Məhkəmə qərarları › İş №1(110)-22/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-22/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-22/2023 13.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə islas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir: Düdəngə kənd mədəniyyət evində metodist vəzifəsində işləyirəm. İşlədiyim bu müddət ərzində barəmdə hər hansı tənbeh tədbiri olmamış, işlədiyim kollektivlə mehriban münasibətim olmuşdur. Lakin həmkəndlim X1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifəsinə təyin ediləndən az müddət sonra işimdə narahatçılıqlar yaranmış, şərəf və ləyaqətim, həmçinin işgüzar nüfuzum təhqir olunmağa başladı. Belə ki, M.Quliyev atam Fəxrəddinlə qohumçuluq münasibəti var. O Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifəsinə təyin edilərkən guya harasa şirinlik vermək adı ilə atamdan 400 (dörd yüz) manat borc pul almış və aldığı bu borcu qısa müddət ərzində qaytaracağına dair vəd vermişdir. İşə təyin edildikdən bir il sonra atam borcunu istəmiş lakin o aldığı borcu inkar etmiş, onu qaytarmaqdan yayınmışdır. Həmin vaxt atam Düəngə kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırdı ki, aralarında yaranmış mübahisə səbəbindən atam iş yerini dəyişməyə məcbur olmuş, sonradan isə pensiya çıxmışdır. Mən isə atamdan da əvvəl mədəniyyət evində çalışdığımdan M.Quliyev hər bəhanə ilə atamla olan münasibətinə məni qatmış, yerli-yersiz hər vəclə məni işlədiyim kollektiv arasında təhqir edtməkdən çəkinməmişdir. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə nahardan qayıtdarkən 5-6 dəqiqə işə gecikmişdim. Bu zaman M.Quliyev bizim idarədə idi və idarə müdiri mənə heç bir irad bildirmədən M.Quliyev vəzifəsinə əsaslanıb, işə yubanmağımı bəhanə edərək kollektiv içində məni biabır etmiş, kobud və nalayiq ifadələr işlədərək məni təhqir etmişdir. Onun mənə qarşı qərəzli münasibətinə dözməyərək vəzifənə hörmət et desəm də o daha da hiddətlənmiş və mənim valideyinlərimi də nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra mən M.Quliyevdən rayon prokurorluğuna şikayət etmiş və həmin orqandan mənə məhkəməyə müraciət etməli olmağım bildirilmişdir. Bundan sonra isə M.Quliyevin davranışları barədə Şərur rayon məhkəməsinə müraciət etsəm də, şikayət ərizəm qanunvericiliyin tələbinə uyğun tərtib edilməməsi səbəbindən geri qaytarılmışdır. Bu səbəbdənn də M.Quliyev barəsində təkrarən məhkəməyə müraciət edirəm. Bağırova Arzu onun şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsində (təhqir) göstərilən əməli törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-cimaddsinə əsasən mən- X2 xüsusi ittihamçı qismində tanımaqla, şərəfimi, ləyaqətimi, işgüzar nüfuzumu kütləvi şəkildə, kollektiv arasında ləkələyən, şəxsiyyətimi alçaldacaq şəkildə təhqir edən Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökümünün çıxarılmasını xahiş edirəm. xx.xx.2023-cü il tarixdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək, X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə müraciət etdiyini qeyd edərək, hal-hazırda şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyindən, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; - 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6 - 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3 və 302.1.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakimi: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar