Məhkəmə qərarları › İş №1(110)-20/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-20/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-20/2025 20.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X2 xüsusi ittiham qaydasında şikayətinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1980-cı il təvəllüdlü X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək, onun barəsində həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını, Vətən Davudovdan ona vurulmuş maddi-mənəvi, psixolojı ziyan qarşılığında 10.000 (on min) manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X6, xx.xx.1973-cü ildə Ermənistan SSR-də anadan olmuşdur. Taksi xidmətində işləyərkən X8 müştəri kimi maşınına minmiş və onun xahişi ilə istədiyi yerə aparıb-gətirmişdir. Onu bir necə dəfə aparıb-gətidikdən sonra o, ona eşq elan etmişdir. O isə ona imtina etdiyini bildirmişdir. Lakin, o ona “sənin heç kimin yoxdur, tək qadınsan, gəl dost olaq və mən səni himayə edəcəm, hətta "sənə ömrümün axırına kimi ərlik edəcəm" deyərək onu inandıb. Ona “bir yerdə yaşayaq, təsərrüfatı birgə idarə edək və mehriban yaşayaq” demişdir. O tək olduğunu, ona arxa-dayaq olacağını fikirləşmişdir. Beləliklə də 2017-ci ildən 2025-ci ilin iyun ayına kimi bir yerdə ər-arvad kimi yaşamışlar. Bir müddət keçdikdən sonra o görüb ki, o, ona müxtəlif qadınlarla xəyanət edir. Bunu ona deyəndə o, onu qadına yaraşmayan küçə söyüşləri ilə söyməyə başlayıb. Hətta, onunla dalaşan zaman o, arvadını, uşağını da küçə söyüşləri ilə söyərək, hamısının başını kəsəcəyini bildirmişdir. O, mütəmadi olaraq onu küçə söyüşləri ilə söyüb təhqir edir, şəxsiyyətini alçaldır. O buna etiraz olaraq ondan polisə və prokurorluğa şikayət edəcəyini bildirəndə o, həm onu, həm də polis və prokurorluq orqanlarını ən ağır kişi söyüşləri ilə dəfələrlə söyərək, yenə də şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və təhqir etmiş. Onun ən ağır və alçaldıcı söuyüşlərini bu ərizədə, ona yaraşmadığı üçün, ifadə edə bilmədiyinə görə, həmin söyüşləri əlavə olaraq diskdə təqdim edir. Bundan əlavə, 2025-ci ilin əvvəlində onunla görüşərkən X1 sumqayıtda, körpünün qırağında qəflətən maşınına soxularaq onu boğmağa başlayıb. Əlbəyaxa boğuşma vaxtı onun boynunda olan qızıl zəncirini də qırmışdır. Maşında üzərinə silah çəkib, ölürməyə cəhd edib. Lakin, təəssüf ki, o onun bu hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Ancaq hazırda ona etdiyi güzəştlərə görə peşman olmuş və şəxsiyyətini alçaldıb təhqir etdiyi üçün, onun ciddi cəzalandırılmasını istəyir. O nəinki məni söymüş, hətta prokurorluq orqanında işləyənlərin də ünvanna nalayiq sözlərlə təhqir etmişdir. Masallı otelində yatdığı yerdə qolunu boğazına keçirərək boğmaq istərkən ayılmışdır və demişdir ki, sən məni boğursan? O isə cavabında demişdir ki, sən qorxmusan ki, səni öldürərəm? Bundan sonra səhəri günü Bakıya qayıtmışdır. Novxanıda, Nabranda, Cəlilabadda, Türkiyədə, Masllıda, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 16-da X8 dəfələrlə onu döymüş və şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə X8 onu "Tik-Tok" sosial şəbəkəsində, bundan başqa mətəmadi olaraq cəmiyyətdə, rəfiqələri, tanışlar, qohumlar və s. insanlar arasında alçaldaraq təhqirlərə məruz qoymuş, fiziki şiddətlər göstərmiş, anidən üzərinə hücüm edərək boğmuş, güc təzyiqi göstərərək əlbəyaxa olmuş, üzərimə silah çəkərək öldürəcəyi ilə hədələmiş, sağlamlığımı, psixoloji durumunu zədələmiş, qüruru ilə oynamış və alçaltmışdır. Bütün bunlar omum dərin sarsıntı keçirməyimə səbəb olmuşdur. Özü şəkər xəstəsidir. Onun bu hərəkətləri nəticəsində şəkəri və təzyiqi qalxmış, günlərlə özünə gələ bilməmişdir. Qeyd olunanlarla bağlı o, ona vurulmuş maddi-mənəvi, psixolojı ziyan qarşılığında 10.000 (on min) manat pul ödəməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, 9 il onların şəxsi münasibəti olduğunu, 4 000 manat məbləğində ona pul verdiyini və ikisinin arasında heç kimi olmadığı şəraitdə qarşılıqlı söyüşlər olduğunu, onun verdiyi pulu ona qaytardığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, "Tik-Tok" sosial şəbəkəsində yayılmış məlumatda və X6 ilə X5 arasındakı təqdim edilmiş səs yazılarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin əlamətləri yoxdur. Eyni zamanda X5 X3 cəmiyyətdə və digər şəxslərin yanında təhqir etməsi ilə bağlı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi iş materiallarında öz əksini tapmır. "Tik-Tok" sosial şəbəkəsində yer almış ifadədə (“sen necadana kisini firladibsan”) təhqir xarakterli deyil, tənqidi xarakter daşıyır. Diskdə qeyd olunan səs yazıları X6 ilə X9 arasında olduğundan kütləvi xarakterə malik deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada formada qəsdən alçaldılması öz təsdiqini tapmamışdır. Göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, qeyd olunmuş məlumatlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. X13 Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən “hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir”. Bu fundamental bir hüquqdur. Məhkəmə hesab edir ki, hər bir vətəndaş öz fikrini həm cəmiyyət arasında, həmdə sosial şəbəkələrdə ifadə etməkdə sərbəstdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X4 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynalov İlkin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar