Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-3/2020 01.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X20 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Şərur rayon Kürçülü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Kürçülü kəndində qeydiyyatda duran və barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbri seçilmiş və hal-hazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon Kürçülü kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid2 və X25 xx xxx 2020-ci il tarixdə yaşadıqları həmin kənddə spirtli içki qəbul etdikdən sonra Şahid2 ilə Təqsirləndirilən şəxs arasında mübahisə başlamış, mübahisənin qarşısını almaq üçün X42 Məmmədovu tutub saxlamaq istəyərkən Təqsirləndirilən şəxs mübahisəni davam etdirmək üçün Rəşadət Nağıyevi kənarlaşdırmaq məqsədilə onun ağız nahiyəsindən yumruqla vurmuş, o, aldığı zərbədən yıxılmış və başının arxa nahiyyəsi yolun asfalt örtüyünə dəyərək xəsarət almışdır. Rəşadət Nağıyev təcili tibbi yardım çağırılaraq əvvəlcə Şərur rayon xəstəxanasına, daha sonra Naxçıvan MR Mərkəzi Xəstəxanasına aparılmış və aldığı xəsarətdən xx xxx 2020-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 124.1-ci və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan zərərçəkmiş şəxsin hüquqi varisinin izahatını və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 124.1-ci və 128-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, qismən təqsirli olmasını içkili olması ilə əlaqələndirərək ifadəsində Kürçülü kəndində anadan olduğunu, Kürçülü kəndində fərdi təsərrüfatla məşğul olduğunu, Şahid2 uzun müddətdir ki, tanıdığını, hadisə olan günü yəni, xx xxx 2020-ci il tarixdə saat təxminən 15:00 radələrində qardaşı Rəfael ilə öz evində günorta yeməyi yeyərkən spirtli içki qəbul etdiyini, yeyib-içmələrinin təxminən 1 saat davam etdiyini, 1 saat ərzində özünün təqribən 400 qr, qardaşı Rəfaelin isə 100 qr spirtli içki qəbul etdiyini, sonra axşamüstü saat təqribən 19:00 radələrində çöldən inəklərini gətirməyə getdiyini, inəkləri gətirərkən yolda Rəşadətlə qarşılaşdığını, Rəşadət Nağıyevin onun doğma dayısıoğlu olduğunu, Rəşadət ilə çox mehriban olduğunu, hər hansı bir düşmənçilik və ya ədavətlərinin heç bir vaxt olmadığını, elə həmin vaxt Hicranın da həmin yerdə olduğunu, Hicranın onun doğma dayısı oğlu olduğunu, onların arasındakı münasibətində həmişə yaxşı olduğunu, heç bir ədavətlərinin və düşmənçiliklərinin olmadığını, inəyi tövləyə tərəf ötürdükdən sonra, Hicranın onlara yəni, ona və Rəşadətə “sizə nə qulluq edə bilərəm” dediyini, Rəşadətin və özünün pivə içməyə getmək istədiklərini bildirdiklərini, Hicranın da kənd mağazasından 3 ədəd litrlik Naxçıvan pivəsi (Prestij) və ağ 3 ədəd “milano” siqareti aldığını, həmin pivələri mağazanın arxasında içdiklərini, Hicranın onlardan qabaq spirtli içki içib-içmədiyini bilmədiyini, pivə içən zaman Hicranın köhnə söhbətləri açmağa başladığını, Hicranın “sən mənim atama yəni, öz dayına 30 manat borc pul vermisən, sonra da almaq istəyibsən” dediyini, özünün təxminən 2005-2006-cı illərdə Hicranın atası, yəni dayısı Yaquba indiki pulla 30 manat borc pulu verdiyini, lakin ala bilmədiyi üçün dəfələrlə onların yaşadığı evə gedib pulu istədiyini, indiyə kimi onların onun pulunu geri qaytarmadıqlarını, bu səbəbdən də mübahisələrinin get-gedə böyüdüyünü, Hicrana buraya pivə içmək üçün gəldiyimizi, buranın köhnə söhbətlərin yeri olmadığını bildirdiyini, söyüşə-söyüşə, itələşə-itələşə Sabirgilin evinin qarşısına gəlib çıxdıqlarını, artıq havanın da qaraldığını, saat təxminən 21:00 radələri olduğunu, həmin vaxtı Rəşadətin onlara savaşmamalı olduğumuzu bildirirdiyini, Hicranı vurmaq istəyərkən yıxıldığını, yumruqları üstə yerə düşdüyünü, baramaqlarının da xəsarət aldığını, həmin vaxt yerdə olarkən Hicranın boynumdan yapışdığını, bu zaman yerdən qalxıb təkrar Hicrana hücum etmək istəyəndə Rəşadətin onun qarşısına keçib saxlamaq istədiyini, onu özündən kənarlaşdırmaq üçün iki əli ilə onun sinə nahiyəsindən itələdiyini və Hicranın arxasıca getdiyini, Hicranla təkrar yüngül yumruqlaşmaqla və ya itələşməklə həmin yerdən aralaşdığını, bu zaman Hicranın anası daycanısı olan Zərnişanın səsə gəlib onları aralaşdırdığını və Hicranı apardığını, özünün də oradan evlərinə getdiyini, bir müddət sonra sahə müvəkkilinin evə gələrək Rəşadəti vurduğumu və onun vəziyyətinin ağır olduğunu bildirdiyini, daha sonra Rəşadətin xəstəxanada öldüyünü eşitdiyini və çox pis olduğunu bu hadisənin olmasına çox peşman olduğunu, nə Hicranla nə də Rəşadətlə heç bir düşmənçiliyinin olmadığını, qohum olduqlarını, kaş ki, belə bir hadisənin olmamasını, “İndi fikirləşirəm ki, bundan sonra mən spirtli içki qəbul etməyəcəm, bunların hamısını içkinin təsiri ilə etmişəm” dediyini, çox içkili olduğundan hadisə zamanı orada olan şahidləri və hadisənin necə baş verməsini tam düzgün xatırlaya bilmədiyini, tutduğu bu əməldən çox peşman olduğunu, mərhum X13 bütün qohumlarından üzr istədiyini, onu bağışlamalarını istədiyiniqeyd edərək məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X21 hüquqi varisi X39 ifadəsində, Kürçülü kəndində yaşadığını, qardaşı Rəşadət Nağıyevin təxminən oktyabr ayında Türkiyə Respublikasından müvəqqəti yaşamaq üçün icazə vaxtı bitməsinə baxmayaraq orada qaldığı üçün tutularaq ölkəmizə göndərildiyi, Rəşadətin təyyarə ilə birbaşa Bakı şəhərinə atasının yanına getdiyini, Bakıdan mart ayının 6-da Naxçıvana gəldiyini, Rəşadətin özünün şəxsi evinin olmadığını, ona görə də onlarda birlikdə yaşadığını, Rəşadətin heç bir xəstəliyinin olmadığını, Rəşadət Bakıdan gəldikdən sonra qaşınması olduğu üçün onun özünün istəyi ilə ona hal-hazırda adını xatırlamadığı bir dərman aldığını, ümumiyyətlə Rəşadətin sakit, heç kimlə işi olmayan, problemsiz bir insan olduğunu, Təqsirləndirilən şəxs onun doğma bibisi oğlu olduğunu, Cəlalın kənddə problemli bir insan kimi tanındığını, onun içən zaman özünü saxlaya bilmədiyini və qarşısına çıxanla mübahisə etdiyini, hadisə olan günü yəni, xx xxx 2020-ci il tarixdə təxmini saat 14-15 radələrində qardaşı Rəşadətlə həyətdə quyu qazdıqlarını, quyunu qazıb qurtardıqdan sonra mərhum Rəşadətin hamamda yuyunub çıxdıqdan sonra həyətdə çay içdiklərini, çaydan sonra Rəşadətin səhərdən həyətdə işlədiyini və biraz kənd içinə çıxaraq vaxt keçirmək istədiyini dediyini, təxminən saat 17-18 radələrində evdən çıxdığını, qaranlıq düşdükdən sonra bibisi oğlu Şahid5 ona zəng edərək qardaşının yıxıldığını dediyini, ondan əsəbləşərək nə olduğunu soruşduqda, Bayramın ona Rəşadətin içib yıxıldığını dediyini, əsəbi halda telefonu söndürdüyünü, təxminən yarım saat sonra kəndlərinin polis köməkçisinin ona zəng edərək qardaşın Rəşadətin xəstəxanada olduğunu və gəlməli olduğumu bildirdiyini, özünə məxsus avtomobillə həmkəndlisi Gəray və bibisi Mafilə ilə birlikdə xəstəxanaya getdiyini, xəstəxanaya çatdıqda qardaşının təcili yardımda uzadıldığını, lakin onunla heç kimin məşğul olmadığını gördüyünü, əsəbi halda birinin kömək etməsini istədiyini, üzərinə ağ xalat geyinmiş bir nəfərin yaxınlaşaraq əlindəki resepti almağını istədiyini, onun dediklərini aldığını, sonra xəstəxanaya çatdıqda ona kömək edin Rəşdəti qaldıraq palataya dediklərini, orada tibb bacısından başqa heç kimin olmadığını, həkimlərdən heç birinin maraqlanmadığını, oradakı polisə məlumat verdiyini, daha sonra bir qadın həkimin gəldiyini və qardaşı Rəşadətin içikili olduğu üçün ona baxa bilməyəcəyini dediklərini, qardaşının 2 saatdan artıq müddətə xəstəxanada qaldığını, təcili yardım avtomobilinə müraciət edərək xəstəni şəhərə aparmaq lazım olduğunu bildirdiyini, lakin ona yanacağın olmadığını bildirdiklərini, onlara yanacağı alıb tökəcəyini bildirdikdən sonra qardaşını şəhərə xəstəxanaya apardıqlarını, şəhərdə ona qardaşının vəziyyətinin pis olduğunu bildirdiklərini, onun razılığı ilə Rəşadəti əməliyyata aldıqlarını, lakin onu xilas etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Şərur rayon Məhkəməsinin 1(110)-03/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X21 hüquqi varisi X30 ərizəsi əsasında hüquqi varisliyinə xitam verilərək, zərərçəkmiş şəxs X21 hüquqi varisi qismində onun ərizəsi əsasında oğlu X26 tanınmışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X21 hüquqi varisi X26 ifadəsində atası Rəşadət rəhmətə getdiyi zaman hərbi xidmətdə olduğunu, əmisindən və digər yaxınlarından eşitdiyinə görə Təqsirləndirilən şəxs, Şahid2 və atası X25 xx xxx 2020-ci il tarixdə Kürçülü kəndində birlikdə spirtli içki qəbul etdikdən sonra Şahid2 ilə Təqsirləndirilən şəxs arasında mübahisə başlamış, mübahisənin qarşısını almaq üçün atası X42 Məmmədovu tutub saxlamaq istəyərkən Təqsirləndirilən şəxs mübahisəni davam etdirmək üçün Rəşadət Nağıyevi kənarlaşdırmaq məqsədilə onun ağız nahiyəsindən yumruqla vurmuş, o, aldığı zərbədən yıxılmış və başının arxa nahiyyəsi yolun asfalt örtüyünə dəyərək xəsarət almış daha sonra Naxçıvan MR Mərkəzi Xəstəxanasında aldığı xəsarətdən xx xxx 2020-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs onu və balaca bacısını yetim qoyduğu üçün onu bağışlamadığını, məhkəmədən ona ən yüksək cəza təyin edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid3 verdiyi ifadəsində 2002-ci ildə Kürçülü kəndində anadan olduğunu, x xxx 2020-ci il tarixdə kəndliləri X13 ölməsi ilə nəticələnən hadisədə orada olduğunu, Rəşadətin xasiyyətcə çox yaxşı bir insan olduğunu, Rəşadətin hamı ilə ünsiyət qurduğunu, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar etdiyini, Rəşadətin indiyədək kiminləsə mübahisə etdiyinə şahid olmadığını, Rəşadətin uzun bir müddət Türkiyədə yaşadığını, arada-sırada kəndə qayıdıb, kənddə ona məxsus torpaq sahəsində ev tikmək üçün hazırlıqlar gördüyünü, sonuncu dəfə Rəşadəti hadisə olmamışdan 2 ay qabaq Türkiyədən təzə gələndə kənd mərkəzində gördüyünü, xx xxx 2020-ci il tarixdə axşam tərəfi təqribən saat 21:00 radələrində babası Şahid3 Hidayət oğlunun evinə getdiyini, babasının evində çay içib söhbət etdikdən sonra, siqaret çəkmək üçün evin həyətinə çıxdığını, babasıgilin evlərinin kənd mərkəzinin yanında yerləşdiyini, kənd mərkəzi tərəfdən səslərin gəldiyini eşitdiyini, bu zaman səslərin nə səbəbdən gəldiyini öyrənmək üçün küçəyə çıxdığını, mübahisə olan yerə çatanda kənd mərkəzinin arxasında olan çəmənliyin ortasında Hicranın anası Zərnişan xalanın durduğunu, elə həmin vaxt Hicranı mərhum Rəşadət qolundan tutub Hicranın anasına tərəf gətirdiyini, özünün də Rəşadətə kömək etdiyini, Hicranı anasının yanına gətirdiklərini, elə həmin vaxt Rəşadətin Zərnişan xalaya bir ədəd çanta verdiyini və “əmcanı sən get mən Hicranı gətirəcəm evə” dediyini, ondan sonra Rəşadətin Cəlalgilin səsi gələn tərəfə qayıtdığını, 3-4 metr getmişdik ki, Hicran mənə dedi ki, “məni burax özüm gedirəm”, ondan sonra Hicranı buraxdığını, Hicranın anası ilə evləri istiqamətində getdiklərini, özünün də Cəlalgilin səsi gələn istiqamətə yəni Sabir əmigilin evləri tərəfə qayıtdığını, bu vaxt gedəndə onun yanından Rəşadətin sərxoş addımlarla onun arxasınca gəldiyini, Rəşadət onların yanına çatanadək Cəlalın qardaşı Bayram da Cəlalın qolundan tutub evlərinə Hicrangilin evlərinə gedən yolun əks istiqamətinə aparmaq istədiyini gördüyünü, elə bu an Cəlal qardaşı Bayramın üzündən sillə ilə vurduğunu, həmin vaxt Bayramın Cəlalı buraxdığını, əlini üzünə tutduğunu və 3-4 metr Cəlaldan kənara çəkildiyini, bu vaxt Cəlal yenidən Hicran olan tərəfə getmək istədiyini, bu vaxt Şahid1 Cəlalın qolundan tutduğunu, həmin an Cəlal əlini göyə qaldırdığını, Cəlalın qolunun Röyalın əlindən çıxdığını, Cəlalın Hicran tərəfə hərəkət etməyə başladığını, 2-3 addım atdığını bu zaman Rəşadət Cəlalın qarşısına kecərək Cəlala “gəl səni də aparım evinizə” dediyini, Cəlalın da Rəşadətə “sən bizim işimizə qarışma, mənim Hicranla məsələm var, özüm gedib həll edəcəm” dediyini eşitdiyini, həmin vaxt Rəşadət Cəlalı qucaqlayıb evlərinə aparmaq istəyərkən Cəlal Rəşadətin sifət nahiyəsindən vurduğunu gördüyünü, bu zaman Rəşadət arxası üstə asfaltın üzərinə yıxıldığını və başının arxa nahiyəsinin asfalta dəydiyini, təkrar Rəşadətin başını qaldırmaq istədiyini və qaldıra bilməyərək onun başı yenidən asfalta dəydiyini, həmin vaxt Röyalın ucadan Rəşadət yıxıldı dediyini, dərhal Rəşadətin yanına yaxınlaşdığını, Rəşadətin ağzından və başının arxa nahiyəsindən qan gəldiyini gördüyünü, Rəşadətin başının arxasına nahiyəsinə Röyalın əlini qoyduğunu, həmin vaxt Bayramın da yaxınlaşdığını, Röyalın çəkildiyini, Bayramın onun kilidlənmiş dişlərini açmaga çalışdığını, Bayramın əlinin mərhum Rəşadətin dişlərinin arasında qaldığını Rəşadətin kilidlənmiş dişlərini açması üçün Röyalın Sabir əmigildən qaşıq gətirərək Bayrama verdiyini, bu zaman təcili şəkildə qaçaraq babasıgilin həyətindən su gətirdiyini, daha sonra Rəşadəti yıxıldığı yerdən, yəni asfalt yolun üzərindən yaxınlıqdakı çəmənin üstünə çəkərək uzatdıqlarını, sonra oraya gələn kəndliləri Əkrəmin oğlu Bəxtiyarın telefonu ilə kim olduğunu dəqiq xatırlamadığı təcili tibbi yardım çagırdığını, təqribən 15-20 dəqiqə sonra təcilli tibbi yardımın gəldiyini, tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra orada olan şəxslərin köməkliyi ilə Rəşadəti təcilli tibbi yardım avtomobilinə mindirdiklərini, Rəşadətlə birlikdə təcilli tibbi yardım avtomobilində Röyalın da xəstəxanaya getdiyini, mayın ayının 6-da Rəşadətin Naxçıvan MR Mərkəzi Xətəxanasında öldüyünü öyrəndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid4 verdiyi ifadəsində Şərur rayon Kürçülü kəndində yaşadığını, 3 övlad anası olduğunu, iki qız və bir oğul övladının olduğunu, uşaqlarının içində Şahid2 yaşca ən balaca olduğunu, Hicranın 2014-cü il tarixdən Azərbaycan Respublikası Silahlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi işlədiyini, əri Yaqub Nağıyevin 2007-ci ildə rəhmətə getdiyini, oğlu Hicranın həftənin N günü hərbi hissədə xidmət etdiyini, yalnız bazar günləri evdə olduğunu, həftənin iş günləri Hicranın səhər saat 06:30 radələrində işə getmək üçün evdən çıxdığını və 20-21 radələrində işdən evə qayıtdığını, oğlu Hicranın hadisə olan günü yəni, xx xxx 2020-ci il tarixində 21:00 radələrində işdən evə qayıtdğını, evə girər-girməz ac olduğunu və yemək yemək istədiyini bildirdiyini, gəlininin ona yemək hazırlayıb verdiyini, Hicranın stolda oturub yemək yediyini, özünün isə yerdən süfrə salaraq nəvələri ilə yerdə yemək yediyini, Hicran yorğun olduğuna görə özünü rahat hiss etmək üçün az miqdarda spirtli içki qəbul etdiyini, bu zaman Hicranın telefonuna zəng gəldiyini sonra evdən çıxmaq üçün masadan qalxdığını, ona zəng edənin kim olduğunu soruşduqda əmisinin oğlu Rəşadətin olduğunu dediyini və Rəşadət ilə görüşmək üçün evdən çıxdığını, saat təqribən 20:50 radələrində Hicrana zəng edərək harda olduğunu soruşduğunu, onun isə cavabında kənd mərkəzində olduğunu və evə gələcəyini dediyini, həmin zəngdən təqribən 5-10 dəqiqə sonra yenidən Hicrana zəng etdiyini, zəng edən zaman telefondan davadalaş səsi eşidərək Hicrana nəsə olduğundan qorxub təcili şəkildə kənd mərkəzinə tərəf qaçdığını, təqribən 10 dəqiqəyə onların yanına çatdığını, ora çatan zaman Rəşadət və kəndlisi İbrahimin oğlu Bilalın Hicranın qolundan yapışıb evləri istiqamətində gətirdiklərini gördüyünü, həmin vaxt mərhum Rəşadətin Hicranın çantasını ona verərək sən get mən Hicranı gətirirəm evə dediyini, onlara “getmirəm, Hicranla bir gedəcəm” dediyini, o anda oğluna bir sillə vuaraq düş önümə gedək evə dediyini, ondan sonra Hicranın onunla birlikdə evə gəldiyini, onlarla bərabər Bilalın da 5-6 metr gəldiyini və Hicranın Bilala özüm anamla gedirəm sən qayıt dediyini, Bilalın da ondan sonra qayıtdığını, Bilal qayıdan zaman onun arxasından Rəşadətin də kənd mərkəzinə tərəf getdiyini, həmin vaxt Cəlalın uzaqdan oğlunun ünvanına nalayiq söyüşlər söydüyünü, oğluna “söyür qoy mənə söysün eybi yox gəl gedək” dediyini, onların yanına çatanda Bilal və Rəşadətdən başqa heç kimi görmədiyini, kəndlisi Sabirgilin evinin səmtindən Cəlalın oğlunun ünvanına nalayiq söyüşlər söydüyünü eşitdiyini, hava qaraldığından Cəlalın yanında kimin və ya kimlərin olduğunu görə bilmədiyini, durduğu yerdən onların olduğu yerə təqribən 30-40 metr olduğunu, evə çatan zaman təzyiqinin qalxdığını, özündən getdiyini, axşam saat 2-3 radələrində özünə gəldiyini, Rəşadətin onlara gəlmədiyini görüb qardaşı Əliyə zəng etdiyini, Əlinin ona Rəşadətin vəziyyətinin pis olduğunu və onu əməliyyata girəcəyini dediyini, özünə gələn zaman oğlu Hicran yatdığından onu görmədiyini, ertəsi günü, yəni xx xxx 2020-ci il tarixdə yenidən Əliyə zəng edib əməliyyatın bitib-bitmədiyini soruşduğunu, Rəşadətin vəziyyətinin pis olduğunu, əməliyyatdan çıxsa da özünə gəlmədiyini öyrəndiyini, Rəşadətin qayınatası Süleyman, qayınanası Sürəyya, qaynı Əli və Cəlalın qardaşı Bayramla birlikdə Rəşadətin olduğu Naxçıvan MR Mərkəzi Xəstəxanasına getdiklərini, orada axşama qədər qaldıqdan sonra axşam tərəfi evə qayıtdıqlarını, xx xxx 2020-ci il tarixdə yenidən həmin xəstəxanaya gedib günorta evə qayıtdığını, həmin günün axşamı Rəşadətin rəhmətə getdiyini öyrəndiyini, Hicran və Cəlalın hansı məsələ üstündə mübahisə etdiyini bildiyini, mübahisənin səbəbi 2007-ci ildə əri Yaqub xəstə olan vaxtlarda qayınanası Fatma Nağıyevanın gözündən əməliyyat olunmağı üçün pulun çatmadığını bunun üçün də Təqsirləndirilən şəxs indiki pulu ilə 30 manat borc pul aldığını, bir müddət bu pulu geri qaytarmadıqlarından Cəlalın sərxoş halda qayınanasını həyətdə təhqir etdiyini, ondan sonra həmin pulu geri qaytardıqlarını, əri rəhmətə getməmişdən aldığı pensiyanın pulu ilə borcu qaytardıqlarını, bu məsələyə görə ailələrinin Cəlalın ailəsi ilə danışmadıqlarını, ancaq əri rəhmətə getdikdən sonra Cəlalın yasda yaxından iştirak etdiyi üçün onunla barışdıqlarını, Cəlal hadisə olan günü oğlu ilə yekə-yekə danışan zaman, Hicran da ona keçmişdə 30 manat pula görə nənəsini və dayısını təhqir etdiyini xatırlatdığını, Təqsirləndirilən şəxs onun baldızının oğlu olduğunu və mübahisələrinin bildiyinə görə bu cür başladığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid5 verdiyi ifadəsində Kürçülü kəndində anadan olduğunu, Təqsirləndirilən şəxs doğma qardaşı olduğunu, qardaşı Cəlalın heç kimlə işi olmayan sakit öz işində bir adam olduğunu, bu hadisənin bədbəxt bir hadisə olduğunu və onların başına gəldiyini, Rəşadətin onlarla doğmaca dayı oğlu olduğunu, dayı uşaqları ilə münasibətlərinin həmişə yaxşı olduğunu, hadisə olan günü yəni, xx xxx 2020-ci il tarixdə saat təqribən beş radələrində kənd mərkəzinə gedərək saçını bərbərxanada Qabil ustaya vurdurduğunu, təqribən saat 17-18 radələrində evə getmək istəyirkən mərhum dayısı oğlu Rəşadətin qardaşı Əlinin də bərbərxanaya gəldiyini, onunla söhbət etdiyini, daha sonra Əlinin özünəməxsus 07 markalı avtomobili ilə onu evlərinə apardığını, həyətlərinə çatan zaman Əlini evlərinə dəvət etdiyini, Əlinin işi olduğundan evə gələ bilmədiyini, həyətə girərkən çardağın altında Cəlal ilə dayısı oğlu Rəşadətin yeyib-içdiklərini gördüyünü, onların yanına yaxınlaşdığını, masanın üstündə anasının hazırladığı dolma, göygöyərti, çörək, salat və sarı butulkada pepsi və tam xatırlaya bilmədiyi 750 və ya 1 litrlik içində spirtli içki olan araq şüşəsi olduğunu, demək olar ki, butulkanın dibində arağın azaldığını, onlar spirtli içkini qəbul edərkən onu da dəvət etdiklərini, saçının tüklü olduğundan və əvvəlcə nahar etdiyindən onların dəvətini qəbul edə bilmədiyini, evdə saçlarını yuyub sonra yatdığını, yatmağa gedəndə onların hələ də yeyib içdiklərini, onların evdən nə vaxt getmələrindən xəbərsiz olduğunu, dəqiq xatırlamasa da axşam 21-30 radələrində evdə yatdığını, yoldaşının kənd içindən səs gəldiyi üçün onu oyatdığını, həyətə çıxdığını, sonra da qaça-qaça səs gələn tərəfə getdiyini, 2-3 dəqiqəyə mübahisə olan yerə çatdığını, ora ilk çatdıqda orada qardaşı Cəlalı tək gördüyünü, onun dayısı oğlu Hicranın ünvanına nalayiq söyüşlər etdiyini, Hicranın da Cəlalın ünvanına nalayiq söyüşlərin söydüyünü eşitdiyini, hava qaranlıq olduğundan və onunla Hicranın olduğu məsafə təqribən 25-35 metr məsafədə olduğundan onların yanında kimlərin olduğunu görmədiyini, sadəcə Hicranın səsini eşitdiyini, həmçinin daycanısı Zərnişanın da səsini və Hicranın üstünə hirsləndiyini eşitdiyini, Cəlalın yanına çatan kimi onun qolundan tutub evlərinə aparmaq istədiyini, Cəlalın da Hicrana tərəf getməyə cəhd etdiyini, həmin an Cəlalın üstünə hirsləndiyini, həmçinin Hicranın səsi gələn tərəfə dönərək ucadan “Hicran bəsdi çıx get evə” dedikdən sonra Cəlalın qolundan yapışıb onu evlərinə tərəf 10-15 metr apararaq onu Sabirgilin evlərinin yaxınlığınadək apardığını, bu zaman onların yanına kəndliləri əmisi oğlu Röyalın da gəldiyini, bu zaman Cəlalın onu sillə ilə üzündən vurduğunu, həmin an Cəlalın qolunu buraxıb əlini üzünə apardığını, “bu vaxt Cəlal yenidən Hicran olan tərəfə getmək istəyirdi ki, Röyal Cəlalın qolundan tutdu ki, Cəlal Hicran olan tərəfə gedib onunla savaşmasın, həmin an Cəlal əlini göyə qaldırdı bu vaxt onun qolu Röyalın əlindən çıxdı və Cəlal Hicran tərəfə hərəkət etməyə başladı, 2-3 addım atmışdı ki, dayım oğlu Rəşadətin Hicranın səsi gələn tərəfdən sərxoş adamın yerişi kimi gəldiyini gördüyünü və Rəşadətin gələ-gələ Cəlala “gəl səni də aparım evinizə” dediyini, Cəlalın da Rəşadətə “sən bizim işimizə qarışma, mənim Hicranla məsələm var, özüm gedib həll edəcəm” dediyini eşitdiyini, həmin vaxt Hicranın səsi gəldiyi tərəfdən həmdkəndliləri İbrahimin oğlu Bilalın da gəldiyini, bu vaxt onun üzünün Hicranın səsi gələn tərəfə olduğunu, Rəşadətin yıxıldığını kiminsə dediyini eşitdiyini, onlara tərəf döndüyünü, Rəşadətin arxası üstə asfalta uzandığını, Röyal və Bilal onun başına yığışdığını gördüyünü, onlardan təqribən 5-6 metr aralıda olduğunu, onların yanına dərhal yaxınlaşdığını, Rəşadətin ağzından və başının arxa nahiyəsindən qan gəldiyini gördüyünü, Bilal və Röyalın Rəşadətin dişləri kilidləşib dili qatlanır dediyini, dərhal Rəşadətin boğula biləcəyini düşünüb, onun ağzını aralamaq istədiyini, daha sonra kiminsə qaşıq gətirdiyini, qaşıqla onun ağzını aça bilmədiklərini, əli ilə onun ağzını açdığını, hətta əlinin onun dişlərinin arasında qaldığını, daha sonra Rəşadətin ağzını açıb, dilini çölə çıxardığını, Röyal və Bilaldan başqa yanlarına səs-küyə gələn adamlardan kəndliləri Şahid7ı, Atifin oğlu Surxayı gördüyünü, kiminsə təcili yardım çağırdığını eşitdiyini, təqribən 15-20 dəqiqədən sonra təcili tibbi yardım avtomobilinin oraya gəldiyini, tibb bacısının ilkin tibbi yardım etdikdən sonra Rəşadəti onların köməkliyi ilə tibbi yardım avtomobilinə qoyduqlarını, Röyalın təcili tibbi yardım avtomobilinə minərək Rəşadətin yanında xəstəxanaya getdiyini, paltarının uyğun olmadığı üçün xəstəxanaya gedə bilmədiyini, hadisə yerində Rəşadətin qardaşı Əliyə zəng edib, Cəlalla Hicranın savaşdığını və Rəşadətin yerə yıxılaraq xəsarət aldığını, Rəşadəti xəstəxanaya aparıldığını dediyini, Əlinin isə telefonda ona gəlməyəcəyini dediyini, oradan evlərinə qayıtdığını, yenidən Əliyə zəng edib onlarıda xəstəxanaya aparmağını dediyini, onunda gəlib aparacağını dediyini, tez yola çıxıb Əlini gözlədiyini, Əli isə başqa yolla onların evlərindən anasını da götürərək xəstəxanaya getdiklərini, avtomobili olmadığı üçün xəstəxanaya gedə bilmədiyini, xəstəxana ilə əlaqə saxladıqdan sonra Rəşadətin vəziyyətinin pisləşdiyi üçün onu şəhərə xəstəxanaya aparıdıqlarını öyrəndiyini, anasının da Rəşadətin yanında Naxçıvana xəstəxanaya getdiyini, səhər tezdən Naxçıvana xəstəxanaya getdiyini və orada Rəşadətin vəziyyətinin pis olduğunu öyrəndiyini, xx xxx 2020-ci ildə Rəşadətin yanında olarkən onun xəstəxanada rəhmətə getdiyini və bu cür bir hadisənin baş verməsini onların heç birinin istəmədiklərini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid6 verdiyi ifadəsində 1973-cü il tarixdə həmkəndlisi X22 ilə ailə həyatı qurduğunu, bu evlilikdən 5 uşağı olduğunu, böyük oğlu Cəlal ailə həyatı qurduqdan sonra Kürçülü kəndində özünə ev tikərək evdən ayrıldığını, yanında yalnız balaca oğlu Bayramın yaşadığını, Türkiyədə ailəsi ilə yaşayan qardaşının oğlu Nağıyev Rəşadətin də 3 ay olar ki, kəndə gəldiyini, qardaşı Əligildə yaşadığını, onların məlum koronavirus pandemiyasına görə evdə karantinə alındıqlarını, Rəşadətin də arada onların həyətinin hasarına gələrək, onlarla hal-əhval tutduğunu, onların karantin müddətlərinin may ayının 3-də bitdiyini, may ayınının 4-ü saat təqribən 17:00 radələrində qardaşının oğlu Rəşadətin əlində 1 ədəd araq və 1 ədəd fanta ilə onlara gəldiyini, Rəşadət ona “bibi tərs-tərs mənə baxma gəlmişəm bir tikə çörəyini yeyim dediyini”, Rəşadətin Cəlalın da gələcəyini bildirdiyini, bundan təqribən 15 dəqiqə sonra oğlu Cəlalın da onlara gəldiyini, onların hər ikisinin də həyətdə çardağın altında oturduqlarını, onun Cəlala və Rəşadətə hazırladığı yeməkdən verdiyini, onların da deyib-gülərək yeməklərini yeyib və araqlarını içdiklərini, onlar yemək yeyən zaman onun istirahət etmək üçün evə daxil olduğunu, evə girdikdən yarım saat sonra onunla yaşayan oğlu Bayramın həyətə gəldiyini, Bayramın Cəlal və Rəşadətlə görüşəndən sonra evə daxil olmaq istədiyini, bu zaman Rəşadət və Cəlalın Bayrama onlarla birlikdə içki içməyi təklif etdiklərini eşitdiyini, Bayramın isə təzyqinin olduğunu və içki içə bilməyəcəyini onlara bildirdiyini, bundan bir qədər sonra həyətdə Cəlalın Rəşadətə inəklərinin çöldə olduğundan və onları evə aparmaq lazım olduğunu, bunun üçün çölə getmək istədiyini, həmçinin Rəşadətə də onunla birlikdə getməyi təklif etdiyini, Rəşadət də Cəlala “getmək istəyirsən sən get” dediyini, özünün isə bir azdan küçəyə çıxacağını bildirdiyini, ondan sonra Rəşadətin ona uca səslə səslənərək “bibi mənə 1 stəkan çay gətir” dediyini, Rəşadətə çay gətirdiyini, həmin vaxt Cəlalın artıq getmiş oldugunu, Rəşadət çayı içdikdən sonra ona kənd mərkəzinə gedəcəyini dediyini, saat təqribən 22-00 radələrində kənd mərkəzindən səslər eşitdiyini, səs-küyün nədən baş verməsini bilmək üçün həyətin giriş qapısına çıxdığını, evlərinin önündən yəni, kənd mərkəzindən Şərur şəhərinə tərəf ambulansın keçməsini gördüyünü, elə həmin vaxt oğlu Bayramın da kənd mərkəzi tərəfindən evlərinə gəldiyini və Bayramın ona Rəşadətin yıxıldığını və ambulansın Rəşadəti xəstəxanaya apardığını, Rəşadətin qardaşı Əlinin də onlara gələrək onu da xəstəxanaya aparacağını dediyini, ondan bir müddət sonra Rəşadətin qardaşı Əlinin maşını ilə kənd mərkəzi tərəfdən onların evlərinə doğru gələrkən gördüyünü, Əlinin maşınına minərək Şərur rayon Mərkəzi Xəstəxanasına getdiyini, orada Rəşadətə tibbi yardım göstərildiyini, Rəşadətin orada qusaraq təcili yardım şöbəsini batırdığını, onun da təcili yardım şöbəsinin işçilərinin köməyi ilə Rəşadətin üzünün yuyulmasına və oraların təmizlənməsinə köməklik etdiyini, ondan sonra Rəşadəti xəstəxananın terapiya şöbəsinə yerləşdirdiklərini, saat təqribən 02:00 radələrində Rəşadəti təcili tibbi yardım maşını ilə həkim müşayəti ilə Naxçıvan MR Mərkəzi xəstəxanasına apardıqlarını, Naxçıvan MR Mərkəzi Xəstəxanasına yerləşdirildikdən 2 gün sonra xx xxx 2020-ci il tarixdə Rəşadətin orada rəhmətə getdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid7 verdiyi ifadəsində 1998-ci ildə Kürçülü kəndində anadan olduğunu, orta məktəbin 9-cu sinifini oxuduqdan sonra Türkiyə Respublikasına ara-sıra işləmək üçün getdiyini, əsgəriliyi bitirdikdən sonra ailəsinin yanında kəndə yaşamağa başladığını, Kürçülü kəndindəki evlərinin çıxış tərəfində kənd mərkəzindən təxmini 800-900 metr aralıda yerləşdiyini, hadisə olan günü yəni xx xxx 2020-ci il tarixdə axşam saatlarında öz həyətlərində idman etdiyini, bu zaman kənd içindən gələn səs-küyü eşitdiyini, təcili kənd içinə getdiyini, bir nəfərin yerə yıxıldığını və bir neçə kəndlisinin onun ətrafına yığışdığını gördüyünü, ora yaxınlaşdıqda yerdə yatan şəxsin həmkəndlisi Rəşkili adı ilə tanıdığı Rəşadət Nağıyevin olduğunu, Rəşadətin ağzında qan olduğunu, Rəşadətin ağzından gələn qanın paltarına dəydiyini, Rəşadətin ətrafında kəndliləri Surxay, Bayram, Röyal, Bilalın olduğunu, Rəşadətin baş tərəfindən Surxayın tutduğunu, onun ətraf qaranlıq olduğu üçün Rəşadətin başına toplaşanlara kömək olsun deyə əlindəki telefon ilə Rəşadətin üzünə işıq tutduğunu, orada olan Cəlalın qardaşı Rəşadətin kilidlənmiş dişlərini açmağa çalışdığını gördüyünü, ona məxsus olan ***-***-**-** gsm nömrəli telefondan 103 xidmətinə zəng etdiyini, telefonu həmkəndlisi Röyala verdiyini, təcili yardımın işçisi ilə Röyal danışaraq təcili yardımın hara gəlməli olduğunu izah etdiyini, onun yenidən Röyaldan telefonunu alıb Rəşadətin üzünə işıq salaraq ətrafdakıların Rəşadətin ağzını açmalarına şərait yaratdığını, ətrafdakı uşaqlardan kimsə qonşuluqda Sabirgilin həyətindən su gətirdiyini gördüyünü, daha sonra təcili yardım avtomobilinin gəldiyini, Rəşadəti təcili yardıma mindirən zaman ordakılardan kiminsə Rəşadətin başının qanadığını deməsini eşitdiyini, Rəşadətin yanında Röyalın təcili yardım maşınına minərək xəstəxanaya getməsini gördüyünü, onun bildiyinə görə Cəlal və Hicran savaşarkən Rəşadət onları aralamış, elə bu arada o yıxılaraq başı asfalta dəymiş və bu səbəbdən hadisədən 2 gün sonra Naxçıvan MR X4 rəhmətə getdiyini öyrəndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid8 Rəfael oğlu verdiyi ifadəsində xx xxx 2020-ci il tarixdə səhər saat təqribən 21:00 radələrində Kürçülü kənd sakinləri Hicran, Rəşadət və Cəlalın mağazanın qarşısına gəldiklərini, Hicranın Rəşadətlə birlikdə mağazaya daxil olduğunu, ancaq Cəlal mağazaya daxil olmayaraq dükanın tininə tərəf getməyini gördüyünü, Hicranın ondan 3 ədəd “Prestij” pivəsi,1 ədəd çərəz və 1 ədəd siqaret aldığını, həmin aldıqları ərzağı öz adına nisyə dəftərinə yazdırdığını, həmin zaman Rəşadətin də 20 qəpiklik tum aldığını, alverdən sonra Rəşadət və Hicranın dükanı birlikdə tərk etdiklərini, Rəşadət və Hicran mağazada alver edən zaman Cəlalın mağazanın tinində durub onların alver edib çıxmağını gözlədiyini görmədiyini, Rəşadət və Hicran mağazadan çıxandan sonra Cəlalın yanına getdiklərini, Rəşadət, Hicran və Cəlal birlikdə mağazanın arxasına keçdiklərini, təxminən 10-15 dəqiqə sonra Hicran mağazaya daxil olaraq 2 ədəd “Prestij” pivəsi alaraq mağazanı yenidən tərk etdiyini, təxmini saat 21:20-radələrində dükanı bağlayaraq Axaməd kəndinə evinə getdiyini, hadisənin ertəsi günü dünən axşam radələrində Rəşadətin başı asfalta dəyərək xəsarət almasını öyrəndiyini, və onu təcili şəkildə Şərur rayon Mərkəzi Xəstəxanasına aparıqlarını, şəxsi səbəblərdən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək mağazanı aça bilmədiyini və həmin tarixdə də Kürçülü kəndinə getmədiyini və xx xxx 2020-ci il tarixdə Kürçülü kəndinə gedib ərzaq mağazasını açanda Rəşadətin ölməsini öyrəndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid10 verdiyi ifadəsində Şərur rayon Kürçülü kəndində anadan olduğunu, Təqsirləndirilən şəxsla 2004cü ildə ailə qurduğunu, onların bir oğlan və bir qız övladlarının olduğunu, hadisə olan günü yəni, xx xxx 2020-ci il tarixdə səhər yuxudan oyandıqlarını, Cəlalın həyətdə yer qazmaqla məşğul olduğunu, onların həmən gün həyətdə kartof əkmək niyətlərinin olduğunu, Cəlalın qardaşı Rəfaelin də kömək etmək üçün onlara gəldiyini, Rəfaelin təxminən 13:00-14:00 radələrində onlara gəldiyini, Cəlal və Rəfaelin birlikdə kartof əkdiklərini, Cəlal və Rəfael günorta yeməklərini 16-00-17-00 radələrində yediklərini və yemək yeyərkən spirtli içki qəbul etdiklərini, onlar yemək yeyərkən o, onların yanında olmadığı üçün nə qədər içdiklərindən xəbərinin olmadığını, qaynı Rəfael xəstə olduğu üçün ümumiyyətlə spirtli içkini az miqdarda qəbul etdiyini, süfrəni toplayarkən araq şüşəsinin tamamilə boşaldığının şahidi olduğunu, onların yarım litirlik araq butulkasının hamısını bitirdiklərini, Rəfaelin yemək bitdikdən sonra evlərinə getdiyini, Cəlal isə uzanmaq üçün öz evinə gəldiyini, Cəlal evdə 15-20 dəqiqə uzandıqdan sonra onun cibinə zəng gəldiyini, lakin o, Cəlala kimin zəng vurduğunu bilmədiyini, telefonda zəng edən şəxsin Cəlalı çağırdığını, Cəlal getdikdən bir müddət sonra inəkləri gətirdiyini, inəkləri ötürdükdən sonra isə yenidən çıxıb getdiyini, Cəlalın hara getməyini bilmədiyini, saat 23-00 radələrində Cəlalın içkili vəziyyətdə evə gəldiyini, Cəlalın evdən gedərkən bu qədər içkili olmadığını, Cəlalın evdəki divanın üstündə uzandığını, Cəlala çay təklif etsə də Cəlalın cavab vermədiyini, Cəlal evə gəldikdən təxminən 10-15 dəqiqə sonra polislərin evə gələrək Cəlalı polis şöbəsinə dəvət etdiyini, oğlu ona küçədə Cəlal və Hicranın savaşdığın, polislərin Cəlalı Hicranla savaşdığı üçün çağırdıqlarını düşündüyünü bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid12 verdiyi ifadəsində Şərur rayon Mərkəzi Xəstəxanasında doğuş-ginekologiya şöbəsinin müdiri vəzifəsində işlədiyini, xx xxx 2020-ci il tarixdə ümumi xəstəxana üzrə növbətçi olduğunu, axşam saatlarında Şərur rayon Kürçülü kənd sakini Rəşadət Nağıyevin huşsuz vəziyyətdə Şərur rayon Mərkəzi Xəstəxanasına gətirildiyi məlumatının daxil olduğunu, xəstənin təcili yardım şöbəsinə çatan zaman çox öyüyüb-qusduğunu gördüyünü, vəziyyətinin yaxşı olmadığını, ağzından çox şiddətli spirtli içki iyi gəldiyini, təcili yardım şöbəsinin feldşeri ilə birlikdə xəstəni müayinə etdiyini, başının arxasında yara olduğunu, Təcili yardımda isə növbətçi-feldşerin olduğunu, xəstə təcili yardım şöbəsinə gətirildiyi üçün məhz diaqnozun da təcili yardımın növbətçi feldşeri tərəfindən qoyulduğunu, o, xəstəni müayinə etdikdən sonra təyinat yazdığını, lakin sistemin və içinə vurulan iynələrin haradan alındığını bilmədiyini, onlar xəstə üçün Ringer onun içərisinə isə kokarboksilaza hidroxlorid və C vitamininin damar yolu ilə vena daxilinə tətbiq etdiklərini, təzyiqini normallaşdırmaq üçün kafein benzoat iynəsini dəri altına vurduqlarını, o xəstədə yaxşılaşmağa doğru heç bir göstəricinin olmadığını anladıqdan sonra Şərur rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanovla əlaqə saxladıqdan sonra xəstənin şəhərə xəstəxanaya aparılmalı olduğu qənaətinə gəldiklərini, o xəstə ilə bir neçə dəfə maraqlansa da yaxşıya doğru irəliləyiş görmədiyini, xəstə çox spirtli içki qəbul etdiyi üçün spirt iyindən ona yaxın durmaq mümkün olmadığını, o, xəstənin öyüyüb-qusduqdan sonra oranı kimin təmizləməsi ilə maraqlanmadığını, o təxmin edir ki, xəstəxananın xadimələri oranı təmizləmiş olacaqlarını, çünki bu cür hallarda orada olan təmizlik işlərinə baxan şəxslərin həmin yeri çirkli saxlamadıqlarını, saat 12:00-dan sonra xəstəni təcili yardım avtomobili ilə Naxçıvan MR-nın Mərkəzi Xəstəxanasına apardıqlarını, xəstənin yanında təcili yardım şöbəsinin feldşeri Sevincin olduğunu, təcili yardım avtomobilinin yanacaq xərcinin dövlət tərəfindən ödənildiyini, o orada xəstənin yaxınlarından pul istənməsi ilə bağlı heç nə görmədiyini və eşitmədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid14 verdiyi ifadəsində 1985-ci ildə Kürçülü kəndində anadan olduğunu, ailədə 4 bacı 1 qardaş olduqlarını, yaşca ondan böyük olan ögey bacısı X8 ilə atalarının eyni analarının ayrı olduqlarını, ögey bacısı Şərqiyyənin həmkəndliləri X25 ilə ailə həyatı qurduqlarını, Şərqiyyə əri Rəşadət, uşaqları və qayınanası Nağıyeva Səriyyə ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində uzun müddətdir ki yaşadıqlarını, bacısının əri Rəşadət 5-6 ildən bir doğma kəndi Kürçülüyə gəldiyini və bir müddət burada qaldıqdan sonra yenidən ailəsinin, yəni bacısıgilin yanına Türkiyəyə qayıtdıqlarını, sonuncu dəfə Rəşadətin bu ilin mart ayında gəldiyini, Rəşadətin Kürçülü kəndinə gəldikdən sonra qardaşı Əligildə qaldığını, arada-sırada axşam yeməyi üçün onlara da gəldiyini, sonuncu dəfə Rəşadətin hadisə olmamışdan 1 həftə qabaq onlara gəldiyini, Rəşadət ilə axşam yeməyini yediklərini, sonra yatmaq üçün qardaşı Əligilə getdiyini, xx xxx 2020-ci il tarixdə saat 16-17 radələrində Rəşadəti kənd mərkəzində gördüyünü, Rəşadətə onlara getməyi təklif etdiyini, Rəşadətin də axşam onlara gələcəyini dediyini, oradan da evlərinə getdiyini, evdə yoldaşına axşam Rəşadətin onlaa gələcəyini dediyini və ona yemək hazırlamağını tapşırdığını, evdə Rəşadəti axşam yeməyi üçün xeyli gözlədiyini, lakin gəlmədiyini görüb axşam yeməyini yeyərək yatdığını, səhərisi gün x xxx 2020-ci il tarixdə səhər saat 06:35də kənd mərkəzinə çıxdığını, kənd mərkəzində olan şəxslərdən Elnurun ondan Rəşadətin səhətini soruşduğunu, Elnurdan Rəşadətə nə olduğunu soruşduğunu, o da dünən axşam radələrində Rəşadətin yıxılaraq başının asfalta dəydiyini və təcili yardım maşını ilə Şərur rayon Mərkəzi xəstəxanasına aparıldığını dediyini, Rəşadətin qardaşı Əliyə zəng edib Rəşadətə nə olduğunu soruşduğunu, Əlinin də ona “X28 Respublikası Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində olduğunu” dediyini, təcili şəkildə evə qayıdaraq atası və anasını götürüb Naxçıvan MR Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə getdiyini, orada ona Rəşadəti həmkəndliləri və onun qohumu Təqsirləndirilən şəxs vurduğunu və onun asfaltın üzərinə yıxıldığını, başından xəsarət aldığını, vəziyyəti ağır olduğundan reanimasiyada müalicə aldığını, onların da xəstəxanada qaldıqlarını və səhərisi yəni xx xxx 2020-ci il tarixdə Rəşadət Naxcıvan MR Mərkəzi Xəstəxanasında rəhmətə getdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid15 verdiyi ifadəsində 1994-cü ildə Heyran xanım adına tibb məktəbinə daxil olduğunu, 1996-cı ildə həmin məktəbi bitirdiyini, 1999-cu il tarixdə Şərur rayon Gigiyena və Epidemologiya Mərkəzində işə başladığını, hazırda Şərur rayon X11 yardım şöbəsində feldşer vəzifəsində işlədiyini, xx xxx 2020-ci il səhər saat 09:00-da işə gələrək növbəni qəbul etdiyini, axşam saat 21:15 radələrində Şərur rayon Xəstəxananın təcili yardım şöbəsinin 103 telefon xidmətinə zəng gəldiyini, Dərvişlər kəndində xəstə olduğunu, ona tibbi xidmət göstərmək lazım olduğunu, xidməti istifadələrində olan ambulans ilə həmin kəndə getdiklərini, orada xəstəyə yardım göstərdikdən sonra xəstəxanaya qayıtdıqlarını, 22:00 radələrində həmin çağırışdan qayıtdıqdan sonra növbətçi digər feldşer Şahid16 Şərur rayon Kürçülü kəndinə təcili yardım çağırışına getdiyini öyrəndiyini, xəstəxanaya çatdıqdan təxmini 5-10 dəqiqə sonra Şahid16 də içində olduğu təcili yardım ambulansının xəstəxananın həyətinə daxil olduğunu gördüyünü, bu zaman Sevilgilin ambulansın qapısını açdıqlarını, onlara kömək edib xəstəni təcili yardım şöbəsinə yerləşdirdiklərini, xəstənin başının arxa hissəsindən qan gəldiyini, dodağının şişmiş olduğunu, həmin xəstənin adını xəstənin yanında ambulansla gələn şəxsdən öyrənməyə çalışdığını, həmin şəxs xəstənin ata adını və soyadını bilmədiyini, ancaq kənddə ona Rəşko kimi müraciət edildiyini bildirdiyini, xəstəni müayinə etdikdən sonra, xəstənin nəfəsinin iyindən spirtli içki qəbul etdiyini anladığını, xəstəyə ilkin olaraq alkoqol zəhərlənməsi diaqnozu qoyduğunu, xəstənin müayinə etdikdən sonra, onun ağız nahiyəsinin üst dodaq hissəsinin şişmiş olduğunu, dodağın içəri tərəfdən partlamış olduğunu və ağzından qan gəldiyini müəyyən etdiyini, onun təzyiqini ölçərkən təzyiqi, nəbzi və oksigen səviyəsinin normal olduğunu, müayinə zamanı xəstənin iki dəfə qusduğunu, həmin qusuntu dəhşətli olduğundan onlar onun ağzını və burun deşiklərini çətinliklə təmizlədiklərini, onun qusuntusunu təmizlədikdən sonra isti su ilə onun üzünü yuduqlarını, xəstəxana üzrə növbətçi həkim olan Nərminə həkimə təhvil verdiklərini, xəstəni saat 23:00 terapiya şöbəsinə yerləşdirdiklərini, təxmini saat 24:00 radələrində xəstəxananın baş həkimi Adəm həkim ona zəng etdiyini, Kürçülü kəndindən gələn xəstənin vəziyyətinin pis olduğunu və normal nəfəs almadığını, əlavə olaraq onun başından qan gəldiyini dediyini, onun həkimə kömək etmək üçün təcili yardımdan terapiya şöbəsinə getdiyini, orada həmin xəstəni yenidən müayinə etdiyini, xəstənin çox xırıltılı nəfəs aldığını və başındakı yaradan qan gəldiyini müşahidə etdiyini, Nərminə həkimlə birlikdə xəstənin normal nəfəs almadığına görə və başında xəsarət oduğuna görə xəstəyə kəllə-beyin travması diaqnozu qoyub təcili şəkildə daha yaxşı müalicə edilməsi üçün Naxçıvan MR Mərkəzi Xəstəxanasına ambulansla feldşer Sevilin nəzarəti altında göndərdiklərini, sonradan həmin Rəşadət adlı xəstənin Naxçıvan MR Mərkəzi Xəstəxanasında öldüyünü öyrəndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid17 verdiyi ifadəsində 1997-ci ildə Kürçülü kəndində anadan olduğunu, Kürçülü kənd orta məktəbini 4-cü sinifə qədər oxuduqdan sonra orta məktəbi tərk etdiyini, ailəsi ilə birlikdə Türkiyəyə pul qazanmaq məqsədi ilə köçdüyünü, 12 il Türkiyədə işlədikdən sonra 2019-cu ilin noyabr ayından Kürçülüyə qayıdaraq burada şəxsi təsərrüfatla məşğul olub ailəsini dolandırdığını, xx xxx 2020-ci il tarixdə axşam tərəfi dayısı Məmmədov Vüqargilə getdiyini və onların internetindən istifadə edərək Türkiyədə olan atası və anasıyla danışdığını, saat təxmini 22:00 radələrində evə qayıtmaq üçün dayısıgildən çıxıb evə tərəf getdiyini, bu zaman kənd mərkəzinin yanında səs eşitdiyini, həmin səs gələn tərəfə getdiyini, Sabirgilin evinin qarşısına çatanda həmkəndliləri Nağıyev Rəşadətin asfaltın üzrərinə uzandığını, onun ağzından və başının arxasından qan gəldiyini və həmin yerdə çoxlu adamlar toplaşıb ona tibbi yardım göstərdiklərini gördüyünü, Rəşadətin başını qaldıraraq dizinin üzərinə qoyduğunu və yaxınlıqda olan qara rəngli paltarı bükərək başının qanını kəsilməsi üçün Rəşadətin başının altına qoyduğunu, Rəşadətin nəfəs almaqda çətinlik çəkdiyini və xırıldadığını, bu zaman ətrafdakılardan kimsə Rəşadətin spazma keçirdiyini dediyini, o sırada Rəşadətin nəfəs alması üçün ilkin müdaxilə kimi əlini onun ağzına salıb dilini çıxarmaq istədiyini, onun ağzını açmaq istərkən onun ağzının qanlar içində olduğunu gördüyünü, əli ilə ağzını açmaq fikrindən əl çəkdiyini, bu zaman Röyalın qonşuluqdan qaşıq gətirərək onun ağzını açmaq üçün müdaxilə etmək istədiyini, bu zaman kənd camaatı köməkləşərək Rəşadəti onun dizindən götürərək çimənin üstünə qoyduqlarını, həmin vaxt təcili yardım maşını gələrək Rəşadəti Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, mayın 6-sı Rəşadətin Naxçıvan Respublikası Mərkəzi Xəstəxanasında öldüyünü öyrəndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid18 Ərəstun oğlu verdiyi ifadəsində doğma-böyümə Şərur rayon Kürçülü kənd sakini olduğunu, xx xxx 2020-ci il tarixdə saat təxminən 22:00-23:00 radələrində həmkəndlisi Əli Nağıyev ona məxsus ***-***-**-** gsm nömrəli telefonuna zəng edərək ondan nə işlə məşğul olduğunu soruşduğunu, o isə evdə olduğunu bildiyini, onunla birlikdə Şərur rayon mərkəzi xəstəxanasına getməyi təklif etdiyini, ondan nə baş verdiyini soruşduqda isə o, ona heç nə demədiyini, həmkəndlisi X31 Nağıyeva ilə 2019-cu ilin dekabr ayında nişanlandığını, yəni Əli Nağıyev onun qaynatası olduğunu, evlərindən çıxıb, məhlələrinə doğru hərəkət etdiyini, bu zaman Əli Nağıyev özünə məxsus olan avtomobillə gəlib onu götürdüyünü, onlar birlikdə Əli Nağıyevin bibisi Şahid6 da götürərək xəstəxanaya getdiklərini, xəstəxanaya gedərkən yolda Əli Nağıyev və Şahid6 kiminsə çox içdiyini, savaşdığını və xəstəxanada olduğunu danışırdıqlarını, söhbətin kimin haqqında getdiyini bilmədiyini, Xəstəxanaya çatdıqda təcili yardım şöbəsinə daxil olanda Rəşadət Nağıyevin xırıldayaraq çarpayıda uzadıldığını gördüyünü, onun dodağı partladığı üçün üzündə laxta şəklində qan olduğunu, Rəşadət Nağıyevdən çox kəskin spirt iyi gəldiyini, Rəşadət Nağıyev qusduğu üçün öz üstünü-başını, çarpayının üstünü və yerləri tamamilə batırdığını, ilk əvvəl onun köməkliyi ilə Rəşadətin bibisi onun üst-başını və çarpayını təmizlədiyini, daha sonra yerləri isə orada olan tibb bacıları və xadimlər təmizlədiklərini, həkim təyinat yazdıqdan sonra resepti almaq üçün aptekə getdiklərini və təyin olunan iynə-dərmanı alıb gətirdiklərini, orada olan xəstəxana işçilərinin köməkliyi ilə onu reaminasiya şöbəsinə köçürdüklərini, ona reaminasiyada sistem qoşulduğunu gördüklərini, bir müddət sonra həkimlər xəstənin şəhərə aparılamlı olduğunu dediyini və orada olan tibb işçilərinin köməyi ilə onu təcili yardım avtomobilinə qoyaraq yola saldıqlarını, Rəşadətin bibisi Təqsirləndirilən şəxs anası Şahid6 tibb işçiləri ilə birlikdə şəhərə xəstəxanaya getdiyini, o Əli, Əlinin yoldaşı birlikdə Əlinin avtomobili ilə onların ardınca xəstəxanaya getdiklərini, Rəşadət Nağıyevin xəstəxanada bir gün qaldıqdan sonra yəni, xx xxx 2020-ci il tarixdə xəstəxanada rəhmətə getdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid16 verdiyi ifadəsində 1999-cu il tarixdə Naxçıvan MR Heyran xanım adına tibb məktəbinin feldşer ixtisasını bitirdiyini, 1999-cu il tarixdən Şərur rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində tibb bacısı vəzifəsində iş fəaliyyətinə başladığını, 2019-cu ilin oktyabrın 15-dən Şərur rayon Xəstəxanasının Təcili yardım şöbəsində feldşer işləyini, xx xxx 2020-ci il tarixdə saat 09:00-da təcili yardım şöbəsində növbətçiliyi təhvil aldığını, həmin gün axşam saat 21:44 radələrində Şərur rayon Təcili yardım şöbəsinin 103-xidmətinə zəng gəldiyini, telefonu onun açdığını, zəng edən şəxsin Şərur rayon Kürçülü kəndindən olduğunu, Kürçülü kənd mərkəzində bir nəfər şəxsin yıxılıb başı çənə dəyərək partladığını və həmin şəxsə tibbi yardıma ehtiyacı olduğunu bildirdiyini, məlumatı aldıqdan sonra ambulansın sürücüsü ilə çağırış gələn yerə getdiyini, onun Kürçülü kənd mərkəzinə çatanda bir nəfərin yerdə uzandığını və onun ətrafında xeyli adamın toplaşdığını və həmin uzanan şəxsə yardım göstərdiyini gördüyünü, yerdə uzanan şəxsə yaxınlaşanda onun başındakı şəxslərdən bir nəfərin onun ağzını qaşıqla açmaq istədiyini gördüyünü, qaşığı onun əlindən alıb kənara atdığını, xəstəyə baxdıqda xəstənin huşsuz vəziyyətdə uzanmış və dilinin qatlanmış olduğunu gördüyünü, ora yığılmış şəxsləri kənara uzaqlaşdırdıqdan sonra yerdə uzanan şəxsin nəbzini və təzyiqini yoxlamağa başladığını, həmin şəxsin təzyiqi və nəbzi normal olsa da, onun ağzından və başının arxa hissəsindən qan gəldiyini, əlavə olaraq həmin şəxsin dodağının şişmiş olduğunu, həmçinin həmin şəxsin ağzından spirt iyi gəldiyini, vaxt itirmədən həmi şəxsi ətrafdakıların köməyi ilə xərəyə qoyub təcili yardım maşınına mindirdiklərini, həmin şəxsin təcili yardım maşını ilə Şərur rayon Mərkəzi Xəstəxanasına gətirdiklərini, xəstəxanaya çatar-çatmaz təcili yardım işçilərinin köməyi ilə həmin şəxsi ambulansdan endirərək təcili yardım şöbəsinin palatasına yerləşdirdiklərini, həmin şəxsin bu zaman güclü şəkildə qusduğunu, onun qusuntusunu təmizlədikdən sonra onu xəstəxananın terapiya şöbəsinə yerləşdirdiklərini, növbətçi həkim olan Nərminə həkim gələrək həmin şəxsə “Ringer” sistemi qoşulmağını məsləhət gördüyünü, bir az keçmişdi ki, Şərur rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov ona həmin xəstənin X9 aprılması tapşırığını verdiyini, onlar da xəstəni yaxınları ilə birlikdə ambulansa qoyaraq yanacaq doldurma məntəqəsindən talon ilə benzin götürərək, Naxçıvan MR Xəstəxanasının təcili yardım şöbəsinə təhvil verdiklərini, orada işləyən Elsəvər həkim ona hansı yardımları elədiklərini soruşduqlarını, onlar da etdikləri tibbi yardımları dediklərini, Elsəvər həkimin onlara Şərur rayon Mərkəzi Xəstəxanasına qayıda biləcəklərini dediyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid1 mütəxəssis X14 iştirakı ilə verdiyi ifadəsində Şərur rayon Kürçülü kəndində anadan olduğunu, Rəşadət Nağıyevi və Təqsirləndirilən şəxs balaca vaxtından tanıdığını, hər ikisinin də onun kəndlisi olduğunu, Cəlal ilə doğma əmioğlu olduqlarını, Rəşadətin isə bibisi qızı ilə ailə qurduğunu, Rəşadətin uzun illər Türkiyə Respublikasında yaşadığını, Rəşadətin İstanbuldan 3 aya yaxın müddətdir ki gəldiyini, Rəşadətin spirtli içki qəbul etdiyini, onu kənddə nə vaxt görsə ayıqbaşlı olduğunu, ümumiyyətlə Rəşadətin tərbiyəli bir insan olduğunu, Cəlalında daha çox kənd ərazisində olduğunu, onun çox içib dava salmağı ilə tanındığını, əvvəllər Rəşadət və Cəlal arasında mübahisə olduğunu eşitmədiyini, X32 mübahisə və münaqişəyə meyilli bir insan olmadığını, Təqsirləndirilən şəxs və Şahid2 arasında əvvəllər hər hansı bir mübahisə və ya münaqişə olması haqda məlumatının olmadığını, Cəlalın içən zamanlar savaşqan biri olduğunu, Hicranın kiminləsə mübahisə etdiyini eşitmədiyini, Hicran və Cəlalın əvvəllər bir-biri ilə mübahisə edib-etməmələrindən xəbərsiz olduğunu, hadisə baş verən günü saat təxminən 12:30 radələrində kənd mərkəzində oturduğunu, elə həmin vaxt o, Rəşadəti telefonla danışaraq kənd içindən keçərkən gördüyünü, evə qayıdarkən evlərinin yaxınlığında Cəlalı inəklərini hörükləyərkən gördüyünü, axşama kimi evdə olduğunu, evləri ilə kənd içi arasındakı məsafənin təxminən 100 metr olduğunu, təxminən saat 21:00 radələrində kənd içindən qışqır-bağır səslərinin gəldiyini eşitdiyini, qaçaraq kənd içinə getdiyini, kənd içinə çatanda həmkəndliləri Cəlal və Hicranın savaşdığını, kənd içinə yığışmış camaatın isə onları ayırmağa çalışdığını, anası və kənd camaatından bir neçə nəfərin Hicranı evinə tərəf apardıqlarını, həmin vaxtı Cəlalın yanında özünün, Bayramın və mərhum Rəşadətin olduğunu, Hicran gedən zaman Cəlalın onun arxasından söyüş söydüyünü, Cəlal Hicranın arxasıca getmək istəyərkən Bayramın onu saxlamaq istədiyini, həmin vaxt Cəlalın Bayramı üzündən sillə ilə vuraraq özündən kənarlaşdırdığını, Cəlal qışıqıraraq buraxın bu işi özüm həll edəcəm dediyini, Bayramın sillədən sonra Cəlaldan aralaşdığını, bu zaman Rəşadət Cəlalın qarşısına keçərək onun getməsinin qarşısını almağa çalışdığını, Cəlal isə sağ və ya sol əli olduğunu tam xatırlaya bilməsəm də Rəşadəti ağız nahiyəsindən yumruqla vurduğunu, Rəşadətin bu yumruğun təsiri ilə arxası üstə asfalta yıxıldığını və başını asfaldan qaldırmaq istəsə də təkrar başının yerə dəydiyini və bir daha qalxa bilmədiyini, Rəşadətin artıq özündə olmadığını və hərəkətsiz uzandığını, bu zaman özü, Bayram və həmin zaman oraya çatan Surxay Rəşadətə kömək etdiklərini, Rəşadətin ağzından qan gəldiyini, dişlərinin kilidləndiyini, bu zaman 103-ə zəng vurduğunu, daha sonra qonşuluqda Sabirgilin həyətinə keçərək Sabirin yoldaşı Nəzakətdən qaşıq alaraq Rəşadətin yanına gəldiyini, qaşığı dişləri kilidləşdiyi üçün istifadə edə bilmədiyini, Cəlalın qardaşı Bayramın Rəşadətin dilini çölə çıxardığını, Rəşadətin özündə olmadığını, elə bu zaman təcili yardım avtomobilinin gəldiyini, Rəşadətlə məşğul olarkən Cəlalın yoxa çıxdığını, hara getdiyini görmədiyini, Cəlal Rəşadəti vurduqdan sonra onunla maraqlanmadığını və kömək etmədiyini, Rəşadəti xəstəxanaya apardıqlarını, daha sonra təxminən 02:30 radələrində Təqsirləndirilən şəxs anası Mafilə, Rəşadətin qardaşı Əli və Əlinin arvadı Nərminənin Rəşadəti şəhərə xəstəxanaya apardıqlarını, sonra Rəşadətin öldüyünü eşitdiyini və çox məyus olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid2 verdiyi ifadəsində Kürçülü kəndində anadan olduğunu, 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş rütbəsində N saylı hərbi hissədə xidmət etdiyini, Təqsirləndirilən şəxs bibisi oğlu, X32 isə əmisi oğlu olduğunu, məlum hadisə olan günü, yəni xx xxx 2020-ci il tarixdə saat 20:00-da işdən çıxdığını, Naxçıvan Şərur magistral yolunun Kürçülü kənd hissəsində yol taksilərindən birinə minərək Şərur rayon mərkəzinə və oradan da bir başqa taksi ilə Kürçülü kəndinə evlərinə gəldiyini, evə çatar-çatmaz ac olduğum üçün evdəkilərdən ona yemək gətirmələrini istədiyini, ona dərhal yemək gətirdiklərini, yemək yeyən zaman 150-200 q spirtli içki qəbul etdiyini, elə bu zaman əmisi oğlu mərhum Rəşadətin ona zəng vurduğunu və kənd içində olduğunu bildirdiyini, saatın dəqiq 21:27 olduğunu, Rəşadətə orada gözlə mən də gəlirəm dediyini, sonra evdən çıxaraq kənd mərkəzinin önündə əmioğlusu ilə görüşdüyünü, Rəşadətlə ümumi ordan burdan söhbət edə-edə kənd mağazasının yanına getdiklərini, həmin vaxt bibisi oğlu Cəlalın da mağazanın yanında olduğunu, onunla da görüşdüyünü, bu vaxt əmisi oğluna və bibisi oğluna “sizə nə qulluq edə bilərəm” dediyini, Cəlalın ona “imkan varsa hərəmizə bir pivə götür içək” dediyini, ondan sonra Rəşadət ilə birlikdə mağazadan 3 ədəd 1 litrlik Naxçıvan pivəsi və 1 ədəd çərəz aldığını, Rəşadətin də bu zaman özünə siqaret götürdüyünü, alınan şeyləri mağazanı işlədən Elvindən onun adına borc olaraq yazmağını xahiş etdiyini, ondan sonra mağazanın arxasına keçərək, orada birlikdə pivələri içməyə başladıqlarını, pivə az olduğu üçün mağazadan əlavə olaraq 1 litrlik 1 ədəd pivə və 1 ədəd çərəz aldığını, son aldığı pivəni içməyə başlarkən aralarında hansı qohumun yaxşı olub-olmadığını müzakirə etdiklərini, bu vaxt “Mən Cəlala dedim ki, 5-ci 6-cı sinifdə oxuyan zaman atama verdiyin 30 manat borcu gəlib qapımızın ağzında dayanıb bizi təhqir edərək istəyirdin, atam da həmin vaxt xəstə idi və yataqda yatırdı” dediyini, Cəlalın da bu sözdən sonra qəzəblənərək onu söyüşlərlə təhqir etməyə başladığını, ona “niyə söyüş söyürsən olan məsələni deyirəm” dediyini, Cəlalın isə onun üstünə yetirdiyini və onu itələdiyini, mərhum əmisi oğlu Rəşadətin ikisinin arasına keçərək onları araladığını, onu evlərinə tərəf yolladığını, bu zaman səslərinə anasının gəldiyini, pivə içən zaman anasının ona zəng vuraraq evə tez gəlməli olduğunu dediyini, həmin vaxt onun yanına kəndçiləri İbrahimin oğlu Bilalın da gələrək qolundan tutduğunu, Rəşadətlə birlikdə anasına tərəf apardıqlarını, həmin vaxt Rəşadətin onun çantasını anasına verərək, “əmcanı sən get mən Hicranı gətirirəm” dediyini, həmin an Bilala “burax özüm gedirəm” dediyini, Bilalın da onu buraxdığını və anası ilə evlərinə tərəf getdiyini, Rəşadətlə Bilalın isə Cəlalın səsi gələn tərəfə qayıtdıqlarını, özünün isə anası ilə birlikdə evə getdiklərini, evdə çay içən zaman əmisi oğlu Əlinin ona zəng vuraraq Rəşadəti kimin vurduğunu soruşduğunu, Əliyə xəbərim yoxdur dediyini, Əlinin isə ona Rəşadəti aparırlar xəstəxanaya mən də gedirəm ora dediyini, Əlinin ondan nə baş verdiyini soruşduğunu, Əliyə “Cəlalla söyüş üstündə mübahisə etdik, mən gəlmişəm evə sonra nə olubsa xəbərim yoxdur” dediyini, ondan bir müddət sonra Əliyə zəng vurduğunu və Rəşadətə nə olub soruşduğunu, o da cavabında aparırıq Naxçıvana xəstəxanaya dediyini, ertəsi gün, yəni xx xxx 2020-ci il tarixdə tezdən saat 06:20-də Əliyə yenidən zəng vuraraq Rəşadəti maraqlandığını, Əlinin isə ona indi əməliyyatdan çıxdı hələ ayılmayıb dediyini, Əli ilə Rəşadətin səhhəti ilə bağlı mütəmadi əlaqə saxladığını, Rəşadətin xx xxx 2020 tarixdə saat təqribən 21:00 radələrində rəhmətə getdiyini öyrəndiyini və çox narahat olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid13ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsindəSədərək rayonunda anadan olduğunu, onların ailədə iki övlad olduqlarını qardaşı X15 1996-cı ildə Sədərək rayonunda şəhid düşdüyünü, haliyədə Sədərək rayonunda anasına məxsus evdə 3 övladı ilə birlikdə yaşadığını, təxminən 2005-ci ildə Şərur rayon Kürçülü kənd sakini Rəşadət Nağıyevlə tanış olduqlarını, birlikdə qoşulub qaçan zaman onun Rəşadətin evli olduğunu bilmədiyini, onlar Bakıya gedən zaman təyyarədə Rəşadətin ona evli və uşaqlı olduğunu dediyini, o daha sonra geriyə qayıtmaq istəsə də ailəsinin buna razılıq vermədiyini, Rəşadətin və onun kəbin kəsdirərək evləndiklərini, onların bir müddət Bakıda kirayədə yaşadıqlarını, daha sonra Sədərək rayonuna gələrək, onun anasının yanında yaşamağa başladıqlarını, onlar hal-hazırda 14, 13 və 8 yaşlarında olan üç oğul övladlarının olduğunu, Rəşadətin onunla faktiki vətəndaş nikahında yaşadığı vaxtda birinci arvadı ilə rəsmi nikahının olduğunu və onunla da münasibətinin olduğunu, Rəşadətin Türkiyə Respublikasında yaşadığı müddətdə işlədiyini və övladları üçün əyin-baş, yer-yemək və bəzən də pul göndərdiyini, 2017-ci ildən Rəşadətlə onun əlaqəsinin kəsildiyini, Rəşadətin övladlarına baxmadığını və onların dolanışıqları üçün heç nə etmədiyini, o, 2 il səbr etsə də 2019-cu ilin oktyabr ayında məhkəməyə müraciət edərək aliment tələb etdiyini, məhkəmənin qərarı ilə uşaq başına 90 manat aliment kəsildiyini, onun noyabr ayından mart ayına qədər alimenti aldığını, mart ayından sonra isə Rəşadət Türkiyədən qayıtdığı və heç yerdə işləmədiyi üçün onun aliment ala bilmədiyini, Rəşadət 2020-ci ilin aprel ayında onların yaşadıqları evə yəni, Sədərək rayonuna uşaqları görmək üçün gəldiyini, Rəşadətin hətta həmin gecəni də onların evində qaldığını, son gəlişində uşaqlarla çox mehriban vaxt keçirdiyini, ümumiyyətlə Rəşadətin uşaqlara qarşı həmişə dost kimi olduğunu onun uşaqları döyməyini və ya onlara hirslənməyini xatırlamadığını, Rəşadət xəstəxanada olarkən onun hadisədən xəbəri olduğunu, o uşaqların üçünü də Rəşadətin görməsi üçün şəhərə apardığını, bir gün xəstəxanada qaldığını, lakin Rəşadətin vəziyyətinin pis olduğundan dünyasını dəyişdiyini, daha sonra onun yas mərasimi ilə əlaqədar Şərur rayon Kürçülü kəndinə gəldiyini, Rəşadətin ömrü boyunca spirtli içkidən istifadə etdiyini, ən sonunda da içkinin onun axırına çıxdığını, Rəşadətin ölümünün onu çox incitdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid11 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsindəŞərur rayon Kərimbəyli kəndində anadan olduğunu, 1993-cü ildə Şərur rayon Kürçülü kənd sakini X23 ilə ailə qurduğunu, Kürçülü kəndində yaşadığını, 6 övladının olduğunu, yoldaşı Sabir Məmmədovun 2019-cu ilin avqust ayından işləmək üçün Rusiya Federasiyasına getdiyini, övladlarından ikisinin Bakı şəhərində işlədiyini, yanında olan uşaqlarının 15-16 yaşlarının olduğunu, yoldaşı və böyük oğulları yanlarında olmadıqları üçün evlərinin qapısını qaranlıq düşmədən bağladığını və çölə çıxmadıqlarını, hadisə olan günü yəni xx xxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində həyətdə kiminsə onları çağırdığını, oğlu Fuadın çölə çıxmadığını, kiminsə küçədə savaşdığını, Fuad yaşca balaca olduğu və qorxduğu üçün Röyala qaşıq və suyu özünün verdiyini, o və övladları qorxduqları üçün çölə çıxmadıqlarını, hadisənin ertəsi günü kənd içində savaşma olmasını eşitdiyini, Rəşadət Nağıyevin rəhmətə getdiyini, hadisənin necə olması barədə məlumatının olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Kürçülü kəndində anadan olduğunu, X32 doğma qızı olduğunu, Şərur rayon Muğanlı kənd sakini Cəmşid Məmmədovla ailə həyatı qurduğu üçün Şərur rayon Muğanlı kəndində qeydiyyatda durmaqla orada yaşadığını, hadisədən təxminən 3-4 gün qabaq atası Rəşadət Nağıyevin onun gəlin olduğu evə balaca 2 aylıq oğlunu və onu görmək üçün gəldiyini, atasının təxminən 13:00 radələrində gəldiyini, təxminən 17:00 radələrində isə getdiyini, atasının həftədə 1 dəfə gəlib onu gördüyünü, onun doğma olan digər qardaşı Ayxan Nağıyevin həqiqi hərbi xitmətdə olduğunu, digər doğma bacısının isə 5 yaşı olmaqla anası ilə birlikdə İstanbul şəhərində yaşadığını, onun anası Şərqiyyə Nağıyevanın atasının birinci həyat yoldaşı olduğunu, onların rəsmi nikahlarının olduğunu, atasının Sədərək rayonunda qeyri-rəsmi nikahda yaşadığı Gülnarə adında bir xanımın da olduğunu, atası X32 və Gülnarənin Bakı şəhərində olan zaman tanış olaraq dini kəbin kəsdirdiklərini, atasının bu qadından 3 oğlan övladının olduğunu, onlar Türkiyədə olan zaman atası Gülnarə ilə telefonda danışdığını və uşaqları üçün pul və banderol göndərdiyini, Gülnarə və atasının ayrıldıqlarını, atasının sadəcə uşaqlarına hesab Gülnarə ilə danışdığını, atasının rəhmətə getdiyi hadisə ilə bağlı dəqiq məlumatının olmadığını, onun bildiyinə görə Təqsirləndirilən şəxsla Şahid2 ilə savaşan vaxt atasının araya girərək onları aralamaq istədiyini, nəticədə Cəlal onu yumruqla vuraraq yerə yıxdığını və atasının başının yerə dəyərək zədə aldığını, onun daha sonra xəstəxanada rəhmətə getdiyini, ona hadisə olan günü gecə saat 04:00 radələrində əmicanısı zəng vuraraq atasının yıxılıdığını dediyini, onun səhər xəstəxanaya getdiyini və atasının vəziyyətinin ağır olduğunu öyrəndiyini, üstündən bir müddət keçdikdən sonra atasının rəhmətə getməsini öyrəndiyini, atasının yasının əmisi Əli Nağıyevin evində keçirildiyini, yasda onun da iştirak etdiyini, yasda həmçinin atasının ayrıldığı yoldaşı Gülnarənin də gələrək iştirak etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Şərur rayon prokurorluğunun böyük müstəntiqi X34 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanılmasına səbəb və əsas Şərur rayon Kürçülü kənd sakini X13 xx xxx 2020-ci il tarixdə alkoqol zəhərlənməsi və döyülməyə xarakterik xəsarətlərlə Şərur rayon xəstəxanasına daxil olması və xx xxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsindən Şərur rayon prokurorluğuna daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqində olan xx.xx.2020-ci il tarixli Hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, hadisə Şərur rayon Kürçülü kənd sakini X10 yaşadığı evin önündən keçən asfalt yolda baş vermişdir. Asfalt yolun üzrərində olan qırmızı rəngli qanabənzər ləkələlər pambığa hopdurularaq, eyni zamanda otluq sahədə görünən qaşıq iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokol hadisənin baş verdiyi yeri və şəraiti müəyyən etdiyindən və istintaq materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan Təqsirləndirilən şəxs sərxoşluğunun müayinəsinə dair Naxçıvan MR Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 153 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Şərur rayon Kürçülü kənd sakini Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra tibbi müayinədən keçirilmiş və alkoqol sərxoşluğu, orta və ya ağır dərəcədə olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqində olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin madddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 105 vərəqində olan Şərur rayon hərbi komissarlığı tərəfindən verilmiş 050132 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-01/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görününr ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 123-cü vərəqində olan xx.xx.2020-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş X13 qardaşı X39 cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 133 – 136-cı vərəqlərində olan Naxçıvan MR Səhiyyə Nazirliyi МТЕ və PA Birliyi məhkəmə-tibb ekspertinin xx.xx.2020-ci il tarixli 28 saylı rəyində göstərilmişdir ki, vətəndaş X13 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyəsində qançır, üst dodağının selikli qişasında yara, təpə nahiyəsində yara, ağır qapalı kəllə beyin travması, subdral hematoma, koma İİİ-İV dərəcə bərk küt əşyanın (əşyaların) təsirindən və dodağından olan yaranın xarakterinə əsaslanaraq almış olduğu zərbənin təsirindən yıxılaraq başının asfalta dəyməsi nəticəsində də törənməsi istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilən vaxta şəraitə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə üst dodağının selikli qişasında olan yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya, ağır qapalı kəllə beyin travması subdral hematoma koma İİİ-İV dərəcə, yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqində olan xx.xx.2020-ci il tarixli Ekspert rəyinin qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 28 saylı rəyi sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxsin anası Şahid6 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonu könüllü olaraq istintaqa təqdim etmiş və iş ücün əhəmiyyətli olduğundan həmin telefona baxış keçirilmiş və anası Şahid6 geri qaytarılmışdır. Telefona baxış keçirilərkənzərərşəkmiş şəxs X18 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 17:28 dəqiqədə zəng etdiyi və 17 saniyə danışıq apardığı müəyyən edilmişdir. Qeyd olunan protokol iş üçün əhəmiyyətli olan halları müəyyən etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 177-178-ci vərəqlərində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin МТЕ və PА Birliyi məhkəmə-tibb ekspertinin xx.xx.2020-ci il tarixli 29 saylı rəyində göstərilir ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthi üzrərində aşkar edilmiş xəsarətlər-sol əlin İİİ-İV barmaqlarının orta falanqasında sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törəmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cildinin 179-180-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli Ekspert rəyinin qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 29 saylı rəyi sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 200-cü vərəqində olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 209 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, bir oğlu və bir qızından ibarətdir. Cinayət işinin 1-ci cildinin 203-cü vərəqində olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü tərbiyəli bir vətəndaş kimi aparıb. Qardaş və bacılarının qeydinə qalıb, ailə və uşaqlarını sevən adamdır, kəndin ictimai işlərində həmişə yaxından iştirak edib, hadisə olan günə qədər nümayəndəliyə onun haqqında heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 201-ci vərəqində olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 208 nömrəli arayışlardan görünür ki, X13 anası-xx.xx.1959-cu il təvəllüdlü X2 rayon Kürçülü kəndinzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda durur, lakin uzun müddətdir Türkiyə Respublikasında yaşayır. Cinayət işinin 1-ci cildinin 202-ci vərəqində olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 207 nömrəli arayışdan görünür ki, X13 ailə tərkibi arvadı, bir oğlu və bir qızından ibarətdir. Arvadı X1 rayon Kürçülü kəndinzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda durur, lakin uzun müddətdir Türkiyə Respublikasında yaşayır. Oğlu X26 hərbi xidmətdədir. Qızı X16 ailə həyatı qurub Muğanlı kəndində yaşayır. Cinayət işinin 1-ci cildinin 204-cü vərəqində olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, mərhum X3 təbiətli vətəndaş kimi tanınıb. Özündən böyüklərə həmişə hörmət edən bir adam olub, yaşıdları ilə rəftarı yaxşı olub, kəndin ictimai işlərində həmişə yaxından iştirak edib, qeyri nikahda olduğu ikinci ailəsi son aylar aliment tələbi ilə onun barəsində Şərur Rayon Məhkəməsinə təqdim etmək üçün arayışlar tələb etmişdir. Cinayət işinin 1-ci cildinin 205-ci vərəqində olan Sədərək rayon Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Şahid13 Şərur rayon Kürçülü kənd sakini mərhum X25 ilə qeyri-rəsmi nikahlarından üç övladı vardır. Cinayət işinin 1-ci cildinin 222-ci vərəqində olan Y.Budaqov adına Naxçıvan MR X5 xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Şərur rayon Kürçülü kəndində anadan olmuş 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X6 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Cinayət işinin 1-ci cildinin 234-cü vərəqində olan iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X7 tələbnamə göndərilmiş, sonuncunun adına tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 243-cü vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin МТЕ və PА Birliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 01 saylı rəyində hadisə yerinə baxış zamanı yolun asfalt örütüyüüzərində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr qandır, bu qan insan qanıdır, X13 qanı ilə eynidir. Ekspertizaya təqdim edilən qaşığın üzərində qan vardır, bu qan insan qanıdır, X13 qanı ilə eynidir. Rəşadət Nağıyevin hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr olan boz rəngli finkanın üzərində qan vardır, bu qan X13 qanı ilə eynidir, yəni Oαβ (İ) qan qrubuna aiddir. Cinayət işinin 1-ci cildinin 248-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin МТЕ və PА Birliyi məhkəmə-tibb ekspertinin xx.xx.2020- ci il tarixli 08 saylı qərarında göstərilmişdir ki, mərhum X13 ölümünə səbəb almış olduğu travma (başın asfalta dəyməsi) hesabına baş vermiş, başın yumşaq toxuması altına qansızma, baş beyin toxumasına qansızma hematoma və əzilməsi, beyin ödemi səbəb olmuşdur. Ölümün baş vermə müddəti qərarın təsviri hissəsində, xəstəlik tarixində göstərilən vaxta uyğun gəlir. Mərhum X13 meyitinin məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: alın nahiyyəsində qançır, üst dodağında ənsə nahiyəsində yaralar, başın yumşaq toxuması altına qansızma, baş beyin hematoması, əzilməsi və ödəmi, ənsə təpə alın sümüyünün sınığı həyatidirlər küt mexanizimdən, küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Üst dodağın selikli qişasında olan yara küt mexanizimdən, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə yumruq zərbəsi təsirindən də törənməsi istisna olunmur. Ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aid edilir. Beyin koması İİİ-İV dərəcə, başın alın ənsə nahiyyələrində dərialtı yumşaq toxumalarına qansızma. Baş beyin toxumasının əzilməsi, qansızması, hematoması və ödəmi, ənsə təpə alın sümüyünün xətti sınığı küt mexanizimdən, küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Eləcə də yıxılaraq başının asfalta dəyməsi nəticəsində dəəmələ gəlmələri istisna olunmur. Qeyd edilən xəsarətlər həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən AĞİR zərər vurmaya aid edilir. X13 yıxılaraq başının asfalta dəyməsi nəticəsində almış olduğu qapalı kəllə beyin travması onun huşunu itirməsinə səbəb ola bilər. Mərhum X13 meyitində dalaşma vəözünü müdafiə xarakterik əlamətlərin olub-olmamasını, itələyərək asfalt zəminə yıxılmasını vəüst dodağında olan yaranın dişlərinin kilidləşməsinin açılması zamanı qaşığın təsirindən yarana bilməsini, əhəmiyyət kəsb edən digər xüsusuatların istintaq yolu ilə aydınlaşdırılması məqsədə müvafiqdir. Cinayət işinin 2-ci cildinin 39-cu vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin X5 ambulator məhkəmə-psixatrik ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 15 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən alkohol sərxoşluğu vəziyyətində olmuşdur, lakin o, öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 42-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin X5 məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 16 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs alkoholizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 83-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin xx.xx.2020-ci il tarixli 94/20 saylı məhkəmə-psixoloji ekspertizasının rəyinin nəticə hissəsinə görə Təqsirləndirilən şəxs hadisə zamanı emosional gərginlik halında olmuşdur. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional gərginlik halı hadisədən əvvəl Şahid2 arasında yaranmış sözlü mübahisə ilə səbəbli nəticə əlaqəsindən yaranmışdır. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psisi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. Lakin Təqsirləndirilən şəxs fərdi psixoloji xüsusiyyətlərinə görə informasiya və məlumatları təhrif etməyə meyillidir. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspertrəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiqedildiyindən sübut kimi qəbul edilməlidirlər. Cinayət işinin 2-ci cildinin 147-ci vərəqində olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış tam, obyektiv və hərtərəfli ibtidai istintaqla əldə olunmuş sübutlar əsasında Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə edilərək o, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 124.1-ci və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 144-cü vərəqində olan Şərur rayon prokurorluğunun böyük müstəntiqindən və Şərur rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisindən ibarət birgə istintaq qrupunun yaradılması haqqında xx xxxx 2020-ci il tarixdəqərardan görünür ki,Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin ibtidai istintaqı X29 səlahiyyətlərinə aid edildiyindən Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq qərar qəbul edilərək, birgə istintaq qrupu yaradılmış və istintaq qrupuna rəhbərlik prokurorluğun böyük müstəntiqinə həvalə edilmişdir. Cinayət işinin materiallarında olan Şərur rayon Məhkəməsinin 1(110)-03/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs X21 hüquqi varisi X30 ərizəsi əsasında hüquqi varisliyinə xitam verilərək, zərərçəkmiş şəxs X21 hüquqi varisi qismində onun ərizəsi əsasında oğlu X26 tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxshaqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həmməhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4№-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımındanaçıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci iltarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Təqsirləndirilən şəxs hadisənin təsədüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olması, müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, o cümlədən törədilmiş əməllərilin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda onlara verilə bilər. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, hadisə yerinə baxış zamanı götürülmüş üzərində Rəşadət Nağıyevə məxsus qan ləkələri olan bir ədəd qaşıq, 3 ədəd pambığa hopdurularaq götürülmüş Rəşadət Nağıyevə məxsus olan qan nümunələri və Rəşadət Nağıyevin meyiti daxili müayinə olunan zaman onun əynində olmuş 1 ədəd kişi finkası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan ********* saylı cinayət işi üzrə Şahid1 ifadəsinin yerində yoxlanmasını əks etdirən videoçəkilişin CD-si, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını əks etdirən videoçəkilişin CD-si, Şahid3 ifadəsinin yerində yoxlanmasını əks etdirən videoçəkilişin CD-si cinayətişində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlibilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyinedilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar- hadisə yerinə baxış zamanı götürülmüş üzərində Rəşadət Nağıyevə məxsus qan ləkələri olan bir ədəd qaşıq, 3 ədəd pambığa hopdurularaq götürülmüş Rəşadət Nağıyevə məxsus olan qan nümunələri və Rəşadət Nağıyevin meyiti daxili müayinə olunan zaman onun əynində olmuş 1 ədəd kişi finkası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan ********* saylı cinayət işi üzrə Şahid1 ifadəsinin yerində yoxlanmasını əks etdirən videoçəkilişin CD-si, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını əks etdirən videoçəkilişin CD-si, Şahid3 ifadəsinin yerində yoxlanmasını əks etdirən videoçəkilişin CD-si cinayətişində saxlanılsın. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-3/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-3/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver