Məhkəmə qərarları › İş №1(110)-37/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-37/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-37/2024 17.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə 17 dekabr 2024-cü il tarixdə saat 14:55-də Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci il tarixində Şahbuz rayon Kolanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkum olunmamış, hal-hazırda Şərur rayon Axura kəndində qeydiyyatda olan, Şahbuz rayon Kolanlı kəndində yaşayan, barəsində 10 iyul 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında həmkəndlisi X14 Şərur rayon Axura kəndində yerləşən evinə daxil olaraq yataq otağında olan şkafın içərisindən sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd qızıl üzük, 01 ədəd qızıl klon və 01 cüt qızıl sırğanı gizli olaraq tamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 manat maddi ziyan vuraraq oğurluq etmiş, 29 mart 2024-cü il tarixdə saat təxminən 15:00 radələrində həmkəndlisi X5 Şərur rayon Axura kəndində yerləşən evinə daxil daxil olaraq yataq otağında olan çarpayının aşağı hissəsindən sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus 02 cüt qızıl sırğa, 03 ədəd qızıl bilərzik, 04 ədəd qızıl boyunbağı, 06 ədəd qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 7038 manat maddi ziyan vuraraq xeyli miqdarda təkrar oğurluq etmiş, 29 iyun 2024-cü il tarixdə 01 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl sırğanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1275 manat maddi ziyan vuraraq oğurluq etmiş, 07 iyul 2024-cü tarixdə saat təxminən 21:30 radələrində həmkəndlisi X8 Şərur rayon Axura kəndində yerləşən evinə qanunsuz daxil olaraq evin yataq otağında olan 2 gözlü şkafın üzərindəki sarı rəngli səbətin içərisindən sonuncunun gəlini Zərərçəkmiş şəxs3 məxsus 05 ədəd qızıl üzük, 03 cüt qızıl sırğa, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klonu gizli talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4974 manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində baldızı Zərərçəkmiş şəxs1 ilə tez-tez bir birlərinin evinə gedib gəldiklərini, 2023-cü ilin avqust ayında qayınanası və övladları ilə birlikdə Kəmalənin Şərur rayon Axura kəndində yerləşən evinə getdiyini, bir az həyətdə oturduqdan sonra təmizlik aparmaq üçün evə daxil olduqlarını, yataq otağında olan şkafın tozunu alan zaman şkafın gözündə olan qutunun içərisində 03 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl sırğa tayı olduğunu gördüyünü, həmin qızılların bir hissəsini həmin vaxt, qalan hissəsini isə sonra gəlib oğurlayaraq satmaq qərarına gəldiyini, qızılları hissə-hissə götürməkdə məqsədinin baldızı Kəmalənin şübhələnməməsi olduğunu, orada olan qızıllardan 01 ədəd klon, 02 ədəd üzük və 01 cüt sırğa götürərək cibinə qoyduğunu, ev işlərini qurtardıqdan sonra öz evlərinə qayıtdığını, oğurladığı qızıl-zinət əşyalarını yataq otağındakı sürməyə qoyduğunu, təxminən 2-3 gün sonra Naxçıvan şəhərinə gedərək tanımadığı bir zərgərə 1000-1300 manat arası qiymətə satdığını, həmin pulla hissə-hissə özünə geyim əşyaları aldığını, 29 iyun 2024-cü il tarixdə baldızı Kəmaləgilə getdiyini, həmin vaxt Kəmalənin evdə olduğunu, Kəmalənin həyətdə onlara bəhməz bişirdiyini, qalan qızıl-zinət əşyalarını oğurlamaq üçün evə daxil olduğunu, yataq otağına keçərək şkafı açdığını və orada olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd üzük və 01 ədəd sırğanı götürərək cibinə qoyub baldızının yanına getdiyini, həyətdə işlərini bitirdikdən sonra evə qayıtdığını, oğurladığı qızılları yataq otağında gizlətdiyini, sabahsı gün həyat yoldaşını işə yola saldıqdan sonra oğluna geyim əşyaları almaq üçün Şərur rayonunda yerləşən ticarət mərkəzinə getmək qərarına gəldiyini, Kəmaləyə məxsus qızılları da, satmaq üçün özü ilə götürdüyünü, yoldan keçən tanımadığı bir taksi sürücüsü ilə yola düşdüyünü, yolda olan zaman hər hansı bir tanışın onu qızıl satarkən görüb həyat yoldaşı Elsevərə deyəcəyindən qorxduğunu, ani bir qərarla avtomobilin pəncərəsini açaraq cibindəki 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd sırğanı yola tulladığını, 21 aprel 2024-cü il tarixdə övladlarının sünnət toyu olacağını və 1 ay əvvəldən toy hazırlıqlarına başladıqlarını, onlardan əvvəl qonşusu X1 toyu etdiyi üçün məsləhət almağa onun həyat yoldaşı Firavanın yanına getmək istədiyini, həmin vaxt Kamilin soğan satdığını, soğan almaq üçün qayınanası Dilarə ilə birlikdə 29 mart 2024-cü il tarixdə Kamilgilə getdiyini, qayınanası onlara soğan təmizlənməsində köməklik etməyə başladığını, o, da Firavanla birlikdə çay hazırlamaq üçün evə girdiyini, evdə toy barəsində Firavanla söhbət etməyə başladığını, Firavan ondan toya hansı forma qızıl-zinət əşyaları taxacağını sorduğunu, ona hələ qərar vermədiyini bildirdiyini, Firavan ona “istəsən mən öz qızıllarımı verərəm toyda taxarsan” sözlərini dediyini və yataq otağında olan şkafı açaraq ora qoyduğu müxtəlif növ qızıl-zinət əşyalarını əlində ona göstərdiyini, qızıllara baxan zaman onları həyətdən çağırdıqlarını, Firavan tələm-tələsik əlikdəki qızılları şkafın gözünə qoyaraq həyətə çıxdıqlarını, daha sonra Firavan ondan evə girərək çaydanı gətirməyini istədiyini, dərhal yataq otağına gedərək Firavanın yataq otağındakı şkafa qoyduğu 02 cüt qızıl sırğa, 04 ədəd qızıl boyunbağı, 03 ədəd qızıl bilərzik və 06 ədəd qızıl üzüyü götürərək cibinə qoyduğunu, daha sonra çaydanı götürərək həyətə çıxdığını, çay içdikdən sonra qayınanası ilə birlikdə evə getdiyini, oğurladığı qızıl-zinət əşyalarını yataq otağındakı sürməyə qoyduğunu, 01 aprel 2024-cü il tarixdə səhər saatlarında azyaşlı uşaqları ilə birlikdə xəstəxana adı ilə həyat yoldaşından icazə alaraq oğurladığı 01 ədəd qızıl boyunbağını və 01 cüt qızıl sırğanı götürərək Naxçıvan şəhərində getdiyini, ticarət mərkəzinin qızıl satılan hissəsinə gedərək 01 ədəd qızıl boyunbağı və 01 cüt qızıl sırğanı 1700 manata satdığını, həmin vaxt toy ərəfəsi olduğu üçün tez-tez toyla bağlı Naxçıvan şəhərinə gedib gəldiyini, həmin ərəfə qızılların çox hissəsini aparıb satdığını, son olaraq qalan 01 cüt qızıl sırğa və 02 ədəd qızıl üzüyü 30 aprel 2024-cü il tarixdə Naxçıvan şəhərində 992 manata satdığını, qızılları satdıqdan sonra etdiyi əməldən peşman olduğunu, bir daha belə bir şey etməyəcəyimə dair özünə söz verdiyini, bir müddət bu hərəkətlərdən uzaq durduğunu, Axura kəndinə gəldiyi vaxtdan qonşusu Zərərçəkmiş şəxs3 ilə münasibəti yarandığını, onun qayınanası Nailə Abbasovanın dərzi kimi fəaliyyət göstərdiyini, müntəzəm olaraq onların yaşadığı evə getdiyini, 07 iyul 2024-cü il tarixdə axşam saatlarında Dürdanəgilə getdiyini, onların evinin arxa hissəsindəki pəncərəni döyərək Dürdanəni çağırdığını, lakin ona cavab verən olmadığını, evin arxa hissəsindəki qapını açaraq həyətə daxil olduğunu, evin ön hissəsinə keçdiyini və giriş qapısının yanındakı pəncərəni döyərək yenidən Dürdanəni çağırdığını, lakin yenə də, ona cavab verən olmadığını, həmin vaxt onların evinin pəncərəsinin açıq olduğunu gördüyünü, evdə heç kimin olmadığını başa düşüb oğurluq etmək qərarına gəldiyini, pəncərənin altındakı divanın üstünə çıxdığını və pəncərənin orta tağından evin salonuna daxil olduğunu, evə daxil olduqdan sonra Dürdanənin yataq otağına girdiyini və yenidən onu çağırdığını, həmin vaxt evdə heç kimin olmadığından əmin olduğunu, yataq otağında olan sürmənin üzərində qızıl-zinət əşyalarının olduğunu gördüyünü, orada 05 ədəd qızıl üzük, 03 cüt qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl bilərzik və 01 ədəd qızıl klon olduğunu, dərhal həmin qızıl-zinət əşyalarının hamısını cibinə qoyaraq daxil olduğu pəncərədən çıxaraq evə getdiyini, Zərərçəkmiş şəxs3 evindən götürdüyü qızıl-zinət əşyalarını yataq otağında olan sürməyə qoyduğunu, sonra qardaşı Şahid zəng edərək ona evdə olan özünə məxsus qızıl-zinət əşyalarının satmaq istədiyini bildirdiyini, Əbilinin ona köməklik edəcəyini dediyini, təxminən 1 saat sonra həyat yoldaşının evə gəldiyini, ona heç nə demədiyini, 08 iyul 2024-cü il tarixdə saat 07:00 radələrində həyat yoldaşı evdən çıxaraq işə getdiyini, o, getdikdən bir neçə dəqiqə sonra həmin qızıl-zinət əşyalarını çəhrayı salfetə bükərək Şahid məxsus gödəkçənin cibinə qoyduğunu, sonra həmin gödəkçəni yapışdırıcı ilə bağlayıb sellofan paketə qoyduğunu, həmin sellofan paketi qonşusu Cəmil Cəlilovun yaşadığı evə apardığını, ondan həmin bağlamanı Naxçıvan şəhərinə aparmasını və Naxçıvan şəhərində qardaşı Şahid verməsini istədiyini, Əbiliyə həmin qızıl-zinət əşyalarının özünə məxsus olduğunu və evlərini təmir etdirmək üçün satdığını dediyini, Əbiliyə həmin qızılların oğurluq olduğunu bildirmədiyini, Kamil Sadiqova məxsus evdən oğurladığı qızılzinət əşyalarını hissə-hissə Naxçıvan şəhərində satdığını, həmin qızıl-zinət əşyalarının satışından ümumilikdə 5000 manatadək pul əldə etdiyini, bütün qızılları Naxçıvan şəhəridə satdığını, onu oğurluq etməyə təhrik edən kimsə olmadığını, həmin puldan heç kimə vermədiyini, himayəsində 1 yaş və 3 yaşlarında 2 azyaşlı uşağının olduğunu, yoldaşının hərbidən çıxıb Bakı şəhərinə getdiyini, uşaqların hazırda onun himayəsində olduğunu, Şahbuz rayon Kolanı kəndində atasına məxsus evdə yaşadığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini və barışıq əldə edildiyini, tutduğu əməldən çox peşman olduğunu bildirib məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərin ifadəsi: Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində və suallara cavabında Şərur rayon Axura kəndində yaşadığını, özünə məxsus 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 01 cüt və 01 ədəd qızıl sırğanı evinin yataq otağında olan şkafın gözündə parça pul kisəsinin içərisində saxladığını, 16 iyun 2023-cü il tarixdə qohumunun toy məclisi keçiriləcəyini, toya hazırlanan zaman özünə məxsus qızılzinət əşyalarından bir-neçəsini taxdığını, daha sonra müəyyən səbəblərə görə toya getmədiyini və həmin qızıl-zinət əşyalarını çıxardaraq yenidən yataq otağında olan şkafın gözünə qoyduğunu, bundan təxminən 2-3 ay sonra başqa bir qohumunun toy məclisinə getmək üçün qızıl əşyalarını götürərkən 01 ədəd qızıl klon, 02 ədəd qızıl üzük, 01 cüt qızıl sırğanın yerində olmadığını gördüyünü, bu barədə dərhal həyat yoldaşına məlumat verdiyini, evin hər yerini axtarsalar da, qızılları tapa bilmədiklərini, evindən baş vermiş oğurluqla bağlı qardaşı Elsevərin həyat yoldaşı Təqsirləndirilən şəxs şübhələndiyini, çünki Tünzayın onların evinə tez-tez gəlib getdiyini, o, gəldikdən sonra bu hadisənin baş verdiyini, lakin oğurluğun Tünzay tərəfindən törədildiyinə əmin olmadığını, bu səbəbdən də, həyat yoldaşı Asəflə birlikdə heç kimə heçnə deməmək qərarına gəldiklərini, qalan qızıllarını isə yataq otağında olan sandığın içərisinə qoyduğunu, Tünzay onlara gəlib getməyə davam etdiyini, 25 iyun 2024-cü il tarixdə Tünzayın yenidən onlara gəldiyini, onlara kompot hazırladığını, daha sonra 02 iyul 2024-cü il tarixdə toya gedəcəyi üçün qalan qızıl-zinət əşyalarını qırmızı rəngli parça torbanın içərisinə yığaraq təkrar yataq otağında olan şkafın gözünə qoyduğunu, Tünzayın bunu gördüyünü, daha sonra Tünzayın öz evlərinə getdiyini, 29 iyun 2024-cü il tarixdə Tünzayın təkrar onlara gəldiyini, həmin vaxt Tünzaygilə bəhməz hazırladığını, 01 iyul 2024-cü il tarixdə qızılları qoyduğu yerə baxan zaman 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl sırğanın oğurlandığını gördüyünü, bu barədə yenə də, heç kimə heçnə demədiyini, 02 iyul 2024-cü il tarixdə həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə getdiklərini, Bakı şəhərində olan zaman həmkəndlilərinin evindən qızıl-zinət əşyalarının oğurlandığını və bunu edənin gəlinləri Tünzay olduğunu öyrəndiyini, Bakı şəhərindən qayıtdıqdan sonra polis idarəsinə gedərək şikayətini bildirdiyini, Təqsirləndirilən şəxs ona məxsus 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 01 cüt və 01 ədəd qızıl sırğanı oğurladığını, qızıl-zinət əşyalarının qiymətini uzun müddət bundan əvvəl aldıqları üçün bilmədiyini, hazırda təqsirləndirilən şəxslə barışıq əldə edildiyini, ona dəymiş ziyanın ödənildiyini, qardaşı ilə Tünzayın ayrıldığını, azyaşlı uşaqların Tünzayla yaşadığını, uşaqlara görə onu bağışladığını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində və suallara cavabında 2016-cı il tarixdə Şərur rayon Axura kənd sakini X9 ilə ailə həyatı qurduğunu, yaşadığı evdə ona məxsus qızıl- zinət əşyaları olduğunu, həmin qızıl zinət əşyalarını yaşadığı evdə yataq otağında olan çarpayının alt hissəsində saxladığını, sonuncu dəfə 2024-cü ilin mart ayında həmin qızıl zinət əşyalarını gördüyünü, mart ayından sonra həmin qızıl zinət əşyalarına baxmadığını, onun 06 ədəd qızıl üzük, 04 ədəd qızıl boyunbağı, 03 ədəd qızıl qolbaq və 02 cüt qızıl sırğası olduğunu, əlavə olaraq bir-neçə qızıl-zinət əşyasını isə evində olan sandıqda saxladığını, 09 iyul 2024-cü il tarixdə həmkəndlisi Cəfər adlı şəxsin evindən qızıl-zinət əşyalarının oğurlandığını eşitdiyini, həmin gün saat təxminən 17:00 radələrində qızıllarının yerində olub-olmamasını yoxlamaq üçün çarpayının aşağısına baxdığını, bu vaxt çarpayının aşağısına qoyduğu 06 ədəd qızıl üzük, 04 ədəd qızıl boyunbağı, 03 ədəd qızıl qolbaq və 02 cüt qızıl sırğanın yerində olmadığını gördüyünü, dərhal bu barədə həyat yoldaşı Kamilə məlumat verdiyini, Kamil gəldikdən sonra gec saatlaradək evi axtarsalar da, qızılları tapa bilmədiklərini, 10 iyul 2024-cü il tarixdə X20 Rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etdiyini, daha sonra qızılzinət əşyalarını oğurlayan şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, azyaşlı uşaqlarına görə Tünzaydan şikayətinin olmadığını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində və suallara cavabında özünə məxsus 05 ədəd qızıl üzük, 03 cüt qızıl sırğa, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl klonu olduğunu, həmin qızıl-zinət əşyalarını yaşadığı evin yataq otağında olan şkafın içərisində saxladığını, son zamanlarda toy məclisləri çox olduğu üçün toylarda həmin qızıl zinət əşyalarından istifadə etdiyini, buna görə həmin qızıl-zinət əşyaları otaqda açıq yerlərdə olduğunu, 07 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində ailə üzvləri ilə birlikdə Şərur rayon Düdəngə kəndində yaşayan həyat yoldaşı Nuranın əmisi Zəfər Abbasovun yaşadığı evə getdiklərini, həmin vaxt evdə heç kimsənin qalmadığını, 08 iyul 2024-cü il tarixdə saat 02:00 radələrində yaşadıqları evə qayıtdıqlarını, evə çatan zaman həyətdəki elektrik lampasının söndürüldüyünü gördüyünü, həyat yoldaşı Nuran və ya qayınatası Cəfər evdən çıxan zaman həmişə həmin lampanı yanılı vəziyyətdə saxladıqlarını, daha sonra Nuran evin giriş qapısının yanında olan pəncərənin yanındakı divanın açılmış vəziyyətdə olduğunu bildirdiyini, həmin divan onlar evdən çıxan zaman bağlı vəziyyətdə olduğunu, evə daxil olduqdan sonra həmin pəncərənin pərdəsinin açılmış vəziyyətdə olduğunu gördüyünü, evdən oğurluq edildiyindən şübhələnib evi axtarmağa başaldıqlarını, yataq otağında olan 2 gözlü şkafın üzərindəki sarı rəngli səbətin içərisinə qoyduğu 05 ədəd qızıl üzük, 03 cüt qızıl sırğa, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl klonun yerində olmadığını gördüyünü, ailə üzvləri ilə birlikdə evi axtarsalar da, qızıl-zinət əşyalarını tapa bilmədiklərini, daha sonra bu barədə Şərur Rayon Polis İdarəsinə məlumat verdiklərini, araşdırma zamanı ona məxsus qızıl-zinət əşyalarını oğurlayan şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, ona məxsus qızılların hamısının geri qaytarıldığını, körpə uşaqları olduğu üçün təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində və verilən suallara cavabında Şərur rayon Axura kəndi ilə Naxçıvan şəhəri arasında marşurt xətti üzrə özünə məxsus “Ford Transit” markalı avtomobil ilə sərnişin daşıdığını, 08 iyul 2024cü il tarixdə saat 07:00 radələrində evdə olan zaman qonşusunun gəlini Təqsirləndirilən şəxs əlində bir bağlama ilə ona yaxınlaşdığını, Tünzay əlindəki bağlamanı ona verərək həmin bağlamanı Naxçıvan şəhərində qardaşının götürəcəyini bildirdiyini və ona 1 manat pul verdiyini, bağlamanı götürərək avtomobildə oturacağın alt hissəsinə qoyaraq evə daxil olduğunu, daha sonra hazırlaşaraq Naxçıvan şəhərinə yola düşdüyünü, Sədərək- Naxçıvan avtomobil yolunun Püsyan kənd istiqamətində hərəkətdə olan zaman tanımadığı bir polis əməkdaşı ona zəng vuraraq ondan Təqsirləndirilən şəxs bağlama veribvermədiyini soruşduğunu, həmin polis əməkdaşına Tünzayın ona bağlama verdiyini bildirdiyini, daha sonra avtomobili olduğu yerdə saxlayaraq polis əməkdaşlarının gəlməsini gözlədiyini, polis əməkdaşları gəldikdən sonra Tünzayın verdiyi bağlamanı onlara təqdim etdiyini, polis əməkdaşı bağlamanın ağzını açdığını, bağlamanın içərisindən 01 ədəd açıq qəhvəyi və sarı rəngli qolsuz yağmurluq çıxdığını, həmin geyim əşyasının cibində çəhrayı rəngli salfetə bükülmüş 05 ədəd qızıl üzük, 03 cüt qızıl bilərzik, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl klonun olduğunu gördüyünü, Tunzayın bağlamanı ona verən zaman içərisində nə olduğunu ona demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində və verilən suallara cavabında 07 iyul 2024-cü il tarixdə axşam saatlarında Şərur rayon Axura kəndində yaşayan bacısı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etdiyini, Tünzay ona özünə məxsus üzük, sırğa, boyunbağı və bilərziyin olduğunu deyərək həmin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirdiyini, ondan nə üçün həmin qızıl-zinət əşyalarını satmaq istədiyini soruşduğunu, Tünzay yaşadığı evi təmir etdirmək istədiyini, buna görə həmin qızıl-zinət əşyalarını satmaq qərarına gəldiyini bildirdiyini, bacısı qızılzinət əşyalarını götürmək üçün onu yaşadığı evə dəvət etdiyini, lakin ona yolun uzaq olduğu üçün gələ bilməyəcəyini bildirdiyini, bundan sonra bacısı ona həmin qızıl-zinət əşyalarını 08 iyul 2024-cü il tarixdə marşrut sürücüsü X13 şəhərinə göndərəcəyini bildirdiyini, Tünzaya səhər saatlarında gedib həmin qızıl-zinət əşyalarını götürə bilməyəcəyini dediyini, Tünzayın həmin qızıl-zinət əşyalarını ona məxsus olan gödəkçənin cibinə qoyub göndərəcəyini bildirdiyini, 08 iyul 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng etdiyini, həmin qızıl-zinət əşyalarını Cəmil Cəlilova verdiyini bildirdiyini, həmin gün saat 10:00 radələrindən başlayaraq bir neçə dəfə Tünzaya zəng etdiyini, lakin Tünzay onun zənglərinə cavab vermədiyini, sonra Cəmil Cəlilova zəng edərək ondan ona bağlama göndəriləcəyini bildirdiyini, Şahbuz rayonunda olduğu üçün həmin bağlamanı götürə bilməsə Naxçıvan şəhərində bir yerə qoymasını xahiş etdiyini, Cəmil ona “yaxşı” sözünü dediyini, bundan sonra Tünzayın həyat yoldaşı Elsevər Cəfərquluyev onun mobil telefonuna zəng edərək ona Tünzayın qonşusunun yaşadığı evdən qızıl-zinət əşyaları oğurlandığını, buna görə Tünzayın Şərur Rayon Polis İdarəsinə dəvət edildiyini bildirdiyini, dərhal Şərur Rayon Polis İdarəsinə gəldiyini, Təqsirləndirilən şəxs ona göndərdiyi qızıl-zinət əşyalarının oğurluq olduğunu bilmədiyini, onun Şərur rayon Axura kənd sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Asəf qızına məxsus qızılzinət əşyalarını oğurlaması barədə əvvəlcədən heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və verilən suallara cavabında təxminən 30 ildir ki, Naxçıvan şəhər ərazisində qızıl alışı və satışı ilə məşğul olduğunu, vətəndaşlardan qızıl alan zaman həmin qızılların oğurluq ola biləcəyi ehtimalını nəzərə alaraq həmin şəxslərin şəxsiyyət vəsiqələrinin və satın aldığı qızıl-zinət əşyalarının fotoşəkillərini çəkərək nəzarətçi polis əməkdaşına təqdim etdiyini, 10 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onun mağazasına yaxınlaşdığını, polis əməkdaşlarının yanında tanımadığı bir cavan qız olduğunu, polis əməkdaşları ondan həmin qızın ona qızıl satıb satmadığını soruşduqlarını, polis əməkdaşlarına bunu xatırlamadığını dediyini, daha sonra qeyd etdiyi şəxsiyyət vəsiqələrinin içərisindən həmin qızın şəxsiyyət vəsiqəsinin surətini tapdığını, bundan sonra polis əməkdaşlarına həmin qızın ona 11 sentyabr 2023-cü il tarixdə 01 ədəd qızıl klon, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində və verilən suallara cavabında təxminən 25 ildir ki, Naxçıvan şəhər ərazisində qızıl alışı və satışı ilə məşğul olduğunu, vətəndaşlardan qızıl alan zaman həmin qızılların oğurluq ola biləcəyi ehtimalını nəzərə alaraq həmin şəxslərin şəxsiyyət vəsiqələrinin və satın aldığı qızıl-zinət əşyalarının fotoşəkillərini çəkərək nəzarətçi polis əməkdaşına təqdim etdiyini, 10 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onun mağazasına yaxınlaşdıqlarını, polis əməkdaşlarının yanında tanımadığı bir cavan qızın olduğunu, polis əməkdaşları ondan həmin qızın ona qızıl satıb satmadığını soruşduqlarını, polis əməkdaşlarına bunu xatırlamadığını bildirdiyini, daha sonra qeyd etdiyi şəxsiyyət vəsiqələrinin içərisindən həmin qızın şəxsiyyət vəsiqəsinin surətini tapdığını, bundan sonra polis əməkdaşlarına həmin qızın ona 01 aprel 2024-cü il tarixdə 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük satdığını bildirdiyini, Şərur rayon Axura kənd sakini Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar, ekspert rəyləri və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 xx.xx.2024-cü il tarixli 320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etməl iqtidarında olduğu, hal-hazırda onda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 1047 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının ümumi dəyərinin 3075 manat, Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarının ümumi dəyərinin 7038 manat, Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinət əşyalarının ümumi dəyərinin 4974 manat məbləğindədir. İstintaq protokolları və digər sənədlər: İş materillarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı Şərur rayon Axura kənd sakini X15 məxsus yaşayış evinə baxış keçirilmiş və kriminalist tərəfindən əl-barmaq izləri götürülərək qablaşdırılmışdır. İş materilarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 xx.xx.2024-cü il tarixli 3-1343/2-10042/2024 nömrəli məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl izləri NEC MİBS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərək xx.xx.1997-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Zahiq qızına aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda durmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şahbuz rayon Kolanı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayon Kolanı kəndində yaşayır. İş materiallarında olan Şərur rayon Axura kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə mənfi xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şərur rayon Axura kənd sakini X6 təqdim edtiyini 05 ədəd qızıl üzük, 03 ədəd qızıl sırğa, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl klon Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənmişdir, həmin şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 1 və 3 yaşında 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, özünə tənqidi yanaşmasını, əməlindən peşman olmasını, himayəsində 1 və 3 yaşında 2 azyaşlı uşağının olmasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların isə olmamasını, habelə gəncliyini, ilk dəfə cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X3 AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şahbuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə xərci olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X3 AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Zərərçəkmiş şəxs3 məxsus 05 ədəd qızıl üzük, 03 cüt qızıl sırğa, 02 ədəd qızıl bilərzik, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klonun qaytarılması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tam ödənilməsi nəzərə alınsın. İş üzə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar