Məhkəmə qərarları › İş №1(110)-25/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-25/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-25/2024 19.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.2002-ci il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1991-ci il tarixdə Şərur rayon ST.Daşarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur rayon ST.Daşarx kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ilə təqsirləndirilirlər ondan ötrü ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədilə Şərur rayon Tənənəm kənd sakini Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 27420 manat olan 95 baş xırda buynuzlu heyvanları 15 dekabr 2023-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək olan dövrdə Tənənəm kənd ərazisində yerləşən fermadan vahid niyyətlə oğurlayaraq sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, vətəndaşlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlini törətmələri aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 2023-cü ilin sentyabr ayında qardaşı Kamalla birlikdə Şərur rayon Tənənəm kənd sakini Ramin adlı şəxslə danışaraq ondan heyvanlarının zibillərini onlara verməsini istədiklərini, Ramin adlı şəxsin atası Məzahir ilə münasibətləri olmadıqlarını, həmin vaxtdan etibarən ayda 2-3 dəfə olmaqla Kamal ilə birlikdə atasına məxsus traktora loped qoşaraq Raminin Şərur rayon Tənənəm kəndində çöllük ərazidə yerləşən fermasına gedib heyvanların zibilini yığaraq gətirib öz əkin sahələrinə boşaltdıqlarını, təxminən 5 ay bundan əvvəl Şərur rayon Stansiya Daşarx kənd sakini Adil adlı şəxslə tanış olduqlarını, çöldə heyvan otaran zaman Adilin onların yanına gəlib-getdiyini, Adilin onların zibil yığmağa getdiyini bildiyi üçün onlara kömək etmək istədiyini, 01 dekabr 2023-cü il tarixdə ilk dəfə onunla Raminə məxsus fermaya gedərək zibil yığdıqlarını, kömək etdiyi üçün Adilə süd, qatıq və.s. ərzaq məhsulları verdiyini, 10 dekabr 2023-cü il tarixdə yenidən Adil və Kamal ilə birlikdə fermaya gedərək zibil yığdıqlarını, bundan sonra Adilin 2-3 dəfə onlardan 500 manat borc pul istədiyini, onların Adilə pul vermədiklərini, 15 dekabr 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində fermaya getdiyini, həmin vaxt fermada Ramin və çobanı Ələddin olduqlarını, zibilləri lopedə yığan zaman Raminin evlərinə getdiyini, işlərini qurtardıqdan sonra Adilin borcunun olduğunu bildirərək femadan 02 ədəd qoyun oğurlamaq istədiyini, ona etiraz etdiyini, Adilin israrla “onsuz qoyunu çoxdur, bilməyəcək, ikisini götürək borclarımı verim” dediyini, onunla razılaşdığını, həmin vaxt çobanın evdə olduğunu, Adilin tövləyə girib 02 ədəd qoyunu eşiyə çıxartdığını, Kamalın da, həmin qoyunların yerdə ayağını bağlayaraq lopedə qaldırıb qoyduğunu və oradan çıxaraq, Xanlıqlar kəndində yerləşən torpaq sahələrinə gedərək zibili boşaltdıqlarını, sonra Adilin onlara “Mənsuru” çağırıram gəlsin, aparaq bu qoyunları sataq” dediyini, Kamal ilə traktora minərək oradan çıxdıqlarını, Adilin həmin iki qoyunu nə etdiyini bilmədiyini, daha sonra Adilin onların yanına gələrək yenidən Raminin qoyunlarını oğurlamağı təklif etdiyini, ona “bəsdir bir dəfə oğurladın, yenə olsa bilər problem yaranar” sözlərini dediyini, Adilin isə Raminin qoyunlarının sayını bilmədiyini, bu səbəbdən də, ilk oğurluğumuzdan xəbərinin olmadığını, yenidən oğurlayacağımız halda, xəbərinin olmayacağını dediyini, sonra şirnikləşərək onunla razılaşdığını, Kamalın həmin gün qoyunları satmağı üçün Araz adlı qəssabın nömrəsini taparaq onunla danışdığını, 20 dekabr 2023-cü il tarixdə yenidən Raminin fermasına getdiyini, zibillin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə çay içməyə başladığını, çay içdikdən sonra Raminin evlərinə getdiyini, sonra zibilin qalanlarını yığdığını, Adil və Kamalın tövləyə girərək 04 baş qoyun götürdüklərini, qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə getdiklərini, zibili boşaltdıqdan sonra Adilin tanışı Şərur rayon Stansiya Daşarx kənd sakini Etibar adlı şəxs “VAZ 21063” markalı avtomobili ilə yanlarına gəldiyini, Kamalın ona qoyunların özlərinə məxsus olduğunu bildirdiyini, saat təxminən 23:30 radələrində Adil və Kamalın qoyunları Etibarın avtomobilinə mindirərək yola çıxdıqlarını və Naxçıvan şəhərinə apardıqlarını, 26 dekabr 2023-cü il tarixdə yenidən fermaya getdiyini, zibilin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə çay içməyə başladığını, çay içdikdən sonra Raminin evlərinə getdiyini, bundan sonra birlikdə zibilin qalanlarını yığdıqlarını, sonra Adil ilə birlikdə tövləyə girərək 10 baş qoyun götürdüklərini, qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə getdiklərini, zibili boşaltdıqdan sonra Şərur rayon Stansiya Daşarx kənd sakini X3 “Qazel” markalı avtomobili ilə onların yanına gəldiyini, o gəlməmişdən əvvəl X9 nə deyəcəyimizi soruşduğunu, Adilin isə ona “Mənsura qoyunların sənin olduğunu de” dediyini, Kamal da, Mənsura elə dediyini, saat təxminən 23:30 radələrində Adil, Kamal qoyunları Mənsurun Qazel markalı yük avtomobilinə mindirərək yola çıxdıqlarını, onların hər dəfəsində onun payını gətirib verdiklərini, bundan sonra həftədə bir dəfə Fermaya gedərək oradan təxminən 13, 14, 15 baş olmaqla qoyunlar oğurlayıb 170 manatdan Araz adlı şəxsə satdıqlarını, hər satışdan 100 manatı Mənsura verib qalan pulu isə 3 yerə böldüklərini, son oğurluqlarının isə 2024-cü ilin fevral ayının ortalarında olduğunu, sonra onun Adilə bir daha oradan qoyun oğurlamayacağını, artıq çox olduğu üçün Raminin şübhələnəcəyini bildirdiyini, 15 dekabr 2023-cü il tarixdən 15 fevral 2024-cü ilə qədər fermadan təxminən 90-95 qoyun oğurlayaraq 170 manatdan Araza satdıqlarını, ona düşən pulun hamısını isə müxtəlif yerlərdə xərclədiyini, Zərərçəkmiş şəxs məxsus fermadan ümumilikdə 8 dəfə oğurluq etdiklərini, birinci dəfə 02 baş, ikinci dəfə 04 baş, üçüncü dəfə 10 baş, dördüncü dəfə 14 baş, beşinci dəfə 15 baş, altıncı dəfə 17 baş, yeddinci dəfə 16 baş, səkkizinci dəfə isə 17 baş qoyunu Kamal və Adillə birlikdə oğurladıqlarını, əldə etdiyi gəliri isə aralarında böldüklərini, etdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 2023-cü ilin sentyabr ayında Kənanla birlikdə Şərur rayon Tənənəm kənd sakini Ramin adlı şəxslə danışaraq ondan heyvanlarının zibillərin verməsini istədiyini, Ramin adlı şəxsin atası Məzahir ilə münasibəti olduğunu, onu tanımadığını, həmin vaxtdan etibarən ayda 2-3 dəfə olmaqla Kənan ilə birlikdə traktora loped qoşaraq Raminin Şərur rayon Tənənəm kəndində çöllük ərazidə yerləşən fermasına gedib zibil yığdıqlarını, həmin zibilləri gətirərək əkin sahələrinə boşaltdıqlarını, təxminən 5 ay bundan əvvəl Şərur rayon Stansiya Daşarx kənd sakini Adil adlı şəxslə tanış olduğunu, Adilin çöldə heyvan otaran zaman onların yanına gəlib-getdiyini, Adilin onların zibil yığmağa getdiklərini bildiyi üçün onlara kömək etmək istədiyini, 01 dekabr 2023-cü il tarixdə ilk dəfə Adil ilə birlikdə Raminə məxsus fermaya gedərək zibil yığdıqlarını, kömək etdiyi üçün Adilə süd, qatıq və.s. ərzaq məhsulları verdiyini, 10 dekabr 2023-cü il tarixdə yenidən Adil və Kənan ilə birlikdə fermadan zibil yığdıqlarını, bundan sonra Adilin 2-3 dəfə ondan 500 manat borc pul istədiyini, pulu qaytarmayacağından qorxduğu üçün ona pul vermədiyini, 15 dekabr 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində birlikdə Raminin fermasına getdiyini, həmin vaxt fermada Ramin və çobanı Ələddinin olduğunu, zibilləri lopedə yığan zaman Raminin evlərinə getdiyini, işlərini qurtardıqdan sonra Adilin borcunun olduğunu bildirərək fermadan 02 ədəd qoyun oğurlamaqlarını istədiyini, onların Adilə etiraz etdiklərini, Adilin israrla “onsuz qoyunu çoxdur, bilməyəcək, ikisini götürək borclarımı verim” sözlərini dediyini, onların Adil ilə razılaşdıqlarını, həmin vaxt çobanın evdə olduğunu, Adilin tövləyə girib 02 ədəd qoyunu eşiyə çıxartdığını, həmin qoyunların yerdə ayağını bağlayaraq lopedə qaldıraraq oradan çıxdığını, birlikdə Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə getdiklərini, zibili boşaltdıqdan sonra Adilin onlara “Mənsuru” çağırıram gəlsin, aparaq bu qoyunları sataq” dediyini, Kənan ilə birlikdə traktora minərək oradan çıxdıqlarını, Adilin həmin iki qoyunu nə etdiyini bilmədiklərini, sonra Adilin onların yanına gələrək yenidən Raminin qoyunlarını oğurlamağı təklif etdiyini, ona “bəsdir bir dəfə oğurladın, yenə olsa bilər problem yaranar” sözlərini dediyini, Adilin isə “Ramin qoyunlarının sayını bilmir, bu səbəbdən də, ilk oğurluğumuzdan xəbəri yoxdur, yenidən oğurlayacağımız halda da, xəbəri olmayacaq” bildirdiyini, onların şirnikləşərək onunla razılaşdıqlarını, həmin gün tanışı olan Naxçıvan şəhər sakini Məftun adlı şəxslə danışıb ondan tanıdığı qəssabın olub-olmadığını soruşduğunu, onun, Babək rayon sakini Araz adlı şəxsin nömrəsini verdiyini, həmin nömrəyə zəng vuraraq ona qoyun satmaq istədiyini bildirdiyini, onun istədiyi qoyunları Naxçıvan şəhərinə apararaq ona verə biləcəyini bildirdiyini, 20 dekabr 2023-cü il tarixdə yenidən Raminin fermasına getdiyini, zibillin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə çay içməyə başladığını, çay içdikdən sonra Raminin evlərinə getdiyini, zibilin qalanlarını yığdığını, Adil ilə birlikdə tövləyə girərək 04 baş qoyun götürdüklərini, qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə getdiklərini, zibili boşaltdıqdan sonra Adilin tanışı Şərur rayon Stansiya Daşarx kənd sakini Etibar adlı şəxs “VAZ 21063” markalı avtomobili ilə yanlarına gəldiyini, ona qoyunların onun olduğunu bildirdiyini, saat təxminən 23:30 radələrində Adil ilə birlikdə qoyunları Etibarın avtomobilinə mindirərək yola çıxdıqlarını, Naxçıvan şəhər Əliabad qəsəbəsində Araz adlı şəxslə görüşdüklərini, onun yanında bir nəfər sürücü də olduğunu, qoyunlara baxdıqdan sonra onları Arazın gəldiyi Qazel markalı avtomobilə yüklədiyini, Arazın qoyunların bir ədədini 170 manatdan hesablayaraq onlara 680 manat pul verdiyini, 26 dekabr 2023-cü il tarixdə yenidən Raminin fermasına getdiyini, zibillin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə çay içməyə başladığını, çay içdikdən sonra Raminin evlərinə getdiyini, zibilin qalanlarınıda yığdığını, Adil ilə birlikdə tövləyə girərək 10 baş qoyun götürdüklərini, qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə getdiklərini, zibili boşaltdıqdan sonra Şərur rayon Stansiya Daşarx kənd sakini X3 “Qazel” markalı avtomobili ilə yanlarına gəldiyini, o, gəlməmişdən əvvəl Adildən Mənsura nə deyəcəyimizi soruşduğunu, Adilin isə ona “Mənsura qoyunların sənin olduğunu de” sözlərini deyəcəyini dediyini, Mənsura qoyunların ona məxsus olduğunu dediyini, saat təxminən 23:30 radələrində Adil ilə birlikdə qoyunları Mənsurun Qazel markalı yük avtomobilinə mindirərək yola çıxdıqlarını, Naxçıvan şəhər Əliabad qəsəbəsində Araz adlı şəxslə görüşdüklərini, qoyunlara baxdıqdan sonra onları Arazın gəldiyi Qazel markalı avtomobilə yüklədiklərini, Arazın qoyunların bir ədədini 170 manatdan hesablayaraq onlara 1700 manat pul verdiyini, həmin pulun 100 manatını yol haqqı olaraq Mənsura verdiklərini, 600 manatını Adilin götürdüyünü, qalan 1000 manatını götürərək 500 manatını Kənana verdiyini, hər həftə bir dəfə olmaqla Raminin fermasına gedərək oradan təxminən 13, 14, 15 baş olmaqla qoyunlar oğurladıqlarını, 170 manatdan Araza satdıqlarını, və gəliri aralarında böldüklərini, 15 dekabr 2023-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək Raminin fermasından təxminən 90-95 baş qoyun oğurladıqlarını, əldə etdiyi pullarla Naxçıvan şəhər ərazisində yerləşən “Duzdağ” və “Avtovağzal” adlı otellərdə qızlara xərclədiyini, 500 manatını isə kəndin mağazalarına olan borcunu verdiyini, Zərərçəkmiş şəxs məxsus fermadan ümumilikdə 8 dəfə oğurluq etdiklərini, birinci dəfə 02 baş, ikinci dəfə 04 baş, üçüncü dəfə 10 baş, dördüncü dəfə 14 baş, beşinci dəfə 15 baş, altıncı dəfə 17 baş, yeddinci dəfə 16 baş, səkkizinci dəfə isə 17 baş qoyunu bilrikdə oğurladıqlarını, etdiyi əməllərə görə peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etdiyini, qeyd edərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1- ci və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində təxminən 5-6 ay bundan əvvəl Şərur rayon Xanlıqlar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanışçılıqları yarandığını, həmin şəxslərin çöldə olan zaman söhbət etmək üçün onların yanına getdiyini, orada söhbət əsnasında onların Şərur rayon Tənənəm kəndi ərazisində ferma olduğunu və həmin fermadan zibillərin daşınması üçün onlara kömək lazım olduğunu ona dediklərini, onlara köməklik etmək qərarına gəldiyini, Kənan və Kamalın onlara köməkliyi qarşılığında qatıq, süd, ət və s. ərzaq məhsulları verdiyini, 01 dekabr 2023-cü il tarixdə ilk dəfə Tənənəm kəndi ərazisində olan Raminə məxsus fermaya gedərək zibil yığdığını, kömək etdiyi üçün ona süd, qatıq və.s. ərzaq məhsulları verdikərini, 20 dekabr 2023-cü il tarixdə Raminin fermasına yenidən getdiyini, zibillin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə çay içməyə başladığını, çay içdikdən sonra Ramin evlərinə getdiyini, sonra birlikdə zibilin qalanlarını yığdıqlarını, sonra Kamal ilə birlikdə tövləyə girərək 04 baş qoyun götürdüyünü, bundan sonra həmkəndlisi Etibar adlı şəxsə zəng edərək şəhərə qoyun aparmaq lazım olduğunu dediyini, qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən çöllük torpaq sahəsinə getdiyini, zibili boşaltdıqdan Etibar adlı şəxs “VAZ 21063” markalı avtomobili ilə yanlarına gəldiyini, Kamalın ona qoyunların onların olduğunu bildirdiyini, Kamal ilə birlikdə qoyunları Etibarın avtomobilinə mindirərək Naxçıvan şəhəri Əliabad qəsəbəsinə gedərək orada Araz adlı qəssaba bir başın qiyməti 170 manatdan olmaqla satdığını, əldə olunmuş pulu isə aralarında böldüklərini, təxminən 26 dekabr 2023-cü il tarixdə yenidən Raminin fermasına getdiyini, zibillin yarısını yığdıqdan sonra oturub Ramin və çobanı ilə birlikdə çay içməyə başladığını, çay içdikdən sonra Ramin evlərinə getdiyini, sonra zibilin qalanlarını yığdığını, tövləyə girərək birlikdə 10 baş qoyun götürdüyünü, birlikdə qoyunları bağlayıb lopedə qoyduqdan sonra Xanlıqlar kəndində yerləşən Kənangilə məxsus torpaq sahəsinə getdiyini, zibili boşaltdıqdan sonra həmkəndlisi Şərur rayon Stansiya Daşarx kənd sakini X4 zəng edərək Şərur rayon Xanlıqlar kəndi ərazisinə gəlməsini dediyini, Mənsurun “Qazel” markalı avtomobili ilə yanlarına gəldiyini, o, gəlməmişdən əvvəl Mənsura nə deyəcəklərini planlaşdırdığını, Mənsurun onun dediyi yerə gəldikdən sonra ona qoyunların Kamalgilə məxsus olduğunu və şəhərə aparmaq lazım olduğunudediyini, saat təxminən 23:30 radələrində qoyunları Mənsurun Qazel markalı yük avtomobilinə mindirərək Araz adlı qəssaba satdıqlarını, həftədə bir dəfə olmaqla Raminin fermasına gedərək oradan təxminən 13, 14, 15 olmaqla qoyunlar oğurlayıb 170 manatdan Naxçıvan şəhəri Əliabad qəsəbəsində Araz adlı qəssaba satdıqlarını, hər satışdan 60-70 manatı Mənsura verib qalan pulu isə birlikdə 3 yerə böldüklərini, son oğurluqlarını isə təxminən 2024-cü ilin fevral ayının 15-də etdiyini, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinədək Raminin fermasından təxminən 90-95 qoyun oğurladıqlarını, Kənan və Kamalı oğurluq etmələrinə təhrik etmədiyini, birlikdə razılaşıb oğurluq etdiklərini, ilk oğurluq etdikdən sonra həmin fermada qoyunlar çox olduğundan etdikləri oğurluğu Raminin bilməyəcəyini fikirləşdiklərini, etdiyi əməllərə görə peşman olduğunu zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində heyvandarlıqla məşğul olduğunu, Şərur rayon Tənənəm kənd ərazisində yerşələn çöllük ərazidə özünə məxsus içərisində iribuynuzlu və xırdabuynuzlu heyvanları olduğunu, 2023-cü ilin iyun ayında həmin heyvanlara qulluq etmək üçün çoban kimi Qarabağlar kənd sakini Ələddin adlı şəxsi işə götürdüyünü, fermada ümumilikdə 625 baş xırda buynuzlu və təxminən 18 baş isə iribuynuzlu heyvan saxladığını, həmin 625 baş xırda buynuzlu heyvan olan qoyunlardan 8 başı çobanı Ələddinə məxsus olduğunu, 7 baş qoyun isə birini Xanlıqlar kənd sakini təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində Xaliq adlı tanışına, birini isə həmkəndlisi Nihat Tağızadəyə verdiyini və digər 5 baş qoyunun isə öldüyünü, ümumlikdə 610 baş heyvanı qaldığını, fermada olan heyvan nəcislərini 2023-cü ilin sentyabr ayından başlayaraq Xanlıqlar kənd sakini Kamal və Kənan adlı qardaşlar özləri üçün gübrə əvəzi tıraktorla yığıb apardıqlarını, təxminən dekabr ayının ortalarından başlayaraq fermada olan qoyunları sayan zaman 02 ədəd qoç heyvanın olmadığını gördüyünü, bu zaman həmin qoçların qaçdığını düşünüb bu barədə polis orqanlarına məlumat vermədiyini, həmin ərəfələrdə isə fermasında olan heyvan nəcislərini yığmaq üçün Xanlıqlar kənd sakinlər Kamal və Kənan, onların yanında isə Stansiya Daşarx kənd sakini Adil adlı şəxslər gəlib-getdiyini, təxminən yanvar ayının ortalarında Ələddin adlı çobanı ona zəng edərək xəstələndiyini və artıq işləmək istəmədiyini və heyvanları sayaraq ona təhvil verəcəyini dediyini, ona görə fermaya gedərək Ələddin adlı çobanını evlərinə yola saldığını, bir gün sonra heyvanları saymağa başladığını, sayıb bitirdikdən sonra təxminən 53 xırda buynuzlu qoyunların yoxa çıxdığını bildiyini, Ələddin adlı çobana zəng edərək bu barədə soruşduğunu, Ələddin ona bu barədə heç bir məlmatının olmadığını, özündən əmin olduğunu, ola bilsin ki, tövlədən oğurlandığını dediyini, bu barədə polis əməkdaşlarına məlumat vermədiyini, çünki, həmin heyvanların qaçmış ola bildiyini və polisləridə məşğul edəcəyini düşündüyünü, həmçinin həmin heyvanlarıda kiminsə sürüsünə qarışmaq ehtimalı üzrə digər kəndlərdə olan sürülərə baxdığını, təxminən bir həftə sonra özü üçün yeni çoban kimi Qarabağlar kənd sakini Ramin adlı şəxsi yanında işə götürdüyünü, Ramin adlı şəxsə qoyunları sayaraq ona 555 qoyunu təhvil verdiyini, sonra yenidən qoyunları saydığını və 42 baş qoyunun olmadığını gördüyünü və bu barədə polis əməkdaşlarına məlumat verdiyini, ümumilikdə 95 baş qoyunu yoxa çıxdığını, bundan əlavə olaraq polis əməkdaşları onun 95 baş xırda buynuzlu heyvanını oğurlayan şəxslərin Xanlıqlar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Stansiya Daşarx kənd sakini Təqsirləndirilən şəxs3 olduqlarını dediyini, həmin şəxslərin 95 baş xırda buynuzlu heyvanları verərək ona dəymiş maddi ziyanı tam şəkildə ödədiklərini, artıq onlarla barışıq əldə etdiyini, onlardan heç bir şikayət və tələbinin olmadığını, bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində həmkəndlisi Adil adlı şəxs ona zəng edərək satılıq qoyunlarının olduğunu və onları Naxçıvan şəhərinə aparmağı ondan xahiş etdiyini, özünə məxsus Qazel markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 60-70 manat pul qarşılğında Kamal, onun qardaşı Kənan və Adilin Xanlıqlar kəndinə çöllük ərazidə 12-13 ədəd qoyunu onun qazelinə mindirdiyini və həmin qoyunları Naxçıvan şəhəri Əliabad qəsəbəsinə apardığını, orada qoyunları Kamal, Kənan və Adilin 170 manatdan Araz adlı qəssaba satdıqlarını, ümumilikdə 6 dəfə eyni qaydada onların Əliabad qəsəbəsinə qoyununu apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində olduğunu və satmaq istədiyini dediyini, onlarla razılaşaraq qoyunları Naxçıvan şəhərinə gətirmələrini və orada görüşməklərini bildirdiyini, axşam saatlarında həmin şəxslərlə Naxçıvan şəhərində Əliabad qəsəbəsində görüşdüyünü, onların 3 nəfər olmaqla qırmızı rəngli VAZ 21063 markalı avtomobil ilə gəldiyini, onlardan biri maşının arxasını açaraq 01 baş qoç, 03 baş qoyunun olduğunu göstərdiyini, həmin şəxslərdən 01 baş qoçu 200 manata, digərlərini isə 170 manat qarşılğında aldığını, sonra həmin heyvanlarıda kəsərək satdığını, həmin şəxslərin sonra ona yenə zəng edərək satılıq heyvanlarının olduğunu bildirdiyini, onlarla razılaşaraq Naxçıvan şəhəri, Əliabad qəsəbəsində onlarla görüşdüyünü, həmin şəxslərin qazel markalı avtomobil ilə gəldiyini, birinin adı Kamal, digərinin adı Kənan, qazel şoferinin adı isə Mənsur olduğunu öyrəndiyini, müxtəlif vaxtlarda həmin qazel ilə təxminən 12-13 baş qoyunlar gətirildiyini, ona bu qoyunların özlərinə məxsus olduğunu və fermalarının olduğunu dediklərini, onlardan həmin heyvanları 01 başını 170 manatdan aldığını, təxminən onlardan 90-95 ədəd heyvan aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində təxminən 2024-cü ilin fevral ayının ortalarında saat 10:00 radələrində Araz adlı dostunun ona zəng edərək Əliabad qəsəbəsində satılıq heyvanların olduğunu və həmin heyvanları aparmaq üçün maşın lazım olduğunu ona bildirdiyini, onunla 20 manat pul qarşılğında razılaşaraq Əliabad qəsəbəsinə getdiyini, onların Qazel markalı avtomobil ilə gəldiyini, onların heç birini tanımadığını, sonra Araz ilə birlikdə təxminən 12-13 baş heyvanı onların qazelindən götürərək idarə etdiyi qazelin arxasına mindirdiyini və Araz adlı dostuna məxsus olan Hacıvar kəndində yerləşən tövləyə apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində təxminən 2023-cü ilin dekabr aylarının ortalarında Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng edərək qoyunların olduğunu və onları Naxçıvan şəhərinə aparmaq lazım olduğunu dediyini, sonra özünə məxsus qırmızı rəngli “Vaz-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xanlıqlar kəndinin girişinə getdiyini, 50 manat pul müqabilində Adil, Kənan və Kamalın 04 ədəd xırda buynuzlu heyvanı onun maşınının arxasına yüklədiyini, Adil, Kənan və Kamal ilə birlikdə Naxçıvan şəhərinə Əliabad qəsəbəsində getdiyini, orada onların tanımadığı şəxslə görüşdüyünü və həmin xırdabuynuzlu heyvanları ona verdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 29 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsinin rəisi polis baş leytenantı Abbas Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmiş, vətəndaş Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 39-cu vərəqində olan 29 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqində olan 29 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.2002-ci il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqində olan 02 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqində olan 02 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 128-ci vərəqində olan 02 mart 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.2002-ci il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 129-cu vərəqində olan 02 mart 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqində olan 18 mart 2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs3 tutulması üçün axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 161-ci vərəqində olan Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqində olan Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqində olan Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 175-ci vərəqində olan 25 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.1991-ci il tarixdə Şərur rayon ST.Daşarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 2 uşaq atası, məhkumluğu olmayan, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur rayon ST.Daşarx kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 190-cı vərəqində olan 27 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 209-cu vərəqində olan Şərur rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 kənddə yaşadığı dövr ərzində özünü nümunəvi aparmış, cəmiyyətdə yoldaşları arasında hörmət qazanmışdır. Ünsiyyətdə nəzakətli, məişətdə təvözökardır. Təqsirləndirilən şəxs2 kənddə yaşadığı dövr ərzində idman tədbirlərində yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs2 haqqında nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 211-ci vərəqində olan Şərur rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı dövr ərzində özünü nümunəvi aparmış, cəmiyyətdə yoldaşları arasında hörmət qazanmışdır. Ünsiyyətdə nəzakətli, məişətdə təvözökardır. Təqsirləndirilən şəxs1 kənddə yaşadığı dövr ərzində idman tədbirlərində yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs1 haqqında nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 219-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 291 saylı rəyində göstərilir ki, xırdabuynuzlu heyvanların ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 27420 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 230-cu vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 09 aprel 2024-cü il tarixli 677 nömrəli məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Naxçıvan MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 1-ci cildinin 242-ci vərəqində olan Şərur rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs3 kənddə təşkil olunan ictimati faydalı işlərdə iştirak etməyib. Cinayət işinin 1-ci cildinin 243-cü vərəqində olan 01 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 2-ci vərəqində olan 01 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqində olan 01 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 21-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 447 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs3 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş vermədiyi, onun keçirmiş olduğu emosional hala görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onun mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadığı, lakin Təqsirləndirilən şəxs3 daxili-psixi amillələrlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 29-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 448 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş vermədiyi, onun keçirmiş olduğu emosional hala görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onun mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, meyllilik əlamətləri müşahidə olunmadığı, lakin Təqsirləndirilən şəxs2 daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi, fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 35-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 449 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş vermədiyi, onun keçirmiş olduğu emosional hala görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onun mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, meyllilik əlamətləri müşahidə olunmadığı, lakin Təqsirləndirilən şəxs1 daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi, fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinin icraata olduğunu, onların onun tövləsindən xırdabuynuzlu heyvan oğurladıqları üçün zərərçəkmiş şəxs qismində tanındığını, onun təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş zərərin təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənildiyini, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını, məhkəmədən ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin etirafedici ifadələrini, işdə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona vurulmuş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materialında sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq onun 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon Xanlıqlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6- 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs2 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona vurulmuş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materialında sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq onun 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon Xanlıqlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs1 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmçinin digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona vurulmuş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materialında sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq onun 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon St. Daşarx kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6- 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs3 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmçinin digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, əlavə məhkəmə xərci olaraq aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işində xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. İş üzrə ifadələrin yerində yoxlanmasının əks olunduğu 03 (üç) ədəd CD və xırdabuynuzlu heyvanların qaytarılmasının əks olunduğu 01 (bir) ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon Xanlıqlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs2 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon Xanlıqlar kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs1 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 06:00-dək Şərur rayon St. Daşarx kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. ,, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs3 aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə ifadələrin yerində yoxlanmasının əks olunduğu 03 (üç) ədəd CD və xırdabuynuzlu heyvanların qaytarılmasının əks olunduğu 01 (bir) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxslərə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar