Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-21/2023 23.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Şərur rayon Vərməziyar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işsiz, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan, barəsində 05 iyun 2023cü il tarixdə həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin mart ayının sonlarında saat təqribən 11:00 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus Şərur rayon Vərməziyar kəndində olan evinə qanunsuz daxil olaraq həmin evin salonunda saatlı şkafın çəkməcəsində mücrü qabında saxlanılan və icərisində, ümumi dəyəri 19000 (on doqquz min) manat olan 03 ədəd qızıl boyunbağını, 01 ədəd qızıl qolbağı, 02 ədəd 10-luq qızıl klonu, 2 ədəd qızl klonu, 01 ədəd nazik qızıl sepi, 01 ədəd qızıl saatı, 03 ədəd qızıl dairəvi üzüyü, 01 ədəd əyri qaşlı qızıl dairəvi üzüyü, 01 komplekt qızıl sırğa-üzük dəstini, 01 ədəd qara qaşlı briliyant üzüyü, 01 ədəd uzunsov qaşlı qızıl üzüyü, 01 ədəd tək qaşlıqızıl sırğa və üzük dəstini, 01 ədəd kəpənək şəkilli qızıl sırğa üzük dəstini, 01cüt romb şəkilli qızıl sırğanı, 01 cütqaşlı qızıl sırğanı, 02 ədəd qızıl tək qaşlı üzüyü, 01 ədəd qızıl balaca üzüyü, 01 ədəd halqalı qızıl sırğa üzük dəstini, 01 ədəd yarpaq şəkilli qızıl klonumücrü qabı ilə birlikdə gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o,özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 aprel 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Şərur rayon Vərməziyar kənd xidmət mərkəzinə gələrək xidmət mərkəzinin arxa hissəsində olan ət mağazasanın giriş qapısını əlində olan dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmuş və orada olan elektrik ayırıcısını ayıraraq xidmət mərkəzinin ümümi işıqlarını söndürmüş, sonra oradan çıxaraq Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasına gələrək, mağazanın aluminium metaldan hazırlanmış giriş qapısının kilidini əlində olan dəmir parçası ilə sıxıb açmaqla, mağazaya qanunsuz daxil olaraq 90 (doxsan) manat dəyərində Zərərçəkmiş şəxs2 məxsuz video müşahidə kamerasının yaddaş aparatını və mağazada olan "xxxx" Şirkətinə məxsus ümumi dəyəri 1414 manat olan “САГА” ТП-20.8.2 modelli 21037 saylı ödəmə terminalını və terminalın içərisində olan 795 (yeddi yüz doxsan beş) manat pulu gizli olaraq talamış, eləcədə terminalı götürüb apararkən terminala 200 manat dəyərində ziyan vurmaqla Zərərçəkmiş şəxs2 90 manat, "xxxx" Şirkətinə isə ümumilikdə 2409 manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşadığını, bir qonşu kimi aralarında yaxşı münasibətlərin olduğunu, kredit borclarını vaxtında ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etmək qərarına gəldiyini, sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə təqribən 2023-cü ilin mart ayının sonlarında saat təxminən 11-12:00 radələrində Zərərçəkmiş şəxs1 evdə olub olmamağını bilmək üçün onu bir neçə dəfə çağırdığını, həmin həyətdən səs çıxmadığını görüb evdə heç kimin olmadığını düşündüyünü, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində olan darvaza qapısını əli ilə itələdiyini, qapının açıq olduğunu görüb həyətə daxil olduğunu, sonra evin önündə olan giriş qapısına yaxınlaşdığını, qapının açıq olub olmadığını yoxlamaq üçün əlcəyindən tutub itələdiyini, həmin vaxt qapının açıldığını, evin içərisinə daxil olduğunu, evin salonunda bir neçə yeri axtardıqdan sonra, salonun yuxarı hissəsində plazma televizor, televizorun sağ hissəsində isə taxtadan ibarət bir saat və saatın altında isə çəkməcə olduğunu gördüyünü, həmin çəkməcəyə yaxınlaşdığını, həmin çəkməcəni açan zaman çəkməcənin içərisində bronz rəngli bir mücrünün olduğunu görüb həmin mücrünü götürdüyünü, mücrünün içərisini açan zaman içərisində müxtəlif çeşitdə qızıl zinət əşyalarının yəni, üzüklərin, sırğaların, qolbağıların, boyunbağıların, üzərində 10 rəqəmi yazılan 02 ədəd qəpiklərin və 01 ədəd qadın qol saatının olduğunu gördüyünü, həmin qızılları pul əldə etmək məqsədilə oğurlayıb satmaq qərarına gəldiyini, mücrünün ağzını bağlayıb içərisindəki qızıllarla birlikdə götürüb evdən çıxaraq birbaşa evə getdiyini, həyətə çatan zaman mücrünü təkrar açdığını, içərisindəki qızılları bir selefon torbaya doldurduğunu, həmin vaxt mücrünün içərisindəki qızıl zinət əşyalarının sayını dəqiq bilmədiyini, həmin torbanı yaşadığı evin həyətində olan boş bir yeşikin içərisində saxladığını, mücrünü isə evdən çıxan məişət tullantıları ilə birlikdə un kisəsinin içərisinə yığıb zibilxanaya aparılması üçün yolun kənarına qoyduğunu, bir neçə gün sonra Naxçıvan Şəhərindəki ticarət mərkəzində mağaza işlədən qohumu olan X15 yanına getdiyini, ona oğurladığı qızıl zinət əşyalarını göstərərək onları satmaq istədiyini bildirdiyini, sonra İlkinlə birlikdə ticarət mərkəzinin qızıl alqı satqısının aparıldığı hissəsinə getdiklərini, orada qızıl zinət əşyalarını tanımadığı bir nəfərə göstərdiyini, ancaq qiymətdə razılaşmadığını və həmin şəxsin pulu olmadığı üçün qızılları orada satmadığını, sonra İlkindən onunla birlikdə qızılları satmaq üçün Bakı şəhərinə getməyini xahiş etdiyini, xx.xx.2023-cü il tarixində birlikdə Bakı şəhərinə getdiklərini, Bakıya çatdıqda İlkinin qaynı Sərxan adlı şəxsin onları qarşıladığını, orada İlkinin Sərxana əmim oğlu Teymurun satılıq qızılları vardır, onları satmaq istəyir sözlərini dediyini, Sərxanla ünvanını xatırlamadığı bir yerə getdiklərini, orada tanımadığı bir cavan oğlanla görüşdüklərini, həmin şəxsə qızılları olduğunu və satmaq istədiyini bildirdiyini, həmin şəxsin hələlik pulunun olmadığı üçün qızıl ala bilmədiklərini bildirdiyini, sonra birlikdə Laçın adlı ticarət mərkəzinə getdiklərini, orada da qızılları sata bilmədiklərini, sonra İlkinin qaynatasının işlətdiyi çayxanaya getdiklərini, orada olan zaman çay içdiklərini, sonra İlkinin Naxçıvana geri qayıtmaq istədiyini bildirdiyini, qardaşı Rahim Mənsimova zəng vurduğunu, Bakıya gəldiyini, gəlib onu İlqar əmisinin kafesinin yanından götürməsini istəməsini, təxminən saat 17:30 radələrində həmin kafenin qarşısında qardaşı Rəhim Mənsimovla görüşdüklərini, bir az söhbət etdikdən sonra Rahimin onu özünə məxsus Hyundai ix35 markalı maşınla Ramana Şuşa qəsəbəsində olan evlərinə apardığını, axşamı onlarda qaldığını, Rəhimin ondan nə üçün gəldiyini soruşduqda işinin olduğunu, qızıl-zinət əşyaları barədə heç nə demədiyini, sonradan Rahimin əsəbləşdiyini görüb sol döş cibindən selefon bükülünü çıxardıb Rahimə göstərərək qızıl olduğunu, tanışı olan qızın verdiyini, bu qızılları satdıqda həmin qıza da pay çatacağını dediyini, səhəri gün X35 ətrafına getmək istədiyini və orada qızılları satacağını bildirdiyini, Rahimin onu həmin ünvana aparıb düşürdükdən sonra çıxıb getdiyini, Rahimi yola saldıqdan sonra qızıl alqı satqısı ilə məşğul olan tanımadığı bir şəxsə yaxınlaşdığını, həmin şəxsə 02 ədəd boyunbağı göstərərək onları satmaq istədiyini bildirdiyini, sonra həmin qızılları ümumilikdə 1600 (bir min altı yüz) manata tanımadığı şəxsə satdığını, həmin boyunbağıları satdıqdan sonra taksi ilə başqa tanımadığı bir əraziyə getdiyini, orada olan zaman yenə tanımadığı 40-45 yaşlarında bir qızıl alqı satqısı ilə məşğul olan şəxsə 02 cüt qızıl sırğa üzük dəsti göstərdiyini, həmin şəxslə razılaşdıqdan sonra 02 cüt sırğa üzük dəstini ümumilkdə 600 (altı yüz) manata satdığını, daha sonra yenə taksi ilə tanımadığı əraziyə getdiyini, orada da adını bilmədiyi qızıl alqı satqısı ilə məşğul olan bir şəxsə 01 cüt qızıl qolbaq boyunbağı dəstini ümumilkdə 1200 (bir min iki yüz) manata satdığını, sonra yenə eyni qaydada 4-5 dəfə olmaqla ayrı-ayrı tanımadığı qızıl alqı satqısı ilə məşğul olan şəxslərə xatırlamadığı sayda və məbləğdə qızıl zinət əşyaları sataraq ümumilkdə 6000 (altı min) manat pul əldə edib həmin günü də təyyarə ilə kəndə qayıtdığını, əldə etdiyi həmin 6000 (altı min) manat puldan 3160 (üç min yüz altmış) manatını həmkəndlisi Fəqan Əliyev adlı şəxsin adına götürdüyü krediti bağlayan zaman, 560 (beş yüz altmış) manatını Bank Respublika adlı banka olan kredit borcunu ödəyən zaman, 400 (dörd yüz) manatını Şərur şəhərində yerləşən Əli adlı şəxsin işlətdiyi tikinti materialları üçün nəzərdə tutulmuş mağazaya, 250 (iki yüz əlli) manatını qohumu olan İlkin Mənsimova borcunu qaytaran zaman ödədikdən sonra, qalan hissəsini də özünün ehtiyacları üçün xərclədiyini, Zərərçəkmiş şəxs1 həmkəndlisi olduğu üçün uzun müddətdir ki, tanıdığını, Zərərçəkmiş şəxs1 ilə hər hansı bir ədavəti olmadığını, Zərərçəkmiş şəxs1 evi onun yaşadığı evin yaxınlığında yerləşdiyi üçün məhs oğurluq etmək üçün həmin evi seçdiyini, həmin evdə ümumiyyətlə olmadığını, evin salonuna daxil olan zaman salonun içərisində bir neçə yeri axtarmağa başladığını, sonra salonun yuxarı hissəsində pərdələrin arxasını da axtardığını, heç nə tapa bilmədiyi üçün saatın altındakı çəkməcəni axtarmağa başladığını, həmin vaxt çəkməcənin içərisindən mücrünü taparaq onu götürüb evdən çıxdığını, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurladığı mücrünün içərisində üzük, qolbaq, boyunbağı, sırğa, qol saatı kimi qızıl zinət əşyalarının olduqlarını xatırladığını, ancaq həmin zinət əşyaların hansı növdən konkret neçə ədəd olduqlarını xatırlaya bilmədiyini, oğurluğu tək etdiyini, həmin vaxt yanında heç kimin olmadığını, oğurluq etdiyini ondan başqa heç kəsin bilmədiyini, Bakı şəhərini yaxşı tanımadığını, ona görə də oğurladığı qızılları Bakıda satmağına köməklik etməsi üçün İlkindən onunla birlikdə Bakı şəhərinə getməyini xahiş etdiyini, İlkin Mənsimovun onda olan qızılların oğurluq olduqlarından xəbərinin olmadığını, qızılların alqı satqısından əldə olunan qazancdan İlkin Mənsimova heç bir pay düşməyəcəyini, ilk dəfə ifadə verərkən özünün də bilmədən səhv verdiyini, Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən oğurladığı qızıl zinət əşyalarını İlkin Mənsimov ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə satmaq üçün aparmış olduğunu, oğurluğu isə həmin gündən təxminən 2-3 gün əvvəl yəni 28 və ya 29 mart tarixlərində törətdiyini, 2023-cü ilin mart ayının sonlarında həmkəndlisi Zərərçəkmiş şəxs1 Səyub oğluna məxsus yaşayış evində törətmiş olduğu əməlinin gizlin qaldığını düşündüyü üçün onda təkrar oğurluq etmək niyyəti yarandığını, həmin cinayətkar niyyətini həyata keçirmək üçün 2023-cü ilin aprel ayının sonlarında pul əldə etmək məqsədilə Şərur rayon Vərməziyar kənd mərkəzində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından oğurluq etmək qərarına gəldiyini, 25 aprel 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdən 01 ədəd kəlbətin götürərək evdən çıxıb kənddə olan çayxanaya getdiyini, təxminən 23:00 radələrinədək çayxanada vaxt keçirtdiyini, sonra çayxanadan çıxıb oğurluq etmək məqsədilə xidmət mərkəzinə tərəf getdiyini, ora çatan vaxt saat təxminən 00:30 radələrində, ilk öncə xidmət mərkəzinin yanında olan və əvvəlcədən hasarın yanında olduğunu gördüyü dəmir parçasını götürdüyünü, sonra xidmət mərkəzinin arxa hissəində olan ət mağazasının qapısını həmin dəmir parçası ilə sıxdığını, qapı açıldıqdan sonra içəri daxil olub elektrik avtomatını söndürdüyünü, bu zaman xidmət mərkəzinin işıqlarının söndüyünü, dərhal xidmət mərkəzinin ön hissəsinə keçdiyini, mərkəzin ön hissəsinin sol tərəfində olan həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının qapısının arasına əlində olan dəmir parçasını yerləşdirib sıxdığını, sıxılmanın gücündən mağazanın qapısının açıldığını, gizlincə qanunsuz olaraq həmin mağazanın içərisinə daxil olduğunu, içəri daxil olduqdan sonra mağazanın içərisində olan müşahidə kamerasının aparatının naqillərini üzərində olan kəlbətinlə kəsdiyini, həmin aparatı götürüb mağazadan çıxdığını, sonra oğurladığı aparatı xidmət mərkəzinin yanındakı hasarın yanında gizlətdiyini, daha sonra təkrar mağazaya daxil olub, içəridə olan “Milli ön” adlı ödəniş terminalını oğurlayaraq qucağına alıb mağazanı tərk etdiyini, oğurladığı ödəniş terminalını xidmət mərkəzinin binasının arxasında olan kürəkəni olan X5 məxsus həyətin içərisindəki tövlənin yanında olan ot topasının içərisində gizlətdiyini, həmin vaxt ödəniş terminalını açmağa cəhd etsə də bunu bacarmadığını, sonra həmin terminalı ot topasının içərisində tam olaraq gizlətdiyini, bu barədə heç kimə bir söz demədən evə getdiyini, gecəni evdə keçirdiyini, səhəri günü səhər saat 09:00 radələrində yuxudan oyandığını, sonra kənd mərkəzinə doğru getdiyini, ora çatan zaman xidmət mərkəzinin önündə çoxlu sayda polis əməkdaşlarının olduğunu gördüyünü, çox keçmədən Cabbar müəllimin ona zəng vuraraq harada olduğunu soruşduğunu, sonra polis idarəsinə aparıldığını, polis idarəsində olan zaman törətdiyi əməli səmimi etiraf etdiyini, Zərərçəkmiş şəxs2 həmkəndlisi olduğu üçün uzun müddətdir ki, tanıdığını, Zərərçəkmiş şəxs2 ilə hər hansı bir ədavətinin olmadığını, Zərərçəkmiş şəxs2 məxsus mağazanın onun yaşadığı evin yaxınlığında yerləşdiyi üçün məhs oğurluq etmək üçün həmin mağazanı seçdiyini, həmin mağazaya qanunsuz daxil olaraq “Milli ön” adlı ödəniş terminalını və müşahidə kamerasının “EURO NET” markalı aparatını gizli olaraq oğurladığını, oğurluğu tək etdiyini, həmin vaxt yanında heç kimin olmadığını, dəmir parçasını mağazanın yaxınlığında olan tünügədən ibarət hasarın yanından, kəlbətini isə yaşadığı evdən götürdüyünü, qeyd olunan alətləri oğurluq etmək məqsədilə əldə etdiyini, həmin alətləri məişət tullantıları üçün nəzərdə tutulmuş qutunun içərisinə atdığını, həmin vaxt Milli Ön ödəmə terminalının içərisində təxminən 400-500 manat pul ola biləcəyini düşündüyü üçün oğurluq etdiyini başqa heç kəsin bilmədiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını, törətdiyi əməllərdən çox peşiman olduğunu bildirmişdir. 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində 15 may 2023-cü il tarixdə Şərur rayon Vərməziyar kəndində yerləşən yaşayış evində olan zaman həyat yoldaşının evin salonunda olan saatın altındakı çəkməcədə saxladığı içərisində qızıl zinət əşyaları olan mücrünün yerində olmadığını bildirdiyini, dərhal həmin yerə baxdığını və mücrünün həqiqətən də yerində olmadığını gördüyünü, həmin mücrünün içərisində 03 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq, 02 ədəd 5-lik qızıl klon, 2 ədəd qızl klon (əqrəb və damcı formasında), 01 ədəd nazik qızıl sep, 01 ədəd qızıl saat, 03 ədəd qızıl kalço üzük (1 qaşlı, 2 qaşsız), 01 ədəd əyri qaşlı qızıl kalço üzük, 01 dəst komplekt qızıl (sırğa, üzük), 01 ədəd qara qaşlı briliyant üzük, 01 ədəd uzunsov qızıl üzük (qaşlı), 01 ədəd qızıl sırğa və üzük dəsti (tək qaş), 01 ədəd qızıl sırğa üzük dəsti (kəpənək), 01 cüt qızıl sırğa (romb), 01 cüt qızıl sırğa (qaşlı), 02 ədəd qızıl tək qaşlı üzük, 01 ədəd qızıl balaca üzük, 01 ədəd qızıl sırğa üzük dəsti (halqalı) və 01 ədəd qızıl klonun (yarpaq) olduğunu, ilk öncə evi axtarmağa başladığını, növbəti günlər ərzində də dəfələrlə evin hər yerini axtarmağına baxmayaraq həmin mücrünü tapa bilmədiyini, evindən oğurluq olduğunu dərk edib bu barədə polisə məlumat verdiyini, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdən oğurluq edən şəxsin qonşusu olan Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, sonra Naxçıvan şəhərində yaşayan bibiqızısı Mələk Mənsimovanın ona telefonla zəng edərək Təqsirləndirilən şəxs ona məxsus evdən oğurluq etməsi barədə məlumatı olduğunu bildirdiyini, Teymurun hərəkətinin onu çox məyus etdiyini, şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlandığını, həmin cinayət işinin istintaq müddəti ərzində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq nəticəsində ona vurulmuş ümumilikdə 19000 (on doqquz min) manat dəyərində maddi ziyanın, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən ödənildiyini, buna görə də, Təqsirləndirilən şəxs qonşusu, qohumu olduğunu və dəymiş maddi ziyanın tamamı ilə ödəndiyini nəzərə alaraq onu bağışladığını, Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət və tələbinin olmadığını, gələcəkdə də, olmayacağını, Təqsirləndirilən şəxs onun qonşusu və qohumu olduğu üçün onun özü və ailəsilə yaxşı münasibətlərinin olduğunu, aralarında heç vaxt ədavətin olmadığını, evin içərisindən 03 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq, 02 ədəd 10-luq qızıl klon, 2 ədəd qızl klon (əqrəb və damcı formasında), 01 ədəd nazik qızıl sep, 01 ədəd qızıl saat, 03 ədəd qızıl kalço üzük (1 qaşlı, 2 qaşsız), 01 ədəd əyri qaşlı qızıl kalço üzük, 01 dəst komplekt qızıl ( sırğa, üzük), 01 ədəd qara qaşlı briliyant üzük , 01 ədəd uzunsov qızıl üzük (qaşlı), 01 ədəd qızıl sırğa və üzük dəsti (tək qaş), 01 ədəd qızıl sırğa üzük dəsti (kəpənək), 01cüt qızıl sırğa (romb), 01 cüt qızıl sırğa (qaşlı), 02 ədəd qızıl tək qaşlı üzük, 01 ədəd qızıl balaca üzük, 01 ədəd qızıl sırğa üzük dəsti (halqalı) və 01 ədəd qızıl klon (yarpaq) kimi qızıl-zinət əşyalarının oğurlandığını, həmin qızılların qiymətinin təqribən 19000 (on doqquz min) manat dəyərində olduğunu, həyat yoldaşından evdə nə qədər qızıl-zinət əşyalarının olduğunu soruşduğunu, həyat yoldaşının evdən oğurlanmış qızıl-zinət əşyalarının ümumi kütləsinin təqribən 500-600 qr olduğunu bildirdiyini, bu səbəbdən də, qızılın qramını bu gün kü, bazar qiyməti olan 100 manatdan hesabladığını, ona görə evindən 50000 manatıq qızıl-zinət əşyalarımızın oğurlandığını bildirdiyini, yuxarıda qeyd olunan qızıl zinət əşyalarından başqa yaşadığı evdən heç bir şey oğurlanmadığını, evində baş vermiş oğurluq hadisəsinə görə ailənin digər üzvləri kimi onun da həyəcan bürüdüyünü, ona görə də həmin vaxt mücrünün saxlandığı yeri səhv göstərərək evin yataq otağından oğurlandığını bildirmiş olduğunu, Təqsirləndirilən şəxs onun qonşusu və qohumu olduğu üçün, həmçinin də, ona dəymiş maddi ziyanın onun qohumları tərəfindən tam həcmdə ödənildiyi üçün Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də, olmayacağını, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində şəhid qardaşı olduğu üçün 2023-cü ilin fevral ayında kənd mərkəzində yerləşən ərzaq mağazasının ona verildiyini, həmin gündən etibarən ərzaq mağazasını işlətməyə başladığını, hər gün səhər saat 07:30 radələrində mağazanı açdığını, gecə saat 22:00 radələrində mağazanı bağlayıb evə getdiyini, 25 aprel 2023-cü il tarixində gecə saat təxminən 23:00 radələrində mağazanı bağlayıb evə getdiyini, 26 aprel 2023-cü il tarixində həmişəki kimi saat 07:30 radələrində mağazaya gəldiyini, həmin vaxt mağazanın giriş qapısının az bir hissəsinin açıq olduğunu gördüyünü, həmin vaxt qapının açıq olduğuna məhəl qoymadığını, içəri daxil olduğunu, içəridə müşahidə kamerasının məftilinin kəsik olduğunu görən zaman içəridə olan Million ödəniş terminalının yerləşdiyi hissəyə nəzər saldığını və həmin ödəniş terminalının yerində olmadığını gördüyünü, sonra mağazada oğurluq hadisəsinin baş verdiyini düşünüb polisə məlumat verdiyini, çox keçmədən polis əməkdaşlarının hadisə yerinə gələrək orada baxış keçirdiklərini, qısa zaman ərzində ona məxsus ərzaq mağazasından oğurluq edən şəxsin həmkəndlisi olan Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini və onun istintaq orqanına təhvil verildiyini, özünə məxsus mağazadan oğurluq edən şəxsin həmkəndlisi olan Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin ona çox ağır gəldiyini, buna görə çox məyus olduğunu, Teymurun bu hərəkətini heç cür başa düşə bilmədiyini, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğundan onunla heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan içərisində 795 manat pul olan Million ödəniş terminalı və müşahidə kamerasının aparatının oğurlandığını, sonradan 01 ədəd “Euro Net” markalı video müşahidə aparatının ona təhvil verildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını gələcəkdə də, olmayacağını, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X30 ifadəsində 2023-cü ilin mart ayında Naxçıvan şəhərindən Vərməziyar kəndinə gedərkən yolda əmisi oğlu Teymuru gördüyünü, Teymurun maşını saxlayaraq onunla görüşdüyünü, ondan “Cahan” ticarət mərkəzində mağaza işlətdiyi üçün onda satılıq qızılların olduğunu və necə sata biləcəyini soruşduğunu, Teymura şəxsiyyət vəsiqəni gətir, qalxaq “Cahan” ticarət mərkəzinin 2-ci mərtəbəsinə orada qanuni şəkildə sataq sözlərini dediyini, sonra Teymurla sağollaşıb kənd içinə getdiyini, həmin gün axşam saat təxminən 22:30 radələrində Naxçıvan şəhərinə geri qayıtdığını, həmin günün sabahı mağazada olarkən saat təxminən 09:15 radələrində əmioğlusu Teymurun onun yanına gələrək bükülü vəziyyətdə sol döş cibindən qızılları çıxarıb ona göstərərək satmaq istədiyini bildirdiyini, Teymura qalx 2-ci mərtəbə orada alırlar sözlərini dediyini, Teymurun təkrar onun yanına gəldiyini, birlikdə 2-ci mərtəbəyə qalxıb 4-cü mağazanı işlədən Kamal adlı şəxslə bu barədə söhbət etdiklərini, qızılların içində olan 02 ədəd qızıl qəpikləri göstərdiklərini, Kamalın bizdən qızılların haradan aldığımızı soruşduğunu, Teymurun Kamala nənəmin qızıllarıdır sözlərini dediyini, Kamalın onlara pulu olmadığı üçün qızılları ala bilməyəcəyini bildirdiyini, mağazaya qayıtdıqdan sonra Teymurun ona qızılları Bakıda satmaq istədiyini dediyini, Teymura burda sataq sözlərini dediyini, ancaq Teymurun onunla razılaşmadığını, Bakıda bahadır gedək sözlərini dediyini, həmin gün Bakıya getmək üçün evdən çantasını götürdüyünü, Teymurun qızılları onun çantasına qoyduğunu, günorta saatlarında X10 hesabına 2 bilet alıb Bakı şəhərinə getdiklərini, qaynı Sərxana zəng vuraraq Bakıda onları qarşılamasını istədiyini, Hava Limanından keçərkən nəzarətçi xanımın qızılları görüb ondan şəxsiyyət vəsiqəsinin şəklini çəkdiyini, təxminən saat 15:00 radələrdində Bakı şəhərinə çatdıqlarını, qaynı Sərxana Teymurda olan qızılları satmaq istədiklərini bildirdiklərini, Sərxana məxsus “Ford Focus” markalı maşınla həmin dostunun yanına getdiklərini, qızılları sata bilmədiklərini, Teymurun qardaşı Rahimlə danışdığını, qızılları satmaq fikrindən döndüyünə görə “Vasmoy” bazarının yanında qaynataası İlqarın kafesinə getdiklərini, orada oturarkən Rahimin Teymura zəng vurduğunu, kafenin yanında Rahimlə görüşdüklərini, Rahimlə biraz söhbət etdikdən sonra Teymurun qardaşı Rahimlə birlikdə evə getdiklərini, həmin gün axşam reysi ilə Naxçıvana qayıtdığını, səhəri gün Teymura zəng vurduqda Teymurun qızılları satdığını və Naxçıvana gəldikdə ətraflı söhbət edəcəyini bildirdiyini, 2 gün sonra Teymurla görüşdüklərini, ona 250 manat olan borcunu qaytardığını, Teymurla kənddə söhbət edərkən Teymurun həmkəndlisi Fəqan adlı şəxsin adına 3160 manat kredit ödədiyini, həmin puldan 1000 manat qaldığını, ona isə torpaq sənədləri düzəldəcəyini bildirdiyini, Teymuru qohumu olduğu üçün uzun müddətdir ki tanıdığını, oğurluq hadisəsi baş verdikdən 1 gün sonra xəbərinin olduğunu, Təqsirləndirilən şəxsla görüşüb ondan oğurluq edib-etməməsini soruşduğunu, Teymurun ona oğurluq hadisəsini törətməmiş olduğunu bildirdiyini, Teymurla birlikdə Bakı şəhərinə getməsilə bağlı heç kəsə məlumat vermədiyini, həmin vaxtı Teymurda konkret olaraq neçə ədəd qızıl zinət əşyasının olduğunu deyə bilmədiyini, ancaq həmin vaxt 01 ədəd qadın qol saatının, 02 ədəd üzərində 10 rəqəmi olan qızıla bənzər qəpiklərin olduğunu dəqiq xatırladığını, buna baxmayaraq Teymurda olan qızıl-zinət əşyalarının çox olduğunu düşündüyünü, X2rın olduğunu bildiyini Teymurun qızıl satmadığına və ailəsinin də Naxçıvan şəhərində tək qaldığına görə geri qayıtmış olduğunu bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X24 ifadəsində ailədə 6 uşaq olduqlarını, Təqsirləndirilən şəxs ailənin sonuncu övladı olduğunu, Teymurun ailənin balaca üzvü olmağına baxmayaraq öz halal zəhməti ilə qazanc əldə edən biri olmuş olduğunu, Teymurun əsas məşğuliyyətinin kənddə olan pay torpaqlarını və çöl torpaqlarını əkib becərməkdən ibarət olduğunu, onun barəsində 2023-cü ilə qədər hər hansı bir mənfi fikir formalaşmadığını, onun tərəfindən hər hansı bir oğurluq hadisəsinin törədilmədiyini, 2023-cü ilin aprel ayının sonlarında isə həmkəndlsi X6 məxsus kənd mərkəzində yerləşən ərzaq mağazasından 1 ədəd Milli Ön ödəniş terminalının və video müşahidə kamerasının aparatının qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən olunduğunu, bu azmış kimi 2023cü ilin iyun ayının 3-də qardaşı Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək qohumu və həmkəndliləri olan Zərərçəkmiş şəxs1 yaşadığı evdən qızıl zinət əşyalarını oğurlayaraq satdığını və bu barədə hər hansı bir şəxslərə məlumat vermək istəməsinə baxmayaraq verə bilmədiyini bildirdiyini, Teymura bu barədə Naxçıvan şəhərində yaşayan bibisi Mələk Mənsimovaya məlumat vermək istədiyini bildirdiyini, sonra bibisi Mələyə zəng vuraraq Teymurun Zərərçəkmiş şəxs1 evindən oğurluq etməsini bildirməsini, Mələyin ona bu barədə Zərərçəkmiş şəxs1 ilə danışacağını bildirdiyini, sonra polis əməkdaşlarının onlara gələrək qardaşı Təqsirləndirilən şəxs Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, Zərərçəkmiş şəxs1 yaşadığı evdən qızıl zinət əşyaları oğurladığını Teymurun özündən eşitdiyini, Təqsirləndirilən şəxs məhs oğurluq etməsi üçün Zərərçəkmiş şəxs1 yaşadığı evi və Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasını seçməsi barədə heç bir fikrinin olmadığını, xx.xx.2023-cü il tarixində evdə olan zaman Teymurun ona Zərərçəkmiş şəxs1 evindən qızıl oğurladığını bildirdiyini, yoldaşının xasiyyətinin tünd olduğundan polisə məlumat verə bilmədiyi üçün bibisi X9rluq etdiyini bildirdiyini, Teymurun yanında heç kəsin olmadığını dəqiq xatırladığını, Teymurun onlara həmin vaxt tək gəlmiş olduğunu, Teymurun üzərində hər hansı bir qızıl zinət əşyasının olmadığını, qardaşının dürüst biri olduğunu bildiyi üçün onun oğurluq edə biləcəyini heç vaxt düşünmədiyini, bu gün də Teymurun oğurluq etdiyinin ona çox təəccüblü gəldiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X31 ifadəsində 2003-cü il tarixindən Bakı şəhərində yaşadığını, ailədə 6 uşaq olduqlarını, Təqsirləndirilən şəxs ailənin sonuncu beşiyi olmasını, hal-hazırda Təqsirləndirilən şəxs Vərməziyar kəndində anasıgillə birlikdə yaşadığını, ara-sıra Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlib qayıtdığını, 30 mart 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində qardaşı Teymurun ona zəng edərək sabah Bakıya gələcəyini bildirdiyini, onun nə səbəbə görə Bakıya gəlmək istədiyini soruşanda, artıq Bakıda Neftçilər metrosunun yanında olduğunu bildirərək, onu götürməyini istədiyini, Diqlas Ticarət mərkəzinin arxasında Teymurla görüşərkən yanında olan əmisi oğlu İlkin Mənsimovun da ayaqüstü İlkin Mənsimovla görüşdükdən sonra qardaşı Teymuru götürüb idarə etdiyi Hyundai İX 35 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə X47 qəsəbəsində yerləşən özünə məxsus evə getdiyini, evdə olan zaman Təqsirləndirilən şəxs nə üçün Bakı şəhərinə gəldiyini soruşduqda, Teymurun ona işim vardır sözlərini dediyini, sonradan onun əsəbləşdiyini görən Teymurun sol döş cibindən selefon bükülünü göstərərək qızıl olduğunu, bunları satmaq üçün gəldiyini bildirdiyini, Teymurdan qızılları haradan aldığını soruşduqda, tanışı olan, adını demədiyi qızın verdiyini, bu qızılları satdıqda həmin qıza da pay çatacağını dediyini, səhəri gün X28 ətrafına getmək istədiyini və orada qızılları satacağını bildirdiyini, maşın bazarına gedərkən Xalqlar Metrosu yaxınlığında Təqsirləndirilən şəxs düşürdüyünü, təxminən saat 13:00 radələrində Teymura zəng edərək işini bitirmiş olduğunu, hardasansa səni də evə aparım sözlərini dediyini, Teymurun ona Neftçilər metrosu yaxınlığında olduğunu dedikdən sonra onu götürməyə getdiyini, qardaşı Təqsirləndirilən şəxs Neftçilər metrosu yaxınlığından götürdükdən sonra yolda Teymurun ona Naxçıvana qayıtmaq istədiyini bildirdiyini, X37 aparıb onu yola saldıqdan sonra evə qayıtdığını, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərinə gəldiyini dəqiq xatırladığını, Təqsirləndirilən şəxs bükülünü ona göstərən zaman həmin bükülünün içərisində qızıl-zinyət əşyalarının olduğunu bildirsədə həmin zinət əşyalarını görmədiyini, Təqsirləndirilən şəxs ona qızılları xanım tanışının verdiyini bildirdiyini, həmin xanımı tanımadığını, X37 aparan zaman ona qızılları satdığını dediyini xatırladığını, Təqsirləndirilən şəxs qızıl-zinyət əşyalarını satdıqdan sonra nə qədər pul əldə etməsi barədə məlumatının olmadığını bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 ifadəsində ailədə 6 uşaq olduqlarını, Təqsirləndirilən şəxs ailənin sonuncu övladı olmasını, Teymurun ailənin balaca üzvü olmağına baxmayaraq öz zəhməti ilə halal qazanc əldə edən biri olduğunu, onun heç vaxt pis əməlləri olmadığını, Təqsirləndirilən şəxs son dövrlərə qədər kəndimizdə olan pay torpaqlarını və çöl torpaqlarını əkib becərməklə məşğul olan biri olmasını, 26 aprel 2023-cü il tarixində polis əməkdaşlarının onun yaşadığı ünvana gələrək evin sol tərəfində olan həyətə baxış keçiriləcəyini bildirdiklərini, onlara etiraz etmədən yazılı şəkildə həyətə baxış keçirilməsinə icazə verdiyini, baxış zamanı həyətdə olan tövlənin yanındakı ot tayasının içərisindən bir ədəd qırmızı rəngli, ağır çəkili Milli Önödəniş terminalı və həyətin önündən keçən asfalt yolun sağ tərəfində olan elektirik dirəyinin yanındakı kolların içərisindən bir ədəd markasını xatırlamadığı videomüşahidə kamerasının aparatının aşkar edilərək götürüldüyünü, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs dürüst bir insan olduğunu bildiyi üçün qeyd olunan əşyaların Teymur tərəfindən oğurlanaraq saxlanıldığını düşünmədiyini, qısa zaman ərzində həmin əşyaların həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığının müəyyən olunduğunu, 2023-cü ilin iyun ayının əvvəllərində həmkəndlisi və qohumu sayılan Zərərçəkmiş şəxs1 yaşadığı evdən Teymur tərəfindən qızıl zinət əşyalarının oğurlandığının da aşkara çıxdığını, Təqsirləndirilən şəxs bu hadisələri törətməsinin onu çox məyus etdiyini, həmin hadisələrin Teymur tərəfindən törədilməsini başa düşə bilmədiyini, Təqsirləndirilən şəxs zəhmətkeş bir insan olmaqla yanaşı, həmçinin də mehriban və dürüst bir insan olduğunu, Təqsirləndirilən şəxs adları qeyd olunan şəxslərin heç biri ilə ədavətinin olmadığını dəqiq bildiyini, Təqsirləndirilən şəxs oğurluq etməsi üçün Zərərçəkmiş şəxs1 yaşadığı evi və İsmail Meydanova məxsus ərzaq mağazasını seçməsi barədə heç bir fikrinin olmadığını, Teymurun hərəkətlərində hər hansı bir qəribəlik hiss etmədiyini, valideynlərindən ayrı yaşadığı üçün Teymurun borcunun olduğu barədə məlumatının olmadığını, son zamanlarda Təqsirləndirilən şəxs üzərində hər hansı bir qızıl zinət əşyalarının olduğunu, və yaxud da onun qızıl zinət əşyaları satmaq istəməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X32 ifadəsində Şərur rayon Vərməziyar kəndində yaşadığını, Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi olduğu üçün uzun müddətdir ki, tanıdığını, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq traktor almaq istədiyini, ondan dövlət işçisi olduğu üçün kredit götürməyini xahiş etdiyini, “Kapital” bankın Kəngərli rayon filialından 5000 manat pul götürdüyünü, götürdüyü 5000 manat pulu və kredit kitabçasını Teymura verərək ondan krediti vaxtı-vaxtında ödəməsini istədiyini, 2023-cü ilin yanvar ayında bankdan ona zəngin gəldiyini və kreditin ödənməsində 27 manat gecikmə olduğunu bildirdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs Şuşa şəhərində işlədiyini nəzərə alaraq həmin 27 manatı öz cibindən ödədiyini, həmin ayın sonlarında Teymurun Şuşa şəhərindən qayıdaraq 27 manatını qaytardığını, daha sonra 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq qalan kredit borcunun hamısını yəni 3166 manat pulu ödədiyini və kredit borcunu bağladığını bildirdiyini, həmin vaxt kredit hesabını yoxlatmaq üçün “Kapital” banka getdiyini və orada Təqsirləndirilən şəxs kredit borcunu Teymurun ona traktor alacağını bildirdiyini, Teymurdan krediti sadəcə vaxtı-vaxtında ödəməsini istəmiş olduğunu, Teymurun vaxtından əvvəl borcunu bağladığını, Təqsirləndirilən şəxs həmin pulu haradan əldə etdiyi barədə ondan heç nə soruşmadığını, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. 23 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X20 ifadəsində 2014-cü ildən X29 xidmətə qəbul olduğunu, 2023-cü ildən Şərur rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayon Vərməziyar kənd sakini Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək ona məxsus ərzaq mağazasında oğurluq hadisəsinin baş verdiyini bildirdiyini, həmin ərizənin icrası ilə əlaqədar olaraq bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirildiyini, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından oğurluq edən şəxsin Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, ona görə də Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq Şərur rayon Polis İdarəsinə gətirildiyini, idarədə dindirilən zaman Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə yanaşı oğurladığı Milli On ödəniş terminalını və video müşahidə kamerasının aparatını bacısı X7 yaşadığı evin həyətində saxladığını bildirdiyini, Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir ədavətinin olmadığını, X7 yaşadığı evin həyətində olan ot tayasının altından 01 ədəd Milli On ödəniş terminalının, rabitə dirəyinin yanındakı kolların içərisindən isə video müşahidə kamerasının aparatının aşkar edilərək götürüldüyünü bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən Samur Əliyev küçəsində qeydiyyatda duraraq yaşadığını, təqribən 38 ildir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, 31 mart 2023-cü il tarixdə saat təxminən 12:00 radələrində 1 nəfər tanımadığı şəxsin mağazaya yaxınlaşaraq onda satılıq qızıl-zinət əşyalarının olduğunu bildirdiyini, həmin qızılzinət əşylarına baxdıqda həmin şəxsə onların köhnə dövrə məxsus olduğunu, vitrin üçün yararlı olmadığını dediyini, həmin tanımadığı şəxsin onun üçün heç bir fərqinin olmadığını, satmaq istədiyini bildirdiyini, hər zaman alqı-satqı etdiyi kimi, həmin qızıl-zinət əşyalarını tərəziyə qoyub çəkisinə baxdığını və cəmi 20.32 qr qızıl-zinət əşyalarının olduğunu gördüyünü, həmin qızıl-zinət əşyalarının birinin paxlava boyunbağıya bənzədiyini, digərlərinin köhnə olduğundan növlərinin məlum olmadığını, həmin şəxsdən şəxsiyyət vəsiqəsini alaraq orada qeyd olunan seriya nömrəsini, doğum tarixini yazdığını və özündən mobil nömrəsini (***-***-**-**) alaraq, dəftərə qeyd etdiyini, bir müddət sonra mülki paltarda polis əməkdaşlarının onun yanına gələrək, 31 mart tarixində qızıl-zinət əşyalarını alıb-almadığını soruşduqlarını, dəftərə baxaraq həmin tarixdə qızılzinət əşylarının sahiblərini, ona satan şəxsləri göstərdiyini, həmin vaxt qızılların oğurluq olduğunu anladıqlarını, Teymur adlı şəxsi əvvəlcədən tanımadığını, Teymurun ona bir dəfə qızıl-zinət əşyaları satdığını, Təqsirləndirilən şəxs ona qızıl-zinət əşyaları satan zaman yanında heç kəsin olmadığını 1160 manat pul məbləğində qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində 2009-cu ildən X23 xidmətə qəbul olduğunu, 2015-ci ildən Şərur rayon Polis İdarəsinin İbadulla PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixində Şərur rayon Vərməziyar kənd sakini Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək ona məxsus yaşayış evindən içərisində müxtəlif növ qızıl zinət əşyaları olan mücrünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirdiyini, həmin ərizənin icrası ilə əlaqədar olaraq bir sıra əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyini, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən oğurluq edən şəxsin Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, ona görə də Təqsirləndirilən şəxs saxlanılaraq Şərur rayon Polis İdarəsinə gətirildiyini, Teymurun idarədə dindirilən zaman törətdiyi əməli etiraf etməklə yanaşı oğurladığı qızıl zinət əşyalarını Bakı şəhərində satdığını bildirdiyini, Təqsirləndirilən şəxs tanıdığını, ancaq onunla heç bir ədavətinin olmadığını, Təqsirləndirilən şəxs ümumiyyətlə sakit təbiətli və əkinçiliklə məşğul olan biri olduğunu, həmin hadisənin il ərzində onun tərəfindən törədilən ikinci oğurluq hadisəsi olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X16 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində təxminən 20 ildir ki, qızıl alqı satqısı ilə məşğul olduğunu, hal-hazırda fəaliyyətini Naxçıvan Şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin qızıl bölməsində davam etdirdiyini, fəaliyyəti dövründə qızıl satmaq üçün müraciət edən şəxs olduqda ilk öncə satılan qızıla nəzər saldığını, satılan qızılın xoşuna gəldikdə və qiymətdə razılaşdıqda həmin qızılı yalnız qızıl satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra aldığını, 2023-cü ilin mart ayında işdə olan zaman Cahan Ticarət Mərkəzində ayaqqabı satan olduğu üçün tanıdığı İlkin adlı şəxslə birlikdə tanımadığı əlavə bir nəfərin onun yanına gələrək qızıl satmaq istədiklərini bildirdiklərini, ona satmaq istədiyi qızıla baxmaq istədiyini bildirən zaman həmin şəxsin ona üzərində 10 rəqəmi olan 02 ədəd qızıl qəpik təqdim etdiyini, həmin zinət əşyalarına nəzər saldıqda həmin zinət əşyalarının qızıl olduqlarını gördüyünü, onlara bu qızılları haradan almısınız sualını verən zaman tanımadığı şəxsin ona nənəsinin qızılları olduğunu bildirdiyini, həmin qızılları almaq fikrindən daşındığı üçün onlara pulu olmadığı üçün qızılları ala bilmərəm sözlərini dediyini, onun sözlərini eşitdikdən sonra İlkinlə tanımadığı şəxsin onun yanından uzaqlaşıb getdiklərini, əvvəllər həmin şəxslər ilə onun arasında qızıl alqı satqısı olmadığını, onların ilk dəfə idi ki, onun yanına qızıl satmaq üçün gəldiklərini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Zərərçəkmiş şəxs3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində 23 oktyabr 2021-ci il tarixindən PashaPay Naxçıvan Regional Xidmət Mərkəzinin rəhbəri vəzifəsində işlədiyini, 27 aprel 2023-cü il tarixdə rəhbəri olduğu mərkəz tərəfindən quraşdırılmış САГА “ТП-20.8.2 modelli 21037 saylı ödəmə terminalının Şərur rayon Vərməziyar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat aldığını, bir müddət sonra həmin ödəmə terminalını oğurlayan şəxsin Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən olunmasını və onun barəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparıldığını, ibtidai istintaq zamanı mərkəzə, Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ödəmə terminalına baxış keçiriləcəyi və mərkəzin də əməkdaşlarının həmin baxışda iştirakının məcbur olduğunu özündə əks etdirən məktub daxil olduğunu, həmin məktubun icrası ilə əlaqədar olaraq PashaPay Naxçıvan Regional Xidmət Mərkəzinin əməliyyatçısı X13 baxışda iştirak etmək üçün Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə göndərildiyini, İbadulla PB-də Fərid Cəfərovun iştiarakçılığı ilə САГА “ТП-20.8.2 modelli 21037 saylı ödəmə terminalına baxış keçirildiyini, baxış zamanı həmin ödəmə terminalının içərisindən 795 (yeddi yüz doxsan beş) manat pul aşkar edilərək götürüldüyünü və müvafiq qaydada Fərid Cəfərova təhvil verilmiş olduğunu, Təqsirləndirilən şəxs tanımadığını, "xxxx" şirkətinə ümumilikdə 2409 (iki min dörd yüz doqquz) manat maddi ziyan dəymiş olduğunu, həmin maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı tamamilə ödənildiyini, müqavilə əsasında həmin ödəmə terminalına birbaşa cavabdehliyin PashaPay Naxçıvan Regional Xidmət Mərkəzinə aid olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X11 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində 1993-cü il tarixində Şərur rayon Vərməziyar kənd sakini Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurduğunu, onların nikahın iki övladlarının dünyaya gəldiyini, hazırda Vərməziyar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işlədiyini, işlədiyi dövrlərdə özü üçün müəyyən sayda qızıl zinət əşyaları aldığını, həmin qızı zinət əşyalarını mücrünün içərisinə yığaraq evin salonunda olan saatın altındakı tumbada saxladığını, 15 may 2023-cü il tarixində evi təmizləyən zaman mücrünün saxlandığı yerdə olmadığını gördüyünü, evin hər bir tərəfinə baxdıqdan sonra mücrünü tapa bilməyib həyat yoldaşı Zərərçəkmiş şəxs1 bu barədə məlumat verdiyini, bir neçə gün gözlədikdən sonra evlərində oğurluq hadisəsinin baş verməsi barədə ərizə ilə polisə müraciət etdiklərini, qısa zaman ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadıqları evdən oğurluq edən şəxsin qonşuları və qohumları olan Təqsirləndirilən şəxs olduğunun müəyyən olunduğunu, bir neçə gün bundan öncə evlərində baş verən oğurluq hadisəsi nəticəsində onlara vurulmuş 19000 (on doqquz min) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün onun barəsində şikayət və tələblərinin olmadığını, gələcəkdədə olmayacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 6-cı vərəqində olan 27 aprel 2023-cü il tarixli Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsinin rəisi polis polkovnik-leytenantı X17 tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmiş, vətəndaş Zərərçəkmiş şəxs2 maddi zərər yetirildiyi müəyyən edildiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqində olan 28 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan 28 aprel 2023-cü il tarixli Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 26 iyul 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 3-cü vərəqində olan 03 iyun 2023-cü il tarixli Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsinin rəisi polis polkovnik-leytenantı X17 tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 127-ci vərəqində olan 04 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqində olan 05 iyun 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 172-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 194-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 02 avqust 2023-cü il tarixli 1062 nömrəli məktubunda bildirilmişdir ki, 1994cü il təvəllüdlü Mənsimov X21 MR X4 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 1-ci cildinin 220-ci vərəqində olan 07 avqust 2023-cü il tarixli Zərəçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, “PashaPay Naxçıvan Regional Xidmət Mərkəzi” ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 223-cü vərəqində olan 07 avqust 2023-cü il tarixli Zərəçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 “PashaPay Naxçıvan Regional Xidmət Mərkəzinin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 245-ci vərəqində olan Şərur rayon Vərməziyar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs 2023-cü ilədək özünü kəntdə nizam-intizamlı aparıb, kəntdə təşkil olunan işlərdə daim fəal iştirak edib. Təqsirləndirilən şəxs əsas fəaliyyət növü əkinçilik olub və öz zəhmətkeşliyi ilə hər zaman öz həmyaşıdlarına örnək olub. Cinayət işinin 1-ci cildinin 250-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli 755 saylı rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədə Çində istehsal edilmiş, “Euronet” markalı XVR4CH8804 modelli, dörd kanallı, daxilində 1 TB yaddaşı olan hard disk ilə birlikdə video müşahidə aparatının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 90 (doxsan) manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 254-cü vərəqində olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ilkin ittihama dəyişiklik və əlavə edilərək barəsində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 Şərur rayon 2 saylı notariat ofisində verdiyi **********471 nömrəli ərizəsində bildirmişdir ki, 1(110)-21/2023 saylı cinayət işi üzrə zərər çəkmiş qismində tanınmışam və mənə Təqsirləndirilən şəxs tərəfindən 90 manat mənə ziyan dəymişdi. Mənə dəymiş ziyan tamami ilə qarşılanmışdır. Heç bir şikayətim yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 Səyub oğlunun Şərur rayon 2 saylı notariat ofisində verdiyi **********472 nömrəli ərizəsində bildirmişdir ki, 1(110)-21/2023 saylı cinayət işi üzrə zərər çəkmiş qismində tanınmışam və mənə Təqsirləndirilən şəxs tərəfindən 19000 manat mənə ziyan dəymişdi. Mənə dəymiş ziyan tamami ilə qarşılanmışdır. Heç bir şikayətim yoxdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 13 oktyabr 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində Şərur rayon Vərməziyar kəndində qoyulmuş "xxxx" MMC-yə məxsus MilliÖN ödəmə terminalına Təqsirləndirilən şəxs tərəfindən 200 manat məbləğində ziyan vurulmuşdur. xx.xx.2023-cü il tarixində həmin məbləğ Təqsirləndirilən şəxs tərəfindən nağıd qaydada "xxxx" MMC-nin AZ32AİİB400600C**********102 nömrəli hesabına tam şəkildə ödənilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hazırda "xxxx" MMC-nin Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 177.2.3-cü və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədilməklə əldə etmə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara vurulmuş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materiallarında olan Şərur Rayon Məhkəməsinin 4(110)-10/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 142 (bir yüz qırx iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayon Vərməziyar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifəsi qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir; - 507.3.3-cü maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Ona görədə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 50 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 142 (bir yüz qırx iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Mənsimov X21 Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayon Vərməziyar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-21/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-21/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver