Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-23/2025 26.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçisi: Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun m m m m m iştirakları ilə xx xxx 2009-cu il tarixdə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda Şərur rayon, Sərxanlı kənd tam orta məktəbinin 10-cu sinifində orta təhsil alan, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayon Zeyvə kəndində qeydiyyatda olmaqla, Şərur rayon Düdəngə kəndində yaşayan, işsiz, 30 oktyabr 2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Düdəngə kənd sakini Zərərçəkmiş şəxs məxsus evin hasarından aşaraq həyətyanı sahəyə daxil olmuş, evin giriş qapısının önündəki xalçanın altına qoyulmuş açarı götürərək qapını açmış, evə qanunsuz daxil olaraq salonun sol hissəsində olan yataq otağının qapısının dəstəyinə asılmış qara rəngli pul kisəsinin içərisində olan 195 manat pulu gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa 08 oktyabr 2025-ci il tarixdə saat təxminən 20:20 radələrində Şərur rayon Düdəngə kənd sakini Zərərçəkmiş şəxs məxsus evin həyətinin giriş qapısından həyətə daxil olmuş, evin giriş qapısının önündəki idman ayaqqabısının içərisinə qoyulmuş açarı götürərək qapını açmış, evə qanunsuz daxil olaraq salonun sağ hissəsindəki yataq otağında olan sürmənin birinci gözünə qoyulmuş pul kisəsinin içərisində olan 130 manat pulu gizli olaraq talamaqla təkrar oğurluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Şərur rayon Düdəngə kəndində Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, 02 oktyabr 2025-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evin həyətyanı sahəsində olan zaman qonşusu Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə digər qonşusu Sədaqətgilə getdiyini görmüş, Güllü xalanın evinin boş olduğunu başa düşərək həmin evə qanunsuz daxil olub oğurluq etmək qərarına gəlmiş, evdən çıxaraq Zərərçəkmiş şəxs evinə tərəf getmiş, divardan tullanaraq həyətə daxil olmuş, evin giriş qapısının önündə olan qırmızı rəngli xalçanın üzərinə çıxan zaman ayağının altında nəyinsə şıqqıldadığını hiss etmiş, xalçanı qaldıran zaman evin giriş qapısının açarının orada olduğunu görmüş, açarla qapını açaraq evin salonuna daxil olmuş, salona ümumi göz gəzdirdikdən sonra evin giriş qapısı ilə üzbəüz olan otağın qapısının dəstəyindən qara rəngli pul kisəsinin asıldığını görmüş, həmin pul kisəsinin 2 ədəd sepli gözü olmuş, pul kisəsinin hər iki gözündə olan pulları cibinə qoyaraq evdən çıxmış, qapını kilidləyərək açarı yerinə qoymuş, bundan sonra yola çıxaraq oğurladığı pulu saymış, bir ədəd yüzlük, bir ədəd əllilik, 1 ədəd iyirmilik və sayını dəqiq bilmədiyi beşlik və birlik pul əskinazları olmaqla pul ümumilkdə 195 manat pul olduğunu görmüş, pulu təkrar cibinə qoyaraq evə getmiş, bir-neçə gün ərzində Şərur şəhər ərazisində həmin pulun hamısını xərcləmiş, 08 oktyabr 2025-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evə gedən zaman yolda Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yenidən qonşusu Sədaqətgilə getdiyini görmüş, onların yanından keçərək evə getmiş, saat təxminən 20:20 radələrində evdən çıxaraq Zərərçəkmiş şəxs evinə tərəf getmiş, onların evinin həyətyanı sahəsinin bağ tərəfdən olan zenc materialdan hazırlanmış qapısını açaraq həyətə daxil olmuş, evin giriş qapısının açarını götürmək üçün xalçanın aşağısına baxmış, lakin açarın orada olmadığını görmüş, qapının ətrafını axtaran zaman orada olan idman ayaqqabısının içərisindən açarı tapmış, qapını açaraq evə girmiş, evin salonuna daxil olduqdan sonra oranı axtarmış və heçnə tapa bilməmiş, bundan sonra salonun sağ hissəsində olan otağa daxil olmuş, orada olan sürmənin üst gözünü açan zaman bozumtul rəngli balaca pul kisəsi görmüş, pul kisəsinin içərisini açan zaman bir ədəd yüzlük, bir ədəd iyirmilik və bir ədəd onluq olmaqla 130 manat pul olduğunu görmüş, həmin pulu götürərək evdən çıxmış, qapını kilidləyərək açarı yerinə qoymuş, bir-neçə gün ərzində Şərur şəhər ərazisində həmin pulu da xərcləmiş, 15 oktyabr 2025-ci il tarixdə saat təxminən 19:30 radələrində evdə olan zaman nənəsi Sara Sadiqova qonşusu Sədaqətgilə getmiş, evdəkilərə duş qəbul edəcəyini bildirərək evdən çıxmış, hamama daxil olan zaman Sədaqətgilin həyətindən Güllügilin səslərinin gəldiyini eşitmiş, hamama daxil olmayaraq həyətdən çıxmış, zenc qapıdan Güllügilin həyətinə daxil olmuş, evin önünü nə qədər axtarsa da, açarı tapa bilməmiş, giriş qapısının sağ hissəsində olan ağ rəngli, taxta materialdan hazırlanmış pəncərəni əli ilə itələyərək açmış, pəncərənin önündə olan toru cırdıqdan sonra ayaqqabısını çıxardıb salona daxil olmuş, salonun sol hissəsində olan otağa daxil olduqdan sonra həmin otaqda olan televizor altlığının üzərində qara rəngli çanta olduğunu görmüş, həmin çantanın üst gözünü açan zaman 2 ədəd iyirmilik, onluq, beşlik və birlik əskinazlar olmaqla 75 manat pul olduğunu görmüş, pulu cibinə qoyub daxil olduğu pəncərədən çıxaraq ayaqqabısını geyinmiş və evinə getmişdir. Zərərçəkmiş şəxs ilə hər hansı ədavəti olmamış, Zərərçəkmiş şəxs məxsus evdən pul qazanmaq üçün oğurluq etmiş, Zərərçəkmiş şəxs məxsus evə 3 dəfə daxil olmuş, ilk dəfə daxil olan zaman sadəcə 195 manat pulu görmüş, pulu götürüb evdən çıxdıqdan sonra təkrar həmin evə oğurluğa getmək niyyəti olmamış, ikinci dəfə onların evdə olmadığını öyrənən zaman təkrar daxil olmaq qərarına gəlmiş, həmin vaxta sadəcə olaraq 130 manat pulu tapa bilmiş, bundan sonra da, təkrar evə girmək niyyəti olmamış, sadəcə olaraq yenidən evdə olmadıqlarını gördüyü üçün 3-cü dəfə evə daxil olmuş, Zərərçəkmiş şəxs məxsus evdən 195, 130 və 75 manat olmaqla ümumilikdə 400 manat pul oğurlamış, Zərərçəkmiş şəxs evində pul olduğunu əvvəlcədən bilməmiş, sadəcə olaraq evdə pul ola biləcəyini güman etmiş, evdən oğurluq etməyə onu heç kim təhrik etməmiş, oğurluq etdiyini başqa heç kim bilməmiş, evdən oğurladı pulları Şərur şəhər ərazisində özü üçün xərcləmişdir. Şərur rayon Düdəngə kənd sakini Şahid3 tanımır, törətdiyi cinayət əməlində onunla əlbirliyi olmamış, oğurluğu tək etmişdir. Tutduğu əməldən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırıldığını, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur rayon Düdəngə kəndində qızı Şahid2, gəlini Şahid1, nəvələri X12 və X11 ilə birlikdə yaşayır, ticarətlə məşğul olaraq qazanc əldə edir, 02 oktyabr 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində işdən evə gələrək pul kisəsini salonun sol hissəsində olan yataq otağının qapısının dəstəyindən asmış, bir müddət sonra kəndin icra nümayəndəsi gələrək ondan zibil pulunu istəmiş, gəlini Nuranədən pul kisəsindən pul götürərək Mübarizə verməsini istəmiş, Nuranə 10 manat pul götürərək Mübarizə vermiş, əlavə olaraq pul kisəsindən 1 manat pul götürərək nəvəsi Aylinə vermiş, həmin gün saat təxminən 20:00 radələrində qonşusu Sədaqətgilə getmiş, evdən çıxan zaman qapını bağlayaraq açarı yerdə olan xalçanın altına qoymuş, təxminən 1 saat Sədaqətgildə oturduqdan sonra evə qayıtmış, həmin vaxt evdə hər hansı dəyişiklik hiss etməmiş, sabahsı gün tezdən gəlini ondan dərsə gedən nəvələrinə pul verməyini istəmiş, Nuranəyə pul kisəsindən götürərək uşaqlara pul verməsini tapşırmış, Nuranə ona pul kisəsində xırda pulları qoyduğu gözün boş olduğunu demiş, xırda pulunun qurtardığını düşünmüş, uşaqlar dərsə getdikdən sonra işə getmək üçün pul kisəsini götürmüş, həmin vaxt pul kisəsinin ümumiyyətlə boş olduğunu görmüş, Nuranəyə zəng vuraraq pul kisəsində pul olmadığını bildirmiş və ondan nəvəsi Natiqin pul götürüb-götürmədiyini soruşmuş, Nuranə ona Natiqin heç vaxt icazəsiz pul götürməyəcəyini demiş, bundan sonra bu məsələnin üstünə düşməmiş, 08 oktyabr 2025ci il tarixdə axşam saatlarında yenidən Sədaqətgilə getmiş, evdən çıxan zaman qapının açarını orada olan idman ayaqqabısının içərisinə qoymuş, 1-2 saat Sədaqətgildə oturduqdan sonra evə qayıtmış, sabahsı gün Nuranə ona saxlaması üçün verdiyi 130 manat pulu tapa bilmədiyini demiş, onun pulu qoyduğu yeri unutduğunu və itirdiyini düşünmüş, heç nə demədən işə getmiş, son olaraq 15 oktyabr 2025-ci il tarixdə Sədaqətgilə getmiş, orada olan zaman Natiq narahat olduğu üçün Nuranə evə getmək istədiyini demiş, ona “siz gedin məndə çayımı bitirib gəlirəm” demiş, Nuranə uşaqları ilə birlikdə evə getmiş, bundan bir-neçə dəqiqə sonra Nuranə gələrək evə oğru girdiyini bildirmiş, dərhal evə getmiş, bu zaman pəncərədə olan torun cırıldığını görmüş, bundan sonra 102-ə zəng vuraraq evindən oğurluq olduğunu bildirmiş, həmin vaxt da, evdən 70 manat pul getmiş, daha sonra polis əməkdaşları gələrək onun iştirakşılığı ilə evə baxış keçirtmiş, araşdırma zamanı evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, 02 oktyabr 2025-ci il tarixdə ilk dəfə evindən oğurluq edildiyi zaman pul kisəsində nə qədər pul olmasını dəqiq xatırlamır. Bu səbəbdən hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd olunan 195 manat məbləği daha düzgün ola bilər. Belə ki, onun xatırladığına görə pul kisəsində əvvəlcə 300 manatdan artıq pul olmuş, lakin həmin məbləğin bir hissəsini sonradan özü götürmüşdür. Bununla əlaqədar olaraq hesab edir ki, Şərur rayonunun Düdəngə kəndində yerləşən evindən ümumilikdə 3 epizod üzrə cəmi 400 manat məbləğində pul oğurlanmış və həmin pul vəsaiti ona məxsus olmuşdur. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. O qeyd etmişdir ki, zərərçəkmiş şəxsin gəlinidir və həyat yoldaşı təxminən 10 il əvvəl vəfat etmişdir. O, sonuncu dəfə ailə üzvləri ilə birlikdə qonşuları Sədaqətgilə getdiklərini, lakin oğlunun narahat olduğuna görə orada çox qalmadıqlarını və oğlu ilə birlikdə evə qayıtdıqlarını qeyd etmişdir. Şahid göstərmişdir ki, əvvəlki günlərdə evdən pul yoxa çıxdığı üçün evin açarını özləri ilə aparmışdılar. Həyətə daxil olarkən evdə işığın yandığını və pəncərənin torunun cırıldığını görmüşlər. Bu barədə qayınanasına məlumat vermək üçün yenidən Sədaqətgilə getmiş, təxminən 10 dəqiqədən sonra isə birlikdə həyətə qayıtmışlar. Həmin vaxt evdən çıxaraq qaçan hər hansı bir şəxsi görməmişlər. Sonradan qayınanası polisə məlumat vermiş, polis əməkdaşları gəldikdən sonra evə daxil olmuşlar. Şahid həmçinin bildirmişdir ki, evdən ümumilikdə üç dəfə oğurluq hadisəsi baş vermişdir, lakin hər dəfə nə qədər pul oğurlandığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin valideynləri tərəfindən onlara dəymiş maddi ziyanın ödənilmişdir. Bundan əlavə, Şahid3 adlı şəxsi tanımadığını, onu heç vaxt görmədiyini və həmin şəxsin usta kimi evlərində işlədiyini xatırlamadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində və ona verilmiş suallara cavabında ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. O qeyd etmişdir ki, evlərindən 7-10 gün aralıqla pul yoxa çıxsa da, əvvəlcə bunun oğurluq olduğunu düşünmədiklərinə görə polisə məlumat verməmişlər. Sonradan sonuncu dəfə gəlinləri Nuranə uşağı ilə birlikdə evə qayıdarkən evdə naməlum şəxsin olduğunu gördükdən sonra oğurluq hadisəsinin baş verdiyini başa düşmüşlər. Şahid göstərmişdir ki, birinci dəfə 200 manat, ikinci dəfə 130 manat, üçüncü dəfə isə 70 manat olmaqla ümumilikdə 400 manat pul oğurlanmışdır. Oğurluq hadisələrinin 2025-ci ilin oktyabr ayında baş verdiyini bildirmişdir. Həmçinin Şahid3 adlı şəxsi tanımadığını qeyd etmişdir. Bundan başqa, evlərində təmir işlərinin oğurluq hadisəsindən sonra aparıldığını, bundan əvvəl isə təxminən bir il əvvəl təmir işlərinin görüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sərxanlı kənd tam orta məktəbinin direktoru X6 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi tam orta məktəbdə təhsil alır və hazırda məktəbin 10-cu sinif şagirdidir. O, Yadullanın davranışlarının normal olduğunu, məktəbdə hər hansı tərbiyəsiz hərəkətlərə yol vermədiyini, lakin dərslərində zəif olduğunu qeyd etmişdir. Həmçinin bildirmişdir ki, qeyd olunan oğurluq hadisələri aşkar edildikdən sonra Yadulla məktəbə gəlməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bununla bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə, Şahid3 oğlunun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs bir kəndçi kimi tanıyır, onun ailə üzvlərini tanımır, onlarla heç bir ədavəti, qohumluğu və ya münasibəti olmamış, Zərərçəkmiş şəxs məxsus Şərur rayon Düdəngə kəndində yerləşən evə təxminən 9-10 il bundan əvvəl 1 dəfə getmiş, həmin vaxt pəncərə sexində işlədiyi üçün onların pəncərəsini taxmağa getmiş, bundan başqa heç vaxt həmin evə getməmiş, həmin evin harada olduğunu hal-hazırda xatırlamır, ona ünvanlanmış 15 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı evdən əl-barmaq izləri götürülmüş, evin pəncərəsinin içəri tərəfindən götürülmüş izin sizin sol əlinizin orta barmağı ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur, bununla bağlı nə deyə bilərsiniz sualını bildirmək istəyirəm ki, bu mümkün deyil. Mən o, evə sadəcə olaraq 1 dəfə 8-9 il bundan əvvəl getmişəm. Mənim həmin evdən əl-barmaq izim çıxa bilməz kimi cavablandırmış, Təqsirləndirilən şəxs tanımır, onun atası Mahiri bir kəndçi kimi tanıyır, onunla münasibəti yoxdur, Yadullanın indiyədək üzünü belə göməmiş, əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 30 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şərur rayonunun Düdəngə kəndi ərazisində yerləşən və vətəndaş Zərərçəkmiş şəxs məxsus olan yaşayış evidir. Hadisə yerinə baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs salonun sol hissəsində olan yataq otağının qapısının dəstəyinə asılmış pul kisəsinin içərisindən 300 manat, salonun sağ hissəsində olan yataq otağındakı sürmənin birinci gözündə olan pul kisəsindən 130 manat, salonun sol hissəsində olan yataq otağında televizor altlığının üzərində olan çantadan 70 manat pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin müxtəlif ölçüdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, kriminalist tərəfindən hadisə yerinin əl-barmaq izləri götürülmüşdür. (i.v İ cild 7-15). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 Nazirliyin Şərur Rayon Polis İdarəsinə ünvanlanmış 20 oktyabr 2025-ci il tarixli, 3-13-43/2-15052/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şərur rayon Düdəngə kənd sakini Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluqla bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 17 oktyabr 2025-ci il tarixdə eyniləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 daxil olmuş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi (N11,14 paltar şkafından götürülmüş) (ADİS məlumat bankına Şərur RPİ-dən daxil olmuş) xx.xx.2012-ci ildə anadan olmuş X4 əlinin ovucunun (3 dəfə), 01 ədədi (N-5 pəncərə şüşəsinin çöl tərəfindən götürülmüş) (İAMAS məlumat bankında mövcüd olan) xx.xx.2009-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun, 1 ədədi (N-8 pəncərənin içəri tərəfindən götürülmüş) (İAMAS məlumat bankında mövcud olan) xx.xx.1991-ci ildə anadan olmuş Şahid3 sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etdiyi göstərilmişdir (i.v İ cild 30). “İfadənin yerində yoxlanılması haqqında” 31 oktyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə oğurluq hadisəsinin baş verdiyi ünvanda (Şərur rayonunun Düdəngə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə) ifadənin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı şübhəli şəxs ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi cinayət əməllərini etiraf etmişdir (i.v İ cild 73-74). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, zərərçəkmiş şəxsin kimliyi, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği kimi məsələlər öz təsdiqini tapır. "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" 30 oktyabr 2025-ci il tarixli qərardan və "Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v İ cild 57-58, 70). “Əməlin tövsif edilməsi haqqında” 15 dekabr 2025-ci il tarixli qərarlardan və "Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 15 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hazırki cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 15 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-nın 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v İ cild 135, 65, 57). “Sübutların qiymətləndirilməsi haqqında” 25 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə qanunsuz daxil olaraq 70 manat məbləğində pul oğurlamışdır. Lakin həmin epizod üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 100 manatdan az olduğundan, həmin fakt üzrə ona cinayət məsuliyyəti ilə bağlı ittiham irəli sürülməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin fakt üzrə zərərçəkmiş şəxslə barışmış və vurulmuş maddi ziyanı tam şəkildə ödədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə də inzibati icraat başlanılmamışdır (i.v İ cild 185-196). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 oktyabr 2025-ci il tarixli, 1009 qeydiyyat nömrəli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 70). Məhkəmə hesab edir ki, bu sübutlarla ibtidai araşdırma dövründə cinayət işin tövsifinin dəyişməsi, şəxsə ittiham elan edilməsi və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi kimi hallar öz təsdiqini tapır. 13 dekabr 2025-ci il tarixli və 12 fevral 2026-cı il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan təqsirləndirilən şəxs (onun ailəsi) tərəfindən ona tam olaraq ödənilmişdir. Bu səbəbdən də, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur (i.v İ cild 130, İİ cild ). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsi (aradan qaldırılması) və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmaması kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 tərəfindən Şərur RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2- 2925/2025 №-li cavab məktubundan görünür ki, Şərur rayon sakini Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışdır (i.v İİ cild 113). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 27 noyabr 2025-ci il tarixli, 561 nömrəli "Ambulator Məhkəmə-psixatrik ekspertizası"na dair rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisədən sonra və hadisə zamanı psixi vəziyyətlərinin sağlam olduğu, cinayət əməllərini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olduğu, hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiy və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir (i.v İİ cild 118-120). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 27 noyabr 2025-ci il tarixli, 560 nömrəli "X8 Tibbi Yoxlaması"na dair rəyində Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmədii göstərilmişdir (i.v İİ cild 115-117). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şərur Rayon Polis İdarəsinin Təşkilatı İnspeksiya Qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən olunmuşdur (i.v İ cild 99). Təqsirləndirilən şəxs məxsus FİN: xxxxxxx, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2009-cu il tarixdə anadan olubdur (i.v İ cild 35). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxsin cinayət hadisəsini törətdiyi zaman yetkinlik yaşına çatmaması, onun əvvəllər məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması kimi hallar öz təsdiqini tapır. Şərur rayon İHB-nın Düdəngə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-28-27/2-02 №-li arayışdan, o cümlədən "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla, Şərur rayonunun Düdəngə kəndində yaşayır (i.v İİ cild). Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Şərur rayon İHB-nın Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v İİ cild). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxsin qeydiyyatda olduğu və faktiki yaşayış yer, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi hallar öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkbaşına tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla törətdiyi oğurluq əməllərində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti, mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi, mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə və təhsil aldığı müəssisə üzrə müsbət şəkildə xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şahid Sərxanlı kənd tam orta məktəbinin direktoru X3 ifadələri, təqsirləndirilən şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surəti, zərərçəkmiş şəxsin 13 dekabr 2025-ci il tarixli və 12 fevral 2026-cı il tarixli ərizələri, o cümlədən Şərur rayon İHB-nın Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Plenum qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, həmçinin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12 və 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah və tərbiyə olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubiculpaest, ibipoenasubesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Düdəngə kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki hökmün icrası təqsirli bilinən şəxsin yaşayış yerləri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirli bilinən şəxs barəsində məhkəməyədək icraat zamanı 30 oktyabr 2025-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə növündə qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 15 yanvar 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu ümumilikdə 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “AA*******” nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzasını icra edən müəssisəyə göndərilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Düdəngə kəndində yaşadığı evini axşam saat 20:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu ümumilikdə 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “AA*******” nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzasını icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(110)-23/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-23/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver