yanğınsöndürən maşın hadisə yerinə gəldiyini, yanğına müdaxilə edildikdən təqribən bir saat sonra yanğının qarşısının alındığını, lakin tam söndürülmədiyini, yanğına müdaxilə edən zaman sol ayağını şüşə kəsdiyini, təcili yardım maşını ilə Şərur rayon Mərkəzi Xəstəxanasına aparıldığını, ayağında olan yaraya tikiş qoyulduğunu, hazırda xidmətini davam etdirdiyini, baş vermiş yanğının səbəbi barədə heç nə deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X20 İdarəsinin Şərur rayon X20 Hissəsinin əməkdaşları X30 və X1 İsmayıl İlyas oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs şahidin ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında olan yanğın-texniki ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X33 İdarəsinin 15 noyabr 2023-cü il tarixli, 1057 nömrəli rəyindən görünür ki, partlayışın mənbəyinin ticarət mərkəzinin sağ tərəfində yerləşən “polka bazarı” adlanan bölməsinin (korpusun) daxilində olduğu, partlayışın yanğınla müşayiət olunduğu, partlayış nəticəcində hadisə baş vermiş bölmənin daxilində olan əşyaların eyni anda alovlandığı, partlayışa səbəb ticarət mərkəzinin sağ tərəfində yerləşən “polka bazarı” adlanan bölməsinin (korpusun) tavanında quraşdırılmış «kalorifer» tipli istilik ixrac edən qurğuya çəkilmiş qaz xəttinin birləşmə yerlərindən sızan qazın ticarət mərkəzinin sağ tərəfində yerləşən “polka bazarı” adlanan bölməsinə (korpusuna) dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava qarışığının əmələ gəlməsi və bu qarışığın hər hansı alışdırıcı mənbənin (elektrik avadanlığının işə düşməsi zamanı yaranan qığılcımın və s.) təsirindən alışması olduğu, təqdim edilmiş yarım-dövrəli qaz kranının bağlandıqdan sonra tam qapanmadığı, yarım-dövrəli qaz kranının daxilində olan dairənin boş olması səbəbindən yarım-dövrəli qaz kranının içərisindən keçən qazı saxlamadığının müşahidə edildiyi, belə olan halda metan qazının yarım-dövrəli qaz kranının içərisindən keçərək tavanda quraşdırılmış «kalorifer» tipli istilik ixrac edən qurğuya, oradan isə ticarət mərkəzinin daxilinə dolması üçün xarakterik olduğu, obyektdə olan yanğın-texniki inventarların vəziyyətinin mövcud qaydalara uyğun olmadığı, ticarət mərkəzinin daxilində təhlükəsizlik baxımından heç bir qoruyucu şiti (örtüyü) olmadan, qaz avadanlığına hər kəsin müdaxilə edə biləcəyi yerdə quraşdırıldığı, mövsüm üzrə işləyən cihazların qızdırma dövründən sonra, qaz kəmərindən ayrılmadığı üçün Şərur rayon Qaz İstismar İdarəsinin həmin sahəyə nəzarət edən nəzarətçi-çilingərinin yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına şərait yaratdığı, baş vermiş hadisə ilə əlaqədar, ticarət mərkəzinin sahibinin yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etmədiyinə görə, onun tərəfindən «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 1.2, 1.5, 1.6, 1.7, 1.10, 1.10.1 və (YTQ № 03-2002) 1.2, 1.3, 1.3.1, 1.3.4, 1.3.10, 1.7, 3.17.3 bəndlərinin tələbləri pozulduğu, bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar, Şərur rayon Qaz İstismar İdarəsinin 01 iyul 2010cu il tarixli, 230 saylı əmri ilə nəzarətçi-çilingərin vəzifəsinə işə götürülən və həmin sahəyə nəzarət edən nəzarətçi-çilingərin vəzifə təlimatında göstərilən tələbləri yerinə yetirmədiyi üçün hadisənin baş verməsinə şərait yaratdığı, ticarət mərkəzində texniki baxış keçirmədiyi, qaz sayğacı qoyulan vaxtdan hadisə baş verən zamana kimi ticarət mərkəzində olan qaz xəttlərinə və qaz avadanlığına texniki baxış keçirmədiyi, qaz sızmasının olub-olmamasını yoxlamadığı, yaxud həmin qaz xəttinin üzərindəki yarımdövrəli qaz kranının işlək olub-olmadığını yoxlamadığı, bu barədə texniki baxış və təlimat kitabında qeydlər aparmadığı, müvafiq akt tərtib etmədiyi və heç bir tədbir görmədiyi üçün onun tərəfindən «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ № 01-2001) 7.8-ci, 01 sentyabr 2023-cü il tarixdə Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2.1.3, 2.2.3, “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 8.10-cu, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 və 9.240-cı, “Qaz istismar idarəsinin nəzarətçi-çilingərinin vəzifə təlimatı”nın 1,2,8,10,11 və 12-ci,(12 may 2011-ci il tarixdə təsdiq olunmuş) “Qazdan istifadə qaydaları”nın 2.7-ci bəndlərinin tələblərinin pozulduğu qeyd edilmişdir. İş materiallarında olan tikinti-texniki ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X33 İdarəsinin 20 noyabr 2023-cü il tarixli, 1058 nömrəli rəyindən görünür ki, Şərur şəhərində yerləşən Şahid məxsus ticarət mərkəzində yanğın hadisəsi nəticəsində tikinti üzrə oranın 1300 m2 hissəsinə dəymiş maddi ziyanın məbləğinin bu günki orta bazar qiymətlərinə uyğun olaraq təqribən 208.168,61 (iki yüz səkkiz min yüz altmış səkkiz manat altmış bir qəpik) manat məbləğindədir. İş materiallarında olan kompüter-texniki ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 1068 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş "MultiStar" markalı, "MSE8408" modelli, "**********89" seriya nömrəli səkkiz kanallı müşahidə kameralarından video görüntüləri qeydə alan bir əded “DVR” tipli cihazın işlək vəziyyətdə olub, istifadə üçün yararlı olduğu və cihazda quraşdırılmış tarix göstəricisinin real tarixə uyğun olmadığı, təqdim edilmiş "Lofam" markalı, "GT-A6408HP" modelli, “**********00A" seriya nömrəli səkkiz kanallı müşahidə kameralarından video görüntüləri qeydə alan bir ədəd "DVR" tipli cihazın işlək vəziyyətdə olub, istifadə üçün yararlı olduğu və cihazda quraşdırılmış tarix göstəricisinin real tarixə uyğun olduğu, təqdim edilmiş "HİKVİSİON" markalı, "DS- 7104HQHİ-K1” modelli, "J19323990" seriya nömrəli dörd kanallı müşahidə kameralarından video görüntüləri qeydə alan bir ədəd "DVR" tipli cihazın işlək vəziyyətdə olub, istifadə üçün yararlı olduğu və cihazda quraşdırılmiş tarix göstəricisinin real tarixə uyğun olduğu, təqdim edilmiş yanğına məruz qaldığı üçün marka və modeli aşkar oluna bilməyən “DVR" tipli cihazın bütün qoşulma yuvaları yanaraq sıradan çıxdığı üçün cihazın işlək vəziyyətdə olmadığı və istifadə üçün yararsız olduğu, ekspertizaya təqdim edilmiş "Lofam" markali, "GT-A6408HP" modelli, “**********00A" seriya nömrəli “DVR” tipli qurğunun daxilində olan "Western Digital" (həcmi 1000 GB) markalı, "WD10EURX-63FH1Y0" modelli, "WCC1U4401925" seriya nömrəli "HDD" maqnit yaddaş daşıyıcısında və "HİKVİSİON" markalı, "DS-7104HQHİ-K1" modelli, "J19323990" seriya nömrəli "DVR" tipli qurğunun daxilində olan "Western Digital" (həcmi 500GB) markalı, "WD20PURX-64GVNYO" modelli, "WC2B7S19N87" seriya nömrəli "HDD" maqnit yaddaş daşıyıcısında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mövcud olan və silinmiş məlumatların müəyyən olunduğu, ekspertizaya təqdim edilmiş tədqiq olunan “MultiStar" markalı, "MSE8408" modelli, "**********89" seriya nömrəli “DVR" tipli qurğunun tarix və zaman göstəricilərinin real tarix və zaman göstəricilərinə uyğun olmadığı üçün videogörüntülərdə xx.xx.2023xx.xx.2023-cü il tarixlərini dəqiq müəyyən etmək mümkün olmadığından “DVR” cihazın daxilində olan "Seagate" (həcmi 1000 GB) markalı, “ST1000DM003" modelli, "W1D4P508" seriya nömrəli "HDD" maqnit yaddaş daşıyıcısından videoqeydiyyat dayanan andan üç gün geriyə olan və silinmiş məlumatların əldə edildiyi, ekspertizaya təqdim edilmiş marka və modeli müəyyən oluna bilməyən “DVR” tipli qurğu üzərində olan “HDD” maqnit yaddaş daşıyıcısının yanaraq yararsız vəziyyətə düşdüyündən yaddaş daşıyıcısında hər hansı bir məlumatın olub-olmaması və silinib-silinməməsi üzrə tədqiqat işləri aparmağın mümkün olmadığı, ekspertizaya təqdim edilmiş "Lofam" markalı, “GT-A6408HP” modelli, "**********00A” seriya nömrəli "DVR” tipli qurğunun daxilində olan "Western Digital" (həcmi 1000 GB) markalı, "WD10EURX-63FH1Y0" modelli, "WCC1U4401925" seriya nömrəli "HDD" maqnit yaddaş daşıyıcısında və “HİKVİSİON" markalı, “DS-7104HQHİ-K1” modelli, “J19323990" seriya nömrəli “DVR” tipli qurğunun daxilində olan "Western Digital" (həcmi 500 GB) markalı, "WD20PURX- 64GVNYO" modelli, "WC2B7S19N87" seriya nömrəli "HDD" maqnit yaddaş daşıyıcısında xx.xx.2023-cü il, 05:00-06:30 saata aid mövcud olan və silinmiş məlumatların müəyyən olunduğu, tədqiq olunan “MultiStar” markalı, “MSE8408" modelli, "**********89" seriya nömrəli "DVR” tipli qurğunun daxilində olan "Seagate” (həcmi 1000 GB) markalı, "ST1000DM003"modelli, "W1D4P508” seriya nömrəli “HDD” maqnit yaddaş daşıyıcısında xx.xx.2023-cü il, 05:00-06:30 saata aid məlumatların müəyyən olunmadığı qeyd edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 1082 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 02 cild materiallarda və ayrı-ayrı tarixlərdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən yanaraq yararsız vəziyyətə düşmüş 07 adda tədqiqat obyektinin orta istismar müddətinin və orta istismar intensivliyinin parametrlərinə uyğun olaraq zədələnməmişdən əvvəlki topdansatış bazar qiyməti ilə ümumi dəyərinin nəzəri hesablama yolu ilə təxminən 4896 manat müəyyən edildiyi, Şərur Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan Zərərçəkmiş şəxs39 300 manat, Zərərçəkmiş şəxs7 2696 manat, Zərərçəkmiş şəxs19 isə 1900 manat ziyan dəydiyi, digər tədqiqat obyektlərinin əmtəə görünüşü itdiyi üçün və zərərçəkmiş şəxslərin izahatlarında, təqdim etdikdləri məlumatlarda onların adlı siyahısı, markası, modeli, miqdarı, hansı üsulla hazırlanması, texniki göstəriciləri (ölçüsü, istehsal ili, hansı materialdan hazırlanması), təyinatı haqqında kifayət qədər məlumat olmadığından, həmçinin yük-gömrük bəyannamələrinin, alqı-satqı fakturalarının, malların ayrı-ayrılıqda uçotu aparılmadığından qiymətləndirmə aparmağın mümkün olmadığı qeyd edilmişdir. Video görüntülərin müayinəsi: İş materiallarında olan “TOSHİBA” markalı HP P/N: 572868-001 nömrəli xarici yaddaş qurğusunda olan Zərərçəkmiş şəxs34 məxsus mağazadan götürülmüş “LOFAM" markalı videomüşahidə kamerasının bazarın sol tərəfdən girişində quraşdırılmış 5-ci və 6cı kanalının görüntülərindən görünür ki, saat 05:48-də bazarın sol tərəfində yolda nəqliyyat vasitələri hərəkət edir, hər hansı yanğın hadisəsi kənardan müşahidə olunmur, 05:49-da yanğın ətrafı işıqlandırmağa başlayır, 05:50-də alov güclənərək yolun əks tərəfində yerləşən ikimərtəbəli yaşayış binalarını işıqlandırır, ətrafda olan sürücülə öz nəqliyyat vasitələrini ərazidən çıxardır, görüntüdə hər hansı yanğınsöndürmə avtomobili görünümür, 05:52-də artıq görüntü kəsilir. Həmin videomüşahidə kamerasının bazarın sol tərəfdən içəridə girişdə quraşdırılmış 7-ci kanalının görüntülərindən görünür ki, bazarın sol tərəfindən içəridə yuxarı qalxan bir pilləkən görünür (zərərçəkmiş şəxslər həmin pilləkənin yanmış bazarın içindən yuxarıya, bazarın sahibkarının ofisinə qalxan pilləkən olduğunu bildirirlər), saat 05:46-da içəri qaranlıqdır, 05:48-də pilləkənə alov işıqları düşməyə başlayır, 05:49-da alov pilləkənin altında yerləşən qutularda olan üzəri parça ilə örtülmüş məhsullara çatır, göydən alov qığılcımları tökülür, 05:51-də alov hər tərəfi bürüyür və kamera yandığından görüntü itir. İş materiallarında olan “TOSHİBA” markalı HP P/N: 572868-001 nömrəli xarici yaddaş qurğusunda olan Etibar Rzayevə məxsus mağazadan götürülmüş “HİKVİSİON" markalı videomüşahidə kamerasının görüntülərindən saat 05:37-də bazarın giriş qapısı tərəfdə bir nəfər şəxsin (şahid X29) satış nöqtəsinin işığını yandırdığı, saat 05:43-də bazarın yanğın baş verən hissəsindən satış nöqtəsindəki əmtəələrin üzərinə çəkilmiş parçanın yellənməyə başladığı və getdikcə şiddətləndiyi, küləyin təsirinin giriş qapısında müşahidə edildiyi, ətrafa qığılcımların səpilməyə və tüstü dolmağa başladığı müəyyən edilmişdir. İş materiallarında olan “TOSHİBA” markalı HP P/N: 572868-001 nömrəli xarici yaddaş qurğusunda olan hadisə yerindən götürülmüş və yanğına məruz qalmış "MultiStar" markalı videomüşahidə kamerasının görüntülərindən yalnız 7, 8 və 15 oktyabr 2023-cü il tarixlərinə aid geyim piştaxtalarının görüntülərinin olduğu müyyən olunur. İş materiallarında olan CD-də Vidadi Nəcəfova məxsus 22 nömrəli mağazanın “Orbita H264” markalı 4 çıxışlı videomüşahidə kamerasının yaddaş qurğusunun 03-cü müşahidə kamerasının görüntülərinə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 05:59dəqiqədə ərzaq mağazalarının qarşısında müxtəlif ərzaqların olduğu, sol tərəfdən olan iki tağlı qapının açıldığı, sol tərəfdə olan iki tağlı qapının ilkin olaraq sol qapısının açıldığı, qarşıda olan ərzaqların üzərinə çəkilmiş örtüyün silkələndiyi, toz-torpağın sol tərəfdə olan qapı tərəfdən sağ tərəfə getdiyi, iki tağlı qapı tərəfdən müxtəlif qab-qacaqların sağ tərəfə yayıldığı, sağ tərəfdə olan iki tağlı qapının ikisinin də açıldığı, qapıların içəri tərəfindən yuxarıdan alov qığılcımlarının yerə töküldüyü müəyyən olunmuşdur. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin Şərur şəhəri, Heydər Əliyev prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişdiyi sahədə yerləşən Şərur Ticarət Mərkəzi adı altında fəaliyyət göstərən bazarda baş verdiyi müəyyən edilmiş, həmçinin baxış zamanı hadisə yerindən 1 ədəd “Multistar” markalı “MSE 8408” nömrəli videomüşahidə kamerasının yaddaş qurğusu, 1 ədəd markası yandığı üçün aşkar edilməyən viedomüşahidə kamerasının yaddaş qurğusu, 1 ədəd yandığı üçün nömrəsi və markası müşahidə edilməyən qaz sayğacı, 1 ədəd vintil, 1 ədəd requliator, hiss yaxmaları və kül qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 03/878 nömrəli məktubundan görünür ki, Şərur şəhəri, Heydər Əliyev prospekti 1/2 ünvanında "Şərur Ticarət Mərkəzi”nin yerləşdiyi 10258,5 m2 torpaq sahəsinin Şərur bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 nömrəli qərarı əsasında xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ ilə Şərur Bələdiyyəsinin adına qeydiyyata alınmış, Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 iyul 2023-cü il tarixli 02 nömrəli bələdiyyə mülkiyyətində olan torpağın açıq hərracda satışı haqqında yekun protokolu, 12 iyul 2023-cü il tarixli açıq torpaq hərrac, müsabiqə müqaviləsi və xx.xx.2023-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisində qeydiyyata alınan 4Ə-204 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Şahid adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli, 27/1-xx-xx/0913 nömrəli məktubundan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq illik yoxlama planının hazırlanması zamanı sahibkar barədə zəruri məlumatların (VÖEN) müvafiq reyestrə əlavə edilməli olduğu, ünvan 3 ünvanında yerləşən “Şərur Ticarət Mərkəzi”ndə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə baxmayaraq ticarət mərkəzinin sahibinin “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” mövcud olmadığından və vergi orqanında qeydiyyata alınmadığından cari ildə həmən obyektdə yoxlamanın həyata keçirilməsinin mümkün olmamış, “Şərur Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərən obyektin kütləvi insan toplaşan məkan olması nəzərə alınaraq mərkəzin sahibinin razılığı əsasında əməkdaşlar tərəfindən sözügedən obyektdə yanğın-texniki müayinə keçirilmiş, həyata keçirilən müayinə zamanı obyektdə aşkar edilmiş nöqsanlar barədə 29 avqust 2023-cü il tarixli, 494 nömrəli “Göstəriş” məktubunun təqdim edilmiş və mövcud nöqsanların qısa müddət ərzində aradan qaldırılmasının Ticarət mərkəzinin sahibinə tövsiyyə edilmiş, həmin Ticarət mərkəzinin tikinti və yenidən qurma işlərinin, o cümlədən, fasad üzləmə işlərinin lahiyələrinin razılaşdırılması, yanğın təhlükəsizliyi ekspertizasından keçirilməsi, istismara qəbul edilməsi, istifadə olunan üzlük materiallarının uyğunluğuna dair X33 İdarəsinə heç bir müraciət daxil olmamış, “Şərur Ticarət Mərkəzi”nin ərazisində aparılan qanunsuz tikililərlə bağlı obyekt rəhbərinə 19 iyul 2023-cü il tarixdə 27/1-26/0032 nömrəli “Xəbərdarlıq” məktubu təqdim olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli nömrəli məktubdan görünür ki, “Şərur Ticarət Mərkəzi” adlı hüquqi şəxs dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-1200/2- 003837/2023 nömrəli məktubdan görünür ki, Şərur ticarət mərkəzində fəaliyyət göstərən əmtəə və avadanlıqları yanğına məruz qalmış fiziki şəxslərin xarici iqtisadi fəaliyyətləri, Azərbaycan Respublikasına idxal etdikləri mal-materiallar və onlar barədə məlumatların elektron gömrük bəyannaməsi sistemində qeydə alınmamışdır. İş materiallarında olan Naxçıvan MR Qaz İstismar Xidmətinin “Qaz istismar idarəsinin nəzarətçi çilingərinin vəzifə təlimatı”ndan görünür ki, qaz təsərrüfatı avadanlıqlarının və cihazlarının təmiri, nizamlanması, sınanması, quraşdırılması, sazlanması və təhvil verilməsini həyata keçirmək, istehlakçıların olduğu ərazilərdəki qaz kəmərlərinin üzərindəki qaz avadanlıqları və işlədilən qaz cihazlarının sayını, abonentlərin istismarında olan qaz cihazlarını standart və qeyri-standart sayını qeydə almaq, ərazidə olan qaz tənzimləyən qurğu və şkaf tipli tənzimləyici qurğuların texnoloji rejimə uyğun nizamlanmasını həyata keçirmək, abonentlərin qazdan təhlükəsiz istifadə qaydalarının abonent kitabçalarında təlimata uyğun qeydlərini aparmaq və təlimatlandırma işini aparmaq, qazdan istifadə zamanı qadağan olunan halların aktlaşdırılmasını həyata keçirmək, qazın alqı-satqı müqaviləsinin şərtlərinə istehlakçı tərəfindən riayət olunmasına nəzarət etmək, qaz avadanlıqlarına texniki baxış keçirmək və aşkarlanan nöqsanları qaldırılmasını yerinə yetirmək, yaşayış məntəqələrində qaz sızmalarını aşkarlamaq və bu barədə qaz istismar idarəsinə və qaz-dispetçer sahəsinə məlumat vermək və digər vəzifələrin nəzarətçiçilingərin vəzifəsidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə Naxçıvan MR Qaz İstismar Xidmətinə təqdimat verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şərur Ticarət Mərkəzinin sahibi Şahid yanğın təhlükəsizliyi normalarına və qaydalarına tam riayət etmədiyindən iş üzrə zərərçəkmiş şəxs kimi tanınmamış, bununla belə əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Naxçıvan MR Ədliyyə Nazirliyi və sair məsul qurumların vəzifəli şəxslərinin barəsində, eləcə də cinayət xarakterli digər xüsusatlara dair materiallar cinayət işindən ayrıca icraata ayrılaraq araşdırma davam etdirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Mahmudkənd kəndində ailəsi ilə birlikdə yaşayır, “MV № 046431” nömrəli vəsiqəyə əsasən müharibə veteranıdır. İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sakit və təmkinli olduğu, kəndin ictimai işlərində fəal iştirak etdiyi üçün yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadəsinə, ekspert rəylərinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, müharibə veteranı olmasını, zərərçəkmiş şəxslərin əksəriyyətinin şikayətinin olmamasını, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini - barəsində müsbət xasiyyətnamə verilməsini, özünə tənqidi yanaşmasını, əməlindən peşman olmasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların isə olmamasını, habelə ilk dəfə cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, rəsmi iş yerinin olmasını nəzərə alıb ona təqsirləndirildiyi maddənin sanksiyasında olan cəza növlərindən islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Mehkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı iş yeri üzrə qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Mehkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi nəzərə alınmalı, dəymiş ziyanının ödənilməsi tələbi olan zərərçəkmiş şəxslərə ekspert rəyinə uyğun olaraq yanğın təhlükəsizliyi qaydalarını pozmuş, buna görə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmamış ticarət mərkəzinin sahibi Şahid və səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunmuş Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 1 ədəd “Multistar” markalı “MSE 8408” nömrəli videomüşahidə kamerasının yaddaş qurğusu, 1 ədəd markası yandığı üçün aşkar edilməyən viedomüşahidə kamerasının yaddaş qurğusu Şahid, 1 ədəd yandığı üçün nömrəsi və markası müşahidə edilməyən qaz sayğacı, 1 ədəd vintil, 1 ədəd requliator Naxçıvan MR Qaz İstismar Xidmətinin Şərur Rayon İdarəsinə, “Lofam” markalı müşahidə kamerasın yaddaş qurğusu Zərərçəkmiş şəxs34, “Hikvision” markalı müşahidə kamarasının yaddaş qurğusu X8 qaytarılmalı, iş materiallarında olan “Multistar”, “Lofam” və Hikvision” markalı videomüşahidə kameralarının videogörüntülərinin yükləndiyi 1 ədəd “TOSHİBA” markalı HP P/N: 572868- 001 nömrəli xarici yaddaş qurğusu (HDD) və “Orbita H264” markalı videomüşahidə kamerasının videogörüntülərinin yükləndiyi 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs iş yeri üzrə qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Cəzasının icrasına nəzarət məhkumun yaşadığı yer üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan, hadisə yerindən götürülmüş 1 ədəd “Multistar” markalı “MSE 8408” nömrəli videomüşahidə kamerasının yaddaş qurğusu, 1 ədəd markası yandığı üçün aşkar edilməyən viedomüşahidə kamerasının yaddaş qurğusu Şahid, 1 ədəd yandığı üçün nömrəsi və markası müşahidə edilməyən qaz sayğacı, 1 ədəd vintil, 1 ədəd requliator Naxçıvan MR Qaz İstismar Xidmətinin Şərur Rayon İdarəsinə, “Lofam” markalı müşahidə kamerasın yaddaş qurğusu Zərərçəkmiş şəxs34, “Hikvision” markalı müşahidə kamarasının yaddaş qurğusu X8 qaytarılsın. İş materiallarında olan “Multistar”, “Lofam” və Hikvision” markalı videomüşahidə kameralarının videogörüntülərinin yükləndiyi 1 ədəd “TOSHİBA” markalı HP P/N: 572868- 001 nömrəli xarici yaddaş qurğusu (HDD) və “Orbita H264” markalı videomüşahidə kamerasının videogörüntülərinin yükləndiyi 1 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi nəzərə alınsın, dəymiş ziyanının ödənilməsi tələbi olan zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. İş üzə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar