Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-6/2023 31.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 oğlunun, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Şərur rayon Ələkli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmamış, işsiz, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan, barəsində 16 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilən, hal-hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, Zərərçəkmiş şəxs6 oğlunun etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək, 2021-ci ilin iyul ayının ortalarında ona məxsus 4100 (dörd min yüz) kiloqram buğdanı 2050 (iki min əlli) manat dəyərində alaraq ümumilikdə 1920 (bir min doqquz yüz iyirmi) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək, 2021-ci ilin avqust ayında ona məxsus 1500 (bir min beş yüz) kiloqram buğdanın kilosunu 60 qəpikdən olmaqla 900 (doqquz yüz) manat müqabilində alaraq ümumilkdə 820 (səkkiz yüz iyirmi) manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək, 2021-ci ilin avqust ayında ona məxsus 3270 (üç min iki yüz yetmiş) kiloqram buğdanın kilosunu 60 qəpikdən olmaqla 1962 (bir min doqquz yüz altmış iki) manat müqabilində alaraq ümumilikdə 1882 (bir min səkkiz yüz səksən iki) manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmiş, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək, 2021-ci ilin avqust ayında ona məxsus 1200 (bir min iki yüz) manat müqabilində bir baş iri buynuzlu heyvanı alaraq ümumilkdə 1050 (bir min əlli) manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmiş, Zərərçəkmiş şəxs4 Bəhman qızının etibarından suiistifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək 2021-ci ilin avqust ayının sonlarında ona məxsus 2250 (iki min iki yüz əlli) manat müqabilində bir baş iri buynuzlu heyvanını alaraq ümumilkdə 2250 (iki min iki yüz əlli) manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmiş, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib pulunu yaxın günlərdə verəcəyini yalandan vəd verərək 2021-ci ilin avqust ayının ortalarında ona məxsus 1000 (bir min) manat müqabilində bir baş iri buynuzlu heyvanını alaraq ümumilikdə 920 (doqquz yüz iyirmi) manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il tarixində heç bir yerdə işləmədiyi üçün alver etmək qərarına gəldiyini, ona görə Şərur rayon ərazisində dənli bitkilərdən sayılan arpa, buğda, həmçinin də iri və xırda buynuzlu heyvanların alqı satqısı ilə məşğul olmağa başladığını, həmin ərəfədə Şərur rayon Qışlaqabbas kənd sakini Zərərçəkmiş şəxs3 bir baş iri buynuzlu satılıq heyvanın olduğunu eşitdiyini, həmin şəxsin yaşadığı Şərur rayon Qışlaqabbas kəndində yerləşən evinə getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs3 ailə üzvlərinin də evdə olduqlarını, onda olan bir baş erkək danaya baxdığını, həmin dananın ətli olduğuna görə xoşuna gəldiyini, dananı alıb aparıb baha qiymətə sataraq qazanc əldə edə biləcəyini düşündüyünü, pulunu yaxın günlərdə verəcəyini bildirərək Zərərçəkmiş şəxs3 ilə razılaşıb ona məxsus bir baş iri buynuzlu heyvan olan erkək dananı 1000 (bir min) manat müqabilində nisyə aldığını, sonra həmin heyvanı Şahbuz rayonunda tanımadığı bir şəxsə 1100 ( bir min yüz) manata satdığını, həmin puldan 50 (əlli) manatını X2 verdiyini, qalan pulu isə əvvəlcədən borclu olduğu şəxslərə verdiyini, maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs3 olan borcunu qaytara bilmədiyini, 2021-ci ilin avqust ayında alver ilə məşğul olduğu dövrdə Şərur rayon Qışlaqabbas kənd sakini Zərərçəkmiş şəxs1 dənli bitki sayılan buğda olduğunu və həmin buğdanı satmaq istədiyini eşitməsini, Şərur rayon Qışlaqabbas kənd sakini olan X1 qazel markalı avtomobili ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getdiklərini, Zərərçəkmiş şəxs1 ilə razılaşaraq onda olan 1500 (bir min beş yüz) kiloqram buğdanın kiloqramını 0.60 qəpikdən olmaqla nisyə aldığını və ona olan 900 (doqquz yüz) manat pul borcunu 3 gün içərisində ödəyəcəyinə dair vəd verdiyini, sonra həmin 1500 (bir min beş yüz) kiloqram buğdanı X1 qazel markalı avtomobilinə yükləyib Şahbuz rayonunda tanımadığı şəxslərə kiloqramını 50 qəpikdən satdığını, əldə etdiyi puldan 30-40 manatını Səfər Abuzərova verdiyini, bundan başqa yenə 2021-ci ilin avqust ayının ortalarında alver ilə məşğul olduğu zamanlarda Şərur rayon Qışlaqabbas kənd sakini Zərərçəkmiş şəxs2 satılıq buğda olduğunu eşitməsini, yenə də X1 idarə etdiyi qazel markalı avtomobil ilə həmin şəxsin yaşadığı ünvana getdiklərini, Zərərçəkmiş şəxs2 ona evində 3270 (üç min iki yüz yetmiş) kiloqram buğdası olduğunu və həmin buğdanı da satmaq istədiyini bildirdiyini, sonra ona həmin buğdanı nisyə alacağını, pulunu isə 5 gün sonra verəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs2 ilə razılaşaraq 3270 (üç min iki yüz yetmiş) kiloqram buğdanın kiloqramını 0.60 qəpikdən hesablayaraq 1962 (bir min doqquz yüz altmış iki) manat müqabilində Zərərçəkmiş şəxs2 nisyə aldığını, həmin buğdanı da X1 qazel markalı avtomobilinə yükləyib Şahbuz rayonunda tanımadığı şəxslərə kiloqramını 50 qəpikdən satdığını, həmin puldan 30-40 manatını da Səfər Abuzərova verdiyini, lakin bu günə kimi maddi imkanı olmadığı üçün həmin şəxslərə olan borcunu qaytara bilmədiyini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində 2021-ci il tarixdə Şərur rayon Qışlaqabbas kənd ərazisində qazanc əldə edə bilmək üçün dənli bitki sayılan buğda əkmiş olduğunu, həmin buğdanı hasilə çatdıqdan sonra biçdirib satmaq məqsədilə həyətinə gətirdiyini, 2021-ci ilin avqust ayında onun Şərur rayon Qışlaqabbas kəndində yerləşən evinə həmkəndlisi X3 ilə birlikdə tanımadığı bir şəxsin gəldiyini, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, özünün də Şərur rayon Ələkli kəndində yaşadığını bildiyi şəxsin ona buğda almaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs gələn zaman onun evində 1500 (bir min beş yüz) kiloqram buğdanın olduğunu, Təqsirləndirilən şəxs həyətdə olan buğdanın hamısını almaq istədiyini bildirdiyini, onunla kiloqramını 0.60 qəpikdən satmaq şərtilə razılaşdığını, aralarında olan danışığa əsasən 1500 (bir min beş yüz) kiloqram buğdaya görə Təqsirləndirilən şəxs ümumilkdə 900 (doqquz yüz) manat pul alacaq olduğunu, Ruslanın içərisində buğda olan kisələri həmkəndlisi Səfər Abuzərovun nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobilinə yüklədiyini, buğdanı avtomobilə yüklədikdən sonra Təqsirləndirilən şəxs ona buğdanın pulunu üç gün sonra verəcəyini bildirdiyini, onun bu sözlərinə etiraz etdiyini və ona bu sözləri nə üçün buğdanı avtomobilə yüklədikdən sonra deyirsən sözlərini dediyini, Təqsirləndirilən şəxs ona “arxayın ol borcumu mütləq qaytaracağam” sözlərini deyərək yalandan vəd verdiyini, onun vədinə inanıb onunla razılaşdığını, 3 gün keçdikdən sonra həmin şəxsin ona olan borcunu qaytarmadığını, Təqsirləndirilən şəxs nömrəsini tapıb onunla bir müddət telefon vasitəsilə əlaqə saxladığını, Təqsirləndirilən şəxs bəzi hallarda ona pulunu yaxın müddət ərzində verəcəyini bildirirdiyini, bəzən isə telefonunu açmadığını, daha sonra həmin şəxsin dələduz olduğunu və başqa bir neçə nəfəri də, aldatdığını öyrəndiyini, indiyədək nə qədər çalışsa da həmin pulu ona verməkdən boyun qaçırdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində 2021-ci il tarixində Qışlaqabbas kənd ərazisində qazanc əldə edə bilmək üçün dənli bitkilərdən sayılan buğda əkmiş olduğunu, həmin buğdanı biçdirib satmaq üçün həyətinə gətirdiyini, həmin ilin avqust ayında həmkəndlisi X3 ilə birlikdə sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin onun Şərur rayon Qışlaqabbas kəndində yerləşən evinə gəldiklərini, Təqsirləndirilən şəxs ona buğda almaq istədiyini bildirdiyini, həmin vaxt da onun evində 3270 (üç min iki yüz yetmiş) kiloqram buğdanın olduğunu, Təqsirləndirilən şəxs ona buğdanı nisyə alacağını və 5 gün sonra pulunu verəcəyini bildirdiyini, onun vədinə inanaraq onunla razılaşdığını, 5 gün içərisində pulunu almaq şərtilə 3270 (üç min iki yüz yetmiş) kiloqram buğdanı kiloqramı 0.60 qəpikdən olmaqla 1962 (bir min doqquz yüz altmış iki) manata Təqsirləndirilən şəxs satdığını, Təqsirləndirilən şəxs buğdanı ondan aldıqdan sonra həmkəndlisi Səfər Abuzərovun “Qazel” markalı avtomobilinə yükləyərək çıxıb getdiklərini, bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona olan borcunu qayttarmadığını görüb, həmin şəxsin mobil nömrəsini tapıb bir müddət telefon vasitəsilə əlaqə saxladığını, həmin şəxsin dələduz olduğunu və ondan başqa bir neçə nəfəri də, aldatdığını öyrəndiyini, indiyədək nə qədər çalışsa da, Təqsirləndirilən şəxs qalan pulunu ala bilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində heç bir dövlət təşkilatında işləmədiyini, ona görə də ailə üzvlərinin köməkliyi ilə ailəni dolandırmaq məqsədilə iri buynuzlu heyvanlar saxlamaqla məşğul olduğuğnu, saxladığı həmin heyvanları sataraq ailəsinin dolanmasında az da olsa köməklik etdiyini, 2021-ci ilin avqust ayının ortalarında bir baş erkək iri buynuzlu heyvanı olduğunu, həmin heyvanı satmaq fikri olduğundan, kənd camaatına və qəssabçılıq fəaliyyətilə məşğul olan şəxslərə satılıq iri buynuzlu heyvanının olduğunu bildirdiyini, həmin heyvanı almaq üçün bir neçə qəssəbın onun yaşadığı evə gəldiklərini, onların heyvana baxıb bəyənsələrdə ancaq qiymətində onlarla razılaşmadığı üçün heyvanı satmadığını, bir neçə gün keçdikdən sonra tanımadığı bir cavan oğlanın onlara gələrək mal-alqı satqısı ilə məşğul olduğunu, adının Təqsirləndirilən şəxs, özünün də Şərur rayon Ələkli kəndində yaşadığını bildirdiyini, sonra həmin şəxsin saxladığı bir baş erkək danaya baxdığını, Təqsirləndirilən şəxs ona dananı bəyəndiyini və həmin dananı almaq istədiyini bildirdiyini, ona dananı 1000 (bir min) manata satmaq fikrinin olduğunu bildirən zaman, Təqsirləndirilən şəxs dananı apardıqdan sonra yaxın günlər ərzində pulunu gətirəcəyini bildirdiyini, Ruslanın vədinə bir qonşu kəndli olduğu üçün inandığını və yaxın günlərdə pulunu gətirmək şərtilə Ruslana iri buynuzlu heyvanı 1000 (bir min) manat müqabilində satdığını, Ruslandan nə vaxt dananın pulunu istəsə də, hər dəfəsində onun müxtəlif bahənələr gətirərək pulu verməkdən yayındığını, ona görə də Təqsirləndirilən şəxs onu aldatdığını görüb məcburiyyət qarşısında qalaraq Şərur Rayon Polis İdarəsinə gəlib ondan yazılı şəkildə şıkayət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində heç bir yerdə işləmədiyi üçün iri buynuzlu heyvanlar saxlayaraq onları bəsləyib satmaqla məşğul olduğunu, əldə etdiyi qazancla ailəsinin dolanışığına köməklik etdiyini, 2021-ci ilin təxminən avqust ayının sonlarında evdə olan zaman həmkəndlisi olan X3 ilə tanımadığı bir cavan oğlanın onun yaşadığı evə gəldiyini, həmin tanımadığı şəxsin ona heyvan alqı satqısı ilə məşğul olduğunu bildirdiyini, sonra onda satılıq iri buynuzlu heyvanın olub-olmamağını soruşduğunu, Ruslana bir baş iri buynuzlu heyvanının olduğunu, həmin heyvanı 2250 (iki min iki yüz əlli) manata satmaq istədiyini bildirdiyini, sonradan adının Ruslan olduğunu bildiyi şəxsin ona həmin dananı almaq istədiyini söylədiyini, ona etiraz etmədiyini, Ruslanın dananı Səfər Abuzərova məxsus Qazel markalı avtomobilinə mindirdikdən sonra ona pulunu ən geci 4 gün içərisində verəcəyini bildirdiyini, Ruslanın yalan vədinə inanaraq onunla razılaşdığını, Ruslanın həmin dananı apardığını, söz verdiyi vaxt gəlib çatanda Ruslandan dəfələrlə pulunu istədiyini, ancaq o hər dəfəsində müxtəlif bahənələr gətirərək dananın pulunu vermədiyini,ona görə də məcbur qalıb şikayət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində oğlunun müalicəsi üçün bir baş iri buynuzlu heyvan saxlamış olduğunu, 2021-ci ilin avqust ayının 8də evdə olan zaman tanımadığı bir cavan oğlanın onun yaşadığı evə gələrək heyvan alqı satqısı ilə məşğul olduğunu bildirdiyini, ona bir baş iri buynuzlu heyvanının olduğunu və həmin heyvanı 1200 (bir min iki yüz) manata satmaq istədiyini bildirdiyini, sonradan adının Ruslan olduğunu bildiyi şəxs pulunu 4 gün içərisində verəcəyini bildirərək heyvanı məndən nisyə alıb apardığını, Ruslanın vəd verdiyi vaxtın gəlib çatdığını, ancaq həmin şəxsin ona məxsus heyvanın pulunu vermədiyini, Ruslanın heyvanın pulunu vermədiyini görüb, dəfələrlə onun yaşadığı Ələkli kəndində yerləşən evinə getdiyini, Ruslanın hər dəfəsində müxtəlif bahənələr gətirərək pulu yaxın günlərdə verəcəyinə söz verdiyini, ancaq bu günə kimi həmin şəxsdən 1200 (bir min iki yüz) manat puldan cəmi 150 (bir yüz əlli) manat pul almış olduğunu, pulun qalan hissəsini Ruslandan ala bilmədiyini görüb polis idarəsinə ərizə ilə müraciət edərək şikayətini bildirdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 oğlu ifadəsində təqaüdçü biri olmaqla yanaşı həmçinin də fərdi təsərrüfatla məşğul olduğunu, əsas məşğuliyyətinin dənli bitkiləri əkib becərməkdən ibarət olduğunu, əkib becərdiyi məhsulların ərsiyyə gələn zaman həmin məhsulları topdan və ya pərakəndə satıb, əldə etdiyi qazancla ailəsini dolandırdığını, 2021-ci ilin iyul ayının ortalarında pay torpaqlarında işləyən zaman sonradan adının Ruslan olduğunu bildiyi şəxsin onun yanına gəldiyini, Ruslanın ondan buğda olub-olmadığını soruşduğunu, Ruslana buğda olduğunu ancaq satmaq fikrinin olmadığını bildirdiyini, Ruslanın ərazidən çıxıb getdiyini, həmin günü günorta saatlarında evə gələn zaman həyətdə Ruslanın buğdanı kisələrə doldurduğunu gördüyünü, Ruslana mən sənə demişdim ki, buğdanı satmıram, nə üçün buğdanı kisələrə doldurursan sözlərini deməsini, sonra Ruslanın əziyyətini görüb fikrindən daşındığını, buğdanı ona satmaq qərarına gəldiyini, 4100 (dörd min yüz) kiloqram buğdanın kiloqramını 0.50 qəpikdən olmaqla 2050 (iki min əlli) manata Təqsirləndirilən şəxs satdığını, Ruslanın içərisində buğda olan kisələri Şərur rayon Xanlıqlar kənd sakini Sahib adlı şəxsin qazel markalı avtomobilinə yüklədikdən sonra ona buğdanın pulunu 3-4 gün içərisində verəcəyini bildirdiyini, onun yalan vədinə inanaraq ona etiraz etmədiyini, lakin Təqsirləndirilən şəxs həmin pulu qaytarmadığını, bir neçə dəfə evlərinə getdiyini, hər dəfəsində pulu yaxın günlərdə verəcəyini bildirərək pulu qaytarmaqdan yayındığını, ona görə də Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət edərək şikayət etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan 13 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Hüseynov tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması üçün icraatına qəbul edilmiş və Şərur rayon Qışlaqabbas kənd sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Cinayət işinin başlanmasına səbəb və əsas Şərur rayon Qışlaqabbas kənd sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri və həmin ərizələr əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan MR Vəkillər Kollegiyasının vəkili Müdafiəçi dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 64-cü vərəqində olan 15 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il tarixində anadan olmuş, orta təhsilli, evli-3 uşaq atası, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləyən, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2.-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, qərarın surəti şübhəli şəxsə verilmişdir. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqində olan 16 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 97-ci vərəqində olan Şərur Rayon Məhkəməsinin 4(110)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 107-ci vərəqində olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat- İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqində olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin xx.xx.2023-cü il tarixli, 03/190 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Təqsirləndirilən şəxs adına daşınmaz əmlak mövcud deyil. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqində olan Şərur rayon Ələkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 107 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Ələkli kəndində yaşayır. Cinayət işinin 1-ci cildinin 139-cu vərəqində olan Şərur rayon Ələkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Dəmirçi kəndində anadan olub, haliyyədə Şərur rayon Ələkli kəndində anadan olmuşdur. O kənd ərazisində olduğu müddətdə özünü sakit aparmış, kəndin ictimai işlərində yaxından köməklik etmişdir, Təqsirləndirilən şəxs məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə aparılmışdır, həqiqi hərbi xidmətdən gəldikdən sonra o valideynlərinə yaxından köməklik etmişdir, Təqsirləndirilən şəxs Şərur rayon Ələkli kəndində yaşayır, ailəlidir, 3 övladı var. Cinayət işinin 1-ci cildinin 142-ci vərəqində olan 13 aprel 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs6 oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqində olan 13 aprel 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon Qışlaqaabas kənd sakini Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqində olan 13 aprel 2023-cü il tarixli “Zərəçəkmiş şəxs qismində tanınma” qərardan görünür ki, Şərur rayon Qışlaqaabas kənd sakini Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 199-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 360 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional vəziyyətində heç bir dəyişikliklər yaranmanışdır. Təqsirləndirilən şəxs psixi xüsusiyyətləri və əqli inkişafına görə etdiyi hərəkətləri qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs bu və ya digər hadisələri yadda saxlamaq və yada salmaq imkanına malikdir. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxslərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, işdə olan zərərçəkmiş şəxslərin izahatlarını, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin heç biri ilə barışıq əldə etməməsini, onlara vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 15 fevral 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 oğlu cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə bağlı müraciət etməmişlər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 oğluna cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsazadlığının faktiki məhdudlaşdırıldığı 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 oğluna Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara vurduğu zərəri mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-6/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-6/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver