Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-6/2020 21.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə islas katibliyi ilə, X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətini nəzərdən keçirib, müəyyən etdim: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, X7 ilə 2014-cü il tarixdə ailə qurublar, bu nikahdan iki övladları- xx xxx 2015-ci ildə X2 və xx xxxxxx 2016-cı ildə X3 anadan olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Şərur Rayon Məhkəməsində Aytən Bağırova ilə aralarında olan nikah pozulmuş, bu nikahdan olan iki övladları Aytən Bağırovanın yanında qalması və Vurğuna uşaqları ilə ona görüş-ünsiyyət qaydası müəyyən edilmişdir. O, 2019-cu ilin iyul ayından övladları ilə atasının himayəsində yaşayır. Aralarındakı nikahın ləğvinə ayrı yaşamalarına baxmayaraq, onun ********** nömrəli mobil telefonuna Vurğun Allahverdiyev ********** nömrəli telefonundan ona zəng edir, onu təhqir edir, nalayiq söyüşlər söyür, onun nömrəsini blok etməsinə baxmayaraq, Vurğun Allahverdiyev anasının, qardaşının və başqa qohumlarının (**********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********) nömrəli telefonları ilə ona zəng edir, onu təhqir edir, nalayiq söyüşlər söyür, nalayiq mesajlar yazır. Vurğun Allahverdiyev onun valideynlərini də eyni əməllərlə təhqir edir. Onun bu əməllərinə son qoymasını dəfələrlə tələb etsələr də, buna məhəl qoymur. Bu barədə dəflərlə Şərur rayon Polis şöbəsinə müraciət ediblər, lakin Vurğun Allahverdiyev hüquqazidd hərəkətlərini davam etdirir. 2019-cu ilin avqust ayından bu günə qədər işlədiyi məktəbdə müəllimlər, işçilər və şagirdlərin qarşısında onu təhqir edir, ona qarşı nalayiq söyüşlər söyür və onu ölümlə hədələyir, bütün bunları şahidlər Naxçıvan şəhərində qeydiyyatda duran, Şərur rayon Gümüşlü kəndində yaşayan X10, Şərur rayon Yuxarı Yaycı kəndində qeydiyyatda duran, Şərur rayon Gümüşlü kəndində yaşayan X11 və Şərur rayon Gümüşlü kəndində qeydiyyatda duran və yaşayan X6 da təsdiq edə biləcəyini bildirir (sübut kimi şahid ifadələrini işə əlavə edir). Nəticədə onun şərəf və layaqətini kollektiv arasında alçaldaraq, ona ağır mənəvi ziyan vurmuşdur, O, ağır iztirablar və sarsıntılar keçirib, dəfələrlə ona həkim yardımı göstərilib, səhhətində ciddi pozuntular olub. Bütün bu hərəkətləri ilə X7 bilərəkdən və qəsdən ona maddi və mənəvi zərər yetimişdir. Vurğun Allahverdiyevin ona qarşı etdiyi əməllərin nəticəsində iş yerini dəyişmək məcburiyyətində qalmışdır. Vurğun Allahverdiyev yuxarıda göstərilmiş telefonlarla və işlədiyi kollektiv arasında onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, Aytən Zellabdın qızını xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş həyat yoldaşı Şərur rayon Gümüşlü kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə xüsusi ittihamçı X12 məhkəməyə ərizə ilə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə müraciət etdiyini, hal hazırda uşaqlarının xətrinə, onların gələcəyi üçün X4 qarşı heç bir şikayətinin olmadığını, şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, X9 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyindən, Şərur Rayon Məhkəməsində onun X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X8 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayətvermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.8., 302.2.3. və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X8 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-6/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-6/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver