Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-4/2020 17.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Şərur şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Şərur şəhər H.Cavid küçəsi dalan 3, ev 1-də qeydiyyatda duran və yaşayan, barəsində xx xxx 2020-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilən və hal-hazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə, xx xxxx 1982-ci il tarixdə Şərur rayon Mahmudkəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, Şərur rayon Mahmudkəndində qeydiyyatda duran və yaşayan, barəsində xx xxx 2020-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilən və halhazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 1 uşaq atası, məhkum olunmamış, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan, barəsində xx xxx 2020-ci il tarixdə üç ay həbs qətimkan tədbiri seçilən və halhazırda Nахçıvan МR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə, xx xxxxxx 1960-cı il tarixdə Şərur rayon Yuxarı-Daşarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, Şərur rayon Yuxarı-Daşarx kəndində qeydiyyatda duran və yaşayan, barəsində xx xxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 - cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışlar. Belə ki, Təqsirləndirilən şəxs3 1800 manat məbləğində olan borcunu özgə əmlakını talamaq yolu ilə qaytarmaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən görüşərək həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurluq etməyi qabaqcadan planlaşdırmış və ələ keçiriləcək əmlakı bölüşdürməyi ona təklif etmiş, xx xxxx 2020-ci tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2la yenidən görüşərək Zərərçəkmiş şəxs qohumunun yas mərasimi olduğundan evdə olmayacaqlarını, oğurluq üçün uyğun vaxt yarandığını bildirərək Zərərçəkmiş şəxs Mahmudkəndində yerləşən evini aparıb göstərmiş, "yaxşı" pulu olduğundan evində kifayət qədər çox pul olacağı barədə, həmçinin evdən oğurluq edilməsini asanlaşdıran bütün zəruri məlumatları deməklə Təqsirləndirilən şəxs2 təlimatlandırmaqla cinayətin törədilməsini təşkil etmişdir. Bundan sonra elə həmin gün, təqribən saat 21 radələrində Təqsirləndirilən şəxs2 özgə əmlakını talamaq məqsədilə əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girdiyi tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ildə birlikdə sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mahmudkəndindəki evinin önünə gələrək, həmin evə qanunsuz daxil olmaqla 350 manat dəyərində dəmir seyfi və içərisindəki 5000 manat pulu, 2040 Azərbaycan manatına bərabər olan 1200 ABŞ dollarını və ümumi dəyəri 32121.14 (otuz iki min yüz iyirmi bir manat on dörd qəpik) dəyərində olan 54 adda və müxtəlif növdə olan qızıl zinət əşyalarını və bir ədəd kişi saatını talamışlar və əvvəlcədən razılaşdıqları kimi oğurladıqları pulları və qızıl zinət əşyalarını öz aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 39511.14 (otuz doqquz min beş yüz on bir manat on dörd qəpik) olmaqla xeyli miqdarda ziyan vurmuşlar. Bununla da vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını talamaq məqsədilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, onun Zərərçəkmiş şəxs evindən oğurluq etmək və ələ keçiriləcək əmlakı bölüşdürmək barədə təklifi ilə razılaşmış və xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3 ilə görüşərkən ondan, Zərərçəkmiş şəxs qohumunun yas mərasimi olduğundan evdə olmayacaqlarını, oğurluq üçün yaxşı şərait yarandığını, həmçinin Zərərçəkmiş şəxs Mahmudkəndində yerləşən evinin yerini, evdən oğurluq edilməsini asanlaşdıran bütün zəruri məlumatları öyrənmiş, həmin gün saat 21 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə görüşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmək üçün Rasimin idarə etdiyi “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı maşınla Zərərçəkmiş şəxs Mahmudkəndindəki evinin yanına getmiş, evin yaxınlığında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la maşından düşərək aralarındakı rol bölgüsünə uyğun olaraq küçədə durub gözətçilik etməsini, sürücü Təqsirləndirilən şəxs4 zəng vuran zaman gəlib onları oradan götürməsini tapşırmış, bundan sonra qanunsuz olaraq hasardan evdə yaşayış olmayan qonşunun həyətinə, oradan isə Zərərçəkmiş şəxs həyətinə keçərək kilidli olmayan qapıdan evə daxil olmuş və yataq otağında bağlı vəziyyətdə olan dəmir seyfi görüb onun içərisində pul və ya qiymətli əşya olduğunu guman edərək, seyfi götürüb aparmağa fiziki gücü çatmadığından, küçədə gözətçilik edən Təqsirləndirilən şəxs1 zəng vuraraq evə çağırmış və hər ikisi köməkləşərək dəmir seyfi evdən küçəyə çıxarmışlar, sonra seyfi oraya çağırılan Təqsirləndirilən şəxs4 maşının arxa oturacağına qoyaraq həmin maşınla oradan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zeyvə kəndində düşürmüş, seyfi ünvan 1 ünvanındakı yaşadığı evinə gətirmiş, sürücü Təqsirləndirilən şəxs4 getdikdən sonra dəmir alətlə 350 manat dəyərində olan seyfin qapısını açmış və içərisindəki 5000 manat pulu, 2040 Azərbaycan manatına bərabər olan 1200 ABŞ dolları və ümumi dəyəri 32121.14 (otuz iki min yüz iyirmi bir manat on dörd qəpik) qəpik olan 54 adda və müxtəlif növdə olan qızıl zinət əşyalarını və bir ədəd kişi saatını talamış və əvvəlcədən razılaşdıqları kimi oğurladıqları pulları və qızıl zinət əşyalarını öz aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 39511.14 (otuz doqquz min beş yüz on bir manat on dörd qəpik) qəpik olmaqla xeyli miqdarda ziyan vurmuş, bundan başqa qeyd edilən dəmir seyfi açan zaman seyfin icərisində aşkar olunan Zərərçəkmiş şəxs oğuna məxsus Sumqayıt şəhərində və Mahmudkəndində olan evin mülkiyyət hüququnu təsdiq edən sənədlərini, digər mühüm şəxsi sənəd olan hərbi biletini və çöl pay torpaqlarının sənədlərini, özünə və arvadı X6 məxsus ali təhsil haqqında diplomları, oğlu Elnur Qasımova məxsus rəsmi sənəd hesab edilən şəxsiyyət vəsiqəsini və pasportunu, ali təhsil haqqında diplomu və sürücülük vəsiqəsini yandıraraq məhv etmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Əsgərov X12 Emil Azər oğlu və Təqsirləndirilən şəxs4 ilə özgə əmlakını talamaq barədə əvvəlcədən danışıb razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 idarə etdiyi “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı maşınla xx xxxx 2020-ci tarixdə saat 21 radələrində oğurluq edəcəkləri yerə, yəni Şərur rayon Mahmudkəndində Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər, orada Təqsirləndirilən şəxs2 ilə maşından düşmüşlər və aralarındakı rol bölgüsünə uyğun olaraq özü küçədə durub gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə qanunsuz olaraq hasardan qonşunun, oradan isə Zərərçəkmiş şəxs həyətinə keçərək kilidli olmayan qapıdan evə daxil olaraq alışqan işığı ilə baxıb yataq otağından aşkar etdiyi bağlı vəziyyətdə olan dəmir seyfi götürüb çıxarmağa fiziki gücü çatmadığından, Təqsirləndirilən şəxs2 getdiyi yolla Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs2la köməkləşərək dəmir seyfi evdən küçəyə çıxarmışlar və sonra oraya qayıdan Təqsirləndirilən şəxs4 maşının arxa oturacağına qoyaraq həmin maşına minib oradan uzaqlaşmışlar, Zeyvə kənd yolunda maşından düşsə də, Təqsirləndirilən şəxs2 dəmir seyfi yaşadığı Şərur ünvan 1 ünvana aparmış və dəmir alətlə 350 manat dəyərində seyfin qapısını açaraq içərisindəki 5000 manat pulu, 2040 Azərbaycan manatına bərabər olan 1200 ABŞ dolları və ümumi dəyəri 32121.14 (otuz iki min yüz iyirmi bir manat 14 on dörd qəpik) qəpik olan 54 adda və müxtəlif növdə olan qızıl zinət əşyalarını və bir ədəd kişi saatını talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 39511.14 (otuz doqquz min beş yüz on bir manat on dörd qəpik) qəpik olmaqla xeyli miqdarda ziyan vurmuşlar və əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 oğurladıqları pullardan 500 manat almışdır. Bununla da vətəndaş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrilə ittiham olunur ondan ötəri ki, Təqsirləndirilən şəxs3 təşkilatçılığı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını talamaq barədə əvvəlcədən danışıb razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında idarə etdiyi “Nissan sunny”, **- BD-*** dövlət nömrə nişanlı maşınla sonuncuları xx xxxx 2020-ci tarixdə saat 21 radələrində oğurluq edilməsi üçün Mahmudkəndində Zərərçəkmiş şəxs evinin qarşısına aparmış, orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşından düşərək aralarındakı rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 küçədə durub gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə qanunsuz olaraq hasardan qonşunun, oradan isə Zərərçəkmiş şəxs həyətinə keçərək kilidli olmayan qapıdan evə daxil olmuş və yataq otağında bağlı vəziyyətdə olan dəmir seyfi görüb onun içərisində pul və qiymətli əşya olduğunu bilmiş, seyfi götürüb çıxarmağa fiziki gücü çatmadığından, küçədə gözətçilik edən Təqsirləndirilən şəxs1 evə çağırmış və hər ikisi köməkləşərək dəmir seyfi küçəyə çıxardıqdan sonra, yenidən Zərərçəkmiş şəxs evinin qarşısına qayıtmış və dəmir seyfi Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 onun maşının arxa oturacağına qoymuşlar, sonra onları da maşına mindirərək oradan uzaqlaşmış, Təqsirləndirilən şəxs1 Zeyvə kənd yolunda düşürmüş və yola davam edərək dəmir seyfi Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvana aparmış, Təqsirləndirilən şəxs2 dəmir alətlə seyfin 350 manat dəyərində seyfin qapısını açaraq içərisindəki 5000 manat pulu, 2040 Azərbaycan manatına bərabər olan 1200 ABŞ dolları və ümumi dəyəri 32121.14 qəpik (otuz iki min yüz iyirmi bir manat on dörd qəpik ) olan 54 adda və müxtəlif növdə olan qızıl zinət əşyalarını və bir ədəd kişi saatını talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 39511.14 (otuz doqquz min beş yüz on bir manat on dörd qəpik) qəpik olmaqla xeyli miqdarda ziyan vurmuşlar və əvvəlcədən razılaşdıqları kimi ələ keçirdikləri pulu bölüşdürərkən Təqsirləndirilən şəxs2 1000 manat almışdır. Bununla da vətəndaş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, qismən təqsirli bilməsini cinayətin təşkilatçısı olmaması ilə əlaqələndirərək ifadəsində 2020-ci ilin fevral ayının 1-dən Naxçıvan Hərbi Qarnizonunun N nömrəli hərbi hissəsinə kursant kimi daxil olduğunu, kursu bitirdikdən sonra xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin Kütləvi Qırğın Silahlarının mühafizə bölüyünün Baş Texniki vəzifəsində işləməyə başladığını, 2018-ci il tarixində əvvəlcədən tanıdığı Şərur şəhər sakini Şahid4 adlı şəxsin ona, N saylı hərbi hissədə bir əsgər vardır gedək onu görək sözlərini dediyini, onunla razılaşaraq Culfa şəhərinə getdiklərini, orada Emil adlı bir əsgərlə görüşdüyünü, 15-20 gün sonra Naxçıvan şəhərində yerləşən hərbi hospitalın həyətində Emili görüb onunla hal-əhval tutduğunu, təxminən 2019-cu ilin noyabr ayında ona tanımadığı nömrədən bir zəngin gəldiyini, telefonu açanda kim olduğunu anlamadığını, sonra həmin şəxsin Emil olduğunu bildirdiyini, telefonda kef hal etdiklərini, sonralar mütamadi olaraq onunla Şərur rayon ərazisində görüşməyə başladıqlarını, aralarında yaxın yoldaşlıq münasibətinin yarandığını, Bakı şəhərində yaşayan Sevinc adlı qadınla tanış olduğunu, münasibət saxlamış olduğunu, Bakı şəhərinə getdiyi zamanlarda həmin qadınla görüşdüyünü, 2020-ci ilin yanvar ayının əvvələrində yenə Bakıya getdiyini, orada olduğu zaman Sevinc adlı qadın tanışından 2000 manat borc pul aldığını, 200 manatını qaytardığını, 1800 manat borcunun qaldığını, Sevincin ona pulu başqa şəxsdən alıb ona verdiyi üçün, həmin pulu Sevincə qaytarmalı olduğunu, lakin imkanı olmadığından pulu qaytara bilmədiyini, 2020-ci ilin fevral ayından gizirlik kursuna başladığını, 2020-ci ilin mart ayının 15-də korona virusu ilə əlaqədar 15 günlük məzuniyyətə buraxıldığını, mart ayının 19-da Bakıya getdiyini, 21 mart tarixində isə kəndə qayıtdığını, xx xxxx 2020-ci il tarixində Emillə onun yaşadığı evin qabağında görüşdüyünü, həmin vaxt Emilə “kəndimizdə bir nəfər xəstədir, mən sənə sonra bir söz deyəcəm” sözlərini dediyini, onunla atasına məxsus avtomobilin içərisində oturduqdan sonra telefonla Bakı şəhərindən olan Sevinc adlı qadınla danışmağa başladığını, Sevincə 1800 manat pul borcu olduğundan onunla telefonda bu barədə danışdığını, söhbəti eşidən Emilin ona mən də sənə köməklik edərəm sözlərini deməsini, telefonla danışığı bitdikdən sonra Emillə sagollaşıb Mahmudkəndindəki evinə getdiyini, səhəri günü yəni xx xxxx 2020-ci il tarixində günortadan sonra Emillə Şərur şəhəri Şahid5 prospektində yerləşən Diyarşünaslıq muzeyinin önündə görüşdüklərini, Emilə Nazimin evini göstərmək üçün onu Şərur rayon Mahmudkəndinə atası X2 məxsus Vaz 2107 markalı avtomobillə apardığını, Nazimin Mahmudkəndində rəhmətə gedən qaynı Əzizin yas mərasimində iştirak etmək üçün yas yerinə getdiklərini, həmin evin önündə avtomobilini saxlayıb yasa girmək istəyəndə ona karantin dövrü olduğundan yasda iştiraka icazənin olmadığını, Əzizin qardaşı Xəlil Hüseynova baş sağlığı verib avtomobilə oturduğunu, sonra Emili Nazimin yaşadığı məhəlləyə apardığını, Emilə Nazimin yaşadığı evi, qonşuluqda olan boş həyəti göstərdiyini, Emilin ondan Nazimin nə qədər pulu ola biləcəyini soruşduğunu, Emilə Nazimin kifayət qədər pulu olduğunu, mağaza işlətdiyini dediyini, Emillə onun həmin evə girib oğurluq etdikdən sonra onada köməklik məqsədilə borcunu qaytarmaq üçün 1800 manat pul verəcəyi barədə razılığa gəldiklərini, bu söhbətdən sonra Emili evlərinə apardığını, özünün də Mahmudkəndindəki evinə getdiyini, xx xxxx 2020-ci tarixdə gecə saat 01:00 radələrində Emilin ona zəng vurub görüşmək istədiyini, atasının avtomobilini götürüb Şərur şəhərinə gəlib Emilgilin evinin önündə onunla görüşdüyünü, Emilin ondan nə qədər borcunun olduğunu yenə soruşduğunu, Emilə 1800 manat borcunun olduğunu bildirdiyini, Emilin cibindən 1500 manat pul çıxardıb saydığını, ona 1800 manat borcu olduğunu yenə qeyd etdiyini, onun həmin vaxt Emildən bu pulları haradan əldə etdiyini, ilk öncə ona sənə nə var haradan əldə etmişəm sözlərini dediyini, təkrar ona “Emil hara giribsən mənə de” sözlərini dediyini, Emilin ona “Nazimin evinə girib seyfi götürdüm, seyfin içərisindən 4500 manat və 800 ABŞ dollar çıxdı, sənə də 1500 manat pul verirəm” sözlərini deməsini, Emilə borcu olduğu üçün 1800 manat verməsini bildirdiyini, sonra Emilin ona 1500 manatın üzərinə 100 manatda qoyaraq ümumilikdə 1600 manat pul verdiyini, həmin vaxtı Emildən 1600 manat pul götürüb bir başa evə getdiyini, xx xxxx 2020-ci il tarixində saat 11 radələrində Emilə zəng vurub hal-əhval tutduğunu, yenədə həmin muzeyin önündə görüşdüklərini, Emilə sən mənə 200 manat oğurluq işinə görə verə bilmirsənsə onda borc kimi ver sözlərini dediyini, Emilin narazı şəkildə 200 manat pul verdiyini, Emilin həmin vaxt Bakı şəhərində olan Şahid4 göndərməsi üçün ona əlavə olaraq 300 və ya 350 manat pul verdiyini, pulu götürüb, Naxçıvana şəhərinə Fizuliyə pulu göndərmək üçün getdiyini, ancaq həmin vaxt karantin rejimi olduğundan, bankların işləmədiyindən pulu Fizuliyə göndərə bilmədiyini, sonra Naxçıvan şəhərində tanımadığı mağazanın birinə girib, satıcı ilə görüşdüyünü, orada işləyən şəxsə mən sizə pul versəm, sizin Bakı şəhərində iş gördüyünüz adam olar orada mənim tanışıma pul versin sözlərini dediyini, mağazada olan şəxsə Bakı şəhərinə göndərməsi üçün 1900-1950 manat pul verdiyini, mağazada olan şəxsin ona tanışına de pulu Nərimanov metrosunun yanından gedib götürsün sözlərini dediyini, bu barədə Fizuliyə zəng vurub məlumat verdiyini, Fizulinin həmin puldan 1600 manatını Sevinc adlı qadına verdiyini, qalanını isə özünə götürdüyünü, xx xxxx 2020ci il tarixində gizirlik kursuna getdiyini, bu müddət ərzində Emillə əlaqə saxladığını, xx xxxx 2020ci il tarixində saat 11:00 radələrində xx xxxx 2020-ci il tarixində hərbi hissədə olmaq şərtilə təkrar evə göndərildiklərini, xx xxxx 2020-ci il tarixində hərbi hissəyə qayıtdığını, təxminən xx xxxxx 2020-ci il tarixində Emilin ona zəng vuraraq görüşmək istədiyini bildirdiyini, Emilə nə məsələdir, Emilin də ona məndə qızıl var onu satmaq istəyirəm sözlərini dediyini, Emilgilin evlərinin önündə saat 21:30 radələrində onunla görüşdüyünü, Emilin ona qırmızı rəngli qutunu açaraq brilliyant satıram deməsini, qutunun içərisinə baxanda bir üzük və bir cüt də sırğa gördüyünü, həmin zinət əşyalarının brilliyant yox, rus qızılı olduğunu anladığını, Emildən bunlar səndə haradandır, onun da özümündür sənə nə var ki, haradandır sözlərini dediyini, Emilə yəqin ki, “Nazimin evindən çıxandır” sözlərini dediyini, Emilin “yox özümündür” sözlərini deyərək qızılları 1000 manata satmaq istədiyini bildirdiyini, sonra Emillə qızılları 450 manata almaq barədə razılıqa gəldiyini, həmin vaxt cibində 200 manat olduğu üçün ona 200 manat pul verib qalanını isə bir iki günə çatdıracağımı bildirərək qızılları ondan aldığını, həmin qızılları səhəri günü Şərur rayon Sərxanlı kənd sakini həmçinin də gizir işləyən, əvvəllər tanıdığı və kursda bir yerdə olduğu Şahid7 adlı şəxsə evlərinin yanında 650 manata razılaşaraq satdığını, Şahid7 ondan qızılı niyə satdığını, kimin qızılı olduğunu soruşmadığını, Xeyrullaya pula ehtiyacının olduğu üçün qızılları satdığını dediyini, ancaq pulun 590 manatını aldığını, qalan 60 manatını isə maaşda alacağını, sonra həmin puldan 250 manatını Emilə borclu olduğu üçün ona verdiyini, həmin vaxt Emilin ona pulun varsa sənə başqa qızıl da verim sözlərini dediyini, Emilə axı sən mənə demişdin ki, Nazimin evindən puldan başqa heç nə çıxmayıb sözlərini deməsini, Emilin onun narazı olduğunu görüb cibindən bir üzük, bir qolbağı və bir cüt sırğa çıxardaraq bunları da satıram sözlərini deməsini, ondan qızılların neçə qram olduğunu soruşduğunu, sonra Emilə qızılları aparaq çəkək 1 qramını 50 manatdan alacam sözlərini deməsini, ona 100 manat verib sadalanan qızılları ondan götürdüyünü, həmin qızılları Əliabadda kirayə qaldığı evdə olan həssas tərəzidə çəkdiyini, qeyd edilən qızıl zinət əşyalarının çəkilərinin 14 qram olduğunu, Emilə zəng vurub qramının 50 manata bahadır heç kim almır sözlərini bildirdiyini, Emilin də ona qızıllara 450 manat verərsən sözlərini deməsini, bu barədə onunla razılaşdığını, iki üç gün sonra Emilin ona zəng vuraraq “Nazimin evindən çıxan qızıllar məndədir onları satıram” sözlərini deməsini, həmin sözlərin onun acığına gəldiyini, Emilə gəl görüşək sonrasına baxarıq sözlərini dediyini, axşam vaxtı Emillə onun yaşadığı evin yanında görüşdüklərini, Emilin özü ilə içərisində qızıllar olan bir qara rəngli torba gətirmiş olduğunu, atasına məxsus avtomobillə Naxçıvan şəhəri Əliabad qəsəbəsinə getdiklərini, kirayə yaşadığı evdə həssas tərəzidə bütün qızılları çəkdiklərini, həmin qızılların ümümi çəkisinin 347 qram olduğunu, sonra həmin qızılları kirayə qaldığı evdə 4 gün saxladığını, 5-ci günü Emilin ona zəng vuraraq qızılları qaytarmağını istədiyini, özünün satacağını bildirməsini, Emilin gecə saatlarında gəlib qızılları götürdüyünü, onun kimlə gəldiyini bilmədiyini, tutduğu bu əməldən çox peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istədiyini, onu bağışlamasını istədiyiniqeyd edərək məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməli etiraf edərək ifadəsində 2018-ci ilin aprel ayında hərbi xidmətə getdiyini, 2019-cu ilin oktyabr ayında isə hərbi xidməti başa vurub Şərur şəhərinə qayıtdığını, həmin gündən Şərur rayon ərazisində olduğunu, Şərur şəhər sakini dostu olan Şahid4 adlı şəxsin vasitəsilə hərbi xidmətdə olan vaxtı Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 adlı şəxslə tanış olduğunu, tanışlıqlarının hərbi xidməti başa vurduqdan sonrakı vaxtlarda da davam etdiyini, birbiri ilə əlaqə saxlayıb arada görüşdüklərini, 2020-ci ilin mart ayının ortalarında Turanla görüşən zaman onun həmkəndlimiz “Nazimin arvadının qardaşı ağır xəstədir, yaxın günlərdə öləcək, həmin vaxtı sənə bir söz deyəcəm” sözlərini dediyini, Turanın ancaq nə deyəcəyini həmin vaxt demədiyini, xx xxxx 2020-ci il tarixdə saat 16-17 radələrində Turanın ona zəng vurduğunu, telefonu açanda Turanın ona dediyim adam ölübdür sözlərini deməsini, Turana neyniyim ölübdür sözlərini dediyini, Turanın onunla görüşmək istədiyini, onun atasına məxsus avtomobillə məhəlləyə gəldiyini, orada Turanla görüşən zaman Təqsirləndirilən şəxs3 ona otur maşına sənə yer var onu göstərəcəm sözlərini dedikdən sonra, Mahmudkəndində olan Nazimin qaynının yas yerinə getdiklərini, orada avtomobildə oturduğunu, Turanın yas yerinin kənarında tanımadığı bir nəfərlə görüşüb söhbət etdiyini, sonra avtomobilə oturub tanımadığı bir məhəlləyə getdiklərini, Turanın həmin məhəllədə bir ev göstərərək “bura Nazimin evidir, onun da qəşəng pulu vardır” sözlərini dediyini, hətta həmin vaxt Turanın Nazimin qonşularının da evini göstərərək heç kimin yaşamadığını, sonra Turanın ona Nazimin evinə girib pulları götürə bilsən yarı bölərik sözlərini deməsini, ondan Nazimin evində 10-15 minə yaxın pul olub olmadığını soruşduğunu, Turanın da ona “bəlkədə çoxdur 100000-ə qədər olar” sözlərini deməsini, Turandan axşam Nazimgildə kiminsə olacağını, hansı tərəf ilə gəlməyin uyğun olduğunu soruşduğunu, Turanın da ona “gəldiyimiz yolla gələrsən, Nazimin maşınını orada görsən bilki yas yerindədirlər, evi boşdur” sözlərini dediyini, sonra Turanın onu evə apardığını, evdə olan zaman Şərur rayon Zeyvə kəndindən olan, lakin Şərur şəhərində yaşayan Rəmzi adlı tanışına zəng vuraraq ona axşam bir yer var gedəcəyik ora oğurluğa, sən də mənə köməklik edərsən sözlərini dediyini, Rəmzinin də “mən razı Zeyvə kəndindəyəm buradan məni götürərsən” sözlərini dediyini, sonra əvvəlcədən tanıdığı Rasimə zəng vuraraq məhləyə gəlməsini istədiyini, Rasimin çox keçmədən məhəlləyə özünə məxsus avtomobillə gəldiyini, orada onun avtomobilinə əyləşib onunla oğurluq etmək barədə söhbət etdiklərini, Rasimə “Turan mənə bir yer deyibdir axşam ora oğurluğa gedəcəyik” sözlərini dediyini, Rasimlə söhbəti edib qurtardıqdan sonra hər ikisinin öz evlərinə getdiklərini, saat 20:10 radələrində Rasimin yenidən onu məhlədən götürüb Zeyvə kəndinə Rəmzini götürmək üçün getdiklərini, həmin kənddən yolun kənarından Rəmzini götürüb Turanın dediyi kimi yas evinin yanından keçib Nazimə məxsus evin yerləşdiyi məhəlləyə getdiklərini, Rəmzi ilə birlikdə avtomobildən düşdüklərini, Rasimə zəng vuranda “gəlib bizi buradan götürərsən” sözlərini dediyini, Rasimi yola saldıqdan sonra Rəmziyə “sən nəzarət edərsən ki, gələn olsa zəng vurarsan Rəmzinin də ona burada mənim qohumum qalır mən buranı yaxşı tanıyıram” sözlərini dediyini, Nazimin evinin qarşısında olan qarajın sol tərəfində yerləşən divarı aşıb qonşunun həyətinə düşdüyünü, qonşu ilə Nazimin torpaq sahəsini ayıran aliminum tünükələrin yanı ilə aşağı getdiyini, qarşısına beton divarın çıxdığını, həmin divarı da aşıb Nazimin həyətinə düşdüyünü, Mahmudkəndinə gələn zaman Nazimin avtomobilini qaynının evinin yanında olduğunu gördüyü üçün evdə heç kimin olmadığını düşündüyünü, ona görə də sərbəst şəkildə əvvəlcə pəncərələri yoxladığını, pəncərələrin bağlı olduğundan içəri girməyin mümkün olmadığını gördüyünü, sonra evin qabağında olan beton pilləkənlərlə yuxarı qalxdığını, qarşısına bir pərdə çıxdığını, onu aralayan zaman qapının kilitli olmadığını açıq olduğunu, həmin vaxt evin işıqlarının söndürülmüş vəziyyətdə olduğunu, evin içərisinə daxil olduğunu, əlində olan çaxmağın işığı ilə hərəkət etməyə başladığını, əvvəlcə balkondan içəri daxil olub qarşısına çıxan otağın solunda yerləşən otağa daxil olduğunu, orada heç bir şeyə toxunmadığını, sonra sağda olan yataq otağına keçdiyini, həmin otağın giriş qapısının sağ küncündə dəmir seyf gördüyünü, seyfə toxunmadan çölə çıxdığını, həyətdə olan zaman Rəmziyə zəng vuraraq “evdə seyf var gəl onu çıxartmağa kömək et” sözlərini dediyini, özünün isə təkrar əvvəlki yerdən qonşunun həyətinə keçdiyini, Rəmzini gözləməyə başladığını, Rəmzinin çox keçmədən yanına gəldiyini, Nazimin həyətinə düşüb evə daxil olduğunu, yataq otağından seyfi birlikdə götürüb çölə çıxartdıqlarını, həyətə düşdükləri yerdən təkrar qonşunun həyətinə keçdiyini, bu vaxt Rəmzinin seyfi betonun üstünə qoyduğunu, qonşunun həyətindən seyfi əli ilə saxlayaraq Rəmzinin də qonşunun həyətinə keçməsini gözlədiyini, birlikdə seyfi götürüb yola tərəf hasarın yanına apardıqlarını, seyfi orada olan torpağın üstünə yerləşdirdikdən sonra Rasimə zəng vurduğunu, Nazimin evinin arxasına keçdiklərini, orada siqaret çəkdiklərini, sonra Rasimin həmin yerə gəldiyini, seyfi onun avtomobilinin salonunun arxa oturacağına qoyduqlarını, avtomobildə yer olmadığına görə baqaj hissəyə keçdiyini, Rəmzinin isə baqajı bağladıqdan sonra avtomobilin ön oturacağında sürücünün yanında oturduğunu, Rasimin avtomobili birbaşa Zeyvə kəndinin yol kənarına sürdüyünü, orada Rəmzinin düşüb atasıgilə getdiyini, Rasim ilə seyfi həyətin arxasına apardıqlarını, saat təxminən 22:15 radələrində qonşusu Hamletə zəng vurub ondan həyətə çıxmasını xahiş etdiyini, Hamletdən mismar çıxardanının olub-olmadığını soruşduğunu, Hamletin ona “elə bir şey yoxdur” sözlərini dediyini, ona görə də ondan montirovka alıb evə qayıtdığını, evdə həmin montirovkanı seyfin çərçivə tərəfinə salıb sıxdığını, fiziki gücünün təsirindən çərçivənin birinin yerindən çıxdığını, ikinci dəfə sıxanda seyfin qapısının bir balaca aralandığını, çaxmağın işığı vasitəsilə seyfin birinci gözünün içərisində nə qədər şey var idisə çəkib çıxartdığını, seyfin birinci gözündən 5000 manat pul, 1200 dollar, qızıl zinyət əşyaları, iki ədəd boş pul kisəsi və sənədlər götürdüyünü, sonra seyfin ikinci qapısını da eyni qaydada açdığını, oradan da qızıl zinyət əşyaları və dəftərlərin çıxdığından onları da götürdüyünü, seyfdən çıxanların hamısını bir paketə yığıb götürdüyünü, dəfətərləri və qızılların qablarını həyətin axırında yandırdığını, sonra Rasimə zəng vuraraq özünlə 1 litr benzin götür gəl məhləyə sözlərini deməsini, Təqsirləndirilən şəxs4 avtomobili ilə məhəlləyə gəldiyini, Rasimlə birlikdə seyfi təkrar onun avtomobilinin arxa oturacağına qoyduqlarını, sonra seyfin içərisində qalan dəftərin yanmasını istədiyi üçün seyfi aparıb zibilxanada yandırmaq fikrinə düşdüyünü, ona görə də Rasimin avtomobili ilə seyfi zibilxanaya apardıqlarını, həmin yerə çatan vaxt seyfi Rasimin gətirdiyi benzinlə yandırdığını, sonra həmin yerdən qayıdan zaman yolda Rasimə oğurluqda köməklik etdiyi üçün 1000 manat pul verdiyini, onun narazı qaldığını görüb “qızılları satandan sonra yenə sənə pul verəcəm” sözlərini dediyini, Rasimin onu məhəlləyə qoyan zaman gecə saat təxminən 00:30 radələri olduğunu, saat 01:00 radələrində Turana zəng vurduğunu, Turanın atasına məxsus avtomobillə gəldiyini, orada ona 1600 manat pul verdiyini, onun da narazılıq edərək az olduğunu bildirdiyini, səhəri günü Şərur şəhərində onunla görüşərək ona 200 manat özü üçün pul verdiyini, əlavə olaraq da həmin vaxt Bakı şəhərində olan dostu Şahid4 göndərməsi üçün 350 manat pul verdiyini, təxminən hadisədən 15 gün sonra Turana 450 manat dəyərində 1 üzük və 1 cüt qızıl sırğa satdığını, həmin qızılların pulunu Turandan iki dəfəyə aldığını, 5 gün keçdikdən sonra Turana 1 üzük, 1 cüt qızıl sırğa və 1 qolbaq verməsini, Turanın ona qızılları çəkdim 14 qram gəldi, ancaq sata bilmirəm sözlərini dediyini, onunla 450 manata razılaşdığını, həmin vaxt Turanın ona əgər seyfdən qızıl çıxıbsa ver aparım yox eliyim sözlərini deməsini, həmin günü qızılları Turana qorxduğu üçün vermədiyini, 5 gün sonra Turanla görüşdüyünü, onunla birlikdə Mahmudkəndinə getdiklərini, oradan yaşadığı evdən tərəzi götürüb Əliabad qəsəbəsinə getdiklərini, həmin qəsəbədə Turanın kirayə tutduğu bir evin olduğunu, həmin evdə qızılları çəkdiklərini, qızılların ümumi çəkisinin 347 qram olduğunu, qızılları Turana verib rayona qayıtdığını, Turanın qızılları sata bilməməsini görüb bir həftə sonra qızılları Fizuli adlı dostu ilə gedib ondan həmin qəsəbədə götürdüyünü, səhəri günü 3 ədəd qızıl üzüyü qonşusu Rövşən adlı şəxsə satması üçün verdiyini, ancaq Rövşənin qızılların oğurluq olmasından xəbərinin olmadığını, 3-4 gün sonra Rövşənlə görüşdüyünü, onun sata bilmirəm deyərək 2 üzüyü ona qaytardığını, 1 üzüyün isə onda qaldığını, həmin gündən 4-5 gün keçdikdən sonra dostu Fizuliyə satması üçün 1 boyunbağı, 1 ədəd üzük, 1 cüt sırğa verdyini qeyd edərək məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 2019-cu ilin noyabr ayında Şərur şəhərində həmin şəhər sakini Təqsirləndirilən şəxs2 ilə tanış olduğunu, həmin dövrdən bir-birlərilə əlaqə saxlayaraq tez-tez görüşüb söhbət etdiklərini, xx xxxx 2020-ci il tarixində atasına kömək etmək məqsədilə Şərur rayon Zeyvə kəndinə getdiyini, orada olan zaman saat təxminən 17-18 radələrində bir-iki litir pivə içdiyini, təqribən elə həmin vaxt Emilin ona zəng vuraraq ondan harada olmasını soruşduğunu, bir işim var gəlim səni götürüm gedək mənə kömək et sözlərini dediyini, evdən çıxıb asfalt yola tərəf getdiyini, bir müddət keçdikdən sonra Emil tanımadığı 50-60 yaşlarında olan bir nəfər sürücünün idarə etdiyi ** BD *** dövlət nömrə nişanlı “NİSSAN SUNNY” markalı avtomobillə onun yanına gəldiyini, sonradan onun adının Rasim olduğunu bildiyini, həmin avtomobilin arxa oturacağında əyləşdiyini, Naxçıvan şəhər istiqamətində getdiklərini, yolda Emildən hara getdiklərini soruşduğunu, Emilin ona gedirik görəcəksən sözlərini dediyini, yolun Şərur rayon Mahmudkəndi hissəsindən keçən zaman Rasimin avtomobili həmin kənddə tərəf döndərdiyini, Emillə birlikdə dəmir qapısı olan evin yanında düşdüklərini, sonra Rasimin avtomobili sürüb getdiyini, Emilin ona evə oğurluğa girirəm, şübhəli bir şey görsən onda zəng edərsən sözlərini deyərək divardan aşıb sonradan adının Nazim olduğunu bildiyi şəxsin həyətinə düşdüyünü, onun isə yolda qaldığını, 5-10 dəqiqə sonra Emilin mobil telefonla ona zəng vurduğunu, telefonda nə dediyini başa düşmədiyini, sonra Emilin həyətə düşdüyü yerə-divarın yanına gəldiyini, onu da özü ilə apardığını, Nazimlə qonşusunun arasında olan divardan Nazimin həyətinə düşdüklərini, sonra evin qarşısındakı pilləkənlərdən qalxıb açıq olan qapıdan evin içərisinə daxil olduqlarını, evə daxil olduqdan sonra sağ tərəfdə yerləşən bir otağa keçdiklərini, otağın sağ küncündə dəmir seyf gördüyünü, Emillə seyfi götürüb evdən çıxdıqlarını, Emilin divarı aşdığını, seyfi divardan ona ötürdüyünü, sonra özünün də divarı aşaraq yaşayış olmayan qonşunun həyətinə düşdüyünü, seyfi birlikdə həmin evin darvazasının yanına gətirdiklərini, Emilin Rasimə zəng vurduğunu, Təqsirləndirilən şəxs4 avtomobili ilə həmin yerə gəldiyini, seyfi qaldırıb darvazanın yanında olan damçanın üstünə qoyduqlarını, sonra seyfi götürüb Rasimin avtomobilinin salonunun arxa oturacaq hissəsinə yerləşdirdiklərini, avtomobilin içərisində yer olmadığından Emilin avtomobilin yük hissəsinə-baqaj yerinə girib uzandığını, sonra həmin hissənin qapısını örtüb avtomobilin ön sərnişin yerində əyləşdiyini, həmin avtomobillə Zeyvə kəndinə getdiklərini, orada avtomobildən düşdükdən sonra bir başa atasıgilə getdiyini, gecəni atasıgildə yatdığını, səhəri günü, yəni xx xxxx 2020-ci il tarixində saat 09 radələrində yuxudan oyandığını, saat 11-12 radələrində Emilin ona zəng vurduğunu, Emilin Rasimlə birlikdə avtomobillə kəndə gəldiklərini, Emilin kənddə cibindən 500 manat pul çıxardıb verdiyini, ondan bu pulun nə pul olduğunu soruşduğunu, Emilin ona seyfdən çıxan puldur sənin payındır götür xərcləyərsən dediyini, tutduğu əməldən çox peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 Cəlal oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 1963-cü il tarixindən Şərur şəhərində yaşadığını, haliyyədə heç bir yerdə işləmədiyindən özünə məxsus ** BD *** nömrə nişanlı “Nissan Sunny” markalı minik avtomobililə taksiçilik etdiyini, Şahid12 və övladlarını tanıdığını, Təqsirləndirilən şəxs2 da onun övladı olduğundan həmin şəxslə də münasibəti olduğunu, xx xxxx 2020-ci il tarixində günorta saatlarında Emilin ona zəng vuraraq axşam onu Mahmudkəndinə aparacağını bildirdiyini, saat təxminən 21:10 radələrində Təqsirləndirilən şəxs2 ona yenidən zəng vuraraq evdən götürmək istədiyini, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedib onu götürdüyünü, bir nəfərin də Şərur rayon Zeyvə kəndində gözlədiyini, onu da götürüb Mahmudkəndinə gedəcəklərini bildirdiyini, Emili Şərur şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyin qarşısında avtomobilinə mindirib ondan haraya, nə üçün getdiklərini soruşduğunu, Emilin ona Mahmudkənddə yaşayan bir nəfər şəxs var "Şərur" restoranının yanındakı mağazanın sahibidir, yasları düşdüyündən, evlərində heç kim yoxdur Zeyvədən bir nəfərdə götürək gedək həmin şəxsin evindən oğurluq edək sözlərini dediyini, Emilin dediyindən oğurluq etmək üçün getdikləri evi ona həmin kənddə yaşayan Turan adlı şəxsin dediyini anladığını, Zeyvə kəndində asfalt yolun kənarında tanımadığı bir cavan oğlanın avtomobilə əyləşdiyini, maşına minən şəxsin kim olduğunu soruşduqda Emilin ona həmin adamın Rəmzi olduğunu və onun da oğurluğa getdiyini deməsini, Mahmudkəndinə Şərur-Naxçıvan tras yolundan, Arpaçay yanacaq doldurma məntəqəsinə çatmamış sola çönərək girdiklərini, kənddə hansı istiqamətə gedəcəyini Emilin göstərirdiyini, qarşısında bir neçə maşın dayanmış yerdən keçərkən Emilin həmin yerin yas yeri olduğunu bildirdiyini, Mahmudkəndində tanımadığı bir yaşayış evinin yanında Emil ilə Rəmzinin maşından düşürdüyünü, onların düşdükləri yerin yaxınlığındakı evdən oğurluq edəcəklərini anladığını, Emilin ona zəng vuranda gəlib onları götürməyini tapşırdığını, təxminən 15-20 dəqiqə keçdikdən sonra Emilin ona zəng vuraraq onları götürməsini bildirdiyini, sonra həmin yerə getdiyini, orada Emil ilə Rəmzinin birlikdə bir dəmir seyfi onun avtomobilinin salonunun arxa oturacağına yerləşdirdiklərini, Emilin ona seyf olduğunu və evdən götürdüklərini, yəni oğurladıqlarını dediyini, avtomobilin salonunda oturmağa yer olmadığından, Emilin avtomobilin baqaj hissəsinə keçdiyini, Rəmzinin isə onun yanında ön hissədə oturduğunu, ilk öncə Rəmzini Zeyvə kəndinə, Emili isə öz evlərinə apardığını, Emilin evlərinin önündə seyfi avtomobildən düşürdüyünü, qucağında sürüyərək yaşadıqları həyətə apardığını, sonra çıxıb evə getdiyini, saat təxminən 23:45 radələrində Emilin ona zəng vuraraq bir litr benzin al gəl seyfi aparıb ataq zibilxanaya sözlərini deməsini, bir litr benzin alıb Emilgilə getdiyini, Emilin həmin seyfi qucağında gətirib onun avtomobilinin arxa oturacağına qoyduğunu, sonra Emilin özünün də qabaq oturacaqda əyləşdiyini, maşını birbaşa Dizə yolunun yaxınlığındakı zibilxanaya sürdüyünü, yolda Emilin seyfdən 4500 manat pul və 800 ABŞ dolları, birdə qızıl bəzək əşyaları çıxartdığını bildirdiyini, ona oğurluqda iştirakına görə seyfdən götürdüyü puldan 1000 manat verdiyini, qızılları satıb əlavə də pul verəcəyini bildirdiyini, zibilxanada seyfi maşından Emillə köməkləşib çıxartdıqlarını, seyfin qapısının iki yerdən eşik üzə tərəf əyildiyini gördüyünü, orada Emilin onun 1 litirlik butulkada gətirdiyi benzini seyfin üzərinə tökdüyünü, od verib yandırdırmazdan əvvəl zibilxanada olan karton karobkaları, kağızları seyfin üzərinə seyfin yaxşı yanması üçün atmış olduğunu, yandırmazdan əvvəl seyfi götürərkən seyfin içərisindən metal səsinin gəldiyini, Emilə seyfin içərisində nə isə qalıbdır sözlərini deməsini, Emilin isə cavabında kar-kağız qaldığını bildirdiyini, vaxt azlığından, seyfin içində nəyin olmasını yoxlamadıqlarını, Emilin seyf üzərindəki izlərin məhv olması üçün yandırdığını, maşına oturmamışdan seyfin alışdığını, güclü partlayış olduğunu, güclü partlayış olduğundan qorxub maşına oturduqlarını, sonra Emili oradan da götürüb evlərinə apardığını, Emilin ona pulun və dolların miqdarını desə də, seyfdən nə qədər qızıl zinət əşyası götürdüyünü demədiyini, haliyədə də qızılın midarı və ya dəyəri barədə heç nə deyə bilmədiyini, həmin hadisədən sonra Emillə dəfələrlə görüşdüyünü, etdikləri oğurluq haqqında söhbətlər etdiklərini, törətdiyi əmələ görə çox qorxduğunu, Emilin oğurladığı pullardan və qızıllardan kimə nə qədər verməsi və ya satması barədə heç bir şey bilmədiyini, Emildən ona verdiyi 1000 manatdan başqa heç nə almadığını, tutduğu əməldən peşman olduğunu, səhhətində problemlər olmasını, daimi müəlicəyə ehtiyyacının olmasını qeyd edərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində 20 ilə yaxın olar ki, fərdi ticarətlə məşğul olduğunu, hazırda Şərur rayon Yuxarı-Daşarx kəndində olan ərzaq mağazasını kirayə işlətdiyini, işlədiyi dövrdə əldə etdiyi qazancla özünə və ailəsinə məxsus müxtəlif cür qızıl zinət əşyaları aldığını, şirkətlərin pullarını vaxtı-vaxtında ödədiyini, təxminən 15 il bundan öncə yaşadığı evinə dəmir seyf gətirdiyini, həmin dövrdən gətirdiyi seyfin içərisində daima qızıl zinət əşyaları, pul və sənədlər olduğundan, seyfi evinin içərisində olan yataq otağında saxladığını, buna görə də seyfin daima nəzarətində olduğunu, qaynı və qudası sayılan Şərur rayon Mahmudkənd sakini X10, yataq xəstəsi olduğundan həyat yoldaşı Reyhan Qasımovanın mütamadi olaraq orada qaldığını, bundan əlavə qızı və ailəsinin də Bakı şəhərindən gəldiklərini, xx xxxx 2020-ci il tarixdə qaynı Əziz Hüseynovun rəhmətə getdiyini, özü və ailəsinin həmin yas mərasimdə bir qohum kimi yaxından iştirak etdiklərini, havanın soyuq olması ilə əlaqədar evin yataq otağından istifadə etmədiklərinə görə həmin otağa giriş-çıxış etmədiklərini, bu səbəbdən də seyfin həmin yerdə olub-olmadığına fikir vermədiyini, xx xxx 2020-ci il tarixində şirkətlərə pul ödəmək üçün seyfdən pul götürmək məqsədilə yataq otağına keçdiyini, həmin vaxt qarşılaşdığı mənzərənin onu şoka saldığını, yəni seyfin yerində olmadığını gördüyünü, evin hər yerini axtardıqlarını, lakin seyfi tapa bilmədiklərini, ailəliklə seyfin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını fikirləşdiklərini, buna görə də bu barədə yazılı şəkildə polisə müraciət etdiklərini, polis şöbəsində olduğu zaman ona evindən oğurluğu edən şəxslərin həmkəndlisi Təqsirləndirilən şəxs3 təşkilatçılığı ilə Şərur rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 olduqlarının öyrəndiyini, yaşadığı evdə baş vermiş oğurluq hadisəsilə ilə əlaqədar yazılı müraciət etdiyini, həmin müraciət əsasında bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək qısa zaman ərzində ona məxsus yaşayış evindən oğurluq edən şəxslərin şəxsiyyətlərinin müəyyən edildiyini, istintaq zamanı ona və yoldaşı Reyhan Qasımovaya 55 sayda qızıl-zinət əşyalarının tanınması üçün təqdim edildiyini, təqdim edilən qızıl-zinət əşyalarının hamısının ona məxsus oğurlanmış dəmir seyfin içərisində saxladığı ailə üzvlərinə məxsus qızıl zinət əşyaları olduqlarını bildirdiyini, onlar üçün ailəsinə məxsus qızıl-zinət əşyalarının hamısının tapılmasının sevindirici hal olduğunu, bundan əlavə həmin vaxt seyfin içərisində 5000 (beş min) manat və 1200 (bir min iki yüz) ABŞ dollarının saxlanıldığın, həmin məbləğlərin maddi ziyan kimi ümümilikdə hesablanaraq istintaq dövründə ona ödənmiş olduğunu, yaşadığı evin yataq otağından oğurlanmış dəmir seyfin içərisində ailə üzvlərinə aid rəsmi sənədlərin olmasını, həmin sənədlərin Təqsirləndirilən şəxs2 tərəfindən yandırılmasının istintaq zamanı müəyyən edildiyini bildirərək məhkəmədən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulmuş cəzanın verilməsini xahiş etdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid3 ifadəsində haliyyədə heç bir yerdə işləmədiyi üçün taksiçilik fəaliyyətilə məşğul olduğunu, xx xxx 2020-ci il tarixində sərnişin götürmək məqsədilə Şərur şəhərində yerləşən dayanacaqda gözlədiyini, Şərur rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq hal şahidi qismində istirak etməyini xahiş etdiklərini, poislərin xahişini könüllü surətdə qəbul etdiyini, polis əməkdaşları və digər şəxs Şahid2 ilə birlikdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsinə getdiklərini, orada onlara bir evin təqdim edildiyini, təqdim edilən evdə tanımadığı bir cavan oğlanın olduğunu, polis əməkdaşlarının həmin şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 olduğunu onun həmin ünvanda kirayə qaldığını bildirdiklərini, evin koridorunun sağ hissəsində olan qonaq otağının qapısının yuxarı hissəsində “Beko” markalı kondisionerin olduğunu, Təqsirləndirilən şəxs3 adlı şəxsin polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürdüyü qızıl zinət əşyalarının həmin kondisionerin üzərində saxladığını bildirdiyini, sonra Turanın özünün həmin yerdən ağ kağıza bükülmüş bir büküm çıxardaraq polis əməkdaşlarına təqdim etdiyini, həmin ağ rəngli kağızdan olan bükümün onların iştirakçılığı ilə açıldığını, açılan zaman bükümün içərisində bir üzük, bir qolbağı və bir cüt sırğanın olduğunu gördüklərini, həmin əşyaların qızıla oxşadığını, həmin əşyaların fotoşəkillərinin çəkildiyini, qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavənin və ya düzəlişlərin qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzaların çəkildiyini, Şərur şəhər sakini Şahid12 məxsus H.Cavid küçəsi dalan 3, mənzil 1 ünvanında olmadığını, ordan hansısa əşyaların götürülməsində iştirak etmədiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid2 xx xxx 2020-ci il tarixində kəndə getmək məqsədilə Şərur şəhərində yerləşən dayanacaqda gözlədiyini, bu zaman Şərur rayon polis şöbəsinin əməkdaşlarının onlara yaxınlaşaraq hal şahidi qismində istirak etməyini xahiş etdiklərini, poislərin xahişini könüllü surətdə qəbul etdiyini, polis əməkdaşları ilə birlikdə Şərur şəhər sakini Şahid12 məxsus H.Cavid küçəsi dalan 3, mənzil 1-də yerləşən yaşayış evinə getdiklərini, həmin evin içərisinə daxil olub birbaşa yataq otağına keçdiklərini, Şahid12 oğlu Təqsirləndirilən şəxs2 yataq otağında olan şkafın arxasından qara rəngli bir idman çantası götürdüyünü, həmin çantanın içərisində müxtəlif çeşiddə qızıla oxşar əşyaların olduğunu, həmin əşyalar nömrələnərkən 47 sayda olduğu, həmin əşyaların fotoşəkillərinin çəkilərək qablaşdırılıb protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokola hər hansı bir əlavənin vəya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzaların çəkildiyini, daha sonra polis əməkdaşları ilə birlikdə o və digər əvvəldən tanıdığı şəxs Şahid3 ilə birlikdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsinə getdiklərini, orada onlara bir evin təqdim edildiyini, təqdim edilən evdə tanımadığı bir nəfəri gördüyünü, polis əməkdaşlarının həmin şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 olduğunu onun həmin ünvanda kirayə qaldığını bildirdiklərini, evin koridorunun sağ hissəsində olan qonaq otağının qapısının yuxarı hissəsində “Beko” markalı kondisionerin olduğunu, Təqsirləndirilən şəxs3 adlı şəxsin polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürdüyü qızıl zinət əşyalarının həmin kondisionerin üzərində saxladığını bildirdiyini, sonra Turanın özünün həmin yerdən ağ kağıza bükülmüş bir büküm çıxardaraq polis əməkdaşlarına təqdim etdiyini, həmin ağ rəngli kağızdan olan bükümün onların iştirakçılığı ilə açıldığını, açılan zaman bükümün içərisində bir üzük, bir qolbağı və bir cüt sırğanın olduğunu gördüklərini, həmin əşyaların qızıla oxşadığını, həmin əşyaların fotoşəkillərinin çəkildiyini, qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavənin vəya düzəlişlərin qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzaların çəkildiyini, Şahid2 Şərur şəhər sakini Şahid12 məxsus H.Cavid küçəsi dalan 3, mənzil 1 ünvanında görmədiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid8 ifadəsində 2020-ci ilin yanvar ayından Şərur rayon Mahmudkənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, xx xxx 2020-ci il tarixdə istirahət günü olduğundan evdə istirahət edən zaman həmkəndlisi Zərərçəkmiş şəxs evindən seyf oğurlandığını eşitdiyini, buna görə də kənd mərkəzinə getdiyini, kənd mərkəzində digər həmkəndlisi Şahid10 ilə görüşdüyünü, birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getdiklərini, ora çatdıqda Nazimin evinin önündə çoxlu sayda polis əməkdaşlarının olduğunu gördüyünü, bir müddət sonra həmin polis əməkdaşlarının onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs evində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməklərini xahiş etdiklərini, Şahid10lə birlikdə onların xahişini qəbul edərək hal şahidi qismində iştirak etməyə razılıq verdiklərini, onlara hüquq və vəzifələrinin izah olunduğunu, sonra Nazım Qasımovun evində baxış keçirildiyini, baxış zamanı həmin həyətin darvaza qapısı, sahəsi, evin giriş qapısı, otaqların sayı, otaqlarda olan əşyalar, qapılar və pəncərələrin nəzərdən keçirilərək hər birinin ölçülərinin qeyd olunduğu, Nazım Qasımovun yaşadığı evin yataq otağına baxış keçirilən zaman baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin otağın giriş qapısının sağ tərəfində divarın küncündə seyfin olduğunu, seyfin həmin yerdən oğurlandığını dediyini, evin müxtəlif istiqamətlərdən fotoşəkillərinin çəkildiyini, protokol tərtib olunduğunu, həmin protokolun ucadan oxunduğunu, iştirakçılar tərəfindən hər hansı bir təklif vəya iradın bildirilmədiyini, protokolun düzgünlüyünün imzalarla təsdiq edilməsini, Şərur rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs yaşadığı evindən, içərisində pul və qızıl-zinət əşyalarının olduğu dəmir seyfi oğurlayan şəxslərin müəyyən edildiyini, həmin əməli törədənlərdən birinin də həmkəndlisi Təqsirləndirilən şəxs3 olmasının ona pis təsir etdiyini, onların layiqli cəza alacaqlarına heç bir şübhə etmədiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid10 ifadəsində xx xxx 2020-ci il tarixdə həmkəndlim Zərərçəkmiş şəxs evindən oğurluq edildiyini eşitdiyini, buna görə də kənd mərkəzinə getdiyini, kənd mərkəzində digər həmkəndlisi Şərur rayon Mahmudkənd Bələdiyyəsinin sədri Şahid8 Süleyman oğlu görüşdüyünü, birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getdiklərini, oraya çatdıqda Nazimin evinin önündə çoxlu sayda polis əməkdaşlarının olduğunu gördüklərini, bir müddət sonra həmin polis əməkdaşları onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs evində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməklərini xahiş etdiklərini, Şahid8la birlikdə onların xahişini qəbul edərək hal şahidi qismində iştirak etməyə razılıq verdiklərini, onlara hüquq və vəzifələrinin izah olunduğunu, sonra Nazım Qasımovun evində baxış keçirildiyini, baxış zamanı həmin həyətin darvaza qapısı, sahəsi, evin giriş qapısı, otaqların sayı, otaqlarda olan əşyalar, qapılar və pəncərələr nəzərdən keçirilərək hər birinin ölçüləri qeyd olunduğunu, baxışda iştirak edən Zərərçəkmiş şəxs yataq otağın giriş qapısının sağ tərəfindən divarın küncündə seyfi olduğunu, seyfin həmin yerdən naməlum şəxs vəya şəxslər tərəfindən oğurlandığını bildirdiyini, sonra evin müxtəlif istiqamətlərdən fotoşəkilləri çəkildiyini, protokol tərtib olunduğunu, həmin protokolun ucadan oxunduğunu, iştirakçılar tərəfindən hər hansı bir təklif və ya irad bildirilmədiyini, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etdiklərini bildirdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid4 ifadəsində Şərur şəhərində doğulub boya başa çatmış olduğunu, hal hazırda işsiz olduğu üçün Bakı şəhərində taksi fəaliyyətilə məşğul olaraq özünü dolandırdığını, Şərur şəhər sakini Şahid12 özü və ailəsini tanıdığını, eyni şəhərdə yaşadığı üçün davamlı olaraq həmin şəxsin övladları ilə də münasibətinin olmasını, Şahid12 dörd oğlan uşağının olduğunu, həmin uşaqlardan birinin də Emil olduğunu, Emillə yaxın münasibətinin olmasını, taksiçilik etdiyi üçün üzərində həmişə pul olduğunu, Emilin də bunu yaxşı bildiyindən maddi cəhətdən çətinliyə düşən zaman ondan borc pul almasını, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhərində olduğunu, Covid 19 virusu ilə əlaqədar olaraq Bakıda işlərinin zəif getdiyi üçün maddi cəhətdən çətinlik çəkdiyini, 2020-ci ilin mart ayının 25, 26-sı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq Bakıya gəlmək istədiyini bildirməsini, virusla əlaqədar vəziyyətin yaxşı olmadığını və qaldığı evin kirayəsini verə bilmədiyini, Emilin ona sənin mənə çox hörmətin keçibdir, mən də sənə kira pulunu ödəməkdə köməklik edəcəyəm sözlərini deməsini, Turan adlı şəxslə münasibəti olduğunu, Turanın ona sənə pul göndərsəm Bakı şəhərində yaşayan Sevincə verə bilərsən sözlərini dediyini, onun da Turana aparıb verərəm sözlərini deməsini, sonra Turanın 1900 (bir min doqquz yüz) manat pul göndərdiyini, həmin puldan 1600 (bir min altı yüz) manatını Sevincə verdiyini, 300 (üç yüz) manatına isə kirayə sahibinə verdiyini, sonra xx xxxx 2020-ci il tarixində Bakı şəhərindən Şərur şəhərinə gəldiyini, karantin rejiminə götürüldüyünu, 24 gün karantin rejimində olduğunu, karantin rejimi bitdikdən sonra təsadüfən Şərur şəhərində Emillə rastlaşdığını, həmin vaxt Emilin borc pul istədiyini, ona 100 (bir yüz) manat borc pul verdiyini, iki gün keçdikdən sonra Emilin ondan 200 (iki yüz) manat borc pul aldığını, sonrakı vaxtlarda isə ona 130 (bir yüz otuz) manat əlavə borc pul verdiyini, həmin vaxt Emilin ona iki-üç gün içərisində sənə olan borclarımı qaytaracam sözlərini deməsini, təxminən 3 gün keçdikdən sonra Emillə Şərur şəhərində Şahid5 prospektində görüşdüklərini, ona parçadan ibarət bir büküm verərək bunları satıb borcunu götürərsən sözlərini deməsini, həmin parçadan olan bükümü açanda içərisində bir boyunbağı, bir kişi üzüyü, bir qadın üzüyü və bir cüt sırğa gördüyünü, Emilə bunları satmayacam, borcunu qaytaranda bu qızılları sənə verəcəm sözlərini deməsini, iki-üç gün sonra Emilin oğurluq etdiyi üçün tutulmuş olduğunu eşitdiyini, Emil tərəfindən ona verilən qızılların oğurluq olduğunu fikirləşdiyini, özündə saxladığı qızıl zinət əşyalarını Şərur rayon polis şöbəsinin əməkdaşlarına təhvil vermək qərarına gəldiyini bildirdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid6 ifadəsində Şərur şəhər sakini Təqsirləndirilən şəxs2 qonşusu olduğuna görə tanıdığını, aralarında yaxşı münasibətlərin olduğunu, 9-xx xxx 2020-ci il tarixlərində Təqsirləndirilən şəxs2la günorta saatlarında məhəllədə görüşdüklərini, onunla kef-hal etdikdən sonra Emilin ona 03 ədəd kişi qızıl üzüyü verərək satmasını istədiyini, həmin qızılların Emilin özünə məxsus olmalarını, Emilə kömək etmək üçün həmin qızılları ondan götürdüyünü, həmin qızılların 2 gün onda qaldığını, onları satmadığını, Emillə görüşüb 2 qızıl üzüyü ona qaytardığını, 1 qızıl üzüyün isə xoşuna gəldiyi üçün, gələcəkdə pulunu ödəmək şərti ilə özündə saxladığını, Təqsirləndirilən şəxs2 oğurluq etdiyinə görə tutulduğunu, ona görə də özündə saxladığı qızıl üzüyün də oğurluq olduğunu düşünərək, həmin qızıl üzüyü könüllü surətdə gətirib təhvil vermək qərarına gəldiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Şahid5 ifadəsində Şərur şəhərində doğulub boya başa çatdığını, hal-hazırda təqaüdçü olduğundan bütün gününü evdə keçirdiyini, Şərur şəhər sakini Şahid12 ilə qonşu olduğunu, Şahid12 özü və övladları ilə çox gözəl qonşuluq münasibətlərinin olduğunu, evinin onların üzünə həmişə açıq olmasını, xx xxxx 2020-ci il tarixində saat təxminən 22:00 radələrində evdə olan zaman kiminsə onu çağırdığını, evdən həyətə çıxdıqda onu çağıran şəxsin Şahid12 oğlu Təqsirləndirilən şəxs2 olduğunu, onunla hal-əhval tutduqdan sonra Emilin ondan evdə mismar çıxardanının olub-olmadığını soruşmasını, Emilə məndə elə bir şey yoxdur sözlərini dedikdən sonra ondan bir montirovka ( balaca düz metal rəngli dəmir parçası) istədiyini, qonşu kimi onun xətrinə dəyməməsi üçün qaytarmaq şərtilə ona bir montirovka verdiyini, Emilin həmin montirovkanı alıb evlərinə doğru getdiyini, səhəri günü həyətə çıxan zaman Emilə verdiyi montirovkanı həyətin ortasında olduğunu gördüyünü bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iş üzrə Şahid11 ifadəsində 2002-ci il tarixindən Naxçıvan Muxtar Respublikası X13 xidmət etdiyini, 2018-ci ilin yanvar ayından Şərur rayon Polis şöbəsinin CAB-nin rəisi vəzifəsində işlədiyini, xx xxx 2020-ci il tarixində Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs İsraf oğlunun ərizə ilə müraciət edərək ona məxsus yaşayış evindən naməlum şəxs vəya şəxslər tərəfindən dəmir seyfin oğurlandığını bildirdiyini, həmin ərizə əsasında bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 təşkilatçılığı ilə, xx xxxx 2020-ci tarixdə saat 21 radələrində Şərur şəhər sakini Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girdiyi tanışları Şərur rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs1 və Şərur rayon Yuxarı-Daşarx kənd sakini Təqsirləndirilən şəxs4 ildə birlikdə sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə həmin seyfi oğurladıqlarının müəyyən edildiyi, buna görə də adları çəkilən şəxslərin yerlərinin müəyyən edilərək polis şöbəsinə gətirildiklərini, polis şöbəsində Təqsirləndirilən şəxs2 dindirilərkən yaşadığı evdə Zərərçəkmiş şəxs məxsus qızıl zinət əşyalarını saxladığını bildirdiyini, bu səbəbdən də saxlanılan qızıl zinət əşyalarının götürülməsi üçün dərhal həmin ünvana getdiklərini, ora çatdıqda Təqsirləndirilən şəxs2 yataq otağında olan şkafın arxasından qara rəngli bir idman çantasını çıxardaraq onlara təqdim etdiyini, həmin çanta açılarkən içərisində müxtəlif çeşiddə qızıla oxşar əşyaların olduğunun müşahidə olunduğunu, həmin əşyalar nömrələnərkən 47 sayda olduğunun müəyyən edilməsini, həmin əşyaların fotoşəkillərinin çəkilərək onların iştirakçılığı ilə qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavə vəya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünün imzalarla təsdiq edildiyini, əlavə olaraq Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 dindirilən zaman Təqsirləndirilən şəxs2 ona bir üzük, bir qolbağı və bir cüt sırğanın vermiş olduğunu, həmin qızıl zinət əşyalarını X18 qəsəbəsində kirayə yaşadığı döngə 5, ev 2 ünvanında saxladığını bildirmiş olduğundan həmin ünvana getdiklərinə, həmin evin koridorunun sağ hissəsində olan qonaq otağının qapısının yuxarı hissəsində “Beko” markalı kondisionerin olduğunu, Təqsirləndirilən şəxs3 adlı şəxsin Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürdüyü qızıl zinət əşyalarını həmin kondisionerin üzərində saxladığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs3 həmin yerdən ağ kağıza bükülmüş bir büküm çıxardaraq təqdim etdiyini, həmin ağ rəngli kağızdan olan bükümün onların iştirakçılığı ilə açıldığını, açılan zaman bükümün içərisindən həqiqətən də bir üzüyün, bir qolbağının və bir cüt sırğanın olduğunu gördüklərini, həmin əşyaların qızıla oxşadığını, həmin əşyaların fotoşəkillərinin çəkilərək müvafiq qaydada qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavə vəya düzəlişlərin qeyd edilmədiyini protokolun düzgünlüyü imzalarla təsdiq olunduğunu bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən və eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən və məhkəməyədək istintaq dövründə verdiyi ifadədən fərqli ifadə verdiyi üçün təkrar olaraq iş üzrə şahid qismində ifadə verən Şahid3keçən məhkəmə baxışı iclasında ziddiyyətli ifadə verməsini Şərur şəhər sakini Şahid12 ilə yaxın münasibətlərinin olması və verdiyi ifadənin onun ziyanına olacağını düşünərək belə bir ifadə verdiyini, Şahid2 da onu orada görmədiyini deməsini xahiş etdiyini, məhkəmə iclasından sonra Şahid12 ona nahaqdan belə etdiyini, verdiyi ifadəsinin onun ziyanına olmayacağını bildirdiyini, ona təzədən ifadə verə biləcəyinə heç bir maneənin olmadığını dediyini, ona görədə yenidən ifadə verərək ifadəsində Şərur rayon polis şöbəsinin əməkdaşlarının xahişini könüllü surətdə qəbul edərək, Şahid2 və o polis əməkdaşları ilə birlikdə Şərur şəhər sakini Şahid12 məxsus H.Cavid küçəsi dalan 3, mənzil 1-də yerləşən yaşayış evinə getdiklərini, həmin evin içərisinə daxil olub birbaşa yataq otağına keçdiklərini, Şahid12 oğlu Təqsirləndirilən şəxs2 yataq otağında olan şkafın arxasından qara rəngli bir idman çantası götürdüyünü, həmin çantanın içərisində müxtəlif çeşiddə qızıla oxşar əşyaların olduğunu, həmin əşyalar nömrələnərkən 47 sayda olduğu, həmin əşyaların fotoşəkillərinin çəkilərək qablaşdırılıb protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokola hər hansı bir əlavənin vəya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzaların çəkildiyini, daha sonra polis əməkdaşları ilə birlikdə Əliabad qəsəbəsinə getdiklərini, orada onlara bir evin təqdim edildiyini, təqdim edilən evdə tanımadığı bir cavan oğlanın olduğunu, polis əməkdaşlarının həmin şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 olduğunu onun həmin ünvanda kirayə qaldığını bildirdiklərini, evin koridorunun sağ hissəsində olan qonaq otağının qapısının yuxarı hissəsində “Beko” markalı kondisionerin olduğunu, Təqsirləndirilən şəxs3 adlı şəxsin polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürdüyü qızıl zinət əşyalarının həmin kondisionerin üzərində saxladığını bildirdiyini, sonra Turanın özünün həmin yerdən ağ kağıza bükülmüş bir büküm çıxardaraq polis əməkdaşlarına təqdim etdiyini, həmin ağ rəngli kağızdan olan bükümün onların iştirakçılığı ilə açıldığını, açılan zaman bükümün içərisində bir üzük, bir qolbağı və bir cüt sırğanın olduğunu gördüklərini, həmin əşyaların qızıla oxşadığını, həmin əşyaların fotoşəkillərinin çəkildiyini, qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavənin vəya düzəlişlərin qeyd edilmədiyini, sadalanan ünvanlarda aparılan axtarşlarla əlaqədar protokolların tərtib edildiyini, həmin protokolların onlar tərəfindən imzalandığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən və eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən və məhkəməyədək istintaq dövründə verdiyi ifadədən fərqli ifadə verdiyi üçün təkrar olaraq iş üzrə şahid qismində ifadə verən Şahid2 keçən məhkəmə baxışı iclasında ziddiyyətli ifadə verməsini onunla izah etdi ki, keçən məhkəmə iclasında Şahid3 məhkəmədən əvvəl ona yaxınlaşaraqonun Şahid12 ilə yaxın yaxşı münasibətlərinin olduğunu və verdiyi ifadənin onun ziyanına olacağını düşündüyünü, ona görədə onun Şahid12 evində iştirak etməsini deməməsini xahiş etdiyini, ona görə də keçən məhkəmə iclasındakı ifadəsini o cür verdiyini qeyd edərək, ifadəsində xx xxx 2020-ci il tarixində kəndə getmək məqsədilə Şərur şəhərində yerləşən dayanacağa getdiyini, orada Şahid3 ilə qarşılaşdığını, bir müddət keçdikdən sonra Şərur rayon Polis şöbəsinin əməkdaşlarının onlara yaxınlaşaraq hal şahidi qismində istirak etmələrini xahiş etdiyini, polislərin xahişini könüllü surətdə qəbul etdiklərini, polis əməkdaşları ilə birlikdə Şərur şəhər sakini Şahid12 məxsus H.Cavid küçəsi dalan 3, mənzil 1-də yerləşən yaşayış evinə getdiklərini, həmin evin içərisinə daxil olub birbaşa yataq otağına keçdiklərini, Şahid12 oğlu Təqsirləndirilən şəxs2 yataq otağında olan şkafın arxasından qara rəngli bir idman çantası götürdüyünü, həmin çantanın içərisində müxtəlif çeşiddə qızıla oxşar əşyaların olduğunu, həmin əşyaların nömrələnərkən 47 sayda olduğunu, həmin əşyaların fotoşəkilləri çəkilərək qablaşdırılıb protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokola hər hansı bir əlavə və ya düzəlişin qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzalar çəkildiyini, daha sonra Şahid3 və onun Polis əməkdaşları ilə birlikdə Əliabad qəsəbəsinə getdiklərini, orada onlara bir ev təqdim edildiyini, təqdim edilən evdə tanımadığı bir cavan oğlanın olduğunu, polis əməkdaşlarının həmin şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 olduğunu, onun həmin ünvanda kirayə qaldığını bildirdiklərini, evin koridorunun sağ hissəsində olan qonaq otağının qapısının yuxarı hissəsində “Beko” markalı kondisionerin olduğunu, Təqsirləndirilən şəxs3 adlı şəxsin polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürdüyü qızıl zinət əşyalarını həmin kondisionerin üzərində saxladığını bildirdiyini, sonra Turanın həmin yerdən ağ kağıza bükülmüş bir büküm çıxardaraq polis əməkdaşlarına təqdim etdiyini, həmin ağ rəngli kağızdan olan bükümün onların iştirakçılığı ilə açıldığını, açılan zaman bükümün içərisində bir üzük, bir qolbağı və bir cüt sırğanın olduğunu gördüklərini, həmin əşyaların qızıla oxşadığını, həmin əşyaların fotoşəkillərinin çəkildiyini, qablaşdırılıb protokola əlavə olunduğunu, sonra baxış zamanı tərtib edilmiş protokolun ucadan oxunduğunu, protokolda hər hansı bir əlavə və ya düzəlişlər qeyd edilmədiyini, protokolun düzgünlüyünü əks etdirən imzaları çəkdiklərini bildirdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etmiş, lakin ifadə verməkdən imtina etmiş Şahid12 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Şərur şəhərində doğulub boya başa çatmış olduğunu, 1989-cu ildə ailə həyatı qurduğunu, hal-hazırda 5 oğlan övladınını olmasını, həmin uşaqlardan 4-nün onunla, 1-nin isə anası ilə birlikdə RF-da yaşadığını, səhhətində problemlər olduğundan uzun müddət müalicə aldığını, müalicə almağına səbəbin onun depresiyaya düşməsi olduğunu, buna görə də hər gün müxtəlif tərkibli dərman preparatları qəbul etdiyini, qəbul etdiyi dərmanlara görə də hər axşam tez saatlarında yatdığını, səhhətilə əlaqədar uşaqlarına bir valideyin kimi nəzarət etməkdə çətinlik çəkdiyini, onların qayğısına qala bilmədiyini, nəticədə ovladlarının nə kimi işlərlə məşğul olduqlarından, kimlərlə yaxınlıq etdiklərindən xəbərinin olmadığını, xx xxx 2020-ci il tarixində axşam üstü yaşadığı evdə olan zaman polis əməkdaşlarınin həyətə gəldiklərini, 3-cü oğlu Təqsirləndirilən şəxs2 da polislərin yanında olduğunu, həmin əməkdaşların ona oğlunuz Təqsirləndirilən şəxs2 və digər 3 nəfər Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs evindən içərisində qızıl zinət əşyaları, pul və sənədlər olan seyfi oğurlayıblar buna görə də sizin evinizə baxış keçiriləcəkdir sözlərini dediklərini, onlara evində baxış keçirilməsi haqqında heç bir etiraz etmədən razılıq verdiyini, sonra polis əməkdaşları onun iştirakçılığı ilə yaşadığı evə baxış keçirdiklərini, baxış zamanı anasına məxsus yataq otağında yerləşən şkafın arxasından qara rəngli bir torba aşkar edildiyini, həmin torba açılarkən içərisindən müxtəlif ölçülərdə və adlarda qızıl zınət əşyalarının müşahidə edildiyini, onun həmin vaxt çox pis olduğunu, nə edəcəyini, nə danışacağını unutduğunu, indi də bu haqda danışmağın bir ziyalı kimi ona çox ağır gəldiyini, bu barədə protokol tərtib edildiyini, həmin protokolun tərəfindən imzalandığın bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində hal-hazırda N nömrəli hərbi hissədə gizir rütbəsi daşımaqla TNM rəisi işlədiyini, 2020-ci ilin fevral ayında N saylı hərbi hissədə kursda olduğu zaman orada Təqsirləndirilən şəxs3 adlı şəxslə tanış olduğunu, aralarında isti münasibətlərin yarandığını, həmin vaxtdan bir-birilə telefon əlaqəsi yaradaraq hal əhval tutduqlarını, 2020-ci ilin mart ayının axırlarında Təqsirləndirilən şəxs3 ona zəng vuraraq ailə həyatı qurmaq üçün Rusiyadan qızıl gətirmiş olduğunu, lakin evlənməyi alınmadığına görə də qızılları satmaq istədiyini deməsini, Təqsirləndirilən şəxs3 gətir kəndə baxım razılaşarıq sözlərini dediyini, Təqsirləndirilən şəxs3 həmin günü axşam təxminən saat 22:00 radələrində Sərxanlı kəndində yaşadığı məhəlləyə gəldiyini, qızılları ona göstərdiyini, qızılların xoşuna gəldiyini, 650 (altı yüz əlli) manat dəyərində razılaşdıqlarını, Turana 590 (beş yüz doxsan) manat pul verib qalan 60 (altmış) manatını isə maaşda verəcəyini bildirərək ondan 01 ədəd qızıl qadın üzüyü və bir cüt sırğa götürdüyünü, Turanın oğurluq etdiyinə görə tutulduğunu, ondan almış olduğu qızılların da oğurluq olduğunu düşünərək həmin qızılları təhvil vermək istədiyini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, oifadəsində 1990-cı il tarixində Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Zomühəndislik fakültəsini bitirmiş olduğunu, 2020-ci ilin yanvar ayından Şərur rayon Yuxarı-Daşarx kənd İ.Ə.D.Ü.N-nin müavini vəzifəsində işlədiyini, xx xxx 2020-ci il tarixində Şərur rayon Yuxarı-Daşarx kənd ərazisində təmizlik və abadlıq işləri aparan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ərazidə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, onların xahişini heç bir təsir altında qalmadan könüllü şəkildə qəbul etdiyini, sonra polis əməkdaşları ilə birlikdə Yuxarı-Daşarx kənd ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulan əraziyə getdiyini, bir müddət sonra Yuxarı-Daşarx kənd sakini 2001-ci il təvəllüdlü X4 da həmin əraziyə gəldiyini, hər ikisinə hüquq və vəzifələrinin izah edilməsindən sonra əraziyə baxış keçirildiyini, baxış zaman ərazidə məişət tullantılarından ibarət olan zibil topalarının müşahidə edildiyini, həmin ərazidən keçən yolun sağ hissəsindən 16 metr irəlidə yanmış vəziyyətdə olan bir dəmir seyfin aşkar edildiyini, həmin dəmir seyfin uzunluğunun 1.20 sm, eni isə 46 sm ölçüdə olmasını, seyfə nəzər saldıqda onun 28 sm x 14 sm, 40 sm x 32 sm və 31 sm x 31sm ölçülərdə üç saxlanc hissədən ibarət olduğu, ikinci və üçüncü saxlanc hissələrinin qapılarının yerində olmadığını, torpağın üstündə olduqlarını, seyfin sağ və ön hissələrində əzilmiş deşilmiş izlərin olduğunun müşahidə edildiyi, bundan əlavə baxış zamanı seyfin ikinci saxlanc hissəsindən yanmış halda 7 qram sarı rəngli incə boyunbağının aşkar edildiyini, həmin əşyanın iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq, fotoşəkilinin çəkildiyini, qablaşdırılaraq protokola əlavə edildiyini, baxış zamanı qeyd olunan boyunbağıdan başqa hər hansı bir əşya, pul və s. predmetin aşkar edilmədiyini, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, baxışda iştirak edən şəxslər tərəfindən hər hansı bir əlavə vəya düzəlişlərin qeyd edilmədiyini, protokolun düzgünlüyünün imzalarla təsdiq olunduğunu bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismindədindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, oifadəsində 30 ilə yaxındır ki, Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, üç övladlarının olduğunu, İİ qrup təqaüdçü olmaqla evdar qadın olduğunu, Zərərçəkmiş şəxs 20 ilə yaxın ticarətlə məşğul olduğunu, onun 15 il bundan öncə evə dəmir bir seyf gətirdiyini, həmin seyfi evin yataq otağına yerləşdirdiklərini, onlara məxsus pulu, qızıl zinət əşyalarını və digər sənədləri həmin seyfin içərisində saxladıqlarını, qardaşı X10 uzun müddət yataq xəstəsi olduğundan davamlı olaraq ona baş çəkdiyini, xx xxxx 2020-ci il tarixində qardaşı Əziz Hüseynovun səhhətinin ağırlaşdığını, buna görə də qardaşının yanında qalmağa başladığını, xx xxxx 2020-ci il tarixində qardaşının rəhmətə getdiyini, ailə üzvlərinin həmin yas mərasimində iştirak etdiklərini, bu müddət ərzində ev ilə maraqlana bilmədiyini, havanın soyuq keçməsilə əlaqədar yataq otağından istifadə etmədikləri üçün seyfin həmin otaqda olub-olmadığına fikir verməməsini, xx xxx 2020-ci il tarixində yoldaşı Zərərçəkmiş şəxs ona yataq otağında olan seyfin yerində olmadığını deməsini, onun dərhal həmin otağa keçdiyini, seyfin yerində olmadığını gördüyünü, sonra bu barədə polisə yazılı şəkildə müraciət etdiklərini, polis əməkdaşlarının bir sıra tədbirlər həyata keçirdiklərini, keçirilən tədbirlər nəticəsində yaşadığı evdən içərisində pul, qızıl zınət əşyaları və sənədlər olan dəmir seyfin, həmkəndlisi Təqsirləndirilən şəxs3 təşkilatçılığı ilə Şərur rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən oğurlanması faktının müəyyən edildiyini, Qasımova, yaşadığınız evdən oğurlanmış dəmir seyf hansı müddətdən sizin evinizdə saxlanılırdı sualını Bildirmək istəyirəm ki, həmin seyf 15 il olar ki bizim evimizdə idi kimi, Qasımova, həmin dəmir seyfdən hansı məqsədilə istifadə edirdiniz sualını, Bildirmək istəyirəm ki, həmin seyfdən ailəmizə məxsus pul, qızıl zinət əşyaları və digər sənədləri saxlamaq üçün istifadə etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakısənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Şərur rayon Polis şöbəsinin müstəntiqi Şərur Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı X11 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq olması ilə bağlı Şərur rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar omuşdur. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqində olan xx xxx 2020-ci il tarixdə Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqində olan xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 190-ci vərəqində olan Şərur Rayon Məhkəməsininxx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 625-ci vərəqində olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqində olan xx xxx 2020-ci il tarixdə Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 192-ci vərəqində olan xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 32.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 213-cü vərəqində olan Şərur Rayon Məhkəməsininxx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 634-cü vərəqində olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.3, 177.2.1, 177.2.3 və 177.2.4 -cü maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 95-ci vərəqində olan xx xxx 2020-ci il tarixdə Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 228-ci vərəqində olan xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 247-ci vərəqində olan Şərur Rayon Məhkəməsininxx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 616-cı vərəqində olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4 -cü maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 116-cı vərəqində olan xx xxx 2020-ci il tarixdə Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 249-cu vərəqində olan xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 260-cı vərəqində olan xx xxx 2020-ci il tarixlipolisin nəzarəti altına vermə qətimkan tədbiri haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 643-cü vərəqində olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4 -cü maddələri ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqində olan xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış 46 sayda zərgərlik məmulatları və 01 ədəd “Timex” markalı kişi qol saatı Təqsirləndirilən şəxs2 yaşadığı H.Cavid küçəsi dalan 3, ev 1-dən götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 150-ci vərəqində olan xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış 01 cüt sırğa, 01 ədəd qadın üzüyü, 01 ədəd qolbaq və üzərində “pocket scale” sözləri yazılmış 1 ədəd həssas tərəzi Təqsirləndirilən şəxs3 yaşadığı Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 5, ev 2-dən götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqində olan xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid4 verilmiş 01 ədəd kişi üzüyü, 01 ədəd qadın üzüyü, 01 cüt sırğa, 01 ədəd boyunbağı Şahid4 götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, 2000-ci il təvəllüdlü Şərur şəhər sakini Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamələrdən görsənir ki, Şərur rayon Mahmudkənd sakini 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Bakı şəhər Hərbi Məhkəməsi tərəfindən xx.xx.2002-ci ildə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsilə 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 218-ci vərəqində olanNaxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, 1988-ci il təvəllüdlü Şərur rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs1 məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 219-cu vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamələrdən görsənir ki, Şərur rayon Yuxarı-Daşarx kənd sakini 1960-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 isə Şərur rayon Məhkəməsi tərəfindən xx.xx.2002-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CMin 76-cı maddəsinə əsasən vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 268-ci vərəqində olan xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid6 verilmiş ağ qaşları olan 01 ədəd kişi üzüyü Şahid6 götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 276-cı vərəqində olan xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid7 verilmiş 01 ədəd qadın üzüyü və 01 cüt sırğa Şahid7 götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 280 və 286-cı vərəqində olan xx xxx 2020-ci il tarixili əşyaların tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, istintaq zamanı aşkar olunaraq götürülmüş 1-dən 55-dək nömrələnmiş şəkildə olan zərgərlik məmulatlarının Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X7 məxsus olub-olmamasını aydınlaşdırmaq məqsədilə həmin məmulatlar onlara təqdim edilmişdir. Zərərçəkmiş şəxs və Reyhan Qasımova təqdim edilən zərgərlik məmulatlarının onlara məxsus olduqlarını bildirmişlər. Cinayət işinin 2-ci cildinin 319 vərəqində olan Zərərçəkmiş şəxs evindən oğurlanan zinət əşyalarının və metal saatın hansı metaldan hazırlanması, qiymətli metal olub-olmadıqları, əgər qiymətli metaldırlarsa hansı qiymətli metal növünə aid olduqları, hansı çəkidə və əyarlı olmaları, üzərlərindəki daşların qiymətli daş olub-olmadıqları və karat ölçülərinin müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və X14 İdarəsinə məktub göndərilmiş və cavab olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və X14 İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixində zərgərlik məmulatları barədə 12-01/04 nömrəli rəy daxil olmuşdur. Həmin rəy xx xxxx 2020-ci il tarixli qərarla sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 322-ci vərəqində olan vurulmuş ziyanın ödənilməsi barədə olan aktdan görününr ki, Zərərçəkmiş şəxs vurulmuş ziyananın bir qismi, yəni 5250 manat pul ona təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 337-ci vərəqində olan cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdə 55 adda zərgərlik məmulatlarının 2020-ci ilin mart ayı üçün dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 85/20 nömrəli Məhkəməəmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 55 adda zərgərlik məmulatlarının 2020-ci ilin mart ayında ayrı-ayrılıqda məmulat kimi orta bazar pərakəndə satış dəyərlərinin cəmi 32121.14 (otuz iki min yüz iyirmi bir) manat 14 qəpikdir. Həmin ekspert rəyi xx xxxx 2020-ci il tarixli qərarla sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 359-cu vərəqində olan 55 adda zərgərlik məmulatları xx xxxx 2020-ci il tarixdə saxlanması üçün X15 Muxtar Respublikası İdarəsinə təhvil verilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs evindən oğurlanan 55 adda zərgərlik məmulatları, Təqsirləndirilən şəxs3 oğurlanan qızıl zinət əşyalarını çəkmək üçün istifadə etdiyi üzərində “pocket scale” sözləri yazılmış 1 ədəd həssas tərəzi, zərər çəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanan və ona məxsus yanmış vəziyyətdə aşkar olunan 1 ədəd dəmir seyf xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Həmçinin xx xxxx 2020ci il tarixli qərarla cinayətin törədilməsində nəqliyyat vasitəsi kimi istifadə olunan və Təqsirləndirilən şəxs4 Cəlal oğluna məxsus “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut hesab edilərək Şərur RPŞ-nin həyətində saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 466-cı vərəqində olan xx xxxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış dəmir seyfin açılmasında istifadə olunmuş ling (montirofka) qablaşdırılaraq Şahid5 götürülmüşdür. Cinayət işinin 3-cü cildinin 512 vərəqində olan xx xxxx 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Şahid5 həyətində olan yardımçı tikilidən götürülmüş 53 sm uzunluğunda gümüşü metat ling (montirofka) ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 453-cü vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, ifadələrində qeyd etdiklərini əyani olaraq hadisə yerində göstərməklə özgə əmlakını talamaq barədə harada Təqsirləndirilən şəxs2 ilə razılığa gəldiyini, oğurluq ediləcək Zərərçəkmiş şəxs evini haradan, necə göstərdiyini bir daha bildirmişdir. Cinayət işinin 2-ci cildinin 457-ci vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, ifadələrində qeyd etdiklərini əyani olaraq hadisə yerində göstərməklə, Təqsirləndirilən şəxs3 oğurluq ediləcək Zərərçəkmiş şəxs evini hardan, necə ona göstərdiyini, bundan sonra Zərərçəkmiş şəxs evindən oğurluq etmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə necə qabaqcadan əlbir olub hadisə yerinə gəldiklərini, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs evinə hansı formada daxil olaraq seyfi götürüb, evdən küçəyə çıxardıqlarını, oradan isə Təqsirləndirilən şəxs4 maşınına yükləyib Şərur şəhərində yaşadığı evə apardığını, sonra seyfin qapısını açıb içərisindən qızılları və pulları necə götürdüyünü, seyfi Təqsirləndirilən şəxs4 maşınına yenidən yükləyib Y.Daşarx kəndi ərazisində yerləşən zibilxanada yandırdıqlarını cinayətin törədilməsi ardıcıllığına uyğun olaraq bir daha bildirmişdir. Cinayət işinin 2-ci cildinin 459-cu vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması keçirilmiş və o ifadələrində qeyd etdiklərini əyani olaraq hadisə yerində göstərməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan necə əlbir olub Zərərçəkmiş şəxs evinin qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs4 çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs2 ilə evə necə, hansı yolla girərək, evdəki dəmir seyfi birlikdə götürüb küçəyə çıxarıqlarını, sonra yenidən oraya qayıdan Təqsirləndirilən şəxs4 maşınına yüklədiklərini, oradan qayıdarkən Zeyvə kənd yolunda maşından düşərək evə getdiyini, oğurladıqları seyfdən çıxan puldan 500 manatı sabahısı gün Təqsirləndirilən şəxs2 ona vermiş olduğunu ardıcıllıqla bir daha danışmışdır. Cinayət işinin 2-ci cildinin 455-ci vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs4 ifadəsinin yerində yoxlanılması keçirilmiş o, ifadələrində qeyd etdiklərini əyani olaraq hadisə yerində göstərməklə, oğurluq etmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan necə əlbir olub Zərərçəkmiş şəxs evinin qarşısına getdiklərini, evin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşından düşürdüyünü, Emilin telefon zəngindən sonra həmin ünvana qayıdaraq oğurlanan seyfin maşınına necə yükləndiyini, yolda Təqsirləndirilən şəxs1 düşdüyünü, dəmir seyfi Təqsirləndirilən şəxs2la onun yaşadığı ünvana aparığını, sonra Təqsirləndirilən şəxs2 telefon zəngi ilə onlara gələrək dəmir seyfi maşına yükləyib cinayət izini yox etmək üçün Təqsirləndirilən şəxs2la Y.Daşark kəndi ərazisində yerləşən zibilxanaya aparıb orada yandırdıqlarını cinayətin törədilməsi ardıcıllığına uyğun olaraq bir daha danışmışdır. Cinayət işinin 2-ci cildinin 435-ci vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 385 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 03, mənzil 01 ünvanında qeydiyyatda durur. Ailə tərkibi atası, anası və 4 qardaşından ibarətdir. Cinayət işinin 2-ci cildinin 436-cı vərəqində olan Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2016-2017ci illərdə hərbi xidmətdə olmuş, Şərur şəhər ərazisində yaşadığı müddət ərzində heç bir ictimai işdə fəallıq göstərməmişdir. Cinayət işinin 2-ci cildinin 437-ci vərəqində olan Şərur rayon Y.Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şərur rayon Y.Daşarx kənd sakini Təqsirləndirilən şəxs4 Şərur rayon Y.Daşarx kəndində yaşayır və heç bir ailə üzvü yoxdur. Cinayət işinin 2-ci cildinin 438-ci vərəqində olan Şərur rayon Y.Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, müəyyən yaş həddinə çatdığına baxmayaraq bu günə qədər kənd ərazisində keçirilən ictimai tədbirlərdə fəal iştirak etməmişdir. Kənd arasında istənilən nüfuza sahib olmamışdır. Əhali arasında hər hansı bir münasibət saxlamayaraq özünə qapalı bir insan olmuşdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs4 barəsində Şərur rayon Yuxarı-Daşarx kənd İ.Ə.D.Ü.N-ə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 443-cü vərəqində olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 137 nömrəli arayışdan görünür ki, Şərur rayon Zeyvə kənd sakini Təqsirləndirilən şəxs1 ailə üzvləri-arvadı və bir azyaşlı oğlundan ibarətdir. Cinayət işinin 2-ci cildinin 443-cü vərəqində olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, bacarıq və işgüzarlığına görə həmişə yoldaşları arasında fərqlənmişdir. Təqsirləndirilən şəxs1 tərbiyəli gənclərdən biridir, kəndin ictimai işlərində həmişə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tərbiyəsinə və işgüzarlığına görə kənd ağsaqqallarının, kənd ictimaiətinin dərin hörmət və rəğbətini qazanmışdır. Təqsirləndirilən şəxs1 barəsində Şərur Rayon Zeyvə kənd İ.Ə.D.Ü nümayəndəliyinə heç bir ərizə və şikayət məktubu daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 443-cü vərəqində olan Şərur rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, kənd ərazisində olduğu vaxtlarda keçirilən tədbirlərdə iştirak etmişdir. Özünü daimi nizam-intizamlı aparmış və kənd sakinlərinin hörmətini qazanmışdır. Cinayət işinin 2-ci cildinin 447-ci vərəqində olan Şərur rayon Mahmudkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 471 nömrəli arayışdan görünür ki, Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs3 Şərur rayon Mahmudkənd kəndində yaşayır və ailə üzvləri-atası və anasından ibarətdir. Cinayət işinin 3-cü cildinin 516-cı vərəqində olan Naxçıvan MR DİN DYP idarəsinin 1/573 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 mülkiyyətlərində hər hansı bir nəqliyyat vasitəsi Naxçıvan MR DİN DYP idarəsinin Qeydiyyat İmtahan və Texniki baxış şöbəsində qeydiyyatda durmur. Lakin Şərur rayon Yuxarı-Daşarx kənd sakini 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 mülkiyyətində xx.xx.2017-ci il tarixidən “Nissan Sunny” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda durur. Cinayət işinin 3-cü cildinin 552-ci vərəqində olan cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdə dəmir seyfin dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib keçirilməsi barədə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 112/20 nömrəli Məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən təqdim olunmuş zavod üsulu ilə hazırlanmış, dəmir seyfin baş vermiş cinayət hadisəsindən əvvəl 2020-ci ilin mart ayına orta bazar pərakəndə satış dəyəri təxmini olaraq 350 (üç yüz əlli) manat həcmində müəyyən edilmiş, həmin rəy obyektiv olub istintaq sənədlərinə uyğun olduğundan, sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 3-cü cildinin 556-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 1-3/2002 saylı hökmünün təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cildinin 568-ci vərəqində olan vurulmuş ziyanın ödənilməsi barədə olan aktdan görününr ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməmiş 2140 manatı ona təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 681-ci vərəqində olan Şərur Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 4/29 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 480 mg/dh şəkərli diabet 2 tip ağır formada ayaq barmaqlarının qanqrenası, diapedik pəncə diaqnozu qoyulmuşdur. Cinayət işinin 2-ci cildinin 472-ci vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs4 psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 21 saylı rəyində Təqsirləndirilən şəxs4 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətlərinin sağlam olduğu, Təqsirləndirilən şəxs4 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs4 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs4 hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacının olmadığı müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 475-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 22 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs4 alkoqolizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 478-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 23 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 alkoqolizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 481-ci vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 24 saylı rəyində Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətlərinin sağlam olduğu, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs2 hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacının olmadığı müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 484-cü vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs3 psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 25 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs3 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətləri sağlam olmuşdur, Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 487-ci vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 26 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs3 alkoqolizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 490-cı vərəqində olan Naxçıvan МR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin məhkəmə-narkoloji ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 27 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 alkoqolizm və narkomaniyadan əziyyət çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 493-cü vərəqində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 psixi xəstəliyin olub-olmadığını, əgər psixi xəstədirsə onda hansı psixi xəstəliyin olmasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmadığını və digər halları müəyyən etmək məqsədilə məhkəmə psixiatrik ekspertizası təyin edilib keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2020-ci il tarixli 28 saylı rəyində Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətlərinin sağlam olduğu, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacının olmadığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3a Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsüf edilməlidir. Çünki o cinayətin törədilməsində cinayətin təşkilatçı kimi deyil, cinayətin təhrikçisi kimi çıxış edərək Təqsirləndirilən şəxs2 ilə sövdələşərək onu bu cinayəti törətməsinə təhrik etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs4a Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. Çünki o cinayətin törədilməsində cinayətin birgə icraçısı kimi deyil, cinayətin köməkçisi kimi çıxış edərək cinayətin birgə icraçıları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu cinayətin törətməsinə köməklik etmişdir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxslərin etiraflarını, işdə olan zərərçəkmiş şəxsin izahatını, şahidlərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 326.1-ci maddələrində, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, azciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsininPlenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 326.1ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinəəsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən himayəsində 2 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının faktiki olaraq xx xxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinəəsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlinisəmimi etiraf etməsini, himayəsində 1 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4cümaddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilməli, barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 xx xxx 2020-ci il tarixindən xx xxx 2020-ci il tarixinədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək məhkəmə hesab edir ki; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bircinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakınolub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiqoluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1cimaddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayətin vasitəsi olan Təqsirləndirilən şəxs4 məxsus “Nissan Sunny” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilinə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarının 27-ci bəndində qeyd edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə xx xxxxx 2008-ci il tarixli, “X1rşı”iş üzrə xx xxxxxxx 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Həmin Qərarın 26-cı bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, nəzərə alınsın ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.0.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir. Cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, cinayətin vasitəsi olan Təqsirləndirilən şəxs4 məxsus “Nissan Sunny” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilinə xüsusi müsadirəsi nəin ki, Təqsirləndirilən şəxs4, həmçinin onun himayəsində olan ailə üzvlərinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, onların maddi vəziyyətinin ağırlaşmasına səbəb olar. Məhz bunu, eləcə də ədalət və humanizm prinsiplərini əsas götürərək cinayət işi üzrə Təqsirləndirilən şəxs4 məxsus “Nissan Sunny” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilinə xüsusi müsadirənin tətbiq edilməsi zəruri hesab etmir. Ona görə də cinayət işi üzrə cinayətin vasitəsi olan və Şərur rayon polis şöbəsinin mühafizə olunan duracağında saxlanılan Təqsirləndirilən şəxs4 məxsus “Nissan Sunny” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılmalıdır. Lakin cinayət işi üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs3 evindən götürülmüş qızıl zinət əşyalarını çəkmək üçün istifadə olunan üzərində “pocket scale” sözləri yazılmış 1 ədəd həssas tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Cünki qızıl zinət əşyalarını çəkmək üçün istifadə olunan həssas tərəzi nə Təqsirləndirilən şəxs3, nə də ki, onun himayəsində olan ailə üzvlərinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, onların maddi vəziyyətinin ağırlaşmasına səbəb olmayacaqdır. Həmçinin; - cinayət işi üzrə maddi sübutlar olan və Mərkəzi Bakın Naxçıvan MR İdarəsinin saxlanc yerində saxlanılan cinayətin predmeti olan 54 adda zərgərlik məmulatları və 1 ədəd kişi qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. - cinayət işi üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanan, yanmış vəziyyətdə aşkar olunan və məhkəmədə saxlanılan 1 ədəd dəmir seyf dəyəri zərər çəkmiş Zərərçəkmiş şəxs istintaq dövründə ödənildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. - cinayət işi üzrə maddi sübut olan Şahid5 məxsus və Təqsirləndirilən şəxs2 tərəfindən alınaraq dəmir seyfi açarkən istifadə etdiyi dəmir ling (montirovka) hökm qanuni qüvvəyə mindikdən sonra Şahid5 qaytarılmalıdır. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx xxx 2020-ci il tarixindən xx xxx 2020-ci il tarixinədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilsin, barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar olan və Mərkəzi Bakın Naxçıvan MR İdarəsinin saxlanc yerində saxlanılan cinayətin predmeti olan 54 adda zərgərlik məmulatları və 1 ədəd kişi qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs3 evindən götürülmüş qızıl zinət əşyalarını çəkmək üçün istifadə olunan üzərində “pocket scale” sözləri yazılmış 1 ədəd həssas tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək dövlət nəfinə alınsın. Cinayət işi üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanan, yanmış vəziyyətdə aşkar olunan və məhkəmədə saxlanılan 1 ədəd dəmir seyf dəyəri zərər çəkmiş Zərərçəkmiş şəxs istintaq dövründə ödənildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə cinayətin vasitəsi olan və Şərur rayon polis şöbəsinin mühafizə olunan duracağında saxlanılan Təqsirləndirilən şəxs4 məxsus “Nissan Sunny” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisinə qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan Şahid5 məxsus və Təqsirləndirilən şəxs2 tərəfindən alınaraq dəmir seyfi açarkən istifadə etdiyi dəmir ling (montirovka) hökm qanuni qüvvəyə mindikdən sonra Şahid5 qaytarılsın. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-4/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-4/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver