Məhkəmə qərarları › İş №1(110)-32/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-32/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-32/2024 09.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayon Muğancıq Mehrab kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Şərur rayon Muğancıq Mehrab kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o 27 iyun 2024-cü il tarixdə saat 03:20-də BC seriyalı 954503 nömrəli sürücülük vəsiqəsi və "xxxx" MMC-nin verdiyi etibarnamə ilə idarə etdiyi “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən "X29" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, Şərur rayonu ərazisinə düşən həmin yolun 42-ci km-də Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında asvalt yoldan avtomobil detal hissəsini götürməyə çalışan piyada Zərərçəkmiş şəxs vurmuş, piyadaya başın ağır küt travması, başın sağ alın-gicgah nahiyyələrində dərialtı yumuşaq toxumalara qansızma, sağ alın sümüyünün xətti sınığı, baş beyin toxumasına, sağ alın-gicgah nahiyyələrində qansızma, beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, başın sağ alın-gicgah nahiyyəsində hematoma və əzilmiş-cırılmış yarası, sağ göz yuvasını əhatə edən qançır, sağ said və döş qəfəsinin arxa səthində sıyrıqlarından ibarət ağırlıq dərəcələrinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində ailəsi ilə birlikdə Şərur rayon Muğancıq Mehrab kəndində yaşadığını, 3 ildir Şərur rayon Elektrik Şəbəkəsində elektrik mütəxəssisi işlədiyini, hal hazırda işsiz olduğunu, 6 ay olar ki, Naxçıvan şəhərində olan Naxçıvan avtosalondan “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobili kreditlə aldığını, həmin avtomobili kreditlə olduğu üçün "xxxx" MMC-nin Naxçıvan nümayəndəliyinə qeydiyyatdan keçirdiyini, avtomobilin ödənişini hər ay 276 manat olmaqla Naxçıvan şəhərində fəaliyyət göstərən "Azərtürk Bank"a ödədiyini, xx.xx.2024-cü il tarixdə toy mərasimi olacağını, xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində qeyd etdiyi avtomobillə dayısı və qardaşının oğlu Turan ilə birlikdə hava limanından qardaşını qarşılamaq üçün Şərur rayon Muğancıq Mehrab kəndindən çıxdığını, saat təxminən 00:20 radələrində X21 çatdığını, saat 01:53də təyyarənin endiyini, qardaşı Orxanı və onun həyat yoldaşı Məhəbbəti götürüb Şərur rayonuna getmək üçün hava limanından çıxdığını, avtomobili özünün idarə etdiyini, qabaq sərnişin oturacaqda dayısı, arxa oturacaqda isə qardaşı Orxan, həyat yoldaşı Məhəbbət, qardaşının oğlu Turan oturduğunu, Naxçıvan şəhərindən çıxanda havanın yağışlı olduğunu, Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında 80 km/saat sürətlə yaxın işıqlarla hərəkətdə olduğunu, Sədərək rayonu istiqamətində Şərur rayon Püsyan kənd ərazisindən keçən hissədə hərəkətdə olduğunu, 150 metr məsafədən Naxçıvan şəhəri istiqamətində bir avtomobilin işıqları yanılı vəziyyətdə dayandığını gördüyünü, həmin avtomobilin sola dönmə siqnalının yanılı olduğunu, həmin avtomobilin dönəcəyini düşündüyünü, avtomobilə yaxınlaşan zaman 5 metr məsafədən sürücünün qapısının açıq olduğunu gördüyünü, avtomobilə çatan anda təxminən 1 metr məsafədən bir nəfərin onun hərəkət zolağında qoşa xəttin yanında üzü yolun sağ kənarına tərəf əyildiyini gördüyünü, həmin an ayağını tormuza basdığını, amma məsafə çox yaxın olduğundan həmin şəxsi avtomobilin sol hissəsi ilə vurduğunu, piyadanın başının avtomobilin alın şüşəsinə dəydiyini, alın şüşənin qırıldığını, piyadanın hərəkətini uzaq məsafədən görməməsinə səbəb dayanmış avtomobilin işıqlarının gözünə düşməsi olduğunu, biraz getdikdən sonra piyadanın avtomobilinin sol tərəfinə düşdüyünü, avtomobili öz hərəkət zolağında saxladığını, avtomobildən yerə endiyini, həmin anda Naxçıvan şəhəri tərəfdən gələn tanımadığı bir avtomobil yaxınlaşdığını, avtomobilin işıqları düşən zaman əks istiqamətli zolaqda asvalt yolda uzanan piyadanı gördüyünü, həmin piyadanı dayısı və qardaşı ilə birlikdə idarə etdiyi avtomobilə qoyaraq Şərur rayon xəstəxanasına apardığını, xəstəxanaya çatıb yaralını xəsatəxanada endirdiklərini, xəstəxanada oturacaqda oturub gözlədiyini, sonradan polislərlə birlikdə hadisənin baş verdiyi yerə getdiyini, sonradan valideyinləri və digər qohumları dəfələrlə zərərçəkmiş şəxsin evinə getdiklərini, dəfn xərcini çəkmək və barışıq əldə etmək istəsələr də zərərçəkmiş şəxsin valideynlərinin bundan imtina etdiklərini, onlarla barışmadıqlarını, haliyədə də ondan şikayətçi olduqlarını, etdiyi əməldən çox peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində ailəsi ilə birlikdə Sədərək rayon Dəmirçi kəndində yaşadığını, mərhum oğlu Xəyalın uzun illər Türkiyə Respublikasında yaşadığını, Xəyalın xx.xx.2024-cü il tarixdə ailəsi ilə birlikdə Naxçıvana gəldiyini, xx.xx.2024-cü il tarixdə oğlu Vüsalın uşaqları Bakı şəhərindən gələcəkdilər deyə Xəyalın kirvəsi Cənnət ilə birlikdə oğlu Röyalın mülkiyyətində olan “Mercedes Benz” markalı avtomobillə X21 getmək üçün kənddən çıxdığını, təyyarə gecikdiyi üçün Xəyal hava limanından gec çıxdığını, gecə saatlarında Xəyalın qəza etdiyi məlumatını aldığını, Şərur rayon xəstəxanasına getdiyini, Xəyalın əməliyyatda olduğu deyildiyini, səhər saatlarında Xəyalın hadisə zamanı öldüyünü öyrəndiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu qeyd edərək məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X20 ifadəsində 1993-cü il tarixdən 2016-cı il tarixədək Naxçıvan MR X14 xidmət etdiyini və hal hazırda polis təqaüdçüsü olduğunu, 27-28 iyun tarixlərdə bacısı oğlu Elvinin toy məclisinə gələn Elvinin qardaşı Orxanı hava limanından qarşılamaq üçün Elvinin idarə etdiyi “Nissan Note” markalı avtomobil ilə X21 getmək üçün saat 22:50 radələrində Şərur rayonundan çıxdıqlarını, Orxanın 11 yaşlı oğlu Ardanın arxa oturacaqda oturduğunu, X21 çatıb təyyarənin enməsini gözlədiklərini, təyyarə gecikdiyi üçün saat təxminən 02:00 radələrində təyarənin endiyini, Orxanı və həyat yoldaşını götürüb Şərur rayonuna getmək üçün Elvinin idarə etdiyi avtomobillə hava limanından çıxdıqlarını, Orxan, həyat yoldaşı və oğlunun arxa oturacaqda oturduqlarını, Naxçıvan-Sədərək avtomobil yolunda Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissədə hərəkətə olduqlarını, qabaqda Naxçıvan şəhəri istiqamətində ikinci hərəkət zolağında bir avtomobilin işıqları yanılı vəziyyətdə və sola dönmə siqnalını vurub dayandığını, Elvinin avtomobillə hərəkətə davam etdiyini, həmin avtomobilə yaxınlaşıb yanından keçən anda Elvinin idarə etdiyi avtomobilə ön tərəfdən zərblə nəyinsə dəydiyini hiss etdiyini, nə olduğunu bilmədiyini, Elvinin avtomobili saxladığını, avtomobildən yerə endiyini, avtomobilin arxa tərəfində əks istiqamətli zolaqda bir nəfər piyadanın asvalt üzərində uzanmış halda qaldığını gördüyünü, Elvinin avtomobillə piyadanı vurduğunu bildiyini, köməkli piyadanı təcili Elvinin avtomobilinə arxa oturacağa qoyduqlarını, Elvinlə qardaşı Orxanın piyadanı xəstəxanaya apardıqlarını, özünün hadisə yerində qaldığını, yoldan keçən bir avtomobillə Orxanın arvadını və Orxanın oğlunun aparıb evə düşürdərək, özünün də xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X25 ifadəsində14 mart 2024-cü il tarixdən "xxxx" MMC-in Naxçıvan nümayəndəliyində işlədiyini, 01 iyun 2024-cü il tarixdən isə həmin müəssisədə icraçı direktor vəzifəsində işləməyə başladığını, xx.xx.2024-cü il tarixdə Şərur rayon Tənənəm kənd sakini X18 ərizə ilə müraciət edərək 2015-ci il buraxılışlı “Nissan Note” markalı avtomobili lizinq yolu ilə əldə etməsini və köməklik göstərmələrini xahiş etdiyini, Aludə Cəfərli ilə LZNG 01-000014 nömrəli daxili lizing müqaviləsi bağlandığını, avtomobil saz vəziyyətdə aktla təhvil verildiyini, müqaviləyə əsasən lizinq alanın avtomobil üçün 24 ay müddətində hər ay 261.88 manat lizinq ödənişi ödəməli, müqavilənin sonunda isə, yəni xx.xx.2026-cı il tarixdə avtomobilin onun şəxsi mülkiyyətə verilməsi müəyyən olunduğu, , həmçinin Aludə Cəfərli həmin tarixdə ərizə ilə müraciət edərək qeyd olunan avtomobilə nişanlısı Təqsirləndirilən şəxs da idarə etməsi üçün etibarnamə verilməsini xahiş etdiyini, "xxxx" MMC-in balansında olan “Nissan Note” markalı avtomobilə Aludə Cəfərlinin ərizəsi əsasında həm özünə, həm də nişanlısı Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün etibarnamə verildiyini, Aludə Cəfərlinin adına hər ay qeyd olunan ödəniş ödəndikcə hər iki şəxsə avtomobili idarə etmək üçün bir ay müddətinə etibarnamə verildiyini, baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumatın ona 2 gün sonra verildiyini, avtomobilə vurulmuş ziyanın tamamilə ona ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olduğunu, 21 ildir ki, Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, mərhum həyat yoldaşı Xəyal ilə 18 ildir ailəli olduğunu, bir ildir ki, rəsmi nikaha daxil olduqlarını, bir övladı olduğunu, 15 iyun 2024-cü il tarixdə ailəlikcə Naxçıvana gəldiklərini, Xəyalın kənddə olan torpaq sahəsində ev tikintisi ilə məşğul olduğunu, 26 iyun 2024-cü il tarixdə Xəyal qardaşı Vüsal Naxçıvana gələcəkdi deyə onları götürmək üçün axşam saatlarında kirvələri Cənnət ilə Naxçıvan şəhərinə hava limanına getdiyini, həmin gün hava pis olduğu üçün telefonda şəbəkə olmadığından Xəyal ilə əlaqə saxlaya bilmədiyini, saat 04:00 radələrində Xəyalgilin qəza keçirdiklərini və xəstəxanada olduqlarını eşitdiyini, gecə saatlarında Şərur rayon xəstəxanasına getdiyini, xəstəxanada Xəyal barədə heç bir xəbər ala bilmədiyini, xəstəxananın açıq pəncərəsindən içəri keçdiyini, orada olan polis əməkdaşlarının onu çölə çıxardığını, Xəyalın əməliyyatda olduğu deyildiyini, səhərə kimi xəstəxananın qarşısında gözləməli olduğunu, səhər Xəyalın rəhmətə getdiyini öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində Saatlı rayonunda qeydiyyatda olduğunu və həyat yoldaşı ilə birlikdə Abşeron rayon Masazır kəndində yaşadığını, 27-28 iyun 2024-cü il tarixlərdə həyat yoldaşı Orxanın qardaşı Elvinin Şərur rayonunda toy məclisi olacağı üçün xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Orxanla birlikdə Naxçıvan şəhərinə gəldiyini, Hava limanında onları Orxanın qardaşı Elvin və dayısı Elmar qarşıladığını, Elvinin idarə etdiyi avtomobil ilə Şərur rayonuna getmək üçün Naxçıvan hava limanından çıxdıqlarını, qabaq sərnişin oturacaqda dayısı Elmar, arxa oturacaqda özü, Orxan və Orxanın birinci həyat yoldaşından olan oğlu Arda oturduğunu, gecə reysi ilə gəldiyiyi üçün yorğun və yuxulu olduğundan avtomobildə yatdığını, avtomobildə kiminsə qışqırıq səsinə oyandığını, Elvinin avtomobili saxladığını, avtomobildən endiyini, Elvinin piyadanı vurduğunu gördüyünü, çox qorxduğu üçün keçib yolun kənarında gözləməyə başladığını, Elvinin avtomobili ilə Elvin Orxanla birlikdə piyadanı avtomobilə qoyub xəstəxanaya apardığını, başqa bir avtomobillə evə gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində ailəsi ilə birlikdə Sədərək rayon Dəmirçi kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə axşam saat 21:00 radələrində kəndlisi həmdə kirvəsi olan Xəyalın ona zəng edərək qardaşı Vüsalın uşaqlarının Bakı şəhərindən gələcəyini, onları gətirmək üçün hava limanına getməl lazım olduğunu dediyini, Xəyala onunla gedə biləcəyini bildirdiyini, Xəyalın qardaşı Röyalın mülkiyyətində olan “Mercedes Benz” markalı **-VV-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhərinə hava limanına getmək üçün kənddən çıxdıqlarını, avtomobili Xəyalın idarə etdiyini, Kəngərli rayon Qıvraq qəsəbə yolayrıcını keçən zaman Xəyal ona avtomobili idarə etməyini xahiş etdiyini, həmin yerdən avtomobili özü idarə etdiyini, Xəyalın isə qabaq sərnişin oturacaqda oturduğunu, X21 gəldiyini, hava qarışıq olduğundan reysin gecikdiyini, gecə saatlarında təyyarənin endiyini, Vüsalın uşaqlarını götürüb kəndə getmək üçün hava limanından çıxdıqlarını, Naxçıvan- Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində hərəkətə olduqlarını, Şərur rayon Püsyan kənd ərazisindən keçən hissədə Xəyalın ona avtomobilin güzgüsünün kapronunun düşdüyünü dediyini, Xəyala sabah maşın bazarından birini alıb üzərinə taxaram dediyini, Xəyalın ona qayıt kapronu götürək dediyini, Şərur rayon Danyeri kəndi ərazisindən keçən hissədə dönüb geri qayıtdıqlarını, ikinci hərəkət zolağında hərəkətdə olduğunu, Şərur rayon Püsyan kəndi ərazisindən keçən hissədə Xəyalın əli ilə göstərərək kapron ordadı dediyini, kapron əks istiqamətli zolaqda qoşa xəttin yanıda olduğunu, birinci hərəkət zolağına keçib avtomobili saxladığını, yaxın işıqlarının yanılı olduğunu, qəza işıqlarını vurub dayandığını, qapını açıb enmək istədiyi zaman Xəyalın sən enmə mən gedirəm gətirim dediyini, Xəyalın avtomobildən enib kapronu götürməyə getdiyini, onun getməyini gördüyü zaman avtomobildən enmədiyini, qapı açıq vəziyyətdə onun gəlməyini gözlədiyini, ani anda tappıltı səsi gəldiyini, dönüb baxdığında Sədərək rayonu istiqamətində avtomobilin hərəkətini gördüyünü, arxa oturacaqda yatan uşaqlarda diqqəti olduğu üçün avtomobilin hərəkətini əvvəlcədən görmədiyini, avtomobilin Xəyalı vurduğunu bildiyini, avtomobildən enib qaçdığını, həmin avtomobilin gedib qabaqda saxladığını, Xəyalın asvalt yolda düşüb qaldığını, həmin avtomobildən bir neçə nəfər endiyini, onların köməkliyi ilə Xəyalı həmin avtomobilin arxa oturacağına qoyduğunu və xəstəxanaya apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən X6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində Şərur rayon Muğancıq Mehrab kəndində qeydiyyatda olduğunu və həyat yoldaşı ilə birlikdə Abşeron rayon Masazır kəndində yaşadığını, Bakı şəhərində fəhlə işlədiyini, 27-28 iyun 2024-cü il tarixlərdə qardaşı Elvinin Şərur rayonunda toy məclisi olacağı üçün xx.xx.2024-cü il tarixdə gecə saatlarında həyat yoldaşı Məhəbbətlə birlikdə Naxçıvan şəhərinə gəldiyini, hava limanında onları qardaşı Elvin, dayısı Elmar və birinci nikahından olan oğlu Turanın qarşıladığını, Elvinin idarə etdiyi avtomobil ilə Şərur rayonuna getmək üçün Naxçıvan hava limanından çıxdıqlarını, qabaq sərnişin oturacaqda dayısı Elmar, arxa oturacaqda isə özü, həyat yoldaşı və oğlu Turaınn oturduğunu, dayısı ilə söhbət etdiyini, Şərur rayon Püsyan kənd ərazisindən keçən hissədə qabaq tərəfdə Naxçıvan şəhəri istiqamətində ikinci hərəkət zolağında qoşa xəttin yanındakı zolaqda işıqları yanılı vəziyyətdə və sola dönmə siqnalı vurulu olan avtomobil dayandığını, Elvinin avtomobili ilə ikinci hərəkət zolağında hərəkətə davam etdiyini, avtomobilə yaxınlaşan və yanından keçən anda anidən Elvinin avtomobilinin ön hissəsinə nəyinsə zərb ilə dəydiyini hiss etdiyini, amma nə olduğunu bilmədiyini, Elvinin avtomobilinin alın şüşəsinin qırıldığını, biraz gedəndən sora Elvinin avtomobili saxladığını, avtomobildən yerə endiyini, bir nəfərin yaxınlaşdığını və adamı vurduz deyə qışqırdığını, baxan zaman avtomobilin arxasında əks istiqamətli zolaqda bir nəfər piyadanın asvalt yolda uzandığını gördüyünü, yaxınlaşan şəxsin “tez avtomibilə qoyub xəsatəxanaya aparın” dediyini, həmin şəxsə onların avtomobilin alın şüşəsi qırılıb sənin avtomobilin ilə aparaq dediyini, həmin şəxsin isə onun avtomobilində uşaq var apara bilmərəm dediyini, piyadanı Elvinin avtomobilinin arxa oturacağına qoyub Elvinlə birlikdə xəstəxanaya apardıqlarını, Elvinlə piyadanı xəstəxanaya endirdiklərini, həkimlərin gəlib piyadanı müayinə edən zaman onun artıq rəhmətə getdiyini öyrəndiklərini bildirmişdir. . Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci vərəqində olan 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə bilavəsitə tabe olan YNH-ə dair işlər üzrə İstintaq və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru Fədair Nəbiyev tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 27 iyun 2024-cü il tarixdə saat 03:20-də Naxçıvan- Sədərək avtomobil yolunun 42-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note” markalı **- AF-*** qeydiyyat nişanlı avtomobil ilə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman asvalt yoldan avtomobil hissəsini götürməyə çalışan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerində ölməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Cinayət işinin 43-cü vərəqində olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan NOTE, hetcbek tipli, dövlət qeydiyyat nişanı 75CA942, buraxılış ili 2015, mühərrik nömrəsi 141365B, mühərrik həcmi 1198, ban nömrəsi E12423596 avtomobil "xxxx" MMC-yə məxsusdur Cinayət işinin 47-ci vərəqində olan 19 aprel 2024-cü il tarixli LZNG01-000014 saylı X22 müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan X19 arasında lizinq müqaviləsi bağlanmış və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin müqvilənin 1.2-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və xüsusiyyətləri bu müqavilənin 2 nömrəli əlavəsində dəqiq təsviri verilmiş, X10 (AA2456706, Naxçıvan ŞPİ, xx.xx.2021 (bundan sonra satıcı) məxsus Nissan NOTE, hetcbek tipli, dövlət qeydiyyat nişanı 75CA942, buraxılış ili 2015, mühərrik nömrəsi 141365B, mühərrik həcmi 1198, ban nömrəsi E12423596, xx.xx.2024 tarixində DYP tərəfindən verilmiş NMR NİN DYP QİTBŞ BD seriyalı 539606 nömrəli qeydiyyat şəhadətnaməsi olan nəqliyyat vasitəsini, (bundan sonra lizinq obyekti) mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq haqqı müqabilində, lizinq vasitəsilə Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqəti isifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Cinayət işinin 56-cı vərəqində olan etibarnamədən görünür ki, lizinq verən "xxxx" MMC öz mülkiyyətində olan markası Nissan NOTE minik, istehsal tarixi 2015-ci il, qeydiyyat nişanı 75AF534 olan nəqliyyat vasitəsini idarə etmək hüququnu X11 xahişi ilə Təqsirləndirilən şəxs şəxsinə etibar etmişdir. Cinayət işinin 65-ci vərəqində olan Naxçıvan MR DİN-nin ƏSİŞ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 69-cu vərəqində olan 02 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 97-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 27 iyun 2024-cü il tarixli 53 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-başın ağır küt travması, başın sağ alıngicgah nahiyyələrində dərialtı yumuşaq toxumalara qansızma, sağ alın sümüyünün xətti sınığı, baş beyin toxumasına, sağ alın-gicgah nahiyyələrində qansızma, beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, başın sağ alın-gicgah nahiyyəsində hematoma və əzilmiş-cırılmış yarası, sağ göz yuvasını əhatə edən qançır, sağ said və döş qəfəsinin arxa səthində sıyrıqlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Eləcə də avtomobil qəzası nəticəsində də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla mərhumun ölümü ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə baş beyin toxumasının əzilməsi səbəb olmuşdur. Cinayət işinin 104-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2024-cü il tarixli 769 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, 2015-ci il buraxılışlı “Nissan” markalı, “Note” (xetçbek) minik modelli, gümüşü metallik rəngli, mühərriki 1198 kub santimetr olan **-AF-*** qeydiyyat nişanlı minik avtomobilinin təmir bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 1805.00 (bir min səkkiz yüz beş) manat müəyyən edilir. Dəyişilməli Hissələrin dəyəri-1265.00 manat, təmir bərpa xərclərinin dəyəri-540.00 manatdır. Cinayət işinin 110-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 768 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Göstərilən vəziyyətdə yəni “Mercedes Benz” markalı avtomobilin dayanması, “Nissan Note” markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin daha böyük məsafədən (150 metr) yaranması və piyadanın Sədərək rayonu istiqamətində ikinci zolaqda “Nissan Note” markalı avtomobilin hərəkət zolağında vurulması şəraitində “Mercedes Benz” markalı **-VV-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. X1 avtomobili yolun hərəkət hissəsində saxladığına görə onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinə yolun çiynində dayanması və durmasına icazə verilir. Cinayət işinin 124-cü vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 143-cü vərəqində olan 06 avqust 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx.xx.1996-cı il tarixdə Şərur rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, Şərur rayon Muğancıq Mehrab qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs barəsində ” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-ci vərəqində olan 06 avqust 2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirakına xitam verilməsi haqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində cinayət prosesində xitam verilmiş, qərar X8 elan edilmişdir. Cinayət işinin 158-ci vərəqində olan 06 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X15 ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 170-ci vərəqində olan Şərur rayon M.Mehrab kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon M.Mehrab kəndində doğulmuşdur. 2002-2013-cü illərdə M.Mehrab kənd tam orta məktəbində təhsil almışdır. Peşə və ail təhsili yoxdur. Hərbi mükəlləfiyyətlidir. Ailəlidir. Övladı yoxdur. Təqsirləndirilən şəxs kənd ərazisində yaşadığı müddət ərizndə gənc olmasına baxmayaraq həmyaşıdları və orta yaşlı nəsil arasında yaxşı hörmətə malikdir. Onun barəsində etik davranış qaydalarını pozan heç bir şikayət olmamışdır. İctimaiyyət arasında özünü aparmağı bacarmışdır. Xaraktercə sağlam, düzgün əqidəli, vətəninə bağlı, vətənpərvər, dünyagrüşlü, böyük-kiçik yeri bilən, milli-əxlaqi dəyərlərə, adət-ənənələrə sadiq biri kimi tərbiyə olunmuşdur və bunu hər hərəkətində görmək mümkündür. Heç bir zərərli vərdişləri olmamışdır. İctimaiyyətçidir. Hər zaman kənddə keçirilən mədəni - kütləvi tədbirlərdə yaxından iştirak etmişdir. Beləliklə də, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, 02 (iki) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, həmin cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ-nin duracağında saxlanılan “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5- 2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Eyni zamanda digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, həmin cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ-nin duracağında saxlanılan “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar