Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-6/2025 25.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Nağıyev Habil Adil oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə . . . müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1, Qanuni nümayəndəsi: Qanuni nümayəndə1, Müdafiəçisi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2, Qanuni nümayəndəsi: Qanuni nümayəndə2, Müdafiəçisi: Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakları ilə 22 avqust 2008-ci il tarixdə Şərur rayonunun Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işsiz, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 10 yanvar 2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 2008-ci il tarixdə Şərur rayonunun Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, işsiz, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 10 yanvar 2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər (Təqsirləndirilən şəxs1 təkrarən oğrluq etmişdir). Belə ki, Təqsirləndirilən şəxs1 31 dekabr 2024-cü il tarixdə, saat təxminən 09:30 radələrində qanunsuz olaraq qonşusu Zərərçəkmiş şəxs məxsus Şərur rayon Kürkənd kəndində yerləşən evinə evin giriş qapısının kilid açarını qapının yanında olan daşın altından götürərək qanunsuz olaraq evə daxil olmuş, evin qonaq otağında olan şkafın içərisindəki qırmızı rəngli saat qutusunun içərisindən 300 manat və 100 ABŞ dolları pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 470 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Şərur rayon Kürkənd kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq etmələri ilə bağlı razılıq əldə etmiş, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 04 yanvar 2025-ci il tarixdə, saat təxminən 19:00 radələrində Zərərçəkmiş şəxs evinin önündə gözətçilik etmiş, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evinə evin giriş qapısının kilid açarını qapının yanında olan daşın altından götürərək qanunsuz daxil olmuş, evin qonaq otağında olan şkafın içərisindəki qırmızı rəngli saat qutusunun içərisindən 50 manat, həmin qutunun yanında olan qənd qabının içərisindən ümumi çəkisi 3.15 qram, 585 əyarlı, dəyəri 267,75 manat olan 01 ədəd qızıl üzük, ümumi çəkisi 1.25 qram olan, 585 əyarlı, dəyəri 106,25 manat olan 01 cüt qızıl sırğanı gizli olaraq talayaraq yaşayış sahəsinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə ümumilikdə 424 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Quliyev X11 Vəli Natiq oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, Təqsirləndirilən şəxs1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 31 dekabr 2024-cü il tarixdə saat 09:30 radələrində kənddə gəzən zaman həmkəndlisi və qonşuları Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə evdən çıxdıqlarını görmüş, onlarla gediş gəlişləri olduğu üçün onların evdən çıxan zaman açarı qapının ağzındakı daşın altına qoyduqlarını bildiyindən, onların evinə daxil olaraq oğurluq etmək qərarına gəlmiş, daşın altından açarı götürərək qapını açmış, içəri daxil olaraq evi axtarmağa başlamış, qonaq otağında olan şkafın gözündə qırmızı rəngli saat qabının olduğunu görmüş, həmin qabın içərisində pul olduğunu görüb oradan 100 ABŞ dolları və 100 manat pul götürərək evdən çıxmış, həmin gün Şərur şəhərinə gedərək dönər yemiş, daha sonra bazarda 100 ABŞ dolları pulu xırdalamış, 169 manat pul götürmüş, Şərur şəhərində yerləşən ət bazarının aşağısında Emin, Ülvi, Coşqun və İsa adlı dostları ilə birlikdə pivə içmiş, həmin gün axşam saatlarında Naxçıvan şəhərinə getmiş, orada da, xeyli pul xərcləmiş, 01 yanvar 2025-ci il tarixdə kənddə dostu Təqsirləndirilən şəxs2 ilə görüşmüş, 29 dekabr 2024-cü il tarixdə Adəm ondan 20 manat borc pul istəmiş, həmin vaxt pulu olmadığı üçün verə bilməmiş, bu səbəbdən də, cibində qalan son 20 manat pulu Adəmə vermiş, Adəm pulu haradan aldığını soruşduqda ona həmkəndlisi Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini "gözün onların evində olsun, nə vaxt evdən çıxsalar de yenə gəlimsözlərini demiş, Adəm onunla razılaşmış, bundan sonra 04 yanvar 2025-ci il tarixdə saat 18:40 radələrində evdə olarkən atası Qanuni nümayəndə1 dostu Təqsirləndirilən şəxs2 onu çağırdığını demiş, çölə çıxmış, bu zaman Adəm ona Vasifgilin evdə olmadığını bildirib ondan “Whatsapp”a girməyini istəmiş, evə girib atasının telefonu ilə Adəmə yazıb nə baş verdiyini soruşmuş, o, Vasifgilin evdə olmadığını evlərinin açarının isə həyətdə daşın altında olduğunu bildirmiş, həmin vaxt hava qaranlıq olmuş, atasına Şərur şəhərinə getdiyini bildirərək evdən çıxmış və Adəmin yanına getmiş, orada özünün evə girməsi, Adəmin isə çöldə gözləyərək kimsə gəlsə ona xəbər verməsi barədə razılaşmışlar. Daha sonra Vasifgilin qapılarının ağzında yerdə olan daşın altından açarı götürərək qapını açıb evə daxil olmuş, evin giriş qapısı ilə üzbəüz otağa daxil olmuş, orada şkafın içərisində olan qırmızı rəngli saat qutusunun içərisindən 50 manat pul götürmüş, qutunun içərisində əlavə olaraq 1 ədəd 50 manatlıq, 1ədəd 100, 1 ədəd 20, 1ədəd 10, 2 ədəd 5-lik türk lirəsi olmuş, şübhə çəkməmək üçün həmin pulları götürməmiş, daha sonra şkafı axtarmağa başlamış, oradan olan qənd qabının içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qabın içərisində 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğa götürərək cibinə qoymuş, daha sonra evdən çıxaraq qapını bağlamış və açarı daşın altına qoyaraq Adəmin yanına getmişdir. Adəm “mənə 20 manat ver borcumu verim bəsimdi sözlərini demiş, onunla razılaşmış, pulu xırdalamaq üçün həmkəndlisi Cəlil Ələkbərova məxsus “Vaz 2107” markalı avtomobillə Şərur şəhərində yerləşən “Əmioğlu” marketə getmiş, oradan özünə 4 manat 30 qəpiyə bir qutu “kent 4” markalı siqaret almış, taksi sürücü Cəlilə 2 manat yol pulu və ona əvvəldən olan 10 manat borcunu vermiş, daha sonra bazarın böyründəki çay evində onları əvvəlcədən gözləyən dostları İsa, Vahid və Əlinin yanlarına gedib çay içərək domino oynamışlar, orada uşaqlardan digər dostu Hüseyn Nəcəfovun nömrəsini alıb Adəmin telefonu ilə ona whatsappdan yazaraq "məndə qızıl var onları Naxçıvanda satmaq olar?” sözlərini yazmış, Hüseyn də həmin qızılların şəkillərini ona atmağını istəmiş, qızılların şəklini çəkib Hüseynə göndərmiş, Hüseyn “gəl Naxçıvana sataq” sözlərini demiş, daha sonra həmin fotoşəkili telefondan silmiş, Adəmin telefonu ilə həmkəndlisi Nəsibin oğlu Həsənə zəng vuraraq onu şəhərə aparmasını istəmiş, daha sonra Adəmdən onunla getməsini istəsə də o, evə gedəcəyini bildirmiş, daha sonra ona 21 manat vermiş, Həsən gəldikdən sonra onunla 15 manata razılaşıb şəhərə getmiş, Hüseynə Həsənin telefonu ilə zəng vurub harada olmasını soruşmuş, Hüseyn "Karvan" kafesində olduğunu bildirmiş, Hüseynin yanına getmiş, Hüseyn ona "Faytonçuya gedək” demiş, onunla razılaşaraq faytonçu kafeyə getmiş, orada bir-iki bakal pivə içdikdən sonra Hüseynə “dəqiq qızılları sata biləcəyik” sualını vermiş, Hüseyn ona “hə narahat olma satacayıq, sən o, qızılları haradan almısan” sualını vermiş, ona qızılların özünə məxsus olduğunu bildirmiş, daha sonra kafedə olan 2 qızı stoluna dəvət etmiş, qızlar da viski içməyə başlamış, saat təqribən 05:00 radələrində 300 manatdan çox hesab ödəyərək oradan çıxmışlar. Hesabı Hüseyn ödəmişdir. Daha sonra Hüseyn onu taksi ilə kirayə yaşadığı Naxçıvan şəhərində yerləşən evə göndərmiş, özü isə dostları ilə görüşdükdən sonra gələcəyini bildirmiş, evə çatdıqdan sonra tək olduğu üçün qorxmuş, aşağı düşərək marketin önündə süpürgəçi işləyən bir nəfərin telefonu ilə Hüseynə zəng vuraraq digər həmkəndlisi Qadir gilə getdiyini bildirmiş, saat təxminən 11:00 radələrində Hüseyn gəlib onu oyatmış, taksi ilə Naxçıvan şəhərində yerləşən 57 bazarına getmiş, özü 1-ci mərtəbədə gözləmiş, Hüseyn yuxarı qalxaraq qızılları 340 manata satmış, həmin puldan 20 manatını ona vermiş, qalan pulu isə gecə ödədiyi şota çıxmışdır. Hüseyn Nəcəfov qızılları satan zaman oğurluq olduğunu bilməmiş, ona qızılların özünün olduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırıldığını, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 31 dekabr 2024-cü il tarixdə saat 09:00 radələrində evdən çıxaraq Naxçıvan şəhərinə getmiş, həmin gün gecə 02:00 radələrində evə qayıtmış, səhəri gün məhlədə dostu Təqsirləndirilən şəxs1lə rastlaşmış, birlikdə Şərur şəhərinə gəlmişlər, Vəli ona 20 manat pul vermiş, ondan həmin pulu nə məqsədlə verdiyini soruşmuş, Vəli “mənim pulum çoxdur bunuda sənə verirəm” sözlərini demiş, Vəli ona “Vasif gildən oğurluq etmişəm, gözün onların evində olsun, nə vaxt evdən çıxsalar de yenə gəlim” sözlərini demiş, onunla razılaşmış, 04 yanvar 2025-ci il tarixdə saat təxminən 19:00 radələrində siqaret çəkmək üçün çölə çıxmış, həmin vaxt hava qaranlıq olmuş, Zərərçəkmiş şəxs evində kimsənin olmadığını görmüş və "Whatsapp" dan Vəlinin atasının telefonuna “səninlə işim var” sözlərini yazmış, lakin Vəli mesajı oxumadığından onlara gedib pəncərələrini döymüş, bu zaman Vəlinin atası Natiq Vəlinin yemək yediyini bildirmiş, Natiqdən Vəlinin 2 dəqiqəliliyinə gəlməsini xahiş etmiş, bu zaman Vəli çölə çıxıb yemək yediyini bildirmiş, ondan təcili "Whatsapp"a girməsini istəmiş, Vəli bundan sonra evə getmiş, öz həyətlərinə gedib yenidən siqaret yandırmış, bir neçə dəqiqə sonra Vəli onun yanına gəlmiş, Vəli ondan orada gözləməsini və göz qulaq olmağını tapşırıb Vasifgilin evinə girmiş və təxminən 20 dəqiqə sonra evdən çıxıb ondan nə qədər borcunun olduğunu soruşmuş, Vəliyə 20 manat borcunun olduğunu bildirmiş, Vəli taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Cəlilə zəng vurub onları Şərur şəhərinə aparmasını xahiş etmiş, Vəli 20 manat pulu Şərur şəhərində ona verəcəyini bildirmiş, taksi işləyən Cəlil gəlib onları apararkən yolda dostları İsa, Vahid və Əliyə zəng vurub harada olduqlarını soruşmuş, onlarda Şərur şəhərində yerləşən çayxanada olduqlarını bildirdimişlər, çayxanaya getdikdən sonra Vəli ondan telefonunu istəyib çölə çıxmış, təxminən bir neçə dəqiqə sonra Vəlinin gəlmədiyini görüb onun arxasınca getmiş, həmin vaxt Vəlinin telefonla danışdığını görmüş, Vəli danışıb qurtardıqdan sonra telefonu istəmiş və uşaqların gözlədiklərini bildirmiş, içəri girdikdən 5 dəqiqə sonra Vəli ardınca gələrək onu çölə çağırmış, ona 21 manat pul vermiş və şəhərə getməli olduğunu bildirərək ondan gedib-getmədiyini soruşmuş, Vəliyə gedə bilməyəcəyini deyib çayxanaya qayıtmışdır. Zərərçəkmiş şəxs ilə ədavəti olmamış, 20 manat borcu olduğu üçün oğurluq etmişdir. Oğurluq zamanı Zərərçəkmiş şəxs evinə daxil olmamış, yolda duraraq gəlib gedənə nəzarət etmiş, 31 dekabr 2024-cü il tarixdə Vəlinin həmin evdən oğurluq etdiyini 02 yanvar 2025-ci il tarixdə bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində törədilən əməl nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini, etdiyi əməllərə görə peşman olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə məhkəmə istintaqında özlərini təqsirli bilmələrinə dair ifadələrini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, Şərur rayonunun Kürkənd kəndində yaşayır, evinin pulunu həmişə qonaq otağındakı şkafda olan saat qutusunun içərisində saxlayır, 04 yanvar 2025-ci il tarixdə səhər saatlarında həmin qutunun ağzını açaraq yuxarıda olan 02 ədəd əllilik əskinazı götürmüş, həmin vaxt qutunun içərisinə baxmasa da, orada 300 manat, 100 ABŞ dolları və 140 türk lirəsi pul qaldığını bilmiş, pulu götürdükdən sonra Şərur şəhərinə həmkəndlisinin yas mərasiminə getmiş, saat təxminən 13:00 radələrində evə qayıdaraq üzərində olan 100 manat pulu təkrar qutuya qoymuş, lakin yenə də, qutunun içərisində olan digər pullara baxmamış, daha sonra həmin gün saat təxminən 18:30 radələrində ailə üzvləri ilə birlikdə Şərur rayonunun Kürkənd kəndində yaşayan qardaşı Elçin gilə getmişlər, saat təxminən 01:00 radələrində evə qayıtmış, 05 yanvar 2025-ci il tarixdə saat təxminən 09:00 radələrində pul götürmək üçün qonaq otağına daxil olmuş, həmin vaxt qutuda 50 manat və 140 türk lirəsi pulun qaldığını görmüş, həyat yoldaşından qutudan pul götürübgötürmədiyini soruşmuş, arvadı Şəfaqət ona pul götürmədiyini bildirmiş, həmin gün evin bütün otaqlarını axtarsa da, pulu tapa bilməmişdir. Əlavə olaraq qızıl-zinət əşyalarını da, pul saxladığı yerin yanında olan qənd qabının içərisində saxlamış, 06 yanvar 2025-ci il tarixdə yoldaşından qızılları yoxlamasını istəmiş, yoldaşı qabın içinə baxdıqdan sonra 01 cüt qızıl sırğasının və 01 ədəd qızıl üzüyün yerində olmadığını görmüş, daha sonra Şərur Rayon Polis İdarəsinə gələrək bu barədə məlumat vermiş, ümumilikdə 350 manat, 100 ABŞ dolları, 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğası oğurlanmışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənildiyini, özünün onları bağışlamaqla onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 04 yanvar 2025-cü il tarixdə Naxçıvan şəhərində olan zaman həmkəndlisi Adəmin telefonu ilə digər həmkəndlisi Təqsirləndirilən şəxs1 “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng vurmuş, Vəli ondan Naxçıvan şəhərində qızıl satmağın mümkün olub-olmamasını soruşmuş, özü ona “hə niyə olmur hər yer qızıl mağazasıdır” sözlərini demiş, daha sonra Vəli ona 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı əlində tutaraq fotoşəklini göndərmiş, həmin gün axşam radələrində Vəli Naxçıvan şəhərinə gəlmiş, Vəli ondan restorana gedərək spirtli içki içməyi istəmiş, ona “restoranın pulunu sən ver mən sabah qızılları satıb sənin pulunu verərəm” sözlərini demiş, onunla razılaşmış və Naxçıvan şəhərində yerləşən “Faytonçu” restoranına getmişlər, həmin vaxt cibində 300 manatdan çox pul olmuş, lakin həmin pul onun yox bacısının olmuş, “Faytonçu” restoranında 300 manatdan çox xərcləri çıxmış, restoranda olan zaman Vəli ona cibindəki 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzüyü göstərmiş, həmin vaxt Vəlidən həmin qızılları haradan aldığını soruşmuş, Vəli ona öz qızıllarının olduğunu bildirmiş, daha sonra Vəlidən qızılları götürərək onu Naxçıvan şəhərində yerləşən kirayə yaşadığı mənzilə yola salmış, onu tanışı olan taksi sürücüsü aparmış, dostu Rafiqlə görüşərək onunla şəhərdə gəzişməyə başlamış, bundan sonra Vəlini göndərdiyi taksi sürücüsü ona zəng vuraraq Vəlinin evdə tək qorxduğunu bildirmiş, ona “Vəliyə de yatsın məndə birazdan gəlirəm sözlərini demiş, daha sonra ona tanımadığı bir nömrədən zəng gəlmiş, telefonu açan zaman ona zəng vuran şəxsin Vəli olduğunu bilmiş, Vəli məhlədə işləyən xadiməçinin telefonu ilə ona zəng vurmuş, ona evdə qorxduğunu və Naxçıvan şəhərində yaşayan həmkəndlisi Qadir gilə getdiyini bildirmiş, daha sonra evə gedərək yatmış, 05 yanvar 2025-ci il tarixdə səhər saatlarında Qadir gilə gedərək Vəlini götürmüş, onunla birlikdə Naxçıvan şəhərində yerləşən 57 bazarına getmiş, orada Vəlinin 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğasını 340 manata satmış, həmin puldan 20 manat Vəliyə vermiş, qalanını isə xərclədiyi pulun yerinə qoymuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 15 ildən çoxdur ki, qızıl alqı-satqısı ilə məşğul olur, ticarət mərkəzində xidmət aparan polis əməkdaşlarının təlimatı ilə 18-25 yaş arası şəxslər qızıl satmaq istəyən zaman onlara məlumat verirlər, 05 yanvar 2025-ci il tarixdə cavan bir oğlan ona yaxınlaşaraq 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük satmaq istədiyini bildirmiş, bu barədə polisə məlumat vermiş, polis əməkdaşı həmin oğlandan qızılın oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs də, qızılların oğurluq olmadığını bildirmiş, bundan sonra qızılları tərəziyə qoymuş, sırğa 1.25 qram, üzük isə 3.15 qram gəlmiş, həmin şəxsə 344 manat pul verərək qızılları almış, daha sonra həmin qızılları əritməyə göndərmiş, 08 yanvar 2025-ci il tarxdə Şərur RPİ-nin əməkdaşı ona zəng vuraraq həmin qızılların qalıb-qalmadığını soruşmuş, o, da həmin polis əməkdaşına qızılları əritdiyini bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X18 PHŞ-nin direktoru X4 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2024-cü ilin sentyabr ayından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların liseyində təhsil almış, Vəli dərslərə davamiyyətsizliyi səbəbindən 2025-ci ilin yanvar ayında Liseydən xaric edilmiş, lakin Adəm isə hələ də Liseydə təhsil alır. Onların liseydə davranışlarının normal olduğunu, hər hansı bir tərbiyəsizliyə yol vermədiklərini, lakin dərslərində zəyif olduqlarını bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənd sakini kimi tanıdığını, birbaşa əlaqəsi olmadığından, yəni onları şəxsən tanımadığından onların həyat tərzi və tərbiyəsi ilə əlaqədar ətraflı məlumat verə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, X6 barəsində isə Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şərur rayonunun Kürkənd kəndi ərazisində yerləşən və vətəndaş Zərərçəkmiş şəxs məxsus olan yaşayış evidir. Hadisə yerinə baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs qonaq otağında olan şkafda qırmızı rəngli saat qabının içərisindən 100 ABŞ dolları və 350 manat pul, saat qabının yanındakı qənd qabının içərisindən 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzüyün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Qırmızı rəngli saat qutusunun içərisinə baxan zaman 01 ədəd 50 manat, 01 ədəd 100 türk lirəsi, 01 ədəd 20 türk lirəsi, 01 ədəd 10 türk lirəsi, 02 ədəd 5 türk lirəsi olduğu müəyyən edilmişdir. Baxış zamanı hadisə yerindən əl-barmaq izləri götürülmüş və hadisə yerinin müxtəlif ölçüdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v İ cild 6-12). "Əşyaya baxış keçirilməsi haqqında" 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X6 qızılları satarkən alıcıya təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsinin surəti və onun aşağı hissəsinə qoyulmuş 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanın fotoşəkilinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs fotoşəkildə olan 01 ədəd üzük və 01 cüt sırğanın məhz oğurlanmış qızılzinət əşyaları olduğunu bildirmişdir (i.v İ cild 25). Azərbaycan Respublikası Mərkəzi X15 Respublikası İdarəsi tərəfindən Şərur RPİnə ünvanlanmış 12 mart 2025-ci il tarixli, 01/52 nömrəli məktubdan görünür ki, 29 dekabr 2024-cü il tarixində 100 ABŞ dolları 170 manata bərabər olmuşdur (i.v İİ cild 123). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli, 18 №-li “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın rəyində Zərərçəkmiş şəxs evindən oğurlanmış 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanın ümumi dəyərinin təxminən 374 manat olduğu göstərilmişdir (i.v İ cild 180). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 Nazirliyin Şərur Rayon Polis İdarəsinə ünvanlanmış 15 yanvar 2025-ci il tarixli, 3-13-43/2-558/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluqla bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 08 yanvar 2025-ci il tarixdə eyniləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 daxil olmuş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədinin (N1, pul qoyulan qabın üzərindən götürülmüş) xx.xx.2008-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağının, ..... əksi ilə eynilik təşkil etdiyi göstərilmişdir (i.v İ cild 172-173). “İfadənin yerində yoxlanılması haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə oğurluq hadisəsinin baş verdiyi ünvanda (Şərur rayonunun Kürkənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə) ifadənin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı şübhəli şəxs ifadələrində göstərdikləri xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək törətdiyi cinayət əməllərini etiraf etmişdir (i.v İ cild 132-133). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi, zərərçəkmiş şəxsin kimliyi, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği kimi məsələlər öz təsdiqini tapır. “Şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2025-ci il tarixli qərarlardan və həmin tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhə edildiyindən Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:15-də, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:15-da şübhəli şəxs kimi tutulmuşlar (i.vİ cild 53-54, 56-57, 85-86, 88-89). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə şübhəli şəxs kimi tutulmaları ilə bağlı hallar öz təsdiqini tapır. “Əməlin tövsif edilməsi haqqında”, "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" 10 yanvar 2025-ci il tarixli qərarlardan və "Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 10 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, hazırki cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-ci maddələrindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 10 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək Təqsirləndirilən şəxs1 Аzərbаycаn Rеspublikаsı CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v İ cild 134, 136-137, 153-154, 161). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli, 36 və 38 qeydiyyat nömrəli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 150, 165). Məhkəmə hesab edir ki, bu sübutlarla ibtidai araşdırma dövründə cinayət işin tövsifinin dəyişməsi, şəxslərə ittiham elan edilməsi və onların barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi kimi hallar öz təsdiqini tapır. 14 mart 2025-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan (01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük və 520 manat məbləğində pul) Təqsirləndirilən şəxs1 atası Qanuni nümayəndə1 tərəfindən ona tam olaraq ödənilmişdir. Bu səbəbdən də, onun təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur (i.v İİ cild 83). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi (aradan qaldırılması) və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmaması kimi hallar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 tərəfindən Şərur RPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2- 432/2025 №-li cavab məktubundan görünür ki, Şərur rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatları olmamışdır (i.v İİ cild 74). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 11 mart 2025-ci il tarixli, 119 və 121 nömrəli "Ambulator Məhkəmə-psixatrik ekspertizası"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisədən sonra və hadisə zamanı psixi vəziyyətlərinin sağlam olduğu, cinayət əməllərini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri, cinayət əməllərini törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olduqları, hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədikləri və onların barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir (i.v İİ cild 85-87, 95-97). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 11 mart 2025-ci il tarixli, 120 və 122 nömrəli "X7 Tibbi Yoxlaması"na dair rəylərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmədikləri göstərilmişdir (i.v İİ cild 88-90, 92-94). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin sağlamlıq vəziyyətləri və onların barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şərur Rayon Polis İdarəsinin Təşkilatı İnspeksiya Qrupundan daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadıqları müəyyən olunmuşdur (i.v İ cild 183). Məhkəmə hesab edir ki, bu sübutla təqsirləndirilən şəxslərin məhkumluqlarının olmaması öz təsdiqini tapır. Təqsirləndirilən şəxs1 məxsus FİN: xxxxxxx, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixdə anadan olubdur (i.v İ cild 33). Təqsirləndirilən şəxs2 məxsus FİN: xxxxxxx, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixdə anadan olubdur. Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin cinayət hadisələrini törətdikləri zaman yetkinlik yaşına çatmamaları kimi hallar öz təsdiqini tapır. Şərur rayon İHB-nın Kürkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-28-39/2-41/25 və 5-28-39/2-39/25 №-li arayışlardan, o cümlədən "Elektron Məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs Vəli Natiq oğlu və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şərur rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar (i.v İ cild 193, 195, İİİ cild). Məhkəmə hesab edir ki, bu sübutlarla təqsirləndirilən şəxslərin qeydiyyatda olduqları və faktiki yaşayış yerləri kimi hallar öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinsübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqələri, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxslərin təqsirləndirildikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin (Təqsirləndirilən şəxs1 nəzərən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 nəzərən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin) tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onların məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxslərin törətdikləri əməllərə görə öz təqsirlərini etiraf etmələri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər isə 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarının 17-ci bəndində isə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallarda oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təkbaşına tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (470 manat) vurmaqla törətdiyi oğurluq əməllərində, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (424 manat) vurmaqla təkrarən törətdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti, Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (424 manat) vurmaqla törətdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təkbaşına tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi, Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan (424 manat) vurmaqla oğurluq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.13 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayətin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında özlərini təqsirli bilmələrini, əməllərindən səmimi peşman olmalarını, onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, təqsirləndirilən şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri, 14 mart 2025-ci il tarixli akt ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növüvə ya həddiyalnız o halda təyin edilir ki, az ciddi cəza növüvə ya həddicəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Plenum qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzaların növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin, o cümlədən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində müəyyən edilmiş (maddə 59.1.13) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdavə əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinindörddə üçündənartıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiklərindən onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah və tərbiyə olunmalarına, onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Başqa sözlə, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onların öz ailələri ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, bu kimi hallar məhkumların islah və yenidən tərbiyə olunmalarına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə bilməz. Məhkəmə təqsirli bilinən şəxslərə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubiculpaest, ibipoenasubesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Kürkənd kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri; Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Kürkənd kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki hökmün icrası təqsirli bilinən şəxslərin yaşayış yerləri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirli bilinən şəxslər barəsində məhkəməyədək icraat zamanı 10 yanvar 2025-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə” növündə qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxslər barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altında vermə” növündə qətimkan tədbirləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirli bilinən şəxslərin 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 02 (iki) günlük müddət (tutulma müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) günlük müddət) onların cəzaçəkmə müddətlərinə daxil edilməklə, onlara təyin ediləcək cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və “Məhkəməəmtəəşünaslıq ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 22 aprel 2025-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Şərur rayon Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci-40 (qırx) manat təqsirli bilinən şəxslərdən müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142330, Büdcə səviyyəsinin kodu: 2, Adı: X12 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ21NABZ********************) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən 14 mart 2025-ci il tarixdə zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət (tutulduğu müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) gün müddət) onun cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Kürkənd kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günlük müddət (tutulduğu müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 4 (dörd) gün müddət) onun cəzaçəkmə müddətinə daxil edilsin və onun üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, Şərur rayonunun Kürkənd kəndində yaşadığı evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci - “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün-40 (qırx) manat təqsirli bilinən şəxslərdən müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142330, Büdcə səviyyəsinin kodu: 2, Adı: X12 MR İdarəsi, Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ21NABZ********************) köçürülsün. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 işlədiyi Şərur Rayon Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1(110)-6/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-6/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver