Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-3/2023 19.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şərur şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur şəhər Nizami küçəsi 07, mənzil 9-da qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Şərur şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şərur şəhər N.Nərimanov küçəsi 07 mənzil 03-də qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, onlar 20 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamaq məqsədilə ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin strukturna daxil olan X24 sexinə qanunsuz daxil olaraq orada olan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 01 ədəd elektrik tənzimləyicinin mis metaldan ibarət hissələrini sökərək gizli yolla talayaraq ümumilikdə 1910.00 (bir min doqquz yüz on) manat maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü tam təqsirli bildiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, İİİ qrup əlil olduğunu, əlilliyinə görə 120 manat təqaüd aldığını, əvvəlcədən tanıdığı X3 onun mobil telefonuna zəng vuraraq ona radio zavodun həyətində köhnə aparatlar olduğunu, həmin aparatlarda olan mis detalları sökmək üçün həmin zavodun həyətində onu gözlədiyini bildirdiyini, həmin vaxt Şərur şəhərində yerləşən Yengicə avtovağzalı adlanan yerdə olduğunu, orada olan zaman əvvəlcədən tanıdığı Şərur şəhər sakini Təqsirləndirilən şəxs2 gördüyünü, onunla söhbət edən zaman Mahmudun ona Ələsgərin radio zavodun həyətində köhnə aparatların olduğunu və həmin aparatlarda olan mis detalları sökmək üçün həmin ünvana çağırdığını bildirdiyini, Təqsirləndirilən şəxs2 Ələsgərin onu da həmin ünvana çağırdığını bildirdiyini, hər ikisinin radio zavodun həyətinə getdiklərini, zavodun həyətində olan sexin arxa hissəsinə keçdiklərini, orada taxtadan bir qapının olduğunu, həmin qapının açıq olduğunu, qapıdan içəri daxil olduqda Ələsgər Musayevin sexin içərisində olduğunu gördüklərini, Ələsgərin onlara içəridə olan bir neçə avadanlığı göstərərək həmin avadanlıqda olan misdən ibarət detalları sökəcəklərini bildirdiyini, sexdə olan bütün avadanlıqları nəzərdən keçirdiklərini, sonra adlarını bilmədiyi iki avadanlıqda olan misdən ibarət hissələri Ələsgərin özü ilə hadisə yerinə gətirdiyi alətlər ilə yəni avtyorka, kəlbətin və qayka açan açarlarla söküb bir kisəyə yığdıqlarını, sonra həmin ünvandan çıxaraq Ələsgər Musayevin yaşadığı evə getdiklərini, həmin kisəni yaşadığı evin həyətində saxladıqlarını, sabahı günü saat təxminən 11:00 radələrində Ələsgərgilin məhəlləsində Təqsirləndirilən şəxs2 və Ələsgər Musayev ilə yenidən görüşdüyünü, Ələsgərin taksi çağırdığını, sürücüsünü tanımadığı “Qaz 3110” markalı bir avtomobil gəldiyini, Ələsgərin sexdən oğurladıqları hissələri həmin avtomobilin yük hissəsinə yüklədiyini, sonra hər üçünün həmin avtomobillə Şərur rayon Maxta kəndinin yuxarısında yerləşən zibilxanaya getdiklərini, ora çatdıqdan sonra Ələsgərin sürücüyə 6 manat pul verib sürücünü yola saldıqlarını, həmin yerdə Ələsgər Musayevin özü ilə gətirdiyi alətlərlə oğurladığı hissələri sökməyə başladıqlarını, işlərini qurtardıqdan sonra Ələsgərin kiməsə zəng vuraraq onda dəmir, alüminium və mis adlı metalların olduğunu, həmin metalları satmaq istədiyini bildirdiyini, sonra zibilxanada olan zaman iki nəfər tanımadığı şəxsin onların yanına gəldiklərini, Ələsgərin qeyd olunan metalları həmin şəxslərə 240 (iki yüz qırx) manata satdığını, sonra həmin məbləği üçünün arasında böldüklərini, hər birinə 80 (səksən) manat pul çatdığını, sonra həmin yerdən uzaqlaşaraq birbaşa Şərur şəhərində yerləşən ət bazarının altında olan yeməkxanaya gedib orada pivə içdiklərini, ancaq nə qədər pul xərclədiklərini xatırlaya bilmədiklərini, pivə içdikdən sonra uşaqlardan ayrılıb evə getdiyini, Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıdığını, X6 isə təxminən 6-7 ildir ki, tanıdığını, onunla Şərur şəhərində olan zaman tanış olduğunu, X24 direktoru vəzifəsində işləyən X4 tanımadığını, pul əldə etmək məqsədilə zovoddan oğurluq etmək qərarına gəldiyini, həmin zavoddan oğurluq etmək təklifini Ələsgər Musayevin verdiyini, Ələsgərin onu və Mahmudu məhs həmin sexdən oğurluq etmək məqsədilə yanına çağırdığını, oğurluğu edən zaman avtyorka, kəlbətin və qayka açan açarlardan istifadə etdiklərini, həmin alətlərin də hamısını Ələsgər Musayevin hadisə yerinə gətirdiyini, oğurladıqları hissələri aparıb Şərur rayon Maxta kəndinin yuxarısında yerləşən zibilxanada yandırdıqdan sonra 36 kilo mis metalı əldə etdiklərini, mis metalını da kilosunu 6 manatdan, Ələsgərin özü ilə gətirdiyi digər dəmir və alimunium adlı metallarla birlikdə metal alqısatqısı ilə məşğul olan Şərur rayon Maxta kənd sakini X1 işçilərinə 240 (iki yüz qırx) manata satdıqlarını və əldə olunan həmin məbləği öz aralarında bölüşdürdüklərini, hər biri 80 (səksən) manat pul əldə etdiyini, Ələsgər Msayevin taksi kimi çağırdı, “Qaz 3110” markalı avtomobilin dövlət qeydiyyat nömrəsini və sürücüsünün kim olduğunu bilmədiyini, həmin avtomobilin sürücünün onların əməlindən xəbərinin olmadığını, onun yanında heç bir söhbət etmədiklərini, oğurluq edəndə sərxoş olduğunu, ona görə də törətdiyi əməli dərk etmədiyini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü tam təqsirli bildiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, fəhləlik edərək özünü dolandırdığını, 20 gün bundan öncə əvvəlcədən tanıdığı X3 onun mobil telefonuna zəng vuraraq radio zavodun həyətində köhnə aparatların olduğunu, həmin aparatlarda olan mis detalları sökmək üçün həmin zavodun həyətinə gəlməyini bildirdiyini, radio zavoda getmək üçün evdən çıxdığını Şərur şəhərində yerləşən Yengicə avtovağzalı adlanan yerdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 gördüyünü, onunla söhbət edən zaman Nurlanın ona Ələsgərin ona radio zavodun həyətində köhnə aparatların olduğunu və həmin aparatlarda olan mis detalları sökmək üçün həmin ünvana çağırdığını bildirdiyini, Təqsirləndirilən şəxs1 Ələsgərin onu da həmin ünvana çağırdığını bildirdiyini, hər ikisinin radio zavodun həyətinə getdiklərini, zavodun həyətində olan sexin arxa hissəsinə keçdiklərini, orada taxtadan bir qapının olduğunu, həmin qapının açıq olduğunu, qapıdan içəri daxil olduqda Ələsgər Musayevin sexin içərisində olduğunu gördüyünü, içəridə olan bir neçə avadanlığı göstərərək həmin avadanlıqda olan misdən ibarət detalları sökəcklərinii bildirdiyini, sexdə olan bütün avadanlıqları nəzərdən keçirdiklərini, sonra adlarını bilmədiyi iki avadanlıqda olan misdən ibarət hissələri Ələsgərin özü ilə hadisə yerinə gətirdiyi alətlər ilə sökdüklərini, sonra sökdükləri hissələri bir kisənin içərisinə yığıb oradan uzaqlaşdıqlarını, Ələsgərin həmin günü kisəni yaşadığı evin həyətinə apardığını, səhəri gün, Nurlan və Ələsgər ilə birlikdə məhəllədə yenidən görüşdüklərini, oğurladıqları hissələri aparıb yandırıb içərisində olan misləri götürmək üçün Şərur rayon Maxta kəndinin yuxarısında yerləşən zibilxanaya getmək qərarına gəldiklərini, həmin ünvana getmək üçün Ələsgərin taksi çağırdığını, sürücüsünü tanımadığı “Qaz 3110” markalı bir avtomobilin gədiyini, Ələsgərin sexdən oğurladıqları hissələri həmin avtomobilin yük hissəsinə yüklədiklərini, sonra hər üçünün həmin avtomobillə Şərur rayon Maxta kəndinin yuxarısında yerləşən zibilxanaya getdiklərini, ora çatdıqdan sonra Ələsgərin sürücüyə 6 manat pul verib sürücünü yola saldığını, həmin yerdə oğurladıqları hissələri sökməyə başladıqlarını,oğurladıqları bütün hissələri söküb qurtardıqdan sonra Ələsgərin kiməsə zəng vuraraq onda dəmir, alüminium və mis adlı metalların olduğunu, onları satmaq istədiyini bildirdiyini, sonra zibilxanada olan zaman 3 nəfər şəxsin onların yanına gəldiklərini, Ələsgərin qeyd olunan metalları həmin şəxslərə 240 (iki yüz qırx) manata satdığını, sonra həmin məbləği hər üçünün arasında böldüklərini və hər birinə 80 (səksən) manat pul çatdığını, asfalt yola getdiklərini, oradan da sürücüsünü tanımadığı VAZ 2107 markalı avtomobillə Mahmud kəndinin üstünə, oradan da əlavə bir tanımadığı VAZ 2106 markalı avtomobillə Şərur şəhərinə gəldiklərini, sonra ət bazarının altında olan yeməkxanaya gedib orada pivə içdiklərini, ancaq nə qədər pul xərclədiyini xatırlaya bilmədiyini, pivə içdikdən sonra da evlərinə getdiyini, Təqsirləndirilən şəxs1 uşaqlıq illərindən tanıdığını, Ələsgər Musayevi isə təxminən 11 ildir ki tanıdığını, eyni məhəllədə yaşadıqlarını, Hüseyn Ələkbərov adlı şəxsi tanımadığını, pul əldə etmək məqsədilə həmin ünvandan oğurluq etmək qərarına gəldiyini, oğurluq etmək Ələsgər Musayevin fikri olduğunu, Təqsirləndirilən şəxs1 və onu məhs həmin sexdən oğurluq etmək məqsədilə yanına çağırdığını, oğurluğu edən zaman kəlbətin, avtyorka və qayka açan açarlardan istifadə etdiklərini, həmin alətlərin hamısını Ələsgər Musayevin təşkil etdiyini, oğurladığı hissələri aparıb Şərur rayon Maxta kəndinin yuxarısında yerləşən zibilxanada yandırdıqdan sonra 36 kilo mis metalı əldə etdiklərini, həmin mis adlı metalın da kilosunu 6 manatdan, Ələsgərin özü ilə gətirdiyi digər dəmir və alimunium adlı metallarla birlikdə metal alqı-satqısı ilə məşğul olan Şərur rayon Maxta kənd sakini X1 işçilərinə 240 (iki yüz qırx) manat müqabilində satdıqlarını və əldə olunan məbləği öz aralarında bölüşdürdüklərini, hər biri 80 manat pul əldə etdiyini, Ələsgər Musayevin taksi kimi çağırdığı “Qaz 3110” markalı avtomobilin dövlət qeydiyyat nömrəsini, sürücüsünün kim olduğunu bilmədiyini, həmin sürücünün bizim əməllərindən xəbərinin olmadığını, oğurluq hadisəsini törətməmişdən əvvəl spirli içki qəbul etdiyini, spirtli içkinin təsirindən oğurluq cinayətini törətdiyini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən X9 ifadəsində 2008-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16”nin MMC-nin strukturna daxil olan X24 direktoru vəzifəsində işlədiyini, 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında Zavodunun Sexinə daxil olan zaman həmin sexin arxa tərəfində olan qapının sındırılmış vəziyyətdə olduğunu gördüyünü, orada sexin içərisinə və orada olan avadanlıqlara nəzər salan zaman sexin içərisində dağınıqların olduğunu gördüyünü, sexdə nəyinsə baş verdiyini hiss etdiyini, sexin içərisində olan avadanlıqlara diqqətlə baxdıqdan sonra, sexin içərisində olan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 01 ədəd elektrik tənzimləyicinin misdən ibarət hissələrinin sökülüb aparıldığını gördüyünü, sexdən oğurluq hadisəsinin baş verdiyini düşünərək polisə yazılı şəkildə ərizə ilə müraciət etdiyini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X6 Şərur şəhər sakinləri kimi tanıdığını, onlarla hər hansı bir ədavətinin olmadığını, Zavodunun Sexində olan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 01 ədəd elektrik tənzimləyicinin misdən ibarət olan hissələri sökülərək yararsız vəziyyətə düşüdüyünü, cinayət işi üzrə maddi sübut kimi tanınmış Universal 67K25PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutu, 01 ədəd elektrik tənzimləyicinin Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X24 sexində saxlanıldığını, ekspert tərəfindən müəssisəyə vurulmuş maddi ziyanın 1910 (bir min doqquz yüz on) manat məbləğində qiymətləndirildiyini, təqsirləndirilən şəxslər tərəfindən həmin pulun Şərur Rayon Polis idarəsində müvafiq akt əsasında ona təqdim edildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayətinin olmadığını, məhkəmə tərəfindən müvafiq hökm çıxarılarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X10 ifadəsində həmkəndlisi Həzrətqulu Quliyevin yanında fəhləlik etdiyini, 2022-ci ilin dekabr ayının ortalarında işdə olan zaman həmkəndlisi X5 mobil telefonuna zəng gəldiyini, Məmmədəli Məmmədovun telefonla danışdıqdan sonra ona və digər həmkəndlisi Qasım İbrahimova gedəyin zibilxanaya orada mis var onu alaq sözlərini dediyini, Məmmədəli Məmmədov və Qasım İbrahimovla birlikdə Şərur rayon Maxta kənd ərazisində olan məişət tullantıları üçün nəzərdə tutulmuş əraziyə getdiklərini, həmin yerə çatan zaman orada əvvəlcədən tanıdığı Ələsgər Musayevin və əlavə olaraq da iki nəfər tanımadığı şəxsin bizi gözlədiklərini gördüyünü, sonra Ələsgər Musayevin ona 36 kilo mis metalı, həmçinin də dəmir və alimunium metalları göstərərək satmaq istədiklərini bildirdiyini, Məmmədəli Məmmədov misin kilosunu 6 manatdan hesablayaraq 216 manat, dəmir və alimunium metallarına görə isə 24 manat olmaqla ümumilikdə Ələsgər Musayevə 240 manat pul verdiyini, Ələsgər pulu aldıqdan sonra yanındakılar ilə birlikdə çıxıb getdiklərini, qeyd olunan metalları onlara Ələskər Musayevin satdığını, həmin vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ələsgərin yanında olduqlarını, həmin vaxtı onların yanlarında hər hansı bir avtomobilin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X14 və X11 da X17 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə baxışı iclasında hazırki cinayət işindən ayrılmış digər cinayət işi üzrə təqsirləndirilən şəxs X12 özünə qarşı ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 11 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Hüseynov tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X3 barələrində cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Arbatan kənd sakini X2 ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün Naxçıvan MR Vəkillər Kollegiyasından dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqində olan 11 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il tarixdə Şərur şəhər Nizami küçəsi bina 7, mənzil 9da anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, özünün dediyinə görə əvvəllər məhkumluğu olmayan, hal-hazırda Şərur şəhər Nizami küçəsi bina 7, mənzil 9-da qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün Naxçıvan MR Vəkillər Kollegiyasından dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqində olan 11 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur şəhər Nəriman Nərimanov küçəsi, ev 7-də anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, özünün dediyinə görə əvvəllər məhkumluğu olmayan, hal-hazırda Şərur şəhər 28 may ev 2-də qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 73-cü vərəqində olan 13 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittiahamın mahiyyəti ona izah olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqində olan 13 yanvar 2023-cü il tarixli “Polisin nəzarəti altınavermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il tarixdə Şərur şəhər Nizami küçəsi bina 7, mənzil 9-da anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, özünün dediyinə görə əvvəllər məhkumluğu olmayan, hal-hazırda Şərur şəhər Nizami küçəsi bina 7, mənzil 9-da qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqində olan 13 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 97-ci vərəqində olan 13 yanvar 2023-cü il tarixli “Polisin nəzarəti altınavermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur şəhər Nəriman Nərimanov küçəsi, ev 7-də anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, özünün dediyinə görə əvvəllər məhkumluğu olmayan, hal-hazırda Şərur şəhər 28 may ev 2-də qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 116-cı vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqində olan 18 mart 2023-cü il tarixli Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16”nin MMC-nin strukturna daxil olan X27 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 171-ci vərəqində olan 18 mart 2023-cü il tarixli Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınma” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16”nin MMC-nin strukturna daxil olan X24 nümayəndəsi qismində X9 tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin 1-ci cildinin 188-ci vərəqində olan Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şərur şəhərində yaşadığı müddət ərzində məhəllə sakinləri ilə heç bir ədavəti olmamışdır və onun barəsində bu günədək məhəllə sakinləri tərəfindən, aidiyyatı orqanlardan Şərur şəhər Mənzil İstismar Sahəsinə heç bir şkayət və təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 192-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli 61 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda anlaqlığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli 62 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 narkomaniyadan əziyyət çəkmir. Cinayət işinin 1-ci cildinin 190-cı vərəqində olan Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şərur şəhərində yaşadığı müddət ərzində məhəllə sakinləri ilə heç bir ədavəti olmamışdır və onun barəsində bu günədək məhəllə sakinləri tərəfindən, aidiyyatı orqanlardan Şərur şəhər Mənzil İstismar Sahəsinə heç bir şkayət və təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin 1-ci cildinin 199-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli 64 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 “Alkohol qəbulu nəticəsində psixi və davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 narkomaniyadan əziyyət çəkmir Cinayət işinin 1-ci cildinin 202-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli 63 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda anlaqlığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli 247 saylı rəyində göstərilir ki,ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan istifadə etməklə 02 adda tədqiqat obyektlərinin nəzərə alınmaqla, normal vəziyyətdə hadisə törənməmişdən əvvəl, 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1910 (bir min doqquz yüz on) manat müəyyən olunur. O cümlədən Universal 67 K25 PF model frez dəzganın işə salma mexanizmlərinin yerləşdiyi dəmir qutu 1430 manat, 01 ədəd elektrik tənzimləyici (stabilizator) 480 manatdır. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqində olan 01 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ilkin ittihama dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 225-ci vərəqində olan 01 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ilkin ittihama dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 236-cı vərəqində olan 01 aprel 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutu, 01 ədəd elektrik tənzimləyici (stabilizator), Şərur rayon Maxta kənd ərazisində yerləşən zibilxanaya baxış keçirilən zaman götürülmüş 02 ədəd sarı rəngli kipirni lenta, 02 ədəd qəlib örtüyü, 01 ədəd 220 volt gücündə olan transformator qəlibi, 01 ədəd 110 volt gücündə olan transformator qəlibi , 01 ədəd 24 volt gücündə olan transformator qəlibi maddi sübut hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 240-cı vərəqində olan 01 aprel 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında aktdan görünür ki, ********* saylı cinayət işi üzrə zəzərçəkmiş Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16”nin MMC-nin sturukturuna daxil olan X25 dəymiş 1910 (bir min doqquz yüz on) manat maddi ziyan Şərur rayon Polis İdarəsinin inzibati binasında Hüseyn Ələkbərova təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 256-cı vərəqində olan 03 aprel 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işindən X7 aid olan hissədə ayrıca icraata ayrılaraq, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Hüseynov tərəfindən öz icraatına götürülmüşdür. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin etirafını, işdə olan zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların ilk dəfə olaraq cinayət əməli törətmələrini, törətdikləri cinayət əməlini etiraf etmələrini, törətdikləri əməldən peşman olmalarını, vurulmuş ziyanı tamamilə ödəmələrini onların məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmələrini, ona vurulmuş maddi ziyanı tamamilə ödəmələrini cəza təyin edərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 59.1.13 - cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallarra aiddir; - 60.1-ci maddəsinə əsasənbu Məcəllənin59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdavə əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinindörddə üçündənartıq ola bilməz. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 yanvar 2023-cü il tarixindən 13 yanvar 2023-cü il tarixinədək tutulduqları 02 (iki) gün müddət nəzərə alınaraq onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilməli, onların barəsində həbs növündə qətimkan tədbiri seçilməli, onlar məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək məhkəmə hesab edir ki; - cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şərur Rayon Məhkəməsində saxlanılan içərisində 01 ədəd sarı rəngli kipirni lenta olan qutu, içərisində 01 ədəd 220 volt gücündə olan transformator qəlibi olan qutu, içərisində 02 ədəd qəlib örtüyü olan qutu, içərisində 01 ədəd 24 volt gücündə transformator qəlibi olan qutu, işərisində 01 ədəd 110 volt gücündə transformator qəlibi olan qutu hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X22ytarılmalıdır; - cinayət işi üzrə maddi sübut kimi tanınmış Universal 67K25PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutu, 01 ədəd elektrik tənzimləyici Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X24 sexində saxlanıldığından, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X22ytarılmış hesab edilməlidir. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 yanvar 2023-cü il tarixindən 13 yanvar 2023-cü il tarixinədək tutulduqları 02 (iki) gün müddət, onlara təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onlar üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 19 may 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onlar barəsində “həbs növündə qətimkan tədbiri seçilsin və onlar məhkəmə iclas zalından həbsə alınsınlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şərur Rayon Məhkəməsində saxlanılan içərisində 01 ədəd sarı rəngli kipirni lenta olan qutu, içərisində 01 ədəd 220 volt gücündə olan transformator qəlibi olan qutu, içərisində 02 ədəd qəlib örtüyü olan qutu, içərisində 01 ədəd 24 volt gücündə transformator qəlibi olan qutu, işərisində 01 ədəd 110 volt gücündə transformator qəlibi olan qutu hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X22ytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Universal 67K25PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutu, 01 ədəd elektrik tənzimləyici Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X24 sexində saxlanıldığından, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan “X16” MMC-nin sturukturuna daxil olan X22ytarılmış hesab edilsin. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-3/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-3/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver