Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-4/2023 27.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, iki uşaq atası, işsiz, Şərur rayonu Dizə kəndində qeydiyyatda olan, Şərur şəhərində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən 17 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında alimenti 24 iyun 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Novruzova (Çakır) Fatma Səyyub qızına ödəməyərək, iş üzrə zərər çəkmiş Novruzova (Çakır) Fatma Səyyub qızına 4800 (dörd min səkkiz yüz) manat maddi ziyan vurmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli qətnaməsinin Şərur rayonu Dizə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra etməməsi barədə Şərur Rayon İcrа və Probasiya Şöbəsi 24 fevral 2023-cü il tarixdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatla müraciət etmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmaqla, 09 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək qərar icra edilməsi üçün Şərur Rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun öz ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və işin digər materialları ilə aşağıdakı qaydada sübut olunur. Təqsirləndirilən şəxs məhkəmədə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, Fatma ilə 2006-cı ilin sentyabr ayında evləndiklərini, Fatmanın yaşı çatmadığı üçün nigaha düşə bilmədiklərini, ailə qurduqdan üç ay sonra Naxçıvan şəhərində işə düzəldiyi üçün köçüb qaynatasıgilə getdiklərini, bir ay sonra işi bitdiyi üçün işsiz qaldığını, Türkiyə Respublikasına işləməyə getdiyini, Türkiyəyə gedəndə Fatmanın hamilə olduğunu, qızı Xədicənin onun Türkiyədə olarkən doğulduğunu, uşaq doğulduqdan sonra Fatmaya zəng vurduqda Fatmanın ona başqası ilə evləndiyini, uşağın da onun uşağı olmadığını, onu narahat etməməsini bildirdiyini, ondan sonra bir daha Fatmaya zəng vurmadığını, Fatma ilə üzüzə danışmaq üçün Türkiyədən Naxçıvana qayıtdığını, Fatma ilə danışmaq üçün qaynatasının evinə getdiyini, qaynatasının onu həyətdən qovduğunu, Fatmanın Türkiyə Respublikası vətəndaşına ərə getdiyini, ona görə də bir daha bu qapıya gəlməməsini bildirdiyini, Fatma Türkiyədə yaşadığı üçün onunla 2016-cı ilədək əlaqəsi olmadığını, Fatmanın 2016-cı ildə atasının evinə zəng edib onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə çağırdığını, ora getdikdə Fatmanın qızı Xədicəni atasına qəyyumluğa verilməsinə razıliq veməsini bildirdiyini, Xədicənin atasının olmadığı üçün qəyyumluğa verə bilməyəcəyi bildirdikdə aralarında mübahisə olduğunu, mübahisədən sonra Fatmanın atalığın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırdığını, məhkəmədə hakimin ona Xədicənin atası olmasını etiraf etməsini bildirdiyini, hakimdən uşağın onun olmasına şübhə etdiyi üçün DNT testinin keçirilməsini xahiş etdiyini, hakimin testin keçirilməsi üçün xeyli pul lazım olduğunu və xərcin də onun çəkəcəyini bildirdiyini, pulu ödəməyə imkanı olmadığı, həm də hakimin ona təyziq göstərdiyi üçün uşağın atası olduğunu etiraf etdiyini, kənddə olarkən Fatmanın ona xəbər etmədən uşağa doğum haqqında şəhadətnamə aldığını, qızının soyadına öz soyadını, Novruzova soyadını qoyduğunu, Fatmadan niyə onun soyadını qoymadığını soruşduqda Fatmanın mənim qızımdır özüm istədiyim soyadı qoya bilərəm dediyini, bir müddətdən sonra Fatmanın onun razılığı olmadan qızı Xədicəni Türkiyəyə apardığını öyrəndiyini, ondan sonra hakimin qəbulunda olduğunu, hakimdən onun razılığı olmadan Fatmanın qızı Xədicəni Türkiyəyə necə apardığını soruşduğunu, hakimin ona uşağın doğum şəadətnaməsində ata adı yazılmadığı halda Fatmanın uşağı apara biləcəyini bildirdiyini, ondan sonra nə uşaqla, nə də ki Fatma ilə əlaqəsinin olmadığını, alimentin kəsilməsindən isə Türkiyəyə getmək istəyərkən xəbəri oduğunu, gömürükdə məhkəmədən ona stop qoyulduğunu bildirdiklərini, məhkəməyə gələndə icra məmurunun Naxçıvan Şəhər Məhkəməsi tərəfindən ona Xədicənin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 (doxsan) manat aliment təyin etdiyini, ərazidə olmadığı üçün ona məlumat verə bilmədiyini, aliment üzrə 1350 (min üç yüz əlli) manat aliment borcunun olduğunu bildirdiyini, 1350 (min üç yüz əlli) manat aliment borcunu Arif müəllimə ödəyib, uşağı tələb etdiyini, Arif müəllimin ona uşağı anasının Türkiyəyə apardığı üçün onunla görüşdürə bilməyəcəyini dediyini, ondan sonra yenidən Türkiyəyə getdiyini, Türkiyədə olanda Fatmanın onu inisteaqram səhifəsindən tapıb onunla görüşmək istədiyini bildirdiyini, Fatma və qızı Xədicənin İstanbul şəhərində yaşadığı evə gəldiklərini, iki gün birlikdə yaşadığı evdə qaldıqlarını, Fatmanın qızları Xədicəyə Türkiyə pasportu almaq istədiyini və onun razılıq verməsini bildirdiyini, lakin pasportun alınmasına razılığının tələb edilmədiyinin məlum olduğunu, qızına əyin-baş və mobil telefon alıb bağışlamasına 1500 (min beş yüz) manatadək pul xərclədiyini, Fatma ilə qızını Naxçıvana gətirəndə qızına soyadının və adının verilməsi barədə razılaşdıqlarını, Fatmanın qızı ilə birlikdə ərinin yanına qayıtdığını, ondan sonra Fatma və qızı ilə uzun müddət əlaqəsinin olmadığını, 2021-ci ildə Fatmanın məhkəməyə gəlib yaranmış aliment borcunu tələb etdiyini, Fatmaya qızı Xədicənin sənədlərində onun soyadının və adının yazılmasından sonra aliment borcunu ödəyəcəyini bildirdiyini, Fatmanın razılaşsa da yenidən razılığı pozub uşağı da götürüb Türkiyəyə getdiyini, uşağına soyadının və adının verilmədiyi üçün alimenti ödəmədiyini, Şərur Rayon Məhkəməsinin onu 10 (on) gün müddətinə inzibati qaydada həbs etdiyini, inzibati həbs edildikdən sonra da uşağını görmədiyi və onun soyadını daşımadığı üçün aliment borcunu ödəmədiyini, özünün və atasının aliment üzrə Fatmaya bu günədək 2040 (iki min qırx) manat aliment ödədiklərini, aliment borcunu qızına soyadı verilmədiyi üçün ödəmədiyini, haliyədə zərər çəkmiş Novruzova (Çakır) Fatma Səyyad qızına uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 4800 (dörd min səkkiz yüz) manat aliment borcunun olduğunu qərarla tanış olarkən öyrəndiyini, aliment pulunun uşağının təlabatı üçün xərclənmədiyini, qızının ona verilməsini, onun adını və soyadını daşıdığı halda aliment borcunu ödəyib qızının bütün təlabatlarını qarşılayacağını, ona görədə özünü təqsirli hesab etmədiyini, yeni qurduğu ailəsinin, uşağının yanında olmaq istədiyini bildirərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsə də, onun Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qətnaməsini qərəzli olaraq icra etməməsi məhkəmədə tədqiq edilmiş digər sübutlarla, həmçinin onun öz ifadəsi ilə öz təsdiqini tapır. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında qızı Fatmanın keçmiş kürəkəni Təqsirləndirilən şəxs ilə 2006-cı ilin sentyabr ayında ailə həyatı qurduğunu, qızının yaşı çatmadığı üçün nigaha düşə bilmədiyini, qızı Fatmanın əri ilə Şərur rayonunun Dizə kəndində qaynatasının evində yaşadığını, Elvinin işi olmadığı üçün ona Naxçıvan şəhərində mantyor işi tapdığını, qızının və əri Elvinin köçüb onun evinə gəldiyini, onunla yaşadığını, qızının ailə münasibətlərinin pis olmadığını, hətta həyətyanı torpaq sahəsində qızı üçün ev tikmək qərarına gəldiyini, 24 iyun 2007-ci il tarixdə nəvəsi Xədicənin doğulduğunu, Elvinin uşağın qız olduğunu öyrənib qız istəmədiyini bildirərək Şərur rayonuna atasıgilin yanına getdiyini, Elvinin nə qızı, nə də ki, nəvəsi ilə maraqlanmadığını, nəvəsinin doğum sənədini alarkən Elvinə xəbər versə də Elvinin uşağın sənədinin alınmasına gəlmədiyini, nəvəsinin soyadına onun soyadını, ata adına isə Elvinin adını yazdırdıqlarını, Elvinin yenidən ailə qurduğu üçün qızı Fatmanın da türk vətəndaşı ilə ailə qurduğunu, qızının bir müddət əri ilə onun evində yaşadığını, kürəkəninin o zaman fəaliyyət göstərən “Gəmiqaya holdinqdə” qaynaqçı işlədiyini, yaxşı əmək haqqı aldığını, sonradan kürəkəninin işdə rəhbərlikə razılaşa bilmədiyi üçün işdən çıxıb qızı ilə birlikdə Türkiyə Respublikasına getdiyini, nəvəsi Xədicənin dörd yaşına kimi onlarla yaşadığını, dörd il müddətində Elvinin bir dəfə də olsun nəvəsi ilə maraqlanmadığını, nəvəsinin dörd yaşından sonra anası ilə Türkiyə Respublikasına getdiyini, bir müddət sonra qızının ailəsi ilə birlikdə Naxçıvan şəhərinə qayıtdıqlarını, bir il Naxçıvan şəhərində yaşadıqdan sonra yenidən Türkiyə Respublikasına qayıtdıqlarını, nəvəsi Xədicəni yanında saxladığını, Xədicənin yay tətilində gəzmək üçün Türkiyəyə getdikdən sonra Naxçıvana qayıtmadığını, anası ilə Türkiyədə yaşamağa başladığını, 2014-cü ildə qızı Fatmanın ailəsi ilə birlikdə yenidən Naxçıvana gəldiyini, nəvəsinin səhətində yaranan xəstəliklə bağlı İran İslam Respublikasına aparmaq üçün pasport çıxartmaq istədikdə Elvinin razılığı tələb olunduğu üçün onunla əlaqə saxlayıb uşağın pasportunun alınmasına razılıq verməsini bildirdiyini, Evinin isə Xədicənin atası olmadığını bildirərək məhkəmədə iddia qaldırdırıb məhkəmədən uşağın onun olmasını sübut edəcək testin keçirilməsini istədiyini, məhkəmənin keçirilən testin xərclərinin onun tərəfindən ödəniləcəyini bildirdikdə Elvinin uşağın atası olduğunu etiraf etdiyini, məhkəmənin 2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında qərar qəbul etdiyini, qızı Fatmanın uşağın saxlanması üçün Elvindən aliment tələb etdiyini, qızının təcili olaraq Türkiyə Respublikasına getdiyi üçün özünə vəkil tutduğunu, məhkəmə proseslərində vəkilinin iştirak etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin Elvindən hər ay 90 (doxsan) manat aliment alınması barədə qərar çıxardığını, Şərur Rayon İcra bölməsindən evlərinə məktub gələndə işin icra məmuru Arif müəllimin icraatında olduğunu öyrəndiyini, Elvinin alimenti ödəmədiyini, ona görə də icra məmuru ilə əlaqə saxladıqlarını, Arif müəllimin borclunun Türkiyə Respublikasında olduğunu, ona görə də alimenti ala bilmədiyini bildirdiyini, Elvinin 2018-ci ildə Türkiyədən gəldikdən sonra uşağın saxlanması üçün müəyyən edilən alimentdən 1350 (min üçyüz əlli) manat ödədiyini, qızı Türkiyədə yaşadığı üçün 1350 (min üçyüz əlli) manat aliment borcunu arvadının qəbul etdiyini, Elvinin yaranmış aliment borcunu ödədikdən sonra yenə də müəyyən edilən aliment məbləğini təqribən bir ildən artıq müddətdə ödəmədiyini, bununla bağlı qızı və özünün dəfələrlə icra bölməsinə və Ədliyyə Nazirliyinə müraciət etdiklərini, Elvinin ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırması haqqında Şərur Rayon Məhkəməsinin qərar çıxardığını, ondan sonra Elvinin atası Elşadın aliment üzrə 690 (altı yüz doxsan) manat aliment ödədiyini, ödənişləri qızı Türkiyədə yaşadığından onun adına ödədiyini, aliment ödənişlərini ödəmədiyi üçün Elvinin Şərur Rayon Məhkəməsinin 10 avqust 2021ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsindən sonra Elşadın da aliment üzrə ödənişlər etmədiyini, Elvinin inzibati məsuliyyətə cəlb edildikdən sonra da uşağın saxlanması üçün yaranmış aliment borcunu ödəmədiyini, uşağın saxlanması üçün ümumilikdə qızına 2040 (iki min qırx) manat aliment ödədiyini, Elvinin 2016-cı ildən cinayət işi başlananadək 4800 (dörd min səkkiz yüz) manat aliment borcu olduğunu, haliyədə həmin məbləğin daha da artdığını, nə qədər olduğunu bilmədiyini, aliment borcunu ödəmədiyi təqdirdə Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. 08 may 2023-cü il tarixdə keçirilən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 ifadəsində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli icra sənədi barədə Kəngərli Rayon İcra və Probasiya bölməsindən Şərur Rayon İcra və Probasiya şöbəsinə böyük icra məmur təyin edildikdən sonra məlumatı olduğunu, icra sənədinin şöbənin icra məmuru Arif Əliyevin icraatında olduğunu, icra vərəqəsində Təqsirləndirilən şəxs 17 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında alimentin tutularaq 24 iyun 2007ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Novruzova (Çakır) Fatma Səyyub qızına ödənilməsinin qət edildiyini, icra vərəqəsi üzrə borclu və tələbkarı işlədiyi müddətdə tanıdığını, Arif müəllimin borclunu qəbul etdiyi zaman onun da qəbulda dəfələrlə iştirak etdiyini, borclu barəsində məcburi icra tədbirləri görülsə də borclu icra vərəqəsinin icrasından yayınaraq təyin edilən alimenti vaxtında ödəmədiyini, onun aliment borcu olduğunu, Arif müəllimlə borclunun yaşadığı ünvanda olub əmlakının siyahıya alınmasında iştirak etdiyini, borclunun yaşadığı ünvanda olan əmlakların atasının mülkiyyətində olduğu üçün borclunun əmlakının siyahıya alınmasının mümkün olmadığını, icra məmuru tərəfindən borclunun gəlirlərinin müəyyən edilməsi üçün aidiyyatı orqanlara sorğular verildiyini, borclunun əmlakının və gəlirlərinin olmadığını, borclu barəsində Şərur Rayon Məhkəməsinin qərarı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və 10 (on) gün müddətinə inzibati həbs seçilməsi barədə qərarlardan məlumatı olduğunu, şöbə rəisi məzuniyyətə getdiyi üçün onun səlahiyyətlərini icra edəkən borclunun 4800 (dörd min səkkiz yüz) manat aliment borcu olduğunu öyrəndiyini, icra məmurunun borclunu şöbəyə dəvət etdiyini, borclunu özünün də qəbul etdiyini, borcluya yaranmış aliment borcunu ödəməsini təklif etdiyini, icra məmurunun borclunu cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat veriləcəyi barədə yazılı xəbərdarlıq etdiyini, borclunun 2016-cı ildən başlayaraq tələbkara cəmi 2040 (iki min qırx) manat aliment ödədiyini, lakin 4800 (dörd min səkkiz yüz) manat aliment borcu yarandığını, borclunun cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat veriləcəyi barədə yazılı xəbərdarlıq edildikdən sonra da aliment borcunu ödəməsi üçün hər hansı bir səy göstərmədiyini, icra vərəqəsinin icrasından qərəzli olaraq yayındığını, ona görə də icra məmuruna borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat hazırlamasına göstəriş verdiyini, cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatı 24 fevral 2023-cü il tarixdə təsdiq etdiyini, cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatı və 182348/2016 nömrəli icra işinin materiallarının icra məmuru tərəfindən Ədliyyə Nazirliyinə göndərildiyini, hazırki vəziyyətdə Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün aliment borcunun artdığını, o, ümumiyyətlə aliment borcunu ödəməyəcəyini bildirmişdir. 19 may 2023-cü il tarixdə keçirilən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sədərək Rayon İcra və Probasiya bölməsinin rəisi əvəzi X8 ifadəsində Naxçıvan Şəhər Məhkəməsinin 2 (078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli icra vərəqəsinin Şəruru Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman, şöbənin icraatına daxil olduğunu, icra vərəqəsində Şərur rayonunun Dizə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 17 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında alimentin tutularaq 24 iyun 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Novruzova (Çakır) Fatma Səyyub qızına ödənilməsinin qət edildiyini, icra vərəqəsinin “İcra Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olduğundan icraata qəbul edib, şöbənin iş bölgüsünə uyğun olaraq icra edilməsi üçün şöbənin icra məmuru Arif Əliyevin icratına verdiyini, icra məmurunun 11 yanvar 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, tələbin 10 (on) gün müddətində könüllü icrası üçün borclunun yaşadığı ünvana bildiriş göndərdiyini, borclunun könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyini, borclunu icra məmuru ilə birlikdə qəbul etdiyini, ona aliment borcunun yarandığını, aliment borcu üzrə ödənişlər aparmasını bildirdiyini, borclunun ona işləmədiyini, aliment borcunu ödəməyə maddi imkanının olmadığını və işə düzəldikdən sonra yaranmış aliment borcunu ödəyəcəyini bildirdiyini, bir müddət sonra icra məmuru tərəfindən icra vərəqəsinin icrasını təmin etmək üçün borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyəti orqanlara sorğular verildiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin sorğuya verdiyi cavabda borclu Təqsirləndirilən şəxs da daxil olmaqla ailə başçısı X10 olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə olan JN-469 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayonu, Dizə kəndində 2052.28 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, həmçinin JN-492A nömrəli torpaq şəhadətnaməsi əsasında verilmiş 1449.1 kv.m həyatyanı torpaq sahəsinin olduğunun müəyyən edildiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan, həyatyanı torpaq sahəsinin üzərində isə borclunun atasının adına yaşayış evinin olmasına görə tələbin torpaq sahələrinə yönəldilməsinin mümkünsüz olduğunu, borclunun adına tələbin yönəldiləcəyi əmlak və gəlirlər müəyyən edilmədiyi üçün borclunu yenidən şöbəyə dəvət edərək icra məmurunun iştirakı ilə qəbul edib, aliment borcunu ödəməsini, ödəmədiyi halda barəsində inzibati qaydada tədbirlər görüləcəyi barədə xəbərdarlıq edərək tələbi icra etməsi üçün müddət verildiyini, lakin borclunun ona verilən müddət ərzində yaranmış aliment borcundan bir dəfə 1350 (min üç yüz əlli) manat aliment ödədiyini, həmin məbləğin tələbkar Türkiyə Respublikasında yaşadığı üçün etibarnamə əsasında tələbkarın anasına ödənildiyini, ondan sonra borclunun yenə də aliment borcunu ödəməyərək icra sənədinin icrasından qərəzli olaraq yayındığını, borclunun olduğu yeri müəyyən edilmədiyi üçün borclu barəsində axtarış qərarı qəbul edildiyini, borclunun tutularaq gətirildiyini, borclunun ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslı şübhələrin olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinə təqdimat verildiyini, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, borclunun bundan nəticə çıxarmayaraq aliment borcunu ödəməyə səy göstərəmədiyini, borclu barəsində inzibati və cinayət hüquqi xarakterli tədbirlər görülməsi üçün icra məmuruna tapşırıqlar verdiyini, lakin xidməti yerdəyişmə ilə əlaqədar olaraq Sədərək Rayon İcra və Probasiya bölməsinə rəis əvəzi təyin edildiyi üçün borclunun inzibati məsuliyyətə cəlb edilməsini təmin edə bilmədiyini, Sədərək Rayon İcra və Probasiya bölməsinə rəis əvəzi təyin edilərkən borclu Təqsirləndirilən şəxs 2000 (iki min) manata yaxın aliment borcu yarandığını, haliyədə nə qədər aliment borcunun olduğundan xəbərinin olmadığını, Sədərək Rayon İcra və Probasiya bölməsinə təyinat aldıqdan sonra icra vərəqəsinin icrası barədə məlumatı olmadığını bildirmişdir. 19 may 2023-cü il tarixdə keçirilən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X17 ifadəsində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli icra vərəqəsinin Şəruru Rayon İcra və Probasiya şöbəsinin rəisi Teymur Nəzərov tərəfindən icraatına verildiyini, icra vərəqəsində Şərur rayonunun Dizə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 17 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında alimentin tutularaq 24 iyun 2007ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Novruzova (Çakır) Fatma Səyyub qızına ödənilməsinin qət edildiyini, icra vərəqəsi üzrə 11 yanvar 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 (on) gün müddətində könüllü icrası üçün borclunun ünvanına bildiriş göndərdiyini, borclunu könüllü icra müddəti ərzində icra vərəqəsini icra etmədiyi üçün şöbəyə dəvət etdiyini, sonradan borclunun Türkiyə Respublikasında olduğunu öyrəndiyini, ondan sonra icra vərəqəsinin icrasını təmin etmək üçün borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olması ilə bağlı aidiyyati orqanlara sorğular verdiyini, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin sorğuya verdiyi cavabda borclu Təqsirləndirilən şəxs da daxil olmaqla ailə başçısı X10 olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə olan JN-469 nömrəli Dövlət Aktına əsasən verilmiş Şərur rayonu, Dizə kəndində 2052.28 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, həmçinin JN- 492A nömrəli torpaq şəhadətnaməsi əsasında verilmiş 1449.1 kv.m həyatyanı torpaq sahəsinin olduğunun müəyyən edildiyini, borclunun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan və həyatyanı torpaq sahəsinin üzərində borclunun atasının mülkiyyətində olan yaşayış evinin olmasının tələbin torpaq sahələrinə yönəldilməsini mümkünsüz etdiyini, borclunun adına tələbin yönəldiləcəyi digər əmlak və gəlirlərinin olmadığını, borclu Türkiyə Respublikasında yaşadığı üçün borclu barəsində məcburi icra tədbirləri görə bilmədiyini, borclunun Türkiyə Respublikasında olduğu müddətdə aliment borcu üzrə ödəniş etmədiyini, Türkiyə Respublikasından gəldikdən sonra 2018-ci ilin yanvar ayında yaranmış 1350 (min üç yüz əlli) manat aliment borcunu tələbkarın anasına ödədiyini, aliment borcunu ödədikdən sonra hər ay müəyyən edilən alimenti davamlı olaraq ödəməyərək icra sənədinin icrasından qərəzli olaraq yayındığını, borclunu yenidən şöbəyə dəvət etmək istəsə də borclu ilə əlaqə saxlaya bilmədiyini, borclunun olduğu yeri müəyyən edə bilmədiyi üçün borclu barəsində axtarış qərarı qəbul etdiyini, borclunun tutularaq şöbəyə təhvil verildikdən sonra borcluya yaranmış aliment borcunu ödəməsini təklif etsə də borclunun maddi imkanının olmadığını əsas gətirərək aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığını, borclunun ölkə ərazisini tərk edib icra vərəqəsinin icrasına çətinlik törədəcəyinə əsaslı şübhələr olduğu üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şərur Rayon Məhkəməsinə təqdimat verdiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul etdiyini, borclunun bundan da nəticə çıxarmadığını, aliment borcunu ödəməyə səy göstərmədiyini, borclunun atası X5 04 fevral 2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etdiyini, oğlunun hər ay alimentini ödəyəcəyini bildirdiyini, aliment borcundan 690 (altı yüz doxsan) manat ödədiyini, tələbkarın şöbəyə ərizə ilə müraciət edərək yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini, borcluya aliment borcunu tam şəkildə ödənilməsi barədə xəbərdarlıq edildiyini, borclunun aliment borcunu ödəmədiyi və icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edib Şərur Rayon Məhkəməsinə təqdim etdiyini, borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 10 avqust 2021-ci il tarixdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edildiyini, borcluya inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment borcunu ödəməsi üçün müddət versə də borclunun 2021-ci ilin avqust ayından bu günədək yaranmış alimet borcu üzrə heç bir ödəniş etmədiyini, borclunu dəfələrlə şöbəyə dəvət etdiyini, onunla icra sənədi üzrə tələbi icra etməsi barədə profilaktik söhbətlər apardığını, ona tələbi icra etmədiyi halda barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat hazırlayıb nazirliyin İstintaq bölməsinə göndərəcəyi barədə yazılı xəbərdarlıqlar etdiyini, edilən rəsmi xəbərdarlıqlara baxmayaraq borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmağa davam etdiyini, borclunun Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli icra vərəqəsi üzrə zərər çəkmiş Novruzova (Çakır) Fatma Səyyub qızına ümumilkdə 2040 (iki min qırx) manat aliment ödədiyini, cinayət işi başlanan ərəfədəonun 4800 (dörd min səkkiz yüz) manat aliment borcu olduğunu, borclu barəsində 24 fevral 2023-cü il tarixdə cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatı hazırlayaraq 182348/2016 nömrəli icra işinin materialları ilə birlikdə Ədliyyə Nazirliyinə göndərdiyini, hal- hazırda bir neçə ayında alimentini ödəmədiyi üçün aliment borcunun məbləğinin daha da artdığını, həmçinin hər dəfə Elvinə aliment borcu ödəməsini tələb etdikdə uşağın doğum şəhadətnaməsində ata adının onun adı yazılmayanadək aliment ödəyəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs X9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində Novruzova soyadını ikinci dəfə ailə qurduqdan sonra dəyişdiyini, ərinin soyadını qəbul etdiyini, hazırda soyadının Çakır olduğunu, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 2006-cı ilin sentyabr ayında ailə həyatı qurduğunu, nikah yaşı çatmadığı üçün nikaha düşə bilmədiyini, üç ay Şərur rayonunun Dizə kəndində Elvinin atasının evində yaşadıqlarını, üç ay sonra atasının Elvini Naxçıvan şəhərində işə düzəltdiyi üçün köçüb atasıgilə gəldiklərini, uşaq doğulana kimi Elvinlə birlikdə atası gildə yaşadığını, 24 iyun 2007-ci il tarixdə qızı Xədicənin doğulduğunu, Elvinin uşağın qız olduğunu öyrəndikdən sonra qızı istəmədiyini bildirib Şərur rayonuna atasıgilin yanına getdiyini, ondan sonra Elvinin nə onunla, nədə ki qızı ilə maraqlanmadığını, uşağa doğum sənədini alarkən gəlmədiyini, uşağın soyadına onun soyadının verildiyini, uşağın ata adını isə onun istəyi ilə Elvin yazıldığını, Elvinin ona zəng edərək yenidən ailə qurduğunu, onu və uşağı istəmədiyini bildirdiyini, ona görə də onun da türk vətəndaşı ilə ailə qurduğunu, bir müddət əri ilə Naxçıvan şəhərində atasıgilin evində yaşadıqlarını, əri Türkiyədə iş tapdığı üçün əri ilə Türkiyəyə getdiyini, qızı Xədicənin isə ata-anasının yanında qaldığını, qızının dörd yaşına kimi ata-anası ilə yaşadığını, sonra qızının onunla Türkiyə Respublikasına getdiyini, bir müddət Tükiyədə yaşdıqdan sonra ailəliklə Naxçıvan şəhərinə qayıdaraq yenidən bir il Naxçıvan şəhərində yaşadıqlarını, sonra ərininTürkiyədə işi açıldığı üçün onunla yenidən Türkiyəyə getdiyini, Türkiyəyə gedərkən qızının yenə də ata-anasının yanında qaldığını, sonra qızı Xədicənin yay tətilində gəzmək üçün Türkiyəyə onun yanına gəldiyini, sonradan Naxçıvana qayıtmaq istəmədiyini, qızının o vaxtdan onunla Türkiyədə yaşamağa başladığını, 2014-cü ildə qızı ilə yenidən Naxçıvana qayıtdığnı, qızının səhətində yaranan xəstəliklə bağlı qızını İran İslam Respublikasına aparmaq üçün pasport çıxartmaq istədikdə qızının atasının razılığı tələb edildiyi üçün Elvini pasport çıxartmağa razılıq vermək üçün çağırdığını, Elvinin qızın atası olmadığını bildirdiyini və aralarında mübahisə yarandığını, məhkəmədə atalığın müəyyən edilməsi barədə iddia qaldırdığını, Elvinin məhkəmədən uşağın onun olmamasını sübut edəcək testin keçirilməsini istədiyini, məhkəmənin keçirilən testin xərclərinin onun tərəfindən ödəniləcəyini bildirdiyini, ondan sonra Elvinin uşağın atası olduğunu etiraf etdiyini, məhkəmənin 2016-cı il tarixdə Elvinin Xədicənin atası olması barədə qərar çıxardığını, ondan sonra Elvindən uşağın saxlanması üçün aliment tələb etdiyini, məcburi Türkiyə Respublikasına getdiyi üçün vəkil tutduğunu, Türkiyədə olduğu zaman vəkilin ona zəng edərək məhkəmənin Elvindən hər ay 90 (doxsan) manat aliment alınması barədə qərar çıxardığı barədə məlumat verdiyini, Elvinin heç vaxt alimenti vaxtı-vaxtında ödəmədiyini, bu gündə aliment borcu olduğunu, alimenti ödəməməsinə işsiz olduğunu və maddi imkanının olmadığını bəhanə gətirdiyini, Elvinin alimenti bilərəkdən ödəmədiyini, bununla bağlı dəfələrlə Şərur Rayon Məhkəməsinə və Şərur Rayon İcrasına müraciət etdiyini, İcra məmuru Arif müəllimin ona borclunu dəfələrlə şöbəyə dəvət etdiyini, söhbətlər apardığını, lakin borclunun işləmədiyini və maddi imkanının olmadığına görə aliment borcunu ödəmədiyini dediyini, bir müddətdən sonra Türkiyədə yaşadığı zaman Şərur İcrasından ona zəng edildiyini, borclunun aliment borcundan 1350 (min üç yüz əlli) manat ödədiyini, onu qəbul etməyi bildirdilklərini, anasının adına vəkalət verdiyi üçün anasının 1350 (min üç yüz əlli) manat alimenti gedib götürdüyünü, anasının Elvinin ölkəni tərk etməsinə qoyulmuş qadağanın götürülməsinə razılıq verdiyini, ondan sonra Elvinin işləmək üçün 2019-cu ildə Türkiyə Respublikasının İstanbul şəhərinə gəldiyini, Elvinin İstanbul şəhərində olduğu zaman qızının internet şəbəkəsi üzərindən atası ilə əlaqə yaradıb onu görmək istədiyini və pasportunun çıxarılmasında ona köməklik etməsini bildirdiyini, qızının atası ilə görüşməsinə şərait yaratdığını, qızı Xədicənin onun iştirakı ilə Elvin və Elvinin qardaşı ilə görüşdüyünü, ondan sonra Elvinin uşağı görmək üçün onunla əlaqə saxlamadığını, Elvinin Türkiyədə işlədiyi müddətdə atasının adına poçt vasitəsi ilə müəyyən məbləğdə aliment göndərdiyini, sonra aliment üzrə ödəniş etmədiyi üçün Şərur Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati həbs edildiyi barədə atasının ona məlumat verdiyini, Elvinin inzibati məsuliyyətə cəlb edildikdən sonra uşağın saxlanması üçün müəyyən edilən aliment üzrə borcundan bir manat belə ödəmədiyini, Elvinin cəmi 2040 (iki min qırx) manat aliment ödədiyini, haliyədə isə onun 4800 (dörd min səkkiz yüz) manat aliment borcunun olduğunu, yaranmış aliment borcunu tələb etdiyini, Elvinin aliment borcunu tam ödəmədiyi halda barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərlə müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 27 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev ərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan materialdan görünür ki, Cinayət işinin başlanmasına əsas Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 təqdimatı omuşdur. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan Naxçıvan şəhər Məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2(078)-284/2016 saylı qətnamənin surətindən görünür ki, iddia təmin edilməkə Təqsirləndirilən şəxs 24 iyun 2007-ci il tarixdə doğulmuş X4 atası olması müəyyən edilməsi, qətnamənin icrası Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər VVADQ şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs 10 (on) manat alınaraq X11 verilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqində olan Naxçıvan şəhər Məhkəməsinin 25 noyabr 2016cı il tarixli, 2(078)-1326/2016 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Novruzova (Çakır) Fatma Səyyub qızının cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 17 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında aliment tutularaq 24 iyun 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Novruzova (Çakır) Fatma Səyyub qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cildinin 24-cü vərəqində olan 25 noyabr 2016-cı il tarixli 2(078)-1326/2016 nömrəli İcra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(078)-1326/2016 saylı qətnaməsi icra olunması üçün göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan icraata başlamaq qərarın surətindən görünür ki, Şərur rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17 tərəfindən Şərur rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli 2(078)-1326/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqində olan Şərur rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqində olan Şərur rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 8(110)-48/2019 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqində olan 10 avqust 2021-ci il tarixli, 3(110)-58/2021 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqində olan 03 mart 2023-cü il tarixli Zərəçəkmiş şəxsin nümayəndəsinin tanınma” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş X9 nümayəndəsi qismində Nümayəndə tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin 1-ci cildinin 112-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, xx.xx.1987-ci il təvəllüdlü Şərur rayon Dizə kənd sakini Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 06 mart 2023-cü il tarixli, 254 nömrəli məktubundan görünür ki, Şərur rayon Dizə kəndində pasport qeydiyyatında olan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda dayanır. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqində olan Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 09 mart 2023-cü il tarixli, 279 nömrəli məktubundan görünür ki, Şərur rayon Dizə kəndində pasport qeydiyyatında olan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə psixi vəziyyəti yaxşılaşdığı üçün evə yazıldı və ambulator müalicə təyin olundu. Əlavə olaraq qeyd edilmişdir ki, “Nevrotik reaksiya” diaqnozlu xəstə anlıqlı hesab olunur və əmək qabiliyyətlidir. Cinayət işinin1-ci cildinin 118-ci vərəqində olan 09 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə qərarın surəti ona təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 135-ci vərəqində olan 09 mart 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqda qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar icra edilməsi üçün Şərur rayon Polis İarəsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqində olan Şərur rayonu, Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olması qeyd olunmuşdur. Cinayət işinin materialında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “üzvü mənşəli emosional labil pozuntu” aşkar olunur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin materialında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(110)-4/2023 saylı qərarından görünür ki, sirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-43-12/2-6647/2023 nömrəli mətubundan görünür ki, Şərur rayon Dizə kəndində qeydiyyatda durmaqla Şərur şəhərində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, onun Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülkiprosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla qətnamənin icra olunmasına yönəlmiş hər hansı bir hərəkət etməməsi, onun 10 gün müddətində inzibati qaydada həbs edilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1326/2016 nömrəli 25 noyabr 2016-cı il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Ona görədə onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhz bu səbədən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd minmanatadək miqdarda cərimə və yaüç yüz iyirmi saatdan dörd yüz səksənsaatadək ictimai işlər və ya iki ilədək müddətə islah işlərivə ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının vəya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İşin yuxarıda araşdırılmış hallarından məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarını icra etməməsinə görə dəfələrlə rəsmi xəbərdarlıq edilməsi iş materialında öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə törədilmiş cinayətin ictimai təhlükəliliyini, cinayət əməlini törətmə niyyətini və törətdikdən sonrakı davranışlarını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərini, onun cəmiyyətdəki mövqeyini nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli şəkildə qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 30 avqust 2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 40 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsazadlığının faktiki məhdudlaşdırıldığı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-4/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-4/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver