Məhkəmə qərarları › İş №1(110)-26/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-26/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-26/2024 29.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Ordubad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs X4 etibarından sui-istifadə edib onu Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakultəsindən Bakı şəhərində yerləşən İqtisadiyyat Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə köçürəcəyinə dair yalan vəd verib aldadaraq Şərabanı Sadıqlının 5000 manatını 14 avqust 2021-ci il tarixdə Kapital Bank ASC-nin Şərur filialının qarşısındakı terminal vasitəsilə, 3500 manatını isə 26 avqust 2021-ci il tarixdə Kapital Bank ASC-nin Şərur filialından özünə məxsus 5103 0714 5214 9756 nömrəli kart hesabına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə Şərabanı Sadıqlının ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnin həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 2015-2020-ci illər arasında Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində labarotoriya müdiri vəzifəsində işlədiyini, hazırda işsiz olduğunu, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılası cəzası verildiyini, əvvəllər də Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə barəsində istintaq olunan cinayət işləri üzrə müvafiq məhkəmələr tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları ilə toplanmaqla ümumilikdə 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyini, hazırda məhkumluğunun ödənilmədiyini, Zərərçəkmiş şəxs 2021-ci ildən tanısa da onu heç vaxt üzbə-üz görmədiyini, sadəcə telefonla aralarında danışıqlar olduğunu, Zərərçəkmiş şəxs həmin dövrdə Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət Fakultəsinə daxil olduğunu, təhsilini Bakı şəhərində davam etdirmək üçün ixtisas dəyişimi etmək istədiyini, Şərabanı Sadıqlını onun qohumu və həm də özünün tələbəsi olan Küşvər adlı xanım vasitəsilə tanıdığını, Küşvər xanımla tələbəsi olduğu üçün münasibət saxladığını, Küşvərlə danışıqlarının birində onun Zərərçəkmiş şəxs barəsində deyib, onunla qohum olduğunu və onun təhsilini Bakı şəhərində davam etdirmək istədiyini dediyini, Küşvərə təhsil sahəsində tanışlarının olduğunu, bir neçə şəxsin ixtisas dəyişimi etdiyini dediyi üçün X8 şəhid yoldaşı olduğunu deyib ailə vəziyyəti ilə bağlı ona da kömək edib-edə bilməyəcəyimi soruşduğunu, Küşvərə əlindən gələn köməkliyi edəcəyini, mobil nömrəsini Şərabanı Sadıqlıya verməsini və ona zəng etməsini dediyini, bir müddət sonra Şərabanı Sadıqlının ona zəng etdiyini, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakultəsində oxuduğunu, həmin ixtisası istəmədiyini, beynəlxalq əlaqələr falultəsində təhsil almaq istədiyini, həmçinin övladının da Bakı şəhərində məktəblərin birində təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlməli olduğundan ixtisas dəyişimini Bakı şəhərində yerləşən universitetlərdən birinə etməyini istədiyini, Şərabanı Sadıqlıya köməklik edəcəyini dediyini, bir neçə dəfə Şərabanı Sadıqlı ilə bu barədə danışdığını, həmin dövrdə ona Şərabanı Sadıqlının qayınatası Meydan Sadıqov da zəng etdiyini, Meydan Sadıqovla tanış olub danışdıqdan sonra ona onu əvvəlcədən tanıdığını, Naxçıvanlı olduğu üçün rastlaşdıqlarını dediyini, eləcə də Meydan Sadıqov da onu xatırladığını bildirdiyini, Meydan Sadıqovun oğlunun 2-ci Qarabağ müharibəsində şəhid olduğunu, Şərabanı Sadıqlının gəlini olduğunu, hazırda nəvəsinin Bakı şəhərində qızı ilə birgə yaşadığını, Şərabanı Sadıqlının da ixtisasını dəyişib Bakı şəhərinə getmək istədiyini dediyini, Meydan Sadıqova da Şərabanı Sadıqlıya kömək edəcəyini dediyini, X15 Sadıqlının ixtisas dəyişimi üçün 5000 manat pul lazım olduğunu dediyini, Meydan Sadıqov razılaşıb Şərabanı Sadıqlıya deyəcəyini bildirdiyini, Meydan Sadıqovun bir müddət sonra əlaqə saxlayıb gəlini Şərabanı Sadıqlının pulu ödəməyə razı olduğunu dediyini, həmin dövrdə Şərabanı Sadıqlının 5000 manat pulu göndərməsi üçün öz 5103-0714-5214-9756 nömrəli kart hesabını dəqiq xatırlamasa da Meydan Sadıqovun və ya Küşvərin mobil telefonuna göndərdiyini, təxminən 2021-ci ilin avqust ayının ortaları 5000 manat pulun onun kart hesabına köçürüldüdyünü, 5000 manat pulu alaraq özündə saxladığını, sonrakı dövrdə Meydan Sadıqovla aralarında olan danışıqlar zamanı Meydan Sadıqovun gəlini Şərabanı Sadıqlının işini həll etməyi üçün 3500 manat əlavə pul göndərməsini bildirdiyini, Meydan Sadıqovunda bir neçə gün sonra kart hesabına 3500 manat pulu göndərdiyini, həmin dövrdə barəsində Bakı şəhərində cinayət işi istintaq olunduğundan iş üzrə zərərçəkmiş şəxslərin pulunu ödəmək üçün Şərabanı Sadıqlıdan aldığı 8500 manat pulu zərərçəkmiş şəxslərə ödədiyini, sonradan Meydan Sadıqovun həmin dövrdə özünün də Bakı şəhərinə gəldiyini, Bakı şəhərində kafelərin birində oturub Meydan Sadıqovla çay içdiyini, Meydan Sadıqova barəsində olan cinayət işi barədə deyib Şərabanı Sadıqlıdan aldığı pulları iş üzrə zərərçəkmiş şəxslərə verdiyini, Şərabanı Sadıqlının ixtisas dəyişimi ilə bağlı hələ Təhsil Nazirliyi tərəfindən boş yerlərin elan olunmadığından gözləməli olacaqlarını, həmin vaxta kimi də Şərabanı Sadıqlının ixtisas dəyişimi üçün lazım olan pulu tapıb qaytaracağını deyib onu razı saldığını, lakin bir neçə müddət Təhsil Nazirliyindən həmin boş yerlər barədə məlumat verilmədiyini, Şərabanı Sadıqlının ixtisas dəyişimini edə bilmədiyini, həmin dövrdə barəsində olan cinayət işi ilə bağlı bir neçə dəfə məhkəmələri olduğunu, sonuncu dəfə 2022-ci ilin may ayının sonlarında məhkəməsi yekunlaşdıqdan sonra Meydan Sadıqovun onunla əlaqə saxladığını, Meydan Sadıqova hazırda borclarının olduğunu, yaxın zamanda pulu geri qaytaracağını dediyini, eləcə bir neçə ay keçdiyini, 2023-cü ilin əvvəllərindən başlayaraq Şərabanı Sadıqlının ondan pulunu istəməyə başladığını, ona yaxın zamanda pulu qaytaracağını desə də, Şərabanı Sadıqlının 8500 manat pulunu geri qaytara bilmədiyini, həmçinin Şərabanı Sadıqlıdan 8500 manat pulu onu Naxçıvan Dövlət Universitetinin Təsviri İncənət fakultəsindən Bakı şəhərində yerləşən universitetlərin birində Beynəlxalq əlaqələr fakultəsinə köçürmək üçün alsa da həmin universitetin İqtisadiyyat Universiteti olması barədə heç nə demədiyini, əvvəllər təhsil sahəsində işlədiyi üçün ixtisas dəyişimləri ilə bağlı məlumatı olduğunu, Şərabanı Sadıqlının şəhid ailəsi olduğunu bilib onun ixtisas dəyişimini rahatlıqla edəbiləcəyini düşünüb ondan 8500 manat pulu aldığını, həmin pulu istintaq dövründə zərərçəkmiş şəxs Şərabanı Sadıqlıya qaytardığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək, məhkəmədən ona barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində 2021-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Dövlət Universitetinin “Təsvir İncəsənət Müəllimliyi” fakultəsinə qəbul olduğunu, həmin ildə də azyaşlı övladının onlayn imtahan verərək Bakı şəhərində fəaliyyət göstərən “X23” məktəbinin birinci sinifinə qəbul olduğunu, həmin məktəbdən övladının Bakı şəhərinə gəlib təhsil alması bildirildiyini, özünün Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birinə köçürülüb orada təhsilini davam etdirməklə övladı ilə birlikdə yaşamağı düşündüyünü, bu səbəblə yaxın ətrafında olan şəxslərdən ona bu barədə köməklik edilməsini xahiş etdiyini, Naxçıvan şəhərində yaşayan qohumu Küşvərin ona təhsillə bağlı Təqsirləndirilən şəxs adlı şəxsin ona nə vaxtsa köməklik etdiyini, təhsillə əlaqədar müəyyən işlər gördüyünü deyib Səadətə zəng edərək barəsində ona məlumat verdiyini, telefon nömrəsini ona verərək onunla danışmağını istədiyini, Səadətin həmin vaxt mobil telefon nömrəsini götürdüyünü, 2021-ci ilin iyul ayının sonlarında özü yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb Naxçıvan Dövlət Universitetinə qəbul olunduğunu, övladı ilə bağlı təhsilini Bakı şəhərində davam etdirmək istədiyini dediyini, Təqsirləndirilən şəxs ona Bakı şəhərində Təhsil Nazirliyində, rəhbər vəzifələrdə tanışının olduğunu və onu Naxçıvan Dövlət Universitetindən köçürmə yolu ilə Bakı şəhərində olan İqdisadiyyat Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə köçürəcəyini, bunun qarşılığında isə 5000 (beş min) manat pul verməli olduğunu dediyini, əri X1 2020-ci il tarixdə 44 günlük müharibə zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olduğundan dövlət tərəfindən ona 11.000 (on bir min) manat pul verildiyini, həmin pulun 5000 manatını qaynatası X2 verərək Təqsirləndirilən şəxsya Kapital Bank vasitəsi ilə göndərməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs kart nömrəsini qaynatasına verdiyini, 14 avqust 2021-ci il tarixdə qaynatası X19 şəhərindən Kapital Bank vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi 5103 0714 5214 9756 nömrəli Kapital Banka məxsus platsik karta 5050 manat pul göndərmiş, həmin pulun 50 manatı isə köçürmə haqqı olduğunu, həmin vaxtlarda Təqsirləndirilən şəxs ona zəng edərək pulu aldığını və yaxın vaxtlarda köçürməsini həll edəcəyini dediyini, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Təhsil Nazirliyində 5000 manata işi həll edə bilmədiyini və əlavə olaraq 3500 manat pul istənildiyini dediyini, buna görə qaynatasından mərhum ərinə ödənilən puldan 3500 manatda Təqsirləndirilən şəxs göndərməsini xahiş etdiyini, qaynatasının həmin puldan 3500 manat pulu X20 rayon filialından Təqsirləndirilən şəxs kart hesabına göndərdiyini, həmin gün Təqsirləndirilən şəxs ona zəng edərək göndərdiyi 3500 manat pulu aldığını, şəxsiyyət vəsiqəsinin surətini, universitetə qəbul olan zaman ona verilən şəxsi kabinetinin pin kodunu ona göndərməyini xahiş etdiyini və onun həmin sənədləri Təqsirləndirilən şəxs göndərdiyini, Təqsirləndirilən şəxs ona sentyabr ayınadək köçürməni edəcəyini dediyini, lakin sentyabr ayında dəfələrlə ona zəng etsə də Səadət fərqli-fərqli yalanlar deyərək pulun az olduğunu, məbləğ deməsə də əlavə olaraq pul istənildiyini dedyini, onun isə əlavə pul göndərməyəcəyini, söz verdiyi kimi işini düzəltməsini dediyini, bir müddət sonra Təqsirləndirilən şəxs zəng edərək işinin alınmadığını, pulu Təhsil Nazirliyində işləyən rəhbər şəxslərə verdiyini və ala bilmədiyini dediyini, həmin vaxtdan sonra onunla danışıb pulu qaytarmasını tələb etsə də onun, telefonlara cavab vermədiyini, sonra qaynatası onunla Bakı şəhərində görüşərək pulun qaytarmasını dediyini, Təqsirləndirilən şəxs qısa zamanda qulu qaytaracağını desə də bunu etmədiyini, Naxçıvan Dövlət Universitetində bir il təhsilini davam etdirdiyini, sonradan isə 2022-ci ilin yay aylarında məcbur olub özünün Azərbaycan Respublikası Təhsil Nazirliyinə onlayn mütaciət etdiyini və Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Təsviri İncəsənət” fakultəsinə köçürməsi edildiyini, sonra Bakı şəhərinə köçüb azyaşlı övladı ilə orada yaşamağa başladığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, qohumu Küşvərin vasitəsilə tanıdığını, onu görmədiyini və onunla görüşmədiyini, Küşvər Zeynalovanın qohumu olduğunu, ara bir onların yaşadığı evdə də qaldığını, münasibətlərinin yaxşı olduğunu, Küşvərlə söhbət edən zaman ona övladının məktəbi ilə bağlı deyib övladına görə Bakı şəhərinə getmək istədiyini dediyini, bunun üçün də təhsilini Bakı şəhərində davam etdirməli olduğunu deyib ixtisas dəyişimini etmək üçün tanış axtardığını dediyini, Küşvərin də Təqsirləndirilən şəxs barəsində deyib onun bu məsələlərlə bağlı əlaqələrinin olduğunu dediyini və onları tanış etdiyini, Küşvərin Təqsirləndirilən şəxs ilə onu tanış etdiyi üçün heç bir maddi nemət və ya pul istəmədiyini, özünün də Küşvərə bu köməkliyi üçün heç nə vermədiyini, Təqsirləndirilən şəxs 8500 manat pulu mərhum həyat yoldaşına görə ona dövlət tərəfindən ödənilmiş 11000 manat puldan götürərək göndərdiyini, həmin pulun öz pulu olduğunu qeyd edərək Təqsirləndirilən şəxs cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X3 ifadəsində oğlu Sadıqlı Məmmədhəsənin hərbiçi olduğunu, 27 oktyabr 2020-ci il tarixdə Şuşa ətrafında gedən döyüşlər zamanı oğlunun şəhidlik zirvəsinə ucaldığını, 2021-ci ilin iyul ayında oğlu Məmmədhəsənin arvadı X4 Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Dövlət Universitetinin “Təsvir İncəsənət Müəllimliyi” fakultəsinə qəbul olduğunu, həmin ildə də azyaşlı nəvəsinin onlayn imtahan verərək Bakı şəhərində fəaliyyət göstərən “X23” məktəbin birinci sinifinə qəbul olduğunu, həmin məktəbdən nəvəsinin Bakı şəhərinə gəlib təhsil almasının bildirildiyini, bu səbəblə də gəlini Şərəbanının da Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birinə köçürülüb orada təhsilini davam etdirməklə övladı ilə birlikdə yaşamaq qərarına gəldiyini, həmin vaxtlarda gəlini Şərəbanının Naxçıvan şəhərində yaşayan qohumu Küşvərin ona təhsillə bağlı Təqsirləndirilən şəxs adlı bir tanışının ona nə vaxtsa köməklik etdiyini, təhsillə əlaqədar müəyyən işlər gördüyünü deyərək Şərabanının yanında Səadətə zəng edərək ona məlumat verdiyini və telefonu gəlininə verərək onunla danışmağını istədiyini və bu şəkildə Təqsirləndirilən şəxs ilə tanış olaraq mobil nömrəsini götürdüyünü, Gəlini Şərəbanının daha sonra yəni 2021-ci ilin iyul ayının sonlarında yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb Naxçıvan Dövlət Universitetinə qəbul olunduğunu və övladıyla bağlı təhsilini Bakı şəhərində davam etdirmək istədiyini dediyini, Təqsirləndirilən şəxs isə ona Bakı şəhərində Təhsil Nazirliyində, rəhbər vəzifələrdə tanışının olduğunu və onu Naxçıvan Dövlət Universitetindən köçürmə yolu ilə Bakı şəhərində olan İqtisadiyyat Universitetinə köçürəcəyini, bunun qarşılığında isə 5000 (beş min) manat pul alacağını dediyini, oğlu Məmmədhəsən Sadıqlının şəhid olduğundan dövlət tərəfindən verilmiş 11.000 (on bir min) manat pulun 5000 manatını gəlininin ona verərək Təqsirləndirilən şəxs Kapital Bank vasitəsi ilə göndərməsini xahiş edərək Təqsirləndirilən şəxs kart nömrəsini ona verdiyini, bundan sonra 14 avqust 2021-ci il tarixdə Şərur şəhərindən Kapital Bank vasitəsi ilə Təqsirləndirilən şəxs gəlininə dediyi 5103 0714 5214 9756 nömrəli Kapital Banka məxsus platsik karta 5050 manat pul göndərdiyini, həmin pulun 50 manatı isə köçürmə haqqı kimi bank tərəfindən tutulduğunu, sonra gəlinindən Təqsirləndirilən şəxs pulu aldığını və yaxın vaxtlarda köçürməni həll edəcəyini dediyini eşitdiyini, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən gəlininə zəng edərək Təhsil Nazirliyində 5000 manata işi həll edə bilmədiyini və əlavə olaraq 3500 manat pul istənildiyini dediyi üçün gəlini ondan oğluna dövlət tərəfindən ödənilmiş puldan 3500 manatda Təqsirləndirilən şəxs göndərməyi xahiş etdiyini, həmin puldan 3500 manat pulu X20 rayon filialından Təqsirləndirilən şəxs kart hesabına göndərdiyini, həmin gündə Təqsirləndirilən şəxs gəlininə zəng edərək göndərdiyi 3500 manat pulu aldığını gəlininə dediyini və əlavə olaraq bir neçə sənəd istədiyini, Təqsirləndirilən şəxs sentyabr ayınadək gəlininin Bakı şəhərində dediyi universitetə köçürməsini edəcəyini dediyini, lakin sentyabr ayında gəlini Şərəbanının dəfələrlə ona zəng etsə də onun, fərqlifərqli yalanlar deyərək pulun az olduğunu, əlavə pul istənildiyini dediyini, lakin onların razı olmadığını, bir müddət sonra Təqsirləndirilən şəxs zəng edərək köçürmənin alınmadığını, pulu Təhsil Nazirliyində işləyən rəhbər şəxslərə verdiyini və ala bilmədiyini dediyini, həmin vaxtdan sonra onunla danışıb pulu qaytarmasını tələb etsələr də onun, telefonlara cavab vermədiyini, sonra özünün Səadətlə Bakı şəhərində görüşərək pulun qaytarmasını dediyini, Təqsirləndirilən şəxs qısa zamanda qulu qaytaracağını desədə bunu etmədiyini, gəlininin Naxçıvan Dövlət Universitetində bir il təhsilini davam etdirdiyini, sonradan isə 2022-ci ilin yay aylarında Şərəbanının özünün Azərbaycan Respublikası Təhsil Nazirliyinə onlayn mütaciət edərək Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Təsviri İncəsənət” fakultəsinə köçürməsini aldığını, Bakı şəhərinə köçüb nəvəsi ilə orada yaşamağa başladığını, haliyədə təqsirləndirilən şəxsin gəlinindən aldığı 8500 manat pulu tamamilə qaytardığını, gəlininin ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən Bakı şəhərində yerləşən Bakı Dövlət Universitetinin Humanitar Kollecində təhsil aldığı zaman tanıdığını, Təqsirləndirilən şəxs həmin kollecdə laborotoriya müdiri işlədiyini, Şərabanı Sadıqlını da əvvəlcədən tanıdığını, onunla qohum olduğunu, Şərabanı Sadıqlının həyat yoldaşının 2-ci Qarabağ müharibəsində şəhid olduğunu. Şərabanı Sadıqlı ilə aralarında olan söhbətlərin birində Şərabanının ona Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət fakultəsinə daxil olduğunu, hazırda həmin ixtisas üzrə təhsil almaq istəmədiyini, ixtisasını beynəlxalq əlaqələr fakultəsinə dəyişmək istədiyini, övladının da Bakı şəhərində yerləşən məktəblərin birinə daxil olduğundan Bakı şəhərinə getmək istədiyini, təhsili ilə bağlı gedə bilmədiyindən elə ixtisasını Bakı şəhərində yerləşən universitetlərin birinə dəyişib oraya köçmək istədiyini, bu səbəblə köçürməsini etməyə tanış axtardığını dediyini, X13 Əliyeva adlı tanışının olduğunu, ondan köməklik barəsində soruşacağını dediyini, Şərabanının da danışıb xəbər verməsini istədiyini, eləcə Təqsirləndirilən şəxs ilə Şərabanı Sadıqlının barəsində danışdığını, Təqsirləndirilən şəxs ona Şərabanıya onun nömrəsini verməyini, köməklik edəcəyini dediyini, Təqsirləndirilən şəxs nömrəsini Şərabanı Sadıqlıya verdiyini, Şərabanı Sadıqlının da Təqsirləndirilən şəxs ilə danışaraq öz aralarında razılaşdıqlarını, həmin ərəfələrdə Şərabanı Sadıqlı bir neçə gün onların yaşadığı evdə də qaldığını, X11 Əliyeva ilə danışdıqdan sonra onun yanında qaynatası Meydan Sadıqova zəng edib Təqsirləndirilən şəxs barəsində dediyini, Meydan Sadıqovun da Şərabanıya Təqsirləndirilən şəxs ilə danışmasına razılıq verdiyini, Təqsirləndirilən şəxs Şərabanı Sadıqlı ilə danışıb ona ixtisas dəyişimi üçün 5000 manat verməli olduğunu dediyini, Şərabanı Sadıqlının da həmin pulu şəhid yoldaşı olduğu üçün ona dövlət tərəfindən verilmiş olan 11000 manat puldan götürüb qaynatası Meydan Sadıqova Bakı şəhərinə Təqsirləndirilən şəxs göndərməsi üçün verdiyini, bir müddət sonra isə Şərabanı Sadıqlının ona Təqsirləndirilən şəxs 5000 manatdan əlavə olaraq 3500 manat pul istədiyini də dediyini və sonradan Şərabanı Sadıqlının yenə Meydan Sadıqova 3500 manat pulu Təqsirləndirilən şəxs göndərməsi üçün verdiyini, Meydan Sadıqovun da 3500 manat pulu Təqsirləndirilən şəxs göndərdiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Səadətin ona təhsil nazirliyində tanışlarının olduğunu dediyini, Şərabanı Sadıqlının şəhid yoldaşı olduğundan və övladı Bakı şəhərində oxuduğundan ona kömək edər deyə onları tanış etdiyini, Şərabanı Sadıqlı ilə Təqsirləndirilən şəxs tanış etməkdə başqa məqsədi olmadığını, sonradan Təqsirləndirilən şəxs Şərabanı Sadıqlıdan almış olduğu 8500 manat pulu geri qaytarmadığına görə çox narahat olduğunu, hər dəfə özünün də Təqsirləndirilən şəxs ilə danışıb ondan Şərabanı Sadıqlı ilə onu tanış etdiyindən pulunu qaytarmasını istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs 20 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X16 küçəsi, ev 203, mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs onu Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət fakultəsindən Bakı şəhərində yerləşən İqtisadiyyat Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə köçürmə yolu ilə köçürəcəyi adı altında aldadaraq ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini və qeyd edilən məbləğdə pulun qaynatası Meydan Sadıqov tərəfindən Təqsirləndirilən şəxs bank hesabına X20 filialından və Şərur şəhərində yerləşən həmin banka məxsus ödəmə terminalından köçürüldüyünü bildirməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci vərəqində olan 26 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X7 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 23-cü vərəqində olan 26 fevral 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X14 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqində olan 07 mart 2024-cü il tarixli “məcburi gətirilmə barədə” qərardan görünür ki, xx xxxx 1970-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, X16 küçəsi, ev 203, mənzil 39 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə məcburi gətirilmişdir. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqində olan 16 mart 2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması haqqında” qərardan görünür ki, 05 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs tutulması üçün axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqində olan 23 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx xxxx 1970-ci il tarixdə Ordubad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 mart 2024-cü il tarixdə saat 15:15 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 91-ci vərəqində olan 25 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittiahamın mahiyyəti ona izah olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqində olan 25 mart 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqində olan 17 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs qeydiyyatdaolduğu vaxtdan qanunlarla xoş münasibətdə olub. Mehriban və qayğıkeşdir. Onun haqqında 17 saylı MKİS-də heç bir şikayət daxil olmayıb. Cinayət işinin 1-ci cildinin 119-cu vərəqində olan Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(012)-65/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs iki gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla ona qəti 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi... müəyyən edilmişdir Cinayət işinin 1-ci cildinin 136-cı vərəqində olan Abşeron rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(012)-65/2022 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barədə Abşeron rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(012)-65/2022 saylı hökmün nəticəvi hissəsində “Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın” cümləsi qeyd olunsun. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kllegiyasının 25 may 2022-ci il tarixli 1(105)-250/2022 saylı qərarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-65/2022 nömrəli, 09 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün və 09 mart 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək, yəni 2 (iki) ay 16 (on altı) gün həbsdə olduğu müddətin bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasınin iki gününə hesablansın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Cəza çəkdiyi müddət ərzində üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Xəzirov küçəsi ev 22dən çıxmamaq, günün qalan hissəsini Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Cinayət işinin 1-ci cildinin 147-ci vərəqində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 1(011)-222/2022 saylı hökmündə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(105)-250/2022 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin 1-ci cildinin 153-cü vərəqində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmündə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığı məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 1(007)-109/2023 saylı qərarında qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmündə olan yalnışlıq aradan qaldırılsın. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmünün nəticəvi hissəsinin 3-cü abzasında “Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdn hesablansın” cümləsi “Cəzaçəkmə müddətinin əvvəli onun əvvəlki hökm üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığıvaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın” kimi yazılsın və oxunsun. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqində olan 21 avqust 2023-cü il tarixli ittiham aktı ilə dxil olmuş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Xətai rayon prokuroru vəzifəsini icra edən 1 dərəcəli hüquqşünas Şükran Məmmədov xx xxxx 1970-ci il tarixdə Ordubad rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, barəsində aparılan cinayət təqibinə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilmişdir. Cinayət işinin materialına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramda qeyd etmişdir ki, Bakı şəhərində yaşayıram. Himayəmdən azyaşlı uşaq var. Eyni zamanda işimlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmirəm. Təqsirləndirilən şəxs mənə dəymiş ziyanı tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasının mənim iştirakım olmadan keçirilməsini sizdən xahiş edirəm. Beləliklə də, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi məhkəmə istintaqı zamanı onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmünə əsasən Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığı məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq üzərində qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Haliyədə isə onun ödənilməmiş məhlumluğu vardır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əvvəllərdə dələduzluq etməyə görə dəfələrlə məhkum olunmasını, buna baxmayaraq onun islah olunmamasını, onun törətdiyi əməlin cəmiyyətdə mənfi emosiyalar doğurmasını, onun şəxsiyyətini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törədə biləcəyi ehtimalını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş maddi ziyanı tamamilə ödəməsini cəza təyin edərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 59.1.13 - cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallarra aiddir; - 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixindən 25 mart 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığının məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur; - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; - 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləgv edilməli, onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixindən 25 mart 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 1(007)-109/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığının məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın, cəmi 7 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası müəyyən edilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs" növündə qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar