Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-36/2024 05.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1 hüquqi varisi X14 iştirakı ilə 5 noyabr 2024-cü il tarixdə saat 15:27-də Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2005-ci il tarixində Şərur rayon Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, tələbə, məhkumluğu olmayan, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan, Şərur rayon Yuxarı Aralıq kəndində yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saat 23:25 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz” markalı, “2106 minik” modelli, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şərur rayon Aşağı Aralıq kənd ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərində uyğunsuzluq olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələbini pozaraq yaşayış məntəqəsi daxilində hərəkət sürəti 40 km/saatdan çox olmayan sürətlə hərəkət etməməli olduğu halda buna əməl etməyərək, saatda 103,5 km/sürətlə hərəkət edərək yolun sağ hərəkət zolağında hərəkətdə olan zaman idarəetməni itirərək əks istiqamətli yola çıxmış və yolun sol kənarında hərəkətsiz dayanmış 1986-cı il təvəllüdlü, Şərur rayon Kosacan kənd sakini X4 məxsus “Mersedes Benz” markalı, “E250D minik” modelli, **-FK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmış və nəticədə hadisə zamanı avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol ön yan səthində dərialtı yumşaq toxumalara qansızma, sol Vİİ-Vİİİ-Xİ-X qabırğaların yer dəyişən sınıqları, sol ağciyərin aşağı payında cırılmış yara, döş boşluğunda qan, bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə, hadisə zamanı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sol mil sümüyündə sınıq, sol ayaq pəncəsində yara xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncuya həyat üçün təhlükəli olmayan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bildiyini, 2020-ci ildən Şərur rayon Yuxarı Aralıq kəndində nənəsi X15 ilə birlikdə yaşadığını, 2022-ci ildə özünə sürücülük vəsiqəsi alaraq nənəsinə məxsus “Vaz 2106” markalı avtomobili idarə etməyə başladığını, həmin avtomobillə ara-sıra universitetə gedib gəldiyini, bəzən isə atasına məxsus “Hyundaı Sonata” markalı avtomobili etibarnamə ilə idarə etdiyini, nənəsigilin qonşusu olmuş mərhum Zərərçəkmiş şəxs1 ilə uzun müddət yaxın dost olduqlarını, onların kəndində yaşadığı müddət ərzində günün çox hissəsi bir yerdə keçirdiklərini, 21 iyun 2024cü il tarixdə evdə olan zaman Nihad və Rza onlara gəldiyini, Rza ilə domino oynadığını, saat təxminən 16:00 radələrində “Vaz 2106” markalı avtomobillə nənəsini Bakı şəhərinə yola salmaq üçün Şərur şəhərində yerləşən avtovağzala gətirdiyini, nənəsini yola saldıqdan sonra Şərur rayon Düdəngə kəndində avtomobili yudurtduğunu, bundan sonra Yuxarı Aralıq kəndinə evə getdiyini, həmin vaxt Nihad və Rza onlarda olduğunu, bundan bir müddət sonra Nihad və Rza evlərinə getdiklərini, saat təxminən 21:00 radələrində atasının ona zəng vuraraq ondan Vərməziyar kəndində gedərək avtomobilləri dəyişməyini və sabahsı gün hərbi xidmətdə olan qardaşı Mustafa Əsgərovun yanına getməyini istədiyini, atası ilə razılaşdığını, daha sonra saat təxminən 22:30 radələrində Nihad və Rza yenidən onlara gəldiyini, Nihadın Şərur şəhərində yerləşən “Nar” marketə gedərək oradan bazarlıq etmək istədiyini bildirdiyini, onunla razılaşdığını və Nihadgilə “marketdən çıxdıqdan sonra Vərməziyar kəndinə gedib avtomobilləri dəyişərik” sözlərini dediyini, təxminən saat 23:00 radələrində evdən çıxaraq “Nar” marketə getdiklərini, marketdən kola və cipsi aldıqlarını, Nihadın və Rzanın isə pivə və siqaret aldıqlarını, aldıqlarının hamısının pulunu özünün verdiyini, daha sonra oradan çıxaraq avtomobillə Vərməziyar kəndinə yola düşdüklərini, avtomobili onun idarə etdiyini, Nihadın öndə Rzanın isə arxa oturacaqda əyləşdiyini, baş vermiş qəza ilə bağlı isə sadəcə Aşağı Aralıq kəndində hərəkətdə olan zaman qarşıdan işıq gəldiyini xatırladığını, sonra xəstəxanda gözünü açdığını, 29 iyun 2024-cü il tarixdə səhhəti ağır olduğu üçün Bakı şəhərinə getdiyini, 05 sentyabr 2024-cü il tarixədək müxtəlif xəstəxanalarda müalicə aldığını, əməliyyatlar olduğunu, baş vermiş hadisənin ona çox pis təsir etdiyini, qəza zamanı ən yaxın dostunun vəfat etdiyini, özünün də bədən xəsarətləri aldığını, hazırda müalicə aldığını, əyani təhsil aldığını, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiklərini bildirmiş, buna görə də barəsində şərti məhkumetmə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavabında idarə etdiyi avtomobilin nənəsi, X9 mülkiyyətində olduğunu, etibarnamə ilə idarə etdiyini, avtomobilin saz vəziyyətdə olduğunu, avtomobildə özünün, Rzanın və Nihadın olduğunu, avtomobili sürətli sürdüyünün fərqində olmadığını, aralarınakı məsafənin nə qədər olduğunu xatırlamadığnı, döngəyə girəndə gözünə işıq düşdüyünü, sonra heç nəyi görmədiyini, özündə olmadığını, gözünün açanda xəstəxanada olduğunu bildirdiyini, həmin vaxtı içkili vəziyyətdə olmadığını, zərərçəkmiş şəxsin mülaicəsinə atasının köməklik etdiyini, əməlindən peşman olduğunu, əvvəllər sürət həddi aşmaya görə hər hansı xəta törətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində, mərhum həmkəndlisi Zərərçəkmiş şəxs1 və Şərur rayon Vərməziyar kənd sakini Təqsirləndirilən şəxs ilə uzun müddət dostluq etdiyini, Səbuhinin Vərməziyar kənd sakini olsa da, uzun müddət onların kəndində nənəsi ilə birlikdə yaşadığını, 21 iyun 2024-cü il tarixdə saat təxminən 14:00 radələrində Nihadla birlikdə Səbuhigilə getdiyini, orada Səbuhi ilə 1 oyun domino oynadığını, həmin vaxt Nihadın isə telefonu ilə oynadığını, daha sonra Səbuhiyə məxsus avtomobili yuduqlarını, bundan sonra evə gedərək dərs oxumağa başladığını, saat təxminən 22:30 radələrinədək dərs oxuduqdan sonra yemək yediyini, daha sonra Nihadın istəyi ilə yenidən Səbuhigilə getdiyini, təxminən 10 dəqiqə orada olduqdan sonra Nihad Səbuhiyə mağazaya getmək istədiyini bildirdiyini, Səbuhi onunla razılaşdığını və oradan da, avtomobili dəyişmək üçün Vərməziyar kəndinə gedəcəklərini bildirdiyini, saat təxminən 23:00 radələrində Səbuhiyə məxsus avtomobil ilə yola çıxdıqlarını, avtomobili Səbuhinin idarə etdiyini, Nihadın ön, onun isə arxa oturacaqda əyləşdiyini, Şərur şəhərində yerləşən “Nar“ marketə çatdıqdan sonra özlərinə pivə, cipsi, kola və siqaret aldıqlarını, daha sonra avtomobilə əyləşərək Vərməziyar kəndinə yola düşdüklərini, həmin vaxt da, arxa oturacaqda əyləşdiyini, yolda olan zaman Səbuhinin avtomobili surətli sürdüyünü görüb ondan avtomobili yavaş idarə etməsini dediyini, lakin Səbuhinin avtomobilin sürətini azaltmadığını, avtomobilin səsindən Səbuhinin onu eşitmədiyini düşündüyünü, Şərur rayon Aşağı Aralıq kəndində yerləşən musiqi məktəbinin qarşısında isə Nihadın Səbuhidən avtomobili yavaş idarə etməsini istədiyini, bu vaxt Səbuhi qarşıdan işıq gəldiyini görüb avtomobil gəldiyini başa düşdüyünü, ayağını əyləcə sıxaraq avtomobili yavaşlatmaq istədiyini, həmin an onun, nə baş verdiyini bilmədiyini, özündə olmadığını, xəstəxanada özünə gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavabında Səbuhiyə yavaş sürməyini bildirsə də onun eşitmədiyini düşündüyünü, döngəyə girəndə gözlərinə işıq düşdüyünü, heç nəyi görmədiklərini, özlərini itirdiklərini, sonra heç nəyi xatırlmadığını, sol qolunun qırıldığını, müalicə alandan çiyninin düzəldiyini, hal-hazırda barmaqlarının işləmədiyini, bunun sinirlə əlaqədar olduğunu bildirdiklərini, hal-hazırda da müalicəsinin davam etdiyini, həkimlərin tam şəkildə doqquz aya sağalacağını bildirdiklərini, müalicə xərclərinin təqsirləndirilən şəxs tərəfindən qarşılandığını, onunla maraqlandıqlarını, təqsirləndirilən şəxslə dost olduqlarını, heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı: Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Qanuni nümayəndə izahatında oğlunun müalicə xərclərinin təqsirləndirilən şəxsin ailəsi tərəfindən qarşılandığını, bundan sonra da sağalana qədər qarışılamağı öhdələrinə götürdüklərini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi: Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 hüquqi varisi X21 ifadəsində, oğlunun Səbuhi ilə dostluq etdiyini, 21 iyun 2024-cü il tarixdə saat təxminən 23:40 radələrində Şərur şəhərində olan zaman həmkəndlisi Sahib adlı şəxs ona zəng vuraraq X26 kənd məscidinin qarşısında idarə etdiyi avtomobillə qəzaya uğradığını və Nihadın da, həmin avtomobildə olduğunu bildirdiyini, dərhal taksiyə əyləşərək hadisə yerinə yola düşdüyünü, yolda olan zaman Sahibin ona zəng vuraraq Nihadı Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bildirdiyini, bundan sonra xəstəxanaya getdiyini, xəstəxanaya çatan zaman Nihadın yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlər nəticəsində vəfat etdiyini öyrəndiyini bildirmişdir. Suallara cavabında isə Səbuhinin oğlunun yaxşı dostu kimi tanıdığını, onların yasda iştirak etdiklərini, dəfn xərclərinin qarşılamağı təklif etsələ də onu qəbul etmədiyini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbinin olmadığını bildrimiş, onun gəncliyini, tələbə olmasını, özünün də xəsarət almasını nəzərə alaraq güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində təxminən 17 ildir ki, avtomobil təmiri işi ilə məşğul olduğunu, uzun müddətdir ki, avtomobil idarə etdiyini, 21 iyun 2024-cü il tarixdə axşam saatlarında Şərur şəhər ərazisində yerləşən iş yerindən çıxıb Şərur rayon Aralıq kəndində yerləşən “Toğrul Petrol” yanacaq doldurma məntəqəsinin yanına getdiyini, məntəqənin yanında müştərilərindən birinin avtomobilinin ehtiyat hissəsini dəyişdiyini, sonra oradan çıxıb Şərur rayon Kosacan kəndinə doğru hərəkət etməyə başladığını, həmin gün saat təxminən 23:35 radələrində Şərur rayon Aşağı Aralıq kəndində yerləşən məscidin yanına çatan zaman irəlidən avtomobil tormozu səsi eşitdiyini və sonra qarşıdan bir avtomobil gəldiyini gördüyünü, dərhal idarə etdiyi avtomobili sağa çəkib saxladığını, qarşıdan gələn avtomobil tormoz edərək gəldiyini, lakin dayanmadığını, idarə etdiyi avtomobilin yanına çatan zaman həmin avtomobil hərəkət zolağını dəyişərək sol hərəkət zolağına keçdiyini və ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol ön hissəsinə çırpıldığını, zərbənin təsirindən onun idarə etdiyi avtomobil təxminən 1 metr geriyə sürükləndiyini, həmin avtomobil isə zərbənin təsirindən sağa doğru meyl edərək onun olduğu hərəkət zolağında qaldığını, hadisə nəticəsində onun idarə etdiyi avtomobildə təhlükəsizlik şarlarının açıldığını, qapını açıb avtomobildən düşmək istəsə də, qapının açılmadığını, qapının pəncərəsindən düşüb həmin avtomobilin yanına getdiyini, həmin avtomobil “VAZ 2106” markalı avtomobil olduğunu, həmin avtomobilin sağ ön qapısını açıb avtomobildə olan sərnişinləri avtomobildən çıxarmaq istədiyini, lakin qapının açılmadığını, bu zaman bir neçə nəfər şəxsin hadisənin baş verdiyi yerə gəldiyini, onlardan biri təcili yardıma zəng etdiyini, digər şəxslər isə həmin avtomobildə olan şəxsləri avtomobildən çıxardığını və tanımadığı bir şəxsin avtomobili ilə xəstəxanaya apardıqlarını, qəzadan əvvəl idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmadığını, hadisədən əvvəl avtomobili təxminən 30 km/saat sürətlə idarə etdiyini, hadisə zamanı idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn avtomobili təxminən 100 metr məsafədən gördüyünü, qəza baş verməmişdən əvvəl avtomobili idarə edən zaman diqqətini yayındıracaq hər hansı halın baş vermədiyini, qəza zamanı avtomobilində sərnişin olmadığını, qəza nəticəsində sağ alın və sol qol nahiyələrindən xəsarət aldığını, qəza nəticəsində avtomobilinin ön hissəsinin sıradan çıxdığını, təqsirləndirilən şəxsin atası tərəfndən ona maddi cəhətdən köməklik edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində, Səbuhinin 5 ildir ki, Şərur rayon Yuxarı Aralıq kəndində nənəsi ilə birlikdə yaşadığını, təxminən 1 ildir ki, o, etibarnamə ilə nənəsinə məxsus avtomobili idarə etdiyini, Səbuhinin hal-hazırda Naxçıvan Dövlət üniversitetinin tələbəsi olduğunu, bundan başqa Səbuhinin ara-sıra ona məxsus “Hyundaı” markalı avtomobili etibarnamə ilə idarə etdiyini, onun avtomobili Səbuhidə olan zamanlar o, da etibarnamə ilə qayınanasına məxsus avtomobili idarə etdiyini, böyük oğlu Mustafa hal-hazırda hərbi xidmətdə olduğunu, 22 iyun 2024-cü il tarixdə işdə olacağı üçün Mustafanın görüşünə gedə bilməyəcəyini, bu səbəbdən də, 21 iyun 2024-cü il tarixdə axşam saatlarında digər oğlu Səbuhiyə zəng vuraraq ondan Vərməziyar kəndinə gələrək avtomobilləri dəyişməsini və onun avtomobili ilə sabahsı gün Culfa rayonuna qardaşının yanına getməsini istədiyini, Səbuhi onunla razılaşaraq gələcəyini bildirdiyini, həmin gün saat təxminən 23:40 radələrində tanışı Kamal adlı şəxs ona zəng vuraraq oğlu X26 kəndində yerləşən məscidin yaxınlığında qəzaya uğradığını dediyini, dərhal həyat yoldaşı və qızı ilə birlikdə Aşağı Aralıq kəndinə getdiyini, həmin vaxt orada olan şəxslər Səbuhini xəstəxanaya apardıqlarını bildirdiyini, daha sonra xəstəxanaya getdiyini, oradan X17 Xəstəxanasına köçürdüklərini, hal-hazırda Səbuhinin Bakı şəhərində müalicəsinin davam etdirildiyini, bu olanlara görə çox məyus olduğunu, Nihadın yas mərasimində iştirak etdiyini, Raziyə dəfn xərclərini qarşılamağı təklif etsə də onun bu təklifi qəbul etmədiyini, Rzanın isə müalicə xərclərini qarşıladığını, bundan sonra da qarşılayacağını öhdəsinə götürdüyünü, onun mülaicəsi üçün Türkiyədən gələcək olan həkimlərin qəbulu üçün vaxt ayırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində və verilən suallara cavabında həmin yerdən keçən zaman hadisə baş verdiyini gördüyünü, bu zaman avtomobili saxladıqlarını, kənd camaatının da orada olduqlarını, uşaqları avtomobildən çıxartdıqlarını, qabaq qapının bağlı olduğundan ən son Səbuhini avtomobildən çıxartdıqlarını, Rəhimlə bərabər Nihadı xəstəxanaya apardıqlarını, həmin vaxtı onun şüurunun qapalı vəziyyətdə olduğunu, onu həkimə təhvil verdiklərini, uşaqların kəndə müsbət xarakterizə olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində və və verilən suallara cavabında Aşağı Aralıq kəndində yerləşən məscidin yanına çatanda hadisənin baş verdiyini gördüyünü, həmin vaxtı avtomobildə Niyazi adlı şəxsin də olduğunu, Niyazinin uşaqları maşından çıxartdığını, sonra Niyazi ilə Nihadı xəstəxanaya apardıqlarını, həmin vaxtı onun nəfəs aldığını, amma şüurunun qapalı vəziyyətdə olduğunu, onu həkimə təhvil verdiklərini, Səbuhinin avtomobilinin sürətli sürməsinin şahidi olmadığını, uşaqların barəsində hər hansı məlumat eşitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2024-cü il tarixli 760 saylı ekspert rəyindən görünür ki, “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğunu, “Mersedes Benz E 250D” markalı avtomobilin öz yolunda hərəkətdə olması, toqquşmadan qabaq öz hərəkət zolağında dayanması, “Vaz 2106” markalı avtomobilin sürücüsünün hərəkəti üçün hər hansı təhlükə yaratmaması və toqquşmanında “Mersedes Benz E 250D” markalı avtomobilin öz yolunda baş verməsi şəraitində “Mersedes Benz E 250D” markalı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərinin texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2024-ci il tarixli 48 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 üzərində döş qəfəsinin sol ön yan səthində dərialtı yumşaq toxumalara qansızma, sol Vİİ-Vİİİ-Xİ-X qabırğaların yer dəyişən sınıqları, sol ağciyərin aşağı payında cırılmış yara, döş boşluğunda qan, bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları xəsarətlərinin olduğu, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzası zamanında əmələ gəlmələri istisna olunmadığı, ağırlıq dərəcəsinə görə ölümlə nəticələnmiş ağır zərər vurmaya aid olduğu, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi, Zərərçəkmiş şəxs1 ölməsinə səbəb almış olduğu travmalar hesabına baş vermiş travmatik və hegemotik şokun olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2024-ci il tarixli 24 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində sol mil sümüyündə sınıq və sol ayaq pəncəsində yara xəsarətlərinin olduğu, bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də, avtomobil qəzası nəticəsində əmələ gəlməsinin istisna olunmadığı, ağırlıq dərəcəsinə görə az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2024-ci il tarixli 25 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində xəsarət – alında qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də, avtomobil qəzası nəticəsində əmələ gəlməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmədiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2024-ci il tarixli 26 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində dilində, sol dizində əzilmişcırılmış yaralar, sağ talus (aşıq) sümüyünün sınığı xəsarətlərinin olduğu, bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də, avtomobil qəzası nəticəsində əmələ gəlməsinin istisna olunmadığı, ondan götürülmüş qan nümunələrində metil, etil və amil spirtlərinin aşkar edilmədiyi, ağırlıq dərəcəsinə görə az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli 926 nömrəli ekspert rəyindən görünür ki, təmir olunması imkan xaricində olan, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 7000 manat olmuş 1994-cü il buraxışlı “Mersedes Benz” markalı, E250D minik modelli, sedan tipli, tünd yaşıl rəngli, mühərrikin həcmi 2500 sm2 olan **-FK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 4900 (7000 manat-30%) manat müəyyən edilir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 165 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolundan görünür ki, X10 ayıqdır, sərxoşluq əlamətləri yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B1;B;C1;C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan AZərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 2106 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 mülkiyyətindədir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Vərməziyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X16, anası X12, bacı X18 və qardaşın X6 ibarətdir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Vərməziyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ictiami həyatında fəal iştirakçılardan biri kimi həmişə yoldaşlarına nümunə olmuşdur. Yoldaşları arasında böyük hörmət qazanmışdır. Kənddə ünsiyyətdə, nəzakətdə, məişətdə təvəzökar bir şəxs kimi tanınmışdır. Ərazidə keçirilən idman tədbirlərində iştirak etməklə gənclərin idman tərbiyəsinin formalaşmasında böyük rolu olmuşdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda qeyd olunan sübutlar əsasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs və mərhum zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi qənaətinə gələrkən qeyd olunan cinayətin subyektiv cəhətdən ehtiyatsızlıqla törədilməsini, təqsirləndirilən şəxsin gəncliyini, tələbə olmaqla əyani təhsil almasını, hadisə zamanı özünün də müxtəlif bədən xəsarətləri almasını, əvvəllər hər hansı hüquq pozuntusu törətməməsini, hadisə vaxtı və hadisədən sonrakı davranışlarını, kənddə özünü sakit və nizam-intizamlı apardığından, özündən yaşlılara, ağsaqqllara hörmət etdiyindən, kəndin ictimai işlərində yaxından iştirak etdiyindən, kənd camaatının rəğbətini qazandığından müsbət xarakterizə olunmasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halları cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər ailə üzvləri ilə barışıq əldə edilməsini nəzərə alır və buna görə şəxsin azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-ci maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “Vaz 2106” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni mülkiyyətçisi X13 qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə görə 120 (bir yüz iyirmi) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına köçürülməlidir. Hadisə zamanı X7 dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvəyə mindikdən sonra maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra mülkiyyətçisi X13 təhvil verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə xərci olaraq məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə görə 120 (bir yüz iyirmi) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. X7 vurulmuş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-36/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-36/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver