Məhkəmə qərarları › İş №1(110)-3/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-3/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-3/2024 17.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs24 hüquqi varisi X5, Zərərçəkmiş şəxs26 hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, üç uşaq atası, işsiz, Şərur rayonu Zeyvə kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilən, hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs24 1500 (min beş yüz) manat, X17 3500 (üç min beş yüz) manat, Zərərçəkmiş şəxs26 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs22 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs9 1000 (bir min) manat, Zərərçəkmiş şəxs25 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs17 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs4 1000 (bir min) manat, Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs5 Ramzi oğluna 2100 (iki min yüz) manat, Zərərçəkmiş şəxs12 3000 (üç min) manat Zərərçəkmiş şəxs21 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs11 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs23 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs19 Məhəmmədəli oğluna 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs18 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs2 3160 (üç min yüz altmış) manat, Zərərçəkmiş şəxs13 2050 (iki min əlli) manat, Zərərçəkmiş şəxs8 Məhəmməd oğluna 700 (yeddi yüz) manat, Zərərçəkmiş şəxs20 1200 (min iki yüz) manat, Zərərçəkmiş şəxs7 950 (doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs16 1200 (min iki yüz) manat, Zərərçəkmiş şəxs15 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs3 3200 (üç min iki yüz) manat, Zərərçəkmiş şəxs6 3100 (üç min yüz) manat, X7 isə 1400 (min dörd yüz) manat olmaqla cəmi ödəməli olduğu 37160 (otuz yeddi min yüz altmış) manat ümumi borc məbləğindən tələbkarlardan Zərərçəkmiş şəxs7 xx.xx.2015-ci il tarixdə 250 (iki yüz əlli) manat, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 200 (iki yüz) manat, Zərərçəkmiş şəxs3 2015-2022-ci illər ərzində 1950 (bir min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs2 isə 2015- 2022-ci illər ərzində 1300 (bir min üç yüz) manat olmaqla ümumi borcundan cəmi 3700 (üç min yeddi yüz) manat ödəmiş, həmin tarixdən sonra yuxarıda göstərilən icra vərəqəsi üzrə ödənişlər etməyərək, iş üzrə adları yuxarıda qeyd edilən zərərçəkmişlərə ümumilikdə 33460 (otuz üç min dörd yüz altmış) manat maddi ziyan vurmaqla Şərur Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmədə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən ondan 37160 (otuz yeddi min yüz altmış) manat pulun alınaraq tələbkarlara ödənilməsinin qət edildiyini, məhkəmə qərarı çıxarılan vaxt məhkəmədə olmadığını, ona bu barədə rəsmi sənədlər göndərildiyini, Məhkəmə qətnaməsi çıxarılmazdan əvvəl təqribən 2014-cü il tarixdə onun borclu olduğu şəxslərin Şərur Rayon Polis Şöbəsinə şikayət etdiyini, buna görə də şöbənin müstəntiqi İsmayıl məllim onu şöbəyə çağıraraq şikayətçilərin pullarını qaytarmağı tələb etdiyini, pulu qaytara bilmədiyi üçün 3 aydan çox şöbədə saxlanılıb hər gün döyüldüyünü, sonra həmin pulları şikayətçilərə vermək üçün İsmayıl müəllimə Zeyvə kəndində yerləşən yanacaq doldurma məntəqəsində 9000 (doqquz min) manat, xidməti otağında isə 5700 (beş min yeddi yüz) manat olmaqla 14700 (on dörd min yeddi yüz) manat pulu adını unutduğu, lakin üzünü görsə tanıya biləcəyi polis əməkdaşının yanında verdiyini, bundan əlavə şöbənin sabiq rəisi Mamed müəllimə isə 19000 (on doqquz min) manat pulu xidməti otağında yanlarında heç kimin olmadığı şəraitdə şəxsən verdiyini, lakin bu halları təsdiq edən sübutu olmadığını, verdiyi pulların şikayətçilərə verilmədiyini, Məhkəmə qərarı çıxandan sonra icra sənədini icra etmədiyinə görə Şərur Rayon Məhkəməsinin qərarına əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra da heç bir yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini, sonradan müxtəlif vaxtlarda Şərur rayon İcra şöbəsi vasitəsilə hissə-hissə tələbkarlara ümumilikdə cəmi 3700 (üç min yeddi yüz) manat ödəniş etdiyini, təxminən 8 ay bundan əvvəl işləmək üçün Bakı şəhərinə getdiyini, daş karxanasına günü 15 manata fəhlə işlədiyini, barəsində axtarış qərarının olmasından məlumatı olduğunu, sonradan barəsində cinayət işi başlandığı barədə ona məlumat verildiyini, istintaq bölməsinə çağırıldığını, bilet pulu olmadığı üçün bilet alıb istintaqa gələ bilmədiyini, borclarını məhkəmə qərar çıxarmamışdan əvvəl ödədiyini, icra sənədi üzrə mövcud olan 33460 (otuz üç min dörd yüz altmış) manat borcu olmadığını və tələbkarlara borcunun hamısını ödədiyini bildirərək, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də, onun Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməməsi məhkəmədə tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 20 mart 2015-ci il tarixdə 20 (iyirmi) baş balalı qoyun, 2 (iki) baş qoç və 3 (üç) baş keçini 3160 (üç min yüz altmış) manata nisyə satdığını, Səxavətin pulu 15-20 günə verəcəyini bildirsə də həmin müddət keçdikdən sonra pulu vermədiyini, pulu ödəməsini bildirsə də hərdən bir bəhanə gətirərək pulu vermədiyini, məcbur olub ondan pulun 09 iyun 2015-ci il tarixdə verəcəyi barədə qol kağızı almışdır. Səxavət dediyi tarixdə də pulu vermədiyini, pulu verməkdən boyun qaçırdığını görüb pulunun alınması üçün ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şikayət etmiş, sonra isə Şərur Rayon Məhkəməsinə Səxavətdə olan 3160 (üç min yüz altmış) manatın alınıb verilməsi haqqında ərizə vermişdir. Məhkəmənin 2015 - ci ildə 3160 (üç min yüz altmış) manat pulun Səxavətdən alınıb ona verilməsi haqqında qərar çıxartdığını, məhkəmə qərarı çıxandan sonra Səxavətin 2020-ci ilə kimi ona pul vermədiyini, 2020-ci ildən başlayaraq hərdən 100 (bir yüz), 200 (iki yüz) manat olmaqla ona bu günədək cəmi 1300 (min üç yüz) manat pul ödədiyini, qalan 1860 (min səkkiz yüz altmış) manat borcunu ödəmədiyini, Səxavətin ona olan borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərdiyini, lakin onun borcunu qəsdən ödəmədiyini, Səxavətdən Şərur Rayon Məhkəməsinə və icrasına dəfələrlə müraciət etdiyini, ona Səxavətin borcunu ödəməyə maddi imkanının olmadığını və ərazidə olmadığını dediklərini, Səxavətin iki dəfə inzibati həbs edilməsindən xəbəri olduğunu, həbs edilsə də nə onun nədə ki, digərlərinin pulunu tam ödəmədiyini, Səxavətin ona Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə 1860 (min səkkiz yüz altmış) manat borcu olduğunu, borcunu tələb etdiyini, pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 04 aprel 2015-ci il tarixdə uşağının müalicəsi üçün pul lazım olduğundan 3 (üç) baş iri buynuzlu yanı balalı malı 3200 (üç min iki yüz ) manata nisyə satdığını, malların pulunu 12 aprel tarixinədək veriləcəyi barədə Səxavətlə razılaşdığını, həmin tarix keçsə də Səxavətin malların pulunu vermədiyini, hərdən bir bəhanə gətirərək malların pulunu verməkdən boyun qaçırdığını, məcbur olub Səxavətdən malların pulunun verilməsi barədə qol kağızı aldığını, Səxavətin qol kağızında yazdığı müddətdə də pulu vermədiyini görüb ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, Məhkəmənin 2015-ci ildə 3200 (üç min iki yüz) manatın Səxavətdən alınıb verilməsi haqqında qərar çıxardığını, məhkəmə qərarı çıxandan sonra Səxavətin 2015-ci ildə bir dəfə 250 (iki yüz əlli) manat, 2020-ci ildən isə hərdən 100 (bir yüz), 200 (iki yüz) manat olmaqla cəmi 1950 (min doqquz yüz əlli) manat pul ödədiyini, qalan 1250 (min iki yüz əlli) manat borcunu ödəmədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərdiyini, lakin onun pulunun da, imkanının da olduğunu, qəsdən camaatın və onun pulunu ödəmək istəmədiyini, Səxavətdən Şərur Rayon Məhkəməsinə və icra şöbəsinə dəfələrlə müraciət etdiyini, ona Səxavətin çox adamlara borcu olduğu üçün hamısını ödəyə bilmədiyini, hissə-hissə camaatın və onun pulunu ödəyəcəyini bildirdiklərini, Təqsirləndirilən şəxs iki dəfə həbs edilsə də nə onun nədə ki, digərlərinin pulunu tam şəkildə ödəmədiyini, Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə Səxavətin ona 1250 (min iki yüz əlli) manat borcu olduğunu, pulunu tələb etdiyini, pulunu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 13 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, pul lazım olduğundan bir baş iri buynuzlu malı Səxavətə 700 (yedd yüz) manata nisyə satdığını, pulunu isə axşama çatdıracağı barədə razılaşdıqlarını, lakin Səxavətin pulu çatdırmadığını, ondan sonra Səxavətin hərdən bir bəhanə gətirərək malın pulunu verməkdən boyun qaçırdığını, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 09 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, pulunun alınıb verilməsi üçün ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, məhkəmənin 2015-ci ildə 700 (yedd yüz) manatın Səxavətdən alınıb ona verilməsi haqqında qərar çıxardığını, Məhkəmə qərarı çıxandan sonra Səxavətin ona bir manat pul ödəmədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, Türkiyədə gedib işləyib borcunu ödəyəcəyini, lakin ödəmədiyini, ona görə də Şərur Rayon Məhkəməsinə və icraçılarına dəfələrlə müraciət etdiyini, müraciət etsə də malın pulunu ala bilmədiyini, Səxavət məhkəmənin qərarı ilə iki dəfə həbs edilsə də nə onun nədə ki, digərlərinin pulunu tam şəkildə ödəmədiyini, Səxavətin Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə ona 700 (yedd yüz) manat borcu olduğunu, pulunun alınıb verilməsində ona köməklik edilməsini, pulunu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 01 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, iki baş yanı balalı iri buynuzlu malı uşaqlarının təhsil haqqını ödəmək üçün Səxavətə 2100 (iki min yüz) manata nisyə satdığını, Səxavətin malların pulunu yaxın vaxtda verəcəyini bildirsə də vermədiyini, Səxavətdən borcunun olması barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vermədiyini görüb ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, Məhkəmənin onun 2100 (iki min yüz) manatının Səxavətdən alınıb verilməsi haqqında qərar çıxartsa da Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, ona işsiz olduğunu və maddi imkanının olmadığını, tezliklə işlərinin qaydasına düşəcəyini və borcunu ödəyəcəyini desə də pulunu vermədiyini, Səxavətdən pulunun alınıb verilməsi üçün Şərur Rayon Məhkəməsinə və Polis Şöbəsinə dəfələrlə müraciət etdiyini, cavabında Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəyə bilmədiyini, hissə-hissə camaatın pulunu ödəyəcəyi zaman onun da pulunun alınıb veriləcəyini bildirdiklərini, Səxavətin başqa adamlardan da mal-qara alıb pulunu vermədiyindən məlumatı olduğunu, bəzilərinə ayda 100-200 manat verdiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona olan 2100 (iki min yüz) manat borcunu tələb etdiyini, pula ehtiyacı olduğunu, pulunu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 02 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, üç baş iri buynuzlu malı ona 3100 (üç min yüz) manata nisyə satdığını, malların pulunu isə həmin ayın doqquzuna kimi ödəyəcəyi barədə Səxavətlə razılaşdıqlarını, lakin Səxavət malların pulunu verməkdən boyun qaçırdığını, Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 13 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə pulu vermədiyini, məcbur olub ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, Şərur Rayon Məhkəməsində ondan başqa 25-30 nəfərə kimi adam olduğunu, Səxavətin onlardan da mal-heyvan alıb pullarını vermədiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 3100 (üç min yüz) manatının Səxavətdən alınıb ona verilməsi haqqında qərar çıxardığını, Səxavət o tarixdən bu günə kimi ona bir manat pul ödəmədiyini, ona işsiz olduğunu və maddi imkanının olmadığını, tezliklə Türkiyəyə gedib işləyib borcunu ödəyəcəyini desə də pulunu vermədiyini, Səxavətdən onun pulunun alınıb verilməsi üçün Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etdiyini, Müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğu üçün hamısını ödəyə bilmədiyini, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunu alıb verəcəklərini bildirdiklərini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyindən, 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, inzibati qaydada həbs edilsə də Səxavətin nə onun, nədə ki, digər şəxslərin pulunu ödəmədiyini, pula ehtiyacı olduğunu, Təqsirləndirilən şəxs ona olan 3100 (üç min yüz) manat borcunu tələb etdiyini, Səxavətdə olan pulunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 10 aprel 2015-ci il tarixdə iki baş iri buynuzlu malı hər biri 500 (beş yüz) manat olmaqla cəmi 1000 (bir min) manata nisiyə satdığını, Səxavətlə malların pulunu ayın 13-ə kimi verəcəyi barədə razılaşdıqlarını, dediyi müddət keçməsinə baxmayaraq Səxavətin pulu vermədiyini, məcbur olub Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunu 6 günə qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, məcbur qalıb pulunun alınması üçün Şərur Rayon Polis Şöbəsinə və Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, Məhkəmədə ondan başqa bir neçə nəfərin də Səxavətdən şikayət etdiyini, Səxavətin onlardan da mal-heyvan alıb pullarını vermədiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 1000 (bir min) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, Məhkəmənin qərarı çıxandan sonra Səxavət o tarixdən bu günə kimi ona bir manat pul ödəmədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, əlinə pul düşəcəyi təqdirdə ödəyəcəyini desə də pulunu vermədiyini, Səxavətdən pulunun alınıb verilməsi üçün Şərur Rayon Məhkəməsinə, Naxçıvan MR Ali Məclisinə, Daxili İşlər Nazirliyinə tək və digər borclularla birlikdə dəfələrlə müraciət etdiyini, müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəməyə imkanı olmadığını, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunu alıb verəcəklərini bildirdiklərini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, inzibati qaydada həbs edilsə də nə onun, nədə ki, digər şəxslərin pulunu ödəmədiyini, Səxavətdən 1000 (bir min) manat borcunu tələb etdiyini, pula ehtiyacı olduğunu, pulunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 22 mart 2015-ci il tarixdə bir baş yanı balalı malı, iki ədəd buğanı və bir ədəd dişi dananı 3150 (üç min yüz əlli) manata nisyə satdığını, Səxavətlə malların pulunu ayın iyirmi doqquzuna kimi verəcəyi barədə razılaşdığını, lakin Səxavət dediyi müddətdə pulu verməmiş, bir müddət sonra X24 kəndində rastlaşmış, Səxavətdən 150 (yüz əlli) manat aldığını, Səxavətin qalan pulun isə axşama çatdıracağını desə də pulun qalan hissəsini vermədiyini, Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 08 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ondan pulunun alınıb verilməsi ilə bağlı ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə yazılı müraciət etdiyini, Məhkəmədə ondan başqa xeyli adamın da Səxavətdən şikayət etdiyini, Səxavətin onlardan da mal-heyvan alıb pullarını vermədiyini, Şərur Rayon Məhkəməsinin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 3000 (üç min) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, qərar çıxandan sonra da Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, əlinə pul düşəcəyi təqdirdə ödəyəcəyini desə də pulu ödəmədiyini, Səxavətdən Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə həm tək, həm də digər borclularla birlikdə dəfələrlə müraciət etmiş, müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəməyə imkanı olmadığını, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunu alıb verəcəklərini bildirdiklərini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyindən, 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmuşdur. Səxavətin inzibati qaydada həbs edilsə də onun pulunu ödəmədiyini, pula ehtiyacı olduğunu, Səxavətin ona olan 3000 (üç min) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 13 aprel 2015-ci il tarixdə kəndlərinə mal-heyvan almağa gəldiyini, iki ağır xəstəsinin müalicəsi üçün iki baş iri buynuzlu malı Səxavətə 2050 (iki min əlli) manata nisyə satdığını, Səxavətlə malların pulunu axşama çatdıracağı barədə razılaşsa da pulu vemədiyini, məcbur olub Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 09 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, onda Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, məhkəmədə ondan başqa xeyli adamın da Səxavətdən şikayət etdiyini, Səxavətin onlardan da mal-heyvan alıb pullarını vermədiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 2050 (iki min əlli) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, Məhkəmənin qərarından sonra Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, ona görə də Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etdiyini, müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəməyə imkanı olmadığını, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunun alıb verəcəklərini bildirdiklərini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyindən, 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmuşdur. Səxavətin inzibati qaydada həbs edilsə də onun pulunu ödəmədiyini, pula ehtiyacı olduğunu, Təqsirləndirilən şəxs ona olan 2050 (iki min əlli) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs14 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 02 aprel 2015-ci il tarixdə kəndlərinə mal-heyvan almağa gəldiyini, ağır xəstəsinin müalicəsi üçün iki baş iri buynuzlu malı Səxavətə 1400 (min dörd yüz) manata nisyə satdığını, malların pulunu isə 10 aprel tarixinədək çatdıracağı barədə Səxavətlə razılaşdıqlarını, Səxavətin dediyi vaxtda pullu vermədiyini, məcbur olub Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 13 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ondan Şərur Rayon Polis Şöbəsinə, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı müraciət etdiyini, Məhkəmədə ondan başqa xeyli adamın da Səxavətdən şikayət etdiyini, Səxavətin onlardan da mal-heyvan alıb pullarını vermədiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 1400 (min dörd yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, qərar çıxandan sonra da Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, Səxavətdən pulunun alınıb verilməsi üçün Şərur Rayon Məhkəməsinə və icrasına dəfələrlə müraciət etdiyini, müraciət etsədə pulunu ala bilmədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, Səxavət inzibati qaydada həbs edilsə də onun pulunu ödəmədiyini, hazırda həmin pula ehtiyacı olduğunu, 1400 (min dörd yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, Səxavətin onun pulunu ödəmədiyi halda cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs15 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 08 aprel 2015-ci il tarixdə kəndlərinə mal-heyvan almağa gəldiyini, pula ehtiyacı olduğu üçün bir baş iri buynuzlu malı Səxavətə 800 (səkkiz yüz) manata nisyə satdığını, Səxavətlə malın pulunu 15 aprel tarixinədək çatdırılacağı barədə razılaşsa da Səxavət pullu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 11 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vemədiyi üçün ondan əvvəlcə Şərur Rayon Polis Şöbəsinə şifahi, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı yazılı qaydada müraciət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 800 (səkkiz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, Məhkəmə qərarı çıxandan sonra da Səxavət ona bir manat pul ödəmədiyini, ona görə də qərarın icrası ilə bağlı Şərur Rayon Məhkəməsinə və icrasına dəfələrlə müraciət etdiyini, lakin Səxavətdən pulunu ala bilmədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, lakin Səxavət inzibati qaydada həbs edilsə də onun nə onun, nədə ki, digər şəxslərin pulunu ödəmədiyini, hazırda pula ehtiyacı olduğunu, 800 (səkkiz yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs18 Firus oğlu ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 16 mart 2015-ci il tarixdə kəndlərinə gəlib ondan qısır malının olduğunu soruşduğunu, bir baş qısır malı olduğu üçün Səxavətlə malın qiymətini 600 (altı yüz) manata razılaşdığını, Səxavətə malı nisyə satdığını, pulunu isə bir həftəyə ödəyəcəyi barədə razılaşdıqlarını, bir həftə keçsə də Səxavətin pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 09 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vermədiyini, onun əvvəlcə Şərur Rayon Polis Şöbəsinə şifahi, sonra isə Şərur Rayon Məhkəməsinə yazələ qaydada pulunun alınıb verilməsi ilə bağlı müraciət etdiyini, Məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 600 (altı yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavətin bu günə kimi ona bir manat pul ödəmədiyini, Səxavətdən borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etsə də pulunu ala bilmədiyini, hazırda pula ehtiyacı olduğunu, Təqsirləndirilən şəxs ona olan 600 (altı yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs19 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 02 aprel 2015-ci il tarixdə saat 18:00 radələrində mal-heyvan almaq üçün kəndlərinə gəldiyini, ehtiyacı olduğu üçün bir baş malı Səxavətə 900 (doqquz yüz) manata nisyə satdığını, pulunu isə 3 gün müddətinə ödəyəcəyi barədə Səxavətlə razılaşdıqlarını, Səxavətin pulu dediyi vaxtda vermədiyini, məcbur olub Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 09 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vermədiyini, ondan əvvəlcə Şərur Rayon Polis Şöbəsinə, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı müraciət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 900 (doqquz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavətin ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərdiyini, Səxavətin yalan danışdığını, maddi imkanının olduğunu, onun pulunu qəsdən vermədiyini, ona görə də Səxavətin borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmadığını, bu barədə ona məlumat verilmədiyini, hazırda pula ehtiyacı olduğunu, Təqsirləndirilən şəxs ona olan 900 (doqquz yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs20 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 10 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, ehtiyacı olduğu üçün iki baş malı Səxavətə 1200 (bir min iki yüz) manata nisyə satdığını, pulunu isə ayın 17-dək ödəyəcəyi barədə razılaşdıqlarını, Səxavətin dediyi vaxtda da pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 10 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ondan Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə pulunun alınıb verilməsi ilə bağlı yazılı qaydada müraciət etdiyini, Məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 900 (doqquz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavət ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərdiyini, Səxavətin yalan danışdığını, maddi imkanının olduğunu, onun pulunu qəsdən vermədiyini, Səxavətin borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, Səxavətin ona olan 1200 (bir min iki yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs21 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 02 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, ehtiyacı olduğu üçün bir baş malı Səxavətə 850 (səkkiz yüz əlli) manata nisyə satdığını, pulunu isə bir ay müddətində ödəyəcəyi barədə razılaşdıqlarını, Səxavətin dediyi vaxtda pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 08 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vermədiyini, ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı yazılı qaydada müraciət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 850 (səkkiz yüz əlli) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra Səxavət ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərdiyini, Səxavətin yalan danışdığını, maddi imkanının olduğunu, onun pulunu qəsdən vermədiyini, Səxavətin borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmadığını, bu barədə ona məlumat verilmədiyini, inzibari qaydada həbs edilsə də Səxavətin onun pulunu vermədiyini, pula ehtiyacı olduğunu, Səxavətin ona olan 850 (səkkiz yüz əlli) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs22 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 12 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, ehtiyacı olduğu üçün bir baş malı Səxavətə 800 (səkkiz yüz) manata nisyə satdığını, pulunu isə sabah axşam saat 08:00-da ödəyəcəyi barədə razılaşdıqlarını, Səxavətin dediyi vaxtda pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 05 gün müddətində borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vermədiyini, ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə pulunun alınıb verilməsi ilə bağlı yazılı müraciət etdiyini, Məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 800 (səkkiz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavət ona bir manat pul ödəmədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını göstərsə də yalan danışdığını, maddi imkanının olduğunu, onun pulunu qəsdən vermədiyini, Səxavətdən borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə şikayət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmadığını, bu barədə ona məlumat verilmədiyini, inzibari qaydada həbs edilsə də Səxavətin onun pulunu vermədiyini, pula ehtiyacı olduğunu, Səxavətdə olan 800 (səkkiz yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, onun pulunu ödəmədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs23 ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 03 aprel 2015-ci il tarixdə hazırda yaşadığı Gümüşlü kəndinə mal-heyvan almağa gəldiyini, ehtiyacı olduğu üçün bir baş yanı balalı malı Səxavətə 900 (doqquz yüz) manata nisyə satdığını, pulunu isə ayın doqquzuna kimi ödəyəcəyi barədə razılaşdıqlarını, Səxavətin dediyi vaxtda pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 09 iyun tarixinə kimi borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı müraciət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 900 (doqquz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavətin ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, əlinə pul düşəcəyi təqdirdə ödəyəcəyini desə də yalan danışdığını, onun maddi imkanının olduğunu, qəsdən puliuvermədiyini, Səxavətin borcunu ödəməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da malqara alıb pulunu vermədiyini, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, lakin Səxavətin həbs edilsə də nə onun nədə ki digər şəxslərin pulunu ödəmədiyini, hazırda pula ehtiyacı olduğunu, Səxavətin ona olan 900 (doqquz yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, pulunu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X18 ifadəsində 2015-ci ilin aprel ayında Səxavət kəndlərinə mal-heyvan almağa gəldiyini, yoldaşı pula ehtiyacları olduğu üçün üç baş iri buynuzlu malı onun da iştirakı ilə Səxavətə 1500 (bir min beş yüz) manata nisiyə satdığını, pulunu isə tezliklə verəcəyi barədə yoldaşı ilə razılaşdıqlarını, Səxavətin pulu tezliklə verəcəyini bildirsə də pulu vermədiyini, yoldaşının Səxavətdən yazılı qaydada sənəd almaq məcburiyyətində qaldığını, sənəddə Səxavətin yoldaşına 1500 (bir min beş yüz) manatı 3-4 gün müddətində verəcəyini yazdığını, lakin sənəddə yazdığı vaxtda da pulu vermədiyini, yoldaşının məcbur qalıb ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı müraciət etdiyini, Məhkəmənin 2015-ci ildə 1500 (bir min beş yüz) manat pulun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartsa da Səxavət 2015-ci ildən bu günə kimi 1500 (bir min beş yüz) manatdan bir manat ödəmədiyini, Səxavətin yoldaşına hər dəfə borcunu ödəməməsinə səbəb kimi borca düşdüyünü, işsiz olduğunu, maddi imkanının olmadığını, işlərinin qaydasına düşən kimi borcunu qaytaracağını dedeyini, lakin borcunu qaytarmadığını, ərinin Səxavətdən Şərur Rayon Məhkəməsinə, Polis Şöbəsinə, Prokurorluğuna dəfələrlə müraciət etsə də malların pulunu al bilmədiyini, Səxavətin onlardan başqa kəndlərində bir neçə adama da borcu olduğunu, onların da pulunu vermədiyini, Səxavətin nə ərinin sağlığında, nədə ki, ərinin ölümündən sonra malların pulunu vermədiyini, Səxavətdən ərinə olan 1500 (bir min beş yüz) manat borcunu tələb etdiyini, məktəbli qızının olduğunu, pulu alıb qızının təhsilinə xərcləyəcəyini, ona görə də pulun alınıb verilməsinə köməklik edilməsini, pulu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X19 ifadəsində 2015-ci ilin aprel ayında Səxavət adlı şəxsin kəndlərinə gəlib atası Zərərçəkmiş şəxs26 bir baş iri buynuzlu malı 800 (səkkiz yüz) manata nisyə aldığını, pulunu isə dörd gün ərzində verəcəyi barədə, atası ilə razılaşdıqlarını, Səxavət pulu dediyi vaxtda ödəmədiyini, atasının məcbur olub ondan 800 (səkkiz yüz) manat borcun olması və pulu verəcəyi barədə yazılı sənəd aldığını, Səxavətin atasına yazılı sənəd versə də sənəddə yazdığı vaxtda pulu vermədiyini, atasının 2015-ci ildə Səxavətdən ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə, sonra isə Şərur Rayon Məhkəməsinə şikayət etdiyini, Məhkəmənin Səxavətdən 800 (səkkiz yüz) manat pulun alınıb atasına verilməsi haqqında qərar çıxartdığını, məhkəmə qərar çıxartsa da Səxavət 2015-ci ildən atas ölən günə kimi pulu vermədiyini, atasının Səxavətdən Şərur Rayon Məhkəməsinə, Polis Şöbəsinə, Prokurorluğuna dəfələrlə müraciət etdiyini, atasına Səxavətlə borcunun qaytarılması barədə dəfələrlə söhbətlər aparıldığını, lakin Səxavətin çox adama borcu olduğunu, maddi imkanının olmadığını, zamanla hammı kimi onun da pulunu verəcəyini bildirdiklərini, Səxavətin atasından başqa kəndlərində bir neçə adama da borcu olduğunu, Səxavətin iki dəfə həbs edilsə də atasının pulunu rəhmətə gedənə kimi vermədiyini, atası rəhmətə gedəndən sonra da qızı kimi ona bir manat pul vermədiyini, Səxavətin atası Zərərçəkmiş şəxs26 olan 800 (səkkiz yüz) manat borcunu hüquqi varis olaraq tələb etdiyini, atasının evində yaşadığını, heç bir yerdə işləmədiyini, pulu alıb atasının evinin qaz, işıq və digər komunal xərclərinə ödəyəcəyini, pula ehtiyacı olduğunu, Səxavətin atasına olan borcunun alnmasında ona köməklik edilməsini, pulu vermədiyi halda Səxavətin cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 20 aprel 2015-ci il tarixdə təqribən 5-6 radələrində kəndlərinə gəlib malheyvan aldığını, bir baş iri buynuzlu malı Səxavətə 1000 (bir min) manata nisyə satdığını, malın pulunu isə aprel ayının 25 də ödəyəcəyi barədə razılaşdıqlarını, razılaşdıqları vaxt keçsə də Səxavətin hərdən bir bəhanə gətirərək malın pulunu verməkdən boyun qaçırdığını, məcbur olub ilkin olaraq 2015-ci ildə Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, məhkəmənin 1000 (bir min) manat pulun Səxavətdən alınıb ona verilməsi haqqında qərar çıxartdığını, Məhkəmənin qərarı çıxandan sonra Səxavətin ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını dediyini, Səxavətin yalan danışdığını, pulunu qəsdən vermədiyini, Səxavətdən Şərur Rayon Məhkəməsinə dəfələrlə müraciət etdiyini, hakim Hüseyn müəllimin ona Ədliyyə Nazirliyinə şikayət etməsini bildirdiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara aldığını, onlardan bir-iki nəfərə müəyyən ödənişlər etdiyini, lakin onun pulunu ödəmədiyini, Səxavətin Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixliicra vərəqəsi üzrə ona 1000 (bir min) manat borcu olduğunu, pula ehtiyacı olduğunu, pulunu tələb etdiyini, pulunu vermədiyi halda Səxavətin cəza çəkməsini, cəzanın onun kimi insanlara dərs olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 20 aprel 2015-ci il tarixdə kəndlərinə mal-heyvan almağa gəldiyini, satmaq üçün bəslədiyi bir baş düyəsini ona 700 (yeddi yüz) manata nisyə satdığını, malın pulundan 200 (iki yüz) manatını iki gün sonra rayon bazarında aldığını, qalan 500 (beş yüz) manatını isə bir həftə sonra verəcəyi barədə Səxavətlə razılaşdıqlarını, Səxavətin qalan 500 (beş yüz) manatı bir həftə sonra verəcəyini bildirsə də pulu vermədiyini, bir-iki aydan sonra Səxavətdən 500 (beş yüz) manatı bir həftə sonra verəcəyi barədə qol kağızı aldığını, Səxavət qol kağızı versə də pulu vermədiyini, pulu verməkdən boyun qaçırdığını, məcbur qalıb Səxavətdən pulunun alınıb verilməsi üçün ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə, sonra isə Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, Məhkəmənin onun 500 (beş yüz) manatının Səxavətdən alınıb verilməsi haqqında qərar verdiyini, qərar verildikdən sonra Səxavətin ona cəmi bir dəfə 200 (iki yüz) manat ödədiyini, qalan 300 (üç yüz) manatını vermədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, lakin onun maddi imkanının olduğunu, onun yaşlılığından istifadə edib bilərəkdən borcunu ödəmədiyini göstərdiyini, Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə halhazırda ona 300 (üç yüz) manat borcu olduğunu, borcunu tələb etdiyini, xəstə olduğunu, pulu alıb dərmanlarına, başqa dərdinə-oduna xərcləyəcəyini, Səxavətin borcunu ödəmədiyi halda cəza çəkməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə zərərçəmiş şəxs qismində tanındığını, Təqsirləndirilən şəxs bir baş iri buynuzlu malı alaraq ona 700 (yeddi yüz) manat maddi ziyan vurduğunu, haliyədə Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, cinayət prosesində iştirak etməsi və ifadə vermək üçün gəlməsinin mümkünsüz olduğunu, ona görə də həmin məbləği tələb etmədiyini, onun cinayət işi üzrə icraatda zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 12 aprel 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, dörd baş iri buynuzlu malı Səxavətə 3500 (üç min beş yüz) manata nisyə satdığını, pulunu isə on beş gün müddətində veriləcəyi barədə razılaşdıqlarını, razılaşdıqları müddət keçməsinə baxmayaraq Səxavətin pulu vermədiyini, malların pulunu verməkdən boyun qaçırdığını, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və beş gün müddətinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, məcbur qalıb pulunun alınması üçün Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 2015-ci ildə onun 3500 (üç min beş yüz) manatının Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, lakin qərar çıxandan sonra da Səxavət ona bu günə kimi bir manat pul ödəmədiyini, Səxavətin borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, əlinə pul düşəcəyi təqdirdə ödəyəcəyini desə də pulu ödəmədiyini, ona görə də Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə həm tək, həm də digər borclularla birlikdə dəfələrlə müraciət etdiyini, müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəməyə imkanı olmadığını, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunun alınıb verilcəyini bildirildiklərini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyini, 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, inzibati qaydada həbs edilsə də Səxavət onun pulunu ödəmədiyini, ona olan 3500 (üç min beş yüz) manat borcunu tələb etdiyini, pula ehtiyacı olduğunu, Səxavətdə olan pulunun alınıb verilməsinə köməklik edilməsini, pulunu ödəmədiyi halda barəsində qanun çərçivəsində tədbir görülməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs11 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 15 mart 2015-ci il tarixdə kəndlərinə gəlib mal-heyvan aldığını, ehtiyacı olduğu üçün bir baş iri buynuzlu malı Səxavətə 850 (səkkiz yüz əlli) manata nisyə satdığını, malın pulundan 250 (iki yüz əlli) manatını nağdı aldığını, qalan 600 (altı yüz) manatını isə bir həftəyə ödəyəcəyi barədə Səxavətlə razılaşdıqlarını, razılaşdıqları müddət keçməsinə baxmayaraq Səxavətin pulu vermədiyini, malın pulunu verməkdən boyun qaçırdığını görüb ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 08 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, məcbur qalıb pulunun alınması üçün Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 2015-ci ildə onun 600 (altı yüz) manatının Səxavətdən alınıb verilməsi barədə qərar çıxardığını, məhkəmə qərarı çıxandan sonra Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, borcunu ödəməməsinə səbəb kimi işsiz olduğunu və maddi imkanının olmadığını, əlinə pul düşəcəyi təqdirdə ödəyəcəyini desə də pulu ödəmədiyini, Məhkəmə qərarının icra edilməməsi ilə bağlı Şərur Rayon Məhkəməsinə, Polis Şöbəsinə və Prokurorluğuna dəfələrlə müraciət etdiyini, müraciətinə cavab olaraq Səxavətin çox adamlara borcu olduğunu, hamısını ödəməyə imkanı olmadığını, hissə-hissə camaatın pulunu ödəyən zaman onun da pulunu alıb verəcəklərini bildirdiklərini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyindən, 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olduğunu, lakin Səxavət inzibati qaydada həbs edilsə də onun pulunu ödəmədiyini, Təqsirləndirilən şəxs ona olan 600 (altı yüz) manat borcunu tələb etdiyini, pula ehtiyacı olduğunu, Səxavətdə olan pulunun alınıb verilməsinə köməklik edilməsini, pulunu ödəmədiyi halda barəsində qanun çərçivəsində tədbir görülməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs16 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 10 aprel 2015-ci il tarixdə bir baş iri buynuzlu yanıbalalı malı 1200 (bir min iki yüz) manata nisiyə satdığını, Səxavətlə malın pulunu 20 aprel tarixinədək çatdıracağı barədə razılaşsa da Səxavət pullu vemədiyin, məcbur olub Səxavətdən 01 iyun 2015-ci il tarixdə borcunun olması və 11 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavətin iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ondan əvvəlcə Şərur Rayon Polis Şöbəsinə şifahi, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı yazılı qaydada müraciət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 1200 (bir min iki yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, Məhkəmə qərarı çıxandan sonra da Səxavət ona bir manat pul ödəmədiyini, Səxavətin borcunu ödəməməsi ilə bağlı nə məhkəməyə, nədə ki digər orqanlara müraciət etmədiyini, digər tələbkarların Şərur Rayon Məhkəməsinə, X23, Daxili İşlər Nazirliyinə müraciət ediklərindən məlumatı olduğunu, Səxavətin ona olan 1200 (bir min iki yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, pulu ödəmədiyi halda Səxavətə cəza verilməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs17 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs 21 aprel 2015-ci il tarixdə qazel markalı maşınla kəndlərinə mal-heyvan almağa gəldiyini, pula ehtiyacı olduğu üçün iki baş dişi dananı və bir baş qısır malı Səxavətə 1600 (bir min altı yüz) manata satdığını, malların pulundan 800 (səkkiz yüz) manatını nağdı, qalan 800 (səkkiz yüz) manatını isə 05 may tarixinədək verəcəyi barədə Səxavətlə razılaşdıqlarını, razılaşdığı vaxt gəlib keçsə də Səxavətin pulu vermədiyini, məcbur olub ondan 01 iyun 2015-ci il tarixdə borcunun olması və 07 iyun tarixinədək borcunu qaytaracağı barədə yazılı iltizam aldığını, Səxavət iltizamda göstərdiyi müddətdə də pulu vemədiyini, ondan əvvəlcə Şərur Rayon Polis Şöbəsinə şifahi, sonra isə Şərur Rayon Məhkəməsinə pulunun alınıb verilməsi ilə bağlı ərizə ilə müraciət etdiyini, məhkəmədə ondan başqa xeyli adamın da Səxavətdən şikayət etdiyini, məhkəmənin 2015-ci ildə digərlərləri ilə yanaşı onun da 800 (səkkiz yüz) manat pulunun Səxavətdən alınıb verilməsi barədə qərar çıxartdığını, Məhkəmənin qərar çıxandan sonra da Səxavətin bu günə kimi ona bir manat pul ödəmədiyini, ondan Şərur Rayon Məhkəməsinə müraciət etsə də pulunu ala bilmədiyini, Səxavət inzibati qaydada həbs edilsə də nə onun, nədə ki, digər şəxslərin pulunu ödəmədiyini, hazırda pula ehtiyacı olduğunu, 800 (səkkiz yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, pulu ödəmədiyi halda Səxavətin cəza çəkməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs25 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur rayonu Zeyvə kənd sakini Təqsirləndirilən şəxs təqribən 2015-ci ilin aprel ayında mal-heyvan almaq üçün kəndlərinə gəldiyini, bir baş erkək dananı 630 (altı yüz otuz) manata Səxavətə satdığını, 30 (otuz) manatını alıb qalan 600 manatını isə üç gün müddətində çatdıracağı barədə Səxavətlə razılığa gəldiklərini, xeyli müddət keçsə də Səxavət malın pulunu vermədiyini, məcbur olub Səxavətdən həmin ilin iyun ayında ona borcu olması və tez bir zamanda borcunu qaytaracağı barədə yazılı ərizə aldığını, Səxavətin ərizə versə də pulunu vermədiyini, məcbur qalıb ilkin olaraq Şərur Rayon Polis Şöbəsinə şifahi, Şərur Rayon Məhkəməsinə isə ərizə ilə müraciət etdiyini, məhkəmənin 2015-ci ildə onun 600 (altı yüz) manatının alınıb verilməsi haqqında qərar çıxartdığını, qərar çıxandan sonra da Səxavət bu günə kimi ona bir manat pul ödəmədiyini, Səxavətdən dəfələrlə Şərur Rayon Məhkəməsinə, bir dəfə isə Ali Məclisə digər tələbkarlarla birlikdə müraciət etdiyini, müraciət etsə də pulunu ala bilmədiyini, Səxavətin ondan başqa bir çox adamlardan da mal-qara alıb pulunu vermədiyindən, Səxavətin 2015 və 2022-ci illərdə Şərur Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada həbs edilməsindən məlumatı olmadığını, Səxavətin həbs edilsə də nə onun nədə ki digər şəxslərin pulunu ödəmədiyini, hazırda pula ehtiyacı olduğunu, Səxavətda olan 600 (altı yüz) manat borcunun alınıb verilməsinə köməklik edilməsini, Səxavətin pulu ödəmədiyi halda cəza çəkməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sədərək Rayon İcra və Probasiya bölməsinin rəisi X13 ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli icra vərəqəsi 26 avqust 2015-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğunu, icra vərəqəsində Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 37160 (otuz yeddi min yüz altmış) manat pulun alınaraq tələbkarlara ödənilməsi qət edildiyini, İcra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olduğundan icraata qəbul edib, şöbənin iş bölgüsünə uyğun olaraq icra edilməsi üçün icra məmuru Arif Əliyevin icratına verildiyini, İcra vərəqəsinin icra məmurunun icraatına verildikdən sonra icra məmuru 27 avqust 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, tələbin10 (on) gün müddətində könüllü icrası üçün borclunun yaşadığı ünvana bildiriş göndərdiyini, borclu ona verilmiş könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyi üçün icra məmuru tərəfindən şöbəyə dəvət edildiyini, icra məmuru ilə birlikdə qəbul edib, icra sənədində qeyd edilən borcunu ödəməsini tələb etdiyini, borclu işləmədiyini, borcunu ödəməyə maddi imkanının olmadığını, işə düzəlib tələbi tam təmin edəyəcəyini bildirdiyini, İcra məmurunun icra vərəqəsinin icrasını təmin etmək üçün borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti orqanlara sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi borclu Təqsirləndirilən şəxs və digər 2 nəfər ailə üzvünün adına onların birgə mülkiyyətində olan Şərur rayonu Zeyvə kəndində JN-115 nömrəli dövlət aktına əsasən 352 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydə alındığı göstərildiyini, birgə mülkiyyətdə olan həmin torpaq sahəsinin tələbin icrası üçün kifayət etmədiyindən, tələbin borclunun mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsini mümkünsüz etmişdir. Borclunun adına tələbin yönəldiləcəyi əmlak və gəlirlər müəyyən edilmədikdən sonra tələbin icra edilməsi üçün başqa məcburi icra tədbirləri görə bilmədiyini, borclu borc məbləğindən cəmi 500 (beş yüz) manat ödəniş etdiyini, borclunun tələbi tam icra etməyə maddi imkanının olduğunu, lakin icra vərəqəsinin icrasından qərəzli olaraq yayındığına əsaslar olduğu üçün onu yenidən icra məmurunun iştirakı ilə qəbul edib borcunu ödəməsini, ödəmədiyi halda onun barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər tətbiq ediləcəyi barədə xəbərdarlıq etdiyini,borclunun yenə də işləmədiyini, maddi imkanının olmadığını əsas gətirərək, icra vərəqəsinin icrasından qərəzli olaraq yayındığını, ona görə də icra məmuru borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edərək Şərur Rayon Məhkəməsinə verdiyini, borclunun xx.xx.2015-ci il tarixdə məhkəmənin qərarına əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər olmadığından icra sənədinin icrası mümkünsüz olduğunu, ona görə də icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbinə əsasən icra məmuru tərəfindən qərar qəbul edilərək məhkəməyə qaytarıldığını, İcra sənədinin xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən təkrarən icraya yönəldildiyini, bundan sonra borclu Təqsirləndirilən şəxs yenidən şöbəyə çağırılaraq, borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilərək, izahatı alındığını, 2020-ci ilin oktyabr ayında xidməti yerdəyişmə ilə Sədərək Rayon İcra və Probasiya bölməsinə rəis təyin edildiyindən, icra vərəqəsinin sonrakı vəziyyəti barədə məlumatı olmadığını bildimişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya şöbəsinin rəisi X32 ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixliicra vərəqəsi Şəruru Rayon İcra və Probasiya şöbəsinin rəisi Teymur Nəzərov tərəfindən icraatına verildiyini, İcra vərəqəsində Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 37160 (otuz yeddi min yüz altmış) manat pulun alınaraq tələbkarlara ödənilməsinin qət edildiyini, İcra vərəqəsinin icraatına verildikdən sonra 27 avqust 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin10 (on) gün müddətində könüllü icrası üçün borclunun ünvanına bildiriş göndərdiyini, borclunun ona verilmiş könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyi üçün borclunu şöbəyə dəvət edib, icra vərəqəsi üzrə tələbkarlara ödəniləcək məbləğin ödənilməsini və tələbi icra etməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq etdiyini, borclunun tələbi tez zamanda ödəyəcəyini bildirsə də tələbi icra etmədiyi üçün icra vərəqəsinin icrasını təmin etmək üçün borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi ilə bağlı aidiyyati orqanlara sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin sorğuya verdiyi cavabında borclu Təqsirləndirilən şəxs daxil olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə olan JN-115 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayonu, Zeyvə kəndində 352.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa digər gəlirlər və əmlaklar müəyyən edilmədiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsi tələbin icrası üçün yetərli olmamış, borclunu şöbəyə dəvət edib tələbi icra etməsini, tələbi icra etmədiyi halda barəsində inzibati protokol tərtib edəcəyi barədə xəbərdarlıq etdiyini, borclunun rəsmi qaydada xəbərdarlıq edilsədə tələbi icra etməyərək, qanuni tələblərinə əməl etmədiyinə görə barəsində xx.xx.2015-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək Şərur Rayon Məhkəməsinə vermişdir. Şərur Rayon Məhkəməsinin qərarına əsasən borclunun 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya icranı təmin etmək üçün müddət verilsə də borclu borcu üzrə heç bir ödəniş etmədiyini, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər olmadığından icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinin tələbinə əsasən icrası mümkünsüz olduğundan qərar qəbul edərək məhkəməyə qaytardığını, İcra sənədinin xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən yenidən icraya yönəldildiyini və şöbənin böyük icra məmuru İbrahim müəllimin icraatına verildiyini, İcra sənədinin onun icraatında olduğu zaman borclunun ümumi borcundan 250 (iki yüz əlli) manat tələbkar Zərərçəkmiş şəxs7, 250 (iki yüz əlli) manat isə Zərərçəkmiş şəxs3 ödəməklə cəmi 500 manat ödəniş etdiyini, qalan borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli icra vərəqəsinin 2020-ci ilin iyul ayında Şərur Rayon Məhkəməsi tərəfindən yenidən icraya yönəldilərək, icraatına verildiyini, İcra işi ilə tanış olarkən icra vərəqəsində Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 37160 (otuz yeddi min yüz altmış) manat pulun alınaraq tələbkarlara ödənilməsinin qət edildiyini, həmin icra sənədinin şöbənin icra məmuru Arif Əliyevin icraatında olduğunu, icra məmuru tərəfindən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 (on) gün müddətində könüllü icrası üçün borclunun ünvanına bildiriş göndərildiyini, borclunun ona verilmiş könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyi üçün şöbəyə dəvət edilərək, barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə rəsmi xəbərdarlıq edildiyini, borclunun rəsmi xəbərdarlıqdan sonra 37160 (otuz yeddi min yüz altmış) manat ümumi borcundan 250 manat tələbkar Zərərçəkmiş şəxs7, 250 manat isə Zərərçəkmiş şəxs3 ödəməklə cəmi 500 manat ödəniş etdikdən sonra yenidən icra vərəqəsi üzrə ödənişlər etməkdən boyun qaçırdığını, borclunun dəfələrlə şöbəyə dəvət edilərək tələbi icra etməsi, icra etmədiyi halda barəsində inzibati protokol tərtib edəcəyi bardədə xəbərdarlıq edilsə də borclu yenə də tələbi icra etməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə və icra məmurunun qanuni tələblərimə əməl etmədiyinə görə Şərur Rayon Məhkəməsinin qərarına əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər olmadığından icra vərəqəsinin icrası mümkünsüz olduğu üçün 2018-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinin tələbinə əsasən məhkəməyə geri qaytarıldığını, 22 iyul 2015-ci il tarixli icra vərəqəsinin 2020-ci ilin iyul ayında icraatına verildikdən sonra tələbin icrası ilə bağlı borclunun yaşadığı ünvana tələbin icra edilməsi, icra edilmədiyi halda barəsində məcburi icra tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq göndərdiyini, xəbərdarlıq edildikdən sonra borclunu şöbəyə dəvət edib, tələbin icra edilməməsinin səbəbi barədə izahatını aldığını, borclunun izahatında icra vərəqəsi üzrə 2015-ci ildə borcundan bir hissəsini Şərur Rayon Polis şöbəsinin rəisinə və şöbənin müstəntiqinə verdiyini, 250 manat tələbkar Zərərçəkmiş şəxs7, 250 manat isə tələbkar Zərərçəkmiş şəxs3 verdiyini, bu barədə tələbkarların ərizə verdiklərini, lakin Şərur Rayon Polis şöbəsinin rəisinə və şöbənin müstəntiqinə verdiyi pullar barədə heç bir sənədi olmadığını göstərdiyini, icra sənədinin icra edilməsi üçün məcburi icra tədbirləri olaraq borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyati orqanlara yenidən sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin borclu Təqsirləndirilən şəxs daxil olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə olan JN-115 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayonu, Zeyvə kəndində 352.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa digər gəlirlər və əmlaklar müəyyən edilmədiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsi tələbin icrası üçün yetərli olmadığı üçün tələbin təmin edilməsi mümkün olmadığını, borclunu yenidən şöbəyə dəvət edərək, ona tələbi icra etməyi, tələbi icra etmədiyi halda barəsində digər məcburi icra tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq etdiyini, borclu xəbərdarlıq edildikdən sonra 2020-ci ilin sentyabr ayından başlayaraq tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif aylarda 100- 200 manat olmaqla 2021-ci ilin mart ayınadək müəyyən ödənişlər etdiyini, borclunun digər tələbkarlara ödəniş etmədiyini və ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslar olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şərur Rayon Məhkəməsinə 2021-ci ilin mart ayında təqdimat verdiyini, Şərur Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul etdiyini, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilsə də borclu bundan nəticə çıxarmayaraq digər tələbkarlara olan borcundan ödənişlər etmədiyini, borclunu yenidən şöbəyə dəvət edib tələbin tam şəkildə ödənilməsini, tələbi tam icra edilmədiyi halda barəsində qanunvericiliyə uyğun inzibati və cinayət xarakterli tədbirlər görəcəyi barədə rəsmi xəbərdarlıq etdiyini, xəbərdarlıq edildikdən sonra borclu tələbkarlardan Zərərçəkmiş şəxs1 olan 500 (beş yüz) manat borcundan 200 (iki yüz) manatını ödədiyini, borclunun digər tələbkarlara heç bir ödəniş etmədiyini, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclunun inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edərək 05 aprel 2022-ci il tarixdə Şərur Rayon Məhkəməsinə təqdim etdiyini, Şərur Rayon Məhkəməsi borclu Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs etdiyini, borclunun inzibati məsuliyyətə cəlb edildikdən sonra tələbin tam icra edilməsi üçün səy göstərmədiyini, yenə də fasilələrlə 100-200 manat olmaqla tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənişlər etdiyini, lakin tələbin tam icra edilməsi üçün digər tələbkarlara ödənişlər etmədiyini, borclunu yenidən şöbəyə dəvət etdikdə borclunun məlumat vermədən yaşadığı ərazini dəyişib Bakı şəhərinə getdiyi məlum olduğunu, borclunun yaşadığı ərazini tərk etdiyini öyrəndikdən sonra onunla əlaqə saxlamağa çalışsalar da mümkün olmadığını, borclunun yaşadığı yerin müəyyən edilməsi üçün 28 sentyabr 2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edib Şərur Rayon Polis İdarəsinə göndərdiyini, borclu Təqsirləndirilən şəxs sözügedən icra vərəqəsi üzrə tələbkarlardan Zərərçəkmiş şəxs7 250 manat, Zərərçəkmiş şəxs2 1300 manat, Zərərçəkmiş şəxs3 1950 manat, Zərərçəkmiş şəxs1 isə 200 manat olmaqla ümumilikdə 3700 (üç min yeddi yüz) manat ödəniş etdiyini, borclu Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli icra vərəqəsi üzrə tələbkarlara 33460 (otuz üç min dörd yüz) manat borcu olduğunu və cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatda göstərilən bütün xüsusatları təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şərur Rayon İcra və Probasiya Şöbəsinin sabiq rəisi, hazırda təqaüddə olan X14 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixliicra vərəqəsi ilə 2020-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə rəis vəzifəsinə təyin edildikdən sonra tanış olduğunu, icra vərəqəsi şöbənin böyük icra məmuru İbrahim İsgəndərovun icraatında olduğunu, icra vərəqəsində Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 37160 manat pulun alınaraq tələbkarlara ödənilməsi qət edildiyini, icra vərəqəsinin icrası ilə bağlı bütün məcburi icra tədbirləri görülsə də borclunun icra vərəqəsi üzrə tələbi tam icra etməyərək icra vərəqəsinin icrasından boyun qaçırdığını, Şərur Rayon İcra və Probasiya Şöbəsinə rəis vəzifəsinə təyin edildikdən sonra icra vərəqəsinin icrası ilə bağlı icra məmuruna tələbin icra edilməsi ilə bağlı məcburi icra tədbirləri olaraq borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti orqanlara yenidən sorğular verməsini bildirdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsinin sorğuya verdiyi cavabında borclu Təqsirləndirilən şəxs da daxil olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə olan JN-115 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayonu Zeyvə kəndində 352.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa digər gəlirlər və əmlaklar müəyyən edilmədiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsi isə tələbin icrası üçün yetərli olmadığı üçün tələbin yönəldilməsi mümkün olmadığını, borclunu icra məmurunun iştirakı ilə qəbul edib borcunu ödəməsini, ödəmədiyi halda onun inzibati və cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq etdiyini, borclu yazılı qaydada xəbərdarlıq edildikdən sonra 2020-ci ilin sentyabr ayından başlayaraq tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif aylarda 100-200 manat olmaqla 2021-ci ilin mart ayınadək müəyyən ödənişlər etdiyini, borclunun tələbkarlardan iki şəxsə müəyyən ödənişlər etsə də, digər tələbkarlara ödəniş etmədiyi üçün və ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslı şübhələrin olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinə təqdimat verildiyini, məhkəmənin qərarı ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsa da borclu bundan nəticə çıxarmayaraq digər tələbkarlara olan borcundan ödənişlər etmədiyini, borclunu icra məmuru ilə birlikdə yenidən qəbul edib tələbin tam şəkildə ödənilməsini, tələbin tam icra edilmədiyi halda barəsində qanunvericiliyə uyğun inzibati və cinayət xarakterli tədbirlər görəcəyi barədə xəbərdarlıq etdiyini, borclunun xəbərdarlıq edildikdən sonra tələbkarlardan Zərərçəkmiş şəxs1 olan 500 manat borcundan 200 manatını ödədiyini, digər tələbkarlara isə heç bir ödəniş etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib, məhkəməyə təqdim edildiyini, Şərur Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edildiyini, borclunun inzibati məsuliyyətə cəlb edildikdən sonrada tələbin tam icra edilməsi üçün səy göstərmədiyini, icra məmuruna məlumat vermədən yaşadığı ərazini dəyişərək Bakı şəhərinə getdiyini, icra məmurunun borclu şəxslə əlaqə saxlamasının mümkün olmadığını, borclunun yaşadığı yerin müəyyən edilməsi üçün borclunun axtarışı haqqında qərar qəbul edilərək, Şərur Rayon Polis İdarəsinə göndərildiyini, borclunun cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat veriləcəyi barədə yazılı qaydada xəbərdarlıq edilməsi üçün icra məmuru borclunun qeydiyyatda olduğu ünvanda olduğunu, kənd icra nümayəndəsi və müavininin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı və onun adına heç bir əmlakın olmaması barədə akt tərtib etdiyini və borclunun ailə üzvlərinə boclu barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat veriləcəyi barədə məlumat verilmədiyini, borclunun sözügedən icra vərəqəsi üzrə tələbkarlardan Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ümumilikdə 3700 (üç min yeddi yüz) manat ödəniş etdiyini, lakin icra vərəqəsi üzrə 33460 (otuz üç min dörd yüz altmış) manat borcu olduğunu, borclu Təqsirləndirilən şəxs barəsində tərtib edilən cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatda göstərilən bütün xüsusatları təsdiq etdiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət qədər əsaslar olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin sabiq rəisi, hazırda təqaüddə olan X15 ifadəsində qeyd edilən vəzifədə işlədiyi üçün Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, o zaman Səxavətdən polis şöbəsinə bir neçə nəfər şikayət etdiyini, şikayətçilərin Səxavətin onlardan mal-heyvanlarını nisyə aldığını, lakin pulunu vermədiyini bildirdiklərini, rəhbərlik şikayətçilərə yazılı qaydada müraciət etmələrini bildirsə də, şikayətçilərin şöbəyə yazılı qaydada müraciət etmədiyini, bu barədə ona material daxil olmadığından onların şikayətinin mahiyyəti barədə ətraflı məlumatı olmadığını, Təqsirləndirilən şəxs barəsində icraatında material olmadığı üçün onu heç vaxt polis idarəsinə çağırmadığını, özünün işlədiyi müddətdə Səxavətin hər hansı bir əsasla polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanıldığından məlumatı olmadığını, təqsirləndirilən şəxs S. Musayevin ifadəsində Zeyvə kəndində yerləşən yanacaq doldurma məntəqəsində 9000 (doqquz min) manat, xidməti otağında isə 5700 (beş min yeddi yüz) manat olmaqla 14700 (on dörd min yeddi yüz) manat pulu borclu olduğu şəxslərə vermək üçün ona verməsi barədə dediklərinin heç bir əsası olmadığını, Səxavətin ona qarşı irəli sürdüyü ittihamların tam əsassız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında məhkəməyə çağırılaraq şahid qismində dindirilmiş X21 ifadəsində və ona verilən suallara cavabında Şərur RPŞ-də polis əməkdaşı işlədiyini, haliyədə təqaüddə olduğunu, Təqsirləndirilən şəxs polis şöbəsinə gələrkən gördüyünü, Təqsirləndirilən şəxs onun yanında heç kimə pul vermədiyini, bu barədə heç bir məlumatının olmadığını, dəfələrlə ona “işləyirsən gətir camaatın pulunu ver” dediyini, pulu verməsindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında məhkəməyə çağırılaraq şahid qismində dindirilmiş X16 ifadəsində və suallara cavabında 2002-20218-ci illərdə Şərur rayon poliş Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi işlədiyini, Təqsirləndirilən şəxs polis şöbəsində olarkən tanıdığını, vətəndaşların şikayəti ilə bağlı dindirilib buraxıldığını, içəridə saxlanmadığını, vətəndaşların pulunu az-azda olmuş olsa ödəməsinin ona təklif olunduğunu, dediklərinin əsassız olduğunu, onun yanında heç kimə pul vermədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin rəisi ilə Şərur rayon Polis şöbəsinin sabiq rəisi X8 arasında olan telefon danışığına dair tərtib olunmuş telefonoqram tədqiq edildi və müəyyən olundu ki, telefon danışığı zamanı müstəntiq şahidə təqsirləndirilən şəxs verdiyi ifadəsində borclu olduğu şəxslərin ondan Şərur rayon Polis idarəsinə 2014-cü il tarixdə şikayət etdiyini, onun uzun müddət idarəsinin müvəqqəti saxlama yerində saxlandığını, orada saxlanılan zaman 19000 (on doqquz min) manat pulu borclu olduğu şəxslərə verilməsi üçün xidməti otağında X9 verdiyini, lakin otağında X8 həmin pulları borclu olduğu şəxslərə vermədiyini bildirdiyini demiş, X4 hazırda Bakı şəhərində olduğunu, səhhətinə görə müalicə olunduğunu, buna görə də ifadə vermək üçün naxçıvan şəhərinə gəlməyin mümkünsüz olduğunu, bunun üzrlü hal kimi nəzərə alınmasını xahiş etdiyini, Təqsirləndirilən şəxs ifadəsində gösərdiyi xüsusatların yalan olduğunu, ondan xidməti otağında 19000 (on doqquz min) manat pulu borclu olduğu şəxslərə vermək üçün almadığını, şikayətçilərin şifahi olaraq Şərur rayon polis İdarəsinə müraciət etdiklərini, şikayətçilərə məhkəməyə müraciət etməli olduqlarını bildirdiyini, Təqsirləndirilən şəxs barəsində 2015-ci ildə Şərur rayon məhkəməsinin müvafiq qətnamə çıxardığını bildirmişdir. X2 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə ünvanladığı ərizə tədqiq edildi və müəyyən olundu ki, o ərizəsində bildirirəm ki, siz mənimlə telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs işi ilə bağlı ifadə vermək üçün Naxçıvana dəvət etdiniz.Mənim telefon söhbəti zamanıda sizə dediyim kimi hazırda Bakı şəhərində səhhətimlə bağlı müalicə alıram. Ona görə də Naxçıvan şəhərinə gəlmək imkanım yoxdur. Telefon danışığımız zamanı bildirdiyim xüsusatların nzərə alınmasını xahiş edirəm. X4 xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə telqram göndərərək teleqramda səhhətilə əlaqədar 1(110)-3/2024 nömrəli cinayət işinin gedişində iştirak edə bilməyəcəyini, verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərlə müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 03 may 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev ərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 8-ci vərəqində olan materialdan görünür ki, Cinayət işinin başlanmasına əsas Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatı omuşdur. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan 22 iyul 2015-ci il tarixli 2(110)-435/2015 nömrəli İcra vərəqəsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsi icra olunması üçün göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 2(110)- 435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə Zərərçəkmiş şəxs24 1500 (min beş yüz) manat, X17 3500 (üç min beş yüz) manat, Zərərçəkmiş şəxs26 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs22 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs9 1000 (bir min) manat, Zərərçəkmiş şəxs25 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs17 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs4 1000 (bir min) manat, Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs5 Ramzi oğluna 2100 (iki min yüz) manat, Zərərçəkmiş şəxs12 3000 (üç min) manat Zərərçəkmiş şəxs21 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs11 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs23 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs19 Məhəmmədəli oğluna 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs18 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs2 3160 (üç min yüz altmış) manat, Zərərçəkmiş şəxs13 2050 (iki min əlli) manat, Zərərçəkmiş şəxs8 Məhəmməd oğluna 700 (yeddi yüz) manat, Zərərçəkmiş şəxs20 1200 (min iki yüz) manat, Zərərçəkmiş şəxs7 950 (doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs16 1200 (min iki yüz) manat, Zərərçəkmiş şəxs15 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs3 3200 (üç min iki yüz) manat, Zərərçəkmiş şəxs6 3100 (üç min yüz) manat, X7 isə 1400 (min dörd yüz) manat pul ödənilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan icraata başlamaq qərarın surətindən görünür ki, Şərur rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X32 tərəfindən Şərur rayon Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqində olan Şərur rayon Rayon Məhkəməsinin 8(110)- 23/2021 nömrəli 16 mart 2015-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 101-ci vərəqində olan 05 aprel 2022-ci il tarixli, 3(110)-24/2022 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqində olan Şərur rayon icra və Probasiya Şöbəsinin 28 sentyabr 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 352-ci vərəqində olan 16 may 2023-cü il tarixli “Zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs24 hüquqi varisi qismində X18 tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin 2-ci cildinin 386-cı vərəqində olan 24 may 2023-cü il tarixli “Zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs26 hüquqi varisi qismində X19 tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin 2-ci cildinin 406-cı vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, xx.xx.1977-ci il təvəllüdlü Şərur rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 2-ci cildinin 441-ci vərəqində olan 14 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə qərarın surəti ona təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 443-cü vərəqində olan 14 iyun 2023-cü il tarixli ittiham elan edilməli olan şəxsin tutulmasına dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham elan edilməsi məqsədilə tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 445-ci vərəqində olan 14 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 488-ci vərəqində olan Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(078)-100/2023 saylı qərarından görünür ki, xx xxx 1977-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, üç uşaq atası, işsiz, Şərur rayonu Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, onun Şərur rayon Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülki-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla qətnamənin icra olunmasına yönəlmiş hər hansı bir hərəkət etməməsi, onun 10 gün müddətində inzibati qaydada həbs edilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şərur rayon Rayon Məhkəməsinin 2(110)-435/2015 nömrəli 22 iyul 2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Ona görədə onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhz bu səbədən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min“manatadək miqdarda cərimə və ya“üç yüz iyirmi saatdan dörd yüz səksən“saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri“və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının vəya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarını icra etməməsinə görə dəfələrlə rəsmi xəbərdarlıq edilməsi iş materialında öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, “tələbkarlara olan borcunun hamısını tələbkarlara ödənilməsi üçün bir qismini Şərur Rayon Polis Şöbəsinin müstəntiqi İsmayıl müəllimə və bir qismini isə xidməti otağında şöbənin sabiq rəisi Mamed müəllimə verdmişəm” deməsi kimi ifadələri iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub - olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi peşmançılığını, himayəsində 4 nəfər ailə üzvünün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə törədilmiş cinayətin ictimai təhlükəliliyini, cinayət əməlini törətmə niyyətini və törətdikdən sonrakı davranışlarını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərini, onun cəmiyyətdəki mövqeyini nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli şəkildə qiymət verilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 20 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs“azadlığının faktiki məhdudlaşdırıldığı 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar