Məhkəmə qərarları › İş №1(110)-21/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-21/2025

23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-21/2025 23.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 Zeynalovun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Şərur rayonu İbadulla kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, Şərur rayon İbadulla kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə saat təxminən 15:15 radələrində Şərur rayon İbadulla kəndində yerləşən evinin həyətyanı sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs hava nasosu ilə zərbələr vuraraq sonuncuya burun sümüyü və burun qanadının sınığı, tənəffüs pozulması, burun nahiyəsinə vurulan zərbənin təsirindən əmələ gəlmiş sağ göz yuvasını əhatə edən hematoma və sol gözün alt nahiyəsində qançır kimi az ağır, başın alın nahiyəsinin sağ yarısında yara və sağ budunda qançır kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında müdafiəçi – Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi CPM-in 39.1.12-ci maddəsinə əsasən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315- VİİQR nömrəli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315- VİİQR nömrəli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. - 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. - 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının: - 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); - 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil kimi üzvü olduğu və fəaliyyət göstərdiyi Şərur Rayon Vəkil Bürosunun hesabına vəsait köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, xx.xx.2025-ci il tarixdə cinayət işinin ibtidai istintaqını aparan Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, müvafiq prosessual hərəkətlər edildikdən sonra cinayət işinin ibtidai istintaqını aparan Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi, polis baş leytenantı İbrahim Ağayevin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra, Şərur Rayon Məhkəməsinin 1(110)-21/2025 saylı, 10 dekabr 2025-ci il tarixli qərarına əsasən 10 dekabr 2025-ci il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. - Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 26 iyul 2023-cü il tarixli 2250 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı”na və “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı”na əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Ona görə də məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi İbrahim Ağayevin xx.xx.2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında Qərar”ı ilə maddi sübut qismində tanınmış və Şərur Rayon Polis İdarəsinin Maddi Sübutlar Otağına saxlanca verilən hadisə yerindən götürülmüş 01 ədəd dəmir materialdan hazırlanmış hava nasosu qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 314, 314.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi İbrahim Ağayevin xx.xx.2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında Qərar”ı ilə maddi sübut qismində tanınmış və Şərur Rayon Polis İdarəsinin Maddi Sübutlar Otağına saxlanca verilən hadisə yerindən götürülmüş 01 ədəd dəmir materialdan hazırlanmış hava nasosu qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar