Məhkəmə qərarları › İş №1(110)-33/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-33/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-33/2024 18.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olmuş, evli, 3 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, halhazırda Şərur rayon Zeyvə kəndində duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Şərur rayon Kürkənd kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, məhkumluğu olan, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 3 il sınaq müddəti verilmiş, hal-hazırda Şərur rayon Kürkənd kəndində qeydiyyatda olmaqla NMR Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilirlər ondan ötrü ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şərur rayon Kürkənd ərazisində Şərur rayon Kürkənd sakini Zərərçəkmiş şəxs məxsus tövləyə qanunsuz daxil olaraq tövlədə olan 230 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı oğurlamış, yenidən həmin gün saat 23:50 radələrində vahid niyyətlə əhatə olunmayan qəsdlə 240 manat dəyərində 1 baş xırda buynuzlu heyvanı gizli olaraq oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 470 (dörd yüz yetmiş) manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişlər. Bununla da, vətəndaşlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində dostu Nurani ilə xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində evdə spirtli içki qəbul etdiklərini, təxminən 5-10 dəqiqə sonra Nuraninin ona Əlinin atası Məcid əminin tövləsində quzularının olduğunu, oradan bir baş quzu götürəcəyini və ondan taksi tapmağını, həmin tövlədən bir baş quzu oğurlamaq qərarına gəldiklərini, taksi fəaliyyəti ilə məşğul olan Yusif adlı qohumuna zəng etdiyini, ona Kürkəndində bir baş quzunun olduğunu və onu oradan götürmək lazım olduğunu dediyini, bundan sonra saat təxminən 20:20 radələrində Yusif adlı qohumunun idarə etdiyi “Tofaş” markalı avtomobili ilə Zeyvə kəndində yerləşən mənzilin qarşısına gəldiyini, onun maşınına əyləşərək Kürkəndində yaşayan Məcid əmigilin evinin yaxınlığına gəldiklərini, Nuraninin Yusifə maşını kənarda saxlamasını dediyini, Yusifin maşını kənara çəkdikdən sonra Nurani ilə birlikdə maşından endiyini, Nurani ilə birlikdə Məcid əminin tövləsinə getdiklərini, Nuraninin həmin tövləyə girərək bir baş qara rəngli xırdabuynuzlu heyvanı içəridən çıxartmış, sonra həmin xırdabuynuzlu heyvanı birlikdə Yusifə məxsus “Tofaş” markalı avtomobilin baqajına yerləşdirdiyini və birlikdə Zeyvə kəndinə qayıtdıqlarını, dayısının Düdəngə kənd sakini Zahidə zəng edərək əlində bir baş quzunun olduğunu dediyini, dayısının ondan həmin quzunun qiymətini soruşduğunu, ona 120 manat olduğunu dediyini, dayısının Zahidgilin evinə getdiyini, orada həmin quzunu ona 120 manata satdığını, bundan sonra Nurani ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Oscar restoranına getdiklərini, orada saat təxminən 23:30 radələrinə qədər spirtli içki qəbul etdiklərini, həmin zaman Nurani ilə yenidən razılaşaraq Kürkəndində yerləşən Məcid əminin tövləsindən yenə quzu oğurlamaq qərarına gəldiklərini, bu zaman Oscar restoranında qohumu Yusifi gördüyünü, ondan birinci onları evə aparmağını xahiş etdiyini, bu zaman Kürkəndə getməklərini və oradan yenə quzunu götürəcəklərini Yusifə bildirdiklərini, Yusifin buna etiraz etdiyini, lakin təkidlə Yusifi razı saldığını, ona məxsus avtomobil ilə Kürkəndinə getdiklərini, ora çatdıqdan sonra Nurani ilə birlikdə tövləyə yaxınlaşdıqlarını, qara rəngli quzunu oradan çıxartdıqlarını, Nuraninin köməkliyi ilə quzunu maşının baqajına mindirdiklərini, yenidən Zeyvə kəndində yerləşən mənzilə gələrək həmin quzunu həyətdə yerləşən tövləyə qatdıqlarını, bir gün sonra Nurani ilə birlikdə Yusif adlı qohumuna zəng etdiyini, axşam gətirdikləri quzunu dayıoğlusu Əyyubgilə aparacağını bildirdiyini, bundan sonra Yusifin idarə etdiyi “Tofaş” markalı avtomobil ilə Əyyubgilə getdiklərini, orada həmin quzunu 120 manata satdıqlarını, həmin pulu isə Nurani ilə aralarında bölərək birlikdə xərclədiklərini, həmin gün dayısı Zahidə satdığı quzunu zəng edərək istəmədiyini və pulunu geri tələb etdiyini bildirdiyini, sonra Nurani birlikdə onlara gedərək ona 120 manat pulu geri qaytardığını, Zahidin elə oradaca həmin quzunu kəsdiyini, zəhmət haqqı kimi bir balaca özü üçün götürdükdən sonra qalan ətləri onlara verdiyini və Nurani ilə birlikdə həmin ətləri kabab və bozpört edərək yediklərini, Əli Ələkbərov və Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavətləri olmadığını, 02 baş heyvanı oğurlmaqda məqsədlərinin əlavə gəlir əldə etmək olduğunu, Zərərçəkmiş şəxs oğlu Əli Ələkbərovun həmin xırdabuynuzlu heyvanların tövlədən götürülməsi ilə bağlı heç bir məlumatı olmadığını, Nurani və ondan başqa heç kəs həmin quzuların oğurluq olduğunu bilmədiyini, Zərərçəkmiş şəxs məxsus tövlədən ilk quzunu oğurlayan zaman ikinci qoyunu oğurlayacaqlarını planlaşdırmadıqlarını, etdiyi əməllərə görə peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etdiyini bildirərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində dostu Dünyamin ilə xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində birlikdə evdə spirtli içki qəbul etdiyini, təxminən 5-10 dəqiqə sonra bibisinin həyat yoldaşı Məcid əminin tövləsindən bir baş quzu oğurlamaq ağıllarına gəldiyini, Dünyaminlə razılaşdığını və Dünyaminin Yusif adlı qohumuna zəng edərək Kürkənd ərazisində quzu olduğunu və onu götürmək lazım olduğunu bildirdiyini, Yusifə məxsus “Tofaş” markalı maşınla Dünyaminlə birlikdə Kürkəndində yerləşən Məcid əminin evləri tərəfə getdiklərini, Yusifə maşını yolun kənarında saxlamağını dediyini, Dünyaminlə birlikdə maşından enərək tövləyə tərəf getdiklərini, tövləyə girərək içəridən qara rəngli bir baş quzunu çıxartdığını, Dünyaminin də ona kömək edərək quzunu maşına tərəf apararaq maşına qoyduqlarını, yolda olan zaman Dünyaminin dayısı Zahidə zəng edərək “Nuraniyə bibioğlusu Əlinin borcu vardır və onun əvəzində quzu vermişdir” sözlərini dediyini, Dünyamin ilə dayısının razılaşdığını, bundan sonra həmin avtomobil ilə Dünyaminin dayısı Zahidgilin evinə getdiklərini, orada Dünyaminin həmin quzunu 120 manat pul qarşılığında dayısı Zahidə satdığını, pulu aldıqdan sonra həmin taksinin onları Oscar restoranına apardığını, orada sürücüyə 10 manat pul verdiyini, Dünyamin ilə birlikdə Oscar restoranında spirtli içki qəbul edən zaman saat təxminən 23:30 radələrində Dünyaminlə razılaşaraq Məcid əminin tövləsindən bir baş quzu daha götürmək qərarına gəldiklərini, Dünyaminin Oscar restoranında olan qohumu Yusifə yaxınlaşaraq yenə Kürkəndə gedərək oradan quzu götürmək lazım olduğunu ondan xahiş etdiyini, Yusifin həmin quzunun oğurluq olub-olmamasını soruşduğunu, Dünyaminin ona narahat olma heç bir problemi yoxdur dediyini, sonra həmin yerə gedərək eyni qaydada tövləyə daxil olduqlarını, Dünyaminin tövlənin qapısının ipini açdığını, içəridən bir baş quzunu çölə çıxartdığını, sonra birlikdə həmin quzunu oradan maşına mindirərək Zeyvə kəndində yaşadıqları evə apardıqlarını və quzunu həyətdə tövləyə qatdıqlarını, həmin quzunu bir gün sora dayısı oğlu Əyyubla 120 manata satmasını razılaşdığını və onun evinə aparıb satdığını, aldığı pulu aralarında bölərək müxtəlif yerlərə xərclədiyini, həmin gün Dünyaminin dayısı Zahidə satdıqlarını quzunu isə Zahid Dünyaminə zəng edərək quzunu istəmədiyini və pulunu geri tələb etdiyini bildirdiyini, sonra Dünyaminlə birlikdə onlara gedərək 120 manat pulu geri qaytardığını, Dünyaminin dayısı Zahidin həmin quzunu kəsdiyini, zəhmət haqqı kimi bir balaca özü üçün götürdükdən sonra qalan əti onlara verdiyini və Dünyamin ilə birlikdə həmin ətləri kabab və bozpört edərək yediklərini, 02 baş heyvanı oğurlmaqda məqsədlərinin əlavə gəlir əldə etmək olduğunu, Zərərçəkmiş şəxs oğlu Əli Ələkbərovun həmin xırdabuynuzlu heyvanların tövlədən götürülməsi ilə bağlı heç bir məlumatı olmadığını, Yusif İsmayılovun quzuların oğurluq olduğunu bilmədiyini, Zahid və Əyyubun həmin 02 baş xırda buynuzlu heyvanın oğurluq olduğunu bilmədiklərini və Zərərçəkmiş şəxs məxsus tövlədən ilk quzunu oğurlayan zaman ikinci quzunu oğurlayacaqlarını planlaşdırmadıqlarını, etdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiklərini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Şərur rayonu Kürkənd kəndində yerləşən özünə məxsus evin həyətyanı sahəsində tövləsi olduğunu və həmin tövlədə iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxladığını, xx.xx.2024-cü il tarixədək 113 baş xırda buynuzlu heyvanı olduğunu, həmin xırdabuynuzlu heyvanları xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində tövlədən çıxardaraq Kürkəndi ərazisində yerləşən örüşə apardığını, örüşdə olan zaman qoyunlardan 02 başının balasını axtardığını gördüyünü, bu zaman xırda buynuzlu heyvanların sayaraq onlardan hansınınsa yerində olmadığını müəyyən etmək istədiyini, heyvanları saydıqdan sonra 2 baş quzunun yerində olmadığını bildiyini, sonra oğlu Əliyə zəng edərək həmin xırda buynuzlu heyvanları əvvəl harada və kimlərlə otardığını soruşduğunu, oğlu Əlinin ona telefonda “məndən şübhələnirsən? mənim xəbərim yoxdur” cavabını verdiyini, beləliklə xx.xx.2024-cü il tarixdə səhər 09:00 radələrində oğlu Əlinin quzuları otardığı yerə getdiyini, orada oğlu Əli ilə söhbət edən zaman ona “Kürkənd kənd sakini Nurani adlı şəxsin və Düdəngə kənd sakini Dünyamin adlı şəxslərin qoyunu otardığı zaman onun yanında olmuş və birlikdə qoyunları tövləyə qatmışıq” sözlərini ona dediyini, sonra həmin qoyunları Nurani və Dünyaminin oğurladığından şübhələnərək bu barədə polis idarəsinə məlumat verdiyini, əlavə olaraq qaynının oğlu Nuraninin hansı maşınlarla kənd ərazisində gəzişdiyini və restoranlara hansı maşınlarla gedib gəldiyini maraqlandığını, Nuranini gününü təxmini xatırlamadığı vaxtda qara rəngli “Tofaş” markalı avtomobildə gördüyü ağlına gəldiyini, həmin şəxsin isə əvvəlcədən tanıdığı Zeyvə kənd sakini Akifin oğlu Yusif olduğunu öyrəndiyini, xx.xx.2024-cü il tarixdə həmin Yusif adlı şəxsin ***-***-**-** mobil nömrəsini taparaq ona zəng etdiyini, ondan Kürkənd kənd ərazisindən iki baş qoyun aparıb aparmadığını soruşduğunu, onun üzbə-üz danışmaqlarını xahiş etdiyini, onu evə dəvət etdiyini, təxminən saat 14:10 radələrində Yusifin onlara gəldığını, ondan tövlədən xırdabuynuzlu heyvan aparıb aparmadığını soruşduğunu, Yusifin ona təxminən 20-25 gün bundan əvvəl 21:00 radələrində həmin yerə Nurani və Dünyamin adlı şəxslərlə taksi kimi gəldiyini, evdən təxminən 30-40 metr kənarda özünə məxsus “Tofaş” markalı avtomobilini saxladığını, sonra Dünyamin və Nurani adlı şəxslərin 01 baş qara rəngli quzunu maşının arxa baqajına qoyduğunu, sonra onları Zeyvə kəndində yerləşən Dünyamin və Nuraninin yaşadıqları evə apardığını, həmin gecə saat 00:00 radələrindədə Nurani və Dünyaminin təkidi ilə həmin yerə yenə gəldiyini, yolda olarkən onlardan həmin qoyunun oğurluq olub-olmadığını soruşduğunu, Dünyamin və Nuraninin ona cavab olaraq oğlu Əlinin Nuraniyə borcu olduğundan həmin quzunu götürəcəklərini, bundan sonra yenə həmin əraziyə gəldiyini, qara rəngli quzunu maşının baqajına qoyduğunu və həmin quzunu idarə etdiyi avtomobilllə Zeyvə kəndində yerləşən Dünyamin və Nuraninin yaşadığı evə gətirdiyini ona dediyini, bundan sonra polis əməkdaşlarına bu barədə məlumat verdiyini, Dünyamin ilə arasında heç bir münasibət olmadığını, Təqsirləndirilən şəxs2 onun qaynının oğlu olduğunu, quzuların təxminən 17 kiloqram, digərinin isə 18 kiloqramlıq qara rəngli quzular olduğunu, həmin xırdabuynuzlu heyvanlardan 17 kiloqramlığın qiyməti təxminən 230 manat, digər 18 kiloqramlığın qiyməti isə təxminən 240 manat qiymətində olduğunu, təqsirləndirilən şəxslərin ona dəymiş maddi ziyan tamamilə ödədikləri üçün onlardan heç bir şikayət və tələbinin olmadığını, bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində haliyədə Zeyvə kəndində yaşadığını, ona məxsus “Tofaş Şahin” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində atasının bibisi oğlu Dünyaminin ona zəng edərək Zeyvə kəndinə gəlməyini, Kürkəndində bir baş quzunun olduğunu və onu yaşadığı Zeyvə kəndinə aparmağını xahiş etdiyini, onun təklifi ilə razılaşaraq ona “Tofaş Şahin” markalı avtomobili ilə Zeyvə kəndinə Dünyamingilin yaşadığı evin qarşısına getdiyini, ora çatan zaman Dünyamin və Nuraninin onu yaşadıqları evin qarşısında gözlədiklərini, onların maşına əyləşdiklərini və birlikdə Kürkəndinə getdiklərini, kəndə çatdıqdan sonra yolun kənarında gözləməyini ona dediklərini, sonra təxminən 3-4 dəqiqə ərzində Dünyamin və Nuraninin qara rəngli quzunu birlikdə gətirərək idarə etdiyi avtomobilin baqajına qoyduqlarını və onları Zahid adlı qohumunun evinə apardıqlarını, onların həmin heyvanı maşından endirərək həmin həyətə apardıqlarını, ona zəhmət haqqı olaraq 10 manat pul verdiklərini, saat təxminən 22:30 radələrində dostları ilə Oscar restoranına getdiyini, orada onlarla birlikdə əyləşərək domino oynadığını, Nurani və Dünyamində ikisinin həmin restoranda oturduğunu, saat təxminən 23:30 radələrində Dünyamin və Nuraninin onun oturduğu masaya yaxınlaşdığını, Dünyaminin onları evə aparıb-apara bilməyəcəyini ondan soruşduğunu, ona apararam dediyini, bundan sonra onların çölə çıxaraq maşına əyləşən zaman Nuraninin ona “Kürkənddə bayaq getdiyimiz yerdə bir quzu yenə var gedək onuda gətirək” dediyini, cavab olaraq “gecə vaxtı nə quzu, oğurluq olar birdən, məndən uzaq olun” dediyini, lakin, Nuraninin ona “bibim oğlu Əlinin mənə borcu vardır və borcunun əvəzinə öz qoyunundan birini mənə verəcəkdir“sözlərini dediyini, bundan sonra yenə təkidlə onlardan həmin quzunu oğurluq olub-olmadığını soruşduğunu, eyni cavabı onlardan aldığını, təxminən 15 dəqiqə sonra idarə etdiyi avtomobil ilə Kürkənd ərazisinə getdiklərini və yenə eyni yerdə avtomobili saxladığını, təxminən 10 dəqiqə sonra Nurani və Dünyaminin bir baş qara rəngli quzunu gətirərək maşının baqajına yerləşdiriklərini, sonra onları Zeyvə kəndində yerləşən evlərinə apardığını, onların quzunu baqajdan götürərək evə apardıqlarını, zəhmət haqqı kimi isə ona pullarının olmadığını bildirirək sonra verəcəklərini dediklərini, təxminən bir gün sonra Dünyaminin onunla əlaqə saxlayaraq quzunu qohumu Əyyubgilə aparmağını xahiş etdiyini, onlara gələrək həmin quzunu maşını ilə Əyyubgilə apardığını, Təqsirləndirilən şəxs2la heç bir münasibəti olmadığını, Təqsirləndirilən şəxs1 isə atasının bibisioğlu olduğunu, onunla heç bir ədavəti olmadığını, 2 baş xırda buynuzlu heyvanların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində xx.xx.2024-cü il tarixdə saat təxminən 21:00 radələrində qohumu Dünyaminin mobil nömrəsi ilə Nuranınin ona zəng etdiyini, Dünyaminlə birlikdə olduqlarını və əllərində bir baş quzunun olduğunu dediyini, onlara bu zaman Naxçıvan şəhərindən gəldiyini və biraz sonra evə çatacağını bildirdiyini, təxminən 10 dəqiqə sonra evə gəldiyini, bu zaman Dünyamin və Nuraninin də həyətdə olduqlarını, Nuraninin ona həmin quzunun qohumuna məxsus olduğunu, qohumunun ona borcu olduğundan həmin quzunu ona verdiyini bildirdiyini, həmin quzunun qiymətini ondan soruşduğunu, onların həmin quzunun qiymətini 120 manata olduğunu dediyini, qızının Türkiyə Respublikasından gələcəyi üçün həmin quzunu almaq qərarına gəldiyini və onlara 120 manat pul verdiyini, bundan sonra qızının Türkiyə Respublikasından gələ bilməyəcəyi üçün onlara zəng edərək quzunu geri qaytaracağını bildirdiyini, bir gün sonra Nurani və Dünyamin evə gələrək 120 manat pulu verdiklərini, sonra həmin quzunu onlara geri qaytardığını, onların quzunu kəsməyini xahiş etdiklərini, quzunu kəsdiyini, onlara verdiyini, həmin quzunun ətindən təxminən 1-2 kiloqram kəsim haqqı kimi götürdüyünü, həmin heyvanların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində çöldə olan zaman bibisinin oğlu Dünyaminin telefonu ilə Nuraninin ona zəng etdiyini, Dünyaminlə birlikdə olduğunu, əllərində bir baş quzunun olduğunu və həmin quzunun onun qohumuna məxsus olduğunu bildirdiyini, Nuraninin “qohumumun mənə borcu vardır və əvəzində quzu vermişdir” sözlərini dediyini, qurbanlıq quzu axtardığından həmin quzunu 120 manata aldığını, həmin quzunu bir gün keçdikdən sonra kəsdiyini, Təqsirləndirilən şəxs2la heç bir münasibəti olmadığını, Təqsirləndirilən şəxs1 isə bibisinin oğlu olduğunu, həmin şəxslərlə arasıda heç bir ədavəti olmadığını, həmin heyvannın oğurluq olduğunu bilmədiyini, onlardan bir dəfə bir baş, qara rəngli xırda buynuzlu heyvan aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 13 iyun 2024-cü il tarixli "Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsinin rəisi polis baş leytenantı Abbas Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmiş, vətəndaş Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan 31 may 2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 27-ci vərəqində olan 13 iyun 2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsinin araşdırılan 287 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 may 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 1-ci cildinin 57-ci vərəqində olan 13 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqində olan 13 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.1995-ci il tarixdə Şərur rayon Kürkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon kürkənd kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqində olan 15 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqində olan 15 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 119-cu vərəqində olan 15 iyun 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Şərur rayon Zeyvə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs1 barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqində olan 15 iyun 2024-cü il tarixli "Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx.xx.1995-ci il tarixdə Şərur rayon Kürkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon kürkənd kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs2 barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 151-ci vərəqində olan Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 152-ci vərəqində olan Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Şərur rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(110)-1/2021 saylı hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 24 iyun 2024-cü il tarixli 1082 nömrəli məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs2 və Zeynalov X4 MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 1-ci cildinin 180-ci vərəqində olan 10 iyul 2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşur. Cinayət işinin 1-ci cildinin 192-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 4(110)-22/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay 3 (üç) gün müddətinə 13 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli 706 saylı rəyində göstərilir ki, xırdabuynuzlu heyvanların ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 470 ( dörd yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 229-cu vərəqində olan Şərur rayon Kürkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Ələkbərov X1 qeydiyyatda olduğuna baxmayaraq qısa müddət ərzində uşaqlıq dövrü keçirib, sonralar ailəsi ilə birlikdə xarici ölkəyə yaşamağa gedib, lakin son dövrlər Şərur rayonu ərazisinə qayıtsada Kürkənd kəndində daimi yaşamamışdır. Təqsirləndirilən şəxs2 kəndin heç bir ictimai işlərində iştirak etməmişdir. Vətəndaşlar tərəfindən təqdir ediləcək hər hansı bir işi olmamışdır. Cinayət işinin 1-ci cildinin 233-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(110)-1/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqində olan Şərur rayon Zeyvə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilk təhsilini Zeyvə kənd tam orta məktəbində alıb və oxuduğu müddət ərzində özünü nizam intizamlı aparmış və kənd ərazisində keçirilən tədbirlərdə yaxından iştirak etmiş, kənddə yaşadığı müddətdə kənd yaşlılarının hörmətini qazanmışdır. Zeyvə kənd icra nümayəndəliyinə onun haqda heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 11-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli 282 saylı Ambulator Məhkəmə Ppsixiatrik Ekspertizasının Rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 2-ci cildinin 15-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli 281 saylı X5 X13 qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 narkomaniyadan əziyyət çəkmir. Cinayət işinin 2-ci cildinin 18-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli 280 saylı Ambulator Məhkəmə Ppsixiatrik Ekspertizasının Rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 2-ci cildinin 22-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli 281 saylı X5 X13 qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 “Konnobinoid narkomaniyasından” əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. Cinayət işinin 2-ci cildinin 25-ci vərəqində olan 13 avqust 204-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 31-ci vərəqində olan 13 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 2-ci cildinin 44-cü vərəqində olan 14 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və qərar təqsirləndirilən şəxsə elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinin icraata olduğunu, onların onun tövləsindən xırdabuynuzlu heyvan oğurladıqları üçün zərərçəkmiş şəxs qismində tanındığını, onun təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş zərərin təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənildiyini, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını, məhkəmədən ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin etirafedici ifadələrini, işdə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heş bir şikayətinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 45 bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir... “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heş bir şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilən daha yüngül cəza - azadlığın məhdudlaşdırlması cəzası təyin edilməklə cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidır. Həmçinin iş materialında sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş 15 iyun 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq onun 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; - 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; - 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; - 15-2.3-cü maddəsi əsasən, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; - 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhz bu baxımdan da, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayon Zeyvə kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin etirafedici ifadələsini, işdə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heş bir şikayətinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(110)-1/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.3-cü, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. O, cəzasını çəkilib qurtarmadan və məhkumluq ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Nəticədə onun əməllərində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci“maddəsinin“həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından“şərh“edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il“tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası“Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin: - 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; - 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; - 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməlin cəmiyyətdə mənfi emosiyalar doğurmasını, onun şəxsiyyətini, yəni azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(110)- 1/2021 saylı hökmü ilə ona təyin olunmuş 4 il azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,“azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,“islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda məhkəmə qeyd edir ki, hökm çıxarılarkən Təqsirləndirilən şəxs2 əvvəlki hökmlə ona təyin olunmuş cəzayə görə təyin edilmiş sınaq müddəti başa çatmasına baxmayaraq, hazırki cinayət əməlini ona əvvəlki hökmlə təyin olunmuş sınaq müddəti ərzində törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; - 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(110)-1/2021 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə müvafiq olaraq 3 (üç) il sınaq müddəti müəyyən edilməklə cəzanın şərti olaraq tətbiq edilmə, o, sınaq müddətində qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 - ci maddəsinə əsasən ləğv edilməli və Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(110)-1/2021 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 17-ci bəndində qeyd edilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2024-cü il tarixli 281 saylı X5 X13 qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 “Konnobinoid narkomaniyasından” əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. Qeyd olunan rəyə müvafiq olaraq Təqsirləndirilən şəxs2 “Konnobinoid narkomaniyasından” müalicə alması üçün ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1,“197.1.5- 2,“197.1.6—197.1.9-cu“maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş“dövlət orqanının,“fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99 -1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işində xüsusi müsadirə edilməli əmlakın olamamsı nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Şərur rayon Zeyvə kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(110)-1/2021 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə müvafiq olaraq 3 (üç) il sınaq müddəti müəyyən edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5- ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şərur Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(110)-1/2021 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 “Konnobinoid narkomaniyasından” müalicə alması üçün ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxslərə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar