Məhkəmə qərarları › İş №1(110)-28/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-28/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-28/2023 26.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, mütəxəssis X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 26 dekabr 2023-cü il tarixdə saat 16:35-də Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1962-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 oktyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs təqribən 30 il bundan öncə Sədərək rayonu ərazisində döyüş bölgəsindən tapdığı “İjevsk mexanika zavodunda zavod üsulu ilə istehsal olunmuş, “Baikal” markalı, “İJ-18E” modelli, E 15002 seriya və nömrəli, “16” kalibri, patronluğunun uzunluğu 70 mm olan, lüləsinin sonradan qısadılması yolu ilə təyinatı dəyişdirilmiş kəsikli və odlu silah hesab olunan bir ədəd silahı Şərur rayon Yengicə kəndində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı binanın içərisindəki divanın altında olan boş hissədə qanunsuz olaraq saxlamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamla özünü tam təqsirli bildiyini, birinci Qarabağ Müharibəsi dövründə Sədərək ərazisində gedən döyüşlərdə digər Naxçıvan sakinləri kimi iştirak etdiyini, sonuncu dəfə döyüş bölgəsinə gedəndə həmin ərazidən bir ədəd təklüləli tüfəng tapdığını, həmin gün silahı istifadə etmədiyini, silahı heç kimə təhvil vermədiyini, özü ilə yaşadığı Şərur rayon Yengicə kəndinə gətirdiyini, növbəti dəfə xidmətə gedəndə silahı aparıb döyüş bölgəsindəki hərbiçilərə təhvil verməyi düşündüyünü, lakin həmin gündən sonra döyüş bölgəsinə getmədiyini, buna görə də, silahı yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə divanın alt hissəsinə gizlədib saxladığını, suallara cavabında savadsız olduğunu, qorxduğu üçün polisə bu barədə məlumat vermədiyini, həmin silahın qanuni sənədləri olmadığını, müharibədən gəldikdən sonra həmin silahı heç vaxt istifadə etmədiyini bildirmiş, yaşını və ailə vəziyyətini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində Təqsirləndirilən şəxs ilə 1991-ci ildə ailə qurduğunu, 2 övladları olduğunu, avqust ayında yaşadığı evin həyətinə polis əməkdaşları gəldiyini, həmin vaxt evdən eşiyə çıxmadığını, daha sonra Nüsrətin ona döyüşlərdə iştirak etdiyi vaxt evə 1 ədəd silah gətirdiyini, həmin silahı indiyədək qanunsuz olaraq evdə saxladığını, polis əməkdaşlarının həmin silahı götürmək üçün gəldiyini bildirdiyini, suallara cavabında indiyədək evlərində qanunsuz saxlanılan silahın olduğu barədə məlumatı olmadığını, Nüsrətin həmin silah barədə danışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində 1989-cu dekabr ayı ermənilərin ölkəmizə qarşı işğalçılıq siyasəti apardığı dövrdə təşkilatçılıq edib Yengicə kənd gənclərini toplayaraq Sədərək rayon ərazisində gedən döyüşlərə qatıldıqlarını, döyüşlərdə iştirak edən şəxslərdən birinin də həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu, 1992-ci ilədək döyüşlərdə iştirak etdiklərini, özünün isə tez-tez gedib onlara baş çəkdiyini, müharibə vaxtlarında həmin şəxsləri növbə ilə döyüş gedən ərazilərə yola saldığını, növbə ilə xidmətə getdikləri üçün onlara verilən silahları xidmətə çıxanda təhvil alıb, xidmətdən çıxanda təhvil verdiklərini, həmin vaxt vəziyyətin gərgin olduğu üçün silahların təhvil-təsliminin rəsmi qaydada aparılmadığını, suallara cavabında Təqsirləndirilən şəxs evində silah saxlaması və həmin silahı haradan əldə etməsi barədə indiyədək məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində mənfur düşmənləri olan ermənilərin Naxçıvana hücum etdiyi dövrdə qardaşı İlyas Kazımovun kəndin cavanlarını bir yerə toplayaraq Sədərək rayon ərazisində gedən döyüşlərə yola saldığını, özüdə həmin döyüşlərdə iştirak etdiyini, növbə ilə xidmətə getdikləri üçün onlara verilən silahları xidmətə çıxanda təhvil alıb, xidmətdən çıxanda təhvil verdiyini, həmin vaxt vəziyyət gərgin olduğundan üçün döyüş növbəsini başa vurmuş əsgərlərin yeni növbəyə gələn əsgərlərə silahı hər hansı bir rəsmi sənəd olmadan təhvil verdiyini, onunla birlikdə döyüşlərdə iştirak edən şəxslərdən birinin də həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu, suallara cavabında Təqsirləndirilən şəxs evində silah saxlaması və həmin silahı haradan əldə etməsi barədə indiyədək məlumatı olmadığını bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində Sədərək döyüşləri zamanı həmkəndlisi İlyas Kazımovun kəndin cavanlarını bir yerə yığaraq gedən döyüşlərə yola saldığını, özüdə həmin döyüşlərdə iştirak etdiyini, həmin vaxt vəziyyət gərgin olduğunu, buna görə də üçün döyüş növbəsi dəyişərkən silahların hər hansı bir rəsmi sənəd olmadan təhvil verdiyini, həmkəndlisi Təqsirləndirilən şəxs onunla birlikdə döyüşlərdə iştirak etdiyini, 19 avqust 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşlarının onu çağırdığını, polis əməkdaşlarının ona həmkəndlisi Təqsirləndirilən şəxs evinə baxış keçirdəcəklərini bildirərək ondan hal şahidi kimi iştirak etməyini xahiş etdiklərini, Təqsirləndirilən şəxs məxsus evə getdiyini, polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman evinin həyətində olan yardımçı binanın içərisindəki divanın altından 1 ədəd təklüləli tüfəng aşkar edərək götürüldüyünü, suallara cavabında Təqsirləndirilən şəxs evində silah saxlaması və həmin silahı haradan əldə etməsi barədə indiyədək məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il 849 saylı ekspert rəyində görünür ki, tədqiqata təqdim edilmiş silah “İjevsk mexanika zavodu”nda (keçmiş SSRİ hazırkı Rusiya Fedarasiyası) zavod üsulu ilə istaesal olunmuş, “Baikal” markalı, “İJ-18E” modeli, “E 15002”seriya nömrəli, “16” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, təklüləli, yivsiz (hamarlüləli) odlu ov tüfənginin lüləsinin sonradan qısadılması yolu ilə təyinatı dəyişdirilmiş kəsiyidir və odlu sialh hesab edilir. Təqdim edilmiş tüfəng kəsiyi saz, atəş açmaq üçün yaralıdır, çaxmağın döyüş bölməsindən çıxarılması üçün tətiyinə normal hesab olunan qüvvə (1,9-2,1 kQ) sərf olunur. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində olan yardımçı tikilinin içərisində bənövşəyi rəngli divanın altında olan boş hissədə 1 ədəd təklüləli tüfəng aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cüil tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-68/2- 1548/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli 1620 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda durmur. İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş “İjevsk mexanika zavodunda zavod üsulu ilə istehsal olunmuş, “Baikal” markalı, “İJ-18E” modelli, E 15002 seriya və nömrəli silah Şərur rayon ərazisində hər hansı bir şəxsin mülkiyyətində deyil. İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Yengicə kəndində arvadı və iki yetkinlik yaşına çatmış övladı ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan sübutlar əsasında müəyyən olundu ki, təqsirləndirilən şəxs X3 qanunsuz olaraq lüləsinin sonradan qısadılması yolu ilə təyinatı dəyişdirilmiş kəsikli odlu silahı əldə etmə və saxlamaqla Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 6-cı bəndinə görə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin polis idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında idarəyə dəvət olunduğunu, aparılmış söhbət əsasında evində silah olduğunu bildirdiyini, daha sonra evinə baxış zamanı həmin silahın evinin həyətyanı sahəsində olan yardımçı binanın içərisindəki divanın altında olan boş hissədən aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs tərəfindən silahın könüllü surətdə təhvil verilmədiyini nəzərə alaraq maddənin qeyd hissəsində göstərilən cinayət məsuliyyətindən azadetmə ilə bağlı stimullaşdırıcı normanın tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alır. Həmin Sərancamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən tam təcrid edilməsi yalnız bunun üçün ağılabatan ciddi əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşını, rəsmi iş yerinin olmamasını, yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzə maddi sübut kimi Təqsirləndirilən şəxs götürülmüş, Naxçıvan Muxtar Respublikası DİN-in Şərur Rayon Polis İdarəsinin növbətçi hissənin silah otağında saxlanılan 1 ədəd “İjevsk mexanika zavodu”nda zavod üsulu ilə istaesal olunmuş, “Baikal” markalı, “İJ-18E” modeli, “E 15002”seriya nömrəli, “16” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahı hökm qanuni qüvəyə mindikdən sonra Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə maddi sübut kimi Təqsirləndirilən şəxs götürülmüş, Naxçıvan Muxtar Respublikası DİN-in Şərur Rayon Polis İdarəsinin növbətçi hissənin silah otağında saxlanılan 1 ədəd “İjevsk mexanika zavodu”nda zavod üsulu ilə istaesal olunmuş, “Baikal” markalı, “İJ-18E” modeli, “E 15002”seriya nömrəli, “16” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahı hökm qanuni qüvəyə mindikdən sonra Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar