Məhkəmə qərarları › İş №1(110)-30/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-30/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-30/2024 04.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə islas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayətinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu xüsusi ittihamçı qismində tanımaqla şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq yalan olduğunu bilə-bilə şər-böhtan xarakterli məlumatları yaymış X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökümünün çıxarılmasını xahiş etmişdir. X10 şikayət ərizəsində həyat yoldaşı X3 06 iyul 2024-cü il tarixdə atası evinə, yəni Şərur rayonunun Oğlanqala kəndinə gedəndə qardaşı X4 və onun həyat yoldaşı X2 tərəfindən döyüldüyünü, həmin hadisə ilə əlaqədar onların 12 avqust 2024-cü il tarixdə məhkəmə iclasına çağırıldıqlarını, məhkəmə zalının qarşısında X1 onu və həyat yoldaşını təhqir edərək nalayiq söyüşlər söydüyünü, onun onları təhqir etməsini görən məhkəmənin girişində qeydiyyat aparan şəxsin və İcra məmuru İbrahim adlı şəxsin ondan zala daxil olmasını tələb etdiyini, həmçinin X1 məhkəmədən sonra Polis İdarəsinin qarşısında onlar barəsində həqiqətə uyğun olmayan şərböhtan xarekterli, onlara hədə-qorxu gələrək onları təhqir etdiyini, onun bu barədə Şərur rayon Polis İdarəsinə şikayət etdiyini, lakin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmələrinin tövsiyyə olunduğunu, nəticədə, X1 onun şərəf və ləyaqətini alçaldaraq ona ağır mənəvi ziyan vurduğunu, onun ağır iztirablar və sarsıntılar keçirdiyini, dəfələrlə ona həkim yardımı göstərildiyini, səhhətimdə ciddi pozuntular olduğunu, bütün bu hərəkətləri ilə X1 bilərəkdən və qəsdən ona maddi və mənəvi zərər yetirdiyini, X1 yuxarıda göstərilmiş üsullarla onun şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində (Böhtan) göstərilən əməli törətdiyini qeyd etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şikayət ərizəsinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyindən şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayət ərizəsində həmin əməlin X2 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini, cinayəti törətmiş şəxsin yaşayış yerini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir; - 293.3.4- cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd edilməlidir; - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; - 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X7 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar