Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-5/2024 23.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Şərur rayon Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 3 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Türkiyə Respublikasında məhkum olunmuş, Şərur rayon Şəhriyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Şərur rayon Şəhriyar sakini Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Naxçıvan MR-nın Şərur rayon Şəhriyar kəndi ərazisində yerləşən çöllük ərazidə dini nikahda olduğu arvadı X3 Türkiyə Respublikasında cəzaçəkmə müəssisəsində olduğu zaman ona xəyanət etdiyi üçün qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı döyməklə hər iki gözünün alt nahiyyələrində, sağ sarğı nahiyyəsində, sol bazusunda və hər iki kürək nahiyyələrində qançırlar, hər iki gözün ağlı qişasında qansızma və sağ almacıq nahiyyəsində sınıq ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid bədən xəsartələri yetirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində və suallara cavabında ona elan olunmuş ittihamla özünü tam təqsirli bildiyini, 1996-cı ildə ailəsi ilə birlikdə Türkiyə Respublikasına getdiklərini, 2015ci ildə orada həmyerlisi Zərərçəkmiş şəxs ilə tanış olduğunu, 2016-cı ilin yanvar ayında ailə həyatı qurduqlarını, sənədləri olmadığı üçün rəsmi nikaha girə bilmədiklərini, birgə yaşadıqları müddətdə 3 uşaqları doğulduğunu, xoşbəxt ailə həyatı yaşadıqlarını, 2008-ci ildə ona cinsi istismarla bağlı şər atıldığını, 2012-ci ildə Türkiyə məhkəməsi tərəfindən barəsində hökm çıxarıldığını, 2021-ci ildə Türkiyə Respublikasının qanunvericiliyi ilə azadlıqdan məhrum olunduğunu, cəzaçəkmə müəssisəsinə gedən zaman Türkiyə Respublikası vətəndaşı olan bacısı oğlu Emin Ertürkə öz telefonununu verdiyini, həbsdə olduğu müddətdə Ziniyətə nəzarət etməsini xahiş etdiyini, Emin də Ziniyətin “Vatsap” hesabını öz telefonundakı “Vatsap” hesabına yönəltdiyini, onun yazışmalarını gördüyünü, 2023-cü ilin sentyabr ayında amnitsiyaya düşdüyünü və Türkiyədən deportasiya edildiyini, Şərur rayon Şəhriyar kəndinə gəldiyini, Ziniyətin və uşaqların Türkiyədə yaşayan qayınatasının evində qaldığını, uşaqları məktəbə getməli olduğundan Ziniyətə uşaqları ilə birlikdə Şərur rayonuna gəlməsini dediyini, 22 oktyabr 2023-cü il tarixdə yoldaşı və uşaqlarının kəndə gəldiklərini, Ziniyətin barəsinə qardaş-bacısı arasında olan söz söbətlərə və özünə olan soyuq münasibətə baxmayaraq xoşbəxt yaşadıqlarını, bir ay sonra 21 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhərinə bacısı X16gilə qonaq getdiyini, orada bacısından ona və ailəsinə olan soyuq münasibətin səbəbini soruşduğunu, ondan sonra söhbətin açıldığını, bu söhbətlərdən sonra axşam saatlarında Türkiyədə yaşayan bacısı oğlu Emin Ertürkün ona “Vatsap” tətbiqi vasitəsilə Ziniyətin qeyri-etik videolarını və Türkiyə vətəndaşı olan şəxslərlə intim mesajlarını atdığını, onları görərkən şoka düşdüyünü, 22 noyabr 2023-cü il tarixdə günortadan sonra evə qayıtdığını, özünü heç cür ələ ala bilmədiyini, sonra Ziniyətə paltarlarını geyinməyini dediyini, onu kəndin kənarında heç kimin olmadığı yerə apardığını, Ziniyətə ona atılan mesajlar barədə sual verdiyini, Ziniyətin də olanları təsdiqlədiyini, etdiyi əməldən peşman olduğun, onu bağışlamasını xahiş etdiyini, çox əsəbi olduğu üçün Ziniyəti döyməyə başladığını, sonra götürüb evə gəldiyini, evdə heç kimə heç nə demədiklərini, dekabr ayının əvvəllərində Ziniyətin əmisi arvadının onlara gəlib-getdiyini, sonrası gün isə əmisinin polislə gəlib Ziniyəti götürüb getdiyini, hazırda tutduğu əməldən peşman olduğunu, barışmaq üçün dəfələrlə cəhd etdiklərini, hazırda ailə olaraq barışmasalar da Zinyətin şikayətindən imtina etdiyini, buna görə 3 azyaşlı uşağını da könüllü şəkildə Zinyətə verdiyini, bunları nəzərə alaraq işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və suallara cavabında 2008-ci ildən ailəsi ilə birgə Türkiyə Respublikasına getdiklərini, 2016-ci ildə Təqsirləndirilən şəxs ilə dini nikaha girməklə evləndiklərini, 3 uşaqlarının doğulduğunu, müəyyən müddət mehriban yaşasalar da, sonradan əri Ülvinin onu qısqandığından aralarında münaqişələr olduğunu, 2021-ci il tarixdə Ülvinin Türkiyə Respublikasında təcavüzə görə azadlıqdan məhrum olunduğunu, həbsdə olarkən telefonla danışdıqlarını, 2 ildən sonra həbsdən azad edilib yaşamaq üçün Naxçıvana qayıtdığını, Ülvinin istəyi ilə övladları ilə birlikdə 22 oktyabr 2023-cü il tarixdə Şərur rayon Şəhriyar kəndinə gələrək birgə yaşadıqlarını, ailədə yenidən münaqişələr olduğunu, Ülvinin onu yenidən əxlaqsızlıqla günahladırmağa başladığını, 21 noyabr 2023-cü il tarixdə Ülvinin Naxçıvan şəhərinə gedərək gecəni orada qaldığını, 22 noyabr 2023-cü il tarixdə Şəhriyar kəndinə qayıtdığını, həmin günü Ülvinin evdə yemək yedikdən sonra onunla təxminən 18:00 radələrində Şəhriyar kəndində yerləşən çöllük əraziyə getdiyini, orada ona əxlaqsızlıq etdiyini dediyini, bu zəmində aralarında mübahisə yarandığını, ondan sonra amansızcasına döyüldüyünü, Ülvinin onun bədənin müxtəlif yerlərinə yumruqla, təpiklə və ağac parçası ilə zərbələr endirdiyini, sonra huşunun getdiyini, ayılandan sonra birgə evə qayıtdıqlarını, qaynı arvadının ona kömək etdiyini, yarasına baxdığını, bundan sonra Ülvi ilə birgə yaşadıqlarını, atasıgillə danışa bilmədiyini, onların da nigaran qalıb əmisinin arvadını göndərdiklərini, əmisinin arvadına olanları danışdığını, onun istəyi ilə 02 dekabr 2023-cü il tarixdə əmisi X30 onlara gəlib onu evdən götürüb özünün yaşadığı evə apardığını bildirərək, Ülvi ilə barışmadığnı, lakin uşaqlarına görə onun cəzalanmasını istəmədiyini, buna görə də şikayətindən imtina etdiyini, Ülvinin də uşaqları onun himayəsinə verdiyini, bildirərək məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və suallara cavabında Ülvinin qardaşı arvadı olduğunu, 21 noyabr 2023-cü il tarixdə Ülvinin Naxçıvan şəhərində yaşayan bacısı Sahibəgilə getdiyini, 22 noyabr 2023-cü il tarixdə təxminən 17:00 radələrində qayıdıb evə gəldiyini, onun əsəbi olduğunu hiss etdiyini, onun həyətdə göyərçin uçurmağa başladığını, daha sonra o həyat yoldaşı olan Ziniyət “gəl gedək səninlə işim var” dediyini, onların evdən çıxıb getdiklərini, təxminən bir müddət sonra, hava qaralanda onların evə geri qayıtdıqlarını, Ziniyətin döyüldüyünü hiss etdiyini, ondan nələr baş verdiyini soruşduğunu, Ziniyətin isə heçnə olmadığını bildirdiyini, daha sonra digər otağa keçərək yatmaq istədiyini, təxminən 10 gün ərzində onlarla birlikdə yaşadığını, bu dövr ərzində Ülvi ilə onun arasında heç bir münaqişə olmadığını, dekabr ayının əvvəlində Ziniyətin əmisinin arvadının gəldiyini, sabahısı isə əmisinin polislə onların yaşadığı evə gələrək Ziniyəti apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində və suallara cavabında Ülvi ilə qonşuluqda yaşadığını, onunla uşaqlıq dostu olduğunu, birlikdə göyrəçin saxladıqlarını, 22 noyabr 2023-cü il tarixdə təxminən 16:00 radələrində Ülviyə zəng etdiyini, Ülvinin də Naxçıvan şəhərində olduğunu birazdan gələcəyini dediyini, bir saat sonra Ülvinin yaşadığı evə getdiyini və orada onunla birlikdə göyərçinlərə baxdıqlarını, həmin vaxt onun əsəbi olduğunu gördüyünü, sonra Ülvi evə girərək yodaşı Ziniyət ilə çıxıb harasa getdiklərini, onun da çıxıb öz evlərinə getdiyini, sonrakı günlərdə onlara gedən zaman Ziniyətin sifətində qançırlar gördüyünü, lakin onların ailə məsələsinə qarşımaması üçün səbəbini soruşmadığını, dekabr ayının ilk günlərində Ziniyətin əmisi və başqa tanımadığı şəxs Ülvigilin evlərinə gələrək Ziniyəti oradan götürüb getdiklərini gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində və suallara cavabında 2008-ci ildə ailəlikcə Türkiyə Respublikasına getdiklərini, orada qızı Ziniyətin Ülvi ilə ailə qurduğunu, 3 uşaqları olduğunu, Ülvinin 2021-ci ildə Türkiyədə həbs olunduğunu, 2023-cü ilin sentaybr ayında həbsdən azad olunduğunu, onu deportasiya etdiklərini, Ülvi həbsdə olan müddət onun arvadı və uşaqlarına baxdıqlarını, sentyabr ayında Şərur rayon Maxta kəndinə gəldiyini, bu zaman Ülvinin də ora gəldiyini, ona həyat yoldaşını və övladlarını Şərur rayonuna göndərməyini xahiş etdiyini, Türkiyəyə getdikdən sonra 22 oktyabr 2023-cü il tarixdə Ziniyət və övladlarını Şərur rayon Şəhriyar kəndinə gətirdiyini, 2 həftə sonra yenidən Türkiyəyə qayıtdığını, Türkiyəyə getdikdən sonra hər gün Ziniyət ilə əlaqə saxladığını, 22 noyabrda qızı ilə danışmaq istəsə də Ülvinin müxtəlif bəhanələr gətirərək Ziniyətin danışmasına mane olduğunu, sonra qayını Əli Sadiqovun həyat yoldaşı Şərabanıya zəng etdiyini, Ziniyətgilə qonaq gedib vəziyyətini öyrənməsini xahiş etdiyini, dekabr ayının əvvəllərində Şərabanının Ziniyəti ziyarət etdikdən sonra ona zəng edərək Ziniyətin vəziyyətinin yaxşı olmadığını dediyini, onun da, Ziniyəti oradan öz evlərinə aparmalarını xahiş etdiyini, dərhal Türkiyədən Şərur rayonuna yola çıxdığını, Şərur rayonuna çatan zaman qayını X34 artıq öz evlərinə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30 ifadəsində və suallara cavabında qardaşı Güloğlan Sadiqov ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, təxminən dekabr ayının əvvəllərində həyat yoldaşı Şərabanının Ziniyəti görmək üçün onun yaşadığı evə getdiyini, təxminən 1 saat sonra həyat yoldaşının evə qayıtdığını, ona Ülvinin Ziniyəti döydüyüyü, Ziniyəti gedib gətirməsini dediyini, o da, bir gün sonra həmkəndlisi Abbas Məmmədov ilə birlikdə polisin iştirakı ilə Ülvinin yaşadığı evə getdiklərini, Ülviyə Ziniyəti onlara verməsini dediyini, Ülvinin əvvəl etiraz etdiyini, daha sonra razılaşdığını, Ziniyətin də, onunla gəlmək istədiyini, Ziniyət uşaqları özü ilə götürə bilmədiyini, oradan Şərur rayon Maxta kəndində yerləşən evlərinə getdiklərini, 04 dekabr 2023-cü il tarixdə Ziniyət ilə birlikdə Şərur Rayon Polis İdarəsinə getdiklərini, Ziniyətin döyülməsi barədə Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində və suallara cavabında 2023-cü ilin dekabr ayının əvvəllərində günorta saatlarında Türkiyə Respublikasında yaşayan həmkəndlisi X13 ona zəng edərək qardaşı Əlinin həyat yoldaşı Şərəbanı ilə birlikdə Şərur rayon Şəhriyar kəndində yaşayan qızı Ziniyəti ziyarət etməyini xahiş etdiyini, həmin gün günortada sonra Şərəbanı ilə birlikdə həmin ünvan getdiklərini, Ülvinin həyətdə işlədiyini, Ziniyətin sifətinə baxan zaman onun sifətindəki qançırları gördüklərini, sonra Şərəbanını gətirib öz evlərinə qoyduğunu, bir gün sonra Şərəbanının həyat yoldaşı Əli Sadiqov ona zəng etdiyini, Şərur polisinə gedəcəklərini bildirdiyini, polis idarəsinə gedərək Ziniyəti alıb onlara verməsini tələb etdiklərini, onlara qanunun izah olunduğunu, oradan Ülvinin evinə gedərək ona Ziniyəti verməsini tələb etdiklərini, öncə müxtəlif bəhanələr gətirərək Ziniyətin onlara gəlməsinə icazə vermədiyini, sonra isə Ziniyətin gəlmək istədiyini görüb, icazə verdiyini, Ziniyət Sadiqovanı əmisi Əli Sadiqovun yaşadığı Şərur rayon Maxta kəndində yerləşən evə apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində və suallara cavabında 2023-cü ilin dekabr ayının əvvəllərində Türkiyə Respublikasında yaşayan qayını Güloğlan Sadıqovun həyat yoldaşı Nazəni Sadıqova zəng etdiyini, Şərur rayon Şəhriyar kəndində yaşayan onun qızı Ziniyət Sadiqovanı ziyarət etməyini xahiş etdiyini, həmkəndlisi Abbas Məmmədovla birlikdə Ziniyətin yaşadığı evə getdiklərini, oraya çatan zaman Ziniyətin həyat yoldaşı həyətdə iş görürdüyünü, onları Ülvinin qardaşının yoldaşı Nişanə Əliyevanın qarşıladığını, evdə Ziniyətin ayaq üstdə çətinliklə dayandığını gördüyünü, sifət nahiyəsində qançırlar olduğunu, onu Ülvinin bu hala saldığını dediyini, yarım saat sonra ordan çıxaraq evə gəldiklərini, evdə yoldaşı Əli Sadiqova gördüklərini danışdığını, bir gün sonra Əlinin Zərərçəkmiş şəxs evlərinə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şahid X13 ifadəsində 2008-ci il tarixdə həyat yoldaşı və 4 övladı ilə birlikdə Türkiyə Respublikasına getdiklərini, orada övladı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, onun 3 övladı olduğunu, Təqsirləndirilən şəxs 2021-ci ildə Türkiyədə həbs olunduğunu və 2023-cü ilin sentaybr ayında həbsdən azad olunduğunu, onu öz ölkəsinə deportasiya etdiklərini, Ülvi həbsdə olan müddət onun həyat yoldaşı və övladlarına onun baxdığını, 22 oktaybr 2023cü il tarixdə qızı, onun övladları və həyat yoldaşı X25 rayonuna yola saldığını, 2 həftə sonra həyat yoldaşı yenidən Türkiyəyə qayıtdığını, 22 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs zəng etdiyini və qızı ilə danışmaq istədiyini bildirdiyini, Ülvinin müxtəlif bəhanələr gətirərək danışmağa imkan vermədiyini, daha sonra həyat yoldaşı ona bacısı X5 həyat yoldaşı tərəfindən döyüldüyünü bildirdiyini dediyini, Şərur rayonunda yaşayan qardaşı Əli Sadiqov və onun həyat yoldaşı Şərabanı Sadıqova ilə danışdıqlarını, Ziniyəti Təqsirləndirilən şəxs alıb öz evlərində gətirməsini dediklərini, Daha sonra da, Şərur rayonuna gəldiklərini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il 1715 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi ekspertizası zamanı bədən səhti üzərində aşkar edilmiş xəsarətlər; hər iki gözünün alt nahiyyələrində, sağ sağrı nahiyyəsində, sol bazusunda və hər iki kürək nahiyyələrində qançırlar, hər iki gözün ağlı qişasında qansızma və sağ almacıq nahiyyəsində sınıq küt mexanizmidən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan ambulator məhkəmə-psixatirik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 xx.xx.2023-cü il tarixli 429 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Emosional davamsız şəxsiyyət pozuntusu” psixi xəstəliyi olmuş, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarekterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onlrı idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlığı istisna edən psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi cəhətdən normal inkişaf etdiyi, onun dünyagörüşü və bilikləri aldığı təhsilə və onu əhatə edən sosial mikromühitə uyğun olduğu, onun əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmadığı, ətraf aləmin predmet və hadisələrini analiz və sintez etməkdə çətinlik çəkmədiyi, ona təqdim olunmuş anlayışların müqayisəsi və təsnifatı zamanı, eləcə də onların əsas əlamətlərini müəyyən edərək, predmet və hadisələrin mahiyyətini qavramaq və anlamaqla, həm əsas, həm də ikinci dərəcəli əlamətlərdən çıxış etdiyi, Təqsirləndirilən şəxs sensor etalonları ayrıd etməyi bacardığı, yaşadığı sosial mikromühitə uyğun olaraq kifayət qədər lüğət ehtiyatına malik olduğu, öz fikirlərini başqalarına çatdıra bildiyi, Təqsirləndirilən şəxs hafizəsi ilk növbədə ixtiyarı yaddasaxlaması normal səviyyədə olduğu, Təqsirləndirilən şəxs refleksiya xüsusiyyətləriöz daxili təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla təhlil və tərkib proseslərinin normaya uyğun olduğu, ixtiyari yadda saxlamasının normal olduğu, Təqsirləndirilən şəxs refleksiya xüsusiyyətləri öz daxili aləmini, fikir və hisslərinitəhlil etmə qabiliyyətini, davranışını, kənar adamlara olan münasibətini görmək bacarığının normal səviyyədə olduğu, Təqsirləndirilən şəxs bu və ya digər halları qavramaq, yadda saxlamaq və yada salmaq imkanaına malik olduğu, Təqsirləndirilən şəxs hadisə zamanı sinir-psixi gərginlik halını keçirdiyini, keçirmiş olduğu sinir-psixi gərginlik halı qarşılaşdığı şəraitlə yoldaşı X2 ona qarşı bir neçə dəfə xəyanət etməsini yəyqin etməsi ilə şərtləndiyi, Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olduğunu,Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkdiyi, onun fərdipsixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmadığı, Təqsirləndirilən şəxs bu və ya digər halları qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəməyədək sadələşdirilmiş icraatın açılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Türkiyə Respublikası Bakırköy 1-ci X42 Məhkəməsi tərəfindən “azyaşlının cinsi istismarı” cinayəti törətdiyinə görə 8 il 4 ay azadlıqdan həhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə TR ƏN X39 evində cəza çəkməyə başlamış, xx.xx.2023-cü il tarixdən Tr Kırşehir 1 X43 İnfaz Qurumuna köçürülmşüdür. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 xx.xx.2023-cü il tarixli 1888 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.05.201-cu il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şərur rayon Şəhriyar kənd İƏDN-in arayışından görünür ki, Təqsirləndirilən şəxs ev təsərrüfatlarının uçotu kitabında tək qeydiyyatda durur. X12, X19, X10, X20, X21 və X11 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin hallarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə notarial ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə həmin məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə məhkəmə xərci olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirənin tətbiqi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.8, 40.3, 43.1.2, 156.4, 321.2.1, 344-347, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə xərci olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-5/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-5/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver