Məhkəmə qərarları › İş №1(110)-3/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-3/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-3/2021 05.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1956-cı il tarixdə Quba rayon Susay kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Quba şəhəri, X20 küçəsi, ev 3 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində 21 iyul 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilən, 20 sentyabr 2021-ci il tarixdə barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilən və halhazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Quba şəhər sakini Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şərur rayon Oğuzkənd sakini Zərərçəkmiş şəxs aldadaraq, oğlu leytenant X4 erməni əsirliyində olduğunu, onun azad edilməsi üçün pul lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs 2000 (iki min) manata yaxın pulunu ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs oğlu X4 Füzulidə Horadizdə yaralandığını, onunla birlikdə 6 nəfərin olduğunu, yaralıların Füzuli rayonunda yerləşən Əhmədli kəndinə Uaz markalı avtomobillə aparılan zaman, havanın dumanlı olması səbəbindən həmin Uazın yolu azaraq ermənilərin yerləşdiyi posta tərəf getdiyini, ermənilərin həmin 6 nəfəri əsir aldıqlarını, buna baxmayaraq Əli Yüsifovu əsirlikdən azad edə biləcəyini buna görə də pul lazım olduğunu bildirərək həqiqətə uyğun olmayan məlumatlar verərək Zərərçəkmiş şəxs inandırmış, sonra Təqsirləndirilən şəxs vədinə inanan Zərərçəkmiş şəxs, 14 dekabr 2020-ci il tarixində 130 (bir yüz otuz) manat, 16 dekabr 2020-ci il tarixində 180 (bir yüz səksən) manat, 18 dekabr 2020-ci il tarixində 345 (üç yüz qırx beş) manat, 20 dekabr 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, 24 dekabr 2020-ci il tarixində 100 (bir yüz) manat və 05.01.2021-ci il tarixində 150 (bir yüz əlli) manat pul olmaqla ümumilkdə 1705 (bir min yeddi yüz beş) manat pulu Təqsirləndirilən şəxs məxsus plastik karta köçürmüşdür. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, İ Qarabağ müharibəsi dövründə 1992-ci il tarixindən 1994-cü il tarixinədək Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, oğlunu və həyat yoldaşının rəhmətə getdiyini, uzun müddət tək yaşadığını, haliyyədə Xətai rayon ərazisində balaca bir kafe işlədərək özünü dolandırdığını, 2020-ci ilin noyabr ayında facebook sosial şəbəkəsində Zərərçəkmiş şəxs adlı şəxs oğlunun itkin olduğunu, ondan xəbər ala bilmədiyini, oğlunun diri yada ölü xəbəri haqqında məlumatları olan şəxslərdən ona xəbər etməklərini paylaşmış olduğunu, eyni zamanda həmin vaxt Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsini və oğlunun şəklini də paylaşdığını, Əli Yusifovun zahirən onun mərhum oğlu Ramil Abasova çox oxşadığını, övladının 2012-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü, bunun ona çox pis təsir etdiyini, Zərərçəkmiş şəxs oğlu barədə məlumat əldə etməkdə köməklik etmək istədiyini, həmin vaxt İİ Qarabağ müharibəsinin döyüşlərinin getdiyini, özünün Beylaqan rayonunda N nömrəli hərbi hissədə olduğunu, orada işlə əlaqədar jurnalist araşdırmaları apardığını, Zərərçəkmiş şəxsla whtsappda əlaqə yaradaraq ona “sənin oğlunun tapılmasında sənə köməklik edərəm” sözlərini dediyini, sonra onun həyat yoldaşı, qaynı və oğlunun nişanlısı ilə də whatsappda əlaqə yaradaraq danışdığını, onların çox pərişan vəziyyətdə olduqlarını, onların imdad istədiklərini, həmin ailəyə kömək etmək məqsədilə bir sıra görüşlər keçirdiyini, müəyyən insanlarla əlaqə yaratdığını, həmin vaxt çoxlu miqdarda pul tələb olunduğunu, ancaq həmin vaxt maddi cəhətdən imkanının yaxşı olmadığı üçün həmin ailədən pul istədiyini, səhhətində problemlər olduğuna görə Zərərçəkmiş şəxs hansı məbləğləri nə vaxt aldığını dəqiq xatırlaya bilmədiyini, ancaq onunla əlaqədən sonra bir neçə dəfə ondan müəyyən məbləğlərdə pul istəyərək həmin məbləğləri adına olan plastik karta köçürməsini bildirdiyini, Zərərçəkmiş şəxs onun istədiyi məbləğləri adına olan plastik karta köçürdüyünü, Zərərçəkmiş şəxs tərəfindən onun adına olan plastik karta təxminən 1600-1700 manat pul köçürüldüyünü xatırladığını, Süləddin tərəfindən ayrı-ayrı vaxtlarda adına olan plastik karta köçürülən həmin məbləğləri Bakı şəhərində yerləşən bankomatlardan çəkmiş olduğunu, bütün göndərilən vəsaitləri Zərərçəkmiş şəxs oğlunun axtarışlarına sərf etmiş olduğunu, bu istiqamətdə gördüyü işlərin nəticəsində Zərərçəkmiş şəxs oğlu Əli Yusifovun itgin olmadığı, əsirlikdə olduğunun müəyyən olunduğunu, Hadrutda Əlinin komandiri olmuş polkovnik Tehran Mənsimovun ona “mən döyüşdən qayıdan zaman Əli sağ-salamat idi” sözlərini dediyini, Beylaqanda olan zaman əvvəllər Azərbaycanda yaşamış, Artur adlı erməni vətəndaşı ilə telefon əlaqəsi yaratdığını, ona X9 adında zabitin əsirlikdə olub-olmadığı barədə məlumat ötürməsini bildirdiyini, Arturun bir müddət sonra facebookda Əli Yusifovun özü və əsgərilə birlikdə çəkilmiş foto şəklini paylaşdığını, həmin foto şəkili Süləddinə göndərdiyini, Süləddinə oğlun əsirlikdədir sözlərini dediyini, Süləddinin hər dəfə oğlunun əsirlikdən xilas etməyini istədiyini, ona “çalışıram sənə köməklik edəcəm” sözlərini dediyini, sonra 2021-ci ilin yanvar ayının əvvəllərində səhhətində problemlərin yarandığını, ağ ciyərindən əməliyyat olunduğunu, ona görə də Əli Yusifovun tapılması istiqamətində əlavə hər hansı bir iş görə bilmədiyini, 20 gün sonra facebookdan Zərərçəkmiş şəxs oğlu Əli Yusifovun şəhid olmuş olduğunu öyrəndiyini, onun heç vaxt bu cür işə qol qoymadığını, hər hansı bir əsgər vəya zabiti əsirlikdən azad etmədiyini, Əli Yusifovon onun mərhum oğlu Ramil Abasova zahirən oxşadığı üçün onun Əli Yusifovu əsirlikdən azad edəcəyi barədə onun valideynlərinə və qohumlarına vəd verdiyini, Süləddindən aldığı həmin pulları oğlu Əli Yusifovun axtarışlarında xərclədiyini, Zərərçəkmiş şəxs tamamilə düz dediyini, qeyd edilən məbləğləri ona məxsus 4169 7413 7423 1890 nömrəli plastik karta köçürdüyünü, onun da həmin pulları çəkdiyini, bu işdə ona hər hansı bir şəxs vəya şəxslərin köməklik etmədiyini, Artur adlı erməni vətəndaşı ilə özümə məxsus ***- ***-**-** nömrə ilə əlaqə yaratdığını, onun istifadə etdiyi nömrəni xatırlamadığını, onun həmin şəxslə hər hansı bir münasibətinin olmadığını, Arturun harada yaşadığı barədə məlumatının olmadığını, onun həmin pulları axtarış zamanı yollarda xərclədiyini, qeyd edilən pullardan heç kimə vermədiyini, Arturun həmin şəkilləri şəxsən onunla paylaşmadığını, şəkilləri ümumilkdə sosial şəbəkə olan facebookda paylaşdığını, Əlinin nişanlısının ailəsini Əli ilə maraqlanmamaqlarını Süləddinə bildirməkdə məqsədinin Süləddini həmin ailədən pul almasına təhrik etmək olmadığını, sadəcə həmin ailənin də bu iş ilə maraqlanmasını istədiyini, əgər Əli Yusifovun ailəsindən çoxlu miqdarda pul əldə etmək niyyəti olsa idi, onda həmin ailədən kiçik məbləğlər deyil, böyük məbləğlər tələb etmiş olacağını, Zərərçəkmiş şəxs tərəfindən oğlunun axtarışları üçün ona göndərilən 1705 manat puldan heç kimə bir qəpik belə vermədiyini və yaxud da verəcəyini vəd etmədiyini, hamısını yollarda xərclədiyini, həmin pulun 300 manatını Zərərçəkmiş şəxs qaytardığını, ona olan qalan borcunu qaytarması üçün ona şərait yaradılmasını, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində oğlu X9 Azərbaycan Respublikası Beyləqan rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissəsdə zabit olaraq xidmət etdiyini, N sentyabr 2020-ci il tarixində İİ Qarabağ müharibəsi başladığını, 08 noyabr 2020-ci il tarixində ordumuzun şanlı qələbəsilə həmin müharibənin başa çatdığını, oğlu Əli Yusifovun da 2020-ci ilin sentyabrın 27-də başlayan İİ Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etdiyini, oğlunun arada onlarla mobil telefonla əlaqə saxladığını, onunla axırıncı telefon danışıqlarının 03 oktyabr 2020-ci il tarixində axşam saat 20:30 radələrində olduğunu, sonra oğlu ilə bir daha danışa bimədiklərini, bir müddət sonra oğlunun axtarışına başladığını, lakin onun axtarışlarının heç bir nəticə vermədiyini, övladının itkin düşən hərbiçilərin siyahısına əlavə edildiyini, sonra Bakıya getdiyini, Bakıda ilk öncə Müdafiə Nazirliyində, sonra isə Salyan Yataqxanasında olduğunu, Bakıdan sonra Füzuli rayonuna getdiyini, orada oğlunun şəhid olsa şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testi verdiyini, Bakıda istər Müdafiə Nazirliyində, istərsə də Ombudsman Aparatında olarkən ona oğlu Əli Yusifovun 30 oktyabr 2020-ci il tarixinədək sağ olduğu barədə məlumat verilmiş olduğunu, ancaq Müdafiə Nazirliyindən verilən arayışda isə oğlunun 04 oktyabr 2020-ci il tarixində şəhid olduğu qeyd olunduğunu, oğlunun 8 ay itkin düşmüş şəxs kimi axtarışda olduğunu, bu müddət ərzində oğlu Əli Yusifovu müxtəlif yollarla axtardığını, 10 noyabr 2020-ci il tarixində İİ Qarabağ Müharibəsi bitdikdən sonra Facebook sosial şəbəkəsində oğlunun itkin düşməsi ilə bağlı paylaşımlar etməyə başladığını, Facebook sosial şəbəkəsində mobil nömrəsini də qeyd etmiş olduğunu, həmin paylaşımdan sonra 2020-ci ilin dekabr ayında ona Whatsappdan tanımadığı nömrədən mesaj gəldiyini, həmin mesajda tanımadığı şəxsin ona sizin oğlunuzun tapılmasına kömək edə bilərəm sözlərini yazmış olduğunu, həmin şəxsdən kim olduğunu soruşduğunu, həmin şəxsin ona ”mənim kim olduğum sənə nəyinə lazımdır, Azərbaycan vətəndaşıyam, sənin oğlunun tapılmasında kömək edəcəyəm” sözlərini dediyini, həmin şəxsin 1-2 gün keçdikdən sonra oğlunun tapılması üçün 130 manat məbləğində benzin pulu istədiyini, sonra həmin pulun ona köçürülməsi üçün şəxsiyyət vəsiqəsini və kapital bankdan alınmış plastik kartın surətini onun mobil telefonuna göndərdiyini, X15 rayonundakı şöbəsinin vasitəsi ilə həmin məbləği yəni 130 (bir yüz otuz) manatı 14 dekabr 2020-ci il tarixində Təqsirləndirilən şəxs plastik kartına köçürdüyünü, 1-2 həftə sonra həmin şəxsin ona oğlunun tapdığını, Füzulidə Horadizdə yaralandığını, onunla birlikdə 6 nəfərin olduğunu, yaralıların Uaz markalı avtomobillə Füzuli rayonunda yerləşən Əhmədli kəndinə aparılan zaman, havanın dumanlı olması səbəbindən həmin Uazın yolu azaraq ermənilərin yerləşdiyi posta doğru getdiyini və ermənilərin həmin o, 6 nəfəri əsir aldıqlarını, bütün bunlara baxmayaraq oğlunu əsirlikdən xilas edəcəyini bildirdiyini, 16 dekabr 2020ci il tarixində 180 (bir yüz səksən) manat, 18 dekabr 2020-ci il tarixində 345 (üç yüz qırx beş) manat, 20 dekabr 2020-ci il tarixində 800 (səkkiz yüz) manat, 24 dekabr 2020-ci il tarixində 100 (bir yüz) manat və 05.01.2021-ci il tarixində 150 (bir yüz əlli) manat pulu Təqsirləndirilən şəxs plastik kartına köçürmüş olduğunu, bir müddət sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının onun yaşadığı evə gəldiklərini, onların Natiqin dələduzluq edərək şəhid və itkin düşən şəxslərin yaxınlarından pul aldığını, buna görə də onunla əlaqəni kəsməyini ona bildirdiklərini, sonra oğlunun şəhid olması xəbərini aldığını, bundan sonra DTX əməkdaşına oğlunun şəhid olduğunu və Natiqin isə ona məxsus pullarını aldadaraq mənimsədiyini bildirmiş olduğunu, həmin əməkdaşın ona əlindən gələn köməkliyi edəcəyini dediyini, ondan ərizə və izahat aldıqlarını, şəhid oğlunun 40 mərasiminə yaxın Baş Prokurorluqdan ona zəng etdiklərini, Natiq haqqında ondan bəzi məqamları soruşduqlarını, Natiqlə aralarında olub keçənlərin hamısını onlara danışdığını, onun Təqsirləndirilən şəxs Hacmurad oğlunu tanımadığını, onunla hər hansı bir qohumluq əlaqələrinin yoxolmadığını, onun sosial şəbəkədə oğlu ilə bağlı paylaşımlar edən zaman mobil telefon nömrəsini də qeyd etdiyini, həmin nömrə vasitəsilə Təqsirləndirilən şəxs onunla sosial şəbəkədə tanış olduğunu, onunla üz-üzə görüşmədiklərini, yuxarıda qeyd etdiyi məbləğləri müxtəlif vaxtlarda onun hesabına köçürdüyünü, həmin pulların cəmi təxminən 1705 (bir min yeddi yüz beş) manat təşkil etdiyini, Təqsirləndirilən şəxs ondan ilk dəfə benzin pulu istədiyini, onun da ona 14 dekabr 2020-ci il tarixində 130 (bir yüz otuz) manat pulu Şərur şəhərində yerləşən kapital bankın önündə olan terminaldan onun hesabına köçürdüyünü, iki gün sonra Natiqin ona watchapda yazaraq Beylaqanda olduğunu, burada hər şey baha olduğunu, ona pul göndərməyimi istədiyini, onun da 16 dekabr 2020-ci il tarixində 180 (bir yüz səksən) manat pulu eyni qaydada ona göndərdiyini, iki gün sonra Təqsirləndirilən şəxs ona oğlumu tapdığını, əsirlikdə olduğunu, ona görə də Füzuli rayonuna gedəcəyini bildirdiyini, ancaq pulunun olmadığını, ona yenə pul göndərməyimi istədiyini, onun yenə də 18 dekabr 2020-ci il tarixində 345 (üç yüz qırx beş) manat pulu Şərur şəhərində yerləşən kapital bankın önündə olan terminaldan onun hesabına köçürdüyünü, bir müddət keçdikdən sonra Natiqin ona watchapda yazaraq ona təcili 800 manat pul göndər dediyini, pulu dollara çevirib sülh məqamlılara verəcəyəni, uşağını qaytaracaqlarını, onu da özü ilə birlikdə Naxçıvana gətirəcəyini, həmin vaxt onun pulunun olmadığını, ona görə də qaynı X3 həmin məbləği borc alıb, Naxçıvan şəhərində terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus plastik karta köçürdüyünü, onun oğlundan bir xəbər çıxmadığını görüb Natiqlə əlaqə saxladığını, Natiqin ona narahat olma uşağınızı gətirəcəm dediyini, onun Natiqin bu sözünə inandığını, daha sonra Təqsirləndirilən şəxs ondan pulunun qurtardığını, ona pul lazım olduğunu bildirdiyini, onun Natiqə 24 dekabr 2020-ci il tarixində Şərur şəhərində yerləşən kapital bankın önündə olan terminaldan 100 (bir yüz) manat və 05.01.2021-ci il tarixində isə Naxçıvan şəhərində olan terminaldan 150 (bir yüz əlli) manat pulu onun hesabına köçürdüyünü həmin məbləğləri terminal vasitəsilə Təqsirləndirilən şəxs adına olan plastik karta köçürürdüyünü, onun hər dəfə Natiqə pul göndərən zaman ondan həmin pulun ona çatıbçatmadığını soruşurduğunu, o da ona pulları götürdüyünü bildirirdiyini, onun özündə müəyyən miqdarda pul olduğunu, ilk öncə həmin pulu və oğlu Əlinin maaşını Təqsirləndirilən şəxs göndərdiyini, bir müddət sonra Natiqin ondan əlavə pul göndərməyimi istədiyini, həmin vaxt özündə pul olmadığı üçün məcbur qalıb qaynı İlqar Novruzovdan borc alıb ona göndərdiyini, İlqarın özünün bunu təsdiq edə biləcəyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını,vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza verilməsini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X7 ifadəsində 1996-cı il tarixində Şərur rayon Oğuzkənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş olduğunu, bu nikahdan iki övladlarının dünyaya gəldiyini, oğlu Əli Yusifovun onun böyük uşağı olduğunu, onun hərbi litseyə daxil olmasını, oranı bitirdikdən sonra Bakıda təhsilini davam etdirib leytenant rütbəsi aldığını, 2019-cu il tarixində leytenant rütbəsi alaraq vətənin keşiyində durmağa başladığını, oğlunun zabit kimi, “N” saylı hərbi hissədə xidmət etdiyini, N sentyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlayanda Füzuli rayonundan döyüşlərə qatıldığını, müharibə zamanı onunla bir neçə dəfə əlaqə saxladıqlarını, 03 oktyabr 2020-ci il tarixdən isə onunla əlaqə kəsildiyini, atasının onu çox axtardığını, lakin oğlu ilə əlaqə yarada bilmədiklərini, müharibə qurtardıqdan yəni 10 noyabr 2020-ci il tarixindən sonra Əlinin adının itkinlər siyahısında çıxdığını, həyat yoldaşı Süləddinin xəbəri olanlardan Əlinin yerini öyrənmək məqsədilə internetdə onun şəklini paylaşdığını, bir müddətdən sonra həyat yoldaşının ona Natiq adlı şəxsin “Əlinin yerini bildiyini whatsapp”-da ona yazdığını,onların ümidləndiklərini, bir müddət sonra həmin adamın həyat yoldaşı Zərərçəkmiş şəxs oğlu Əlinin axtarışı üçün pul istədiyini, Süləddinin övladının tapılması üçün ona müxtəlif vaxtlarda 130 manat, 180 manat, 345 manat, 800 manat, 100 və 150 manat pul göndərdiyini, hətta bir dəfə Təqsirləndirilən şəxs Əlinin ermənilərdə əsir olduğunu və onu əsrlikdən qurtarmaq üçün 800 (səkkiz yüz) manat pul lazım olduğunu bildirdiyini, həmin vaxt evdə pullarının olmadığını, onların məcbur qalıb qardaşı X3 800 manat pul aldıqlarını, həmin məbləği Naxçıvan şəhərində terminaldan Natiqin hesabına köçürdüklərini, Təqsirləndirilən şəxs yalanları ilə ümüdlə yaşadıqlarını, lakin övladlarından heç bir xəbər çıxmadığını, sonra həyat yoldaşı Süləddinlə DTX-dan gələn əməkdaşların görüşdüklərini, ərizə, izahat aldıqlarını, onların həmin adam dələduzdur və onunla əlaqə saxlamayın sözlərini dediklərini, Natiqlə əlqəni kəsdiklərini, bir müddət sonra oğlunun şəhid olması xəbərini aldıqlarını, onun nəşinin 13 may 2021-ci il tarixində kəndə gətirildiyini və şəhidlər xiyabanında dəfn edildiyini, həmin adamı tanımadıqlarını, bu gün də tanımadığını, yoldaşı ilə internet vasitəsilə tanış olduğunu, onun həmin şəxslə 3 dəfə telefonda danışdığını, hər dəfə onunla danışanda onun narahat olma bu dəfə oğlunuz gələcək sözlərini dediyini, pulları olmayan vaxtı qardaşından 800 manat borc pul alıb Təqsirləndirilən şəxs göndərdiklərini,onun həmin pulların Təqsirləndirilən şəxs hesabına köçürüklməsindən xəbərinin olduğunu, Təqsirləndirilən şəxs yoldaşına və ona hər dəfə oğlunuzun yerini müəyyən etmişəm, onu əsirlikdən qurtarıb özümlə birlikdə Naxçıvana gətirəcəyəm dediyini, onların da onun bu vədlərinə inandığını, ona görə də həmin məbləğləri onun hesabına köçürdüklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X10 ifadəsində Şərur rayon Oğuzkənd sakini Zərərçəkmiş şəxs onun bacısı Bəturə Yusifovanın həyat yoldaşı olduğunu, onların Əli Yusifov adlı bir oğul övladlarının olduğunu, onların həmin uşağı çox çətinliklə böyüdüb başa çatdırmış olduqlarını, bacısı oğlu Əli Yusifovun təhsilini başa vurduqdan sonra “N” saylı hərbi hissədə zabit kimi xidmət etməyə başlamış olduğunu, N sentyabr 2021-ci il tarixində İİ Qarabağ müharibəsi başlayan zaman Əlinin də Füzuli rayonunda Azərbaycan zabiti olaraq döyüşlərə qatıldığını, müharibənin qızğın vaxtlarında Əlinin ailəsilə bir neçə dəfə telefon əlaqəsi yaratmış olduğunu, Əlinin sonuncu danışığının 03 oktyabr 2021-ci il tarixində olduğunu, sonra onunla əlaqənin kəsildiyini, buna görə də onun və Əlinin valideynlərinin narahat olmağa başladıqlarını, 10 noyabr 2021-ci il tarixində bacı oğlusu Əli Yusifovun adının itkin düşmüşlər siyahısından çıxarıldığını, Əlinin atası olan Zərərçəkmiş şəxs sosial şəbəkələrdə oğlunun şəklini paylaşaraq oğlundan xəbəri olanlardan məlumat vermələrini xahiş etdiklərini, bir müddət sonra Süləddinin ona Natiq adlı şəxslə sosial şəbəkədə tanış olmuşam, o Əlinin sağ olduğunu bildiribdir sözlərini dediyini, bundan sonra hamının, Əli ilə tezliklə görüşəcəklərinə ümüdləndiklərini, sonra onun Süləddinin Əlinin axtarışları üçün Natiq adlı şəxsə bir neçə dəfə pul göndərməsini eşitdiyini, buna görə də Natiqin nömrəsini Süləddindən alaraq onunla əlaqə saxladığını, Natiqin ona Əli sağ salamatdır ancaq əsirlikdədir sözlərini deməsini, Natiqə sən bunları haradan bilirsən sözlərini deyən zaman Natiqin ona mən kəşfiyatçıyam buna görə də məlumatım vardır sözlərini dediyini, Natiqə sən nəyə əsasən Əlinin tapılmasında köməklik edirsən sözlərini deməsini, Natiqin də ona Əli mənim rəhmətlik oğluma zahirən oxşadığı üçün onun tapılması üçün bu işə qol qoyuram sözlərini bildirdiyini, Natiqin şirin dilinə inandığını, Süləddinin ona Natiq məndən Əlinin tez bir zamanda əsirlikdən azad edilib təhvil verilməsi üçün süih məramlılara verməsi məqsədilə əlavə olaraq 800 (səkkiz yüz) manat pul istədiyini bildirdiyini, ancaq Natiqə həmin məbləği verməyə imkanının olmadığını, bir dayı kimi heç bir şey fikirləşmədən Süləddinə tez gəl bizə mən sənə həmin məbləği verəcəm apar göndər getsin Natiqə sözlərini deməsini, Süləddinin onun yaşadığı evə gəldiyini və 800 manatı ondan alıb Natiqə göndərdiyini, beləliklə təxminən 1600-1700 manata yaxın pulu Süləddinin oğlunun axtarışı üçün Natiqə göndərmiş olduğunu, bir müddət sonra Əli Yusifovun şəhid olması xəbərinin onun valideynlərinə çatdırıldığını, Əlinin nəşinin yaşadığı kəndə gətirildiyini, sonra isə Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunduğunu, həmin adamı tanımadığını, bu gün də tanımadığını, onun Süləddinə Təqsirləndirilən şəxs göndərməsi üçün 800 manat pul verdiyini, onun Süləddinə Təqsirləndirilən şəxs göndərməsi üçün 800 manat pul verdikdən sonra, Natiqin özünün ona zəng vuraraq ondan əlavə 500 dollar istədiyini, ancaq Süləddinin ona Natiq bizi aldadır ona daha pul göndərmək lazım deyil sözlərini dediyi üçün onun həmin məbləği Natiqə göndərmədiyini, Natiqin onlara Əli əsirlikdədir, onu əsirlikdən azad edib özüm kəndə gətirəcəyəm sözlərini dediyi üçün onların ona inandığını, buna görə də həmin məbləği Süləddinə verdiyini, onun Təqsirləndirilən şəxs göndərməsi üçün Zərərçəkmiş şəxs 800 manat pul verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci vərəqində olan 02 iyul 2021-ci il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, Naxçıvan Muxtar Respublikasının Prokuroru İİ dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün ərazi aidiyyəti üzrə Şərur rayon Polis şöbəsinə göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Oğuzkənd sakini X8 dələduzluq ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığı şikayət ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar omuşdur. Cinayət işinin 28-ci vərəqində olan 05 iyul 2021-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Şərur rayon Polis şöbəsinin müstəntiqi Şərur Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı X6 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrə ilə cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır. Cinayət işinin 52-ci vərəqində olan 16 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 19 iyul 2021-ci il tarixdə qərar müdafiəçinin iştirakı ilə ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 55-ci vərəqində olan 16 iyul 2021-ci il tarixli “İttiham elan edilməli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi məqsədilə tutulmuş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin 58-ci vərəqində olan 16 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 61-ci vərəqində olan 19 iyul 2021-ci il tarixli “İttiham elan edilməli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin 84-cü vərəqində olan 21 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqində olan 21 iyul 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1956-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Quba şəhəri, X19 küçəsi, ev 3-də qeydiyyatda olan, ünvan 2-də kirayə yaşayan, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-ci vərəqində olan Naxçıvan MR X2 PHŞ-nin baş həkiminin 945 nömrəli, 21 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Quba şəhəri, X19 küçəsi, ev 3-də qeydiyyatda olan, 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdən Naxçıvan MR X1 stasionar şöbəsində müayinə və müalicəyə götürülmüşdür. Cinayət işinin 113-cü vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs psixi xəstəliyin olubolmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 31.07.2021-ci il tarixli 52 saylı rəyində ********* saylı cinayət işi üzrə yoxlanılan xx.xx.1956-cı il tarixdə anadan olmuş və Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətlərinin sağlam olduğu, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs halhazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacının olmadığı müəyyən edilmişdir. Cinayət işinin 116-cı vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ambulator məhkəmə-narkoloji ekspert komissiyasının 31.07.2021-ci il tarixli 53 saylı rəyində göstərilir ki, ********* saylı cinayət işi üzrə yoxlanılan xx.xx.1956-cı il tarixdə anadan olmuş və Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs alkoqolizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan, Şərur rayon Məhkəməsinin nömrəli, 20.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şərur rayon Polis şöbəsinin 12/2536 nömrəli, 22.09.2021-ci il tarixli məktubundan görünür ki, xx xxxxx 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə saxlanılaraq Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan “Kapital Bank” Şərur filalı tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs kart hesabına 14.12.2020 - 05.01.2021-ci il tarixləri ərzində 1706 manat mədaxil olunmuşdur. Cinayət işinin 123-cü vərəqində olan vurulmuş ziyanın ödənilməsi barədə olan aktdan görününr ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 1705 manat ziyanın 300 (üç yüz) manatı ona təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Quba şəhər sakini 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, 27.06.2002-ci il tarixində Şəki rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə 4 il müddətinə, 11.09.2013-cü tarixində isə Xaçmaz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4.-cü maddələrilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin 105-ci vərəqində olan Şərur Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 45/39 nömrəli, 29.07.2021-ci il tarixli Tibbi arayışdan görünür ki, Quba şəhəri, X19 küçəsi, ev 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 21.07.2021-ci il tarixdə Şərur RMX-da müayinə olunmuş, ona “Ağciyərin keçirilmiş iltahabı xəstəliyindən sonrakı spontantoraksdan” diaqnozu qoyulmuş, müayinə zamanı ssağ döş qəfəsi nahiyyəsində aparılmış cərrahi əməliyyatdan sonrakı çapıq nahiyyələri aşkarlanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxsin izahatını, şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü tam təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etməklə, onun 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs”19 iyul” 2021-ci” il tarixdən” 21 iyul” 2021-ci” il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il”müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç)” il”11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 20 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə istintaqı başlananadək zərər çəkmiş Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində ona vurulmuş maddi ziyanın, yəni 1405.0 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı qəbul edərək, zərər çəkmiş Zərərçəkmiş şəxs borclu olduğu 1405.0 manat məbləğində pulun ona qaytarması üçün ona şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs 1405.0 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; - 179.2-ci maddəsinə əsasən, Mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; - 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda; - 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə”baxışında cinayət prosesi tərəflərinin çıxışı”başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; - 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi tam təmin olunmalı cinayət əməli nəticəsində 1405.0 manat təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi sübut kimi tanınmış 02 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs”19 iyul” 2021-ci” il tarixdən” 21 iyul” 2021-ci” il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il” müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç)” il” 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 1405 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Maddi sübut kimi tanınmış 02 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar