Məhkəmə qərarları › İş №1(110)-22/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-22/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-22/2024 09.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1993-cı il tarixdə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan, barəsində 02 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,114 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla yaşadığı Şərur rayonu, Çomaxtur kəndində yerləşən evinə gətirərək saxlamış, 15 iyun 2023-cü il tarixdə əldə etdiyi psixotrop maddə metamfetamini Mustafayev Asim Hicran oğlunun vasitəsi ilə X11 Şərur rayonu, Çomaxtur kəndində yaşadığı evin yanında 120 manata satmış, X20 16 iyun 2023-cü il saat 15:00-da Şərur rayonu, Dizə kəndi ərazisində tutularaq Naxçıvan MR DİN-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılarkən, əynində olan cins şalvarının sağ cibindən siqaret kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,114 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində və verilən suallara cavabında İstanbul şəhərində olandan bəri Nəbi Nəcəfovu tanıdığını, Cəsur Vəliyevi isə həmkəndlisi kimi tanıdığını, həmin şəxslərlə münasibətinin sadəcə həmkəndlisi kimi olduğunu, 2023-cü ilin aprel ayı Türkiyəyə getdiyini, 2 aydan sonra yəni iyun ayında bura qayıtdığını, 2023-cü ilin iyun ayının 15-i Çomaxtur kənd sakini Bağırov Yusifin onu gömrükdən götürdüyünü, pasport düzətməyi üçün qayıtdığını, 2023-cü ilin iyun ayının 22də yenidən Türkiyəyinin İstanbul şəhərinə getdiyini, ordada daimi olaraq tekstildə işlədiyini, 2023-cü ilin sentyabrın 29-da Türkiyədən qayıtdığını, 17 noyabrda polis əməkdaşları onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiyini, Şərur Rayon Polis İdarəsinə gəldikdən sonra həmkəndlisi Cəsur Vəliyevin ifadəsində ona narkotik vasitə satdığını bildirdiyini öyrəndiyini, narkoloji tesdən keçirildikdən sonra 45 gün həbs olunduğunu, 2024-cü ilin yanvar ayının 1də həbsdən çıxandan sonra da Mustafayev Asimə narkotik vasitə satması ilə bağlı satışla barəsində cinayət işinin başlandığını, Cəsur Vəliyevdən başqa heç bir şəxsdən narkotik vasitə satın almadığını, Rasif Əliyevi həmkəndlisi olduğu üçün tanıdığını, ona narkotik satmadığını, cinayət işi üzrə təqsirləndirilən şəxslər X12, X27 və X3 tanımadığını, onlarla arasında heç bir əlaqə olmadığını, Çomaxtur kənd sakini Mustafayev Asim Hicran oğlunu həmkəndlisi kimi həbsdə olarkən tanıdığını, onunla narkotik vasitə istifadə etmədiyini və satmadığını bildirdiyini, X13 tanımadığını və 120 manat pul qarşılığında Mustafayev Asim Hicran oğluna psixotrop maddə olan metamfetamin satmadığını, İğdırda olan zaman həmin psixotrop maddəni bura gətirmək üçün Asimin ona təklif etdiyini, lakin, etiraz etdiyini və gətirmədiyini, Türkiyə Respublikası vətəndaşı Onur adlı şəxsi 2022-ci il tarixində fevral ayında Çomaxtur kənd sakini Əmrah Abdullayevə görə tanıdığını, Əmrah ilə birlikdə İğdır şəhərin getdikdən sonra Əmrah Onurdan 300 türk lirəsi pul verərək qarşılığında təxminən 1 qram psixotrop maddə olan metamfetamin aldığını, həmin metamfetamini isə Əmrah ilə birlikdə “Yılay” otelində istifadə etdiklərini, bir gün sonra isə yenidən Naxçıvana qayıtdıqdan sonra polis əməkdaşları onu saxladığını, narkoloji testə apardıqlarını, həmin maddəni istifadə etdiyi aşkar olunduğu üçün 30 gün inzibati qaydada həbs olunduğunu, Rasif Əliyevə 1 il bundan əvvəl 120 manata narkotik vasitə satmadığını, 2023-cü ilin fevral ayında 50 manat pul özü tərəfindən və 50 manat pul isə Rasif tərəfindən ortaya qoyduqlarını, sonra tanımadığı mobil nömrədən gələn kart şəklinə Şərur rayonunda yerləşən ödəmə terminalı vasitə ilə 100 manat pul göndərdiyini, üzərindən bir saat keçdikdən sonra isə həmin metamfetamini Karvan restoranından arxada ağacın yanına atması ilə bağlı vatsapp nömrəsinə şəkil və konum atıldığını, həmin psixotrop maddəni ordan götürərək iki yerə bölərək oradan uzaqlaşdıqlarını, özünün həyətlərində istifadə etdiyini, tutulduğu vaxt həmin kartın şəklini də polis əməkdaşı Əfqan müəllimə göndərdiyini, 2023-cü ilin avqust ayı X21 Respublikasının İstanbul şəhərində olan zaman Nəbinin ona zəng vuraraq narkotik vasitə istifadə etməsi ilə bağlı ona təklif etdiyini, bir neçə gündən sonra 1500 türk lirəsi qarşılığında 3 qram psixotrop vasitə aldığını, lakin həmin maddənin limon duzu çıxdığı üçün onun pulunu ona vermədiyini, psixotrop vasitənin hamısını özünün istifadə etdiyini, Naxçıvana həmin maddədən gətirmədiyini və heç kimə satmadığını, Nəbi Nəcəfovun telefon nömrəsi İstanbul şəhərindən olan zamandan onda olduğunu, Cəsurun isə telefon nömrəsi evin mebelini yığıdığı üçün telefonunda olduğunu, X25 Respublikasında olan zaman bir dəfə onunla danışdığını, telefonunda aşkar olunmuş metamfetamin qəbul etməsinə dair videonun Türkiyə olan zaman çəkdiyini, 13 oktyabr 2023-cü il tarixdə Cəsur Vəliyevə 50 manat pul verərək ondan metamfetamin aldığını, Cəsur Vəliyev ondan həmin pulu aldıqdan sonra təxminən üzərindən yarım saat keçdikdən sonra ona whatsap sosial şəbəkəsi ilə şəkil göndərdiyini və metamfetaminin evlərinin yaxınlığında yolun kənarında ağacın yanında olduğunu ona dediyini, həmin metamfetamin qara selafon torbanın içərisində olduğunu, təxminən saat 23:30 radələrində həmin yerə gedərək şəxsi istifadəsi üçün aldığı metamfetamini həmin yerdən götürdüyünü və evlərinin həyətyanı sahəsində olan ayaqyolunda istifadə etdiyini, aldığı metamfetaminin pulunu şəxsən Cəsur Vəliyevin özünə Çomaxtur kəndinin mərkəzində verdiyini, ona 50 manat borcu qaldığını, özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Cəsur Vəliyelə 13-14 oktyabr 2023-cü il tarixlərində bir neçə dəfə teleofnla danışdığını, onunla şəxsi istifadəsi üçün metamfetamin almaq və qalan 50 manat borcunun qaytarılması üçün danışdıqlarını, ona narkotik satışı ilə ittiham verilməsini qəbul etmədiyini və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Suallara cavabında X5 vaxtı tanıdığını, Cəsurun nömrəsinin isə evinin mebelini yığdığı üçün onun telefonunda qaldığını, telefonunda adları Ali bariqa, Cüneyd bariqa, Dayı bariqa, Fərdi bariqa, Turqay bariqa, Sərxan bariqa adı ilə qeyd olunmuş şəxsləri tanımadığını, Türkiyə Respublikasında işləyən zamanlar həmin şəxslərin nömrəsini iş yoldaşlarının ona verdiyi nömrələrin üstündə qaldığını, “İranlı Ayxan” və “Məhəmməd İran” adı ilə qeyd olunana şəxslərin İran İslam Respublikasının vətəndaşı olduğunu, taksi fəaliyyəti ilə məşğul olduqlarını, bacısının İran İslam Respublikasının vətəndaşı ilə evli olduğunu, bir neçə dəfə İrana getdiyini, həmin şəxslərin də taksi sürücü olduqlarını, ona görə də adlarını qeyd etdiyini, yalnız bir dəfə Nəbidən narkotik vasitə aldığını, onun da limon duzu çıxdığı üçün pulunu vermədiyini, buna görə də onunla tamamilə əlaqəsinin kəsildiyini, o əlindəki malı satmaq üçün ona zəng vurduğunu, Cəsurla heç bir münasibətinin olmadığını, Cəsura narkotik vasitə satmadığını, Nəbinin vasitəsilə bir dəfə narkotik vasitə aldığını, Nəbinin narkotik vasitəni Çomaxtur kəndində yerləşən məscidin yanında olan tut ağacının dibinə qoyulması ilə bağlı şəkil atdığını, pulu Çomaxtur kəndinin mərkəzində əlbəəl Cəsura verdiyini, Rasiflə bərabər pul qoyub 100 manat dəyərdinə narkotik vasitəsini aldığını, 1 qram adı ilə psixstrop maddənin göndərdiklərini, Rasifə güvəndiyi üçün onun təqdim etdiyi hesab nömrəsinə 100 manat göndərdiyini, Rasifə heç bir maddə satmadığını, Kərimi tanımadığını, ona narkotik vasitə satmadığını, Asimlə heç bir dostluğunun olmadığını və ona narkotik vasitə satmadığını, Asimin dediyi 15 iyun tarixində onun Şərur şəhərində ondan boşanan X4 evində olduğunu, həmin vaxt Çomaxtur kəndində olmadığını, Asimin yalan danışdığını, ona zəng etmədiyini, narkotik vasitə istifadəçisi olduğunu, lakin satış etmədiyini, istifadəsində Azercell operatoruna məxsus **********, Naxtel operatoruna məxsus **********, ********** mobil nömrələrin olduğunu, Naxçıvan ərazisində Naxtel nömrələrdən istifadə etdiyini, eyni vaxtda iki Naxtel nömrə işlətməsinin səbəbini sadəcə belə istədiyi üçün işlətdiyini bildirmiş, işləyib ata-anasını saxladığını, həmçinin Türkiyədə bıçaq xəsarəti aldığı üçün barəsində humanist qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X14 ifadəsində və verilən suallara cavabında təqsirləndirilən şəxs ilə həmkəndli olduğunu, onunla arasında narkotik və psixotrop maddələrinin alqı-satqısının olmadığını, Elnurla üzbəüz gəlmədiyini, Türkiyədə olan qardaşı Nəbinin təklifini qəbul etmədiyini, onun tapşırığı ilə Rzalı Rza malı gətirib onların qapısınına qoyulduqdan sonra məcbur qalıb götürdüyünü, ondan sonra gətirənin Rza olduğunu bildiyini, Nəbinin ona 2 nəfərin - Əfqanın və Elnurun gəlib malı götürəcəyini bildirdiyini, qardaşına onun evinə adam gəlməməsini dediyini, Əfqanın və Elnurun gəlmədiyini, Elnurun ona 50 manat pul vermədiyini, qardaşının göstərişi ilə narkotik vasitəni Çomaxtur kəndində yerləşən məscidin yanındakı tut ağacının dibinə atdığını, Elnurun götürəcəyini bilmədiyini, şəxsi istifadə üçün olduğunu, az bir şey olduğunu, Elnurun narkotik vasitənin satışı və istifadə etməsi ilə bağlı məlumatının olmadığını, Onur adlı şəxsi tanımadığını, Nəbinin göstərişi ilə bükümlərə bir çimdik qoyduğunu, belə 4-5 yerə atdığını, atdığı yerlərin şəklini Nəbiyə göndərdiyini, pulun çatıbçatmaması ilə ilə bağlı Nəbidən heç nə soruşmadığını, qardaşının Türkiyədə təhdid altında olduğun üçün belə hərəkət etdiyini, qalan narkotik vasitəni tutulmamışdan 1 ay əvvəl məhv etdiyini, narkotik vasitənin çəkilməsi ilə bağlı tərəzinin olmadığını, atdığı bükümlərin fərqlifərqli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X31 ifadəsində və verilən suallara cavabında Elnuru şəxsən tanımadığını, 2023-cü ilin avqust ayında İğdır şəhərində olduğunu, türk dostları vasitəsilə Onuru tapdığını, Onurdan İğdır şəhərində narkotik vasitə aldığını və orada istifadə etdiyini, 2023-cü ilin 16 noyabrda tutulduğunu, Onurun ona Elnur haqqında heç nə demədiyini, Elnurun narkotik vasitə satması ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. X22 məhkəmədə verdiyi ifadə ilə istintaqdakı ifadəsi arasında ziddiyət olduğundan ifadəsi elan olunmuşdur. O istintaq verdiyi ifadəsində Türkiyə Respublikasının İğdır şəhərində olan zaman şəxsi istifadəsi üçün metamfetamin adlı psixotrop maddə axtardığını, bu zaman Türkiyə Respublikası vətəndaşı Onur adlı şəxslə əlaqə yaradaraq ondan metamfetamin adlı psixotrop maddə almaq istədiyini, Onurun olduğu məkan olan İğdır şəhərində yerləşən məscidin yanındakı çay evində olduğunu öyrəndiyini, təxminən 15-20 dəqiqə sonra həmin yerə gedərək orada Onurun kim olduğunu soruşduğunu, bu zaman bir nəfər özünü göstərərək Onur olduğunu bildirdiyini, nə üçün onu axtardığını soruşduqda cavab olaraq “malzeme” lazım olduğunu bildirdiyini, ondan hansı cür “malzeme” istədiyini soruşduğunu, cavab olaraq “qaya” lazım olduğunu bildirdiyini, həmin şəxs metamfetamin adlı psixotrp maddənin qısaldılmış adı olan “met” lazımdır sənə sualını verdiyini, ona “ bəli met lazımdır” cavabını verdiyini, sonra Onur adlı şəxs Çomaxturlu Elnur səni göndərdi sualını verdiyini, Onur adlı şəxsə “xeyir, mən Çomaxturlu Elnuru tanımıram” cavabını verdiyini, sonra Onur “istəsən əgər o tərəfdədə Çomakturlu Elnura deyərik sənə metamfetamini tapıb ucuz qiymətə sənə verər” sözlərini dediyini, lakin, Naxçıvanda narkotik satan lazım olmadığını, Türkiyədə narkotik vasitə lazım olduğunu və burada da istifadə etdiyini, söhbəti yekunlaşdırdıqdan sonra Onura təxminən 1 qram metamfetamini gətirməsi üçün 700 türk lirəsi pul verdiyini, təxminən 30 dəqiqə çay evində gözlədikdən sonra Onurun gəldiyini və ona tərəf gedib görüşən zaman əlinin içərisinə qoyduğunu bildirmişdir (cild 2, səh 240). X7 cavabında Onurun Elnurun adını ona deməsi ilə bağlı istintaqda elə bir ifadə vermədiyini, istintaqda verdiyi ifadəsini axıra qədər oxumadığını, Elnurla bağlı dindirmə aparılan zaman video çəkilişin və üzləşdirmənin aparılmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Mustafayev Asim Hicran oğlu ifadəsində və verilən suallara cavabında uşaqlıqdan Türkiyədə yaşdığını, bir neçə ildir anası ilə Naxçıvana qayıtdığını, narkotik vasitə və psixotrop maddələrdən əvvəllər istifadə etsə də son bir ilə yaxındır ki, heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, X13 Şərur rayon sakini kimi 2-3 il olar ki, tanıdığını, aralarında heç bir qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 2023-cü ilin iyun ayının ortalarında X20 ilə Şərur şəhərində rastlaşdığını, həmin vaxt biraz kef hal edən zaman Kərim Kazımov narahat olduğunu və narkotik vasitə və psixotrop maddə istifadə etmək istədiyini dediyini, Bakıya gedib orda qəbul etmək istədiyini dediyini, onun da X30 adında bir tanışının olduğunu, onun da narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, onunla danışacağını, onda narkotik vasitə və psixotrop maddə olarsa alıb ona verə biləcəyini dediyini, Kərim də Elnurla danışmağını, narkotik vasitə varsa xəbər etməyini və pulunu verəcəyini dediyini, mobil telefonundan Elnurun mobil nömrəsinə zəng edib Elnurla danışdığını, onda narkotik vasitə və psixotrop maddə olub-olmamasını soruşduğunu, hazırda əlində şüşə deyilən metamfetamin psixotrop maddəsindən olduğunu dediyini, Elnurdan qiymətini soruşduqda, ona 1 qramını 120 manata verəcəyini dediyini, sonra Kərimə zəng edərək Kərimə Elnurda metamfetamin olduğunu, 1 qramını 120 manata verəcəyini dediyini, onun da onun üçün 1 qram almağını və pulunu gedib götürməyini dediyini, Kərimlə Şərur şəhərində yerləşən çayçının yanında görüşdüyünü, Kərim ona özündə pul olmadığını, dostuna zəng etdiyini, anasının Kapitalbank kartının onda olduğunu, Kərimin kartın şəklini çəkib dostuna göndərdiyini, onun da karta 120 manat pul atdığını, pulu gedib Şərur şəhərində Kapitalbankın filının qarşısındakı bankomatdan çəkdiyini, sonra velosipedlə Elnurla görüşməyə getdiyini, Elnur özü Şərur rayonu, Çomaxtur kəndində olduğunu, onunla saat təqribən axşam 20 radələrində Çomaxtur kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yanında görüşərək 120 manat pulu verdiyini, Elnurun ona get deyəndə gəlib götürərsən dediyini, 30-40 dəqiqə sonra Elnurun ona zəng vurduğunu, onun da Şərur şəhərində olan taksi duracağına gedib nömrəsinin xatırlamadığı qırmızı rəngli 07 markalı avtomobilə yaxınlaşıb onunla gedib Elnurdan 1 qram metamfetamini aldığını, sonra həmin maşınla təkrar Şərur şəhərinə qayıtdığını, Kərimi də yoldan götürdüyünü, 1 qram metamfetamin psixotrop maddəsini ona verdiyini, Kərim metamfetaminə baxaraq 1 qramdan az olacağını dediyini, Kərimlə həmin psixotrop maddənin bir hissəsini toyuq bazarı deyilən yerdə istifadə edib ayrıldıqlarını, sonra Kərim Kazımovun polis əməkdaşları tərəfindən saxlanıldığını eşitdiyini bildirmişdir. Suallara cavabında özünün 2003-2019-cu illərdə Türkiyədə olduğunu, Nəbi adlı şəxsi tanımadığını, əvvəllər ondan narkotik almadığını, Bakı şəhərində gələn zaman narkotik istifadə etdiyi üçün gömrükdə saxlandığını, barəsində Culfa Rayon Məhkəməsinin qərarı ilə 40 gün inzibati həbs seçildiyini, Elnurla Böyükdüzdə-müvəqqəti saxlama yerində bir yerdə olduqlarını, oradan tanışlıqlarının yarandığını, ondan sonra 2-3 dəfə görüşdüklərini, nömrələrinin bir-birinə verdiklərini, bir yerdə narkotik istifadə etmədiklərini, ondan sonra bir dəfə Kərimlə istifadə etdiyini, Elnurdan Kərim üçün metamfetamini 2023cü ilin iyun ayının ortaları aldığını, tarixi tam dəqiq xatırlamadığını, amma Kərimin tutulduğu gündən bir gün qabaq olduğunu dəqiq bildiyini, əvvələr Türkiyədə narkotik vasitə istifadə etdiyini, Naxçıvanda Elnurdan başqa adamdan narkotik vasitə və psixotrop maddə almadığını, Elnurla ədavətinin və düşmənçiliyinin olmadığını, Kərimin narkotik vasitəni Elnurdan aldığını bildiyini, çünki Kərimin yanında Elnurla danışdığını, sonralar Elnurdan narkotik almadığını, hazırda istifadəsində istintaqa da təqdim etdiyi ********** mobil nömrəsinin olduğunu, ötən il isə istifadəsində ********** mobil nömrə olduğunu, həmin nömrə qırıldığı üçün gedib yeni nömrə aldığını, Elnurla whatsapp üzərindən danışdığını, Elnurun başqa şəxslərə narkotik vasitə və psixotrop maddə satması ilə bağlı məlumatının olmadığını, Kərim tutulandan sonra Elnura zəng edib narahat olduğunu dediyini, Elnurun isə ona “narahat olma” dediyini, sonra Elnurun Türkiyəyə getdiyini öyrəndiyini, Özünün isə Kərim tutulanda 4-5 gün sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, polisə Elnurun adını vermədiyini, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mobil telefonuna baxış keçirilən zaman Elnurla olan zənglər üzə çıxdığını, bundan sonra Elnurun adını verdiyini, hətta Elnura zəng edib Türkiyədən gəlib məsələni yoluna qoymasını dediyini, Elnurun da ona problem yoxdu denən Elnurdan almışam dediyini, Elnurun yaxın qohumları tərəfindən ona təzyiqlər və xahişlər olduğunu, məhkəmədə ifadəsini dəyişməsini xahiş etdiklərini, onun isə bunun mümkün olmadığını onlara izah etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X20 ifadəsində və verilən suallara cavabında Mustafayev Asimi 2-3 ildir ki, tanıdığını, 2023-cü ilin iyun ayının 15-də günortadan sonra Şərur şəhərində yerləşən ət bazarının yanındakı çayçıda domino oynadıqlarını, tarixi dəqiq xatırlamasının səbəbinin 16 iyun 2023-cü il tarixdə tutulması olduğunu, Asimə narkotik vasitə qəbul etmək istəyini, onun üçün təşkil etməsini xahiş etdiyini, Asim də onun Çomaxturda Elnur adlı tanışından ala biləcəyini bildirdiyini, həmin gün axşam tərəfi Rüstəm adlı dostundan xahiş etdiyini, onun da 120 manat Asimin göstərdiyi karta pul atdığını, Asimin təxminən 1-2 saat sonra psixotrop maddə olan metamfetamini taksi ilə gətirdiyini, maddənin 1 qramdan az olduğunu, Asimlə birlikdə çəkdiklərini, Asim getdikdən sonra qalanını gecə Axura kəndində Əhməd adlı tanışı ilə birlikdə qəbul etdiklərini, növbəti gün polis tərəfindən tutulduğunu, polisdə Asimlə psixotrop maddəni istifadə etdiyini demədiyini, çünki onun da tutulmasını istəmədiyini, polisdə ondan soruşmadıqları üçün Elnurun da adını vermədiyini, çünki həmin vaxt Elnurun da haqqında polisin nəsə bilmədiyini, onun da tutulmasını istəmədiyini, 45 gün inzibati qaydada həbs edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilən şahid X6 ifadəsində və verilən suala cavabında Elnurun anasının ona zəng etmədiyini, onu oğlunun ifadəsini dəyişməsi üçün təhdid etmədiyini, onun Elnurun anası tərəfindən təhdid olunması ilə bağlı polis tərəfindən alınan izahata oxumadan imza atdığını, lakin oğluna görə narahat olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən X9 ifadəsində və verilən suallara cavabında təqsirləndirlən şəxs Elnur Bayramovla ailə qurduğunu, iki azyaşlı uşaqlarının olduğunu, Elnurun narkotik vasitə istifadə etdiyinə görə ilk dəfə 2022-ci ilin fevral ayında 1 ay inzibati həbs olunduğunu, əməlindən peşman olduğu üçün ondan ayrılmadığını, 2023-cü ilin fevral ayında yenidən narkotika görə tutulduqdan sonra ondan ayrıldığını, Naxçıvan şəhərində yaşayan valideynlərinin yanına getdiyini, Elnurun həbsdən çıxdıqdan sonra Naxçıvan şəhərinə gəlib uşaqlarını görüb getdiyini, Elnurun aprelin 4-də Türkiyəyə getdiyini, bundan sonra özünün də Şərur rayon Xələc kəndində riyaziyyat müəllimi işlədiyindən və Naxçıvandan gəlib-getmək çətin olduğundan Şərur şəhərində kirayə tutduğunu, anası ilə həmin evdə yaşamağa başladığını, həmin vaxtı Elnurun Türkiyədə olduğunu, iyun ayının ortaları Türkiyədən qayıtdıqdan sonra Elnurun gəlib uşaqlarını gördüyünü, 15 iyun tarixində Elnurun onlarda qalmasını xatırlamadığını, mediasiyaya müraciət etdiyi 22 iyun 2023-cü il tarixindən 3 gün öncə gəlib 2 gün uşaqlarla qaldığını, sonra Türkiyəyə getdiyini, bundan sonra boşanmaq üçün xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin qətnamə ilə nikahlarının pozulduğunu, uşaqların saxlanması üçün aliment təyin edildiyini, lakin Elnurun 2023-cü ilin avqust ayından heç bir aliment ödənişi etmədiyini, Elnurun götürdüyü 370 manat krediti öz əməkhaqqısı ilə ödəyini, 250 manat da kirayə verdiyini, Elnurun onu maddi və mənəvi cəhətdən pis vəziyyətə saldığını, Elnurun narkotik vasitə satması ilə bağlı heç nə deyə bilməyəcəyini, bu barədə məlumatlı olmadığını (bu suala cavab verərkən başını aşağı salaraq) bildirmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilən şahid X23 ifadəsində və verilən sullara cavabında ötən ilin yayında ona məxsus olan Şərur rayon Çomaxtur kəndində yerləşən evində olan zaman “Facebook” sosial şəbəkəsindən həmkəndlisi Nəbi Nəcəfov mesaj yazdığını, ondan mobil nömrə istədiyini, ona mobil nömrəsini verdiyini, 1 gün sonra evdə olan zaman “Whatsapp” sosial şəbəkəsindən ona zəng gəldiyini, zəngə cavab verən zaman onunla danışanın həmkəndlisi Nəbi Nəcəfov olduğunu, Nəbi onda narkotik vasitə olduğunu və alıb-almamaq istədiyini soruşduğunu, ondan narkotik vasitə almaq istədiyini, onunla 150 manatlıq narkotik alacağı barədə razılaşdığını və daha sonra ona kimə məxsus olduğunu bilmədiyi kart nömrəsini mesaj formasında göndərdiyini, həmin kart hesabına 100 manat pul göndərdiyini və qalan 50 manat pulu da, daha sonra verəcəyini bildirdiyini, bu barədə razılaşdıqlarını və ona şəkil göndərdiyini, narkotik vasitəni götürüb istifadə etdiyini, 2023-cü ilin fevral ayında isə Elnurdan 120 manat qarşılığında bir qramdan az olan metamfetamin aldığını, əvvəllər də narkotik vasitə istifadəçisi olduğunu, Şərur rayonu ərazisində 2 dəfə narkotik vasitə qəbul etdiyini, 30 gün inzibati qaydada həbs edildiyini, Elnurun həmin narkotik vasitənin kimdən aldığını bilmədiyini, əvvəllər bir yerdə istifadə etmədiklərini, 120 manat pulu şəxsən Elnura Çomaxtur kəndində məhlələrində verdiyini, sonra Elnurun zəng vurduqdan sonra gedib götürdüyünü, özünün evlərində tək istifadə etdiyini, Elnurla birgə istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən şahid X15 ifadəsində özünün mahnı bəstələdiyini, Elnurun ondan mahnı yazmağını xahiş etdiyini, ona pul göndərdiyini, sistemi nasaz vəziyyətdə olduğu üçün həmin mahnını yaza bilmədiyini, bundan sonra Elnura xx.xx.2023-cü il tarixdə 30 və 10 manat pul və xx.xx.2023-cü il tarixdə 120 və 100 manat pulları geri qaytardığını, özünün narkotik vasitə qəbul etmədiyini, göndərdiyi pul vəsaitlərinin narkotik vasitə ilə bağlı olmadığını, lakin Elnuru narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini qismən təsdiq etmiş, narkotik vasitəni satmasına dair ifadələri isə qəbul etməmişdir. Məhkəmə ittiham tərəfinin vəsatəti ilə dindirilən şahid X16 ifadəsində göstərdiyi faktla bağlı təqsirləndirilən şəxsə ittiham irəli sürülmədiyindən onun ifadəsini hazırkı ittiham üzrə sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetir. İstintaq protokolları: İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə saat 20:00-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli baxış protokolundan görünür ki, 01 yanvar 2024-cü il tarixdə saat 20:05-da Təqsirləndirilən şəxs üzərində axtarş aparılmış, 1 ədəd göy rəngli 2İNFİNX” markalı telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 02 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Mustafayev Asim Hicran oğlu təqsirləndirilən şəxsin üzünə narkotik vasitəni 120 manata ondan aldığını bildirmiş, təqsirləndirilən şəxs isə Mustafayev Asim Hicran oğlunun dediklərini inkar edərək həmin şəxsin onun Kapital Bank kartına 100 manat göndərərək ondan Türkiyədən qayıdan zaman narkotik vasitə gətirməsini təklif etdiyini, lakin onun Türkiyə Respublikasına işləmək üçün getdiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş materialdan görünür ki, 16 iyun 2023-cü il tarixdə X10 şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ cibindən siqaret kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,114 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 613 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən X10 üzərindən aşkar olunan bir ədəd kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli siqaret kağız bükümündə, təmiz çəkisi 0.114 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psxiotrop maddə olan metamfetamindir. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 25 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəliyi yoxdur, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y. Budaqov adına Naxçıvan MR X2 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 18 yanvar 2024-cü il tarixli 24 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyi aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, hal hazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübut: İş materiallarında olan 17 iyun 2023-cü il tarixli 613 saylı ekspert rəyi və onun nəticələrinə dair müşayiət məktubundan görünür ki, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,094 qram olan metamfetamin narkotik vasitə Şərur Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılır. Digər sənədlər: İş materiallarında olan Naxtel MMC-nin xx.xx.2024-cü il tarixli 59 saylı məktubunun qoşma hissəsində göstərilən 01 ədəd xarici yaddaş qurğusu olan CD-ə baxış zamanı məlum olur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Mustafayev Asim Hicran oğluna məxsus ***-***-**-** nömrə ilə xx.xx.2023-cü il tarixdə 19:29-da 22 saniyə, 19:43-də 14 saniyə, 20:32-də 14 saniyə, 22:43-də 14 saniyə, bundan başqa xx.xx.2023cü il tarixdə saat 11:31-də 12 saniyə, 11:37-da 5 saniyə, xx.xx.2023-cü il tarixdə 13:08-də 19 saniyə, 13:16-da 29 saniyə, 15:05-də 5 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:37-də 383 saniyə, 17:26-də 245 saniyə, 17:49-də 23 saniyə, 18:20-də 17 saniyə, 20:31-də 9 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, 17:26-də 245 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:48-də 35 saniyə, 17:13-də 147 saniyə, xx.xx.2023-cü il tarixdə saat 17:47də 128 saniyə, 20:05-də 97 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:53-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:53-də 129 saniyə, Mustafayev Asim Hicran oğlu məxsus ***-***-**-** nömrə ilə isə xx.xx.2023 23:52-də 46 saniyə X8 məxsus ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2023-cü il tarixdə 21:35-də 37 saniyə, 23:04-də 21 saniyə, 23:16-da 33 saniyə, xx.xx.2023-cü il 18:46-da 77 saniyə, 19:01-də 21 saniyə, 19:29-da 11 saniyə danışıq olduğu müəyyən olunmuşdur. Anten məlumatlarının sistem qeydiyyatı olmadığı üçün məlumatların təqdim edilmədiyi göstərilmişdir. İş materiallarında olan X35 Səhmdar Cəmiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/6273 saylı məktubunun qoşma hissəsində göstərilən 01 ədəd xarici yaddaş qurğusu olan CD-ə baxış zamanı məlum olur ki, Təqsirləndirilən şəxs X15 ilə xx.xx.2023-cü il tarixdə 30 və 10 manat, xx.xx.2023-cü il tarixdə 120 və 100 manat pul dövriyyəsi olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Naxçıvan MR X2 18 yanvar 2024-cü il tarixli 24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayından dispanserdə narkomaniyaya görə profilaktik qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə sidikdə narkotest vasitəsilə yoxlanılmış və MDMA (metamfetamin) müsbət olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(110)- 1/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(110)- 9/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay, yəni 01 iyun 2024-cü tarixədək uzadılmışdır. İş materiallarında olan Şərur rayon Çomaxtur kənd İƏD üzrə nümayəndəliyinin 15 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Çomaxtur kəndində atası və anası ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Çomaxtur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan mənfi xarakterizə olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə 30 gün, xx.xx.2023-cü il tarixdə İXM-in 206-cı maddəsi ilə 1 ay 15 gün, xx.xx.2023-cü il tarixdə İXM-in 206-cı maddəsi ilə 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara, istintintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni satmadığına dair ifadəsində göstərdikərini isə özünümüdafiə kimi qiymətləndirir. Çünki, şahid ifadələri və iş üzrə toplanmış və hökmdə göstərilən digər sübutlarla narkotik vasitənin məhz təqsirləndirilən şəxs tərəfindən satılması öz təsdiqini tapmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-1.0.11-ci maddələrinə görə narkotik vasitələrin, psixotrop maddaələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Törətdiyi əmələ görə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalı və ona ittiham elan olunan maddəin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müddətinin başlanğıcı barəsində şübhəli şəxs qismində tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hazırki iş üzrə maddi sübutların həlli ilə bağlı məsələni də müzakirə edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 0,094 qram olan metamfetamin narkotik vasitəsi məhv edilməli, “İnfinix SMART 7” markalı smartfon telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını öz hesabına müdafiəçi təyin edilmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 01 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 0,094 qram olan metamfetamin narkotik vasitəsi məhv edilsin, “İnfinix SMART 7” markalı smartfon telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar