Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-24/2024 04.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şərur rayon Oğuzkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, işsiz, 1-ci qrup əlil, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o 02 fevral 2024-cü il tarixdə saat 21:15-dəqiqədə AE 877460 nömrəli sürücülük vəsiqəsi və 7E-4325 nömrəli etibarnamə ilə idarə etdiyi “Naz lifan LF 4890” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələbini pozaraq yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürət həddindən yüksək sürətlə 120 km/saat sürətlə idarə edərək və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Şərur rayonu ərazisinə düşən həmin yolun 48-ci km-də həmin istiqamətdə birinci hərəkət zolağında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27-ATV-333 qeydiyyat nişanlı qoşqusu olan yük avtomobilinin arxa hissəsindən vurmuş, X10 başın ağır küt travması, travmatik şok, başın travmatik deformasiyası, başın və üzün yumşaq toxumaların əzilmiş-cırılmış, yaraları, kəllə və üz skleti sümüklərinin açıq, çoxqəlpəli sınıqları ilə baş beyin toxumasının əzilib-dağılması, sağ said və sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ əl pəncəsinin, sağ diz nahiyyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, ailəsi ilə birlikdə Naxçıvan şəhəri Babək məhəlləsi 14/24 ünvanında yaşadığını, 1998-ci il tarixdə hərbi xidmətdə olan zaman Fizuli şəhərinin Qoradiz kəndində minaya düşdüyünü, hərbi hospitalda müalicə aldıqdan sonra 1ci qrup əlil vəsiqəsi aldığını, idarə etdiyi “Naz Lifan” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobili kreditlə Cahan Motorsdan aldığını, Naxçıvan ərzisində dəmir yığıb satmaqla məşğul olduğunu, yığdığı dəmiri Bakı şəhərində olan Bakustill şirkətinə göndərdiyini, 02 fevral 2024-cü il tarixdə həyat yoldaşı Sevda ilə Şərur rayonu Xətai kəndinə anasıgilə getdiklərini, həmin gün saat 19:00 radələrində kənddə olan çayxanada əmisioğlu Ayazla çay içdiyini, həyat yoldaşı Sevdaya zəng etdiyini və hazırlaş gəlim evə gedək dediyini, anasıgilə getdiyini və həyat yoldaşı Sevda ilə axşam yeməyini götürüb qeyd etdiyi avtomobil ilə Naxçıvan şəhərinə gəlmək üçün Şərur rayon Xətai kəndindən çıxdığını, Naxçıvan-Sədərək avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində birinci hərəkət zolağında yaxın işıqlarla 120 km/saat sürətlə hərəkətdə olduğunu, avtomobili özü idarə etdiyini, həyat yoldaşının isə ön sərnişin oturacaqda oturduğunu, anidən həyat yoldaşının uca səslə ay ana deyə qışqırdığını, həyat yoldaşının nə səəbə qışqırmasını bilmədiyini, həmin səsin həyəcanı ilə avtomobili sola doğru istiqamətləndirdiyini, avtomobilin önünün tüstüləməsini gördüyünü, əlini sağ tərəfə həyat yoldaşına uzatdığında həyat yoldaşının avtomobildə olmadığını gördüyünü, qapını açıb yerə enmək istədiyini, ayaqlarının tutmadığını, dizləri üstə gedərək həyat yoldaşını axtardığını, bir avtomobil yaxınlaşdığını, həmin avtomobilin sürücüsünə həyat yoldaşımı tapa bilmirəm dediyini, həyat yoldaşını avtomobilinin önündə asvalt üzərində düşüb qaldığını gördüyünü, sadəcə həyat yoldaşını gördüyünü xatırladığını, hadisə ilə başqa heçnəyi xatırlamadığını, ayıldığında xəstəxanada olduğunu gördüyünü, həyat yoldaşını soruşduğunu, həyat yoldaşının reanimasiyada olduğunu eşitdiyini, Xətai kəndinə evə getdiyini, səhər saatlarında qızının internet xəbərlərində gecə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olduğunu gördüyünü, soruşduğunda evdəkilərin Sevdanın ölmədiyini dediyini, uşaqları xəstəxanaya getdiyində analarının gecə hadisədə öldüyünü eşitdiyini və ona bu barədə məlumat verdiklərini bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində ailəsi ilə birlikdə Şərur rayon Tumaslı kəndində yaşadığını, təqaüdçü olduğunu, mərhum qızı Sevdanın ailəsi ilə birlikdə Naçıvan şəhərində yaşadığını, qızı Sevdanın həyat yoldaşı Vətən adlı şəxsin müharibə veteranı olduğunu, qızının 2 övladı olduğunu, 02 fevral 2024-cü il tarixdə Naxçıvan şəhərinə Sevinc adlı qızıgilə getdiyini, həmin gün axşam saatlarında Naxçıvan şəhərində yaşayan Onur adlı nəvəsi zəng edərək Sevda xalamın uşaqları kəndə getmək istəyirlər, amma pulları yoxdu səndən pul istəyirlər dediyini, Onurdan nəvələrinin niyə kəndə getmək istədiklərini soruşduğunu, Onurun ona Sevda xalagil yol nəqliyyat hadisəsi törədiblər dediyini, həmin gün Şərur rayon Xəstəxanasına getdiyini, Vətəni Naxçıvan şəhərinə xəstəxanaya apardıqlarını, Sevdanın isə ağır yaralı olduğunu öyrəndiyini, xəstəxanada orada gözləmələrinə ehtiyac olmadığı bildirildiyini, qohumları ilə birlikdə Şərur rayon Oğuzkəndə gəldiyini, səhər xəstəxanaya gəldikləri zaman axşam baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qızı Sevdanın rəhmətə getdiyini öyrəndiyini, qızının ölümündə bilavasitə Vətənin səbəb olduğunu, onunla barışıq əldə etmədiyini, ondan şikayətçi olduğunu qeyd edərək məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X16 ifadəsində ailəsi ilə birlikdə Naxçıvan şəhərində yaşadığını, orta məktəbi 5-ci sinifə kimi Naxçıvan şəhər H.Əliyev adına orta məktəbdə oxuduğunu, 2015ci il tarixdə ailəsi ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə köçdüklərini, 3 il İstanbul şəhərində yaşadıqdan sonra yenidən Naxçıvana qayıtdıqlarını, lakin təhsilini davam etdirmədiyini, Naxçıvan şəhərində yaşamaqlarına baxmayarq atasının işlərinin Şərur rayonunda olduğu üçün atası ilə anasının həftənin iki günü Şərur rayonuna gedib-gəldiyini, 31 yanvar 2024-cü il tarixdə həmişəki kimi atası ilə anasının Şərur rayonu Xətai kəndinə getdiklərini, anası ilə 01 fevral 2024-cü il tarixdə telefonla danışdığını, anasının ona sabah yəni 02 fevral 2024-cü il tarixdə axşam saatlarında evə qayıdacağıq dediyini, 02 fevral 2024-cü il tarixdə nə atası nə də ki, anası ilə telefon əlaqəsi olmadığını, həmin gün axşam saat təxminən 21:25 radələrində atasının zəng edərək qəza etmişəm ananızı tapa bilmirəm dediyini, Şərur rayon taksi duracağından tanımadığı bir şəxsin avtomobili ilə Şərur rayon Xəstəxanasına getdiyini, xəstəxanada anasının əməliyyatda olduğu bildirildiyini, xəstəxanadan nənəsigilə qayıtdığını, evdə olduğu zaman internetdən Şərur yolunda hadisə olduğunu və bir nəfərin öldüyünü oxuduğunu, evdə ona anasının ölümünün internetdə səhv yazıldığı deyildiyini, səhər tezdən yenidən Şərur rayon Xəstəxanasına getdiyini, xəstəxanada yaxın qohumlarının məsciddən danışdıqlarını eşitdiyi zaman anasının rəhmətə getdiyini bildiyini, atası ilə anasının aralarında heç bir vaxt mübahisə olmadığını, onların çox mehriban olduqlarını, atasının gördüyü bütün işlərin haqq-hesabını anasının apardığını bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X20 ifadəsində ailəsi ilə birlikdə Naxçıvan şəhərində yaşadığını, 2014-cü il tarixdən Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də satıcı olaraq işlədiyini, 2020-ci ilin mart ayında Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs avtomobil almaq barədə müraciət etdiyini, həmin şəxsə “Naz Lifan” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə verdiyini, həmin şəxsdən avtomobilin ödənişi olaraq hər ay 640 manat ödəniş aldığını, təxminən 1 ildən sonra Təqsirləndirilən şəxs müraciət edərək ödənişi ödəmək üçün imkanı olmadığını bildirdiyini, qeyd olunan avtomobilə hər ay ödəniş olaraq 400 manat ödənilməsi yazıldığını, 02 fevral 2024-cü il tarixdə tanımadığı polis əməkdaşının ona zəng edərək yol-nəqliyyat hadisəsi olduğunu və avtomobilin onun mülkiyyətində olduğunu bildirdiyini, polis əməkdaşından hansı avtomobil olduğunu soruşduğunda “Naz Lifan” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil olduğunu öyrəndiyini, həmin vaxt Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat aldığını, “Naz Lifan” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində ailəsi ilə birlikdə Türkiyə Respublikası Qazientep şəhəri, Yavuz Əli ilçəsi, Böyük qaraquyu məhəlləsi 475 ünvanında yaşadığını, 2 aydır Türkiyə Respublikasının Qazientep şəhərində fəaliyyət göstərən “Efem Trans” şirkətində sürücü işlədiyini, 28 yanvar 2024-cü il tarixdə Qazientep şəhərində tərlik fabrikasından etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27- ATV-333 qeydiyyat nişanlı qoşqusu olan yük avtomobilinə tərlik yükləyib Özbəkistan Respublikasına aparmaq üçün Qazientep şəhərindən çıxdığını, 02 fevral 2024-cü il tarixdə havanın qaranlıq vaxtında Naxçıvan Muxtar Respublikasına keçmək üçün Sədərək Gömrük məntəqəsini keçdiyini, yük avtomobil ilə Özbəkistana getmək üçün Poltaş adı ilə bildiyi Gömrük məntəqəsi istiqamətində hərəkətdə olduğunu, təxminən 30 dəqiqə yol getdikdən sonra idarə etdiyi yük avtomobilinin hava çəkdiyini və yanacaq gəlmədiyini, yük avtomobilini birinci hərəkət zolağında dayandığını, avtomobilin qəza siqnalını vurub yerə endiyini, yük avtomobilinin arxa hissəsinə park halında olduğunu bildirmək üçün qəza nişanı qoymadığını, çünki yük avtomobilinin arxa hissəsində işıq qaytarıcı bantlar olduğu üçün havanın qaranlıq vaxtında uzaq məsafədən görsəndiyini, avtomobilin yanacağının qurtardığını düşündüyünü, həmin vaxtı yoldan keçən avtomobilə əl elədiyini və onunla bərabər yanacaq doldurma məntəqəsinə getdiyini, yanacaq doldurma məntəqəsindən 19 manata 23 litr dizel yanacağı alıb avtomobilin yanına gəldiyini, avtomobilin yanına gəldiyi zaman avtomobilin qəza işıqlarının söndüyünü gördüyünü, yenidən avtomobilin qəza işıqlarını vurduğunu, gətirdiyi yanacağı avtomobilə tökdüyünü, lakin nə qədər etsədə avtomobilin mühərrikinin işə düşmədiyini, həmin vaxtı avtomobildən yerə endiyini, ayıldığında yerdə uzandığını hiss etdiyini, insanların ona kömək etdiklərini gördüyünü, nə baş verdiyini bilmədiyini, təcili yardım avtomobili gəldiyini və onu xəstəxanaya apardıqlarını, xəstəxanada bir nəfərin ona yaxınlaşdığını, ona sən düş aşağıya səni kimsə görməsin dediyini, həmin şəxsdən niyə elə edəcəyini soruşduğunu, həmin şəxsin ona hadisə zamanı bir nəfərin öldüyünü dediyini, yanında olan polis əməkdaşlarından yük avtomobilinə başqa bir avtomobilin arxadan çırpıldığını və hadisə zamanı həmin avtomobildə olan qadın sərnişinin rəhmətə getdiyini eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci vərəqində olan 03 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X27 İdarəsinin baş müstəntiqi, polis kapitanı X17 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 02 fevral 2024-cü il tarixdə saat 21:15-də Naxçıvan-ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan 720” markalı **-BH- *** qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolun birinci hərəkət zolağında Naxçıvan şəhəri istiqamətində dayanmış vəziyyətdə olan Türkiyə Respublikası vətəndaşı X4 “Mercedes Benz” markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27-ATV-333 qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin arxa hissəsindən vurmuş, nəticədə “Naz Lifan 720” markalı avtomobildə olan sərnişin X8 aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Cinayət işinin 62-ci vərəqində olan Naxçıvan MR DİN-nin ƏSİŞ-in tələbnaməsindən görünür ki, Əhmədov X12 Qarnizonunun Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 240 “A”, 241 “A”, 38 və 42-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 64-cü vərəqində olan 09 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Naz-Lifan 720” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və “Naz-Lifan 720” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşdüyündən Naxçıvan MR DİN-in DYPİ-nin duracağında saxlanılmışdır. Cinayət işinin 70-ci vərəqində olan 10 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 vəfat etmiş X8 hüquqi varisi qismində təyin edilmişdir. Cinayət işinin 82-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 19 fevral 2024-cü il tarixli 278 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər sağ təpə nahiyyəsində dəri altı hematoma, sağ aşağı ətrafın ön səthində əzilmə, dəridə sıyrıq, alın nahiyyəsində yara və sol belində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Eləcə də avtoqəza nəticəsində də törənmələri inkar olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 82-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 13 fevral 2024-cü il tarixli 215 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər, sağ dizin sıyrılmış yarası, sağ aşıqbaldır oynağının əzilməsi küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Eləcə də avtoqəza nəticəsində də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 93-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 03 fevral 2024-cü il tarixli 10 saylı ekspert rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: Başın ağır küt travması, travmatik şok, başın travmatik deformasiyası, başın və üzün yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, kəllə və üz skleti sümüklərinin açıq, çoxqəlpəli sınıqları ilə baş beyin toxumasının əzili dağılması, sağ said və sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sağ əl pəncəsinin sağ diz nahiyyəsinin sıyrıqları küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər. Eləcə də avtoqəza nəticəsində də əmələ gəlmələri istisna edilmir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərərvurmaya aiddirlər. X2 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına baş vermiş travmatik şok, baş-beyin toxumasının əzilib dağılması səbəb olmuşdur. Cinayət işinin 108-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 233 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, verilmiş məlumatlara əsasən “Mecedes Benz LS E5 STD NP 1840” markalı 27ANP616/27ATV333 qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınmaı ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Verilmiş məlumatlara əsasən “Naz Lifan” markalı **-BH- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü Təqsirləndirilən şəxs “Naz Lifan” markalı avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürət həddindən yüksək sürətlə (120 km/saat) idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 118-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli 284 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, Təqdim edilmiş (mütəxəssis) işləyən X14 (VÖEN **********) iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı “Mercedes Benz” markalı, LS 36 1840 model, ağ rəngli, şassi nömrəsi NMB**********1741, mühərrik tutumu 11967 kub/sm olan 27-ANP-616 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı “Tırsan” markalı, maksima model, ağ rəngli, 27-ATV-333 qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin zədələnməsi nəticəsində təmir-bərpa işlərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 290,00 (iki yüz doxsan) manat müəyyən edilir. O cümlədən dəyişilməli olan hissələrin qiyməti-40,00 (qırx) manat: təmir işlərinin qiyməti -250 ( iki yüz əlli) manat. Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Mutar Respublikasında) yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 2016-cı il buraxılışlı Naz Lifan LF 4890 markalı, boz yasəmən rəngli, **-NH-*** qeydiyyat nişanlı, mühərrik tutumu 2373 kub/sm olan minik avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 15000,00 (on beş min) manat müəyyən edilir. Təqdid edilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktında “Naz Lifan” markalı avtomobilin qalıq dəyəri haqqında məlumat olmadığından dəymiş maddi ziyanı hesablamaq mümkün olmadı. Cinayət işinin 134-cü vərəqində olan X9 tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, 02 fevral 2024-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda mənim etibarnamə ilə idarə etdiyim “Mercedes Benz” markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27-ATV-333 qeydiyyat nişanlı yarımqoşulu yük avtomobili park halında olan zaman yük avtomobilinə arxadan başqa bir avtomobilin gəlib dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə zamanı avtomobilin qoşqusuna maddi zərər dəymişdir. Həmin maddi zərərə görə heç kimdən şikayət və tələbim yoxdur. Cinayət işinin 136-cı vərəqində olan X20 tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, 02 fevral 2024-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda mənim mülkiyyətimdə olan “Naz Lifan” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı qeyd etdiyim avtomobilə dəymiş maddi ziyana görə sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbim yoxdur. Cinayət işinin 148-ci vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 166-cı vərəqində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx.xx.1980-ci il tarixdə Şərur rayon Oğuzkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, təqaüdçü, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs barəsində ” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 178-ci vərəqində olan Naxçıvan şəhər 6 saylı mənzil istismar idarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs binada yaşadığı müddətdə binadakı qonşularla mehriban və xoş rəftar edib, qonşuların hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs haqqında Naxçıvan şəhər 6 saylı mənzil istismar idarəsinə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 179-cu vərəqində olan Azərbaycan Respubliaskı Milli Məclisinin “Avropa Şurasının 50 illiyi münasibətilə amnistiya haqqında” 10 dekabr 1999-cu il tarixli qərarının İİ yarımbəndinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41,42 və 42-1-ci maddələri tətbiq edilməklə, müvafiq olaraq şərti məhkum edilmiş şəxslər, döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmış hərbi qulluqçu və ya hərbi vəzifəli şəxslər, yaxudhökmün icrası təxirə salınmış şəxslər cəzadan azad edilmişlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən aldığı xəsarətlərə görə birinci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır... Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan Mercedes Benz markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27-ATV-333 qeydiyyat nişanlı qoşqusu olan yük avtomobilinin Türkiyə Respublikası vətəndaşı X5 qaytarılması nəzərə alınmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ-nin duracağında saxlanılan “Naz-Lifan 720” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1,197.1.5-2,197.1.6— 197.1.9-cumaddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmişdövlət orqanının,fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Eyni zamanda digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz” markalı 27-ANP-616 qeydiyyat nişanlı, “Tırsan” markalı 27-ATV-333 qeydiyyat nişanlı qoşqusu olan yük avtomobilinin Türkiyə Respublikası vətəndaşı X5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ-nin duracağında saxlanılan “Naz-Lifan 720” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-24/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-24/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver