Məhkəmə qərarları › İş №1(110)-27/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-27/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-27/2024 31.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə islas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində X13 ilə 2014-cü il tarixdə ailə qurduqlarını, bu nikahdan uşaqlarının olmadığını, bu nukahın onun ikinci evliliyi olduğunu, xasiyyətlərinin uyğun gəmədiyindən 2022-ci ilin sentyabr ayında Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə X14 ilə aralarında olan nikahın pozulduğunu, 2022-ci ilin sentyabr ayından övladları ilə birlikdə atasının himayəsində yaşadığını, nikahın ləğvinə və ayrı yaşamağına baxmayaraq, X14 yalan olduğunu bilə-bilə, aşağıda qeyd olunmuş şəxslərə onun barəsində böhtan xarakterli məlumatlar yaydığını, qohumlara sosial şəbəkə vasitəsilə səs ataraq, mesaj yazaraq onun şərəf və ləyaqətini alçaldaraq ağır mənəvi ziyan vurduğunu, qızının ailəsinə zəng edərək omum barəsində həqiqətə uyğun olmayan yalan böhtan xarakterli məlumatlar yaydığını, işlədiyi yerlərdə rəhbərliyə onun barəsində böhtan xarakterli olan onun şərəf və ləyaqətini ləkələyən, eyni zamanda onun adını nüfuzdan salan məlumatlar yaydığını, X8 böhtan xarakterli məlumatları yaymasını Şərur Rayon Məmmədsabir kəndində qeydiyyatda olan və yaşayan X10 (tel: **********), Şərur rayon Kosacan kəndində qeydiyyatda olan və yaşayan X15 (tel: **********), Şərur rayon Kosacan kəndində qeydiyyatda olan və yaşayan X9 (tel: **********), və Şərur rayon Kosacan kəndində qeydiyyatda olan və yaşayan X5 (tel: **********) təsdiq etdiyini, nəticədə şərəf və ləyaqətinin qohumlar və cəmiyyət arasında ona ağır mənəvi ziyan vurduğunu, ağır iztirablar və sarsıntılar keçirdiyini, dəfələrlə həkim yardımı göstərildiyini, səhhətində ciddi pozuntular olduğunu, bütün bu hərəkətləri ilə X8 bilərəkdən və qəsdən ona maddi və mənəvi zərər yetirdiyini, X8 ona qarşı etdiyi əməllərin nəticəsində iş yerini dəyişmək məcburiyyətində qaldığını, X8 yuxarıda göstərilmiş üsullarla onun şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində (Böhtan) göstərilən əməli törətdiyini, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 37.2-ci maddəsinə əsasən X2 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq yalan olduğunu bilə-bilə şər-böhtan xarakterli məlumatları yaymış, keçmiş həyat yoldaşının Türkiyə Respublikası İğdır şəhərində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin yaşayış yerini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir; - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; - 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən X1 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X3 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar