Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-25/2023 19.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaqlı, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 ünvanında yaşayan, barəsində 13 sentyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında sosial şəbəkədə tanış olduğu xx.xx.1983-cü il tarixdə Şərur rayon Aşağı-Aralıq kəndində qeydiyyatda olan, Şərur şəhəri Kapitan Seyidov küçəsi bina 5, mənzil 33-də yaşayan Zərərçəkmiş şəxs şirkətlərinin olduğunu, X6 Azərbaycana satmaq üçün avtomobillər gətirməklə məşğul olduğunu, Zərərçəkmiş şəxs avtomobil gətirməsi üçün ilkin olaraq 2000 manat pul lazım olduğunu bildirmiş, anası X3 adına olan “Leo bank”-a məxsus **********318858 nömrəli plastik kartının şəklini Zərərçəkmiş şəxs göndərməklə həqiqətə uyğun olmayan məlumatlar verərək onu inandırmış, Zərərçəkmiş şəxs ona inanaraq həmin hesaba ümumilkdə 8300 manat pul köçürmüş, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 8300 (səkkiz min üç yüz) manat pulunu ələ keçirməklə xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında 6 ilə yaxındır ABŞ avtomobillərinin Azərbaycana gətirilməsində vasitəçilik etdiyini, avtomobil kirayəsi şirkətləri tərəfindən sifarişlər qəbul etdiyini, həmin sifarişlərə uyğun avtomobillərin Azərbaycana gətirilməsini təşkil etdiyini, müəyyən şəxslərin onun mobil nömrəsini taparaq onunla əlaqə saxlayıb sifariş verdiklərini, həmin şəxslərdən birinin də Şərur şəhər sakini Zərərçəkmiş şəxs olduğunu, 2022-ci ilin avqust ayında Məhərrəmin “Whatshapp” mobil proqramı vasitəsilə ona mesaj yazaraq avtomobil almaq istədiyini bildirdiyini, sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq ondan “Ford Fusion” markalı avtomobil gətirməsini istədiyini, ona kreditə maşın gətirə biləcəyini, ancaq buna görə ilk öncə yol xərci olaraq 2200 manat pul ödəməyin vacib olduğunu bildirdiyini, onun da özünün şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən və bankda hesab aça bilmədiyindən anası X4 məxsus “Leo bank”da olan hesaba 2200 manat pul köçürdüyünü, həmin məbləği Gürcüstanda fəaliyyət göstərən “Casus Avto MMC” adlı daşıma şirkətinin hesabına köçürdüyünü, həmin köçürmədən sonra Amerikadan “Ford Fusion” markalı avtomobil yola düşdüyünü, sonra ayrı-ayrı vaxtlarda göndərməklə ümumilikdə Məhərrəmin ona 8300 manat pulu həmin hesaba köçürdüyünü, həmin puldan ona vasitəçiliyə görə 1300 manat pul qaldığını, 2023-cü ilin əvvəllərində yuxarıda qeyd olunan avtomobilin Bakıya çatdığını, sonra Bakı şəhər Baş Gömrük İdarəsində aparılan yoxlamalara görə avtomobili Naxçıvana göndərə bilmədiyini, bir müddət keçdikdən sonra Məhərrəmin ona zəng vuraraq pulunu geri qaytarmağını tələb etdiyini, onun da avtomobili gətirən “Casus Avto MMC” adlı şirkətin sahibi gürcüstan vətəndaşı olan Elxan Qasımovdan pulu istədiyini, onun isə pulun avtomobilin satılmasından sonra verilə biləcəyini bildirdiyini, ancaq haliyədə Gürcüstanda yaşadığı üçün pulunu ala bilmədiyini, onun maddi imkanı olmadığı üçün həmin məbləği Məhərrəmə geri qaytara bilmədiyini, Zərərçəkmiş şəxs məxsus pulu etibardan sui istifadə edərək ələ keçirmədiyini, sadəcə olaraq Məhərrəmin ona avtomobil gətirmək üçün 8300 manat pul göndərmiş olduğunu, həmin məbləğin tamamını Gürcüstanda fəaliyyət göstərən “Casus Avto MMC” adlı daşıma şirkətinin hesabına köçürdüyünü, Məhərrəmə avtomobilin pulun qalan hissəsini kreditlə ödəməyi təklif etdiyini, lakin onun bu təklifə nə dediyini tam xatırlamadığını, Zərərçəkmiş şəxs ona göndərdiyi pulu “Casus Avto MMC” şirkətinə “Leo” bankdakə anasına məxsus həmin hesabdan göndərdiyini, Məhərrəmə gətirdiyi avtomobili o, istəmədiyindən Elxan adlı şəxsə satmasını ilk olaraq ifadə verən zaman məsuliyyətdən yayınmaq üçün dediyini, Məhərrəmlə tanış olan zaman soyadının Əhmədov olduğunu deməsinin səbəbini, ailədə problem olmasın deyə “Tik-tok” sosial şəbəkəsində soyadını Əhmədov olaraq yazdığı üçün insanların onu elə tanıdığını, əməlindən peşman olduğunu, maddi imkanı yaxşı olmadığı üçün Məhərrəmin pulunu ödəyə bilmədiyini bildirmiş, özünün epilepsiya xəstəsi olduğunu, dərmanları vaxtında qəbul etməyəndə narahat olduğunu, azadlıqda qalarsa Məhərrəmin pulunu hissə-hissə ödəyəcəyini, birinci nikahından bir, qeyri rəsmi ikinci nikahdan iki azyaşlı uşağının olduğunu, uşaqlardan birinin atalığının müəyyən olunmadığını, ona görə ana soyadı ilə yazıldığını, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında 2008-ci ildən Dövlət Gömrük Xidmətində çalışdığını, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin mobil şöbəsinin inspektoru vəzifəsində işlədiyini, 2022-ci ilin avqust ayında özünə məxsus minik avtomobilini satdığı üçün sosial şəbəkədə özünün istifadəsi üçün yeni avtomobil axtardığını, həmin vaxt “Tik-tok” sosial şəbəkəsində tanımadığı bir cavan oğlanın canlı yayım açdığını və avtomobil alqı-satqısı ilə məşğul olduğunu gördüyünü, həmin tanımadığı şəxsə avtomobil almaq istədiyini ifadə edən sözlər yazdığını, sonradan onun əsl kimliyinin Təqsirləndirilən şəxs olduğunu, onun Naxçıvan şəhərində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşadığını öyrəndiyini, həmin şəxsin ilk öncə özünü ona Samir Əhmədov kimi təqdim etdiyini, onunla telefonda danışan zaman şirkətlərinin olduğunu, X6 satmaq üçün avtomobillər gətirdiyini bildirdiyini, Təqsirləndirilən şəxs avtomobil almaq istədiyini bildirən zaman onun ilkin olaraq 2000 (iki min) manat pul köçürməyini bildirərək “Leo bank”-a məxsus plastik kartın şəklini göndərdiyini, ona inanaraq həmin karta 2000 (iki min) manat pul köçürdüyünü, sonrakı dövrlərdə Samir ilə danışan zaman Samirin ona avtomobilin yolda olduğunu bildirərək daha da, özünə inandırdığını, buna görə də, əlavə olaraq müəyyən zamanlarda Təqsirləndirilən şəxs 6300 (altı min üç yüz) manat pulu qeyd olunan kart hesabına köçürdüyünü, Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına ümumilikdə 8300 (səkkiz min üç yüz) manat pul köçürməyinə baxmayaraq avtomobil ala bilmədiyini, Samirlə danışan zaman Samirin hər dəfəsində müxtəlif bəhanələr gətirərək ondan qaçdığını, sonralar telefona cavab vermədiyini, sonda Samirin onunla kobud şəkildə danışdığını və ondan qaçdığını görüb onun dələduz olduğunu anladığını, ona görə də, polisə yazılı şəkildə müraciət etdiyini, Təqsirləndirilən şəxs özünün sosial şəbəkədə onu aldadaraq avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs tanımağında ona heç kimin köməklik etmədiyini, onunla sosial şəbəkədə təsadüfən tanış olduğunu, plastik kartın onun anası X4 məxsus olduğunun sonradan ona məlum olduğunu, X5 tanımadığını, Təqsirləndirilən şəxs almaq istədiyi avtomobil Naxçıvana gəldikdən sonra o pulun hamısını nağd formada ona verəcəyini, Təqsirləndirilən şəxs istintaqa ona satamaq üçün gətirdiyi avtomobil Bakı şəhərinə gətirdikdən sonra onun maşını almaq fikrindən daşınmasını bildirməsinin həqiqətə uyğun olmadığını, o, dəfələrlə Bakı şəhərində yaşayan əmisinin oğlunu avtomobili götürməsi və Naxçıvana göndərməsi üçün Gömrük idarəsinə göndərdiyini, çünki Samir avtomobili Naxçıvan şəhərinə göndərməkdə çətinlik çəkdiyini deyərək bəhanələr gətirdiyini, lakin Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmadığı üçün avtomobili ona təhvil verə bilmədiyini, dələduzluq etdiyini, onun ailəsini və uşaqlarını nəzərə alıb azadlıqdan məhrum olunmasını da istəmədiyini, ona dəymiş ziyanın ödənəcəyi təqdirdə heç bir şikayətinin olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında məhkəmə-psixoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə emosional halında hər-hansı eksteremal dəyişiklik baş vermədiyi, psixi xüsusiyyətləri və əqli inkişafına görə etdiyi hərəkətləri qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadığı, lakin hadisə barədə müəyyən məlumatları özünü müdafiə etmək üçün öz xeyirə deməyə çalışdığı müəyyən edilmişdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli axtarışda olan təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2023-cü il tarixdə Abşeron Rayon Xırdalan şəhəri Kristal yaşayış kompleksi ərazisində tutulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni 23 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Leo bank”-a məxsus **********318858 nömrəli plastik kart maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Naxçıvan MR X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1447 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 213.4-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilməklə 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 3 il müddətinə azadlıqdan məhrum edilməklə 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 213.4-cü maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 5 il 6 ay azadlıqdan məhrum cəzası saxlanılmış, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Tələbnamədən həmçinin aydın olur ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 11 ay 22 gün islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarı ilə həmin cəzadan azad edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs barəsaində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-30/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1199/2023 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Elektron Məhkəmə İnformasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun bir azyaşlı uşağı - xx.xx.2014-cü ildə doğulmuş X10 vardır. İş materiallarında olan müdafiəçi tərəfindən təqdim edilmiş Az-İV 735811 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs rəsmi nikahı olmadığından və uşağın atalığı müəyyən olunmadığından xx.xx.2022-ci il tarixdə doğulmuş X2 anası X1 ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2069 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə mənfi xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində guya həmin pul vəsaitlərini digər şəxsə göndərməsi və zərərçəkəni aldatmadığı ilə bağlı dediklərini özünümüdafiə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisinə həmin hallarla bağlı sübutlar təqdim etmək və ya şahidlərin adlarını deməsi təklif olunsa da təqsirləndirilən şəxs bundan imtina etmişdir. Buna görə də məhkəmə həmin hallarla bağlı təqsirləndirilən şəxsin ifadəsinin həqiqətə uyğun olmadığı qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.3.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin əvvələr törətdiyi cinayətlərə görə məhkumluqları ödənilmişdir. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağın olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində qeyd olunan stimullaşdırıcı normalar izah olunmuş, lakin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə heç bir ödəniş edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, bu kateqoriyadan olan cinayətlər törətməyə meyli olmasını, barəsində əvvəllər təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalarla islah olunmadığını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu, vurulmuş ziyanın məbləğini nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin çıxışında göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə növündə cəzasının həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Buna görə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 sentyabr 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Leo bank”-a məxsus **********318858 nömrəli plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X4 qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia qaldırmamışdır. Buna görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Leo bank”-a məxsus **********318858 nömrəli plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X4 qaytarılsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-25/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-25/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver