Məhkəmə qərarları › İş №1(110)-5/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-5/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-5/2023 30.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs: 08 avqust 2000-ci ildə Şərur rayon Dərəkənd kəndində anadan olmuş, orta təhsilli, evli, 1 uşaq atası, məhkum olunmamış, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran, 17 mart 2023-cü il tarixdən barəsində həbs qətimkan tədbiri seçilib Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ərinin evdə olmadığına görə onunla cinsi münasibətdə olmaq üçün xx.xx.2022-ci il tarixdə gecə saatlarında onların evinə getmiş, evdə yaşayan digər şəxslərin də yatdıqlarından istifadə edərək Zərərçəkmiş şəxs yaşadığı otağın pəncərəsinin yaxınlaşıb onun telefonla danışdığını gördükdən sonra həmin danışığı telefonuna səs yazısı şəklində qeyd etmiş, sonra sakit səslə onu cağırmış, onunla bir dəfə cinsi əlaqədə olmağını istəmiş, Zərərçəkmiş şəxs buna etiraz etmiş, bu zaman ona danışığını telefonuna qeyd etdiyini bildirmiş, Zərərçəkmiş şəxs ona şantaj etməməsini demiş, bu vaxt Təqsirləndirilən şəxs həmin səs yazısında Zərərçəkmiş şəxs istifadə etdiyi sözləri onu diqqətinə çatdırmaqla və qeyd edilən səs yazısından istifadə edərək onu özündən asılı salaraq onu cinsi əlaqəyə girməyə məcbur etmiş, Zərərçəkmiş şəxs həmin gün onun səs yazasının yayılacağından qorxub onunla cinsi əlaqəda olmuş, bundan sonrakı vaxtlarda Zərərçəkmiş şəxs ilə aralarında yaranan münasibətlərdən sonra onunla müxtəlif vaxtlarda “Whatsapp” mesencerində görünütülü danışıq zaman Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan aralarındakı pornoqrafik xarakterli hərəkətlərin görüntülərini telefonuna qeyd etməklə qanunsuz toplamış, 2022-ci ilin dekabr ayında münasibətləri pozulduqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aid şəxsi həyatın sirri olan və pronoqrafik hesab olunan video cəkiliş materialını 12 dekabr 2022-ci il tarixdə bibisi oğlu X10 “whatsapp” sosial şəbəkə proqramı vasitəsilə göndərməklə yaymışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində və verilən suallara cavabında ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, xx.xx.2022-ci il tarixdə onun doğum günü olduğunu, anası Xalidənin Zərərçəkmiş şəxs tort bişirib satan olduğu üçün tort sifariş verdiyini, həmin gün saat 18:00 radələrində tortu götürmək üçün Cəmilənin yaşadığı evə getdiyini, 20 manat pul verib tortu ondan alan zaman Cəmilənin onun əlinə toxunduğunu, ona qarşı cəlbedici hərəkətlər etdiyini, Cəmilənin “Oqtay bazara gedir, mən də səhərə qədər evdə tək oluram” dediyini, həmin günü axşam 22-23:00 radələrində Cəmilənin qaynanası gillə birlikdə yaşadığı həyət evinin çəpərindən keçib pəncərəsinin qarşısına gəldiyini, Cəmilənin kimləsə danışdığını eşitdiyini, onun səsini telefonuna qeyd etdiyini, lakin məqsədinin onu yaxınlıq etməyə məcbur etmək olmadığını, sadəcə onun digər şəxslərlə danışdığını sübut etmək məqsədilə etdiyini və bu hərəkəinə görə sonra çox peşman olduğunu, sonra Cəmilə ilə danışıb onunla bir dəfə cinsi əlaqədə olduğunu, sonra Cəmiləyə nömrəsini verdiyini, bundan sonra Cəmilə ilə yazışmağa başladığını, beləliklə aralarında münasibət yarandığını, sonralar Cəmilənin özünün də istəyi ilə onunla cinsi əlaqədə olduğunu, Cəmilənin başqaları ilə görüşdüyünü eşidəndən sonra ondan soyuduğunu, Cəmilə ilə ən çox Cəmiləgilin evlərində görüşdüklərini, bir dəfə günorta vaxtları Cəmilə ilə onların qonşuları olan Yazgülgilin evində görüşdüyünü, Yazgülün qapını açaraq onları qucaqlaşmış vəziyyətdə gördüyünü, sonra həyətə çıxdığını, özünün də oradan çıxıb getdiyini, sonra Cəmiləni Yazgülun qardaşı Həsənin yaxınlıq üçün Yazgülgilə çağırdığını, onun da Həsənlə bu haqda dəfələrlə söhbət edib həmin söhbəti bağladığını, sonra Cəmilənin istəyi ilə Naxçıvan şəhərinə 3-cü mikrorayonda Cəmilənin anası Gülüsdangilin evlərində görüşdüyünü, bunu Cəmilənin anası Gülüsdanın da bildiyini, bir gün Oqtaydan ona zəng gəldiyini, telefonu açdığını, heç kimin telefonda danışmadığını, 2-3 gün sonra Cəmilənin ona qaynanasının telefonu ilə zəng edərək olanları Oqtayın bildiyini dediyini, ərinin onu anasıgilə apardığını, Cəmilə anası gildə olan zaman yenə də onunla danışdığını, Cəmiləyə hər dəfə ayrılaq deyən zaman Cəmilənin ip və ya dərman şəkli atıb onu intiharla hədələdiyini, məcbur qalıb Cəmilə ilə danışdığını, Cəmilədən uzaqlaşmaq məqsədilə İstanbul şəhərinə getdiyini, orada Cəmilənin qaynı Zahidin göstərişi ilə Dərəkənddən olan Tural və Emin adlı şəxslər tərəfindən təhdid edildiyini, Cəmilənin onun qaynı Məzahirlə arasında olan səs yazısını və əvvəllər Cəmilə ilə çəkdikləri videonu ona göndərdiyini, Tural həmin səs yazısını və videonu gördükdən sonra onu buraxdıqlarını, sonra kəndə qayıtdığını, Cəmilə ilə aralarında intim video əlaqəni Cəmilədən xoşu gəldiyi üçün telefona qeyd etdiyini, yaymaq niyyəti olmadığını, 2022-ci ilin dekabr ayında bibisi oğlu X6 onlara gəldiyini, söhbət əsnasında Abdullaya onda Zərərçəkmiş şəxs videosu olduğunu bildirdiyini, həmin videonu da Abdulla İsmayılova “whatsapp” mesenceri ilə göndərdiyini, sonra həmin videonun yayıldığını eşitdiyini, həmin videonu Abdullaya göndərməkdə məqsədinin Abdullanın Cəmilənin qaynı Zahid ilə yaxın olması, videonu görməsi və məcburi bir şey olmadığı üçün Zahidin də onu rahat buraxacağını düşündüyünü, Cəmilə onunla ***-***-**-** nömrəsi ilə danışdığını, ***- ***-**-** nömrəsi ilə də onunla “whatsapp” mesenceri ilə yazışdığını, anasıgildə olan zaman isə anasının telefonu ilə, yəni ***-***-**-** nömrəsi ilə onunla həm danışırdığını, həm də yazışdığını, aralarındakı cinsi əlaqələrin Cəmilənin istəyi ilə olduğunu, Cəmilənin dediyi kimi ondan ayrılarsa əlində olan video və səsin olduğu hafizə kartını ərinin maşınına atacağını demədiyini, ərinə əlində olan videonu başqa türk nömrəsi ilə atacağını da demədiyini, Cəmilənin ona hamilə testi şəkli ataraq onu özünə bağlamağa çalışdığını, Cəmilənin nə dişini nə dəki telefonunu qırmadığını, Cəmilənin dediyinə görə onun yerə yıxıldığı zaman dişi qırıldığını, Cəmilə ona dişi qırılan günü qaynanasının telefonu ilə zəng edərək telefonunun və dişinin qırıldığını və ona telefon almağını istədiyini, evdə sadə telefonu olduğu götürüb Cəmilənin oğlunun kiçik toy günü ona verdiyini, üstündə sonsuzluq olan qızıl sepi isə ona Bakı şəhərində kirayə ev tutub onunla birlikdə yaşamaq üçün verdiyini, sepi itirdiyini, telefonu isə istintaqa təqdim etdiyini bildirmiş, hazırda tutduğu əməldən peşman olduğunu, gənc ailə olmasını, himayəsində azyaşlı uşağının olmasını, hazırda həyat yoldaşının 4 aylıq hamilə olmasını nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında X18 ilə ailə həyatı qurduğunu, iki oğlu olduğunu, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, həm də Təqsirləndirilən şəxs onun bibisi qızı X4 həyat yoldaşı olduğunu, ad günləri üçün tortlar bişirib satıb ailəsinə dəstək olduğunu, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadının ona əri Təqsirləndirilən şəxs ad günü ilə əlaqədar olaraq tort sifariş verdiyini, tort hazır olduqdan sonra evlərinə zəng edən zaman telefonu Sərtifin götürdüyünü, Sərtifin onlara gələrək qaynanası ilə söhbət etdiyini, tortu gətirib Sərtifə verdiyini, sonra axşam saat 22:00 radələrində sərxoş vəziyyətdə yataq otağının pəncərəsinin yanında Sərtifin olduğunu gördüyünü, əri Oqtayın 2-3-gündən bir Naxçıvan şəhərinə bazara alver üçün getdiyini, həm də Sərtif tortu ondan alan vaxtı qaynanası ilə söhbət etdiyini, Sərtifin Oqtayın bazara gedəcəyini bildiyini, axşam gələrkən ona nə yaxşı gəldiyini soruşduğunu, Sərtif də ona içəri gəlmək istədiyini bildirdiyini, o isə icazə vermədiyini, Sərtifin ona xoşu gəldiyini dediyini, onun da etiraz etdiyini, Sərtifin ona səsini telefona yazdığını dediyini, qaynı arvadı Xəyalə ilə telefonda danışan zaman Xəyalə ona həmkəndliləri Musayev Təlabani və onun qardaşı Musayev Tayfurun onunla əlaqəsinin olduğunu dediyini, onun da qaynı arvadı Xəyaləyə “mən qadınlığımla həmin iki qardaşdan iyrənirəm” dediyini, həmin zaman da Sərtif onun pəncərəsinin qarşısında onun səsini yazdığını, Sərtifə etiraz etdiyini, aralarında uzun müddət söhbət olduğunu, Sərtifi fikrindən daşındırmağa çalışdığını, lakin bacara bilmədiyini, Sərtifin israrla sadəcə bir dəfə görüşüb gedəcəyini dediyini, Sərtifdə səs yazısı olduğu üçün məcbur qalıb onunla həyətdə bir dəfə cinsi əlaqədə olduğunu, həmin gündən sonra Sərtifin yadından çıxan nömrəsi ilə onun ***- ***-**-** nömrəli telefonuna “whatsapp” mesenceri ilə yazmağa başladığını, sonra onun Sərtif ilə münasibətinin yarandığını, bir səhvlik edərək Sərtifi yaxınına buraxdığını, bir müddət onunla onun həm mesajlaşdığı həm də görüntülü danışıqlarının olduğunu, həyat yoldaşı evdə olmadığı vaxtlarda Sərtiflə görüşdüyünü, əmisi oğlunun ölüm ildönümü olduğunu, ora gedən zaman Sərtifin yaşadığı evin önündən keçərkən Sərtifin onu həyətlərinə çağırdığını, etiraz etdikdə onu evin həyətinə çəkdiyini, Sərtifin ona yumruq zərbəsi vuraraq dişlərini sındırdığını, ərinə zəng vurmaq istəyən zaman Sərtifin telefonunu da alıb sındırdığını, bu barədə heç kimə danışa bilmədiyini, səhəri günü əri Oqtayın əmisi nəvəsinin kiçik toyu olduğunu, həmin vaxt Sərtifin ona toxunaraq yanına sadə Samsung telefonu qoyduğunu, həmin telefonla gizlincə Sərtif ilə danışmağa başladığını, xx.xx.2022ci il tarixdə Sərtif ilə danışan zaman əri telefonu tutduğunu, səhərisi günü Oqtayın onu anasının evinə apardığını, Oqtayın boşanmaq üçün məhkəməyə müraciət etdiyini, dekabr ayının 5-də Sərtifin İstanbul şəhərinə getdiyini, Türkiyədə yaşayan həmkəndlisi Turalın Sərtif ilə onun üstündə sözü olduğunu, Sərtifin Türkiyədən ona zəng vuraraq Turalın əlindən qurtarmaq üçün kömək istədiyini, məcbur qalaraq Sərtifin “whatsapp” nömrəsinə Turala eşitdirmək üçün səs atdığını, həmin səsdə “Sərtifi buraxın mən öz istəyim ilə Sərtif ilə görüşmüşəm” dediyini, bir müddət sonra Sərtifin kəndə gəldiyini eşitdiyini, Sərtifin kəndə gəldikdən sonra yenə də onunla münasibət qurmaq istədiyini, sonra anasına onun Sərtiflə görüntülü danışdığı videosunu atdıqlarını, həmin videonun əldən-ələ yayıldığını, sonra həmin videonu atasına, qohumlarına atdıqlarını, intihar həddinə gəlməsinin səbəbini isə Sərtifin Türkiyədə olarkən Turalla söz söhbətini bitirmək üçün Turala “Mən öz razılığım ilə Sərtif ilə əlaqədə oluram onun heç kimə dəxli yoxdur, hərə gedib öz namusunu çəksin” səsini göndərdiyini, həmin səs də qohumlarına yayıldığı üçün qohumların da onu çox bezdirdiklərini, bütün qohumlarından bezib intihar videosunu çəkib Sərtifə göndərdiyini, Sərtiflə anası evində görüşmədiyini, anasının ona aldığı qızıl sepini Sərtifə düzəldirməsi üçün verdiyini, həmin sepi qaytarmadığını, ə ona məxsus olan “Samsung A 10” markalı telefonu ondan düzəltməsi üçün aldığını və onu da geri qaytarmadığını bildirərək, Sərtiflə barışmadığını, ailəsinin dağılmasının və kənddə, qohumlar arasında rüsvay olmasının səbəbinin Sərtif olduğunu bildirərək ona azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində və verilmiş suallara cavabında Təqsirləndirilən şəxs onun dayısı oğlu olduğunu, Sərtif ilə Şərur rayon Dərəkənd sakini Zərərçəkmiş şəxs adlı qadının yaxın münasibətdə olduğunu eşitdiyini, onların münasibətinin olduğunu ona Dərəkənd sakinlərinin dediklərini, 2022-ci il dekabr ayından Sərtifin Türkiyə Respublikasından kəndə gəldiyini, səhərisi günü yəni 12 dekabr 2022-ci il tarixdə anası Nabat İsmayılova ilə Sərtifi görmək üçün həmin günü onlara getdiklərini, onlarda olan zaman Sərtifin ona onda Cəmilə adlı qadının videosunun olduğunu bildirdiyini, Sərtifin həmin videonu ona atdığını, videoda Cəmilənin xoşagəlməz vəziyyətdə görüntüləri olduğunu, sonra Sərtif ona Cəmilə adlı qadının qaynı ilə danışıq səsini də atdığını, anasının məsləhəti ilə həmin videonu telefonundan sildiyini, Sərtifin ondan başqa videonu kimlərə göndərməsini bilmədiyini, Sərtifin həmin videonu Zahidə göstərməsini ona demədiyini, Zahid ilə heç bir yaxınlığının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində və verilmiş suallara cavabında kürəkəni Oqtayın ona xx.xx.2022-ci il tarixdə zəng edərək qızında telefon tutmuşam və qızın Cəmilə Təqsirləndirilən şəxs ilə danışır dediyini, səhərisi günü Oqtayın qızı Cəmiləni Naxçıvan şəhərində yaşadığı evə gətirib qoyub çıxıb getdiyini, bir gün Cəmilənin atası, hazırda ayrı yaşadıqları Əziz Camalovun ona zəng edərək onu məhlələrində olan musiqi məktəbinin arxasına çağırdığını, Əziz ilə görüşən zaman telefonunda ona qızı Cəmilənin səslərini dinlətdiyini, X12 yaşayan Turaldan qurtarması üçün Sərtifə atdığı səslərini dinlədiyini, həmin səslər “Hərə öz namusuna baxsın, Sərtifi buraxın getsin” səsləri olduğunu, bu zaman dərhal evə qayıtdığını, Cəmilənin Sərtif ilə yenidən əlaqəsinin olmasına görə döydüyünü və telefonundan Cəmilənin nömrəsini çıxarıb qırdığını, sonra Sərtifin ona zəng vurmağa başladığını, Sərtifin onu övladları ilə hədə qorxu gələrək onu təhqir etdiyini, Sərtif ona nalayiq ifadələr işlətdiyi üçün Sərtifi bloka atdıqdan sonra Şərur polis İdarəsinə Sərtifdən şikayət etdiyini, polislər də ona biz bir şey edə bilmərik Sərtif və Cəmilənin arasında olan bir münasibətdir dediklərini, həmin vaxtı Sərtif qızı Cəmiləyə sənin məndə videoların var dediyini, o da hal hazırda Dərəkənddə yaşayan oğlu Camala zəng vuraraq Sərtifin telefonunda Cəmilənin videoları olduğunu ona tez baxmaq lazımdır ki, videolar yayılmasın dediyini, Camal da Sərtifin qardaşı Sahil Musayev ilə gedib Sərtifin telefonuna baxdıqlarını, telefonda heç bir video tapa bilmədiklərini, bir gün 2022-ci ilin dekabr ayında baldızı Fazilənin ona video atdığını, yayılan videonu tez tap sil dediyini, sonra Naxçıvan MR Daxili işlər nazirinin yanına Sərtifdən şikayətə getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və verilmiş suallara cavabında Zərərçəkmiş şəxs onun dayısı qızı olduğunu, Cəmilənin Təqsirləndirilən şəxslə arasında münasibətin olduğunu həmkənlilərindən eşitdiyini, kəntdə kiçikdən-böyüyə hamının onların haqqında danışdıqlarını, təqribən 2022-ci ilin dekabr ayının axırlarında dayısının arvadı Aynur Camalovanın ona Cəmiləyə aid video olduğunu, həmin videoda Cəmilənin nalayiq formada çılpaq şəkildə olduğunu, videonu ona anası Familəyə göstərməyi üçün göndərdiyini, xalası qızı Sərtifin keçmiş həyat yoldaşı Mələk Musayevanın ona zəng edərək həmin videonun onda olub-olmadığını soruşduğunu, videonun onda olduğunu ona dediyini, videonu Mələyə atdıqdan sonra videonu telefonundan sildiyini, kəntdə balacadan tutmuş böyüklərə kimi hamı Sərtif ilə Cəmilənin videosundan danışdığını, videonu Sərtifin yaydığını eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində və verilmiş suallara cavabında Zərərçəkmiş şəxs onun qonşusu və bibisi Hazaranın gəlini olduğunu, təqribən 2022-ci ilin yay aylarında bacısı nəvəsinin toyunda olduğunu, günorta saat 15:00 radələrində toydan toyuqlara dən atmaq üçün evə gəldiyini, evin qapısının az açıq olduğunu, qapını açıb evə girən zaman Sərtif ilə Cəmilənin lüt vəziyyətdə öpüşdüklərini gördüyünü, onu gördükləri zaman paltarlarını geyinib qaçaraq evdən çıxıb getdiklərini, Cəmilənin ona heç kimə heç nə demə xalat alacam dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X19 ibtidai istintaq zamanı verdiyi ifadəsində və verilmiş suallara cavabında Cəmilə ilə normal yola getdiklərini, aralarında hər hansısa bir problemin olmadığını, 2022-ci ilin dekabr ayında balaca oğlu Dövran ona anası Cəmilənin haqqında kəntdə söz-söhbət danışırlar dediyini, oğlu ona anası Cəmilənin Sərtif ilə münasibəti olduğunu dediyini, Cəmiləyə nə söz-söhbətdir dediyini, Cəmilə də ona “heç bir söz söhbət yoxdur, Sərtif ilə heç bir münasibətim yoxdur” dediyini, kəntdə olan söz-söhbətdən şübhələnərək Cəmiləni anası Gülüsdangilə apardığını, Cəmiləyə nə yolda nə dəki anasıgildə heç nə demədiyini, Gülüsdangilə çatanda Gülüsdana “Cəmilənin Sərtif ilə münasibəti olduğu üçün onu sənin yanına gətirmişəm 2-3 gün qalsın sonra mən gəlib Cəmiləni sizdən götürərəm” dediyini, təxminən 3-4 gün sonra ona anası və qardaşı “get ailəni götür gəl” dediklərini, yenidən Cəmilənin anası Gülüsdangildən Cəmiləni öz evlərinə gətirmək üçün getdiyini, Cəmilə onunla kəndə gəlmədiyini, Cəmilə ona kəntdə söz-söhbət çoxdur mən kəndə gedə bilmərəm dediyini, yenidən öz kəndlərinə gəldiyini, kəntdə Cəmilənin Sərtif ilə münasibətdə olduğu sözsöhbətin çoxaldığını, onların haqqında gündə bir həmkəndlilərinin ona gəlib deməsini eşitdiyini, sonra kəntdə Sərtifin Cəmilənin telefonunu və dişinin qırılmasını eşitdiyini, Cəmilənin ona dişinin və telefonunun qırıldığını dediyini, ona “necə oldu ki, sənin dişin və telefonun qırılıb” dediyini, Cəmilə də ona yasa gedən zaman yıxıldığını və yıxılan zaman dişinin və telefonunun qırılıdığını dediyini, həmin günü Cəmilə ilə birlikdə Cəmiləni rayonda olan Ruhin həkimin yanına dişini düzəltdirməsi üçün apardığını, orada həkimin ona “Cəmilənin dişi normalda qırılan diş deyil, həmin diş zərbə ilə qırılmışdır” dediyini, balaca oğlu Dövran ilə Cəmilənin yıxıldığı yerə getdiklərini, yıxıldığı yer Sərtifgilin evinin önü olduğunu, ora gedən zaman orada telefon qırıqlarını tapa bilmədiyini, sonra həmin yerdən oğlu Dövranın telefonun qırıqlarını və nömrəni tapıb evə gətirdiyini, Cəmilədən ayrılmaq üçün rayon məhkəməsinə müraciət etdiyini, 2023-cü ilin yanvar ayında Cəmilənin Sərtif ilə video çəkdiklərini eşitdiyini, həmin videonu görmədiyini, görməkdə istəmədiyini, Cəmilənin əlində telefon tutğunu, telefonda olan nömrəyə öz telefonu ilə zəng etdiyini, telefonunda Sərtifin adının çıxdığını, Cəmilə ilə Sərtifin videosununun ona göndərildiyini, videoya baxmadan sildiyini, kimin tərəfindən göndərilməsini bilmədiyini, türk nömrəsindən göndərildiyini, nömrəni də xatırlaya bilmədiyini, Sərtifin onun maşınına hafıza kartı atmadığını, Cəmilənin indiyə qədər bu barədə ona heç nə demədiyini, bu məsələlər olan zamanlardan bəri kəndə çıxa bilmədiyini, çox utandığını, ailəsinin dağıldıını, bununla bağlı tədbir görülməsini, telefonun qırıqlarının bir hissəsini istintaqa təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. İstintaq hərəkətlərinin protokolları: İş materiallarında olan 06 fevral 2023-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “ Samsung A 32” markal mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonda “whatsapp” proqramında 12 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə görüntülü danışan zaman qeyd edilmiş seksual xarakterli video görüntü, Zərərçəkmiş şəxs məxsus səs yazısı “Apo” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə göndərildiyi, 12 dekabr 2022-ci il tarixdə saat 16:48-də “Apo” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə eyni məzmunlu səsləri göndərildiyi, 12 dekabr 2022-ci il tarixdə saat 14:07-də “Sahil Q” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə də göndərildiyi, telefonun səs qeydləri bölməsind “Ses 001” adı ilə qeyd edilmiş səsdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə aralarında səs dialoqunun olduğu, həmin səs qeydinin xx.xx.2022-ci il tarixdə telefonda qeyd edildiyi və həmin danışıqlarda Təqsirləndirilən şəxs telefonunda olan Zərərçəkmiş şəxs danışıqlarına dair səs qeydləri ilə Zərərçəkmiş şəxs özündən asılı vəziyyətə salaraq cinsi əlaqəyə məcbur etdiyi və cinsi əlaqədə olduğu müəyyən edilmişdir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Sənətşünaslıq Ekspertizasının xx.xx.2023-cü il 11/95 saylı ekspert rəyindən görünür ki, təqdim olunan 01 ədəd DVD diskdə olan “VİD-20221212-WA 0012” mp4 adlı video görüntü pornoqrafik xarakterlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Fonoskopik Ekspertizasının 16 mart 2023-cü il tarixli 4/264-4-276 saylı rəyindən görünür ki, mübahisəli fonoqramlardakı danışıqların təqdiqiqi hissəsində verilmiş yazılı mətndə K (kişi) və Q (qadın) kimi işarə olunmuş diktorların eyniləşdirici tədqiqatını aparmaq üçün metodika olmadığından Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 12-ci maddələrinə əsasən həmin fonoqramda Təqsirləndirilən şəxs məxsus səs və nitqin olması haqqında rəy vermək mümkün deyildir, həmçinin ekspertizaya təqdim edilmiş 1 ədəd “Samsung A32” markalı mobil telefonda olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. İş materiallarında olan məhkəmə-ambulator narkoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. İş materiallarında olan məhkəmə-psixatrik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəlarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. Digər sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şərur rayon Dərəkənd kənd İƏDN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X11 və 2022-ci il təvəllüdlü oğlu X9 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Dərəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailədaxili münaqişələri tez-tez baş verir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata xitam verilmiş, xx.xx.2021-ci il tarixdə İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, xx.xx.2021-ci il tarixdə İXM-nin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi, onun ittiham elan olunan cinayətlərin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinə görə əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” 15 sentyabr 2022-ci il tarixli qərarına görə sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsinə görə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinə görə pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, işin hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1-ci və 242-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əməllərə görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinə görə peşman olmasını, gəncliyini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallarla bağlı iş materiallarında olan məlumatları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151 və 242-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, 156.1-ci maddəsində nəzərdə tutulan ictimai işlər cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Musa oğlunun ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə sənətşünaslıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat, məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi nəticəsində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə maddi sübut Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 32” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra Təqsirləndirilən şəxs, bir ədəd nazik metal tərkibli telefonun sınmış hissəsi isə Zərərçəkmiş şəxs təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 156.1-ci və 242-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə iki yüz qırx saat ictimai işlər cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydasına uyğun olaraq təyin edilmiş iki yüz qırx saat ictimai işlər cəzası azadlıqdan məhrum edilmə ilə əvəz edilərək 30 gün müddətinə azadlıqdan məhrum edilsin.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.

4. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

5. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın.

6. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün.

7. İş üzrə məhkəmə sənətşünaslıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat, məhkəmə-fonoskopik ekspertizasının keçirilməsi nəticəsində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 AZ41NABZ******************** nömrəli hesabına ödənilsin.

8. İşdə mülki iddianın olmaması nəzərə alınsın.

9. İş üzrə maddi sübut – Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 32” markalı mobil telefon hökm qanuni qüvəyə mindikdən sonra Təqsirləndirilən şəxs, bir ədəd nazik metal tərkibli telefonun sınmış hissəsi isə hökm qanuni qüvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın.

10. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar