Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-3/2022 09.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Naxçıvan MR,Şərur rayonunun Məmmədsabir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, iki uşaq atası, işsiz, Şərur rayonunun Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda olan və yaşayan, 14 aprel 2022-ci il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 06 avqust 2019-cu il tarixdən hesablanmaqla, hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimenti 12 fevral 2012-ci il tarixdə doğulmuş X4 və 16 may 2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları Zərərçəkmiş şəxs ödəməli olduğu 5900 (beş min doqquz yüz) manat aliment borcunu ödəməyərək, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs 5900 (beş min doqquz yüz) manat maddi ziyan vurmaqla, Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli qətnaməsinin Şərur rayonu Məmmədsabir kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra etməməsi barədə Şərur Rayon İcrа və Probasiya Şöbəsi 05 aprel 2022-ci il tarixdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatla müraciət etmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla, 14 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək qərar icra edilməsi üçün Şərur Rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun öz ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları ilə aşağıdakı qaydada sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 17 oktyabr 2010-cu ildə ailə həyatı qurduğunu, 2012-ci il tarixdə isə Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə nigah bağladıqlarını, ailə qurduqdan sonra ailə münasibətlərinin normal olduğunu, nikahlarından 12 fevral 2012-ci il tarixdə X8, 16 may 2014-cü il tarixdə isə X7 doğulduğunu, məlum olmayan səbəbdən 2019-cu ilin yay aylarında yoldaşının uşaqları da götürüb evdən çıxaraq, Bakı şəhərində yaşayan bacısının yanına getdiyini, Bakı şəhərinə getdikdən sonra yoldaşının ondan ayrılmaq qərarına gəldiyini, 2019-cu ilin avqust ayında anasının evinə qayıdaraq, Şərur Rayon Məhkəməsində aralarında bağlanmış nigahın pozulması və sabit pul məbləğində bir uşaq üçün 160 ( bir yüz altmış) manat olmaqla iki uşağa 320 (üç yüz iyirmi) manat aliment təyin edilməsi barədə iddia qaldırdığnı, bu barədə Şərur Rayon Məhkəməsindən ona bildiriş gələrkən məlumatı olduğunu, Şərur Rayon Məhkəməsində bir neçə dəfə məhkəmə iclaslarında iştirak etdiyini, məhkəmə iclaslarında arvadı Çimnazdan ayrılmaq istəmədiyini bildirməsinə baxmayaraq Şərur Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixdə arvadı X9 ilə aralarında bağlanmış nikahın pozulması və hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün uşaqların anası Çimnaza ödənilməsi barədə qətnamə qəbul etdiyini, ondan sonra Şərur Rayon İcra və Probasiya şöbəsindən ünvanına alimentin 10 (on) gün müddətində könüllü ödənilməsi barədə bildiriş gəldiyini, könüllü icra müddətində maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyini, icra məmuru Xaliq müəllimin ona zəng edib şöbəyə dəvət edərək, alimentin 06 avqust 2019-cu il tarixdən hesablandığı üşün aliment borcunun yarandığını və onu tezliklə ödəməsini, Xaliq müəllimə işsiz olduğunu, aliment borcunu ödəməyə maddi imkanının olmadığını, lakin ailəsi ilə barışaraq uşaqlarına baxmaq istədiyini, yoldaşının onun spirtli içkiyə meyilli olması haqqında söylədiyi fikirlərin əsassız olduğunu, içkili olduğu zaman yoldaşını döymədiyini, uşaqlarını döydüyünə görə onu döydüyünü, yoldaşının və uşaqlarının ondan ayrı yaşadığı müddətdə uşaqları ilə maraqlanıb, onların ehtiyaclarını ödəməyə çalışdığını, aliment borcu olduğu üçün ölkədən getmək hüququnun məhdudlaşdırıldığına görə işləmək üçün Türkiyə Respublikasına gedə bilmədiyini, məhkəmənin müəyyən etdiyi alimenti vaxtında və tam şəkildə ödəyə bilmədiyini, aliment borcunun yarandığını, icra məmurunun onu icra şöbəsinə dəvət edərək, aliment borcunu ödəmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyi barədə yazılı qaydada xəbərdarlıq etdiyini, icra məmuru Arif müəllimə və məhkəməyə aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirdiyini, buna baxmayaraq Şərur Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixdə onu 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs etdiyini, inzibati məsuliyyətə cəlb edidikdən sonra aliment borcunun ödənilməsi üçün səy göstərərək, 2021-ci ilin sentyabr ayında yaranmış aliment borcundan 100 (bir yüz) manat ödədiyni, ondan sonra maddi imkanı olmadığı üçün aliment borcu üzrə ödəniş edə bilmədiyini, 2022-ci il fevral və mart aylarında 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment ödədiyini, haliyədə uşaqların saxlanması üçün ayda 100 (bir yüz) manat ödəməyə imkanı çatdığını, artıq aliment ödəməyə maddi imkanının omadığını, özünün maddi təlabatını isə qardaşına məxsus olan heyvanları otararaq və hərdən kənd camaatının həyətində işləyərək orta hesabla ayda qazandığı 150 (yüz əlli) manat pulla ödədiyini, uşaqlarının saxlanması üçün müəyyən edilən alimenti vaxtında ödəməyərək uşaqlarının maddi çətinliklər çəkdiyini dərk etdiyini, lakin uşaqlarının maddi təlabatını ödəməyə çalışsa da daimi iş yeri olmadığından alimenti tam şəkildə ödəyə bilmədiyini, zərər çəkmiş Zərərçəkmiş şəxs uşaqların saxlanması üçün 2020-2022-ci illər ərzində cəmi 500 (beş yüz) manat məbləğində aliment ödədiyini, hal-hazırda Zərərçəkmiş şəxs uşaqların saxlanması üçün 5900 (beş min doqquz yüz) manat aliment borcu yarandığını, yaramış aliment borcunun istintaq dövrü qohuməqrabasının köməklik etdiyi halda ödəyə biləcəyini, əməlindən peşman olduğunu, bundan sonrakı bütün aliment borclarını vaxtı-vaxtında ödəyəcəyinə söz verdiyini bildirərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 17 oktyabr 2010-cu ildə ailə həyatı qurduğunu, nikahlarının isə 2012-ci il tarixdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlandığını, nikahlarından 12 fevral 2012-ci il tarixdə X8, 16 may 2014-cü il tarixdə isə X7 doğulduğunu, ailə münasibətlərinin yaxşı olmadığını, ərinin sipirtli içkiyə meyilli olduğunu, spirtli içki qəbul etdikdən sonra ona və uşaqlarına yaxşı davranmadığını, spirtli içki qəbul etdiyi zaman dəfələrlə onu döyübincidib nalayiq sözlərlə təhqir edərək evdən qovduğunu, evli olduğu müddətin çoxunu anasının evində yaşadığını, ailəsinin dağılmaması üçün çox çalışsa da onun mümkün olmadığını görüb 2019-cu ildə yay aylarında uşaqları ilə birlikdə evi tərk edərək Bakı şəhərində yaşayan bacısının yanına getdiyini, Təqsirləndirilən şəxs həmin tarixdən ayrı yaşadığını, Bakı şəhərinə getdikdən sonra ondan ayrılmaq qərarına gəldiyi üçün anası evinə qayıdaraq 2019-cu ilin avqust ayında Şərur Rayon Məhkəməsində Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış nikahın pozulması və sabit pul məbləğində bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla iki uşağa 320 (üç yüz iyirmi) manat aliment təyin edilməsi barədə iddia qaldırdığını, Şərur Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixdə iddiasını qismən təmin edərək Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış nikahın pozulması və hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə qəbul etdiyini, uşaqların saxlanması üçün müəyyən edilən alimenti Təqsirləndirilən şəxs 2019-cu ildən vaxtı-vaxtında və tam şəkildə ödəmədiyini, borclunun alimenti ödəməməsinə işsiz olduğunu və maddi imkanının olmadığını səbəb göstərdiyini, ayrı yaşadıqları müddətdə bir dəfə də olsun uşaqlar ilə maraqlanmadığını, Şərur Rayon Məhkəməsinin 23.01.2020ci il tarixli icra vərəqəsinin Şərur Rayon İcra və Probasiya şöbəsinəsinin icra məmuru Xaliq Bağırovun icraatında olduğunu, icra vərəqəsinin icra edilməməsi ilə bağlı icra məmuru Xaliq Bağırova dəfələrlə müraciət etdiyini, Xaliq müəllimin dəfələlə onu qəbul edərək borclunu dəfələrlə şöbəyə dəvət edib söhbətlər apardığını, lakin borclunun işləmədiyini və maddi imkanının olmadığına görə aliment borcunu ödəmədiyini, alimentin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlə görüləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün 06 iyu1 2021-ci il tarixdə inzibati qaydada 20 (iyirmi) gün müddətinə inzibati həbs edildiyi barədə icra məmuru tətəfindən ona məlumat verildiyini, borclunun inzibati həbs edilənədək ona cəmi 200 ( iki yüz) manat aliment ödədiyini və inzibati qaydada həbs edilərkən ona 3400 (üç min dörd yüz) manat aliment borcu olduğunu, borclunun inzibati həbs edildikdən sonra sentyabr ayında cəmi 100 (bir yüz) manat aliment borcu üzrə ödəniş etdiyini, 2022-ci ilin fevral-mart aylarında hərdən 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment ödədiyini, Təqsirləndirilən şəxs 2020-2022-ci illər ərzində uşaqların saxlanması üçün müəyyən edilən alimentdən ümumilikdə cəmi 500 manat (beş yüz) aliment ödədiyini, hal-hazırda isə 5900 (beş min doqquz yüz) manat aliment borcu olduğunu, aliment borcunu tam şəkildə tələb etdiyini, aliment borcunu ödəmədiyi təqdirdə barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi əvəzi X17 ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsinin 27 yanvar 2020-ci il tarixdə Şərur Rayon İcra və Probasiya şöbəsinə daxil olduğunu, həmin tarixdə Sədərək Rayon İcra və Probasiya bölməsinin rəisi əvəzi vəzifəsində işlədiyini, icra işi ilə 12 oktyabr 2020-ci il tarixdə Şərurur Rayon İcra və Probasiya şöbəsinə rəis əvəzi təyin edildikdən sonra tanış olduğunu, icra işinin şöbənin icra məmuru Xaliq Bağırovun icraatında olduğunu, icra işinin icra vəziyyəti ilə maraqlanarkən Şəruru rayonunun Məmmədsabir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 06 avqust 2019-cu il tarixdən hesablanmaqla 12 fevral 2012-ci il tarixdə doğulmuş X4 və 16 may 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat omaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsinin qət edildiyini, borclu şəxs barəsində bütün məcburi icra tədbirləri görülsə də Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə müəyyən edilən aliment üzrə 2020-ci il ərzində cəmi 100 (bir yüz) manat ödədiyini, ona görə də borclu Təqsirləndirilən şəxs icra məmuru ilə birlikdə qəbul edib, yaranmış aliment borcunu ödəməsini, ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdarlıq etdiyini, borclunun tezliklə işə düzəlib aliment borcunu ödəyəcəyini bildirdiyini, lakin alimentin ödənilməsi üçün heç bir səy göstərmədiyini, borclunu yenidən icra məmurunun iştirakı ilə qəbul edib qanunvericiliyin tələblərini izah etdiyini, borclu ilə aparılan maarifləndirici söhbətlər nəticə vermədiyini, borclunun ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslı şübhələrin olduğunu nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şərur Rayon Məhkəməsinə təqdimat verilməsi barədə icra məmuruna tapşırıq verdiyini, icra məmurunun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul etdiyini, borclunun bu tədbirdən də nəticə çıxarmayaraq, uşaqların saxlanması üçün müəyyən olunan alimenti ödəməyərək icra vərəqəsinin icrasından yayındığını, icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Şərur Rayon Məhkəməsinə verildiyini, Şərur Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirli bilərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs etdiyini, borcluya inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment borcunu ödəməsi üçün müddət verildiyini, borclunun 2021-ci ilin sentyabr ayında yaranmış aliment borcu üzrə cəmi 100 (bir yüz) manat ödədiyini, növbəti aylarda aliment üzrə ödəniş etməyərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyini, borcluya dəfələrlə aliment borcunu ödəməsi üçün müddət verilməsinə baxmayaraq 2022-ci ilin fevral ayında aliment borcu üzrə 100 (bir yüz) manat ödədiyini, borclunu 01 mart 2022-ci il tarixdə şöbəyə dəvət edib, barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə yazılı xəbərdarlıq edildiyini, borclunun yazılı xəbərdarlıq edildikdən sonra 11 mart 2022-ci il tarixdə yaranmış aliment borcundan cəmi 100 (bir yüz) manat ödədiyini, borclu Təqsirləndirilən şəxs 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsi üzrə 2020-2022-ci illər ərzində cəmi 500 (beş yüz) manat aliment ödədiyini, zərər çəkmiş Zərərçəkmiş şəxs 5900 (beş min doqquz yüz) manat aliment borcu yarandığını, icra məmuru Xaliq Bağırovun 01 aprel 2022-ci il tarixdən əmək məzuniyyətinə getdiyi üçün borclu Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatın şöbənin icra məmuru Arif Əliyev tərəfindən hazırlanaraq təsdiq edilməsi üçün ona təqdim edildiyini, cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatı 05 aprel 2022-ci il tarixdə təsdiq edərək, 15607/2020-93-3 nömrəli icra işinin materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinə göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 verdiyi ifadəsində Şərur Rayon Məhkəməsinin 2 (110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsinin 27 yanvar 2020-ci il tarixdə Şəruru Rayon İcra və Probasiya şöbəsinə daxil olduğunu, icra vərəqəsinin həmin tarixdə şöbənin rəisi Teymur Nəzərov tərəfindən icraatına verildiyini, icra vərəqəsində Şərur rayonunun Məmmədsabir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 06 avqust 2019-cu il tarixdən hesablanmaqla 12 fevral 2012-ci il tarixdə doğulmuş X4 və 16 may 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat omaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsinin qət edildiyini, 28 yanvar 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 (on) gün müddətində könüllü icrası üçün borclunun ünvanına bildiriş göndərdiyini, boclunun verilmiş könüllü icra müddətində icra vərəqəsi üzrə müəyyən edilən alimenti ödəməyərək Şərur Rayon Məhkəməsinin 2 (110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etmədiyini, borclunun işsiz olduğunu, gəlir əldə etmək üçün iş tapa bilmədiyini və maddi imkanının olmadığını səbəb göstərdiyini, icra vərəqəsinin icra edilməsi üçün səy göstərmədiyini, ona görə də borclunun əmlakının, gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti dövlət orqanlarına sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin verdiyi cavabda borclu Təqsirləndirilən şəxs da daxil olmaqla ailə başçısı X12 olmaqla 7 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətində Şərur rayon Məmmədsabir kəndində 2065.71 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payından başqa heç bir əmlak və gəlirlərinin müəyyən edilmədiyini, birgə mülkiyyətdə olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan borcun borclunun birgə mülkiyyətdə olan torpaq payına yönəldilməsinin mümkün olmadığını, borclunun adına borcu yönəldə biləcək əmlakın və adına banklarda əmanətlərin olmamasına görə onun barəsində heç bir məcburi icra tədbirləri görə bilmədiyini, borclunu şöbəyə dəvət edib borcunu ödəməsini, ödəmədiyi halda onun barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə yazılı qaydada xəbərdarlıq etdiyini, borclunun yazılı xəbərdarlıqlardan sonra 2020-ci il ərzində bir dəfə sentyabr ayında cəmi 100 (bir yüz) manat aliment ödədiyini, sonrakı aylarda aliment üzrə ödəniş aparmadığını, borclunun ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslar olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şərur Rayon Məhkəməsinə 11.12.2020-ci il tarixdə təqdimat verdiyini, Şərur Rayon Məhkəməsinin 29.12.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxsh Əli oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, icra tədbirindən sonra borclunun 2021-ci ildə aliment borcu üzrə 100 (bir yüz) manat ödədiyini, sonradan borclunun yaranmış aliment borcu üzrə ödənişlər etməkdən yayınaraq icra vərəqəsinin icrasından yayındığını, borclunu yenidən şöbəyə dəvət edib, aliment borcunu ödəməsini, ödəmədiyi halda onun barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə xəbərdarlıq edib, borcunu ödəməsi üçün ona yenidən müddət verdiyini, borclunun verilən müddət ərzində aliment borcunu ödəməyərək, onun qanuni tələblərini icra etmədiyini, 01 iyul 2021ci ildə əmək məzuniyyətinə getdiyi üçün icra işini şöbənin icra məmuru Arif Əliyevə təhfil verdiyini, icra işinin Arif Əliyevin icraatında olduğu müddətdə də borclunun icra vərəqəsini icra etməyərək icra məmurunun qanuni tələblərini icra etmədiyini, borclunun Şərur Rayon Məhkəməsinin 3(110)- 49/2021 nömrəli 06 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edildiyini, borcluya inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment borcunu ödəməsi üçün müddət verildiyini, borclunun sentyabr ayında aliment borcu üzrə cəmi 100 (bir yüz) manat ödəniş apardığını, sonrakı aylarda ödəniş aparmadığını, yeddi ay sonra 03 fevral 2022-ci il tarixdə cəmi 100 (bir yüz) manat aliment borcu üzrə ödəniş apardığını, borclunu 01 mart 2022-ci il tarixdə şöbəyə dəvət edib yaranmış 5800 (beş min səkkiz yüz) manat aliment borcunu ödəməsini, ödəmədiyi təqdirdə barəsində cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə yazılı qaydada xəbərdarlıq etdiyini, borclunun yaranmış 5800 (beş min səkkiz yüz) manat aliment borcunu 11 mart 2022-ci il tarixdə ödəyəcəyini bildirsə də 18 mart 2022-ci il tarixdə aliment borcu üzrə cəmi 100 (bir yüz) manat ödəniş etdiyini, 01 aprel 2022-ci il tarixdən əmək məzuniyyətinə buraxıldığı üçün icraatında olan icra işlərini akt tərtib etməklə şöbənin icra məmurur Arif Əliyevin icraatına verdiyini, ona görə də borclu Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatın Arif Əliyev tərəfindən hazırlandığını, borclu Təqsirləndirilən şəxs 2 (110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcundan cəmi 500 (beş yüz) manat aliment ödədiyini, haliyədə may, iyun aylarınıda nəzərə alsaq Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 6300 (altı min üç yüz) manat aliment borcu yarandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X27 verdiyi ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsi ilə şöbənin icra məmuru Xaliq Bağırov 2021-ci ilin iyul ayında əmək məzuniyyətinə getdiyi vaxt icra işinin onun icraatına verildiyi vaxt tanış olduğunu, icra işinin icra vəziyyəti ilə maraqlanarkən borclu Təqsirləndirilən şəxs 3200 (üç min iki yüz) manat aliment borcu olduğunu, bu barədə şöbənin rəis əvəzi Vüqar Həsənova məlumat verdiyini, Vüqar Həsənovun borclu barəsində bütün məcbiri icra tədbirlərinin görüldüyünü, lakin borclunun aliment borcunu ödəməyərək Şərur Rayon Məhkəməsinin 2 (110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etmədiyini bildirdiyini, borclunu şöbəyə dəvət edib Vüqar müəllimlə birlikdə qəbul etdiyini, alimentin ödənilməmə səbəbini öyrəndiyini, borclunun işləmədiyini və aliment borcunu ödəməyə maddi imkanının olmadığını əsas gətirdiyini, borcluya alimenti ödəməsini, ödəmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdarlıq etdiyini, borclunun tezliklə işə düzələcəyini və aliment borcunu ödəyəcəyini bildirsə də alimentin ödənilməsi üçün heç bir səy göstərmədiyini, borclunu aliment borcunu ödəmədiyi halda barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdar etdiyini, xəbərdarlıq edildikdən sonra da borclunun aliment borcunu ödəməyərək onun qanuni tələblərini icra etmədiyini, borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Şərur Rayon Məhkəməsinə təqdim etdiyini, Şərur Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edildiyini, borcluya inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment borcunu ödəməsi üçün müddət verdiyini, ondan sonra icra məmuru Xaliq Bağırov əmək məzuniyyətindən qayıtdığı üçün icra işini ona təhvil verdiyini, borclunun inzibati məsuliyyətə cəlb edildikdən sonra 2021-ci ilin sentyabr ayında yaranmış aliment borcundan cəmi 100 (bir yüz) manat ödədiyini, 15607/2020-93-3 nömrəli icra işinin icra məmuru Xaliq Bağırov 01 aprel 2022-ci il tarixdən əmək məzuniyyətində olduğu üçün onun icraatına verildiyini, iş materiallarında borclu Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə icra məmuru Xaliq Bağırov tərəfindən yaranmış 5800 (beş min səkkiz yüz) manat aliment borcunu ödəməsi barədə yazılı qaydada xəbərdarlıq edildiyini, borclunun yaranmış 5800 (beş min səkkiz yüz) manat aliment borcunu 11.03.2022-ci il tarixdə ödəyəcəyi barədə izahat versə də 18 mart 2022-ci il tarixdə aliment borcu üzrə cəmi 100 (bir yüz) manat aliment ödədiyini, borclu Təqsirləndirilən şəxs işlətdiyi 060 *** ** ** nömrəli mobil telefona zəng edərək onun barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat verəcəyini bildirib şöbəyə dəvət etdiyini, borclunun çağırışına əməl etməyərək şöbəyə gəlmədiyini, borclu Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs 2(110)- 15/2020 nömrəli 23 may 2020-ci il tarixli icra vərəqəsi üzrə 2020-2022-ci illər ərzində cəmi 500 (beş yüz) manat aliment ödədiyini, aprel ayıda daxil olmaqla 5900 (beş min doqquz yüz) manat aliment borcu yarandığını, borclu Təqsirləndirilən şəxs barəsində 05.04.2022-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat hazırlayaraq təsdiq edilməsi üçün şöbənin rəisi əvəzi Vüqar Həsənova təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sədərək rayon İcra və Probasiya bölməsinin rəisi əvəzi X13 verdiyi ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli icra vərəqəsinin 27 yanvar 2020-ci il tarixdə Şərur Rayon İcra və Probasiya şöbəsinə daxil olduğunu, icra vərəqəsində Şərur rayonunun Məmmədsabir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 06 avqustn 2019-cu il tarixdən hesablanmaqla 12 fevral 2012-ci il tarixdə doğulmuş X4 və 16 may 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat omaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsinin qət edildiyini, icra vərəqəsinin “İcra Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olduğu üçün icraata qəbul edərək şöbənin iş bölgüsünə uyğun olaraq icra edilməsi üçün şöbənin icra məmuru X10 icraatına verdiyini, icra məmurunun 28 yanvar 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, tələbin 10 (on) gün müddətində könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana bildiriş göndərdiyini, borclunun könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyi üçün icra məmuru tərəfindən şöbəyə dəvət edildiyini, borclunu icra məmuru ilə birlikdə qəbul edərək, alimentin 2019-cu ilin avqust ayından hesblandığı üçün borcunun yarandığını, ona görə də aliment üzrə ödənişlər aparmasını bildirdiyini, borclunun işləmədiyini, aliment borcunu ödəməyə maddi imkanı olmadığını, işə düzəlib yaranmış aliment borcunu ödəyəcəyini bildirsə də aliment borcunu ödəməsi üçün səy göstəmədiyini, borclunu yenidən şöbəyə dəvət edərək,icra məmurunun iştirakı ilə qəbul edib aliment borcunu ödəməsini, ödəmədiyi halda barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə yazılı xəbərdarlıq edilərək aliment borcunu ödəməsi üçün müddət verildiyini, borclunun 2020-ci il ərzində bir dəfə sentyabr ayında cəmi 100 (bir yüz) manat aliment üzrə ödəniş apardığını, sonradan aliment borcu üzrə ödəniş aparmadığı üçün borclu barəsində məcburi icra tədbirləri görülməsi üçün icra məmuruna tapşırıqlar verdiyini, icra məmurunun borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti dövlət orqanlarına sorgular verdiyini, borclu Təqsirləndirilən şəxs ailə başçısı X12 olmaqla 7 nəfərdən ibarət ailə üzvülərinin birgə mülkiyyətinə olan JN-117 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayon Məmmədsabir kəndində yerləşən 2065.71 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən olan paydan başqa digər əmlakı, gəlirləri, banklarda əmanətlərinin olmamasının müəyyən edildiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan aliment borcunun borclunun torpaq sahəsində olan paya yönəldilməsinin mümkün olmadığını, icra vərəqəsinin icra edilməsi üçün borclunu işlə təmin edərək borcun əmək haqqına yönəldilməsinə çalışsalar da borclunun təklif edilən işlərdən yayınaraq, işləmək istəmədiyini, aliment borcunu qərəzli olaraq ödəmədiyini, borclunun inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sənədləşmələr aparıldığını, lakin 12 oktyabr 2020-ci il tarixdə xidməti yerdəyişmə olduğu üçün Sədərək rayon İcra və Probasiya bölməsinə rəis əvəzi təyin edildiyini, ona görə də borclunun inzibati məsuliyyətə cəlb edilməsini təmin edə bilmədiyini, Sədərək rayon İcra və Probasiya bölməsinə rəis əvəzi təyin edilərkən borclu Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs təqribən 3000 (üç min) manata yaxın aliment borcu yarandığını, haliyədə Sədərək rayon İcra və Probasiya bölməsininin rəis əvəzi vəzifəsində işlədiyi üçün icra vərəqəsinin icrası barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci vərəqində olan 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 9-cu vərəqində olan materialdan görünür ki, Cinayət işinin başlanmasına əsas Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X21 təqdimatı omuşdur. Cinayət işinin 12-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(110)-15/2020 saylı qətnamənin surətindən görünür ki, iddiaçı X14 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairə üzrə nümayəndəlikdə 17 oktyabr 2012-ci il tarixli 03 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş övladları - 12 fevral 2012-ci il təvəllüdlü X8 və 16 may 2014-cü il təvəllüdlü X16 anaları iddiaçı X5 yanında saxlanılmış, 06 avqust 2019-cu il tarixdən hesablanmaqla cavabdeh Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, 12 fevral 2012-ci il təvəllüdlü X4 və 16 may 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları - iddiaçı X6 ödənilməsi qət edilmişdir. Cinayət işinin 16 vərəqində olan 23.01.2020-ci il tarixli 2(110)-15/2020 nömrəli İcra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(110)-15/2020 saylı qətnaməsi icra olunması üçün göndərilmişdir. Cinayət işinin 21-ci vərəqində olan icraata başlamaq qərarın surətindən görünür ki, Şərur rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 tərəfindən Şərur Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(110)-15/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 37-ci vərəqində olan Şərur rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 8(110)-89/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 42-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 09 mart 2021-ci il tarixli, 157 nömrəli məktubundan görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs04.11.2013-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozğunluğu, asıllıq sindromu”diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda dayanır. Cinayət işinin 51-ci vərəqində olan 06 iyul 2021-ci il tarixli, 3(110)-49/2021 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 53-cü vərəqində olan alimentin alınması haqqında qəbzlərdən görünür ki, X14 03.02.2022-ci il tarixdə 100 (bir yüz) manat və 18.03.2022-ci il tarixdə 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat aliment pul vəsaitini Şərur rayon İcra və Probasiya Şöbəsindən imza etməklə götürmüşdür. Cinayət işinin 95-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, 1982-ci il təvəllüdlü Şərur rayon Məmmədsabir kənd sakini Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 96-cı vərəqində olan 13 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 117-ci vərəqində olan 14 aprel 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqda qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar icra edilməsi üçün Şərur rayon Polis Şöbəsinə göndərilmişdir Cinayət işinin 126-cı vərəqində olan Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 93 nömrəli arayışdan görünür ki, Şərur Təqsirləndirilən şəxs Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatdadaynır. Cinayət işinin 128-ci vərəqində olan Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Məmmədsabir kəndində doğulmuş, haliyədə həmin kənddə yaşayır, kənd ərazisində yaşadığı müddətdə kənd sakinləri arasında heç bir münaqişənin qeydə alınmadığı, haliyədə qardaşı ilə yaşadığı və içki aludəçisidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin etirafedici izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, onun Şərur Rayon Məhkəməsinin 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülki-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla qətnamənin icra olunmasına yönəlmiş hər hansı bir hərəkət etməməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şərur Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(110)-15/2020 nömrəli 23 yanvar 2020-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Ona görədə onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etməklə, onun 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və barəsində “həbs" növündə qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 60 saat hüquqi yardım göstərmişdir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs" növündə qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-3/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-3/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver